Məhkəmə qərarları › İş №2(106)-631/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-631/2025

01.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-631/2025 01.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı və Cavabdeh2 iştirakları ilə, İddiaçı - cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4nə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə və Sabirabad regional “ASAN” Xidmət Mərkəzində Notariat Ofisinə qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, çıxarışın və alqı-satqı müqaviləsinin ləğv edilməsi, miras əmlaka payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 2(056)-2765/2024 saylı, 19 dekabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 01 aprel 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı - cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4nə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə və Sabirabad regional “ASAN” xidmət Mərkəzində Notariat Ofisinə qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, çıxarışın və alqı-satqı müqaviləsinin ləğv edilməsi və miras əmlaka payların müəyyən edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X6 qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2024-cü il tarixli şəhadətnaməsinin etibarsız hesab edilməsi və nəticələrinin ləğv edilməsi, ünvan 1i ünvanında yerləşən torpaq sahəsinə dair xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın **********89 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, xx.xx.2024- ci il tarixli AN-İ№ ******* saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi, miras əmlak olan ünvan 1i ünvanında yerləşən 0.41 ha olan torpaq sahəsinə aid hissədə iddiaçı X2 düşən payının müəyyən edilməsi və ödənilmiş dövlət rüsumunun əvəzi 100 (bir yüz) manat cavabdehlərdən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, mərhum atası X10 xx.xx.2002- ci ildə vəfat etmişdir. Onun mülkiyyətində Saburabad rayonun Şəhriyar kənd ərazisində torpaq sahəsi vardır. Qardaşı Cavabdeh1 və onun qonşusu Cavabdeh2 birlikdə gizlin yolla mərhum atasının adına olan torpaq sahəsinə dair sənədlər hazırlayaraq, Sabirabad rayonun Şəhriyar kənd ərzasində olan torpaq sahəsinə dair çıxarış əldə edərək və onun əsasında Cavabdeh1 Cavabdeh2 5000 manata xx.xx.2024-ci il tarixli, AN-İ№ ******* saylı alqısatqı müqaviləsi əsasında mübahisəli torpaq sahəsinin bir hissəsini satmışdır. Yaxın günlərdə təsədüfən kənddə olan söz-söhbətdən ona məlum olmuşdur ki, mərhum atası X6 mülkiyyətində olan torpaq sahəsi satılıb. Halbuki, o, mərhum Niftulla Rzayevin vərəsəsi olaraq onunda həmin topraq sahəsində vərəsəlik payı var və onun payı müəyyən edilmədən və razılığı alınmadan torpaq sahəsi qanunsuz olaraq satılmışdır. Elektron sistemdən atasının adına vərəsəlik işinin açılması barədə əldə etdiyi məlumata görə məlum oldu ki, xx.xx.2024-cü il tarixində Sabirabad Regional Cavabdeh5ndə Notariat Ofisində vərəsəlik işi açılıb. Lakin ona həmin vərəsəlik işi ilə bağlı heç bir sənəd təqdim etməyiblər. Ümumi olaraq ona məlumdur ki, vərəsəlik haqqında arayış alanarkən onun barəsində cavabdeh notariusa məlumat verməyib, Ədliyyə Nazirliyindən atasının vərəsələri yoxlanılmayıb. Bundan başqa Cavabdeh2, həmçinin onun ailə üzvləri bilirdirlər ki, onun razılığı olmadan sözügedən torpaq sahəsini qardaşı Cavabdeh1 adına rəsmiləşib, həmçinin razılığı olmadan həmin torpaq sahəsinin alqı-satıqısna dair müqavilə bağlanılıb. Hesab edir ki, onun vərəsəlik hüququ pozulub. Ona görə də qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli və mülkiyyət hüququ haqqında çıxarış və onun əsasında bağlanmış alqı-satıq müqaviləsi ləğv edilməlidir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində qeyd olunanlara uyğun məzmunda izahat verərək, əlavə olaraq göstərmişdir ki, o, mübahisəli ünvan 1ində yerləşən torpaq sahəsi üzərində yerləşən mərhum atası X8 məxsus evdə 70-ci illərin sonunadək yaşamış, sonradan gənc yaşında Şirvan (o, vaxtkı Əli-Bayramlı şəhəri) şəhərinə köçüb, həyatını orada davam edərək, özünə məxsus evdə bu günədək yaşayır, qardaşı Cavabdeh1 isə daimi olaraq Şəhriyar kəndində yerləşən miras əmlak olan torpaq sahəsi üzərində yerləşən evdə yaşamışdır. Mərhum atası xx.xx.2002-ci il tarixdə vəfat etmiş, mirasın açılmasından və atasından miras qalmış əmlakdan məlumatlı olmuş, lakin həmin vaxt maddi imkanı yaxşı olduğundan miras əmlak olan evdən və torpaq sahəsindən pay əldə etmək niyyəti olmamışdır. Lakin hazırda maddi imkanı məhdud olduğundan və maddi ehtiyacları artığından, birinci növbədə vərəsə olaraq miras qalmış torpaqdan ona aid olan hissəni əldə etmək fikrinə gəlmişdir. Eyni zamanda qardaşı Cavabdeh1 atasından miras qalmış torpaq sahəsinin vərəsəlik qaydasında adına rəsmiləşdirilməsindən məlumatı olmuşdur, lakin torpaq sahəsinin bir hissəsinin satılmasını bildikdə buna etiraz edərək, torpağın satılan hissəsini vərəsəlik qaydasında özü tərəfindən əldə etməsi qərarına gəlmişdir. Ona görə də iddiasının təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbinə etiraz edərək bildirmişdir ki, qardaşı İddiaçı mübahisəli ünvan 1ində yerləşən torpaq sahəsi üzərində yerləşən və mərhum atası X8 məxsus evdə 70-ci illərin sonunadək yaşamış, sonradan gənc yaşında Şirvan (o, vaxtkı Əli-Bayramlı şəhəri) şəhərinə köçüb, həyatını orada davam edərək, özünə məxsus evdə bu günədək yaşayır, o, isə daimi olaraq miras əmlak olan evdə bu günədək yaşayır. Mərhum atası xx.xx.2002-ci il tarixdə vəfat etmiş, mirasın açılmasından və atasından miras qalmış əmlakdan qardaşı İddiaçı məlumatı olmuş, lakin həmin vaxt onun torpaq sahəsindən pay əldə etmək niyyəti olmamışdır. Lakin hazırda qardaşı İddiaçı maddi imkanı məhdud olduğundan miras qalmış torpaqdan ona aid olan hissəni əldə etmək fikrinə gəlmiş, həmçinin torpaq sahəsinin bir hissəsinin satılmasını bildikdə buna etiraz etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbinə etiraz edib, bildirmişdir ki, o hazırkı iş üzrə iddiaçının qardaşı Cavabdeh1 notariusda təsdiq olunmuş rəsmi alqı-satqı yolu ilə ünvan 1ində yerləşən 0.123 ha həyətyanı torpaq sahəsini 5000 manat pul müqabilində almışdır. Həmin alqısatqı barədə İddiaçı məlumatı olmuşdur. Onunla bağlanmış alqısatqı Müqaviləsinin şərtləri pozulmamışdır. Lakin torpağın satıcısı olmuş və iddiaçının qardaşı olan Cavabdeh1 həmin alqı-satqı Müqaviləsinin ləğvi ilə bağlı məhkəmədə iddia qaldırsa da, məhkəmənin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 - Cavabdeh2 qarşı “alqısatqı müqaviləsinin ləğv edilməsi” tələbi barədə iddia ərizəsi əsassız olduğundan təmin edilməmişdir. Bundan sonra İlham və Tofiq Rzayev qardaşaları hazırkı iddianı öz aralarında qabaqcadan razılaşdırıb, süni şəkildə mübahisə yaradaraq həmin torpağı hər cür üsulla geri qaytarmaq istəyirlər. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş üzrə cavabdeh təşkilatlar məhkəməyə ərizə göndərərək, mülki işə həmin təşkilatların nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdeh təşkilatların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Sabirabad Rayon Məhkəməsinin 2(056)-2765/2024 saylı, 19 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (Hakim: Nurəddin Bağırov), İddiaçı - cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4nə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə və Sabirabad regional “ASAN” xidmət Mərkəzində Notariat Ofisinə qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, çıxarışın və alqı-satqı müqaviləsinin ləğv edilməsi və miras əmlaka payların müəyyən edilməsi” tələbi təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Odur ki, Sabirabad Rayon Məhkəməsinin 2(056)-2765/2024 saylı, 19 dekabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdehlər tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, izahatında Sabirabad Rayon Məhkəməsinin 2(056)-2765/2024 saylı, 19 dekabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 apellyasiya icraatı zamanı iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Sabirabad Rayon Məhkəməsinin 2(056)-2765/2024 saylı, 19 dekabr 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Qanunvericiliyin tələbinə uyğun olaraq digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, Cavabdeh4 nümayəndəsi məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Odur ki, MPM-nin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayəti üzrə işə digər cavabdehlərin iştirakı olmadan baxılması məqsədə müvafiq hesab edilmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Sabirabad Rayon Məhkəməsinin 2(056)-2765/2024 saylı, 19 dekabr 2024-cü il tarixli qətnaməsini İddiaçı apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəllənin; 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı pay hüquqlu vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Sabirabad Rayon Məhkəməsinin 2(056)-2765/2024 saylı, 19 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçıların apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası apellyasiya şikayətləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakıları qeyd edir Belə ki, iş materiallarında olan Sabirabad regional “ASAN” Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən göndərilmiş “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” üzrə Cavabdeh1 müraciəti əsasında tərtib edilmiş notariat işinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması barədə Notariat Ofisinə xx.xx.2024-cü il tarixdə etdiyi müraciəti əsasında, ünvan 1ində yerləşən 0.41 ha. olan torpaq sahəsinə dair mülkiyyət hüquqları onun xx.xx.2002-ci il tarixdə vəfat etmiş atası X6 adına xx.xx.2023-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış, sonra həmin torpaq sahəsi mərhum X3 miras qalmış əmlak kimi tanınmış və vəfat olunan anda həmin ünvanda qeydiyyatda olan miras qoyanın övladları X4, X1 və Şıxəliyeva (Rzayeva) Zərniyarxanım Niftulla qızının atalarından miras qalmış torpağa dair paylarından imtina etmələri barədə ərizələri əsasında Cavabdeh1 adına atasından miras qalmış ünvan 1ində yerləşən 0.41 ha. olan torpaq sahəsinə dair tam hissədə pay almasına dair xx.xx.2024-cü il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilmişdir. İş materiallarına əlavə edilən Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********89 olan və xx.xx.2024-cü il tarixi olan Sabirabad rayonu Şəhriyar kəndində yerləşən 0.41 ha torpaq sahəsi X6 xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Sabirabad regional Cavabdeh5ndə notariat ofisinin xüsusi notariusu X7 tərəfindən təsdiq edilmiş ərizədən görünür ki, Cavabdeh2 DƏDRX-nin Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, reyestr nömrəsi **********89, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 0.41 ha torpaq sahəsinin 0.123 ha hissəsini 5000 (beş min) manata almış və həmin pulu nəğd olaraq ödəmişdir. İş materiallarına əlavə edilən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********04 olan xx.xx.2024-cü il tarixli çıxarışın surətindən görünür ki, Sabirabad rayonu Şəhriyar kəndində yerləşən 0.123 ha torpaq sahəsi Cavabdeh2 xüsusi mülkiyyətindədir. İş materiallarında olan Sabirabad rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 - Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbi barədə iddia ərizəsi əsassız olduğundan təmin edilməmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının iddia tələbindən müəyyən edilir ki, mərhum atası X10 xx.xx.2002-ci ildə vəfat etmişdir. Onun mülkiyyətində Sabirabad rayonun Şəhriyar kənd ərazisində torpaq sahəsi vardır. Qardaşı Cavabdeh1 və onun qonşusu Cavabdeh2 birlikdə gizlin yolla mərhum atasının adına olan torpaq sahəsinə dair sənədlər hazırlayaraq, Sabirabad rayonun Şəhriyar kənd ərazisində olan torpaq sahəsinə dair çıxarış əldə edərək və onun əsasında Cavabdeh1 Cavabdeh2 5000 manata xx.xx.2024-ci il tarixli, AN-İ№ ******* saylı alqı-satqı müqaviləsi əsasında mübahisəli torpaq sahəsinin bir hissəsini satmışdır. Yaxın günlərdə təsadüfən kənddə olan söz-söhbətdən ona məlum olmuşdur ki, mərhum atası X6 mülkiyyətində olan torpaq sahəsi satılıb. Halbuki, o, mərhum Niftulla Rzayevin vərəsəsi olaraq onunda həmin torpaq sahəsində vərəsəlik payı var və onun payı müəyyən edilmədən və razılığı alınmadan torpaq sahəsi qanunsuz olaraq satılmışdır. Elektron sistemdən atasının adına vərəsəlik işinin açılması barədə əldə etdiyi məlumata görə məlum oldu ki, xx.xx.2024-cü il tarixində Sabirabad Regional Cavabdeh5ndə Notariat Ofisində vərəsəlik işi açılıb. Lakin ona həmin vərəsəlik işi ilə bağlı heç bir sənəd təqdim etməyiblər. Ümumi olaraq ona məlumdur ki, vərəsəlik haqqında arayış alınarkən onun barəsində cavabdeh notariusa məlumat verməyib, Ədliyyə Nazirliyindən atasının vərəsələri yoxlanılmayıb. Bundan başqa Cavabdeh2, həmçinin onun ailə üzvləri bilirdilər ki, onun razılığı olmadan sözügedən torpaq sahəsini qardaşı Cavabdeh1 adına rəsmiləşib, həmçinin razılığı olmadan həmin torpaq sahəsinin alqı-satıqısna dair müqavilə bağlanılıb. Hesab edir ki, onun vərəsəlik hüququ pozulub. Ona görə də qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli və mülkiyyət hüququ haqqında çıxarış və onun əsasında bağlanmış alqı-satqı müqaviləsi ləğv edilməlidir. Cavabdeh1 iddia tələbinə etirazından müəyyən edilir ki, qardaşı İddiaçı mübahisəli ünvan 1ində yerləşən torpaq sahəsi üzərində yerləşən və mərhum atası X8 məxsus evdə 70-ci illərin sonunadək yaşamış, sonradan gənc yaşında Şirvan (o, vaxtkı Əli-Bayramlı şəhəri) şəhərinə köçüb, həyatını orada davam edərək, özünə məxsus evdə bu günədək yaşayır, o, isə daimi olaraq miras əmlak olan evdə bu günədək yaşayır. Mərhum atası xx.xx.2002-ci il tarixdə vəfat etmiş, mirasın açılmasından və atasından miras qalmış əmlakdan qardaşı İddiaçı məlumatı olmuş, lakin həmin vaxt onun torpaq sahəsindən pay əldə etmək niyyəti olmamışdır. Lakin hazırda qardaşı İddiaçı maddi imkanı məhdud olduğundan miras qalmış torpaqdan ona aid olan hissəni əldə etmək fikrinə gəlmiş, həmçinin torpaq sahəsinin bir hissəsinin satılmasını bildikdə buna etiraz etmişdir. Cavabdeh2 iddia tələbinə etirazından müəyyən edilir ki, o hazırkı iş üzrə iddiaçının qardaşı Cavabdeh1 notariusda təsdiq olunmuş rəsmi alqı-satqı yolu ilə ünvan 1ində yerləşən 0.123 ha həyətyanı torpaq sahəsini 5000 manat pul müqabilində almışdır. Həmin alqı-satqı barədə İddiaçı məlumatı olmuşdur. Onunla bağlanmış alqı-satqı müqaviləsinin şərtləri pozulmamışdır. Lakin torpağın satıcısı olmuş və iddiaçının qardaşı olan Cavabdeh1 həmin alqı-satqı müqaviləsinin ləğvi ilə bağlı məhkəmədə iddia qaldırsa da, məhkəmənin xx.xx.2024cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 - Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbi barədə iddia ərizəsi əsassız olduğundan təmin edilməmişdir. Bundan sonra İlham və Tofiq Rzayev qardaşları hazırkı iddianı öz aralarında qabaqcadan razılaşdırıb, süni şəkildə mübahisə yaradaraq həmin torpağı hər cür üsulla geri qaytarmaq istəyirlər. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İşin müəyyən edilmiş hallarından görünür ki, ünvan 1ində yerləşən 0.41 ha. olan torpaq sahəsinə dair mülkiyyət hüquqları xx.xx.2002- ci il tarixdə vəfat etmiş X6 adına xx.xx.2023-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış, sonra həmin torpaq sahəsi mərhum X3 miras qalmış əmlak kimi tanınmış və mərhumun oğlu Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması barədə Notariat Ofisinə xx.xx.2024-cü il tarixdə etdiyi müraciəti əsasında, vərəsəlik işi açılmışdır. Miras qoyanın birinci növbəli vərəsələri onun övladları, İddiaçı, Cavabdeh1, X9, X5 və Şıxəliyeva (Rzayeva) Zərniyarxanım Niftulla qızı hesab edilsələr də, lakin həmin vərəsələrdən məhz Cavabdeh1 miras qalmış torpaq sahəsində və torpağın üzərindəki fərdi yaşayış evində yaşayıb, evi və torpağı idarə etməyə faktiki başlamaqla və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə miras əmlakı qəbul etmişdir. İddiaçı isə mərhum atası X8 məxsus evdə 70-ci illərin sonunadək yaşamış, sonradan daimi yaşamaq üçün Şirvan şəhərinə köçmüşdür, mirasın açılmasından və atasından miras qalmış əmlakdan məlumatlı olmuş, lakin miras əmlak olan evdən və torpaq sahəsindən pay əldə etmək niyyəti olmamış və ona görə də mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməmişdir, digər vərəsələr həmçinin notariat ofisinə ərizə verərək atalarından miras qalmış torpağa dair paylarından imtina etmişlər Kollegiya qeyd edir ki, nə mirasın açılması, nə şəxsin vərəsəlik hüququ əldə etməsi və nə də onun vərəsəliyə çağırılması miras əmlakı əldə etmək üçün kifayət etmir. Göstərilən hüquqi faktlar şəxsə yalnız miras əmlakı əldə etmək şansı (imkanı) verir. İddiaçı tərəfindən miras əmlak yalnız o halda əldə edilə bilər ki, o, miras əmlakın əldə edilməsinə öz razılığını bildirsin və bunu ifadə etsin. Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olduğuna görə hüquqi hərəkətdir. Lakin göründüyü kimi miras qoyan xx.xx.2002-ci il tarixdə vəfat etsə də və həmin andan miras açılsa da, İddiaçı tərəfindən miras əmlakın hüquqi cəhətdən qəbul edilməsi üçün hər hansı bir tədbir görülməmişdir. Digər tərəfdən İddiaçı tərəfindən mirası qəbul üçün hər hansı bir hərəkət də edilməmişdir. Yəni mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyəti ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir. Məhz həmin hərəkət əsasında vərəsə miras qoyanın hüquq və vəzifələrinin daşıyıcısı olur. Mirası qəbul etmək iddiaçının vəzifəsi yox, yalnız hüququ olduğundan, lakin iddiaçı tərəfindən həmin hüquqdan istifadə olunmadığından və bununla da miras qanunvericilikdə nəzərdə tutulmuş qaydada qəbul edilmədiyindən, məhkəmə hesab edir ki, İddiaçı mirası qəbul etmə hüququnu itirmişdir İddiaçı miras əmlakı qəbul etmək üçün hər hansı bir şəxs tərəfindən maneçilik də törədilməmişdir. Belə ki, İddiaçı atasının vəfat etməsini, bununla da mirasın açılmasını bilsə də, mirasın qəbul edilməsi üçün heç bir tədbir görməmişlər və bununla da mirasın qəbul edilməsi müddətini ötürmüşdür. Yəni öz hüquqi təbiətinə görə mirasın qəbulu birtərəfli əqddir, ona görə ki, mirasın qəbulu, birincisi, xüsusi olaraq miras əmlakın əldə edilməsi məqsədilə həyata keçirilir, ikincisi, o yalnız bir tərəfin vərəsəliyə çağırılan şəxsin iradəsini ifadə edir. Digər tərəfdən həm də ona görə ki, o hər hansı şəxsin cavab və qarşılıqlı iradə ifadəsindən asılı olmayaraq hüquqi nəticə doğurur. Mirasın qəbulu vərəsəliyə çağırılan digər vərəsələrin iradə ifadəsindən asılı deyil. Lakin buna baxmayaraq İddiaçı tərəfindən miras açıldıqdan sonra həmin iradə hər hansı bir formada ifadə edilməmişdir. İddiaçı miras açıldığı vaxtdan miras əmlakdan istifadə etməmiş, əmlakı idarə etməmiş və mirası qəbul etmək niyyətində olması ilə bağlı belə iradə ifadələrini bildirməmişlər. Belə olan halda İddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində mirası formal üsulla, yəni notariat orqanına qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində qəbul edilməsi üçün hər hansı mane mövcud olmamışdır. İddiaçı mirasın açılmasından xəbəri olmuş, lakin mirasın qəbul edilməsi üçün hər hansı bir hüquqi hərəkət etmədiyi üçün, mirasın qəbul edilməsi müddətini ötürmüşdür və bununla da miras əmlakdan pay almaq hüququnu itirmişdir. Kollegiya həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, İddiaçı tərəfindən miras əmlak həmçinin qeyri-formal üsulla da qəbul edilməmişdir. Yəni mirasın qəbul edilməsinin qeyri-formal üsulla olur ki, vərəsə miras əmlaka faktiki sahiblik və ya miras əmlakı faktiki idarə etmiş olur. Faktiki bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyəti açıq-aşkar təsdiqləyir və sübut edir. Lakin İddiaçı tərəfindən miras əmlakı qeyriformal üsulla qəbul edilməsi və buna niyyətlərinin olması həmçinin öz təsdiqini tapmadığından, yəni İddiaçı miras açıldıqdan xeyli müddət əvvəl və miras açılan zaman miras əmlakda yaşamaması, onun həmin əmlakı qeyri-formal üsulla da qəbul etməməsini göstərir və belə olan halda məhkəmə hesab edir ki, İddiaçı tərəfindən miras əmlak heç faktiki olaraq da qəbul edilməmişdir. Kollegiya İddiaçı mirasın qəbul edilmə müddətinin ötürülməsinə də hüquqi qiymət verərək qeyd edir ki, miras həm formal üsulla, həm də qeyri-formal üsulla yalnız müəyyən müddət ərzində qəbul edilə bilər. Həmin müddətə mirasın qəbul edilməsi müddəti deyilir. Mirasın qəbul etmə müddəti dedikdə, qanunda nəzərdə tutulan elə bir vaxt dövrü başa düşülür ki, həmin dövr ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətlər edirlər. Göründüyü kimi miras qoyan vəfat etdiyi anda və sonra, miras qalmış torpağın üzərindəki fərdi yaşayış evində miras qoyanın birinci növbəli vərəsələrindən məhz oğlu Cavabdeh1 yaşamaqla miras əmlakı faktiki olaraq qəbul etmişdir. Lakin İddiaçı və birinci növbəli digər vərəsələr mirasın qəbul edilməsi üçün qanunvericilikdə nəzərdə tututmuş müddət ərzində notariat orqanına hər hansı bir ərizə verməmişlər, həmçinin miras əmlak olan evdə də yaşamamaqla miras əmlakı faktiki olaraq qəbul etməmişlər Bundan əlavə kollegiya onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Digər tərəfdən Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır. Göründüyü kimi hazırki mübahisə yuxarıda qeyd olunan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarının təsiri altına düşmür. Yəni vərəsəliklə bağlı hüquq münasibəti qeyd olunan qərarın qəbulundan əvvəl yaranmışdır. Beləliklə kollegiya hesab edir ki, birinci növbəli vərəsələrdən miras əmlak yalnız Cavabdeh1 tərəfindən qəbul edildiyindən, İddiaçı tərəfindən isə miras qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində qəbul edilmədiyindən, mirasın qəbul edilməsi üçün müddət onun tərəfindən ötürülmüş hesab edilməlidir. Ona görə də iddia tələblərinin qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2024-cü il tarixli şəhadətnaməsinin etibarsız hesab edilməsi və nəticələrinin ləğv edilməsi və iddiaçıya düşən payın müəyyən edilməsi hissələrinin təmin edilməsi üçün əsaslar müəyyən edilmədiyi üçün iddia tələblərinin həmin hissələri təmin edilməməlidir. Kollegiya iddia tələblərinin ünvan 1ində yerləşən torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın və xx.xx.2024-ci il tarixli AN-İ№ ******* saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi hissələrini araşdıraraq hesab edir ki, iddianın həmin hissələri törəmə hüquq münasibəti olub, iddia tələblərinin qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2024-cü il tarixli şəhadətnaməsinin etibarsız hesab edilməsi və nəticələrinin ləğv edilməsi və iddiaçıya düşən payın müəyyən edilməsi hissələrinin təmin edilməsindən asılı olduğundan, iddianın qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2024-cü il tarixli şəhadətnaməsinin etibarsız hesab edilməsi və nəticələrinin ləğv edilməsi və iddiaçıya düşən payın müəyyən edilməsi hissələri rədd edilməli olduğu halda, iddia tələblərinin digər hissələri də təmin edilməməlidir. Kollegiya birinci instansiya məhkəməsinin “iddia tələbi əsassız olduğundan rədd edilməlidir.” mövqeyi ilə razılaşır və hesab edir ki, gəlinən nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslıdır. Birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Kollegiya iddiaçıların apellyasiya şikayətinin dəlillərini əsassız hesab etməklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizədən ibarət olmaqlda birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğvi üçün əsas ola bilməz. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası; Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin 2(056)-2765/2024 saylı, 19 dekabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar