Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-620/2025 12.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Biləsuvar Rayon Məhkəməsinin 05 fevral 2025-ci il tarixli, 2(022)-640/2024 saylı qərardadından Cavabdeh5 (nümayəndəsi və vəkili Nümayəndə) tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə tərkibi müəyyən etdi: diaçı cavabdehlər Cavabdeh2nə, Salyan Regional “Asan xidmət” Mərkəzinin Notariat Ofisinə, ƏMDK-nin yanında DƏDRXnin Cəlilabad Ərazi İdarəsinə, Cavabdeh4, X6, Cavabdeh6 qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 tərəfindən Cavabdeh4 verilmiş 27 noyabr 2023-cü il tarixli, 2V-582 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin, ƏMDK-nin yanında DƏDRX-nin Cəlilabad Ərazi İdarəsi tərəfindən Cavabdeh4 verilmiş xx.xx.2024-cü il tarixli, **********80- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli qeydiyyatın, xx.xx.2024-cü il tarixdə Salyan Regional “Asan xidmət” Mərkəzinin Notariat Ofisində ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 158,7 kv/m olan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,0626 ha. torpaq sahəsinin 19.000 manata Cavabdeh4 tərəfindən X2 barədə alqı-satqı müqaviləsinin, ƏMDK-nin yanında DƏDRX-nin Cəlilabad Ərazi idarəsi tərəfindən X6 xx.xx.2024-cü il tarixdə verilmiş **********80-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli tam mülkiyyət hüququ üzrə 158,7 kv/m olan 5 otaqlı evə və 0,0626 ha. torpaq sahəsinə qeydiyyatın, xx.xx.2024-cü il tarixdə Salyan regional “Asan xidmət” Mərkəzinin Notariat X3 adına qeydiyytda olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 158,7 kv/m, yaşayış sahəsi 82,1 kv.m, yardımçı sahəsi 76,6 kv.m olan 5 otaqlı fərdi yaşayış evinin 1960-cı ildə inşa edilmiş ümumu sahəsi 97,9 kv/m, yaşayış sahəsi 52,6 kv.m, yardımçı sahəsi 41,7 kv.m olan 3 otaqlı fərdi yaşayış evinin və həmin evin ümumi sahəsi olan 0,0626 ha. torpaq sahəsindən 0,0333 ha. hissəsinin bölgü planına əsasən 12.000 manata Cavabdeh6 satılması barədə alqı-satqı müqaviləsinin, ƏMDK-nin yanında DƏDRX-nin Cəlilabad Ərazi İdarəsi tərəfindən Cavabdeh6 adına aparılmış qeydiyyatın etibarsız hesab edilməsi, mərhum atasının adına olan ƏMDK-nin yanında DƏDRX-nin Cəlilabad Ərazi İdarəsi tərəfindən 13.10. 2022-ci il tarixdə verilmiş **********80-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 158,7 kv/m olan fərdi yaşayış evində və 0,0626 ha, torpaq sahəsində, Amankənd kəndindəki yaşayış evində, Torpağın mülkiyyətə verilməsinə dair JN -51 A (KOD ********) şəhadətnaməyə əsasən birgə mülkiyyətlərinə verilmiş 0,32 ha həyətyanı torpaq sahəsində və pay torpaq sahəsində ½ hissədə miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. diaçı məhkəmə iclasında iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək X12 ilə Cavabdeh5 arasında xx.xx.2024-cü il tarixdə Salyan Regional “Asan xidmət” Mərkəzinin Notariat Ofisində bağlanmış alqı-satqı müqaviləsinin, X7 adına ƏMDK-nin yanında DƏDRX-nin Cəlilabad Ərazi İdarəsində aparılmış qeydiyatın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. ləsuvar Rayon Məhkəməsinin 02 avqust 2024-cü il tarixli 2(022)-640/2024 saylı qərardadı ilə İddiaçı Biləsuvar rayonu Amankənd kəndində yerləşən yaşayış evində, torpağın mülkiyyətə verilməsinə dair JN-51A (KOD ********) şəhadətnaməyə əsasən birgə mülkiyyətlərinə verilmiş 0,32 ha həyətyanı torpaq sahəsində və pay torpaq sahəsində ½ hissədə miras payının müəyyən edilməsinə dair hissəsində iddiası baxılmamış saxlanılmışdır. ləsuvar Rayon Məhkəməsinin 02 avqust 2024-cü il tarixli 2(022)-640/2024 saylı qətnaməsi (hakim N.Mirzəyev) ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 tərəfindən Cavabdeh4 adına verilmiş 27 noyabr 2023-cü il tarixli vərəsəlik hüququ haqqında Şəhadətnamə, ƏMDK-nin yanında DƏDRXnin Cəlilabad Ərazi İdarəsi tərəfindən Cavabdeh4 adına aparılmış 12 yanvar 2024-cü il tarixli **********80-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli qeydiyyat, 15 yanvar 2024-cü il tarixdə Salyan regional «Asan xidmət» Mərkəzinin notariat ofisində Cavabdeh4 ilə Cavabdeh5 arasında bağlanmış ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 158.7 kvm olan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0.0626 ha həyətyanı torpaq sahəsinin alqı-satqı müqaviləsi, ƏMDK-nin yanında DƏDRX-nin Cəlilabad Ərazi İdarəsi tərəfindən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 158.7 kvm olan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0.0626 ha həyətyanı torpaq sahəsinin Cavabdeh5 adına aparılmış (reyestr nömrəsi **********80-10301, qeydiyyyat nömrəsi **********) xx.xx.2024-cü il tarixli qeydiyyatın etibarsız hesab edilməsi, iddia tələbinin Cavabdeh5 ilə Cavabdeh6 arasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 158.7 kvm, yaşayış sahəsi 82.1 kvm, yardımçı sahəsi 76.6 kvm olan 5 otaqlı fərdi yaşayış evinin 1960-cı ildə inşa edilən ümumi sahəsi 97.9 kvm, yaşayış sahəsi 56.2 kvm, yardımçı sahəsi 41.7 kvm olan 3 otaqlı fərdi yaşayış evinin və həmin evin ümumi sahəsi 0.0626 ha olan torpaq sahəsindən 0.0333 ha hissəsinin bölgü planına əsasən Cavabdeh6 12000 (on iki min) manata satılmasına dair alqı-satqı müqaviləsinin və həmin alqı-satqı müqaviləsinə əsasən DƏDRX-nin Cəlilabad Ərazi İdarəsi tərəfindən Cavabdeh6 adına aparılan qeydiyyatın, Cavabdeh5 ilə X12 arasında ünvan 1A, yeni qaydalarla ünvan 4 ünvanında yürləşən ümumi sahəsi 60.8 kvm, yaşayış sahəsi 25.9 kvm, yardımçı sahəsi 34.9 kvm olan 2 otaqlı fərdi yaşayış evinin və həmin evin ümumi sahəsi 0.0293 ha olan torpaq sahəsinin X1 dair alqı-satqı müqaviləsinin və həmin alqı-satqı müqaviləsinə əsasən DƏDRX-nin Cəlilabad Ərazi İdarəsi tərəfindən X7 adına aparlmış qeydiyyatın etibarsız hesab edilməsinə dair hissədə təmin edilməməsi qət edilmişdir. ətnamədən narazı qalan İddiaçı (nümayəndəsi və vəkili Vəkil2) tərəfindən apellyasiya şikayəti verilmişdir. rvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 oktyabr 2024-cü il tarixli 2(106)-1764/2024 saylı qərardadı ilə Biləsuvar Rayon Məhkəməsinin 02 avqust 2024-cü il tarixli, 2(022)-640/2024 saylı qətnaməsindən İddiaçı nümayəndəsi-vəkili Vəkil2 tərəfindən verilmiş apelyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi və mülki iş materialının apelyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Biləsuvar Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. əmin qərardaddan İddiaçı (nümayəndəsi və vəkili Vəkil2) tərəfindən kassasiya şikayəti verilmişdir. zərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 03 dekabr 2024-cü il tarixli 2(102)-3945/2024 saylı qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi və Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1764/2024 nömrəli, 7 oktyabr 2024-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. ləsuvar Rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli 2(022)-640/2024 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2nə, Salyan regional “Asan xidmət” Mərkəzinin Notariat Ofisinə, ƏMDKnin yanında DƏDRX-nin Cəlilabad Ərazi İdarəsinə, Cavabdeh4, X6, Cavabdeh6, X9 və üçüncü şəxs Biləsuvar rayon İcra Hakimiyyəti başçısının Amankənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin, alqısatqı müqavilələrinin və ƏMDK-nin yanında DƏDRX-nin Cəlilabad Ərazi İdarəsi tərəfindən aparılmış qeydiyyatların və onların əsasında verilmiş bütün hüquqi sənədlərin etirarsız hesab edilməsi və miras əmlakda payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 02 avqust 2024-cü il tarixli 2(022)-640/2024 saylı qətnaməsindən İddiaçı nümayəndəsi-vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. ləsuvar Rayon Məhkəməsinin 02 avqust 2024-cü il tarixli 2(022)-640/2024 saylı qətnaməsindən İddiaçı (nümayəndəsi və vəkili Vəkil2) tərəfindən yenidən apellyasiya şikayəti (prosessual müddətin bərpası barədə ərizə ilə birlikdə) verilmişdir. Z Biləsuvar Rayon Məhkəməsinin 05 fevral 2025-ci il tarixli, 2(022)-640/2024 saylı qərardadı ilə İddiaçı nümayəndəsi Vəkil2 ərizəsinin təmin edilməsi və Biləsuvar Rayon Məhkəməsinin 02 avqust 2024-cü il tarixli, 2(022)-640/2024 saylı qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün prosessual müddətin ötürülməsinin üzrlü hesab edilməklə bərpa edilməsi və İddiaçı apellyasiya şikayəti baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. əmin qərardaddan Cavabdeh5 (nümayəndəsi və vəkili Nümayəndə) şikayət verərək, Biləsuvar Rayon Məhkəməsinin 05 fevral 2025-ci il tarixli, 2(022)-640/2024 saylı qərardadının ləğv edilməsi və buraxılmış prosessual müddətin bərpası barədə ərizənin rədd edilməsini xahiş etmişdir. kayət onunla əsaslandırılmışdır ki, sözügedən qərardad ləğv edilməlidir. Belə ki, iddiaçı Biləsuvar Rayon Məhkəməsinin 02 avqust 2024-cü il tarixli, 2(022)-640/2024 saylı qətnaməsini almış və həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya Məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərar qəbul edilmiş, iddiaçı həmin qərarı mübahisələndirmişdir. Göründüyü kimi iddiaçı öz apellyasiya şikayətini əsaslı hesab etmiş və bu səbəbdən də apellyasiya məhkəməsinin qərarı ilə razılaşmamış və kassasiya şikayəti vermişdir. Qeyd edilmiş səbəblərdən də iddiaçı üzürsüz səbəblərdən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddəti buraxmışdır. Hesab edir ki, prosessual müddətin buraxılmasının üzrlü hesab edilməsi əsaslı sayıla bilməz. Əgər iddiaçı ölkə hüdudlarından kənarda olsaydı, stasionar müalicədə olsaydı və sair bu kimi hallar baş versəydi, o halda prosessual müddətin buraxılması üzürlü sayıla bilərdi. İddiaçı tərəfindən daha əvvəl verilmiş apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi ilə razılaşmayan və həmin mövqeyini Ali Məhkəmə müstəvisində mübahisələndirən tərəfin prosessual müddətin üzürlü səbəblərdən buraxılmasına istinad etməsi əsaslı sayıla bilməz. ləsuvar Rayon Məhkəməsinin 14 fevral 2025-ci il tarixli 2(022)-640/2024 saylı qərardadı ilə Biləsuvar Rayon Məhkəməsinin 05 fevral 2025-ci il tarixli 2(022)-640/2024 saylı qərardadından Cavabdeh5 tərəfindən verilmiş şikayət təmin edilməmiş və Biləsuvar Rayon Məhkəməsinin 05 fevral 2025-ci il tarixli 2(022)-640/2024 saylı qərardadından Cavabdeh5 tərəfindən verilmiş şikayət iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. zərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Biləsuvar Rayon Məhkəməsinin 05 fevral 2025-ci il tarixli, 2(022)-640/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X4 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 fevral 2007-ci il qərarında göstərilmişdir ki, ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi Biləsuvar Rayon Məhkəməsinin 02 avqust 2024-cü il tarixli 2(022)-640/2024 saylı qətnaməsindən İddiaçı (nümayəndəsi və vəkili Vəkil2) tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə haqlı nəticəyə gəlmişdir. Qeyd edilməlidir ki, İddiaçı prosessual müddətin bərpa edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi onun prosessual hüququdur və bu hüquq müdafiə edilməlidir. Məhkəmə tərkibi diqqətə çatdırmağı zəruri hesab edir ki, qanunvericilikdə apellyasiya şikayətinin verilməsi müddəti və apellyasiya şikayətinin geri qaytarılması hallarından olan prosessual müddətin ötürülməsi halı konkret şəkildə göstərilmiş, habelə müddətin buraxılması səbəbinin məhkəmə tərəfindən üzrlü hesab edildiyi halda onun bərpa edilə bilməsi də qanunun normalarında öz əksini tapmışdır. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi prosessual müddəti bərpa etməklə düzgün qənaətə gəlmişdir. Belə ki, iddiaçı prosessual müddətin üzrlü səbəblərdən ötürməsini əsaslandırmış, habelə iş materiallarına nəzər saldıqda, həqiqətən də, prosessual müddətin iddiaçının prosessual hərəkətlərin yerinə yetirilməsi ilə əlaqədar ötürüldüyü müəyyən edilir. Odur ki, cavabdehin şikayətində qeyd etdiyi hallar formal xarakterə malikdir, birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərardadının ləğvi üçün əsas yoxdur. Məhkəmə tərkibi hesab edir ki, məhz tərəflərin məhkəmə qarşısında hüquq bərabərliyinin, Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasının və ədalətli məhkəmə araşdırması hüququnun təmin edilməsi nöteyi-nəzərindən şəxsin öz işinə yuxarı məhkəmə insansiyasında baxılmasına çatımlılığı hüququnun reallaşdırılması üçün şərait yaradılmalı və bununla bağlı gətirilən səbəblər ağlabatanlıq prinsipi əsasında qiymətləndirilməlidir. Belə ki, şəxsin maraqlarına toxunan məhkəmə qərarını yuxarı instansiya məhkəməsində mübahisələndirmək hüququ ədalətli məhkəmə araşdırması hüququndan irəli gəlir və Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq müqavilələrdə öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir; hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın; hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır; hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. Məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının apellyasiya məhkəmələri, Azərbaycan Respublikasının ümumi məhkəmələri və digər ixtisaslaşdırılmış məhkəmələr həyata keçirirlər. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsi hər bir şəxsin özü haqqında çıxarılmış məhkəmə qərarına yuxarı məhkəmədə yenidən baxılması hüququnu tanıyır. İnsan Hüquqlarının və X10 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Eyni hüquq Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 14-cü maddəsində də müəyyən olunmuşdur. Onun barəsinə çıxarılmış məhkəmə qərarına yuxarı məhkəmə tərəfindən yenidən baxılması hüququnu Azərbaycan Respublikasının tərəfdar çıxdığı Avropa Konvensiyasına 7 saylı Protokolun 2-ci maddəsinin 1-ci bəndi də təsbit edir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, yuxarıda göstərilən normativ-hüquqi aktların tələbinə görə maraqlarına toxunulan məhkəmə qərarı çıxarılmış şəxsin həmin qərardan yuxarı məhkəməyə şikayət vermək hüququ məhkəmə səhvlərinin qarşısının alınması, həqiqətin müəyyən edilməsi və son nəticədə ədalətin təntənəsinə nail olunması məqsədini güdür. Həqiqət və ədalət isə insan toplumu üçün ali dəyərlərdir. Bu dəyərlər də ictimai münasibətlərin kvintessensiyasını təşkil etməlidir. Bu kontekstdə məhkəmə tərkibi hesab edir ki, yalnız formala əsaslara istinad etməklə ərizəçinin şikayətinin icraata götürülməsindən imtina edilməsi tərəfin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 14-cü, İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin 7, 8, 10-cu və Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş səmərəli və ədalətli məhkəmə araşdırması hüququnu pozmuş olardı. “O.Hüseynovun şikаyəti üzrə məhkəməyə mürаciət hüququnun pozulmаsınа dаir” iş üzrə 29 iyun 2007-ci il tаrixli qərаrındа Konstitusiyа Məhkəməsinin Plenumunu göstərmişdir ki, mülki prosessuаl qаnunvericilik məhkəmə qətnаməsindən verilən şikаyətlər üçün müddətin məhz məhkəmə аktının tərəfə təqdim olunduğu gündən hesаblаndığını nəzərdə tutur. Avropa İnsan Hüquqları Məhkəməsi «Sovtransavto Holdinq» Ukraynaya qarşı (şikayət №48553/93, xx.xx.2002) şikayəti üzrə işdə X15 Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı ilə ərizəçinin şikayət verilməsi üçün müəyyən edilmiş bir aylıq müddətin bitməsi əsasına görə şikayətin qəbul edilməsindən imtina olunmasını artıq formalizmin mövcud olduğu kimi qiymətləndirmişdir. Avropa Məhkəməsi həmin işdə həmçinin qeyd etmişdir ki, ərizəçinin kassasiya şikayəti qanunda nəzərdə tutulmuş müəyyən formallıqlara riayət edilmədiyinə görə qəbul edilməmişdir. Bu da belə bir nəticəyə gətirib çıxara bilər ki, ərizəçi daxili müdafiə vasitələrini tükətməmişdir. Avropa Məhkəməsi xatırlatmışdır ki, onun daxili müdafiə vasitələrinin tükədilməsi üzrə presedent təcrübəsinə müvafiq olaraq bu qayda kifayət qədər çevik və artıq formalizmdən azad şəkildə tətbiq olunmalıdır. Həmin qayda avtomatik tətbiq olunmamalı və mütləq xarakter daşımamalıdır; hər bir konkret işdə onun halları nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi, «X8rşı» iş üzrə qərarında (1985-ci il) qeyd etmişdir ki, vaxt məhdudiyyətləri ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və vaxtı keçmiş iddiaların qarşısının alınması məqsədilə qoyula bilər. Presessual hüquq qabiliyyəti üzrə məhdudiyyətlər, məsələn, müvafiq hüquqa malik olmayan iddiaçıları məhkəmənin dəyərli vaxtını almaqdan çəkindirmək üçün qoyula bilər. Digər məhdudiyyətlərə hökümət nazirlərinin, parlament üzvlərinin, mülki dövlət qulluqçularının və digər şəxslərin immunitet və imtiyazları aid edilə bilər. Lakin tətbiq edilən məhdudiyyətlər məhkəməyə müraciət hüququnun mahiyyətinə xələl gətirən dərəcədə olmamalıdır. Bundan başqa, məhkəməyə müraciət hüququna qoyulan məhdudiyyətlər qanuni məqsəd daşımalı və tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan əlaqə mövcud olmalıdır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin «Ryabıx Rusiyaya qarşı» 24 iyul 2003cü il tarixli işi üzrə qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik, «res judicata» prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında prosessual müddətlərlə bağlı göstərilmişdir ki, “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, şikayət təmin edilməməli və Biləsuvar Rayon Məhkəməsinin 05 fevral 2025-ci il tarixli, 2(022)-640/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalı, Biləsuvar Rayon Məhkəməsinin 02 avqust 2024-cü il tarixli 2(022)-640/2024 saylı qətnaməsindən İddiaçı (nümayəndəsi və vəkili Vəkil2) tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üçün sonrakı prosessual hərəkətlər edilməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398, 400 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi
qərara aldı:
Biləsuvar Rayon Məhkəməsinin 05 fevral 2025-ci il tarixli, 2(022)-640/2024 saylı qərardadından Cavabdeh5 (nümayəndəsi və vəkili Nümayəndə) tərəfindən verilmiş şikayət təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin 05 fevral 2025-ci il tarixli, 2(022)-640/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Biləsuvar Rayon Məhkəməsinin 02 avqust 2024-cü il tarixli 2(022)-640/2024 saylı qətnaməsindən İddiaçı (nümayəndəsi və vəkili Vəkil2) tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üçün sonrakı prosessual hərəkətlər edilsin. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.