Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-669/2025 23.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X5 oğlunun katibliyi, İddiaçı1, İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Ağcabədi «Asan Xidmət» Mərkəzinin Notariat ofisinə və Cavabdeh2 qarşı miras əmlak üzərində payların müəyyən edilməklə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair Ağcabədi Rayon Məhkəməsinin 2(017)-111/2025 saylı, 14 yanvar 2025-ci il qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları: İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Əmlakın Dövlət Reyestri və X12 Şəxsi tərəfindən verilmiş 08 fevral 2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən, 0,0636 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 92,10 kv.m olan fərdi yaşayış evi İddiaçı1, X2, X8 və Cavabdeh2 ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 14 fevral 2009-cu il tarixdə vəfat etmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 14 mart 2016-cı il tarixdə vəfat etmişdir. İşdə olan Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının Ağcabədi şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 may 2024-cü il tarixli, 2297 nömrəli arayışdan görünür ki, 14 mart 2016-cı il tarixdə vəfat etmiş X2 ailə tərkibi X10, İddiaçı2, İddiaçı1 və Cavabdeh2 ibarətdir. İşdə olan Ağcabədi «Asan Xidmət» Mərkəzinin Notariat ofisi tərəfindən verilmiş 09 mart 2024-cü il tarixli, 402 saylı məktubundan görünür ki, digər vərəsələrlə mirasın qəbuluna və ya ondan imtinaya dair razılıq olmadığına görə İddiaçı1 vərəsəlik haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: Birinci instansiya məhkəməsində icraat: İddiaçı1 və digər İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1 cavabdehlər Ağcabədi «Asan Xidmət» Mərkəzinin Notariat ofisinə və Cavabdeh2 qarşı 14 fevral 2009-cu il tarixdə vəfat etmiş X10 və 14 mart 2016-ci il tarixdə vəfat etmiş X1 miras qalmış ünvan 1 ünvanında yerləşən, 0,0636 ha torpaq sahəsi və ümumi sahəsi 92,10 kv.m olan fərdi yaşayış evinə birinci növbə vərəsələrin hər birinin 1/3 hissədə payının tanınması və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edərək izahatında göstərdi ki, ünvan 1 ünvanında yerləşən, 0,0636 ha torpaq sahəsi və ümumi sahəsi 92,10 kv.m olan fərdi yaşayış evi ümumibirgə mülkiyyət hüququ üzrə ona, mərhum atası X3, mərhum X4na və Cavabdeh2 məxsusdur. X4 14 fevral 2009-cu il tarixdə, atası X6 14 mart 2016-cı il tarixdə vəfat etmişlər. Hazırda mübahisəli əmlakdan valideynlərinə düşən hissəsi onlara miras qalmışdır. Həmin miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün Ağcabədi «Asan Xidmət» Mərkəzinin Notariat ofisinə müraciət edərkən ona vərəsələr arasında mübahisə olduğu üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmişdir. 10 ildən artıqdır ki, qeyd olunan torpaq sahəsində atasının razılığı ilə 1 otaqlı ev tikərək orada yaşayır. Valideyinlərindən miras qalmış əmlakı vərəsə kimi qəbul etmişdir. Bundan başqa, bacısı İddiaçı2 alilə həyatı quraraq Qazaxıstan Respublikasına köçüb orada yaşayır. İddiaçı2 valideynlərinin xəstə olduğu zaman və hüzr mərasimləri zamanı iştirak etmiş və həmin vaxtlarda onun evində qalmışdır. Hazırda Cavabdeh2 onun miras əmlakdan istifadəsinə maneələr yaradır və bölünməsinə razı deyildir. Ona görə də göstərdiklərini nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edərək izahatında göstərdi ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Əmlakın Dövlət Reyestri və X12 Şəxsi tərəfindən verilmiş 08 fevral 2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, 0,0636 ha torpaq sahəsi və ümumi sahəsi 92,10 kv.m olan fərdi yaşayış evi ümumibirgə mülkiyyət hüququ üzrə X3, X9, İddiaçı1 və Cavabdeh2 məxsusdur. İddiaçı2 X4 14 fevral 2009-cu il tarixdə, atası X6 14 mart 2016cı il tarixdə vəfat etmişlər. Hazırda mübahisəli əmlakdan İddiaçı2 valideyinlərinə düşən hissə miras qalmışdır. İddiaçı2 Qazaxıstan Respublikasında yaşayır. Lakin, valideynlərinin hüzr mərasimində iştirak edərək mirası qəbul etmişdir. Hazırda da Cavabdeh2 iddiaçının miras əmlakdan istifadəsinə maneələr yaradır. Ona görə də göstərdiklərini nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, X4 14 fevral 2009-cu il tarixdə, atası X6 14 mart 2016-cı il tarixdə vəfat etmişlər. ünvan 1 ünvanında yerləşən, 0,0636 ha torpaq sahəsi və ümumi sahəsi 92,10 kv.m olan fərdi yaşayış evi ümumibirgə mülkiyyət hüququ üzrə ona, mərhum atası X3, mərhum X4na və İddiaçı1 məxsusdur. Həmin evdə o, ailəsi ilə birlikdə yaşayır. Qardaşı İddiaçı1 atasının sağlığında həmin torpaq sahəsində 1 otaqlı ev tikərək orada yaşayır. Bacısı İddiaçı2 alilə həyatı quraraq Qazaxıstan Respublikasına köçüb orada yaşayır. İddiaçı2 valideynlərinin xəstə olduğu zaman və hüzr mərasimlərində iştirak etmişdir. Göstərdiyi kimi miras qalmış evi vərəsə kimi qəbul etmiş və həmin evdə yaşayır. Bacı və qardaşı miras əmlakı faktiki olaraq qəbul etməmiş və bu səbəbdən də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ağcabədi Rayon Məhkəməsinin (hakim Rəşad Nuriyev) xx.xx.2025-ci il tarixli qətnaməsi ilə, iddia qismən təmin edilmiş, mərhumlar X6 və X7 miras qalmış və 4 nəfər nəzərə alınmaqla ümumi birgə mülkiyyətə verilmiş, ünvan 1 ünvanında yerləşən 0,0636 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş, ümumi sahəsi 92,10 kv.m olan fərdi yaşayış evindən mərhumlar X6 və X8 payına düşən ½ (ikidə bir) hissəsinin ½ (ikidə bir) hissəsi İddiaçı1 və ½ (ikidə bir) hissəsi Cavabdeh2 payı olmasının müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1151.2, 1159.1- 1159.1.1, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə əsaslandırmış, qeyd etmişdir ki, mirasın qəbulunun iki forması, notarial qaydada ərizə verməklə qəbul və miras əmlakı idarə edərək əmlaka faktiki yiyələnmə formasında qəbul nəzərdə tutulur. X10 və X2 vəfatından sonra İddiaçı1 və Cavabdeh2 X6 və X7 miras qalmış ünvan 1 ünvanında yerləşən, 0,0636 ha torpaq sahəsini və həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 92,10 kv.m olan fərdi yaşayış evində yaşamış və miras əmlakın idarəçiliyini həyata keçirmişlər. Bununla da, həmin vərəsələr miras əmlakı faktiki qəbul etmişlər. Digər vərəsə-İddiaçı2 valideynlərinin yaşadığı dövrdə alilə həyatı quraraq Qazaxıstan Respublikasına köçmüş və hazırda da orada yaşayır. İddiaçı2 yalnız hüzr mərasimlərində iştirak etməsi isə həmin miras əmlaka faktiki sahiblik etməsi və miras əmlakı faktiki idarə etməsi kimi qəbul edilə bilməz. Həmçinin İddiaçı2 nümayəndəsi və vəkili də İddiaçı2 miras əmlakı faktiki sahiblik etməsi və faktiki idarə etməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı2 tərəfindən apellyasiya şikayəti verilmiş, şikayətini onunla əsaslandırmışdır ki, , “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cumaddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki: Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, qanunvericinin fərdi qaydada müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olanmüddət (kəsici müddət) kimi qiymətləndi rilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkiledən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiy ailə təminat verilənmülkiyyət və vərəsəlik hüquqlarının pozulmasınasəbəb olar. Həmin QərardaKonstitusiya Məhkəməsinin Plenumu onu da vurğulamışdır ki, Mülki Məcəllə iləvərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 273-1-ci maddəsi) hüquqi baxımdan qeyri-müəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair konstitusiya təminatına da xələl yetirmiş olur. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsindəəhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavandeh tərəfindən iddiaçı tərəfin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Proses iştirakçılarının izahatları: Apellyasiya baxışında iştirak edən İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında bildirdi ki, İddiaçı2 mirasdan rəsmi olaraq imtina etməmişdir. İddiaçı mərhum valideynlərinin yas mərasimlərində iştirak etmişdir. İddiaçının əşyaları həmin evdədir. Apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Apellyasiya baxışında iştirak edən İddiaçı1 izahatında bildirdi ki, İddiaçı2 30 ildir Qazaxıstan Respublikasında yaşayır. O, mərhum valideynlərinin vəfatı zaman Azərbaycan Respublikasına gələrək yas mərasimlərinə gələrək iştirak etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdeh Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi iclasda iştirak etməmiş, ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Odur ki, məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2ci maddəsinə əsasən iş üzrə cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Qətnamədən İddiaçı2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunmasını xahiş etsə də, qətnamə İddiaçı2 apellyasiya şikayətinin dəlilləri həcmində yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Ağcabədi Rayon Məhkəməsinin 14 yanvar 2025-ci il il tarixli, 2(017)-111/2025 saylı qətnaməsi İddiaçı2 münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, Apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Miras qalan əmlakın müqəddəratının həll edilməsi məsələsi mühüm şəxsi və ictimai əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 29cu maddəsinin V hissəsi vərəsəlik hüququnun təminatına konstitusion zəmanət verir. Konstitusiyanın bu maddəsi vəsiyyət etmə hüququnu geniş anlamda bəyan edərək, vərəsəlik hüququnun təminatı kimi miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilmək hüququnu, digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmaq hüququnu nəzərdə tutur. Vərəsəlik hüquq institutu ailə ilə əmlak hüquq normaları qrupu arasında mövcud olan mülki hüquq münasibətlərini tənzimləyir. Vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. (Azərbaycan Respblikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli Qərarı) Vərəsəlik-bu hüquq obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsəlik hüququ subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Bu baxımdan vərəsəlik hüququ mülki dövriyyənin iştirakçıları olan fiziki şəxslərin ölməsi hallarında onların sağ ikən qurmuş olduqları hüquqi münasibətlərdən əmələ gəlmiş olan hüquq və öhdəliklərin təyinatı üzrə həyata keçirilməsinə hüquqi şəraiti təmin etmək, həmçinin vərəsəliyin qəbulu öz hüquqi mahiyyəti etibarı ilə vərəsəliyin qətiləşməsi və ondan imtina imkanının aradan qalxması nəticəsində miras qoyanın kreditorları baxımından hüquqi müəyyənliyin imtina müddətindən daha erkən təmin edilməsi üçündür. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradə ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. İddiaçı2 apellyasiya şikayətində qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın (Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı) təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Digər tərəfdən Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır. Kollegiya apellyasiya şikayətinin dəlili ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətində istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı, əslində, vərəsəlik hüququnun tətbiqində mühüm hüquqi mövqeni müəyyənləşdirmişdir. Həmin Qərar, Ali Məhkəmənin sorğusuna əsasən qəbul edilmiş və normativ-analitik xarakter daşımaqla, vərəsəlik hüququnun tətbiqi və təfsiri ilə bağlı hüquqi müəyyənlik yaratmağa yönəlmişdir. Konstitusiya Məhkəməsinin Plenumu sözügedən qərarında açıq şəkildə vurğulamışdır ki, bu Qərar “təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacaq hüquqi mövqe” müəyyən etdiyi üçün mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədilə yalnız bu Qərarın qüvvəyə mindiyi tarixdən sonra yaranan vərəsəlik münasibətlərinə şamil edilməlidir. Eyni zamanda, Plenum istisna hal kimi göstərmişdir ki, bu qərar qəbul olunduğu tarixə qədər yekun qərarla nəticələnməmiş və hələ də məhkəmə baxışında olan mübahisələrə də tətbiq edilə bilər. Bu yanaşma hüquqi bərabərlik və ədalət prinsipləri baxımından əsaslıdır, çünki bu mübahisələr üzrə qərarlar hələ hüquqi qüvvəyə minmədiyi üçün yeni hüquqi mövqenin tətbiq olunması mümkündür və zəruridir. Lakin konkret işin hallarına nəzər saldıqda, vərəsəlik münasibətinin yaranma tarixi, yəni miras qoyanın vəfat etdiyi tarix zəruri hüquqi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin vəfat etdiyi və ya məhkəmə tərəfindən ölmüş elan edildiyi anda açılır. Mülki hüquqda bu hadisə hüquqi fakt olaraq vərəsəlik münasibətinin başlanğıcını təşkil edir və həmin tarixdən etibarən müvafiq hüquqi rejim tətbiq edilir. İş materiallarından göründüyü kimi: -Nadya Cəfərova 14 fevral 2009-cu il tarixində, -Nuşüraban Həsənov isə 14 mart 2016-cı il tarixində vəfat etmişdir. Bu faktlar əsasında tam aydın şəkildə nəticəyə gəlmək olar ki, hər iki vərəsəlik münasibəti Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarından əvvəl yaranmışdır. Belə olan halda, Konstitusiya Məhkəməsinin bu qərarının bu vərəsəlik münasibətlərinə retrospektiv şəkildə tətbiq olunması hüquqi baxımdan əsassızdır. Əlavə olaraq, Plenum Qərarının təsir dairəsi məhz bu fərqi aydınlaşdırmaq məqsədilə dəqiq ifadələrlə müəyyənləşdirilmişdir: -Gələcəkdə yaranacaq münasibətlərə şamil olunmalı, -Yalnız həmin tarixə qədər nəticələnməmiş məhkəmə işlərinə tətbiq olunmalıdır. Lakin burada əsas fərqləndirici hüquqi meyar odur ki, Qərarın hüquqi münasibətin yaranma tarixinə deyil, məhkəmə prosesinin icraatda olub-olmamasına görə tətbiq olunması yalnız hüquqi qüvvəyə minməmiş mübahisələr üçün mümkündür. Belə ki, əgər vərəsəlik münasibətinin hüquqi əsası-yəni vəfat tarixi 2023-cü il tarixindən xeyli əvvəl baş veribsə, bu zaman həmin dövrdə qüvvədə olan hüquq normaları tətbiq edilməlidir. Nəticə etibarilə, bu hüquqi mübahisəyə Konstitusiya Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli Qərarının tətbiq olunması hüquqi zərurət deyil, əksinə, mübahisəyə tətbiq edilməli olan hüquq normalarını dəyişmək, hüquqi sabitliyi və öhdəliklərin öngörülə bilənliyini pozmaq riski yaradır. Bu isə hüququn əsas prinsipləri olan hüquqi müəyyənlik və hüquqa inam prinsipləri ilə ziddiyyət təşkil edir. Qanunvericiliyin mənasına görə, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsinin G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli qərarı). Bu mənada Kollegiya hesab edir ki, vərəsəlik hüququ üzrə müddətin üzürlü sayılmaqla uzadılması məsələsi həll edilərkən ilk növbədə iddia qaldırmış şəxsin (o cümlədən digər qanuni vərəsələrin) miras əmlakı qəbul edib-etməmələri (rəsmi və ya faktiki) faktı müəyyən olunmalıdır. Burada diqqətə alınmalı məqam isə ondan ibarətdir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin qorunmasına və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Başqa sözlə, mirasın faktiki qəbulu məsələsi həll edilərkən sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır. Halbuki mülki işin araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı2 davranışlarında bu cür faktiki qəbul əlamətləri müşahidə olunmamışdır. O, nə miras əmlakına faktiki sahiblik etmiş, nə də onu idarə etməyə yönəlik konkret hüquqi və ya faktiki hərəkətlər yerinə yetirmişdir. Onun miras əmlakının qorunması, istifadə olunması kimi fəaliyyətlərdə iştirak etmədiyi müəyyən olunmuşdur. Belə olan halda, İddiaçı2 mirasa faktiki sahiblik etdiyi və ya onu faktiki idarə etdiyi nəticəsinə gəlmək hüquqi cəhətdən əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM 1243.2 maddəsi) tələblərinə uyğun olaraq, mirasın faktiki qəbulunun sübut edilməsi üçün konkret faktiki hərəkətlər tələb olunur. Yalnız niyyət və ya passiv gözləmə mirasın faktiki qəbulunu təsdiq etmək üçün yetərli hesab edilə bilməz. Əlavə olaraq qeyd edilməlidir ki, İddiaçı2 Azərbaycan Respublikasına yalnız qısa müddət ərzində, valideynlərinin yas mərasimində iştirak etmək məqsədilə gəlmişdir. Onun ölkəyə gəlişi sırf şəxsi və ailəvi ehtiyaclarla bağlı olmuş, miras əmlakı ilə bağlı hər hansı idarəetmə və ya sahiblik hərəkəti həyata keçirilməmişdir. Bu fakt da bir daha təsdiq edir ki, İddiaçı2 məqsədi mirası qəbul etmək deyil, sadəcə yas mərasimində iştirak etmək olmuşdur. Bu səbəbdən, İddiaçı2 mirasa faktiki sahiblik etməməsi və miras əmlakının idarəsində iştirak etməməsi onun mirasdan imtina etməsi və ya miras hüququnu həyata keçirməməsi kimi qiymətləndirilməlidir. Miras hüququnun qəbulu tətbiqində əsas prinsip ondan ibarətdir ki, mirasın qəbul edilməsi ya faktiki hərəkətlərlə, ya da rəsmi qaydada notariat orqanı vasitəsilə iradənin ifadə olunması ilə həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1251-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün mirasçının konkret şəkildə miras əmlakına faktiki sahiblik etməsi və ya onu idarə etməsi tələb olunur. Əgər bu kimi faktiki hərəkətlər mövcud deyilsə və eyni zamanda mirasçının notariat orqanına ərizə ilə müraciət edərək iradəsini açıq şəkildə bildirdiyi hallar yoxdursa, belə şəxs tərəfindən mirasın qəbul edilməsi haqqında nəticəyə gəlmək hüquqi baxımdan əsassız olar. Bu kimi hallarda mirasın qəbul olunduğunun qəbul edilməsi yalnız hüquqi qeyri-müəyyənliyə səbəb olmaqla kifayətlənməz, həm də digər vərəsələrin hüquqlarının pozulması, onların əmlaka çıxış imkanlarının əsassız şəkildə məhdudlaşdırılması ilə nəticələnə bilər. Əgər miras hüququ faktiki olaraq həyata keçirilməyibsə, lakin formal olaraq qəbul edilmiş hesab olunursa, bu, praktiki mübahisələrin sayını artırar və vərəsəlik münasibətlərinin sabitliyini pozar. Qeyd edilməlidir ki, miras əmlakına sahiblik yalnız maddi mənfəət əldə etmək niyyəti ilə deyil, həm də bu əmlakın mühafizəsi, idarə olunması və əmlakın hüquqi taleyinin müəyyən olunması baxımından əhəmiyyətlidir. Məhz bu səbəbdən, hüquqi praktikada mirasın faktiki qəbulunun əsas göstəricilərindən biri vərəsənin ölən şəxsdən qalan əmlaka sahib çıxaraq onu qoruması və idarə etməsidir. Əks halda, əmlak sahibsiz vəziyyətə düşə bilər, bu isə ictimai və hüquqi baxımdan arzuolunmaz nəticələrə gətirib çıxarar. Burada Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin V bəndinin məzmunundan müəyyən edilir ki, mülkiyyətçi yalnız mülkiyyət hüququ deyil, eyni zamanda sosial məsuliyyət daşıyır. Mülkiyyət sahibindən gözlənilən yalnız istifadə hüququnun həyata keçirilməsi deyil, həm də əmlaka qulluq göstərilməsi, onun başqalarının hüquqlarına zərər vurmadan istifadə olunmasıdır. Bu baxımdan, miras əmlakını faktiki qəbul etməyən şəxsin belə mülkiyyətə hüququnun tanınması, Konstitusiyanın bu prinsipi ilə də ziddiyyət təşkil edə bilər. Kollegiya qeyd edir ki, mirasın qəbulu ilə bağlı mübahislərin həlli zamanı həmçinin miras əmlakına faktiki sahiblik edən vərəsələrin hüquqlarının müdafiəsi də ön plana çıxır. Əgər faktiki idarə edən şəxs – yəni əmlakı qoruyan, istifadə edən, xərclərini qarşılayan şəxs, eyni zamanda hüquqi cəhətdən də zəmanət əldə etməzsə, bu zaman onun qanuni maraqları və faktiki fəaliyyəti kölgə altına alınmış olur. Bu isə mülki hüququn ədalət, bərabərlik və hüquqi müəyyənlik prinsiplərinə ziddir. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qanunverici tərəfindən hər hansı ictimai münasibətlərin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul edilərkən hüquqi müəyyənlik prinsipinə riayət edilməsinin vacibliyini vurğulamışdır. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ-hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər ("Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 22 sentyabr 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli Qərarlar). Nəticə olaraq, mirasın qəbul olunması üçün faktiki hərəkətlər və ya açıq şəkildə rəsmi iradə bəyanı zəruridir. Hər iki mexanizm mövcud olmadıqda, mirasın qəbul olunmuş hesab edilməsi həm hüquqi sabitliyi pozar, həm də digər vərəsələrin qanuni maraqlarına zidd nəticələr doğura bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır, hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallarını aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi və Ağcabədi Rayon Məhkəməsinin 2(017)-111/2025 saylı, 14 yanvar 2025-ci il tarixli qətnaməsinin İddiaçı2 münasibətdə ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin 2(017)-111/2025 saylı, 14 yanvar 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə İddiaçı2 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-669/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-669/2025
23.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver