Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-562/2023 13.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi ilə, Beyləqan Rayon Məhkəməsinin 2(020)1527/2022 saylı, 12 dekabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 13 aprel 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərişıq ASC-nin X9 Təhcizatı və Satışı İdarəsinin əməkdaşlanının tərtib etdikləri elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında 30 noyabr 2017-ci il tarixdə, 088424 nömrəli aktın etibarsız hesab edilmasi va 261,36 manat borcun silinməsi barədə qətnamə çıxılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini əsaslandıraraq göstərdi ki, aila üzvləri ilə birlikdə Beyləqan rayon 2-ci Şahsevən kəndində yaşayır. İşıq sayğacı hayat yoldaşı X1 adınadır. İşıqdan istifadə edərkən bütün qəbzlər onun həyat yoldaşının adına gəlir. Hazırda həyat yoldaşı həbsdədir. Həmçinin elektrik sayğacı evindən xeyli kənarda quraşdırılmışdır. O, yaşlı olduğundan sayğaca hər zaman nəzarət edə bilmir. Yoldan keçən hər hansı bir şəxs də sayğaca müdaxila edə bilər. İstifadə etdiyi elektrik enerjisinin pulunu da vaxtlı-vaxtında ödəyir. Lakin "xxxx" ASC-nin əməkdaşları elektrik sayğacı onun adına olduğu halda qanunsuz olaraq əri X2 adına 30 noyabr 2017-ci il tarixdə, 088424 saylı akt tərtib edərək güya sayğacın plombuna müdaxila etmlərini göstərmişlər. O, həmin aktı qanunsuz hesab edir. Həmin akta əsasən əri X2 adına 261,36 manat cərimə hesablanmışdır. Sayğaca onun və ailə üzvlərinin iştirakı olmadan baxış keçirilmiş və tərtib olunmuş akta heç biri imza etməmişlər. Həmçinin akta onun iştirakı salınmamışdır. Odur ki, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən X2 barəsində tərtib edilmiş 30 noyabr 2017-ci il tarixdə, 088424 nömrəli aktın etibarsız hesab edilməsi və qanunsuz hesablanmış 261,36 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh Azərişıq ASC-nin vəkalətli nümayəndəsi X3 məhkəmə iclasına gəlməmiş, iddia müddətinin tətbiq edilməsi tələbi barədə vəsatət göndərərək göstərmişdir ki, X5 barəsində mübahisələndirilən 30 noyabr 2017-ci il tarixdə, 088424 saylı aktın etibarsız hesab edilməsi və borcun silinməsinə dair iddiaçı 3 il 11 ay sonra məhkəmədə iddia qaldırmışdır. 3 il müddət iddiaçı tərəfindən ötürüldüyündən iddiaçının tələbi qanunsuz və əsassız olduğundan iddianın rədd edilməsini xahiş edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Beyləqan Rayon Məhkəməsinin 2(020)1527/2022 saylı, 12 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (Hakim: R.Nurullayev), iddianın rədd edilməsi, İddiaçı Azərişıq ASC-nin X9 Təhcizatı və Satışı İdarəsinin əməkdaşlarının tərtib etdikləri elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında 30 noyabr 2017-ci il tarixdə, 088424 nömrəli aktın etibarsız hesab edilməsi və 261,36 manat borcun silinməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Elektrik enerjisindən istifadə qaydalarına və Mülki Məcəllənin 375.2-ci maddələsinə istinad etmişdir. Apelyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apelyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instasniya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı Həsənova X6 Rayon Məhkəməsinin 2(020)1527/2022 saylı, 12 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçının apelyasiya şikayətinin dəlillərinə qarşı etirazı daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər iştirak etməmiş və bu barədə heç bir məlumat verməmişdirlər. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Qəbul olunmuş qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Odur ki, məhkəmə kollegiyası İddiaçı apelyasiya şikayətinin dəlilləri həddində Beyləqan Rayon Məhkəməsinin 2(020)1527/2022 saylı, 12 dekabr 2022-ci il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını məqsədəmüvafiq hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcələsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı, 02 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “ Elektrik enerjisindən istifadə Qaydaları”-nın: 7.6-cı bəndinə əsasən Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. 7.9-cu bəndinə əsasən Məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. 7.10-cu bəndinə əsasən Yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. 7.11-ci bəndinə əsasən aşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 375.2-ci maddəsinə əsasən, Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)1527/2022 saylı, 12 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir.. İş materiallarına əlavə edilmiş Azərişıq ASC-nin Satışa Nəzarət İdarəsinin Məişət abonenti (əhali) istehlakçılar qrupuna aid olan 30 noyabr 2017-ci il tarixdə, 088424 saylı aktın surətindən görünür ki, istehlakçı X5 yaşadığı Beyləqan rayonu 2-ci Şahsevən kəndində yerləşən fərdi yaşay evinə quraşdırılmış sayğacın yoxlama zamanı sayğacın dövlət möhüründə və hesablayıcı mexanizmin rəqəmlərində müdaxilə izləri aşkar olunmuşdur. Birinci instansiya məhkəməsi icraatı zamanı müəyyən edilmişdir ki, iddiaçı Həsənova X7 ASC-nin X9 Təhcizatı və Satışı İdarəsinin əməkdaşlarının tərtib etdikləri elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında 30 noyabr 2017 tarixli, 088424 saylı aktın ləğv edilməsi tələbinə dair iddia qaldırmışdır. Lakin iddiaçı məhkəmə iclasında cavabdeh Azərisiq ASC-nin X9 Təhcizatı və Satışı İdarəsinin onun adına elektrik enerjisindan istifada gaydalarının pozulması haqqında 30 noyabr 2017-ci il tarixdə, 088424 saylı nömrəli aktın əsassız və qanunsuz tərtib edilməsi barədə heç bir mötəbər sübut təqdim etməmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı iddianın mahiyyətindən müəyyən edilir ki, iddiaçı aila üzvləri ilə birlikdə Beyləqan rayon 2-ci Şahsevən kəndində yaşayır. İşıq sayğacı hayat yoldaşı X1 adınadır. İşıqdan istifadə edərkən bütün qəbzlər onun həyat yoldaşının adına gəlir. Hazırda həyat yoldaşı həbsdədir. İstifadə etdiyi elektrik enerjisinin pulunu da vaxtlı-vaxtında ödəyir. Lakin "xxxx" ASC-nin əməkdaşları elektrik sayğacı onun adına olduğu halda qanunsuz olaraq əri X4 adına 30 noyabr 2017-ci il tarixdə, 088424 saylı akt tərtib edərək guya sayğacın plombuna müdaxilə etmələrini göstərmişlər. O, həmin aktı qanunsuz hesab edir. Həmin akta əsasən əri X4 adına 261,36 manat cərimə hesablanmışdır. Sayğaca onun və ailə üzvlərinin iştirakı olmadan baxış keçirilmiş və tərtib olunmuş akta heç biri imza etməmişlər. Həmçinin akta onun iştirakı salınmamışdır. Odur ki, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən X2 barəsində tərtib edilmiş 30 noyabr 2017-ci il tarixdə, 088424 nömrəli aktın etibarsız hesab edilməsi və qanunsuz hesablanmış 261,36 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir və tələbinin hüquqi əsası kimi“ Elektrik enerjisindən istifadə Qaydaları”-nın 8.33-cü bəndinə istinad edir. Məhkəmə kollegiyası iddiaçının iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan maddənin məzmunundan başa düşülür ki, hal-hazırkı mübahisə üzrə sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Belə ki, iddiaçı aktın etibarsız hesab edilməsi tələbini irəli sürsə də aktın etibarsızlığını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Əlavə olaraq aktın tərtib olunmasından xəbəri olmaması və ona təqdim olunmamasını bildirsə də, birinci instansiya məhkəməsi icraatında qanunvericiliyin ona verdiyi hüquqdan istifadə etməyərək, yəni vəsatət verərək aktın cavabdeh tərəfindən təqdim edilməsini xahiş etməmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini əsassız sayaraq təmin etməmişdir. Kollegiya bununla bağlı olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir : Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı, 02 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “ Elektrik enerjisindən istifadə Qaydaları”-nın 7.6-cı bəndinə əsasən Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. 7.9-cu bəndinə əsasən Məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. 7.10-cu bəndinə əsasən Yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. 7.11-ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Həmçinin kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddiaçı təqdim etdiyi abunə haqqında sənəddən görünür ki, xx.xx.2017-ci il tarixdə elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə 261,36 manat cərimə hesablanmışdır. İddiaçı tərəf bu tarixdən sonra isə elektrik enerjisindən istifadə etməyə görə ödənişlər etmişdir. Həmçinin cavabdeh təşkilatın əməkdaşları tərəfindən ona borcu haqqında bildiriş təqdim etmişdir. Bu isə ona dəlalət edir ki, iddiaçı onun barəsində tərtib olunmuş akt barəsində məlumatlı olmuşdur. Cavabdeh tərəf iddia müddətinin tətbiqi barədə vəsatət təqdim etmişdir. Birinci instansiya məhkəməsi mübahisəni araşdıraraq müəyyən etmişdir ki, iddiaçı iddiasının əsasını təşkil edən sübutları məhkəməyə təqdim etməmiş yəni iddia tələbi sübut olunmamışdır. Həmçinin müəyyən olunmuşdur ki, iddiaçının mübahisəli aktdan xəbəri olmuş lakin iddia müddəti üzrsüz səbəbdən buraxaraq 3 il 11 ay sonra iddia qaldırmışdır. Məhkəmə kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi “iddia tələbi əsassızdır, iddia müddəti üzrsüz səbəbdən buraxıldığından və iddiaçının öz iddiasını əsaslandıran kifayət qədər sübutlar müəyyən edilmədiyindən iddia rədd edilməlidir” ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası həmçinin iddia müddətinin tətbiq edilməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarı). İddiaçı apellyasiya şikayətinin dəlillərində qeyd edir ki, birinci instansiya məhkəməsi ziyan tələbi üzrə iddia müddəti 10 il təşkil etdiyi təqdirdə iddia müddətini tətbiq etmişdir. Məhkəmə kollegiya iddiaçının apellyasiya şikayətinin yuxarıda göstərilən dəlili ilə bağlı qeyd edir ki, hal-hazırkı mübahisə ziyan tələbi deyil, məhz müqavilə tələbləri üzrə tərəflər arasında yaranan mübahisədir. Odur ki, kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır, hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab etməklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası yuxarıda göstərilən iddia tələbinin yuxarıda göstərilən hallar üzrə hüquqi dəyərləndirilməsi nəticəsində apellyasiya şikayətinin dəlillərinə yekun hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi verilmiş tələb üzrə qanuni və əsaslı nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olmaqla qətnamənin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 2(020)1527/2022 saylı, 12 dekabr 2022-ci il tarixli qətnaməsi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz
Məhkəmə qərarları › İş №2(106)-562/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-562/2023
13.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver