Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-661/2023 06.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X21 (sədrlik edən və məruzəçi), İsmayılov Orxan Nadir oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, Məmmədov Samir Valeh oğlunun katibliyi, Ərizəçi hüquqi varisi X13, Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin nümayəndəsi X8 iştirakları ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli 2(036)-858/2022 saylı qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Torpağın mülkiyyətə verilməsinə dair JN-2189A nömrəli 90701004 kodlu şəhadətnamədə səhv olaraq yazılmış X7 X3 və X14 X5 oxunması və həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli 2(036)-858/2022 saylı qətnaməsi ilə (hakim Qurban Hacıyev) ərizə təmin edilərək, Torpağın mülkiyyətə verilməsinə dair JN-2189A nömrəli 90701004 kodlu şəhadətnamənin X17, X27, X30, Ərizəçi, X22, X25, X35, X15, X18 və X28 məxsus olması faktının müəyyən edilməsi, həmin şəhadətnamədən X9 adının xaric edilməsi qət edilmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən İmişli Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli 2(036)-858/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. İŞİNHALLARİ: Ərizədə göstərmişdir ki, ona və ailə üzvləri X17, X27, X30, X22, X25, X35, X15, X18, X36 və X9 adına aqrar islahat zamanı İmişli şəhərində 0,10 hektar həyətyanı torpaq sahəsi qeydiyyata alınmış və Torpağın mülkiyyətə verilməsinə dair JN-2189A nömrəli 90701004 kodlu şəhadətnamə verilmişdir. Şəhadətnamənda texniki səhv olaraq, X1 Müşabir Aslan qızı kimi və X2 Sərxan Nazim oğlu kimi yazılmışdır. Şəhadətnamədə buraxılmış səhvlər onların həmin hüquqmüəyyənedici sənəddən istifadə etməsinə mane olur. Həmin sənəddən istifadə edə bilmələri üçün yanlışlıq məhkəmə qaydasında düzəldilməlidir. Şəhadətnaməni vermiş Aqrar İslahat komissiyası və torpaq şöbələri ləğv edildiyindən torpaq sənədinin məhkəmədən kənar dəyişdirilməsi mümkünsüzdür. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İmişli Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli 2(036)-858/2022 saylı qətnaməsinə əsasən Torpağın mülkiyyətə verilməsinə dair JN- 2189A nömrəli 90701004 kodlu şəhadətnamədən X9 adı xaric edilmişdir. Bununla da, İmişli rayon Məhkəməsi işə baxarkən, prosessual hüquq normalarını düzgün tətbiq etməyərək, işə aidiyyəti üzrə inzibati məhkəmələrdə baxılmalı olduğunu nəzərə almamış və iddiaçıya aidiyyəti üzrə müvafiq inzibati məhkəməsinə müraciət etmək hüququ izah olunmayaraq, qanunvericiliyin tələblərini pozmuşdur. Bundan əlavə bildiririk ki, Torpağın mülkiyyətə verilməsinə dair JN- 2189A nömrəli 90701004 kodlu şəhadətnamədə X9 adı mülkiyyətçilər siyahısında qeyd edilmişdir. Belə ki, maraqlı şəxs öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Şirvan Apellyasiya Məhkəməməsinə müraciət edərək, apellyasiya şikayətinin təmin edilməsini, İmişli Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli, 2(036)- 858/2022 saylı qətnaməsinin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. imişli Rayon Məhkəməsinin 20 aprel 2022- ci il tarixli 2(036)-858/2022 saylı qətnaməsində qanunvericiliyin tələblərinə əməl olunmayaraq, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilməsini, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara müvafiq olaraq inzibati məhkəmələrdə baxılması nəzərə alınmamışdır. Məhkəmə tərəfindən sözügedən işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığı halda, işə xitam verilməyərək qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Həmçinin, Məhkəmə mübahisənin həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamış, iddianın əsaslılığının mümkün olub-olmamasını yoxlamamış, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmamış və mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamışdır. Habelə, Məhkəmə tərəfindən işə baxılarkən maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi idarəsinin mənafelərinə toxunan mübahisənin həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, iddianın əsaslılığının mümkün olub-olmamasını yoxlanılmamış, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmamış və işə inzibati məhkəmələrdə baxılması nəzərə alınmamışdır. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin nümayəndəsi X23 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Ərizəçi hüquqi varisi X25 izahatında apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək, apellyasiya şikayətinin təmin edilmədən, İmişli Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli 2(036)-858/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Ərizəçi digər hüquqi varisləri X22 və X10 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, özü yaxud nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxlmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan JN-2189A nömrəli 90701004 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətinə əsasən İmişli rayon AİK-nin 25 yanvar 2006-cı il tarixli 01 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 0,10 ha torpaq sahəsi X19, X27, X30, Ərizəçi, X22, X26, X35, X15, X18, X36 və X9 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan AZE 16876805 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-2189A nömrəli 90701004 kodlu şəhadətnamədə torpaq mülkiyyətçisi kimi göstərilmiş X14 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X5 qeyd edilmişdir. İşdə olan AZ-İ 685050 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-2189A nömrəli 90701004 kodlu şəhadətnamədə torpaq mülkiyyətçisi kimi göstərilmiş X7 adı, soyadı və ata adı ölüm haqqında şəhadətnamədə X3 qeyd edilmişdir. İşdə olan İmişli şəhər inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin 20 aprel 2022-ci il tarixli, 1544 saylı arayışından görünür ki, Torpağın mülkiyyətə verilməsinə dair JN 2189A nömrəli 90701004 kodlu şəhadətnamədə qeyd olunmuş X9 həmin şəhadətnamədə göstərilən mülkiyyətçilər arasında heç bir qohumluq əlaqəsi yoxdur. Bundan başqa, apellyasiya instansiya məhkəməsində əldə edilmiş Ədliyyə Nazirliyi İmişli Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinin və İmişli RİHB İmişli şəhər İƏDN-nin 11 may 2023-cü il tarixli mətublarından görünür ki, Ərizəçi 20 fevral 2023-cü il tarixdə vəfat etmiş və onun hüquqi varisləri aşağıdakı şəxslərdir: X22, X25 və X11r. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bundan əlavə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hazırkı mülki işin faktiki hallarına uyğun olaraq hərtərəfli hüquqi qiymət verərək hesab edir ki, maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyi üçün onun bütövlükdə yoxlanılması üçün əsaslar yaranmışdır. “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Beləliklə, məhkəmə kollegiyası aparılmış məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi hərtərəfli araşdırma apararaq işin faktiki hallarına maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün qiymət verməmiş və yekun olaraq yanlış nəticəyə gəlmişdir. Beləcə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlmir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməmişdir. MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Torpağın mülkiyyətə verilməsinə dair JN-2189A nömrəli 90701004 kodlu şəhadətnamənin 14 iyul 2014-cü il tarixdə vəfat etmiş X12 məxsus olması faktının müəyyən edilməsi hissədə düzgün qənaətə gəlsə də, X20 aid hissədə qanuni qərar qəbuledilməmişdir. Belə ki, MPM-in 49.1-ci maddəsinə görə öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Göründüyü kimi, X25 məhkəmədə hazırkı mübahisə üzrə hüquqlarını müstəqil həyata keçirmək səlahiyyəti olduğu halda, o, bundan istifadə etməmiş və onun adından ərizə ilə məhkəməyə subyektiv hüququ olmadığına baxmayaraq, Ərizəçi müraciət etmişdir. Bundan əlavə, iş materiallarına əsasən Ərizəçi X13 hüquq, azadlıq və qanunla qorunan mənafeyinin müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ qanun üzrə mövcud deyildir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Eyni zamanda, apellyasiya şikayətinin dəlillərinə münasibətdə diqqətə çatdırılmalıdır ki, MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Hazırkı iş üzrə iddia tələbindən və məhkəmə tərəfindən qəbul edilmiş hazırkı qətnamədən aşkar olur ki, Ərizəçi məhkəmədən Torpağın mülkiyyətə verilməsinə dair JN-2189A nömrəli 90701004 kodlu şəhadətnamənin X12 və X20 məxsus olması faktının müəyyən edilməsini xahiş etsə də, birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxaraq, Torpağın mülkiyyətə verilməsinə dair JN-2189A nömrəli 90701004 kodlu şəhadətnamədən X9 adının xaric edilməsini də qət etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsi isə apellyasiya şikayətində qətnaməni həmin hissədə mübahisələndirmişdir. Bu səbəbdən də, cavabdehin verdiyi apellyasiya şikayəti həmin hissədə qətnamənin ləğvi üçün əsasdır və nəzərə alınmaldır ki, bu hal iddia tələbində göstərilmədiyi üçün MPM-in 218.3-cü maddəsinin tələbi üzrə dəyərləndirilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki,apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və ərizə qismən təmin edilməli, Torpağın mülkiyyətə verilməsinə dair JN-2189A nömrəli 90701004 kodlu şəhadətnamənin X12 məxsus olması faktı müəyyən edilməli, ərizə qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Beləliklə, diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia tələbi əsaslı, əgər uzlaşmırsa iddia tələbi əsassız hesab edilir. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu fakları müəyyən edir. MPM-in 307.2.11-ci maddəsinə görə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Kollegiyası diqqətə çatdırır ki, sadalanan prosessual hüquq normalarının mənasından görünür ki, məhkəmə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi ilə əlaqədar işlərə baxarkən faktın təsdiqini o zaman həyata keçirə bilər ki, ərizəçiyə lazım olan sənədlər ya itirilmiş, həmin sənədlərin bərpası mümkün deyil, ya da ona lazım olan sənədləri o, başqa qaydada ala bilmir. Bununla yanaşı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşmış hüquqi mövqeyə əsasən MPM-in 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, lakin qanunverici məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Məsələ məhkəmənin həqiqəti nəyin bahasına olursa olsun, hətta tərəflərin istəyinin ziddinə üzə çıxarmaq vəzifəsindən deyil, bunu necə və hansı məqsədlə müəyyən etməsindən ibarətdir. Əgər məhkəmənin fəallığı çəkişmə prinsipindən kənara çıxmırsa, qarşısını almırsa, əksinə onun təmin edilməsində vasitəçilik edirsə, bu zaman belə fəallıq yolverilən, bəzi hallarda isə zəruri hesab edilməlidir. MPM-in 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Beləliklə, məhkəmə kollegiyası aparılmış məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi hərtərəfli araşdırma apararaq işin faktiki hallarına düzgün qiymət verməmiş və yekun olaraq yanlış nəticəyə gəlmişdir. Beləcə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlmir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməmişdir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və MPM-in 14.2, 76, 77, 89, 124, 217.2, 218.1, 372, 384, 385, 387, 392, 393 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq Q Ə T E T D İ: Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin apellyasiya şikayəti qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli 2(036)-858/2022 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. Ərizə qismən təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN-2189A nömrəli 90701004 kodlu şəhadətnamənin X12 məxsus olması faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-661/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-661/2023
06.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver