Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-648/2024 22.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin 2(055)-79/2024 saylı, 16 yanvar 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə 22 aprel 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2776.67 manat və ödənilmiş 47.76 manat dövlət rüsumunun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək izahatında göstərdi ki, “Ford Fusion” markalı ** UH *** dövlət qeydiyyat nişanlı avtomobil 23 noyabr 2019-cu il tarixdə Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi ərazisində Cavabdeh tərəfindən idarə olunarkən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən MVC(L)00041-19 nömrəli sığorta şəhadətnaməsi əsasında kasko sığorta növü üzrə sığortalanmış “Toyota Prius” markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq sığortalı avtomobilə 5995 manat maddi ziyan vurmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi üzrə Nizami RPİ DYPŞ-nin inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Toyota Prius” markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərərə görə 2776.67 manat sığorta ödənişi həyata keçirilmişdir. Belə ki, Cavabdeh “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortası olduğundan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən dəymiş zərərlə bağlı 3018.33 manat sığorta ödənişi ödənilmiş, qalan 2776.67 manat məbləğ isə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 26 may 2023-cü il tarixli 0727/23 nömrəli məktubla Cavabdeh qarşı subroqasiya hüququ ilə əlaqədar tələb irəli sürülmüş və 2776.67 manat məbləğinin 7 iş günü ərzində ödənilməsi tələb olunmuşdur. Lakin hal-hazırki vaxtadək cavabdeh tərəfindən subroqasiya hüququ ilə əlaqədar tələbləri təmin olunmamış, həmin tələbin məhkəmə qaydasında təmin olunması zərurəti yaranmışdır. Ona görə də, Cavabdeh 2776.67 manat və 47.76 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etməsə də, Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Saatlı Rayon Məhkəməsinin 2(055)-79/2024 saylı, 16 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (X1), iddianın təmin edilməsi, Cavabdeh 2776 (iki min yeddi yüz yetmiş altı) manat 67 (altmış yeddi) qəpik alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 47 (qırx yeddi) manat 76 (yetmiş altı) qəpik dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Apelyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apelyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instasniya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh Saatlı Rayon Məhkəməsinin 2(055)-79/2024 saylı, 16 yanvar 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı "xxxx" ASC tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz göndərilərək bildirilmişdir ki, "İcbari siğortalar hagqında" ganunun 56.1.2-ci maddəsinə əsasan avtonəqliyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə bağlı üçüncü şəxsin əmlakına dəyən zərər üzrə 5000(beş min) manatadək siğorta ödənisi hayata kecirilə bilər. Lakin Bakı şəhəri, Nizami rayon DYPŞ-nin tərtib etdiyi Forma 4 arayışından da görünür ki, xx.xx.2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı bir neçə avtomobilə zərər vurulmuşdur. Bu səbəbdən cavabdehə məxsus avtomobilin icbari siğortalandığı "xxxx" ASC tərəfindən Cavabdeh təqsiri nəticəsində zərər vurulmuş avtomobillərə ödənilmiş siğorta ödənişi sığorta qanunvericiliyinə uyğun olaraq mütənasib qaydada bölünərək həyata keçirilmişdir. Odur ki, "xxxx" ASC tərəfindən Cəmiyyətimizə mütənasib qaydada 3018,33 (uc min on səkkiz manat, otuz üç qəpik) manat siğorta ödənişinin ödənilməsi ilə qanunvericiliyin tələbləri pozulmamışdır. Cavabdehə qarşı olan subroqasiya tələbimiz isə "xxxx" ASC tərəfindən MV-C(L) 00041-19 nömrəli siğorta şəhadətnaməsi əsasında kasko siğorta növü üzrə siğortalanmış zərərçəkmiş "Toyota Prius" markali, ** PB *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə həyata keçirilmiş ödənişlə bağlı olmuşdur. Həmçinin sığorta ödənişinin ödənilməsinə əsas yaradan xx.xx.2019cu il tarixli yol-nəqliyyat hadisəsində Bakı şəhər, Nizami rayon DYPŞ-nin İnzibati tənbeh vermə haqqında TP ******* saylı qərarına əsasən Cavabdeh təqsirli olduğu öz təsdiqini tapmişdir. Bu səbəbdən cavabdehin icbari siğortasının olduğu sığortaçının ödəmədiyi hissə ilə bağlı cavabdehin özü məsuliyyət daşıyır. Göründüyü kimi cavabdehdən tələb edilən məbləğin məhkəmə tərəfindən düzgün olaraq təmin edilməsi qanunvericiliyin tələbinə uyğundur. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada iddiaçı və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh apelyasiya şikayətinin dəlilləri həddində Saatlı Rayon Məhkəməsinin 2(055)-79/2024 saylı, 16 yanvar 2024-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə müvafiq olaraq mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə uyğun olaraq ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə görə yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun; 25.1-ci maddəsinə əsasən Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1-ci maddəsinə əsasən sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 25.1.3-cü maddəsinə görə, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Saatlı Rayon Məhkəməsinin 2(055)-79/2024 saylı, 16 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə kollegiyası iş materiallarında aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, işdə olan və məhkəmə iclasında elan edilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, Cavabdeh 23 noyabr 2019-cu il tarixdə “Ford Fusion” markalı ** UH *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi ərazisində idarə edərkən yol-nəqliyyat hadisəsi törətmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nizami Rayon Polis İdarəsinin X2 Şöbəsinin 23 noyabr 2019-cu il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolundan və 23 noyabr 2019-cu il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, 23 noyabr 2019-cu il tarixdə Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi ərazisində Cavabdeh idarə etdiyi “Ford Fusion” markalı ** UH *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə “Toyota Prius” markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin toqquşması nəticəsində baş vermiş yolnəqliyyat hadisəsinə görə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş “Zərər dəymiş nəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair” hesabatdan görünür ki, zədələnmiş “Toyota Prius” markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 5995 manat təşkil edir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 09 dekabr 2019-cu il tarixli sığorta aktından görünür ki, “Ford Fusion” markalı ** UH *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" Açıq Səhmdar Cəmiyyətində 19 sentyabr 2019-cu il tarixdən 18 sentyabr 2019-cu il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta şəhadətnaməsi əsasında sığortalanmışdır. 23 noyabr 2019-cu il tarixdə Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsində “Ford Fusion” markalı ** UH *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Toyota Prius” markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi toqquşmuşdur. Hadisə nəticəsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 5995 manat məbləğində ziyan dəymiş, həmin ziyanın 3018.33 manat hissəsi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən zərər çəkmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş MVC0159/19 saylı işə dair sığorta aktının surətindən görünür ki, sığortalı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus **-PB-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius” markalı avtonəqliyyat vasitəsi sığortaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətində 16 avqust 2019-cu il tarixdən 16 avqust 2020-ci il tarixədək sığortalanmışdır. 23 noyabr 2019-cu il tarixdə Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi ərazisində baş verən yol nəqliyyat hadisəsində “Toyota Prius” markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtomobilə 5995 manat maddi ziyan dəymişdir. Baş vermiş hadisə ilə əlaqədar “Toyota Prius” markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə bağlı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortası olduğundan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 3018.33 manat sığorta ödənişi edilmiş, bu səbəbdən də, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 5995 manat deyil, 2776.67 manat sığorta ödənişi ödənilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 27 dekabr 2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən MVC0159/19 saylı işə dair sığorta aktına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına 2776.67 manat sığorta ödənişi köçürülmüşdür. İşdə olan və məhkəmə iclasında elan edilmiş 26 may 2023-cü il tarixli 0727/23 nömrəli məktubun surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh qarşı subroqasiya hüququ ilə əlaqədar 2776.67 manat pulun 7 iş günü ərzində ödənilməsi tələb olunmuşdur. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyası işdə olan sübutlardan müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslıdır. Belə ki, “Ford Fusion” markalı ** UH *** dövlət qeydiyyat nişanlı avtomobil 23 noyabr 2019-cu il tarixdə Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi ərazisində Cavabdeh tərəfindən idarə olunarkən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən MVC(L)00041-19 nömrəli sığorta şəhadətnaməsi əsasında kasko sığorta növü üzrə sığortalanmış “Toyota Prius” markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq sığortalı avtomobilə 5995 manat maddi ziyan vurmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi üzrə Nizami RPİ DYPŞ-nin inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Toyota Prius” markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərərə görə 2776.67 manat sığorta ödənişi həyata keçirilmişdir. Belə ki, Cavabdeh “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortası olduğundan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən dəymiş zərərlə bağlı 3018.33 manat sığorta ödənişi ödənilmiş, qalan 2776.67 manat məbləğ isə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 26 may 2023-cü il tarixli 0727/23 nömrəli məktubla Cavabdeh qarşı subroqasiya hüququ ilə əlaqədar tələb irəli sürülmüş və 2776.67 manat məbləğinin 7 iş günü ərzində ödənilməsi tələb olunmuşdur. Lakin hal-hazırki vaxtadək cavabdeh tərəfindən subroqasiya hüququ ilə əlaqədar tələbləri təmin olunmamış, həmin tələbin məhkəmə qaydasında təmin olunması zərurəti yaranmışdır. Göründüyü kimi, hadisə cavabdehin təqsiri səbəbindən baş vermiş, nəticədə hadisə zamanı Cavabdeh qarşı iddiaçı "xxxx" ASC-nin subroqasiya hüququ yaranmışdır. Cavabdeh apelyasiya şikayətinin dəlillərində bildirmişdir ki, avtonəqliyyat vasitəsinə 5995 manat məbləğində ziyanın dəyilməsi ilə razı deyildir. Həmçinin 5995 manat məbləğində ziyanın dəyməsi sübut olunsa belə həmin zərərin 5000 manat hissəsini “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortası olduğundan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilməli idi. Yalnız qalan 995 manat məbləğin ondan tutulması ilə ilə bağlı iddiaçının iddia qaldırmaq üçün subyektiv hüququ olacaqdır. Kollegiya iddiaçının apelyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin həmin Qanunun 10.2, 13.1, 13.2, 52.1 və 58.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 14 aprel 2023-cü il tarixli qərarının nəticə hissəsində qeyd edilmişdir ki, “İcbari sığortalar haqqında" Qanunun 58.3-cü maddəsinin mənasına görə, bir yolnəqliyyat hadisəsi nəticəsində bir neçə üçüncü şəxsin əmlakına zərər vurulması faktı bir sığorta hadisəsi hesab edilir; “İcbari sığortalar haqqında” Qanunun 10, 20.4, 56 və 58.3-cü maddələrinə əsasən, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləği icbari sığorta məbləğindən artıq ola bilməz. Bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının zərərçəkənlərin hər birinə münasibətdə ayrı-ayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi müəyyən edilmiş sığorta məbləğini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir; sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləği icbari sığorta üzrə sığorta ödənişini aşdığı halda zərərçəkən zərərin sığorta ödənişindən artıq olan hissəsinin ödənilməsini zərərvurandan tələb edə bilər. İş materiallarının tədqiqi zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Nizami rayon DYPŞnin tərtib etdiyi Forma 4 arayışından da görünür ki, xx.xx.2019-cu il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı bir neçə avtomobilə zərər vurulmuşdur. Bu səbəbdən cavabdehə məxsus avtomobilin icbari siğortalandığı "xxxx" ASC tərəfindən Cavabdeh təqsiri nəticəsində zərər vurulmuş avtomobillərə ödənilmiş siğorta ödənişi sığorta qanunvericiliyinə uyğun olaraq mütənasib qaydada bölünərək həyata keçirilmişdir. "xxxx" ASC tərəfindən “Toyota Prius” markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtomobillə dəymiş zərərə görə müvafiq olaraq "xxxx" ASC-yə 3018,33 (uc min on səkkiz manat, otuz üç qəpik) manat siğorta ödənişi ödənilmiş, həmin avtomobil "xxxx" ASC tərəfindən MV-C(L) 00041-19 nömrəli siğorta şəhadətnaməsi əsasında kasko siğorta növü üzrə siğortalandığına görə 5995 manat maddi ziyanın geri qalan 2776.67 manat məbləğ isə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmişdir. Ona görə də, Cavabdeh qarşı iddiaçı "xxxx" ASC-nin subroqasiya hüququ yaranmışdır. Belə ki, Azərbaycan Respublikasının “İcbari sığortalar haqqında” qanununun; 25.1-ci maddəsinə əsasən Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1-ci maddəsinə əsasən sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.2. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqazidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqazidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olubolmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqazidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqazidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Göründüyü kimi Cavabdeh idarə etdiyi “Ford Fusion” markalı ** UH *** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törədərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən MVC(L)00041-19 nömrəli sığorta şəhadətnaməsi əsasında kasko sığorta növü üzrə sığortalanmış “Toyota Prius” markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq sığortalı avtomobilə 5995 manat maddi ziyan vurmuş, nəticədə sığorta hadisəsinin baş verməsində təqsirli olmuşdur. Cavabdehin idarə etdiyi “Ford Fusion” markalı ** UH *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən sığortalanmış, hadisə zamanı bir neçə avtomobilə ziyan dəydiyindən yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsasən sığorta ödənişi olan 5000 manatın bir hissəsi, yəni 3018,33 manat "xxxx" ASC tərəfindən ödənilmiş, geridə qalan 2776.67 manat məbləğ isə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmişdir. İddiaçı "xxxx" ASC müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, sığorta ödənişi ilə dəymiş zərəri aradan qaldırmış və haqlı olaraq cavabdehdən ona keçmiş hüquq (Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir) əsasında subroqasiya qaydasında pul tələb etmişdir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi Saatlı Rayon Məhkəməsinin 2(055)-79/2024 saylı, 16 yanvar 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İş materiallarından göründüyü kimi cavabdehin apellyasiya şikayəti üzrə qətnamənin mübahisələndirilən hissəsinin qiyməti 2776 manat (yəni qətnamənin mübahisələndirilən hisssində iddianın qiyməti beş min manatdan az) təşkil edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385.2, 392, 402.1-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin 2(055)-79/2024 saylı, 16 yanvar 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-648/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-648/2024
22.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver