Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-12/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: pul tələbi 18.01.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Kəmalə Nəbi qızı Abiyevanın məruzəsi ilə, hakimlər Bəhram Məmməd oğlu Məmmədli və X5 ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 12 iyul tarixli, 2-2(104)-116/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 2017-ci il 18 dekabr tarixli, * nömrəli mallar (işlər və xidmətlər) üzrə satınalınma müqaviləsindən görünür ki, sifarişçi Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı X14 ilə icraçı Cavabdeh MMC-nin direktoru X6 arasında Biləsuvar rayonunda “Gənclər Evinin” və “Bayraq Muzeyinin” inşaat işlərinin yerinə yetirilməsi ilə bağlı müqavilə bağlanmış, icraçı inşaat işlərinin yerinə yetirilməsini öz üzərinə götürmüş, yerinə yetiriləcək işlərin ümumilikdə dəyərinin satın alınması üçün icraçının təqdim etdiyi 1.350.500 qiymət təklifini qəbul etmişdir. İcraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satın alınan tender şərtlərində nəzərdə tutulmuş “Gənclər Evinin” və “Bayraq Muzeyinin” inşaat işlərinin, kommunikasiya xətlərinin çəkilməsi, avadanlığın quraşdırılması işlərinin təhvil verilməsini öhdəsinə götürmüşdür.
2. Biləsuvar RPŞ-nin İB-nin 2020-ci il 22 avqust tarix li “Cinayət işi başlanılmasının rədd edilməsi haqqında” qərarına əsasən İddiaçı şikayəti əsasında toplanmış material üzrə cinayət hadisəsi olmadığına görə cinayət işi başlanması rədd edilmişdir. Şikayətçiyə izah olunmuşdur ki, Biləsuvar şəhərində inşa edilmiş “Bayraq Muzeyi” və “Gənclər Evi” obyektlərinin tikintisi üçün nisyə verdiyi tikinti materiallarının pulunu tələb etməsi ilə bağlı X4 və digərlərinə qarşı pul tələbi mülki xarakterlidir və bununla bağlı mülki qaydada rayon məhkəməsinə müraciət edə bilər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı (bundan sonra- “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, 156.000 manat əsas borc və cavabdehin öhdəliyini vaxtın da icra etməməsi nəticəsində yaranan zərərin əvəzi olaraq 50.000 manat pul olmaqla, cəmi 216.000 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin direktoru Məhərrəm Ömrümov (bundan sonra-“M.Ömrümov”), ondan tikinti materiallarını qəbul edən iş icraçısı Şahid3 (bundan sonra-“Şahid3”) və Biləsuvar rayon İcra Hakmiyyəti Mənzil İstismar Sahəsinin rəisi işləyən X9 ilə birlikdə qarşılıqlı hesablaşma aparmış və sonda 191.000 manat dəyərində tikinti materialı verilməsi, bundan 35.000 manat dəyərindəki tikinti materiallarının geri qaytarılması, cavabdehin iddiaçıya 156.000 manat borcunun qalması barədə razılığa gəlmişlər. Lakin M.Ömrümov tikinti işlərinə görə Biləsuvar rayon İcr a Hakimiyyətindən 800.000 manat aldığını, icra hakimiyyətinin ona 200.000 manat borclu qaldığını, qalan pulu alan kimi onun pulunu ödəyəcəyini bildirmişdir. O, aralarında belə razılaşmanın olmadığını, pulun çoxdan ona ödənilməli olduğunu deyərək pulu tələb etmişdir. O, daha sonra Biləsuvar rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevlə (bundan sonra-“M.Quliyev”) görüşmuş, M.Ömrümovun dediklərini ona çatdıraraq pulunun ödənilməsinə köməklik göstərməsini xahiş etdikdə, M.Quliyev də tikintiyə görə pulun hamısının cavabdehə ödənildiyini və pulun verilməsi üçün M.Ömrümovla danışacağına söz vermişdir. Cavabdeh borclu olduğu 156.000 manatı ödəməmişdir. 5. 2020-ci ildən başlayaraq M.Ömrümovun ödəməli olduğu vəsaiti mənimsəməsi və başqa cinayət faktları ilə bağlı hüquq-mühafizə orqanları na müraciət edilmiş, bu müraciətlər əsasında Biləsuvar RPŞ-nin İstintaq bölməsində araşdırma başlanmışdır. Araşdırma zamanı M.Ömrümov iddia ərizəsində qeyd edilən faktların bir hissəsini, yəni həqiqətən tikinti işlərini apardığını, tikintinin iddiaçı tərəfindən verilmiş tikinti materialları əsasında aparıldığını, zəruri olmayan 35.000 manat dəyərində tikinti materiallarının geri qaytarıldığını, təchiz edilmiş tikinti materiallarından 156.000 manat borclu qaldığını və başqa faktları etiraf etmişdir. Lakin ona borclu olmadığını bildirərək pulu ödəməkdən imtina etmişdir.
6. Biləsuvar RPŞ-nin İB-si şikayətdə qeyd edilmiş faktlarda cinayət əlamətlərinin olmaması, yəni mülki xarakterli olması səbəbindən mülki qaydada məhkəməyə müraciət edilməsi tövsiyə edilərək cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. Həmçinin, cavabdehin rəhbərliyinin qanunsuz hərəkətsizliyi ilə iddiaçıya çatmalı olan vəsaiti özündə saxlamaqla iddiaçının kommersiya fəaliyyətinə xeyli ziyan vurmuş, ödəniləcək pulu vaxtında ödəmədiyindən iddiaçı əldə edə edəcəyi gəlirdən məhrum olmuşdur. Bu da 50.000 manat məbləğində maddi zərər kimi qiymətləndirilmişdir.
7. İddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 21.1, 21.2, 425, 441.1, 441.4, 443.1, 445.1, 445.2, 445.3, 445.4, 445.6, 448.1, 448.2, 449.1, 567, 598.1-598.3, 599.1 və 599.2-ci maddələrinə istinad olunmuşdur.
8. Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 31 yanvar tarixli, e-2-2(115)64/2023 saylı qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdehdən 156.000 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, 340 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmiş, iddianın qalan hissəsi təmin olunmamışdır (hakim G.Quliyeva).
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, 2017-ci il 18 dekabr tarixində Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı M.Quliyev ilə M.Ömrümov arasında Biləsuvar rayonunda “Gənclər evi” və “Bayraq muzeyi” nin inşaat işlərinin yerinə yetirilməsi ilə bağlı müqavilə bağlanmış, icraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satın alınan tender şərtlərində nəzərdə tutulmuş binaların inşaat işlərinin, kommunikasiya xətlərinin çəkilməsi, avadanlığın quraşdırılması işlərinin təhvil verilməsini öhdəsinə götürmüş və yerinə yetiriləcək işlərin ümumilikdə dəyərinin 1.350.500 manat olm ası müəyyən edilmişdir. “Gənclər evi” və “Bayraq muzeyi” inşa edilərək avadanlıqlar quraşdırılmışdır.
10. İş üzrə mübahisələndirilən birinci məsələ iddiaçı tərəfindən “Gənclər evi” və “Bayraq muzeyi”nin inşa edilməsi üçün tikinti materiallarının verilməsi ilə bağlı olmuşdur. Qeyd edilən halla bağlı M.Ömrümov iddiaçıdan hər hansı tikinti materialı almadığını, gördüyü işlərə sərf olunmuş materialları özü təmin etdiyini ilkin izahatında göstərsə də, inşa edilən “Gənclər evi” və “Bayraq muzeyi”nin tikintisi üçün iddiaçı tərəfindən müxtəlif adda tikinti materiallarının göndərilməsi iddiaçının izahatı ilə yanaşı M.Ömrümovun izahatı, habelə şahid ifadələri, xüsusilə də tikinti işlərini aparan cavabdehin işçisi olmuş Şahid3 ifadəsi ilə təsdiq olunmuşdur. Digər tərəfdən isə M.Ömrümov həmin material ları özü təmin etdiyini izahatında göstərsə də bunu təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
11. Mübahisələndirilən ikinci məsələ iddiaçı tərəfindən “Gənclər evi” və “Bayraq muzeyi”nin inşa edilməsi üçün verilən tikinti materiallarının qiyməti ilə bağlı olmuşdur. Belə ki, iddiaçı 191.000 manat dəyərində müxtəlif adda tikinti materialları verdiyini bildirmiş, istifadə olunmayan materiallar ona göndərildikdən və ümumi məbləğdən çıxıldıqdan sonra cəmi 156.000 manat dəyərində tikinti materiallarının göndərildiyini iddia etmişdir.
12. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində iddiaçı tərəfindən göndərilən materialların pulunu hesabladıqlarını, həmin məbləğin 153.000 manat təşkil etdiyini, lakin iddiaçının həmin məbləğlə razı olmayaraq göndərdiyi materialların qiymətinin 156.000 manat olmasını bildirdiyini qeyd etmişdir. Həmçinin məhkəmə iclasında tədqiq edilən audio yazı ilə müəyyən edilmişdir ki, göndərilən materialların sayı və qiyməti ilə bağlı müzakirələr aparılmış və tərəflər yekun olaraq materialların qiymətinin 156.000 manat olması ilə bağlı razılaşırlar.
13. «N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, mülki prosessual hüquq doktrinasında qanunsuzsübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanun a zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin hə llində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.
14. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, səs yazısı sübut kimi qəbul edilməlidir. Çünki həmin danışıqlar birbaşa əlaqədar tərəflər arasında olan danışıqlardır. Həmin danışıqlar əqdin tərəfləri üçün sirr deyildir.
15. Mübahisələndi rilən üçüncü məsələ ondan ibarət olmuşdur ki, iddiaçı göndərdiyi materialların pulunun veriləcəyi ilə bağlı Cavabdeh MMC-nin direktoru X7 ilə razılaşdığını, sonuncu isə İddiaçılə bununla bağlı hər hansı müqavilə bağlamadığını, aralarında heç bir razılaşma olmadığını, İddiaçı tikintiyə materialları verməsini Biləsuvar rayonun keçmiş icra başçısı Mahir Quliyevin təkidi ilə verdiyini və həmin materialların pulunu da Mahir Quliyev özü ödəyəcəyinə dair razılaşdığını və İddiaçı pulunu ancaq Mahir Quliyevdən tələb etməli olmasını izahatında bildirmişdir. Qeyd edilən halla bağlı məhkəmə bildirir ki, sözügedən “Gənclər evi” və “Bayraq muzeyi”nin inşaat işlərinin, kommunikasiya xətlərinin çəkilməsi, avadanlığın quraşdırılması işlərini müqavilə əsasında öz üzərinə götürmüş icraçı həmin tikintiyə sərf edilmiş inşaat materiallarının dəyərini satıcısına ödəməlidir. Materialların kimin göstərişi və ya xahişi ilə verilməsi isə qeyd edilən nəticəni dəyişdirmir.
16. Məhkəmə qeyd etmişdir ki, mülki qanunvericilikdə tərəflər arasında hüquq və vəzifələrin yaranması üçün yalnız müqavilənin olması təsbit edilməmişdir. Mövcud hüquq münasibətləri nisyə alqı-satqı üzrə yaranmışdır və bu zaman müqavilənin yazılı qaydada bağlanmasına dair imperativ norma yoxdur. Nə qədər ki, iddiaçı tərəfindən nisyə olaraq tikinti materialları cavabdehin özünə təhvil verilmişdir, bu zaman həmin pulun dəyərinin ödənilməsinin başqa şəxs tərəfindən həyata keçirilməli olması sübuta yetirilməlidir. Cavabdeh isə bu sübutetmə öhdəliyi vəzifəsini yerinə yetirə bilməmişdir. Onun bu barədə dəlilləri özünün subyektiv mülahizələr inə söykənmişdir ki, bu da məhkəmə tərəfindən özünümüdafiə kimi qiymətləndirilmişdir. Ona görə də məhkəmə belə qənaətə gəlmişdir ki, 156.000 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
17. İddia tələbində iddiaçı verilən materialların pulu ona vaxtında qaytarılmadığı üçün ona 50.000 manat maddi ziyan dəydiyini qeyd etsə də, qeyd edilən tələbini, ümumiyyətlə əsaslandırmamış, əldən çıxmış faydanın nədən ibarət olmasını və miqdarının hansı qaydada müəyyən etməsini izah edə bilməmişdir. Ona görə də məhkəmənin nəticəsi ondan ibarət olmuşdur ki, iddia həmin hissədə təmin edilməməlidir.
18. Məhkəmə gəldiyi nəticəni MM-in 21.1, 21.2, 385.1, 386.1, 442, 445.2, 448.1, 448.2, 567 və 600.1-ci maddələrinə, N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 12 aprel tarixli Qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra“MPM”) 14.2, 77.1, 88, 106.1, 119.1, 119.2 və 124.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
19. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin dəyişdirilməsi, iddianın tam həcmdə təmin edilməsi, yəni cavabdeh tərəfindən öhdəliyin vaxtında icra olunmaması nəticəsində vurduğu ziyan kimi 50.000 manat məbləğində pulun iddiaçıya ödənilməsi barədə yeni qətnamə qəbul olunması xahiş edilmişdir.
20. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şik ayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 12 iyul tarixli, 2-2(104)-116/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edənməruzəçi hakim Ş.Rzaquliyev, hakimlər İ.Həsənov və L.Süleymanov).
22. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, məhkəmə iclasında iddiaçı tərəfindən təqdim edilmiş bir ədəd audio disk tədqiq edilmiş, audio yazının səslənməsi zamanı müəyyən edilmişdir ki, İddiaçı, X7 və X13 arasında müxtəlif növdə inşaat materiallarının sayı və qiyməti barədə müzakirələr gedir. X2 Azər Mir əzim oğlunun açotunun düz olmasını, ona olan borcun 156000 manat olmasını qeyd edir. X1 sayev Azər Mirəzim oğlunun pulunu Mahir Quliyevdən almasını tövsiyə edir, Mahir Quliyevin özü bilər, özü verməsini bildirir.
23. Həmçinin məhkəmə iclasında təqdim olunmuş Cavabdeh MMC-nin direktoru X7 tərəfindən tərtib edilmiş “Bayraq muzeyi” və “Gənclər evi”nin tikintisinə çəkilmiş və ödənilməli olan pul məbləği ilə bağlı vərəqdəki qeyddə Cavabdeh MMC-nin direktoru X7 hesablaşma apararaq Azərə (iddiaçıya) çatası pul məbləğinin 156 000 manat olduğunu göstərmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı vergi orqanında qeydiyyatdan keçərək fərdi sahibkar statusu əldə etməklə (VÖEN**********) Biləsuvar şəhərində tikinti materiallarının satışı ilə məşğul olmuşdur. O, 2017-ci ilin sonunda Biləsuvar rayon İcra hakimiyyətinin hazırda sabiq başçısının 2018-ci ilin əvvəllərində Biləsuvar şəhəri ərazisində Cavabdeh MMC tərəfindən inşa ediləcək “Gənclər Evi” və “Bayraq Muzeyi” binalarında tikinti işlərinin qısa müddətdə yekunlaşmasının təmin edilməsi üçün Cavabdeh MMC-ni nisyə olaraq, yəni inşa ediləcək binaların 2018-ci ilin may ayında açılışı olanadək müəyyən inşaat materialları ilə təmin edilməsi təklifini nəzərə alaraq daxil olmuş sifarişlər əsasında həmin tikinti obyektlərini Cavabdeh MMC tərəfindən vaxt məhdudluğuna görə kənardan gətirə bilmədiyi inşaat materialları 191 000 manat dəyərində inşaat materialları ilə təmin etmişdir. Hər iki obyektdə tikinti işləri 2018-ci ilin may ayında başa çatmışdır. Ona görə də o, nisyə verilmiş malların pulunu tələb etməyə başlamış, Cavabdeh MMC-nin rəhbəri olan Məhərrəm Ömrümov İcra hakimiyyətinin tikintinin pulunu ödəyəcəyini və həmin məbləğdən ona çatası pulu verəcəyini bildirmiş, lakin buna qədər tikintidə istifadə olunmamış və cavabdehin sifarişi ilə kənardan gətirilmiş ümumilikdə 35 000 manat dəyərində inşaat materialları borcun əvəzi kimi ona qaytarılaraq 191 000 manatdan çıxılmış, ödənilməsi üçün cavabdehin ona 156 000 manat borcu qalmışdır. Hər iki obyektin açılışı 2018-ci ilin sentyabr ayında baş tutmuş, bundan sonra cavabdehə sonuncunun bildirdiyinə görə 800 000 manat pul verilmişdir. Cavabdeh "xxxx" MMC-nin rəhbəri Məhərrəm Ömrümov pulunun tam ödənilmədiyini bəhanə edərək ona, yəni ona məxsus inşaat materialları mağazasına borclu qaldığı 156 000 manat pulu hər iki obyektin pulu tam ödən ildikdən sonra verəcəyini bildirmiş, hətta özü dəftər vərəqində apardığı hesablamada icra hakimiyyətindən tikinti işlərinə görə alacağı puldan 156 000 manat hissəsinin Azərin pulu olduğunu göstərmişdir. Məhəmməd Ömrümov işə apellyasiya qaydasında baxılarkən məhkəmə iclasında da verdiyi izahatında həmin qeydləri özü etdiyini etiraf edərək “Azər 156 000 manat” qeydini etməkdə məqsədinin iddiaçının İcra hakimiyyəti başçısından almalı olduğu məbləği göstərmək olduğunu bildirmişdir. Məhkəmə onun bu izahatını inandırıcı hesab etməmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş faktiki hallarına Mülki Məcəllənin 385.1, 386.1, 442, 445.1, 445.2, 448.1, 448.2, 567 və 600.1-ci maddələrinin tələbləri baxımından ğqiymət verərək belə qənaətə gəlmişdir ki, araşdırılmış sübutlarla idd iaçı tərəfindən Biləsuvar şəhərində inşa edilmiş “Gənclər evi” və “Bayraq muzeyi”nin tikintisi üçün 191.000 manat dəyərində müxtəlif adda inşaat materiallarının nisyə olaraq cavabdehə verilməsi, göstərilən məbləğdən 35.000 manat pul əvəzinə müxtəlif adda inşaat materialları iddiaçıya qaytarıldıqdan sonra cavabdehin iddiaçıya 156.000 manat borclu qaldığı, digər sübutlarla yanaşı M.Ömrümov tərəfindən həmin binaların tikintisi ilə bağlı çəkilmiş xərclə bağlı apardığı hesablaşmadakı “Azər-156.000” qeydi ilə də öz təsdiqini tapdığından birinci instansiya məhkəməsi iddianı həmin hissədə təmin etməkdə haqlı olmuşdur.
26. İddia tələbinin maddi ziyana dair hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı ona 50.000 manat maddi ziyanın dəyməsini qeyd etsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən birinci instansiya məhkəməsi iddianı həmin hissədə təmin etməməkdə haqlı olmuşdur. Ona görə də iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir.
27. Cavabdehin apellyasiya şikayətinə gəldikdə məhkəmə qeyd etmişdir ki, cavabdehin nümayəndəsinin məhkəmə instansiyalarında verdiyi izahatlardan, verdiyi apellyasiya şikayətindən, həmçinin cavabdehin özünün istinad etdiyi Şirvan Kommersiya Məhkəməsinin 2021-ci il 15 aprel tarixli, e-2-2(121)-343/2021 saylı qətnaməsinin məzmunundan da göründüyü kimi, cavabdeh adından onun direktoru M.Ömrümov Biləsuvar şəhərindəki “Bayraq muzeyi” və “Gənclər evin”nin cavabdeh tərəfindən inşa edildiyini, razılaşdırılmış məbləğdən ona 900.000 manat pul ödənilsə də, 450.000 manatın ödənilmədiyini göstərmiş, tərəfindən tikintiyə çəkilmiş xərclərl ə bağlı hesablaşma qeydində M.Ömrümov həmin məbləğdən 156.000 manatın iddiaçıya çatacaq məbləğ olduğunu göstərmişdir. Yəni, iddiaçının nisyə olaraq vermiş olduğu inşaat materiallarının dəyərini də alacağı məbləğin tərkibi hesab etmişdir.
28. İddiaçıya məxsus inşaat materialları mağazasından nisyə olaraq alınmış malların dəyərinin cavabdeh tərəfindən ödəniləcəyi ilə bağlı iddiaçı ilə cavabdeh arasında razılaşma olmasaydı, cavabdeh Şirvan Kommersiya Məhkəməsinə verdiyi iddia ərizəsi ilə həmin məbləği də tikintiyə tərəfindən çəkilmiş xərc kimi tələb etməzdi və həmin məbləği hesablaşma qeydində göstərməz, bundan başqa, hazırkı iş üzrə iddiaçı ilə danışıqda iştirak edib, iddiaçıya ödənilməli olan məbləğin 156.000 manat təşkil etməsi ilə bağlı razılığa gəlməzdi. Odur ki, məhkəmə kollegiyası cava bdehin apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etməmişdir.
29. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni həmçinin MM-in 21.1, 21.2, 1096.1 və 1096.2-ci maddələrinə, MPM-in 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
30. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
31. Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsi, 32-ci maddəsinin İİİ hissəsi, 125-ci maddəsinin Vİİ hissəsi və 129-cu maddəsinin İİİ hissəsinin tələbləri pozulmuşdur- məhkəmə qanunsuz yolla əldə edilmiş audio yazıya mötəbər sübut kimi hüquqi qiymət verməklə qanunvericiliyin tələbini pozmuşdur.
32. MM-in 386.1-ci maddəsinin tələbi pozulmuşdur- işin materiallarından göründüyü kimi, hazırki iş üzrə tərəflər arasında hər hansı formada bağlanmış müqavilə mövcud deyildir. İddiaçı ilə M.Quliyev arasında şifahi razılaşma olmuşdur ki, həmin razılaşma ilə də üçüncü tərəf kimi cavabdeh adından onun direktoru M.Ömrümov hər hansı öhdəlik götürməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normasını səhv təfsir etmişdir. Məhkəmə iddiaçı ilə cavabdeh arasında hər hansı bir müqavilə olmadığı halda, müqavilə şərtlərini tənzimləyən maddi hüquq normalarına istinad edərək, cavabdehin müqavilə şərtlərini pozması qənaətinə gəlmişdir.
33. MM-in 404.1-ci maddəsinin tələbi pozulmuşdur- apellyasiya instan siya məhkəməsi M.Quliyevlə cavabdeh arasında bağlanmış 2017-ci il 18 dekabr tarixli, * nömrəli müqavilənin şərtlərini səhv təfsir etmiş, həmin müqavilə üzrə Biləsuvar rayon İcra Hakimiyyətinin üzərinə götürdüyü öhdəliyi cavabdeh tərəfindən hazırki iş üzrə iddiaçı qarşısında götürülmüş öhdəlik kimi təfsir etmişdir.
34. MPM-in 9.1, 14.2, 76.3, 77.1, 88 və 106.1-ci maddələrinin tələbləri pozulmuşdurməhkəmə tərəflərin, xüsusən iddiaçının təqdim etdiyi sübutları deyil, iddiaçının bildirdiyi mülahizələr əsasında qətnamə qəbul etmiş, cavabdehin razılığı və məlumatı olmadan, onun Konstitusiya ilə qorunan hüquqlarının pozulması nəticəsində əldə olunmuş sübuta mötəbər sübut kimi hüquqi qiymət vermişdir. İddiaçı iddia tələbinin əsasını təşkil edən halları təsdiqləyən sübutu məhkəməyə təqdim edə bilm əmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin məhkəməyə iş üçün əhəmiyyətli olan faktlar barədə verdiyi məlumatları yoxlamamışdır. Belə ki, cavabdeh mübahisə predmeti olan obyektin inşa edilməsi üçün ona sifarişin hazırda həbsdə olan M.Quliyev tərəfindən verildiyini, hazırki iş üzrə iddiaçının tələb etdiyi tikinti materiallarının dəyərinin də M.Quliyev tərəfindən ödənilməli olduğunu bildirərək, onun iş üzrə şahid kimi dindirilməsi barədə məhkəmə qarşısında vəsatət qaldırsa da, vəsatətə qiymət verilməmişdir. Bu da qanuni və əsaslı məhkəmə qətnaməsinin qəbul olunması üçün məhkəmə tərəfindən işin hərtərəfli və obyektiv araşdırılmasına şərait yaradılmamasına səbəb olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya ba xışının hədləri
36. İddianın təmin olunmayan hissəsindən iddiaçı tərəfindən kassasiya şikayəti verilmədiyindən, MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi iddianın qismən təmin olunması hissəsində yoxlanılacaqdır.
37. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
38. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) ba şa düşülür.” “Maddə
445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozun tusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə
567. Alqı-satqı müqaviləsi Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə
600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir....” “Maddə 1096. Mülki hüquq po zuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.”
39. N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 12 aprel tarixli Qərarında aşağıdakılar nəzərdə tutulur: “Mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlar dan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yara nan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.”
40. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzər ə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi) 42. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxı lmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
43. Məhkəmə kollegiyası aşağıda qeyd edilənlərə əsasən cavabdehin kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir.
44. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən hazırkı iş üzrə iddiaçı tərəfindən, müxtəlif adda tikinti materiallarının cavabdehə göndərilməsi, iddia olunan miqdarda borcun qalması cavabdehin direktoru M.Ömrümovun özünün izahatı, şahid ifadələri, habelə i şə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə iclasında tədqiq edilən audio yazı ilə təsdiqini tapmışdır.
45. Cavabdeh kassasiya şikayətində həmin audio yazının mötəbərliyini mübahisələndirsə də, məhkəmə kollegiyası hesab edir ki, işə baxmış məhkəmələrin həmin audio yazının sübut kimi qiymətləndirilməsi ilə bağlı gəldiyi nəticə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2021-ci il 12 aprel tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğun olmuşdur.
46. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin gəldi yi nəticə mübahisəli hüquq münasibətinə tətbiq edilən maddi hüquq normaları ilə yanaşı, MPM-in 14.2, 77.1, 106.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, cavabdehin kassasiya şikayəti isə təmin edilməməlidir.
47. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 12 iyul tarixli 2-2(104)-116/2023 nömrəli qət naməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: B.M.Məmmədli V.T.Həsənov