Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1448/2023 03.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4, üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə, Bakı şəhəri 7 saylı Notariat Kontoruna, AR Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə, X3 və X2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alğı-satqı müqavilələrinin və etibarnamələrin etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Həsənov Vüqar Təvəkgül oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cav abdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4, üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə, Bakı şəhəri 7 saylı Notariat Kontoruna, AR DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə, X3 və X2 qarşı əqdlərin və etibarnamələrin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2303/2022 nömrəli, 08 dekabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 3 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra-iddiaçı) Lexus LX450 markalı 99OL108 dövlət və BMW markalı 10ES102 qeydiyyat nişanlı avtomobillərə (bundan sonra-mübahisəli avtomobil lər) dair xx.xx.2021-ci il tarixdə Cavabdeh3 etibarnamə vermişdir. Etibarnamələr 1 il müddətinə, xx.xx.2022-ci il tarixədək verilmişdir. 2. xx.xx.2021-ci il tarixli, 000399 nömrəli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsinə əsasən, Cavabdeh2 BMW markalı 10ES102 dövlət qeydiyyat nişanlı avtomobili iddiaçıdan (etibarnamə əsasında Cavabdeh3) almışdır. 3. xx.xx.2021-ci il tarixli, 000398 nömrəli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh4 “Lexus LX450” markalı, ** OL *** dövlət qeydiyyat nişanlı avtomobili iddiaçıdan (etibarnamə əsasında Cavabdeh3) almışdır.
4. Cavabdeh1 (bundan sonra-birinci cavabdeh) 26 avqust 2021-ci il tarixli AN-İ seriyalı ******* saylı alğı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, bina 27, 18 saylı mənzili 6000 0 (altmış min) manata iddiaçıdan almışdır.
5. Birinci cavabdeh həmin tarixli AN-İ seriyalı ******* saylı alğı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Xəlilov küçəsi 1A, M12, 2 saylı mənzili 180000 (yüz səksən min) manata iddiaçıdan almışdır.
6. Birinci cavabdeh 26 avqust 2021-ci il tarixli AN-İ seriyalı ******* saylı alğı-satqı müqaviləsinə əsasən, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsini 126000 (yüz iyirmi altı min) manata iddiaçıdan almışdır.
7. Bundan sonra 13 avqust 2021-ci il tarixli, AN-İ seriyalı ******* saylı alğı-satqı müqaviləsi ilə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, bina 27, 18 saylı mənzil və 13 sentyabr 2021-ci il tarixli, AN-İ seriyalı ******* saylı alğı-satqı müqaviləsi ilə ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi X2, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Xəlilov küçəsi 1A, M12, 2 saylı mənzil 150000 (yüz əlli) manata 07 yanvar 2022-ci il tarixli, AN-İ seriyalı ******* saylı alğı-satqı müqaviləsi ilə X1.
8. Xəzər RPİ-nin İŞ-nin xx.xx.2021-ci il tarixli cinayət işinin başlanamsının rədd edilməsi haqqında qərarına əsasən HK-1480 saylı təhqiqat materialı üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehlərə və 3-cü şəxslərə qarşı iddia ərizəsi, daha sonra iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 arasında xx.xx.2021ci il tarixdə Bakı şəhəri 7 saylı Notariat Kontorunda Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 27, mənzil 18-ə dair imzalanmış AN-İ seriyalı ** ***** saylı, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, K.Xəlilov küçəsi 1A, M12, m.2-yə dair imzalanmış AN-İ seriyalı ******* saylı, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair imzalanmış AN-İ seriyalı ******* saylı Daşınmaz əmlakın alğı-satqı müqavilələrinin, BMW markalı 10ES102 dövlət qeydiyyat nişanlı və Lexus LX450 markalı 99OL108 dövlət qeydiyyat nişanlı avtomobillərə dair nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnamələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı işin yuxarıda qeyd olunan faktiki hallarından çıxış etməklə tələbini onunla əsaslandırmışdır ki, 26 avqust 2021-ci il tarixdə onu həbs etdirəcəkləri ilə hədələyərək Xəzər Rayon Polis İdarəsindən polis müşayiəti ilə Bakı şəhəri 7 saylı notariat kontoruna apararaq mübahisəli mənzillərə Daşınmaz əmlakın alğı-satqı müqaviləsi imzalatdırıb Cavabdeh1 adına rəsmiləşdirməklə, avtomobillərə isə nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnamə imzalatdırmaqla bütün əmlaklarını əlindən almışlar. Mülkiyyətində olan əmlakları heç kimə satmamış, ümumiyyətlə kiməsə satmaq fikri belə olmamışdır. Yuxarıda qeyd edildiyi kimi sözügedən əmlaklar məcburetmə, qeyri-qanuni təsir, hədələmə nəticəsində mülkiyyətindən çıxmışdır. Bunu həyata keçirmək üçün onu 26 avqust 2021-ci il tarixdə əmlaklarının bir hissəsinə etibarsız əqd bağlamaqla, digər hissəsinə isə etibarnamə imzalatdırmaqla nail olunmuşdur. Həmçinin məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli məktubla müəyyən o lunur ki, avtomobillərin alğı-satqısına dair etibarnamələr xx.xx.2021-ci il tarixdə imzalansa da, alğı-satqıya dair müqavilələr xx.xx.2021-ci il tarixdə bağlanmışdır. Beləliklə, müəyyən olunur ki, mübahisəli avtomobillər səlahiyyəti olmayan şəxs tərəfındən özgəninkiləşdirilmişdir ki, mülkiyyət hüququ ilə ona məxsus olmuş avtomobillərin qanunazidd şəkildə mülkiyyətindən çıxmasını təsdiq edir.
11. Məhkəməyə daxil olmuş Bakı şəhəri 7 saylı notariat ofisinin xüsusi notariusunun 25 yanvar 2022-ci il tarixli məktubuna əsasən, xx.xx.2021-ci il tarixdə satıcı İddiaçı və alıcı Cavabdeh1 arasında rəsmiləşdirilmiş mübahisəli mənzillərə və nəqliyyat vasitələrinə dair verilmiş etibarnamədə iddiaçı şəxsən özü iştirak edərək yuxarıda qeyd olunan sənədləri imzalamışdır. Onun iddia ərizəsində göstərdiyi fa ktlar barədə Bakı şəhəri 7 saylı xüsusi notariat ofısində heç bir məlumat daxil olmamışdır. 26 avqust 2021-ci il tarixdə iddiaçı notariat ofisinə gələrkən onun hər hansı zorakılığa məruz qalması tərəflərindən hiss edilməmişdir.
12. Məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin 222 nömrəli, xx.xx.2021-ci il tarixli məktubuna əsasən "xxxx" MMC iddiaçıya və Səlimov Vahid Şaiq oğluna qarşı cinayət əməllərindən irəli gələn tələbindən imtina edir və bununla bağlı iddia qaldırmayacaqdır.
13. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə əlavə olaraq bildirmişdir ki, iddiaçının verdiyi məlumata görə Polis İdarəsində onun barəsində sifarişlə iş başlanılmışdır. Lakin xx.xx.2021- ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin qər arda "xxxx" MMC-ni təmsil edən Cavabdeh1 və iddiaçının ifadələri öz əksini tapır. Qərardan görünür ki, MMC iddiaçının bütün əməlləri barədə şikayət verir. Həmin qərarın nəticə hissəsində qeyd olunur ki, malların satılması və pulların iddiaçı tərəfindən mənimsənilməsi qənaətinə gəlmək üçün əsas hesab edilən hər hansı bir dəlil müəyyən edilməmişdir. Bu cinayət mühakimə icraatı barədə qərardır, yəni əsas sübutlardan biridir. Bu gün sözügedən qərar qüvvədədir və belə olan halda onun dələduzluğundan söhbət gedə bilməz.
14. Məhkəmə iclasında iştirak edən birinci cavabdehin nümayəndəsi izahat verərək bildirmişdir ki, şirkətdə iddiaçı tərəfindən yeyinti hallarının olduğu müəyyən edildikdə ilkin olaraq komissiya yaradılmış və təxminən 520000 manat ziyan dəydiyi müəyyən edilmişdir. Bununla bağlı təd birlər görülmüş və polisə müraciət edərək şirkətdə müəyyən yeyinti olduğunu, ziyan vurulduğu bildirilmişdir. 2021-ci ilin sonunda, dekabr ayında sentyabr ayından cəlb olunmuş auditor Şirkətdə yoxlama aparmış və rəy vermişdir. Rəydə 712000 manat məbləğində ziyan vurulduğu göstərilmişdir. İddiaçı vurulmuş ziyanla əlaqədar təxminən 492000 manat ödəniş etmişdir. Onlar da qalan 212 min manatın ödənilməsi ilə bağlı Sabunçu rayon Məhkəməsində iddia da qaldırmışdırlar. İddiaçı tərəf bir çox məsələyə toxunsa da, iddiaçıya edilmiş hədə-qorxunun nədən ibarət olduğunu bildirmir. İddiaçı tərəf notarial sənədləri düzgün təhlil etməmişdir. Belə ki, bankdan pulun götürülməsi kassa məxaric orderi ilə rəsmiləşdirilir, yəni iddiaçı orderə imza atmaqla pulu götürmüşdür. Həmçinin tərəflər arasında xx.xx.2021-c i il tarixdə alğı-satqı prosesi olmuş iddiaçı məhkəməyə 4 ay sonra müraciət etmişdir. Nəqliyyat vasitələri isə etibarnamə əsasında başqasının adına keçmişdir, o ümumiyyətlə burada mübahisələndirilməməlidir. İddiaçının hazırda etibarnamənin ləğvi tələbinin də heç bir əsası yoxdur. Belə ki, o, istədiyi vaxt gedib etibarnaməni ləğv edə bilərdi.
15. Məhkəmə "xxxx" MMC-nin baş direktoru Turqut Məmmədovun iddiaçı barədə Xəzər Rayon Polis İdarəsinə müraciəti əsasında toplanmış HK-1480 saylı təhqiqat materialını Xəzər Rayon Polis İdarəsinə və müvafiq olaraq Xəzər Rayon Prokurorluğuna sorğu verməklə tələb etsə də, həmin sənədlər məhkəməyə təqdim olunmamışdır.
16. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 28 avqust 2022-ci il tarixli, 2(060)-1316/2022 nömrəli qətnam əsi ilə (hakim G.Tanrıverdiyeva) iddia rədd olunmuşdur.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, mübahisəli mənzillər və qeyri-yaşayış sahəsi sahəsinə dair bağlanmış alğı-satqı müqavilələri müqavilə azadlığı prinsipinə uyğun olaraq iddiaçı və birinci cavabdeh arasında bağlanmışdır. Həmin müqavilələrin bağlanması zamanı daşınmaz əmlakın alğı-satqısına dair qaydalara riayət edilmişdir.
18. İddiaçı tərəf iddia edir ki, "xxxx" MMC Xəzər rayon Polis İdarəsinə iddiaçının MMC-yə məxsus marketdən pul mənimsəməsi barədə şikayət ərizəsi ilə müraciət etmişdir. Nəticədə iddiaçı ona edilən təzyiqlərdən qurtulmaq üçün belə əqdlərin bağlanmasına razılıq vermiş, sözügedən əqdləri təzyiq və hədə-qorxu altında bağlamışdır.
19. Məhkəmə hesab etmişdir ki, xx.xx.2021-ci il ta rixli AN-İ seriyalı ******* saylı, AN-İ seriyalı ******* saylı və ******* saylı alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslardan hər hansı biri mövcud olmadığından iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı tərəf sözügedən müqavilələrin iddiaçının məcburetmə, qeyri-qanuni təsir, təzyiq və hədə qorxu altında bağlanıldığını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı inandırıcı, mötəbər və əsaslı şübhədən kənar sübut təqdim etməmişdir.
20. Məhkəmə qeyd etmişdir ki, iddiaçının istinad etdiyi hal, yəni iddiaçının cinayət məsuliyyətinə cəlb edilməkdən yaxa qurtarmaq üçün özünə məxsus əmlakları satması hazırda mübahisələndirilən əqdlərin hədə-qorxu və məcburetmə nəticəsində bağlanıldığını sübut etmir. Belə ki, hər hansı bi r şəxsin cinayət məsuliyyətinə cəlb edilməmək üçün özünə məxsus əmlakları satıb, vurulmuş ziyanın əvəzində qarşı tərəfə ödəməsi şəxsin hədə-qorxu nəticəsində əqd bağlamağa məcbur edilməsi nəticəsinə gəlməyə əsas vermir. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hal - əqdlərin hədə-qorxu, təzyiq və məcburetmə nəticəsində bağlanması öz təsdiqini tapmır.
21. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı ona edilmiş hədə-qorxu, təzyiq və məcburetmə halları ilə bağlı hər hansı orqana şikayət etməmiş, yalnız müəyyən müddətdən sonra hazırki iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir.
22. Mübahisəli nəqliyyat vasitələrinə aid hissədə məhkəmə qeyd etmişdir ki, iddiaçı BMW markalı ** ES *** dövlət qeydiyyat nişanlı və Lexus LX450 markalı ** OL *** dövlət qeydiyyat nişanlı avtomobillərə dair xx.xx.2021-ci il tarixdə imzalanmış ƏN-Vİİ seriyalı 919090 və ƏN-Vİİ seriyalı 919091 nömrəli Nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnamələrin etibarsız hesab edilməsi barədə iddia tələbini həmin etibarnamələrin də xx.xx.2021-ci il tarixdə hədə-qorxu, təzyiq və məcburetmə nəticəsində verildiyi ilə əsaslandırmışdır. Həm alğı-satqı müqavilələri bağlanarkən, həm də avtomaşınlara dair etibarnamələr verilərkən hədə-qorxu, təzyiq və məcburetmə hallarının olub-olmamasına məhkəmə tərəfindən artıq qiymət verilmişdir.
23. Eyni zamanda məhkəmə hesab etmişdir ki, iddia tələbi nəqliyyat vasitələrinə dair bağlanmış alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi hissəsində də təmin edilməməlidir. Belə ki, iddiaçı iddia tələbini mübahisələndirilən etibarnamə və alğı-satqı müqavilələri nin hədə-qorxu, təzyiq və məcburetmə altında bağlanıldığını bildirsə də, məhkəmənin sorğusu əsasında nəqliyyat vasitələrinin alğı-satqısı ilə bağlı sənədlər əldə edildikdən sonra iddiaçı etibarnamələrin tarixi ilə avtomaşınların alğı-satqı müqavilələrinin tarixləri arasındakı ziddiyyətə istinad edərək, sözügedən müqavilələrin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir.
24. Məhkəmə iddiaçının bu dəlilləri ilə bağlı qeyd etmişdir ki, nəqliyyat vasitələrinin alğı-satqı müqavilələri və həmin avtomobillərə dair etibarnamələrin tarixləri arasında ziddiyyətlərin səbəblərinin aydınlaşdırılması məqsədilə məhkəmə tərəfindən Baş Dövlət Yol Polis İdarəsinə sorğu ünvanlanmış, həmin İdarə sorğuya cavab olaraq “BMW” markalı **-ES-*** və “Lexus” markalı **-OL-*** dövlət qeydiyyat nişanlı nəqli yyat vasitələrinin alğısatqı müqavilələrinin xx.xx.2021-ci il tarixdə bağlandığı, lakin müqavilələrdə tarixlərin səhvən xx.xx.2021-ci il kimi göstərilməsi qeyd olunmuşdur. Buna görə də nəqliyyat vasitələrinin alğı-satqı müqavilələrində texniki yanlışlıq olaraq tarixin bir gün əvvəl yazılması sözügedən alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Belə ki, həm Lexus LX450 markalı 99OL108 dövlət qeydiyyat nişanlı, həm də BMW markalı 10ES102 dövlət qeydiyyat nişanlı avtomaşınların qeydiyyat hərəkətləri barədə kompüter çıxarışlarından görünür ki, həmin avtomobillərə dair xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixdədək iddiaçı tərəfindən Cavabdeh3 adına etibarnamə verilmiş, sözügedən avtomaşınlar xx.xx.2021-ci il tarixdə satış üçün qeydiyyatdan çıxarılmışdır. 2
5. Eyni zamanda sözügedən nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrinin surətlərindən görünür ki, şəhadətnamələrdə Baş Dövlət Yol Polis İdarəsi Qeydiyyat İmtahan İdarəsi tərəfindən avtomaşınların xx.xx.2021-ci il tarixdə satış üçün qeydiyyat çıxarıldığı möhürlə təsdiq edilmişdir.
26. Göründüyü kimi, nəqliyyat vasitələrinin uçotunu aparan dövlət orqanında avtomaşınlar satış üçün qeydiyyatdan xx.xx.2021-ci il tarixdə çıxarıldığı halda, onlar xx.xx.2021-ci il tarixdə satıla bilməzdi. Bu bir daha nəqliyyat vasitələrinin alğı-satqı müqavilələrində tarixin səhvən “26 avqust” əvəzinə “25 avqust” kimi göstərildiyini təsdiq edir.
27. Məhkəmə onu da qeyd etmişdir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh4 mübahisələndirilən alğı-satqı müqavilələri üzrə nəqliyyat vasitələrini əldə edən şəxslərdir. Alğı-satqı müqavilələri rəsmiləşdirilərkən müvafiq orqanda müqavilələrin tarixi ilə bağlı texniki səhvə yol verilməsi son nəticədə həmin müqavilələr üzrə nəqliyyat vasitələrini vicdanlı olaraq əldə edən şəxslərin hüquqlarının pozulmasına da səbəb ola bilməz. Buna görə də iddia tələbi mübahisəli avtomobillərə dair bağlanmış alğı-satqı müqavilələrin etibarsız hesab edilməsi hissəsində də təmin edilməməlidir.
28. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1, 146.2, 182, 337.1, 337.3, 337.4, 339.4, 390.1, 394, 567-cı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1-ci, və MPM-nin 14.1, 14.2, 77.1, 78-ci maddələrinə istinad edərək ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
29. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhk əməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir.
30. Şikayət belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəllənin 324.1, 324.4, 324.5, 337.1, 359.1, 359.3, 362.1-ci maddələri və MPM-nin 9, 76, 77, 81, 88, 217-ci maddələrinin tələblərini pozmaqla və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməməklə qəbul edilmişdir.
31. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-2303/2022 nömrəli, 8 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Quliyev (sədrlik edən və məruzəçi), G.Tağızadə və L.Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya mə hkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, şikayətin dəlillərinə münasibətdə qeyd etmişdir ki, dəlillər heç bir sübutla öz təsdiqini tapmadığına görə birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsaslı hesab edilə bilməz. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
33. İddiaçı (vəkili Vəkil4) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək yeni baxışa qaytarılması və ya iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
34. Şikayət belə əsaslandırılmışdır ki, iş materiallarına əlavə olunmuş Xəzər Rayon Polis İdarəsinin İs tintaq Şöbəsinin baş müstəntiqi polis mayoru X6 tərəfindən xx.xx.2021ciil tarixdə “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” Qərardan da göründüyü kimi xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-nin baş direktoru Turqut Məmmədov ***-*******21 saylı məktubla Xəzər RPİ-nə müraciət edərək iddiaçını cinayət məsuliyyətinə cəlb edilməsini istəmişdir. Məhz bundan sonra, yəni 25-26 avqust 2021-ci il tarixlərində iddia tələbində qeyd olunan və mübahisələndirilən əqdlər bağlanmışdır. Adi məntiqlə də müəyyən etmək olur ki, iddiaçının həmin əqdləri bağlanmasına yönəlmiş sərbəst iradə ifadəsi olmamışdır, əmlaklar məcburetmə, qeyri-qanuni təsir, hədələmə nəticəsində onun mülkiyyətindən çıxmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə Xəzər rayon Polis İdarəsindən polis müşayiəti ilə Bakı şəhəri 7 saylı Nota riat Kontoruna aparılaraq əmlakları Cavabdeh1 adına rəsmiləşdirməsinə məcbur edilmiş, eləcə də avtomobillərə dair etibarnamə imzalatdırılmaqla bütün əmlakları əlindən alınmışdır. İddiaçı tərəfindən bu şərtlərə əməl olunduqdan sonra isə xx.xx.2021-ci il tarixdə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Göründüyü kimi, xx.xx.2021-ci il tarixdə bağlanmış 000399 nömrəli və 000398 nömrəli “Nəqliyyat vasitəsinin alğı-satqısı müqavilələri və xx.xx.2021-ci il tarixli AN-İ seriyalı ******* saylı, AN-İ seriyalı ******* saylı və ******* saylı daşınmaz əmlakın alğı-satqı müqavilələri iddiaçının həqiqi iradə ifadəsini əks etdirmir və həmin iradə ifadəsi onda məcburetmə qaydasında formalaşdırılmışdır.
35. Həmçinin, nəqliyyat vasitələrinin alğı-satqı müqavilələrinin və həmin avtomobillərə dair etibarnamələrin tarixləri arasındakı ziddiyyətlərin məhkəmə tərəfindən sorgu verilərək texniki yanlışlıq kimi göstərməyə çalışması da anlaşılan deyildir. Belə ki, əgər xx.xx.2021-ci il tarixli BMW markalı ** ES *** dövlət qeydiyyat nişanlı və Lexus LX450 markalı 99 OL108 dövlət qeydiyyat nişanlı avtomobillərə dair alğı-satqı müqavilələrində və satış üçün qeydiyyatdan çıxarılma sənədində olan tarix texniki səhv kimi xx.xx.2021-ci il qeyd edilibsə, nə üçün onda həmin alğı-satqı müqavilələrində iddiaçı tərəfindən cavabdehlərə verilmiş etibarnamələrin rekvizitləri (nömrəsi, tarixi və s.) qeyd olunmayıb. Göründüyü kimi, həmin alğı-satqı əməliyyatları da sifarişlə, məcburi və tələm-tələsik şəkildə, etibarnamə olmadan və yalnız müqavilələrdə “Etibar” sözü qeyd edilməklə səlahiyyətsiz şəxs tərəfindən aparılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
37. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeyclə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
38. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvv əyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).
39. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
40. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
41. Maddə
324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəlmiş birtərəfli, iki tərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağla batan mühakimə əsasında müəyyənləşdirilməlidir. (1, 2 və 5-ci bəndlər).
42. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
43. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
44. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
45. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.
46. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
47. Maddə
394. Bir tərəfi n daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.
48. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdır ılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
53. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
55. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
57. Belə ki, iddiaçı iddia tələbində göstərdiyi hallarla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. İşin araşdırılmış hallarından görünür ki, əqdlərin hədə-qorxu, təzyiq və məcburetmə nəticəsində bağlanması sübut olunmur.
58. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri).
59. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir.
60. Hazırkı işdə sübut etmə yükü iddiaç ının üzərinə düşür. Belə ki, iddiaçı ona edilən təzyiqlərdən qurtulmaq üçün belə əqdlərin bağlanmasına razılıq verdiyini, sözügedən əqdləri təzyiq və hədə-qorxu altında bağladığını sübut etməlidir. Halbuki iddiaçı bununla bağlı məhkəməyə heç bir mötəbər sübut tədim etməmişdir.
61. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
62. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
63. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2303/2022 nömrəli, 8 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan