Məhkəmə qərarları › İş №2(106)-56/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-56/2025

15.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-56/2025 15.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X7 ibarət tərkibdə, Hüseynova Gülnarə Süleyman qızının katibliyi, İddiaçı və onun nümayəndəsi vəkili Vəkil1, Cavabdeh2 və onun nümayəndəsi Vəkil2, cavabdeh X5 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı X6 və Cavabdeh2 qarşı torpaq sahəsinin naturada bölünməsi, ona məxsus evin qarşısında qanunsuz inşa edilmiş tikilidən çıxarılması və tikilinin sökülməsi barədə iddia ərizəsinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli 2(041)-210/2023 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı X6 və Cavabdeh2 Müxtar oğluna qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, X12 ilə ümumi birgə mülkiyyətində olan 0.30 ha torpaq sahəsinin bərabər paylarla aralarında naturada bölünməsi, küçədən evinin yerləşdiyi hissəyə olan giriş-çıxış qapısı istifadəsində saxlamaqla 0,15 ha torpaq sahəsi onun, digər giriş-çıxış qapısı X5 istifadəsində saxlanılaraq həmin hissədə olan 0,15 ha torpaq sahəsinin axırıncının mülkiyyətində saxlanılması, ona məxsus evin tam qarşısında özbaşına qanunsuz inşa edilmiş evdən Cavabdeh2 ailə üzvləri ilə birlikdə çıxarılması və həmin tikilinin axırıncının hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan torpaq sahəsi və onun yerləşdiyi ev xx.xx.2005-ci il tarixdə vəfat etmiş bibisi X8 məxsus olmuş, axırıncının növbəli vərəsələri olmamış və xx.xx.1992-ci il tarixli vəsiyyətnamə ilə Kürdəmir rayonunda yerləşən evi yerləşdiyi torpaq sahəsi ilə birlikdə ona vəsiyyət etmişdir. Mirasqoyanın vəfatından sona ona vəsiyyət edilmiş miras əmlakı faktiki qəbul edib idarə etməyə başlamışdır. Bakı şəhərində yaşadığından həmin evin həyətyanı sahəsinə və orada olan meyvələrə baxmaq üçün Kürdəmir rayon Atakişili kənd sakini X9 xx.xx.2008-ci il tarixdə 10 il müddətinə etibarnamə vermişdir. 2018-ci ildə etibarnamənin müddətinin bitməsi və evin sənədlərinin alınması səbəbindən həmin evə gəlmiş, ona məxsus evin qarşısında sonuncunun qardaşı Cavabdeh2 ev tikdiyini, onun evinin isə mal tövləsi etdiyini müəyyən etmişdir. Bundan sonra cavabdehdən onun evinin qarşısında tikilmiş evin sökülməsini tələb etsə də, sonuncu bundan imtina etmişdir. Bundan əlavə, X5 ümumi birgə mülkiyyətində olan torpaq sahəsi rəsmi olaraq 0,30 ha olmuş olsa da, faktiki olaraq istifadəsində 0,1 ha torpaq sahəsi mövcuddur. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(041)-210/2023 saylı qətnaməsi (hakim Xaliq İmanov) ilə iddia tələbi təmin edilərək torpaq sahəsinin bölgü sxeminə əsasən Kürdəmir rayonunun Atakişili kəndində yerləşən ümumi sahəsi 0.30 ha olan ümumi birgə torpaq sahəsi naturada bölünərək 1/2 hissədə İddiaçı və 1/2 hissədə X5 paylarının müəyyən edilməsi, İddiaçı payına düşən 0.15 ha torpaq sahəsində və mülkiyyətində olan fərdi yaşayış evinin qarşısında özbaşına tikilmiş evdən Cavabdeh2 ailə üzvləri ilə birlikdə çıxarılması və həmin tikilinin Cavabdeh2 hesabına sökülməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın müştərək qaydada X3 və Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi, iş üzrə 100 manat ekspertiza xərcinin müştərək qaydada X3 və Cavabdeh2 tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh2 Müxtar oğlunun nümayəndəsi Vəkil2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında iddiaçının vəkilinin ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin bir hissəsinin X12 tərəfindən Cavabdeh2 satılması etiraf edilmişdir. Belə olan halda, Cavabdeh2 həmin torpaq sahəsinə sahiblənməsinə və həmin torpaq sahəsində inşa etdirdiyi fərdi yaşayış evinin tikintisinə mülkiyyətçinin razılıq verməsi öz təsdiqini tapır. Ekspert rəyindən aydın şəkildə görünür ki, həyətə 2 giriş-çıxış qapısı açılması mümkündür. Hər 2 giriş-çıxış qapısı yola açılır. Bununla da, məhkəmənin Cavabdeh2 məxsus evin sökülmədən torpaq sahəsinin naturada ayrılmasının mümkün olub-olmaması barədə ekspert qarşısında sual qoymamağı məhkəmə araşdırmasının obyektiv aparılmaması və məhkəmə qətnaməsinin qərəzli olmasından xəbər verir. İddiaçı tərəfindən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirilməsinə baxmayaraq, hakim tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmaqdansa, işə baxılıb qanunsuz qətnamə qəbul edilmişdir. Ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin naturada ayrılmasının, Cavabdeh2 ailə üzvləri ilə birlikdə evdən çıxarılması və həmin tikilinin axırıncının hesabına sökülməsi tələbinə nə aidiyyəti var?! Əlbəttə, heç bir aidiyyəti yoxdur. Cavabdeh2 ailə üzvləri üçüncü şəxs qismində məhkəmə prosesinə cəlb olunmadan, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 387.2.4-cü maddəsində qeyd olunan prosessual normaların kobud pozulması kimi qiymətləndirilməli olan, qanunsuz qətnamə qəbul edilmişdir. Belə ki, Cavabdeh2 ailə üzvləri işdə iştirak etməyə cəlb olunmamış, onların hüquq və vəzifələrinə dair məsələ onların hüquqlarının pozulması ilə nəticələnməklə həll edilmişdir. Belə olan halda Cavabdeh2 məxsus evin sökülməsi barədə qətnamə qəbul edilməsini qanunsuz hesab edirik. Çünki, Cavabdeh2 torpaq sahəsini zəbt etməmiş, əksinə pul verib almışdır. Lakin hüquqi savadsızlıqdan sənədləşmə proseduru pozulmuşdur. Sənədləşmə prosedurunun pozulması isə həmin alqı-satqının baş tutmasını təkzib edə bilməz. İddiaçı tərəfindən bölgünün hansı texniki göstəricilər üzrə aparılmalı olması iddia ərizəsində göstərilməmiş, bölgü planı təqdim edilməmiş, ekspert tərəfindən isə mötəbər olmayan, yəni digər cavabdehlə razılaşdırılmayan sxem təqdim edilmişdir. Cavabdeh2 məxsus evin sökülmədən, digər giriş-çıxışdan istifadə oluna biləcəyi halda sxem evin sökülməsinə hesablanmış formada verilmişdir. Cavabdeh2 məhkəmə iclasında izahat verərək bildirdi ki, mübahisə predmeti olan ərazi ona etibarnamə əsasında satılmışdır. Həmin torpaq sahəsini 2008-ci il tarixdə almışdır. Həmin torpaq sahəsini aldıqdan sonra orada tikinti işləri başlamış və 2013-cü ildə yekunlaşmışdır. Onu da qeyd edir ki, sözügedən torpaq sahəsini alanda heç bir yazılı müqavilə olmamış, alğı-satqı etibarnamə və şifahi razılıq əsasında baş tutmuşdur. O həmin evi tikən vaxt İddiaçı oraya gəlib-gedirdi və onun həmin evin tikintisindən xəbəri var idi. Sadəcə evin sənədləşdirilməsini həyata keçirə bilmədiyi üçün hazırda belə bir mübahisə yaranmışdır. Cavabdeh2 nümayəndəsi Vəkil2 məhkəmə iclasında izahat verərək bildirdi ki, hüquqlarını təmsil etdiyi şəxsin evi ilə iddiaçının evi arasındakı məsafə 10 metr təşkil edir. Aydın görünür ki, hər iki tərəfin gediş-gəlişi mümkündür. Həmin yerdə heç bir zəbt etmədən söhbət gedə bilməz. Cavabdeh orada ev tikməsindən iddiaçı məlumatlı olmuşdur. X5 nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, X5 anasıdır. Mübahisəli torpaq sahəsinin olduğu kəndə uzun illərdir ki, gedib-gəlir. Cavabdeh2la aralarında razılıq əldə edərək həmin torpaq sahəsini ona 6000 manat məbləğində pul vəsaiti alaraq ona satıb. İddiaçıya həmin pul vəsaitindən verməmişdir. Çünki iddiaçı ona mübahisəli torpaq sahəsinə heç bir iddiasının olmadığını və satıb pulunu özünə götürməyini demişdir. Çünki orada yaşamaq niyyəti olmamışdır. O özünə məxsus evdə yaşadığını bildirmişdir. Bibisi (mübahisəli torpaqın sahibi) 2004-cü il tarixdə vəfat etdikdən sonra onun evinə gedib-gəlib. Cavabdeh2 2008-ci ildə oraya köçmüşdür. Ev tikiləndə iddiaçının məlumatı olmuş və iddiaçıya məxsus evə giriş-çıxış üçün kifayət qədər yol mövcuddur. Cavabdeh2 qardaşına iddiaçı tərəfindən Etibarnamə verilməsinə səbəb onun adına vəsiyyətnamə olmasıdır. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, Cavabdeh2 tərəfindən həyətdə yeni evin tikilməsindən xəbəri olmamışdır. O il ərzində müxtəlif vaxtlarda həmin kəndə gedib-gəlmişdir. Cavabdeh2la aralarında heç bir danışıq olmamışdır. Vüqarın qardaşı Qoşqara həmin həyəti kirayə haqqı ödəmək şərtilə və həyətdə olan ağaclara qulluq edilməsi üçün ona vermişdir. Ancaq hazırkı vaxta kimi ondan kirayə haqqı almamışdır. Daha əvvəllər Cavabdeh2 qardaşını tanımamışdır. Etibarnaməni isə oxumadan imzalamışdır. O, hazırda bacısı X12 ilə mülkiyyətlərində olan əşyanın bölünməsi və ya payının ayrılmasını, eyni zamanda orada tikilmiş digər evin sökülməsini xahiş edir. İddiaçı nümayəndəsi Vəkil1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Cavabdeh2 orada ev tikməsi nəticəsində iddiaçının evinin ön hissəsi qapadılmışdır. Bunun da nəticəsində evə gün işığı düşmür. Uzun illərdir ki, tərəflər arasında mübahisə davam edir. Cavabdehin həmin həyətdə yaşaması və ağaclara qulluq edilməsi məqsədilə həmin həyətdə olan evdə yaşamasına icazə verilmişdir. Cavabdeh isə bir müddət sonra oradakı ağacları kəsərək, özünə ev tikməyə başlamışdır. Qeyd edir ki, iddiaçının bundan xəbəri olmamışdır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Kürdəmir Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli 2(041)-210/2023 saylı qətnaməsi ləğv edilməli, iddia qismən edilməlidir. İŞİNHALLARİ: İşdə olan: xx.xx.2021-ci il tarixdə verilmiş Hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reystrindən çıxarışdan görünür ki, Kürdəmir rayonunun Atakişili kəndində yerləşən ümumi sahəsi 30.50 kv.m olan fərdi yaşayış evi və 0.30 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. Fərdi yaşayış evi və ümumi birgə torpaq sahəsi üzərində İddiaçı, ümumi birgə torpaq sahəsi üzərində X12 hüquq sahibləri kimi tanınmışdır. xx.xx.2021-ci ildə evin texniki pasportu İddiaçı adına tərtib edilmiş, torpaq sahəsinin planı və fərdi yaşayış evinin yerləşdiyi koordinatlar qeyd edilmişdir. 29 may 1992-ci il tarixdə qeydə alınmış vəsiyyətnamədə X1 rayonunun Atakişili kəndində yerləşən 1 otaqlı evini qardaşı qızı İddiaçı vəsiyyət etmiş, qalan bütün vərəsələri həmin paydan məhrum etmişdir. xx.xx.2018-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X15 xx.xx.2005-ci ildə ölmüşdür. İddiaçı xx.xx.2008-ci il tarixdə X910 il müddətinə verdiyi etibarnamənin surəti işə əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/1851 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Kürdəmir rayonunun Atakişili kəndi ərazisində yerləşən ümumi sahəsi 30.5 kv.m.dən ibarət fərdi yaşayış evinin yerləşdiyi ərazinin İddiaçı düşən 0.15 ha torpaq sahəsinin tərkibində olmaqla, həmin yaşayış evinin küçədən giriş-çıxış qapısı olan hissəsinin İddiaçı istifadəsində saxlamaqla, evin arxa hissəsindən küçəyə giriş-çıxış qapısı açılmaqla ümumi birgə mülkiyyətində olan 0.30 ha torpaq sahəsinin İddiaçı ilə X12 arasında bərabər paylarla naturada bölünməsi mümkündür. Bölgü sxemi rəyə əlavə edilir. Mübahisəli torpaq sahəsi həmin qərardadın 3.1-ci bəndinə uyğun olaraq bölündüyü təqdirdə, Cavabdeh2 istifadəsində olan fərdi yaşayış evinin yerləşdiyi ərazi İddiaçı payına düşən 0.15 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Kürdəmir rayonunun Atakişili kəndi ərazisində yerləşən ümumi sahəsi 30.5 kv.m.dən ibarət fərdi yaşayış evinin yerləşdiyi ərazinin İddiaçı düşən 0.15 ha torpaq sahəsinin tərkibində olmaqla, həmin yaşayış evinin küçədən giriş-çıxış qapısı olan hissəsinin İddiaçı istifadəsində saxlamaqla, evin arxa hissəsindən küçəyə giriş-çıxış qapısı açılmaqla ümumi birgə mülkiyyətində olan 0.30 ha torpaq sahəsinin İddiaçı ilə X12 arasında bərabər paylarla naturada bölünməsi mümkündür. Bölgü sxemi rəyə əlavə edilir. Mübahisəli torpaq sahəsi həmin qərardadın 3.1-ci bəndinə uyğun olaraq bölündüyü təqdirdə Cavabdeh2 istifadəsində olan fərdi yaşayış evinin yerləşdiyi ərazi İddiaçı payına düşən 0.15 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “İnsan Hüquqları haqqında” Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. “İnsan Hüquqlarının və X11 Haqqında” Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 152.1.-ci maddəsinə uyğun olaraq mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 157.4-cü maddəsində qeyd olunmuşdur ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. MM-in 220.3-220.6-cı maddələrinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər; Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir; Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. MM-in 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 2014-cü il 4 aprel tarixli qərarında göstərilir ki, ...əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanları olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Qeyd edilməlidir ki, paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3-220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221-ci maddəsi ilə tənzimlənir. Bu prosedurlar ilk olaraq tərəflərin razılığı ilə, bu mümkün olmadıqda isə mübahisənin məhkəmədə həll olunmasını nəzərdə tutur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” 6 dekabr 2024-cü il tarixli (№ 02/2024) Qərardadının 25-ci bəndinə görə məhkəmə iddiaçının çatmaq istədiyi hüquqi nəticənin ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması və ya əşyanın bölünməsindən ibarət olduğunu müəyyən edərsə, həmin tələbin qanuni əsasını təşkil edən Mülki Məcəllənin müvafiq olaraq 220.3-220.6-cı və 221-ci maddələrini tətbiq etməklə mübahisəni həll etməlidir. Məhkəmə tərkibi diqqətə çatdırır ki, dispozitivlik prinsipinə görə müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri götürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Qeyd edilməlidir ki, iddia tələbinin hansı formada ifadə olunmasından asılı olmayaraq, qaldırılan iddianın predmeti ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya payın ayrılmasından ibarət olduğundan, məhkəmə hər bir halda həmin tələbin qanuni əsasını təşkil edən maddənin dispozisiya şərtlərinə uyğun olaraq mübahisənin qanunla müəyyən edilmiş ardıcıllıq gözlənilməklə hər bir mərhələ üzrə həll edilməsinin mümkünlüyünü aydınlaşdırmalıdır. Bu, məhkəmənin qanundan irəli gələn xidməti vəzifəsi olmaqla, tələbdən kənara çıxma kimi qiymətləndirilə bilməz. Məhkəmə tərkibi hesab edir ki, iddia tələbinin hansı formada ifadə olunmasından asılı olmayaraq, qaldırılan iddianın predmeti ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya payın ayrılmasından ibarət olduğundan, məhkəmə hər bir halda həmin tələbin qanuni əsasını təşkil edən maddənin dispozisiya şərtlərinə uyğun olaraq mübahisənin qanunla müəyyən edilmiş ardıcıllıq gözlənilməklə hər bir mərhələ üzrə həll edilməsinin mümkünlüyünü aydınlaşdırmalıdır. Bu, məhkəmənin qanundan irəli gələn xidməti vəzifəsi olmaqla, tələbdən kənara çıxma kimi qiymətləndirilə bilməz. Kollegiya qeyd edir ki, apellyasiya icraatı zamanı əldə edilmiş 16 iyul 2024-cü il tarixli mütəxəssis rəyinə görə xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla X10 ilə X5 mülkiyyətinə verilmiş Kürdəmir rayonu Atakişili kənd ərazisində yerləşən ümumi sahəsi 30.5 kv.m.dən ibarət fərdi yaşayış evi (torpaq sahəsində yerləşən digər yeni ev xaric) və həmin evin küçədən giriş-çıxış qapısı olan hissəsi X4 istifadəsində saxlanılmaqla 0.30 ha torpaq sahəsinin mülkiyyətçilər X10 ilə X12 arasında naturada bərabər surətdə bölünmasi mümkündür. Lakin bu halda X6 qalacaq 0.15 ha hissədə faktiki gediş-gəliş yolu bağlanacaq. Baxış zamanı faktiki gediş gəliş yolunun iki bərabər hissədə bölünməklə torpaq sahəsinin 0.15 ha olmaqla iki bərabər hissədə bölünməsi mümkünlüyü mütəxəssis tərəfindən təsbit olunmuşdur (sxemdə göstərilmişdir). Qeyd edilməlidir ki, adıçəkilən mütəxəssis rəyinə görə məhkəmə iclasında 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssisi X16 izahatında verərək bildirmişdir ki, mübahisəli ərazinin iki giriş-çıxışı vardır. Hətta hazırkı istinad olunan Bölgü sxeminə əsasən layihədə nəzərdə tutulmuş yol üzrə də mübahisəli torpaq sahəsində mövcud olan hər iki evə sərbəst giriş-çıxış mümkündür. Belə ki, sxemdən də göründüyü kimi, sonradan tikilmiş və Cavabdeh2 istifadəsində olan fərdi yaşayış evinə 4 metr enində giriş, iddiaçıya mərhum valideynindən miras qalmış evə isə 3,9 metr enində giriş qoyulmaqla giriş-çıxış mümkündür. İddiaçıya məxsus evlə Cavabdeh2 tikdiyi ev arasındakı məsafə təxminən 1.5 metr təşkil edir. Hətta İddiaçı bölünüb ayrılan hissənin digər – şimal hissədən də əlavə giriş-çıxışı mövcuddur. Məhkəmə tərkibi mütəxəssisin məhkəmədə bildirdiklərini verdiyi rəylə müqayisəli şəkildə təhlil edərkən belə qənatə gəlmək olur ki, 16 iyul 2024-cü il tarixli mütəxəssis rəyinə uyğun olaraq torpaq sahəsinin bölgü sxeminə əsasən (İ cild, 202-ci səhifə) Kürdəmir rayonunun Atakişili kəndində yerləşən ümumi sahəsi 0.30 ha olan ümumi birgə torpaq sahəsi naturada bölünərək 1/2 hissədə İddiaçı və 1/2 hissədə X5 paylarının müəyyən edilməsi mümkündür. Qeyd edilən bölgü əsasında mülkiyyətçilərin torpaq sahələrinə sərbəst giriş-çıxışları da mümkündür. Göstərilən bölgü əsasında kollegiya hesab edir ki, Cavabdeh2 istifadəsində olan fərdi yaşayış evinin X6 ayrılan payda qalması da real olaraq mümkündür. Məhkəmə tərkibi X12 və İddiaçı tərəfindən mübahisəli yerin Cavabdeh2 satılması üzrə iradə ifadəsi nəticəsində orada hər iki mülkiyyətçinin davamlı qaydada etirazsız davranışına əsaslanaraq sonuncunun özünə tikmiş olduğu evin vicdanlılıq və dürüstlük qaydaları daxilində gələcəkdə sənədləşdirilməsi baxımından hazırkı bölgünü qanuni, ədalətli və vicdanlı hesab edir. Bu mütəxəssis rəyi ilə təsdiq olunmaqdadır. Kollegiya diqqətə çatdırır ki, iddiaçı öz ərizəsində Cavabdeh2 qardaşı X9 13 mart 2008-ci il tarixdə 10 il müddətə Etibarnamənin verilməsini Bakı şəhərində yaşadığından həmin evin həyətyanı sahəsinə və orada olan meyvələrə baxmaq üçün verdiyini göstərsə də, məhkəmədə izahatında verdiyi Etibarnaməni oxumadan imzaladığını demişdir. Diqqətə çatdırılmalıdır ki, MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. MM-in 16.1-ci madəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Bundan əlavə, MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli “X.Mirzəliyevin şikayəti üzrə” qərarında göstərilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla, dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Bütün bunlarla bərabər, kollegiya diqqətə çatdırmağı zəruri hesab edir ki, mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də Dürüstlük qaydasıdır. Bir hüquqdan Dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan suiistifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Göstərilənlər baxımından, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir və hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (MM-in 560.1 və 560.2-ci maddələri). Bu baxımdan, kollegiya hazırkı iş üzrə diqqətə çatdırmağı zəruri hesab edir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 mart 2023-cü il tarixli Plenum qərarına görə mülki dövriyyənin sabitliyinin təmin edilməsi məqsədi ilə məhkəmələr təqdim olunmuş sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq onların əsasında müqavilə üzrə tərəflərin əsl məqsədlərini və iradə ifadələrini dəqiqləşdirməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsini müəyyən etməli, müqavilələrin etibarlı olub-olmamasına düzgün hüquqi qiymət verməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən “İnsan hüquqlarının və X11 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il 27 may tarixli Qərar, §103). MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə tərkibi hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: birincisi, güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; ikincisi, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçüncüsü, bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; dördünücüsü, bu sübutlar birlikdə dəyərləndirilməlidir. Nəzərə alınmalıdır ki, MPM-in 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, əldə edilmiş yeni - 16 iyul 2024-cü il tarixli mütəxəssis rəyinə əlavə edilmiş Bölgü sxemi əsasında qərar qəbul edilərək Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Kürdəmir Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli, 2(041)-210/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, torpaq sahəsinin bölgü sxeminə əsasən Kürdəmir rayonunun Atakişili kəndində yerləşən ümumi sahəsi 0.30 ha olan ümumi birgə torpaq sahəsi naturada bölünərək 1/2 hissədə İddiaçı və 1/2 hissədə X5 payları müəyyən edilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 oktyabr 2022-ci il tarixli 10/6212 nömrəli rəy üzrə ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat və 06 dekabr 2024-cü il tarixli 10/6684 nömrəli rəy üzrə ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat, cəmi 100 (yüz) manat məbləğində pul vəsaiti tərəflər - İddiaçı, X12 və Cavabdeh2 müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməlidir. Kollegiya digər məhkəmə xərclərinə dair hesab edir ki, hazırkı iş üzrə çəkilmiş digər xərclər tərəflərin özünə aid edilməlidir. MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 76, 78, 89, 217, 372, 376, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli 2(041)-210/2023 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Torpaq sahəsinin bölgü sxeminə əsasən Kürdəmir rayonunun Atakişili kəndində yerləşən ümumi sahəsi 0.30 ha olan ümumi birgə torpaq sahəsi naturada bölünərək 1/2 hissədə İddiaçı və 1/2 hissədə X5 payları müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 oktyabr 2022-ci il tarixli 10/6212 nömrəli rəy üzrə ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat və 06 dekabr 2024-cü il tarixli 10/6684 nömrəli rəy üzrə ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat, cəmi 100 (yüz) manat məbləğində pul vəsaiti tərəflər - İddiaçı, X12 və Cavabdeh2 müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar