Məhkəmə qərarları › İş №2(106)-600/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-600/2025

13.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-600/2025 13.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Laçın Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli, 2(047)-229/2025 saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2-Q/M-9191/2024 saylı Arxiv Arayışında qeyd olunan 806(865) nömrəli hərbi hissə komandirinin N iyul N2-ci il tarixli 214 nömrəli və 850(865) nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 269 nömrəli əmrlərinin ona aid olması” hüquqi əhmiyyətli faktın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Laçın Rayon Məhkəməsinə müraciət etmişdir. Laçın Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli, 2(047)-229/2025 saylı qərardadı ilə Ərizəçi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı hüquqi əhmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsinin geri qaytarılması qərara alınmışdır. Ərizəçi şikayət ərizəsi ilə Laçın Rayon Məhkəməsinə müraciət edərək, Laçın Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli, 2(047)-229/2025 saylı qərardadının ləğv edilməsini və Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsinin icraata qəbul edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, göründüyü kimi o, bu günə qədər veteran adı və vəsiqəsini almamışdır. Uzun müddət bunun səbəbini araşdırandan sonra ona məlum olmuşdur ki, onun adı, ata adı və soyadı 806(865) №-li hərbi hissə komandirinin N iyul N2ci il tarixli 214 nömrəli əmrində və xx.xx.N2-ci il tarixli 269 №-li əmrində səhv yazılmışdır. Belə ki, həmin arxiv arayışında adı Əkbər “Ələkbər”, soyadı Məhəmmədov „Məmmədov”, ata adı Məhəmməd isə “Məmməd” kimi yazılmışdır. Bu səbəbdən də hazırkı, ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Birinci instansiya məhkəməsi şikayəti və mülki işi nəzərdən keçirərək hesab etmişdir ki, şikayət təmin edilməməlidir. Belə ki, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməsi və yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması barədə müvafiq imtina sənədini də öz ərizəsinə əlavə etməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın-yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessua Məcəlləsinin (bundan sonra mətndə MPM) 152.1.6-cı maddələrinə müvafiq olaraq müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Laçın Rayon Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, 2(047)-229/2025 saylı qərardadı ilə Ərizəçi Laçın Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli, 2(047)- 229/2025 saylı qərardadın ləğvinə dair şikayəti təmin edilməmiş və şikayət 2(047)- 229/2025 saylı mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materillarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilmədən, Laçın Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli, 2(047)-229/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir etməklə qəbul edildiyindən qəradad qanuni və əsaslıdır. Buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Ərizəçi şikayəti təmin edilməsin. Laçın Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli, 2(047)-229/2025 saylı qərardadı dəyişdirilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar