Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-575/2025 18.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, İddiaçılar İddiaçı2 Sadiq qızı, İddiaçı1, İddiaçı3, İddiaçı5 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər: DƏDKR 13 saylı Şirvan Ərazi İdarəsi, Saatlı rayon Notariat ofisi və Bakı şəhəri 35 saylı Notariat ofisi) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvinə dair mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli, 2(055)- 1376/2024 saylı qərardadından İddiaçı2 Sadiq qızının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətin mümkünlüyünü yoxlayaraq müəyyən etdi: İddiaçılar İddiaçı2 Sadiq qızı, İddiaçı1, İddiaçı3, İddiaçı5, İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 Saatlı rayon notariat ofisinə qarşı (Bakı şəhəri 35 saylı Notariatofisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Saatlı rayonu, Əhmədbəyli kəndində yerləşən DƏDƏRXnin Şirvan Sərazi idarəsi tərəfindən xx.xx.2022-ci il tarixli **********39 reyestr nömərli, ********** qeydiyyat nömərli çıxarış əsasən mülkiyyətlərində olmuş 3.9381 ha torpaq sahəsinin Saatlı rayon notariat ofisində Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 22 sentyabr 2022-ci il tarixli, AN-İ № ******* nömərli alqı-satqı-müqaviləsinin etibarsız sayılması və Cavabdeh2 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Daha sonra iddiaçılar məhkəməyə birgə ərizə təqdim edərək, Cavabdeh3 cavabdeh qismində işə cəlb olunmasını, Saatlı rayon notariat ofisinin cavabdeh qismində iştirakına xitam verilib üçüncü şəxs qismin işə cəlb edilməsini, eyni zamanda Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestiri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin üçüncü şəxs qismin işə cəlb edilməsini xahiş etmişlər. Saatlı Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli 2(055)-1376/2024 saylı qətnaməsi ilə (hakim V.Qasımov) iddianın təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. İddiaçı2 Sadiq qızının nümayəndəsi və vəkili Vəkil həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Saatlı Rayon Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli, 2(055)-1376/2024 saylı qərardadı ilə Saatlı Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli 2(055)-1376/2024 saylı qətnaməsindən verilən apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı2 Sadiq qızının nümayəndəsi və vəkili Vəkil məhkəməyə şikayətlə müraciət edərək, Saatlı Rayon Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli, 2(055)-1376/2024 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Saatlı Rayon Məhkəməsinin 10 fevral 2025-ci tarixli, 2(055)-1376/2024 saylı qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə tərkibi hesаb edir ki, İddiaçı2 Sadiq qızının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməlidir. Belə ki, iş materiallarında olan müvafiq çıxarışdan (səhifə 137) görünür ki, Saatlı Rayon Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli, 2(055)-1376/2024 saylı qərardadı 24 yanvar 2025-ci il tarixdə, saat 15:30-da İddiaçı2 Sadiq qızının nümayəndəsi və vəkili Vəkil “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmişdir. “Elektron Məhkəmə” İnformasiya Sistemində “birinci instansiya məhkəməsi” bölməsindəki “digər sənədlər” hissəsindən edilmiş müvafiq çıxarışdan (səhifə 157) müəyyən edilir ki, İddiaçı2 Sadiq qızının nümayəndəsi və vəkili Vəkil sözügedən qərardaddan 07 fevral 2025-ci il tarixdə elektron kabinet vasitəsi ilə şikayət vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin normanın tələbinə əsasən şikayət vermə müddətinin axımı qərardadın “rəsmi qaydada verildiyi” gündən başlandığına görə, müddətin axımını hesablamaq üçün məhkəmə aktının “rəsmi qaydada verilməsi” anlayışının nəyi ifadə etməsi müəyyən olunmalıdır. Bu anlayışın izahı MPM-nin 135.5-ci maddəsində verilərək göstərilir ki, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Göründüyü kimi MPM-nin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində göstərilən hər hansı bir qaydada çatdırılan məhkəmə sənədləri, rəsmi qaydada verilmiş sayılır. Bu qaydaların birindən bəhs edən MPM-nin 135.6-cı maddəsində deyilir ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Eyni zamanda, MPM-in 10-1.3-cü maddəsinin tələblərinə görə kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə tərkibi hesab ki, sözügedən qərardad İddiaçı2 Sadiq qızının nümayəndəsi və vəkili Vəkil “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinetinə 24 yanvar 2025-ci il tarixdə yerləşdirildiyinə görə o, qərardaddan şikayəti qanunla müəyyən edilmiş 10 günlük müddət ərizəsində verməli olduğu halda şikayəti 07 fevral 2025-ci il tarixdə elektron kabinet vasitəsi ilə vermişdir. Belə olduqda müəyyən edilir ki, şikayətin verilməsi müddətini 3 gün ötürmüş və buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən halları araşdırmadan, cavabdehin nümayəndəsi və vəkili tərəfindən qərardaddan şikayətin verilmə müddətinin buraxılıb-buraxılmamasını müəyyən etmədən, bir sözlə şikayətin MPM-ə uyğunluğunu yoxlamadan şikayəti baxılması üçün Apellyasiya məhkəməsinə göndərmişdir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 130.1-ci mаddəsinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü mаddəsində göstərilmişdir ki, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Yuxarıda göstərilənləri də nəzərə alan məhkəmə tərkibi hesаb edir ki, Saatlı Rayon Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli, 2(055)-1376/2024 saylı qərardadından İddiaçı2 Sadiq qızının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət üzrə аpellyаsiyа qeyri-mümkün hesаb edilməlidir. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla kassasiya şikayəti verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərаrа аldı: Saatlı Rayon Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli, 2(055)-1376/2024 saylı qərardadından İddiaçı2 Sadiq qızının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət üzrə аpellyаsiyа qeyri-mümkün hesаb edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Saatlı Rayon Məhkəməsinə geri qaytarılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-575/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-575/2025
18.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver