Məhkəmə qərarları › İş №2(106)-653/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-653/2025

03.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-653/2025 03.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, X5 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “Azəriqaz” X1 X4 idarəsinə qarşı cavabdeh orqan tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və qaz xəttinin bərpa edilməsi tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il, 2(050)-3564/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə tərkibi müəyyən etdi: İddiaçı cavabdeh “Azəriqaz” X1 X4 idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh orqan tərəfindən evdə qazdan istifadə etmələri ilə bağlı yaradılmış maneələrin aradan qaldırılması və evlərinə gedən qaz xəttinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il, 2(050)-3564/2024 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, İddiaçı cavabdeh “Azəriqaz” X1 X4 idarəsinə qarşı cavabdeh orqan tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və qaz xəttinin bərpa edilməsi tələbinə dair iddiasının təmin edilməməsi və İddiaçı dövlət rüsumuna görə 100 (bir yüz) manatın tutularaq dövlət büdcəsinə verilməsi qət edilmişdir. İddiaçı Bədəlov X2 Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il, 2(050)-3564/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verərək Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-3564/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni bir qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər (təmsil olunmamışdırlar). İddiaçı Şirvan Apellyasiya Məhkəməsinə xx.xx.2024-cü il tarixdə “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə yaradılan elektron kabinet vasitəsi ilə ərizə ilə müraciət edərək məhkəmə iclasına gəlməyəcəyini, həmin iş üzrə apellyasiya şikayətindən imtina etdiyini bildirmiş və həmin iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə tərəflərin (nümayəndələrin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi hesab edir ki, ərizə təmin edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Məhkəmə tərkibi hazırkı işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, iddiaçının apellyasiya şikayətindən imtinası həqiqi iradə ifadəsidir. Buna görə də, onun apellyasiya şikayətindən imtina etməsi qanuna zidd deyil, tərəflərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, ərizə təmin edilməli və Masallı Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il, 2(050)-3564/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına İddiaçı apellyasiya şikayətinə münasibətdə xitam verilməlidir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 369, 384.0.4 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə tərkibi qərara aldı: Ərizə təmin edilsin. Masallı Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il, 2(050)-3564/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına İddiaçı apellyasiya şikayətinə münasibətdə xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar