Məhkəmə qərarları › İş №2(106)-619/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-619/2025

14.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-619/2025 14.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abdullayev Vəli Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, Əsədov İlham Qoşunəli oğlu və X2 ibarət məhkəmə tərkibində, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi vəkil Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Neftçala rayon notariat ofisinə və Cavabdeh3 (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X11, X15, X16, X22, X17, X7, X18 və Neftçala Rayon İcra Hakimiyyəti başçısının Neftçala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi) qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, bağışlama və alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Neftçala Rayon Məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli 2(053)-451/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxıb MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh1, Neftçala rayon notariat ofisinə, Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 248 reyestr nömrəli qeydiyyat vəsiqəsi əsasında mülkiyyətdə olan mənzilə Cavabdeh2 verilmiş 2-B-25 reyestr nömrəli 25 iyul 1996-cı ildə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, Neftçala şəhəri Qələbə küçəsində 2233 inventar nömrəli 2-B-29 reyestr nömrəli 29 iyun 1996-cı il tarixli Qeydiyyat vəsiqəsi olan fərdi yaşayış evinə Cavabdeh2 verilmiş 25 iyul 1996-cı ildə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, ünvan 1 ünvanında yerləşən 248 reyestr nömrəli Qeydiyyat vəsiqəsi əsasında mülkiyyətdə olan mənzilin bağışlanmasına dair Cavabdeh3 və X19 arasında 01 avqust 1996-cı il tarixli 3M-72 saylı müqavilənin və Cavabdeh3 ilə Cavabdeh1 arasında 25 avqust 2021-ci il tarixli AN-1 № ******* saylı Neftçala Rayon notariat ofisində bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının atası X23 25 dekabr 1995-ci ildə, anası X19 isə 15 may 2013-cü ildə vəfat etmişlər. Onların birgə nikahından İddiaçı, X20, X12, X21 və Cavabdeh3 doğulmuşdur. X1 16 fevral 2010-cu ildə, X21 30 iyul 2016-cı ildə, X12 isə 15 sentyabr 2019-cu ildə vəfat etmişlər. X11, X15, X16 və X22 mərhum X8 vərəsələridir. Bununla yanaşı, X17, X7 və X18 mərhum X4 vərəsələridir. X13 mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən mənzil bağışlama müqaviləsi əsasında 1996-cı ildə Cavabdeh3 bağışlanmış və hazırda vərəsələr arasında adıçəkilən mənzillə bağlı mübahisə yaranmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivindən sorğu edilərək əldə edilmiş sənədlərlə müəyyən olunur ki, X23 ilə X5 5 övladı - İddiaçı, X20, X12, X21 və Cavabdeh3 olduğu halda, Neftçala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən vərəsələrin əhatə dairəsi saxtalaşdırılaraq yalnız iki vərəsənin - X19 və X3 olduğu qeyd olunan arayış verilmişdir. Bununla da, ünvan 1 ünvanında yerləşən 248 reyestr nömrəli Qeydiyyat vəsiqəsi əsasında mülkiyyətdə olan mənzilə 25 iyul 1996-cı ildə, Neftçala şəhəri Qələbə küçəsində yerləşən 2233 inventar nömrəli 29 iyun 1996-cı il tarixli Qeydiyyat vəsiqəsi olan fərdi yaşayış evinə isə 09 iyul 1996-cı ildə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr alınmışdır. Həmin şəhadətnamələr Cavabdeh2 təsdiq edilməklə verilib və X12 həmin vaxt vərəsə kimi payından imtina etmişdir. ünvan 1 ünvanında yerləşən 248 reyestr nömrəli Qeydiyyat vəsiqəsi əsasında mülkiyyətdə olan mənzilin bağışlanmasına dair Cavabdeh3 ilə X19 arasında 01 avqust 1996-cı il tarixli 3M-72 nömrəli müqavilə bağlanmışdır. Cavabdeh3 vərəsəlik açılarkən öz adını, iddiaçının özü də daxil olmaqla iki qardaşını gizlətməklə qanun üzrə vərəsə kimi anaları X9 göstərsə də, 01 avqust 1996-cı il tarixdə bağışlanma müqaviləsi ilə mənzili öz adına keçirməyə nail olmuşdur. Daha əvvəl də məhkəmədə bu işlə bağlı iddia qaldırılmış və mövcud Konstitusiya Məhkəməsinin icraatında vərəsəliklə əlaqədar yekun məhkəmə qərarı veriləcəyi gözlənildiyindən iddia baxılmamış saxlanılmışdır. Həmin iddiada üçüncü şəxs Cavabdeh3 nümayəndəsi və vəkili məlumat əlavə edərək bildirmişdir ki, iddiaçının tələbində göstərilən mənzil 25 avqust 2021-ci il tarixdə satılmışdır. Artıq həmin mənzil başqa şəxsin mülkiyyətindədir. Alğı-satqı müqaviləsi elektron sistemə yerləşdirilmişdir. Cavabdeh3 ilə Cavabdeh1 arasında Neftçala rayon notariat ofisində 25 avqust 2021-ci il tarixli AN-İ ******* nömrəli alğı-satqı müqaviləsi bağlanmışdır. Vərəsələrdən heç kimin gəlmədiyini görən Cavabdeh3 28 il sonra evi satmağa nail olmuşdur. Neftçala Rayon Məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli 2(053)-451/2024 saylı qətnaməsi ilə (hakim Ceyhun Qədimov) iddia rədd edilmişdir. İddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək qətnamənin ləğvini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İşdə olan: 09 iyul 1996-cı il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən “25 dekabr 1995-ci ildə ölmüş vətəndaş X13 arvadı - X19 - ünvan 1-də yaşayır. Bərabər hissələrdə irs almalıdırlar. Həmin şəhadətnamənin verildiyi vərəsəlik əmlakı aşağıdakılardan ibarətdir. Ev Neftçala şəhəri Qələbə küçəsində 1991-ci ildə tikilmiş 600 kvadrat torpaq sahəsində yerləşən, divarları daşdan, üst örtüyü şiferdən, ümumi sahəsi - 121,1 kv.m., o cümlədən yaşayış sahəsi - 97,7 kv.m., inventar qiyməti - ******* manat, bir mərtəbəli beş otaqlı Neftçala rayon TİB-nin Qeydiyyat vəsiqəsinə və Neftçala rayon TİBnin 24 iyun 1996-cı il tarixli 343 saylı arayışına əsasən məxsus olan yaşayış evinin 1/2 (ikidə bir) hissəsi. 1/2 hissəsinə Mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Birgə nikah dövründə əldə edilmişdir. Şəhadətnamə Neftçala rayon TİB-də qeydiyyatdan keçməlidir.” Həmin şəhadətnamə Cavabdeh2 notarial qaydasında təsdiq edilərək reyestrdə 2- B-25 nömrəsi ilə qeydə alınmışdır; 25 iyul 1996-cı il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən “25 dekabr 1995-ci ildə ölmüş vətəndaş X13 əmlakının vərəsələrinin arvadı - X19 - ünvan 1-də yaşayır, bərabər hissələrdə irs almalıdırlar. Həmin şəhadətnamənin verildiyi vərəsəlik əmlakı aşağıdakılardan ibarətdir. Mənzil Neftçala şəhəri A.Cəfərov küçəsində 1984-cü ildə tikilmiş, divarları daşdan, ümumi sahəsi - 37,04kv.m., inventar qiyməti - ******* manat, ikinci mərtəbədə üç otaqlı, Neftçala rayon TİB-nin Qeydiyyat vəsiqəsinə və Neftçala rayon TİB-nin 18 iyul 1996-cı il tarixli 308 saylı arayışına əsasən məxsus olan 1-A saylı evin 34 saylı mənzilinin 1/2 (ikidə bir) hissəsi. 1/2 hissəsinə mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Birgə nikah dövründə əldə edilmişdir. Şəhadətnamə Neftçala rayon TİB-də qeydiyyatdan keçməlidir.” Həmin şəhadətnamə Cavabdeh2 notarial qaydasında təsdiq edilərək reyestrdə 2-B-29 nömrəsi ilə qeydə alınmışdır. 01 avqust 1996-cı il tarixli Bağışlama müqaviləsinin surətinə əsasən “ünvan 1-də yaşayan X19 hədiyyə verən, Bakı şəhəri Maştağa qəsəbəsi “Aeroçsentr”, ailəli yataqxana ünvanında yaşayan X14 hədiyyə alan olmaqla həmin müqaviləni aşağıdakı məzmunda bağlamışlar. “1. Mən Quliyeva S.İ., Neftçala rayon TİB-nin 26 iyul 1996-cı il tarixli Qeydiyyat vəsiqəsinə və Neftçala rayon TİB-nin 30 iyul 1996-cı il tarixli 399 №-li arayışına əsasən mənə məxsus olan, Neftçala şəhəri A.Cəfərov küçəsində 1984-cü ildə tikilmiş 3-A saylı evin 34 saylı mənzili divarları daşdan, ümumi sahəsi - 37,4 kv.m. 2-ci mərtəbədə üç otaqdan ibarət 34 saylı mənzilini vət. qızım - Quliyeva M.C bağışladım.” Həmin müqavilə Cavabdeh2 notarial qaydasında təsdiq edilərək reyestrdə 3-M-72 nömrəsi ilə qeydə alınmışdır. 25 avqust 2021-ci il tarixli AN - İ № ******* saylı Daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətinə əsasən “satıcı Cavabdeh3 alıcı Cavabdeh1 ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 63.2 kv.m., yaşayış 36.2 kv.m., yardımçı sahəsi 27 kv.m. olan 3 otaqlı mənzilini 23500 manata satmışdır. Həmin müqavilə Neftçala rayonu dövlət notariat ofisində notarial qaydasında təsdiq edilərək reyestrdə 4Ə-195 nömrəsi ilə qeydə alınıb.” APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X23 ilə X5 5 övladı olub. X1, X12 və X21 vəfat etmişlər. Məhkəməyə təqdim olunan sənədlərdən müəyyən olunur ki, X23 ilə X5 5 övladı saxtakarlıq edərək Neftçala RİHB Neftçala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən vərəsələrin əhatə dairəsi saxtalaşdırılmaqla X19 və X12 olaraq iki vərəsə qeyd olunmaqla ünvan 1 ünvanda yerləşən 248 reyestr nömrəli qeydiyyat vəsiqəsi əsasında mülkiyyətdə olan mənzilə və Neftçala şəhəri Qələbə küçəsində 2233 inventar nömrəli xx.xx.1996-cı il tarixli qeydiyyat vəsiqəsi olan fərdi yaşayış evinə Cavabdeh2 xx.xx.1996-cı ildə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr alınmışdır. X12 həmin vaxt vərəsə kimi payından imtina etmişdir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, əgər iddiaçı yuxarıda göstərilən və köhnə mülki qanunvericiliklə müəyyən olunmuş hərəkətləri etmiş olsaydı, müvafiq notariat hərəkətlərinin həyata keçirilməsi ya qeyri-mümkün olardı, ya da iddiaçı həmin hərəkətlər barədə vaxtında məlumat əldə edərdi. Bunu, habelə işin digər faktiki hallarını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddiaçının iddia hüququ ən geci mübahisəli notariat əməliyyatlarının həyata keçirildiyi tarixdən əmələ gəlib. İddiaçının öz hüququnun pozulmasını bilməli olduğu gün kimi də məhz mübahisələndirilən notariat hərəkətlərinin aparıldığı gün qəbul edilməlidir. Qeyd olunan müddəa ilə bağlı bildirilməlidir ki, bu hissədə əvvəlki mülki qanunvericiliyin hansı maddəsinə istinad edildiyi qeyd olunmamışdır. Eyni zamanda həm əvvəlki, həm də yeni Mülki Məcəllələrə istinad edilsə də, konkret hansı maddəyə əsasən iddianın rədd edilməsi əsaslandırılmamışdır. İddiaçının nümayəndəsi vəkil Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, apellyasiya şikayətini müdafiə edir. Birinci instansiya məhkəməsi qətnamədə qeyd edib ki, hazırkı iş məhkəmənin icraatına 27 mart 2024-cü il tarixində qəbul olunub və bu səbəbdən işə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Plenum Qərarının müddəaları tətbiq edilə bilməz. Məhkəmə nəzərə almamışdır ki, bu iddia daha əvvəl də 2(053)-460/2023 saylı iş üzrə eyni hakimin icraatında iş olmuşdur. Bu iş üzrə ərizə verilmiş və qeyd olunan 26 dekabr 2023-cü il tarixli Plenum Qərarının qəbul olunmasına qədər gözlənilməsi üçün ərizə verilərək baxılmamış saxlanılması xahiş edilmişdir. Qərar qəbul olunandan bir ay sonra hazırkı iddia qaldırılıb. Bu səbəbdən, həmin qərar bu iş üzrə də tətbiq olunmalıdır. Cavabdeh3 qanunsuz və saxta iş görmüşdür. Belə ki, o, 1996-cı ildən bəri bunu gizli saxlayaraq sakitcə mənzilin satılmasına nail olmuşdur. X23 ilə X5 5 övladı olub. Vərəsəlik işi açılarkən İddiaçı, X20, X21 bilərəkdən gizlədilmişdir. Məhkəməyə təqdim sənədlərdən müəyyən olunur ki, X23 ilə X5 5 övladı olmuşdur. Vərəsələrin əhatə dairəsi saxtalaşdırılmaqla X19 və X12 olaraq iki vərəsə qeyd olunmaqla ünvan 1 ünvanda yerləşən 248 reyestr nömrəli Qeydiyyat vəsiqəsi əsasında mülkiyyətdə olan mənzilə və Neftçala şəhəri Qələbə küçəsində 2233 inventar nömrəli xx.xx.1996-cı il tarixli Qeydiyyat vəsiqəsi olan fərdi yaşayış evinə Cavabdeh2 xx.xx.1996-cı ildə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr alınmışdır. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək nümayəndəsi Nümayəndə izahatı ilə razı olduğunu bildirdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər (yaxud səlahiyyətli nümayəndələri) məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən cavabdehlər və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakları olmadan iddiaçı tərəfin apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi iddiaçı və nümayəndəsinin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə tərkibi ilk öncə diqqətə çatdırır ki, mülki işin faktiki hallarına əsasən miras iddiaçının atası X13 öldüyü 25 dekabr 1995-ci il tarixdə açılmış, iddiaçının anası X19 isə daha sonra - 15 may 2013-cü ildə ölmüşdür. MPM-in 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 2000-ci ilin sentyabr ayının 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 552-ci maddəsinə görə mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir...”. Bundan əlavə, hazırda qüvvədə olan MM-in 1145 və 1146-cı maddələrinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1243.1, 1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Bununla yanaşı kollegiya diqqətə çatdırır ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Adıçəkilən qərarda qeyd edilmişdir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Həmin qərarın nəticə hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin; Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin; Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Məhkəmə tərkibi hazırkı mübahisənin düzgün həlli baxımından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun digər qərarlarını - “G.Qəhrəmanovanın şikayəti üzrə” 18 iyul 2014-cü il tarixli və “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020-ci il tarixli qərarlarında ehtiva olunmuş mövqeləri diqqətə çatdırmağı zəruri sayır. Belə ki, qeyd edilən qərarlarda əks olunmuş mövqeyə görə mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Beləliklə, apellyasiya instansiya məhkəməsi tərəfindən tam hüquqlu məhkəmə olaraq mülki işin tam və hərtərəfli araşdırılması zamanı müəyyən edilmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında öz əksini tapmış qaydalar hazırkı mübahisəyə tətbiq edilməməli və mirasın qəbulu üçün Mülki Məcəllənin (hazırda qüvvədən düşmüş) 1246-cı maddəsində əks olunmuş müddət mütləq nəzərə alınmalıdır. Hazırkı mülki işin materiallarından da göründüyü kimi, hazırkı mülki iş 27 mart 2024cü il tarixdən məhkəmənin icraatındadır. İddiaçı hazırkı mübahisə barədə əvvəllər iddia qaldırdığını, lakin Konstitusiya Məhkəməsinin icraatında vərəsəliklə əlaqədar yekun məhkəmə qərarı veriləcəyi gözlənildiyindən iddianın baxılmamış saxlanıldığını qeyd etmişdir. İşdə olan Neftçala Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli 2(053)- 460/2023 saylı qərardadından görünür ki, baxılmış həmin iş üzrə iddianın İddiaçı nümayəndəsi vəkil Nümayəndə ərizəsinə əsasən baxılmamış saxlanılması qərara alınmışdır. Diqqətə çatdırılmalıdır ki, həmin tələb hazırkı tələblə eynilik təşkil edir. Beləcə, hazırkı tələb üzrə əvvəllər iddianın baxılmamış saxlanılması barədə qərarın qəbulu və sonradan eyni tələb üzrə yenidən iddianın qaldırılması həmin mübahisəyə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarındakı göstərişlərin tətbiqini istisna edir. Məhkəmə tərkibi Neftçala Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli 2(053)- 460/2023 saylı qərardadı üzrə qeyd edir ki, iddianın MPM-in 259.0.6 və 259.0.7-ci maddələrinə əsasən baxılmamış saxlanılması halında MPM-in 260.5-ci bəndinin şərtlərinin təmin olunduğu təqdirdə, hazırkı mübahisənin həlli Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının təsiri altına düşə bilərdi. Neftçala Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli 2(053)-460/2023 saylı qərardadı ilə baxılmamış saxlanılma MPM-in 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla deyil, MPM-in 259.0.11-ci maddəsinə göstərilən əsasla (yəni, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə) baş vermişdir. Beləliklə, məhkəmə tərkibi mülki işin faktiki hallarını qanunvericiliyin tələblərinə uyğun olaraq tərəflərin qarşılıqlı münasibətləri və iş materiallında olan sənədlər üzrə araşdıraraq belə yekun nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işi tam və hərtərəfli araşdırmış, təqdim olunmuş sübutları işin halları üzrə düzgün qiymətləndirmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərini formal mülahizə hesab edir. İddiaçının verdiyi apellyasiya şikayətinin dəlilləri qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri nəzərə alınmaqla hazırkı məhkəmə qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 76, 78, 89, 217, 372, 376.2, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Neftçala Rayon Məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli 2(053)-451/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinet üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar