Məhkəmə qərarları › İş №2(106)-642/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-642/2025

18.03.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-642/2025 18.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-1178/2024 saylı qərardadından Cavabdeh2 verdiyi şikayətə Şirvan Apellyаsiyа Məhkəməsinin binasında, yazılı icraat qaydasında bаxаrаq məhkəmə tərkibi müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi, mərhum X2 mülkiyyətində olmuş VAZ21043 markalı **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin vəsiyyətnamə əsasında Cavabdeh2 adma qeydiyyata alınmış **-CA-*** dövlət qeydiyyat nişanlı BD 394351 saylı qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi ,bu avtomobilin xx.xx.2023-cü il tarixdə Ağcabədi RQİ və fBŞ-də alqı-satqı müqaviləsi əsasında X1 adma rəsmiləşdirilmiş **-CA-*** qeydiyyat nişanlı BD402077 qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, mərhum X2 mülkiyyətində olmuş miras əmlak olan “VAZ 21043” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-1178/2024 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı xx.xx.2021-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi, mərhum X2 mülkiyyətində olmuş VAZ21043 markalı **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin vəsiyyətnamə əsasında Cavabdeh2 adma qeydiyyata alınmış **-CA-*** dövlət qeydiyyat nişanlı BD 394351 saylı qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi ,bu avtomobilin xx.xx.2023-cü il tarixdə Ağcabədi RQİ və fBŞ-də alqı-satqı müqaviləsi əsasında X1 adma rəsmiləşdirilmiş **-CA- *** qeydiyyat nişanlı BD402077 qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, mərhum X2 mülkiyyətində olmuş miras əmlak olan “VAZ 21043” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılması qərara alınmışdır. Cavabdeh Həsənov X3 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)- 1178/2024 saylı qərardadından şikayət verərək, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-1178/2024 saylı qərardadının ləğv edilib, mülki işə mahiyyəti üzrə baxılmasını, əks halda şikayətinə əsasən mülki işin materiallarının Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırki iddia üzrə 2(073)- 1178/2024 saylı mülki iş Cəlilabad rayon Məhkəməsinin icraatına xx.xx.2024-cü iltarixdə daxil olmuşdur. Eyni tərəf, tələb,eyni predmet üzrə isə İddiaçı iddiası üzrə 2(073)-2932/2024 saylı mülki iş isə hazırki nömrəsi 2(073)-192/2025 saylı olan iddia isə xx.xx.2024-cü il tarixdə Cəlilabad Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Məhkəmə belə olan halda sonradan daxil olan 2(073)-192/2025 saylı mülki işi baxılmamış saxlamalı idi. Məhkəmə burda bilərəkdən ya bilməzlikdən açıq-aşkar yanlışlığa yol verib. Hazırki işdə bu norma tətbiq edilməli deyildi. İclasa gələn nümayəndə nə səbəbə ilk öncə verilən i ddianın baxılmamış saxlanılmasına etiraz etməyib. Bu nədənsə absurd məsələdir. Ortada nə isə oyun olmasına bir işarədir. Cavabdeh olaraq iddiaya verilən etirazlarda işə iştirakları olmadan baxaraq iddianın rədd edilməsini xahiş etmişdirlər. Amma nədənsə məhkəmə bunları nəzərə almamışdır. Məhkəmənin gəldiyi bu mövqeyi yalnışdır. Çünki məhkəmə nəzərə almamışdır ki, cavabdeh olaraq o iş üzrə iddiaya mahiyyəti üzrə baxılması və iddianın rədd edilməsinin xahiş edilməsi barədə 2 dəfə elektron məhkəmə sistemi vasitəsilə ərizə vermişdir. Göründüyü kimi, onun işə mahiyyəti üzrə baxılmasını xahiş etməyinə baxmayaraq məhkəmə onun ərizələrini nəzərə almayaraq mülki işin baxılmaması haqqında qərardad qəbul etməklə yalnışlığa yol vermişdir. Məhkəmə prosessual hüquq normasını düzgün tətbiq etməmiş və səhv nəticəyə gəlmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-1178/2024 saylı qərardadı ilə Cavabdeh2 Cəlilabad Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 2(073)-1178/2024 saylı qərardadının ləğv edilməsinə dair şikayəti təmin edilməmiş, şikayət mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməlidir. İlk növbədə məhkəmə tərkibi şikayətin mülki işin baxılmamış saxlanılması ilə bağlı dəlill qeyd edir ki, şikayət həmin hissədə əsassızdır. Birinci instansiya məhkəməsi mülki işi baxılmamış saxlamaqda haqlı olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə tərkibi müəyyən etmişdir ki, İddiaçı 08 oktyabr 2024-cü il tarixdə cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı xx.xx.2021-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi, mərhum X2 mülkiyyətində olmuş VAZ21043 markalı **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin vəsiyyətnamə əsasında Cavabdeh2 adma qeydiyyata alınmış **-CA-*** dövlət qeydiyyat nişanlı BD 394351 saylı qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi ,bu avtomobilin xx.xx.2023-cü il tarixdə Ağcabədi RQİ və fBŞ-də alqı-satqı müqaviləsi əsasında X1 adma rəsmiləşdirilmiş **-CA-*** qeydiyyat nişanlı BD402077 qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, mərhum X2 mülkiyyətində olmuş miras əmlak olan “VAZ 21043” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət etmiş və həmin tələblə bağlı 2(073)-2932/2024 saylı mülki iş icraata daxil olmuş və 17 yanvar 2025-ci il tarixdə işə mahiyyəti üzrə baxılaraq, Cəlilabad Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli, 2(073)-192/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Bu baxımdan məhkəmə tərkibi hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılması qanuni və əsaslıdır. Məhkəmə tərkibi şikayətinin sonradan daxil olan 2(073)-192/2025 saylı mülki işin baxılmamış saxlanmalı olması dəlili ilə razılaşmayaraq qeyd edir ki, qanunvericilikdə işin əvvəl və ya sonra məhkəməyə daxil olması əsası ilə baxılmamış saxlanmasına dair hər hansı bir göstəriş yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, şikayət təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Ona görə də şikayət təmin edilməməli, iş üzrə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)- 1178/2024 saylı qərardadı Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)- 1178/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-1178/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar