Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-66/2025 23.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət məhkəmə tərkibində, İsazadə Salman Raqif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli 2(049)-74/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxıb MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 2-də Cavabdeh tərəfindən tikilmiş yaşayış və qeyri-yaşayış sahələrinin və mağazanın sökülməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh 22 iyun 2011-ci il tarixdə anası X4 tərəfindən 68 kv.m ümumi, 17.9 kv.m yaşayış və 50.1 kv.m köməkçi sahəsi olan bir mərtəbəli bir otaqlı yaşayış evi bağışlamışdır. Lakin Cavabdeh ata-babanın həyətində icazəsiz yaşayış və qeyri-yaşayış sahələri mağaza tikmişdir. Onun giriş qapısının 6 metrini zəbt edərək 1 metr məsafə saxlamışdır. Bununla əlaqədar olaraq o, dəfələrlə Cavabdeh iradlarını bildirsə də, heç bir nəticəsi olmamışdır. Lənkəran Rayon İcra Hakimiyyəti tərəfindən onun şikayəti əsasında evə baxış keçirilmiş və Cavabdeh tərəfindən qanunsuz tikililər tikilməsi təsdiqini tapmışdır. Lənkəran Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli 2(049)-74/2023 saylı qətnaməsi ilə (hakim Rəşad Məmmədov) iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin tam ləğvini və iddianın təmin edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: Lənkəran ŞİHB-nin İddiaçı ünvanlanmış xx.xx.2016-cı il tarixli məktubdan görünür ki, mütəxəssislər tərəfindən təkrarən ona və Cavabdeh məxsus yaşayış evinə vizual baxış keçirilmişdir. Ərizədə qeyd edildiyi kimi Cavabdeh tərəfindən birgə yaşayış qaydalarının pozulduğu və ayrı-ayrı illərdə icazəsiz ümumi istifadədə olan sahədə qeyri-qanuni yaşayış və qeyri-yaşayış sahəsinin genişləndirildiyi faktı aşkar edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* №-li 29 iyul 2011-ci il qeydiyyat tarixli Çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 68 kv.m ümumi, 17,9 kv.m yaşayış sahəsi, 50,1 kv.m olan olan 1 mərtəbəli, 1 otaq hissəsi Cavabdeh, 68,6 kv.m ümumi, 34,6 kv.m yaşayış, 34 kv.m köməkçi sahəsi olan 1 mərtəbəli, 2 otaqlı hissəsi isə İddiaçı mülkiyyətindədir. xx.xx.2011-ci il tarixli bağışlama müqaviləsindən görünür ki, X1 şəhəri Mir- Mustafaxan küçəsində 0.03 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 136.6 kv.m ümumi, 52.5 kv.m yaşayış və 84.1 kv.m köməkçi sahəsindən ibarət 43 nömrəli yaşayış evinin ümumi istifadədə olan 0.03 ha torpaq sahəsində yerləşən 68.6 kv.m ümumi 36.6 kv.m yaşayış sahəsi və 34 kv.m köməkçi sahəsi olan 1 mərtəbəli 2 otaqlı yaşayış evini oğlu İddiaçı və qalan istifadədə olan 0.03 ha torpaq sahəsində yerləşən 68 kv.m ümumi, 17.9 kv.m yaşayış və 50.1 kv.m köməkçi sahəsi olan 1 mərtəbəli, 1 otaqlı yaşayış evini gəlini Cavabdeh bağışlamışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən qeyri-qanuni tikilmiş tikililər o və ailənin mülkiyyətində olan evə giriş-çıxış etməsinə, arvadı gözdən kor, ağır şəkər xəstəliyinə məruz qalmış İ qrup, oğlu İİ qrup əlil və özü də İİ qrup əlildir. Buna görə də, tez-tez həkim ambulansa müraciət edirlər. Lakin cavabdehin qanunsuz tikililəri həyətinə ambulansın girməsinə maneə törədir. Eyni zamanda, evində yanğın baş verərsə, yanğınsöndürən maşının həyətinə daxil olması mümkünsüzdür. Rayon İcra Hakimiyyəti yerində yoxlama apararaq cavabdeh tərəfindən çoxlu sayda qeyri-qanuni tikililərin aparıldığını müəyyən etmiş və bu barədə məhkəmə orqanlarına işi araşdırmaq üçün müraciət etməyini tövsiyyə etmişdir. O, Lənkəran Rayon Məhkəməsinə müraciət etdikdən sonra iş üzrə 2(049)-511/2021 saylı mülki iş açılmışdır. Ekspertiza Mərkəzinə yazdığı məktubdan sonra xx.xx.2021-ci il tarixli 564 saylı cavab məktubu almışdır. Yalnız bu şikayətdən sonra lazımi sənədlər Ekspertiza Mərkəzinə göndərilmişdir. Bundan sonra dörd dəfə ekspert gəlmiş və cavabdeh onları həyətə buraxmamışdır. 2023-cü ildə bu iş məhkəmə tərəfindən yenilənmiş və yenidən ekspertiza təyin olunmuşdur. Lakin bu dəfə də cavabdeh ekspertləri həyətinə buraxmamışdır. Onun şəxsi evindən Cavabdeh özbaşınalığından kirayələrdə qalmaq məcburiyyətindədir, bu dözülməz hallara baxmayaraq iddiası təmin olunmur. Qətnamədə qeyd edilir ki, guya həmin tikililər anasının həyatda olan vaxtında Cavabdeh inşa etmiş və guya ki, o həmin zaman buna qarşı çıxmamışdır. Mərhum anası dünyasını dəyişəndən sonra cavabdeh bu qeyri-qanuni tikililəri inşa etmiş, əks təqdirdə bu tikililər özünü DƏDRX-nin çıxarışında əksini tapardı. Bu gün mülkiyyətçilik hüququ Cavabdeh tərəfindən pozulur. Məhkəmə tərəfindən işdə olan hallara qiymət verilməmişdir. Məhkəmə qətnaməsini ekspertin rəyi olmadan çıxarmışdır. Həmçinin ona yazılmış ekspert məktubunda ekspertin bir neçə dəfə məhkəmədən sözügedən torpaq sahəsində olan baza məlumatlarının və koordinatlarının məhkəmə tərəfindən DƏDRX-dən istənilməməsi, ekspertizaya göndərilməməsi işin müsbət gedişatına mənfi təsir etmişdir, nəticədə ekspertin rəyi alınmamasına şərait yaratmışdır. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, iş üzrə ekspertizalar təyin edilmiş, lakin cavabdeh tərəfindən bilərəkdən maneəçilik törədildiyi üçün ekspertiza prosesinin həyata keçirilməsi mümkün olmamışdır. Belə ki, Cavabdeh ekspertin zənglərinə kobud cavab vermiş, faktiki olaraq Azərbaycanda olduğu halda ölkə xaricində olduğunu bildirmiş və bununla da, ekspertiza aparılmasına süni əngəllər yaratmışdır. Cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikililər səbəbindən evinin nə yan tərəfinə, nə də arxa hissəsinə keçid mümkündür. Bu hal onun yaşayış hüququnu ciddi şəkildə məhdudlaşdırır. Məsələ ilə bağlı bütün aidiyyəti dövlət qurumlarına müraciət edilsə də, heç bir real tədbir görülməmiş, yalnız məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. Qeyd edilən səbəblərdən öz yaşayış evində yaşaya bilmədiyi üçün hal-hazırda kirayə mənzildə məskunlaşmağa məcbur qalmışdır. Mübahisə təkcə giriş yolunun eninin az olması ilə məhdudlaşmır, eyni zamanda evin arxa və yan hissələrinə çıxışın tamamilə bağlanması ilə də əlaqədardır. Bundan əlavə, cavabdehin tikdiyi tualetin kanalizasiya sularının onun evinin altına axması gələcəkdə ciddi sanitar və təhlükəsizlik riskləri yaradır. Mübahisəli əmlak əvvəlcə atasına məxsus olmuş, atanın vəfatından sonra isə mülkiyyət hüququ anaya keçmişdir. Cavabdeh mərhum qardaşının arvadıdır və ona yalnız 1 otaq bağışlanmışdır. Həyətyanı torpaq sahəsi isə heç vaxt bölünməmişdir. Bağışlama müqaviləsində yalnız bağışlanan otağın sahəsi göstərilmiş, lakin hər hansı sxem və ya plan əlavə edilməmişdir. Buna baxmayaraq, Cavabdeh ona bağışlanan 1 otaqla kifayətlənməyərək, qanunvericiliyin tələblərini pozmaqla 3 mərtəbəli 5 otaqdan ibarət qeyri-qanuni tikili inşa etmişdir. Sözügedən qanunsuz tikililərlə bağlı bu günədək heç bir tədbir görülməmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə tərkibi MPM-in 376.2-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərini işin halları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Ona görə də, məhkəmə tərkibi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq qətnamənin apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X3 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 11.1-ci maddəsinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). MM-in 135.4, 135.9 və 135.10-cu maddələrinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir; Əgər müxtəlif növlü əşyalar ümumi təyinat üzrə istifadə edilməsini nəzərdə tutan vahid tam yaradırlarsa, bir əmlak (mürəkkəb əmlak) sayılırlar. Mürəkkəb əmlak barəsində bağlanmış əqdin qüvvəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, onun bütün tərkib hissələrinə şamil edilir; Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. MM-in 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. MM-in 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. MM-in 170.2 və 170.3-cü 170.3-cü maddələrinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. MM-in 172-ci maddəsinin tələbinə görə əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir. Qonşuluq hüququnun göstərişlərini pozan binalara çıxıntılı binalar haqqında qaydalar tətbiq edilir. MM-in 173-cü maddəsinə əsasən başqa daşınmaz əmlaka keçən çıxıntıları olan binalar və digər qurğular yerləşdikləri daşınmaz əmlakın tərkib hissəsi kimi qalırlar, bu şərtlə ki, həmin əmlakın mülkiyyətçisi onlara əşya hüququna malik olsun. Qonşu ya üst tikiliyə qarşı etirazını bildirə bilər, ya da bununla barışaraq ağlabatan əvəz ödənilməsini tələb edə bilər. Üst tikiliyə hüquq daşınmaz əmlakın dövlət reyestrində servitut kimi qeydə alına bilər. Əgər üst tikili əsassızdırsa və hüququna toxunulmuş şəxs, bunu bilsə də, vaxtında etiraz etməzsə, üst tikilini ucaldan şəxsə, şəraitin haqq qazandırdığı hallarda, ağlabatan əvəz ödənilməklə, üst tikiliyə əşya hüququ və ya torpağa mülkiyyət hüququ verilə bilər. Əgər qonşu sahədən binanın uçub torpaq sahəsinə tökülməsi təhlükəsi varsa, mülkiyyətçi qonşudan həmin təhlükənin qarşısının alınması üçün lazımi tədbirlər görməyi tələb edə bilər. MM-in 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. MM-in 188.1-ci maddəsinə görə əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, şəxsin özünə mənsub olmayan materialların emalı yolu ilə hazırladığı yeni daşınar əmlaka mülkiyyət hüququnu materialların mülkiyyətçisi əldə edir. Emalın dəyəri materialların dəyərindən əhəmiyyətli dərəcədə yüksək olduqda, yeni əmlaka mülkiyyət hüququnu vicdanla hərəkət edərək, materialları özü üçün emal etmiş şəxs əldə edir. MM-in 238.1 və 238.3-cü maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir; Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir. MM-in 250.1-ci maddəsinin tələbinə görə torpaq sahəsi elə yüklü ola bilər ki, onun üstündə və ya altındakı binaya malik olmaq hüququ - özgəninkiləşdirilən və vərəsəlik üzrə keçən hüquq xeyrinə yükləmə aparılan şəxsə mənsub olar. Tikintiyə vərəsəlik hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh əmlak ona 2011-ci il tarixdə bağışlanmamışdan əvvəl hələ əmlakı bağışlayan Xalidə Qasımovanın sağlığında yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə əlavə tikililər inşa etmiş, Xalidə Qasımova və onun oğlu hazırkı İddiaçı buna heç bir etiraz etməmişdir. Belə olan halda, İddiaçı bağışlanan əmlakı qəbul edərkən sökülməsini tələb etdiyi tikililərin mövcudluğu vəziyyətində qəbul etmişdir. Digər tərəfdən həmin inşa edilmiş tikililərin iddiaçının hansı hüquqlarının pozulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Habelə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 95.3-cü maddəsinə əsasən bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı – Fövqəladə Hallar Nazirliyi tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. Məhkəmə tərkibi hesab edir ki, İddiaçı ünvan 2 ünvanında Cavabdeh tərəfindən tikilmiş tikililərin sökülməsi barədə iddianın təmini üçün əsaslar mövcud deyildir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvəfiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Məhkəmə tərkibi əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddianın qanuni və ədalətli həlli üçün tərəflər arasındakı hüquq münasibətlərinin mahiyyətini, onların qarşılıqlı öhdəliklərini, eləcə də mübahisə obyekti olan tikili və torpaq sahəsinin hüquqi vəziyyətini düzgün şəkildə müəyyənləşdirmək zərurəti meydana çıxır. Hazırda İddiaçı Cavabdeh tərəfindən icazəsiz tikilmiş yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsini xahiş etmişdir. Tikili dedikdə, ərazinin altında və ya üstündə davamlı qalması məqsədilə inşa edilən, texniki vasitələrlə torpağa bərkidilən hər cür inşaat – bina, qurğu, körpü, su arxları, anbar, dəmiryolu relsləri və s. nəzərdə tutulur. Bu zaman məhkəmə tərkibi diqqətə çatdırır ki, əşyanın tərkib hissələri mürəkkəb əşyanı təşkil edən elə bitişik əşyalardır ki, onlar olmadan mürəkkəb əşyanın əmələ gəlməsi və iqtisadi baxımdan ondan gözlənilən faydanı verməsi mümkün olmur. Tərkib hissələr əsas əşya ilə bir vahid əşya əmələ gətirmək üçün birləşən və bununla da, meydana gələn yeni obyektə mürəkkəb əşya olma xüsusiyyətini verən parçalardır (torpaq, daş, qum, armatur, qapı, pəncərə, dam örtüyü və s.) və onlar birləşərək fərdi yaşayış evini meydana gətirirlər. Sadalanan tərkib hissələrin əsas əşyadan ayrılması əşyanın maddi bütünlüyünü və iqtisadi funksiyasını pozmadan mümkün olmur. Yuxarıda qeyd edildiyi kimi, MM-in 135.9-cu və 135.10-cu maddələrində nəzərdə tutulmuşdur ki, əgər müxtəlif növlü əşyalar ümumi təyinat üzrə istifadə edilməsini nəzərdə tutan vahid tam yaradırlarsa, bir əmlak (mürəkkəb əmlak) sayılırlar. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Məhkəmə tərkibi qeyd edir ki, MM-in 172.3-cü maddəsinə əsasən əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir. Göründüyü kimi, bu normada qonşu torpaq sahəsinin sərhədlərinin qərəzsiz şəkildə pozulması ilə tikinti aparıldıqda buna dərhal etiraz etməyən torpaq mülkiyyətçinin həmin pozuntuya dözmək, pozuntuya yol vermiş mülkiyyətçinin isə müvafiq pul kompensasiyası ödəmək öhdəlikləri nəzərdə tutulmuşdur. Beləcə, tikinti zamanı qonşu sahənin sərhədləri qərəzli şəkildə pozularsa (yəni tikinti aparan şəxs sərhəddi pozduğunu bilirsə və ya bilməlidirsə), yaxud müdaxiləyə məruz qalmış torpaq mülkiyyətçisi pozuntuya dərhal etiraz edərsə, tikilinin sökülməsini, hətta sözügedən pozuntu delikt təşkil etdiyi üçün zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Bu qayda binanın və ya qurğunun tamamının qonşu mülkiyyətçinin torpaq sahəsində inşa edildiyi hallara aid olduğu kimi, qonşu olmayan başqa bir şəxsin torpaq sahəsində qərəzsiz şəkildə (o cümlədən, torpaq mülkiyyətçisinin şifahi razılığı ilə) öz vəsaiti hesabına aparılmış inşaata da aid edilə bilər. Beləliklə, özünə məxsus torpaq sahəsində başqasının tikinti aparmasına razılıq vermiş və həmin şəxsin tikintiyə münasibətdə vicdanlı sayılmasına öz davranışı ilə səbəb olmuş mülkiyyətçinin sonradan əvvəlki rəftarına zidd şəkildə, müvafiq kompensasiya vermədən həmin tikilinin sökülməsi barədə tələbləri əsassız sayılır. Belə halda, iş üzrə iddiaçı qismində çıxış edən mülkiyyətçi tərəfindən hüquqdan sui-istifadənin qarşısı alına bilər. Belə ki, Mülki Məcəllənin 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Göründüyü kimi, bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. Hazırkı halda torpaq sahəsinin mülkiyyətçisinin ödədiyi kompensasiya müqabilində inşaat aparmış şəxsin tikili üzərindəki hüququ aradan qalxır, torpaqla möhkəm bağlı olan həmin tikili bir iqtisadi dəyər olaraq əvəzini ödəmiş mülkiyyətçiyə qalır. Bununla yanaşı, qeyd edilən şərtlərlə başqasının ərazisində vicdanlı şəkildə tikili inşa edildikdə və torpaq mülkiyyətçisi də buna dözməyə məcbur olduqda, inşaat aparmış şəxsə həmin torpaq sahəsi üzərində hüququn verilməsi, əvəzində isə ərazinin mülkiyyətçisinə kompensasiya ödənilməsini tərəflərdən birinin tələb etməsi də mümkündür. Qeyd dilməlidir ki, qonşuluq hüququnun göstərişlərini pozan binalara çıxıntılı binalar haqqında qaydaların tətbiq edilməsi MM-in 172.4-cü maddəsində açıqca göstərildiyi üçün eyni şərtlər daxilində başqasının ərazisində inşa edilmiş binanın və ya onun yerləşdiyi torpaq sahəsinin hüquqi vəziyyəti ilə bağlı mübahisəli münasibətlərə də qanunun analogiyası qaydasında həmin normaya uyğun olaraq, çıxıntılı binalar haqqında qaydalar tətbiq edilə bilər. Çıxıntılı bina - bir torpaq sahəsində inşa edilən binanın həmin sahənin sərhədlərini aşaraq ona bitişik olan qonşu sahənin zəmininə, torpağın altına və ya üzərindəki hava boşluğuna keçən tikilidir. Bu cür vəziyyət həm çıxıntılı binanı inşa etmiş şəxsin, həm də belə bina ilə torpaq sahəsinə müdaxilə olunmuş mülkiyyətçinin qanundan irəli gələn hüquq və öhdəliklərini doğurur. Əşyaya bağlı olaraq meydana gələn bu hüquq və öhdəliklər kontekstində əvvəlcə çıxıntılı binanın və onun zəbt etdiyi torpaq sahəsinin hüquqi vəziyyəti, sonra isə həmin daşınmaz əşyaların sahiblərinin bir-birinə qarşı irəli sürə biləcəyi tələblər nəzərdən keçirilməlidir. Beləliklə, məhkəmə tərkibi yuxarıda göstərilənləri nəzərə alaraq, mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə tərkibi məhkəmə xərclərinə dair hesab edir ki, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 14, 76, 89, 217, 372, 384, 385, 392-393 və 405-ci maddələrini rəhbər tutub QƏRARVERDİ: Apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli 2(049)-74/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-66/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-66/2025
23.12.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver