Məhkəmə qərarları › İş №2(106)-638/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-638/2023

27.04.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-638/2023 27.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X9 və cavabdeh X2 iştirakları ilə, Lənkəran Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2(049)-3435/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 27 aprel 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdehlər X5, Cavabdeh1 və üçüncü şəxslər Lənkəran rayon 1 saylı Notariat Kontoru və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran rayonu 1 saylı Notariat kontorunda bağlanmış xx.xx.2021-ci il tarixli 4Ə-1513 nömrəli bağışlanma müqaviləsinin etibarsız sayılması və ondan doğan hüquqi nəticənin ƏMDK tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********* nömrəli qeydiyyat çıxarışının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Lənkəran rayon məhkəməsində X3 qarşı "OYES" yanacaq doldurma məntəqəsinin onun hesabına tikilməsi faktının müəyyən edilməsi, mülkiyyətçilərin payının müəyyən edilməsi, onun hesabına dörd il ərzində əldə etdiyi pul tələbinə dair iddia ərizəsinə baxılmış və iddia tələbi qismən təmin edilmiş, İddiaçı “OYES" yanacaq doldurma məntəqəsinin tikintisi üçün xərclədiyi 43989 manatın cavabdeh X1 alınaraq İddiaçı ödənilməsi, cavabdeh X2 dörd il ərzində "OYES" yanacaq doldurma məntəqəsindən əldə etdiyi 45782 manat qazancdan 14791 manat Cavabdeh2 alınaraq İddiaçı ödənilməsi barədə 2(049)-778/2021 saylı 22 iyun 2021-ci il tarixli qətnamə çıxarmışdır. Qeyd edilən qətnamələrdən verilən apellyasiya şikayətinə nisbətdə Lənkəran rayon məhkəməsinin qətnaməsi dəyişdirilməmiş və verilən kassasiya şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinə Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsini qüvvəsində saxlamışdır. İş Lənkəran rayon məhkəməsinin icraatında olan zaman məhkəmə baxışının predmeti olan və gələcəkdə icra sənədinin yönələ biləcəyi əmlakı yayındırmaq məqsədi ilə xx.xx.2021-ci iltarixdə Lənkəran rayonu 1 saylı notariat kontorunda 4ə-1513 reyestr nömrəli bağışlanma müqaviləsi ilə oğlu Cavabdeh1 bağışlamış və həmin bağışlanma müqaviləsinə əsasən ƏMDK yanında DƏDRX 10 saylı Lənkəran ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2021-ci tarixli, ********* qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh1 adına keçirilmişdir. 20 oktyabr 2021-ci il taxində Lənkəran rayon məhkəməsinin 8(049)-285/2021 saylı qəradadı ilə Lənkəran rayonu Şirinsu kəndində 0.004 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 27.60 kv.m olan 2 otaqlı qeyri yaşayış binası üzərinə həbs qoyulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsində 2(102)- 3203/2022 saylı 14 iyun 2022-ci il tarixli qərardan sonra iş icraya yönəldikdən sonar ona məlum olmuşdur ki, iddianın predmeti olan əmlak özgəninkiləşmişdir. Yəni iş üzrə cavabdeh X5 Azərbaycan Respublikası adından çıxmış qətnamənin icrasından və məcburiedici hərəkətlərdən yayınmaq məqsədi ilə belə bir yanlış hərəkətə yol vermişdir. Hesab edir ki, bağışlanma müqaviləsi pərdələnmək xarekteri daşıyır. Pərdələnmək üçün bağlanan hər hansı bir müqavilə etibarsız müqavilədir. Belə bir müqavilə bağlamaqla cavabdeh X5 bilərəkdən oğlu X7 istifadə etmişdir. Cavabdehlər X5 və Cavabdeh1 tərəfindən məhkəməyə ünvanlanmış iddiaya qarşı etirazda göstərilmişdir ki, İddiaçı və cavabdeh X5 arasında bundan əvvəlki məhkəmə mübahisəsi üzrə "OYES" yanacaqdoldurma məntəqəsi iddia predmeti olmamışdır. Həmin iş üzrə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Lənkəran rayonu Liman şəhərində yerləşən cavabdeh X2 mülkiyyətində olan torpaq sahəsinin və qeyri- yaşayış binası olan “OYES" yanacaqdoldurma məntəqəsinin ümumi birgə mülkiyyətdə olmasının müəyyən edilməsi və mülkiyyətçilərin hər birinə 1/2 hissə payların müəyyən edilməsi və dörd il ərzində əldə edilmiş qazancın 1/2 hissəyə bölünərək ona ödənilməsini xahiş etmişdir. Sonra iddiaçı tələbini dəqiqləşdirmiş, "OYES" yanacaq doldurma məntəqəsinin tikintisi üçün xərclədiyi 60000 manat pulun və cavabdeh X2 dörd il ərzində “OYES" yanacaq doldurma məntəqəsindən əldə etdiyi qazancın 1/2 hissəsinin cavabdehdən alnaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı "OYES" yanacaq doldurma məntəqəsinin tikintisi üçün xərclədiyi 43989 manat pulun, eləcə də cavabdeh X2 dörd il ərzində "OYES" yanacaq doldurma məntəqəsindən əldə etdiyi 45782,24 manat pul məbləğində qazancdan 14791 manatın cavabdeh X1 alnaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə tərəflərin təqdim etdikləri sübutlara əsasən işin müəyyən olunmuş faktiki hallarından çıxış edərək belə qənaətə gəlmişdir ki, tərəflər arasında şifahi borc müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-287/2022 nömrəli, 18 yanvar 2022-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin 2(049)-778/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsivə iş üzrə yeni qətnamə çıxarılmaqla, iddianın qismən təmin edilməsi, çəkilən xərcə görə 43.989 manat və dörd il ərzində "OYES" yanacaq doldurma məntəqəsindən əldə edilən qazanca görə 14791 manat pul vəsaitinin X4 alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranan münasibətləri düzgün müəyyənləşdirməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, onlar arasında olan münasibət borc münasibəti kimi qiymətləndirilə bilməz. Odur ki, iddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091 və 1092-ci maddələri təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3203/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-287/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin gəldiyi qənaət ondan ibarət olmuşdur ki, cavabdeh yanacaqdoldurma məntəqəsinin işləməsi üçün iddiaçıdan 43.989 manat məbləğində pul aldığını etiraf etmiş, dörd ilə ərzində həmin yanacaqdoldurma məntəqəsindən əldə etdiyi qazancdan iddiaçıya 2600 manat məbləğində puldan başqa hər hansı bir məbləğ ödəmədiyini bildirmişdir. Bundan əlavə, iddiaçı tərəfindən həmin yanacaqdoldurulma məntəqəsinin Sehran Mustafayevin mülkiyyətində olmasın mübahisələndirilməmiş, iddia ərizəsində tələbin sözügedən yanacaqdoldurma məntəqəsinə yönəldilməsi məqsədilə onun açıq hərrac vasitəsilə məcburi satılması nəzərdə tutulmamış, müvəqqəti təminat tədbiri kimi onun özgəninkiləşdirilməsinin cavabdehə qadağan olunması barədə məhkəməyə müraciət edəməmişdir. Göründüyü kimi, tərəflər arasında əvvəlki məhkəmə mübahisə zamanı mübahisənin predmeti yanacaqdoldurma məntəqəsi deyil, əldən çıxmış fayda formasında pul olmuşdur. Sözügedən yanacaqdoldurma məntəqəsi mülkiyyət hüququnun predmeti kimi, tam olaraq cavabdehə məxsus olduğundan onun kimə, nə zaman və hansı şərtlərlə özgəninkiləşdirilməsi (indiki halda bağışlanması) cavabdehin müstəsna hüququ olmuşdur ki, o, bu hüquqdan bəhrələnmişdir. Bu zaman, cavabdeh tərəfindən müvafiq qanunvericiliyin hər hansı bir tələbi pozulmamışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh X5 iddia tələbini qəbul etməyərək, iddiaya qarşı etdiyi etirazda qeyd olunanlara uyğun izahat verərək bildirmişdir ki, İddiaçı onun əmisidir. Mülkiyyətində olan "OYES" yanacaq doldurma məntəqəsini oğlu Cavabdeh1 bağışlamışdır. Həmin daşınmaz əmlakın iddiaçıya heç bir aidiyyəti yoxdur. Müvafiq məhkəmə qərarlarına əsasən 43.989 manat və 14791 manat pul vəsaiti ondan alınaraq İddiaçı verilməlidir. O borclu tərəf olaraq icra sənədlərinin icrasından boyun qaçırmır. Lakin hazırki iş üzrə iddiaçı, müvafiq icra sənədləri üzrə tələbkar tərəf olan İddiaçı onun təqdim etdiyi pul məbləğlərini məqsədyönlü şəkildə qəbul etməyərək, öz hərəkətləri ilə icra sənədinin icrasına maneçilik törədir. İddiaçının həqiqi məqsədi məhkəmə qərarlarına əsasən ona verilməli pul məbləğlərini almaq deyil, onun oğlunun mülkiyyətində olan "OYES" yanacaq doldurma məntəqəsindən istifadə etməsinə maneçilik törətməkdir. Ona görə də iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh1 və üçüncü şəxslər Lənkəran rayon 1 saylı Notariat Kontorunun və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Lənkəran Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2(049)-3435/2022 saylı qətnaməsi ilə (Hakim: N.Ağabəyov), İddiaçı cavabdehlər X5, Cavabdeh1 və üçüncü şəxslər Lənkəran rayon 1 saylı Notariat Kontoru və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “Lənkəran rayonu 1 saylı Notariat kontorunda bağlanmış xx.xx.2021-ci il tarixli 4Ə-1513 nömrəli bağışlanma müqaviləsinin etibarsız sayılması və ondan doğan hüquqi nəticənin ƏMDK tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********* nömrəli qeydiyyat çıxarışının ləğv edilməsi” tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 390.1, 666.1, 667.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Odur ki, Lənkəran Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2(049)-3435/2022 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdehlər X5 və Cavabdeh1 məhkəmə kollegiyası iddia tərəfində verilmiş apellyasiya şikayətinə etiraz ünvanlayaraq etirazda qeyd etmişlər ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsassızdır. Belə ki, iddia ərizəsində göstərilən yanacaq doldurma məntəqəsi iddia predmeti olmamışdır. Qeyd olunan yanacaq məntəqəsinin tikintisi sərf edilən vəsait və əldə olunan gəlirdən iddiaçıya verilməsi tələbi barədə əvvəllər məhkəmə çəkişməsi olmuş və bu barədə məhkəmə qətnaməsi mövcuddur. Odur ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Lənkəran Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2(049)-3435/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı nümayəndəsi və vəkili X12 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, izahatında Lənkəran Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2(049)-3435/2022 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X5 apellyasiya icraatı zamanı iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Lənkəran Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2(049)-3435/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Qanunvericiliyin tələbinə uyğun olaraq Cavabdeh1 və üçüncü şəxslər Lənkəran rayonu 1 saylı Notariat Kontoru və ƏMDK yanında DƏDRX 10 saylı Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş lakin cavabdeh və üçüncü şəxslər apellyasiya icraatı zamanı iştirak etməmiş, iştirak etməmələrinin səbəblərini qabaqcadan bildirməmişdir. Odur ki, MPM-nin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayəti üzrə cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan işə baxılması məqsədə müvafiq hesab edilmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Lənkəran Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2(049)-3435/2022 saylı qətnaməsinin İddiaçı apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəllənin; 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilənin məzmununu müəyyənləşdirə bilərlər.Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. 329.1-ci maddəsinə əsasən Mülki Məcəllənin əqdlərin bağlanması qaydalarını və onların etibarsızlığını müəyyən edən müddəalarına əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 337.1; 337.3-337.5-ci maddələrinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 666.1 və 668.1.1-ci maddələrinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama müqaviləsi etibarlı sayılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Masallı Rayon Məhkəməsinin 2(050)2507/2022 saylı, 30 noyabr 2022ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakıları qeyd edir Belə ki, iş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 2(049)-778/2021 saylı 22 iyun 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı "OYES" yanacaq doldurma məntəqəsinin tikintisi üçün xərclədiyi 43989 manat pulun cavabdeh X1 alınaraq İddiaçı ödənilməsi, cavabdeh X2 dörd il ərzində "OYES" yanacaq doldurma məntəqəsindən əldə etdiyi 45782,24 manat pul məbləğində qazancdan 14791 manatın cavabdeh X1 alnaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)- 287/2022 nömrəli, 18 yanvar 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin 2(049)-778/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, iddianın qismən təmin edilmiş, çəkilən xərcə görə 43.989 manat və dörd il ərzində "OYES" yanacaq doldurma məntəqəsindən əldə edilən qazanca görə 14791 manat pul vəsaitinin X4 alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3203/2022 saylı xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-287/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2022-ci il tarixli, 016-306-5940-1222 № məktubunda göstərilmişdir ki, xx.xx.2021-ci il tarixdə “TOYOTA Camry” markalı **-NR-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi Şirvan şəhəri, Xanlar küçəsi, döngə 1, ev 7A-da yaşayan vətəndaş X8 adına rəsmiləşdirilmiş və xx.xx.2021-ci il tarixdə etibarnamə ilə vətəndaş X6 istifadəsinə verilmişdir. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 8(049)-285/2021 saylı qərardadı ilə Lənkəran rayonu Şirinsu kəndində 0.004 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 27.60 kv.m olan 2 otaqlı qeyri-yaşayış binası üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”ndən görünür ki, hədiyyə verən – X5 mülkiyyətində olan Lənkəran rayonu Şirinsu kəndində yerləşən ümumi sahəsi 27.6 kv/m olan qeyri-yaşayış binasını və Lənkəran rayonu Şirinsu kəndində yerləşən ümumi sahəsi 0.04 ha olan torpaq sahəsini tam mülkiyyət üzrə hədiyyə alan – Cavabdeh1 bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Lənkəran rayonu Şirinsu kəndində 0.04 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 27.60 kv.m olan qeyri- yaşayış binası üzərində Cavabdeh1 hüquqları xx.xx.2021-ci tarixdə, ********* qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövbudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Mülki Məcəllənin əqdlərin bağlanması qaydalarını və onların etibarsızlığını müəyyən edən müddəalarına əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır (maddə 329.1). Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (337.1). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (337.1, 337.3-337.5). Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir (340.1). Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. (666.1). daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama müqaviləsi etibarlı sayılır. (668.1.1). Məhkəmə kollegiyası qeyd edilən sübutları tədqiq edərək müəyyən edir ki, cavabdeh X5 mülkiyyətində olan mübahisəli əmlakı notariat qaydasında təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən oğlu Cavabdeh1 bağışlamışdır. Mövcud işin müəyyən edilmiş faktiki halları baxımından həmin müqavilənin etibarsızlığına səbəb olan hər hansı hüquqi əsas mövcud deyildir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı bağışlama müqaviləsinin digər məhkəmə qətnaməsinin icra olunması zamanı icranın həmin əmlaka yönələ biləcəyindən cavabdehin əmlakı icradan yayındırmaq məqsədi ilə oğluna bağışlamış, bu səbəbdən bağışlama müqaviləsinin pərdələnmək xarakteri daşıdığından yəni bilavəsitə qanunvercilikdə nəzərdə tutulmuş qaydalar əsasında bağlanmadığından etibarsız hesab olunmasını xahiş etsə də, bu əsasların tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 4Ə-1513 nömrəli bağışlanma müqaviləsinin etibarsız sayılmasına səbəb olan halları kimi qəbul edilə bilməz. Odur ki, İddiaçı cavabdehlər X5, Cavabdeh1 və üçüncü şəxslər Lənkəran rayon 1 saylı Notariat Kontoru və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “Lənkəran rayonu 1 saylı Notariat kontorunda bağlanmış xx.xx.2021-ci il tarixli 4Ə-1513 nömrəli bağışlanma müqaviləsinin etibarsız sayılması və ondan doğan hüquqi nəticənin ƏMDK tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********* nömrəli qeydiyyat çıxarışının ləğv edilməsi” tələbinə dair iddiasını təmin etməməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir (Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarı). Həmçinin həmin qərarda göstərilmişdir ki, aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır. Mülki Məcəllənin mülkiyyət hüququnu tənzimləyən müddəaları mülkiyyətçinin öz hüquqlarını sərbəst və maneəsiz istifadə etməsinin hüquqi əsaslarını müəyyən etməklə, mülki əşya hüquq münasibətlərinin iştirakçısı kimi çıxış edən mülkiyyətçiyə münasibətdə öz hüquqlarının həyata keçirilməsində lazımi davranış hüdudlarını müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2015-ci il tarixli qərarı). Göründüyü kimi, mülki hüquq münasibətlərinin yaranması əsaslarından biri olan əqdin etibarlı hesab olunması üçün əqdin bağlanması zamanı həmin əqdin iştirakçısı olan şəxslərin iradə ifadəsi olması və əqdin mülki qanunvericiliyin tələblərinə uyğun bağlanması zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Mübahisə predmeti olan bağışlama müqaviləsi bağlanarkən tərəflər – yəni, istər öz əmlakını verən X5 və hədiyyəni qəbul edən Cavabdeh1 istərsə də, həmin müqaviləni rəsmiləşdirən səlahiyyətli orqan (notariat orqanı) qanunun tələblərinə uyğun hərəkət etmişlər: Beləliklə, məhkəmə kollegiyası qeyd edilənlər üzrə yekun hüquqi dəyərləndirmə apararaq birinci instansiya məhkəməsinin “Qeyd olunanlara məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər X5, Cavabdeh1 və üçüncü şəxslər Lənkəran rayon 1 saylı Notariat Kontoru və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “Lənkəran rayonu 1 saylı Notariat kontorunda bağlanmış xx.xx.2021-ci il tarixli 4Ə-1513 nömrəli bağışlanma müqaviləsinin etibarsız sayılması və ondan doğan hüquqi nəticənin ƏMDK tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********* nömrəli qeydiyyat çıxarışının ləğv edilməsi”nə dair iddiası iddiaçı tərəfindən iddianın əsaslılığını təsdiq edən hər hansı sübut təqdim edilmədiyindən rədd edilməli, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir.” qənaətini əsaslı hesab edir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bu isə onu göstərir ki, apelyasiya şikayəti faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz və formal mülahizələrdən ibarətdir. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizədən ibarət olmaqlda birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğvi üçün əsas ola bilməz. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2(049)-3435/2022 saylı qətnaməsi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar