Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2771/2025 21.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı2 X və digərlərinin Cavabdeh1 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-762/2025 nömrəli, 29 may 2025-ci il tarixli qətnaməsindən İddiaçı2 X tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 21 oktyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 25.07.2022-ci il tarixli AR-İİ № 731633 nömrəli etibarnamə ilə İddiaçı4, İddiaçı3 adlarına olan bütün əmlakları idarə etməyi, eyni zamanda satmaq səlahiyyətini Cavabdeh1 etibar etmişlər. 2. 25.07.2022-ci il tarixli AR-İİ № 731641 nömrəli etibarnamə ilə İddiaçı5, İddiaçı1 adlarına olan bütün əmlakları idarə etməyi, eyni zamanda satmaq səlahiyyətini Cavabdeh1 etibar etmişlər. 3. 25.07.2022-ci il tarixli AR-İİ № 731635 nömrəli etibarnamə ilə İddiaçı2 Sadiq qızı adına olan bütün əmlakları idarə etməyi, eyni zamanda satmaq səlahiyyətini Cavabdeh3 etibar etmişdir.
4. Saatlı rayonu Əhmədbəyli kəndi ərazisində yerləşən 3.9381 ha torpaq sahəsi hər birinin payı 1/5 olmaqla iddiaçılar İddiaçı2 Sadiq qızının, İddiaçı1, İddiaçı3, İddiaçı5, İddiaçı4 adına paylı mülkiyyət kimi xx.xx.2022-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
5. İddiaçı2 Sadiq qızının əvəzinə Cavabdeh3, İddiaçı1, İddiaçı3, İddiaçı5, İddiaçı4 əvəzinə Cavabdeh1 çıxış edərək Saatlı rayonu Əhmədbəyli kəndi ərazisində yerləşən 3.9381 ha torpaq sahəsinin Cavabdeh2 5400 manat müqabilində satılması barədə xx.xx.2022-ci il tarixli AN-İ № ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
6. İddiaçılar İddiaçı2 X, İddiaçı1, İddiaçı3, İddiaçı5, İddiaçı4 (bundan sonra- iddiaçılar) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Saatlı rayon notariat ofisinə qarşı (Bakı şəhəri, 35 saylı Notariatofisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizə si ilə məhkəməyə müraciət edərək, Saatlı rayonu, Əhmədbəyli kəndində yerləşən DƏDƏRX-nın Şirvan Sərazi idarəsi tərəfindən xx.xx.2022ci il tarixli Çıxarışa əsasən mülkiyyətlərində olmuş 3.9381 ha torpaq sahəsinin Saatlı rayon notariat ofisində Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 22 sentyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız sayılması və cavabdeh Gözlǝov Rövşən Ələsgər oğlunun adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
7. Daha sonra iddiaçılar məhkəməyə birgə ərizə təqdim edərək, Cavabdeh3 cavabdeh qismində işə cəlb olunmasını, Saatlı rayon notariat ofisinin cavabdeh qismində iştirakına xitam verilib üçüncü şəxs qismin işə cəlb edilməsini, eyni zamanda Əmlak Məsələləri Dövlət Xidmət i Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestiri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin üçüncü şəxs qismin işə cəlb edilməsini xahiş etmişlər.
8. Məhkəmə iddiaçıların ərizəsini əsaslı hesab edərək, Cavabdeh3 cavabdeh qismində işə cəlb olunması, Saatlı rayon notariat ofisinin cavabdeh qismində iştirakına xitam verilib üçüncü şəxs qismin işə cəlb edilməsini, eyni zamanda Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestiri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin üçüncü şəxs qismin işə cəlb edilməsi barədə qərar qəbul etmişdir.
9. Saatlı Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2(055)-1376/2024 saylı qətnaməsi ilə (hakim Vüqar Qasımov) iddia təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandı rmışdır ki, iddiaçılar onlar tərəfindən cavabdehlərə verilmiş etibarnamədən istifadə edərək, yəni onların etibarından sui-istifadə edərək alqı-satqı müqaviləsinin bağlanmasına istinad edərək müqavilənin etibarsızlığını tələb etsələr də, məhkəmə araşdırması ilə həmin müqavilənin etibarsızlığı ilə bağlı əsasların olması müəyyən edilməmişdir. Həmçinin, iddiaçı tərəf də həmin müqavilənin etibasızlığına dəlalət edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq olunan etibarnamələrdən görünür ki, iddiaçılar torpaq sahəsini satmaq barədə cavabdehlərə səlahiyyət vermişlər.
11. Məhkəmə qeyd etmişdir ki, iddiaçılar torpaq sahəsini satmaq və digər səlahiyyətləri cavabdehlərə etibarnamə əsasında vermişlər, cabadehlər isə həmin etibarnamədən istifadə edərək iddiaçıl ara məxsus torpaq sahəsini onların adından çıxış edərək Cavabdeh2 satmışlar. Alqı-satqı müqaviləsinin əsasında da Cavabdeh2 öz adına çıxarış əldə etmişdir. Bu halda, məhkəmə belə qənaətə gəlir ki, iddiaçıların adınadan çıxış edərək Cavabdeh1 və Cavabdeh3 ilə Cavabdeh2 arasında torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixdə bağlanmış müqavilənin etibarsızlığına dair iddiaçıların irəli sürdüyü faktiki halların iddia tələbinin qanuni əsası kimi göstərdiyi əqdin etibarsızlığı ilə bağlı müddəaların dispozisiya şərtlərinə uyğun gəlmədiyindən iddia xx.xx.2022-ci il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi və Cavabdeh2 torpaq sahəsinə dair verilmiş çıxarışın ləğv edilməsi hissəsində təmin edilməməlidir.
12. Məhkəmə öz hüquqi mövqeyini Mülki Məcəllənin 140, 148.2, 152.1, 337.1, 337.2, 337.4-cü, habelə Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. İddiaçı2 Sadiq qızı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əqdin təməl qurucu ünsürü iradə ifadəsidir. İradə ifadəsi ilə yanaşı, həmin iradə ifadəsi eyni zamanda mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəldilməlidir. İradə ifadəsi əqdin əsas tərkib elementidir, bir qayda olaraq hüquqi nəticələr onunla əlaqələndirilir. Belə hesab edir k i, iradə dedikdə insanın daxildəki arzusu nəzərdə tutulur. İradə ilə iradə ifadəsi üst-üstə düşməlidir. İradə ifadəsi şəxsin öz iradəsini kənara bəyan etməsidir ki, bunun vasitəsilə onu başqa şəxslər dərk edirlər. İradə ifadəsi aşağıdakı elementlərdən meydana gəlir:
1. Hüquqi nəticəyə yönəlmiş arzu, iradə.
2. Hüquqi nəticəyə yönəlmiş arzunu bəyan etmə. Lakin yuxarıda qeyd edilənlərin heç biri nə onun fikrində olub, nə də onu bəyan etməmişdir. İradəni ifadə etmə daxili iradəni düzgün əks etdirməlidir. Onlar etibarnaməni cavabdehə torpaq sahəsini satmaq üçün deyil, icarəyə vermək üçün vermişdir.
15. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 may 2025-ci il tarixli, 2(106)762/2025 nömrəli qətnaməsi ilə (hakimlər Cahid İmanov (sədrlik edən, məruzəçi), Mahir Əsədli və Qasım Əliyev) ca vabdeh İddiaçı2 Sadiq qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Saatlı Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2(055)-1376/2024 saylı qətnaməsi cavabdeh İddiaçı2 Sadiq qızının apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
16. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, apellyator cavabdehlərə verilmiş etibarnamədən istifadə edilərək, yəni onların etibarından sui-istifadə edərək alqı-satqı müqaviləsinin bağlanmasına istinad edərək etibarsızlığını tələb etsə də, məhkəmə araşdırması həmin müqavilənin etibarsızlığı ilə bağlı əsasların olması müəyyən edilməmiş, həmçinin, həmin müqavilənin etibasızlığına dəlalət edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, məhk əmə araşdırması zamanı tədqiq olunan etibarnamələrdən görünür ki, iddiaçılar torpaq sahəsini satmaq barədə cavabdehlərə səlahiyyət vermişlər. Göründüyü kimi iddiaçılar torpaq sahəsini satmaq və digər səlahiyyətləri cavabdehlərə etibarnamə əsasında vermişlər, cabadehlər isə həmin etibarnamədən istifadə edərək iddiaçılara məxsus torpaq sahəsini onların adından çıxış edərək Cavabdeh2 satmışlar. Alqı-satqı müqaviləsinin əsasında da Cavabdeh2 öz adına çıxarış əldə etmişdir. İddiaçıların adınadan çıxış edən Cavabdeh1 və Cavabdeh3 ilə Cavabdeh2 arasında torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixdə bağlanmış müqavilənin etibarsızlığına dair iddiaçıların irəli sürdüyü faktiki halların iddia tələbinin qanuni əsası kimi göstərdiyi əqdin etibarsızlığı ilə bağlı müddəaların dispozisiya şərtlərinə uyğu n gəlmədiyindən həmin müqavilənin etibarsızlığına dəlalət edən hər hansı bir hal mövcud deyildir. Apellyator torpaq sahəsini cavabdehlərə icarə verməsini göstərsə də bununla bağlı aralarında rəsmi icarə müqaviləsi bağlamadıqlarını, icarə müqaviləsinin şifahi qaydada razılaşdırdıqlarını bildirmişdir. Beləliklə də iddiaçı cavabdehlərlə aralarında icarə müqaviləsinin bağlanmasına dair məhkəməyə hər hansı sübut təqdim edə bilməmişlər.
17. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyanın 13, 29-cu, Mülki Məcəllənin 140, 144.1, 144.2, 146.1, 146.2, 148.2, 152.1, 152.2, 152.3, 152.4, 324.1, 324.5, 325.1, 337.1, 337.2, 337.4, 390.1, 567, 568.1, 568.2, 646.1, 646.2-ci, habelə Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 119.1, 217.4, 384.0.1, 385.2-ci maddələrinə istinad ed ərək əsaslandırmışdır. Kassasiya instansiysı məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı2 Sadiq qızı kassasiya şikayəti verərək, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 5,83 ha torpaq sahəsinin 4 ha hissəsini, yəni 3.9381 ha hasəni icrayəyə götürmək adı alıtnda Bakı şəhəri 35 saylı notariat ofisində aldığı etibarnamə əsasında iddiaçıların məlumatı və razılığı olmadan Cavabdeh2 satmışdır. İddiaçılar bu barədə məlumatı 1 iyul 2024-cü il tarixdə Daşınmaz Əmlakın dövlət reyestri xidmətinin Saatlı rayon şöbəsinə müracitdən sonra bu ilin oktyabr ayında almışlar. İddiaçılar cavabdehə torpaq satmamışıq və müqavilədə qeyd olunan 5400 manat pulu almamışlar. Cavabdehin də iddiaçılara pul verməsini təsdiq edən subut mövcud deyil. Əqdin təməl qurucu ünsürü iradə ifadəsidir. İradə ifadəsi ilə yanaşı, həmin iradə ifadəsi eyni zamanda mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəldilməlidir. İradə ifadəsi əqdin əsas tərkib elementidir, bir qayda olaraq hüquqi nəticələr onunla əlaqələndirilir. İradə qarşıya qoyulmuş məqsədə nail olmaq üçün əsaslandırılmış və determinasiya edilmiş istəkdir. İradə subyektlərin davranışının psixi tənzimlənməsi prosesidir. İradə dedikdə insanın daxildəki arzusu nəzərdə tutulur. İradə ilə iradə ifadəsi üstüstə düşməlidir. İradə ifadəsi şəxsin öz iradəsini kənara bəyan etməsidirki, bunun vasitəsilə onu başqa şəxslər dərk edirlər. İradə ifadəsi aşağıdakı elementlərdən meydana gəlir:
1. Hüquqi nəticəyə yönəlmiş arzu, iradə.
2. Hüquqi nəticəyəyönəlmiş arzunu bəyan etmə. Lakin yuxarıda qeyd edilənlərin heç biri nə iddiaçıların fikrində olub nə də onu bəyan etmişlər. İradəni ifadə etmə daxili iradəni düzgün əks etdirməlidir. Daxili iradə əqdin digər iştirakçılarının nəzərinə yalnız qanunun müəyyənləşdirdiyi formada çatdıra bilər. Həmin forma isə əqdin forması adlanır. Əqdin qanunvericilikdə göstərilən formasına riayət edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin forması dedikdə, qanunda nəzərdə tutulan elə üsullar nəzərdə tutulur ki, bu üsullar vasitəsi ilə əqdi bağlamaq niyyəti olan şəxsin daxili iradəsi xaricən ifadə olunur, dəqiq və aydın surətdə əqdin digər iştirak çılarının nəzərinə çatdırılır. İddianın əsaslı və qanuni olması barədə kifayət qədər sübutlar olmasına baxmayaraq birinci və apellyasiya instansiya məhkəmələri formal araşdırma aparıb qeyri obyektiv, əsassız və qanunsuz nəticəyə gəlmişdir. Məhkəmə qulluq mövqeyindən istifadə edərək iddiaçıların hüquqlarını və qanunvericiliyin tələbini pozmaqla qanuni və əsaslı tələbin rədd olunması barədə qanunsuz və əsassız nəticəyə gəlmişdir. Məhkəmə təqdim edilmiş sübutları düzgün qiymətləndirməmiş, təqdim olunmuş sübutları və ifadləri nəzərə almamış, öz mövqeyini mötəbər subutlarla deyil, cavabdehin nümayəndəsinin ziddiyyətli ifadəsi və qeyri-mötəbər sübutlarla əsaslandırmışdır. Apellyasiya məhkəməsi formal araşdırma aparmaqla yanaşı həqiqətə nail olmaq niyyətində olmamışdır. Məhkəmə kollegiyasının ape llyasiya şikayət üzrə gəldiyi əsassız, qeyri-obyektiv nəticə bunu deməyə əsas verir. Məhkəmə işdə olan sübutları mülki işin digər halları ilə əlaqəli şəkildə təhlil etməmişdir. Belə ki, məhkəmə işdə mühüm halı (torpağın alqı-satqısında iddiaçıların niyyətinin olub-olmamasını) araşdırmamış işdə olan digər sübutlarla əlaqəli şəkildə təhlil etməmiş və mülki prosessual qanunun yuxarıda adı çəkilən normasının tələblərini pozaraq yanlış nəticəyə gəlmişdir. Torpaq sahəsinin alqı-satqısı niyyət əsasında deyil, etibar edilmiş hüquqdan istifadə nəticəsində həyata keçirilmiş və mülkiyyət hüququmuz pozulmuşdur. Cavabdehin adına etibarnamə verilməyinə baxmayaraq (etibarnamə torpaq sahəsinin icarə məqsədi ilə verilib) iddiaçıların torpaq sahəsini satmaq niyyəti olmayıb. Beləliklə də, etibar edilmiş hüqu qdan sui-istifadə etməklə mülkiyyət hüququnun pozulması qanunza ziddir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
22. Maddə 14.2.1 Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir.
23. Maddə 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar daşınmaz əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
24. Maddə 140 Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 25. 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 26. 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməl idir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir.
27. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).
28. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində əra zilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
29. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
30. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
31. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
32. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
33. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
34. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
35. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
36. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
37. Maddə 337.2 Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadə sinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
38. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
39. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
40. Maddə 567 Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
41. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya ve rməyə borcludur.
42. Maddə 568.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur.
43. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.
44. Maddə 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məc əlləsi
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
49. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hall arın aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
52. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
53. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiy ası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
54. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi İddiaçı2 Sadiq qızı tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
55. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşı r və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib və işdə, İddiaçı2 Sadiq qızının kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
56. Cavabdeh İddiaçı2 Sadiq qızı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
57. Belə ki, apelyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, İddia çı2 Sadiq qızı kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətində cavabdehlərə verilmiş etibarnamədən istifadə edilərək, yəni onların etibarından sui-istifadə edərək alqı-satqı müqaviləsinin bağlanmasına istinad edərək etibarsızlığını tələb etsə də, məhkəmə araşdırması həmin müqavilənin etibarsızlığı ilə bağlı əsasların olması müəyyən edilməmiş, həmçinin, həmin müqavilənin etibasızlığına dəlalət edən sübutları məhkəməyə təqdim etməmişdir.
58. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq olunan etibarnamələrdən görünür ki, iddiaçılar torpaq sahəsini satmaq barədə cavabdehlərə səlahiyyət vermiş və həmin səlahiyyətləri ilə iddiaçılar torpaq sahəsini satmaq və digər səlahiyyətləri cavabdehlərə etibarnamə əsasında vermişlər, cabadehlər həmin etibarnamədən istifadə edərək iddiaçıl ara məxsus torpaq sahəsini onların adından çıxış edərək Cavabdeh2 satmışlar və həmin alqı-satqı müqaviləsinin əsasında Cavabdeh2 öz adına Çıxarış əldə etmişdir.
59. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçıların adınadan çıxış edən Cavabdeh1 və Cavabdeh3 ilə Cavabdeh2 arasında torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixdə bağlanmış müqavilənin etibarsızlığına dair iddiaçıların irəli sürdüyü faktiki halların iddia tələbinin qanuni əsası kimi göstərdiyi əqdin etibarsızlığı ilə bağlı müddəaların dispozisiya şərtlərinə uyğun gəlmədiyindən, həmin müqavilənin etibarsızlığına dəlalət edən hər hansı bir hal mövcud deyildir.
60. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, apellyator torpaq sahəsini cavabdehlərə icarəyə verməsini göstərsə də, bununla bağlı aralarında rəsmi icarə müqaviləsi bağlamadıqlarını, icarə müqaviləsinin şifahi qaydada razılaşdırdıqlarını bildirmişdir. Beləliklə də iddiaçı cavabdehlərlə aralarında icarə müqaviləsinin bağlanmasına dair məhkəməyə hər hansı sübut təqdim edə bilməmişlər.
61. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, İddiaçı2 Sadiq qızının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyə n maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
62. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: İddiaçı2 X kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 may 2025-ci il tarixli, 2(106)-762/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.