Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-684/2024 09.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X18 və X8 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, İddiaçı və onun vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə1, cavabdehlərdən Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Əbülfəz oğlunun vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X12 qarşı "torpaq sahəsinin alqı-satqısına dair əqdin etibarlı hesab edilməsi, pul-maddi ziyan, əldən çıxmış faydanın tutulması" tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli 2(057)-1848/2023 saylı qətnaməsindən (hakim Ə.Məmmədli) İddiaçı və onun vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X12 qarşı "torpaq sahəsinin alqı-satqısına dair əqdin etibarlı hesab edilməsi, pul-maddi ziyan, əldən çıxmış faydanın tutulması" tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, JN 0077 KOD 80903018 saylı torpağın mülkiyyət verilməsinə dair Dövlət Aktına əsasən cavabdehlərə verilmiş 1.38 ha torpaq sahəsinin alqı-satqısına dair əqdin etibarlı hesab edilməsi, 15500 (on beş min beş yüz) manat əldən çıxmış fayda kimi maddi ziyan, 4000 (dörd min) manat mənəvi ziyan, 149 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı tələbinin həcmini artıraraq yuxarıda qeyd olunan tələblər qüvvəsini saxlamaqla, cavabdehlərin mübahisəli 1.38 ha torpaq sahəsinə hər cür müdaxilə hərəkətlərinə son qoyulmaqla, torpaqdan çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Arbatan kənd sakinləri Kərimova (İbrahimova) Sona Ağababa qızı və ailə üzvləri Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 ümumi birgə mülkiyyətlərində olan 1.38 ha torpaq sahəsini yaşadıqları evə çox uzaq olması səbəbindən, satıb yaxın yerdə torpaq almaq qərarına gəldikləri üçün 2003-cü ilin avqust ayında sadə yazılı müqavilə əsasında ******* manata (indiki məzənnə ilə 1060 manat) almışdır. JN 0077 KOD 80903018 saylı torpağın mülkiyyət verilməsinə dair Dövlət Aktı ailə üzvlərinin şəxsiyyət vəsiqələri, doğum haqqında şəhadətnamələr, nikah haqqında şəhadətnamənin surəti həmin vaxt ******* manat, indiki məzənnə ilə 1060 manat pulu aldıqdan sonra yazılı müqavilə bağlamaqla təhvil verilmişdir. Daha sonra Cavabdeh2 20 illik etibarnamə təqdim etmişdir. Etibamamə verildikdə notarius X9 izah edərək bildirmişdir ki, bu sənədlər qane edir ki, torpaq sahəsini istədiyi vaxt öz adına keçirsin. Həmin vaxtdan torpaq vergisini bələdiyyəyə ödəmişdir. Bu barədə məktublar iddiaya əlavə edilmişdir. Həmin torpaq sahəsini aldığı üçün qazanc əldə etməyə görə 2022-ci ilin oktyabr ayında yonca əkini aparmışdır. 2023-cü ilin mart ayında xəstəliyinin ağırlaşmasından istifadə edərək torpaq sahəsini satan şəxslər yonca əkinini şumlamışdır. Bununla da, aralarında torpaq sahəsinin satılmadığını bildirməklə, mübahisələri yaranmışdır. Tərəfindən həmin torpaq sahəsi barədə edilmiş sorğular zamanı müəyyən edilmişdir ki, həmin yer 1000 (bir min) manata X5 icarəyə verilmişdir. Məlumat üçün bildirir ki, uzun illərdir ki, ürəyindən ağır xəstədir, açıq əməliyyat keçirmişdir. Bu şəxslər də, onun bu vəziyyətindən istifadə etməyə çalışırlar. Həmin yonca əkini nəzərə alınmaqla şumlanma nəticəsində dəymiş ziyanın, həmçinin etibarnamənin 2027-ci ilə qədər olduğunu nəzərə almaqla həmin dövrə qədər, həmçinin belə mübahisənin illərlə davam edəcəyini nəzərə almaqla ona dəymiş ziyanın hesablanması barədə DAİM Salyan rayon şöbəsinə məlumat verilməsinə köməklik göstərməsi xahiş edilmiş və illik 3100 manat sahədən əldə ediləcək gəlirdən məhrum edildiyi göstərilməklə maddi ziyan hesablanmışdır ki, 2027-ci ilədək 2023, 2024, 2025, 2026 və 2027-ci illər üzrə 05 il olmaqla 15500 (on beş min beş yüz) manat maddi ziyana düşdüyü sübuta yetirilir. 15500 (on beş min beş yüz) manat alğı-satqı ilə aldığı torpaq sahəsini məcburi şəkildə əlindən aldıqları üçün 2027-ci ilə qədər olan etibarnamə nəzərə alınmaqla maddi ziyan kimi cavabdehlərdən müştərək qaydada alaraq ona verilməlidir. Buna görə də, mübahisənin uzun müddət davam edəcəyini nəzərə almaqla cavabdehlərdən qeyd olunan 15500 (on beş min beş yüz) manat ziyanı tələb edir. Hesab edir ki, alqı-satqı etdiyi torpaq sahəsini əkdiyi yoncanı şumlamaqla və başqa şəxsə icarəyə verməklə onu həmin yerə buraxmayan cavabdehlər uzun illər mübahisənin davam edəcəyinə şərait yaradaraq maddi ziyan çəkməyinə səbəb olacaqlar, eyni zamanda cavabdehlərin bu hərəkətlərinə görə səhhətində ciddi problemlər yaranmışdır. İnfarkt keçirmişdir. Ürək çatışmazlığı İİ f.s, hipertoniya xəstəliyi ağırlaşmışdır. Ciddi yataq rejimində yatmışdır, fasilələrlə residivləşən xəstəliyi vardır. Mütəmadi həkim müayinəsi və müntəzəm dərman qəbulu edir. Buna görə də mənəvi ziyan çəkir və buna əsasən də 4000 manat mənəvi ziyan tələbi vardır. Torpaq ona satıldıqdan sonra başqa yerdən torpaq alınmasını sübut etmək üçün daim Salyan RPŞ-nə bu barədə məlumat verilməsinə köməklik göstərməsi xahiş edilmiş və sorğuya cavab olaraq bildirilmişdir ki, mübahisə predmeti olan 1.38 ha torpaq sahəsindən əlavə Cavabdeh2 Əbülfəz oğlunun EKTİS-də bəyan etdiyi 1.08 ha torpaq sahəsi vardır. Yəni bu da sübuta yetirir ki, onunla uzaqda yerləşdiyi və suvarılması çətin olduğu üçün alğı-satqı edildikdən sonra daha yaxın yerdə cavabdehlər torpaq sahəsi almışdır. Cavabdeh5 iddiaya qarşı yazılı etiraz təqdim edərək, iddianın əsassız olduğunu bildirmişdir. Etiraz belə əsaslandırılmışdır ki, atası Cavabdeh2 ailəsinə torpaq islahatı nəticəsində verilmiş pay torpağını 2003-cü ildə xalası oğlu Oktay adlı şəxsə verib ki, əkibbecərərək ailəsini dolandırsın. Lakin həmin Oktay adlı şəxs isə atasına zəng vuraraq həmin torpağı istifadə üçün həmkəndlisi İddiaçı verməsini xahiş etmişdir. Atası da, bu xahişə şifahi şəkildə razılıq vermişdir. Amma satmaq məqsədi olmamış, nədəki, notarial qaydada heç bir sənədə imza atmamışdır. Lakin iddiaçı onlara məlum olmayan üsullarla torpaqdan istifadəyə dair özünə saxta sənədlər düzəltmişdir. Halbuki, həmin torpağa onun hər hansı hüququnun olması barədə sorğularına ASAN xidmətdən də bildirilib ki, iddiaçının adına heç bir notariat hərəkəti edilməmişdir. Digər tərəfdən həmin pay torpağında atası Cavabdeh2la yanaşı, ailə üzvləri, anası Cavabdeh1, qardaşları- Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və özü Cavabdeh5 payı olduğu üçün, atası həmin torpağın üzərində hər hansı rəsmi sərəncam vermək hüququna malik deyildir. Cavabdeh1 iddiaya qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, 1998-ci il tarixində ailə üzvlərinə dövlət tərəfindən verilən pay torpağı sahəsini 2003-cü ildə İddiaçı hər hansı müqavilə, yaxud da alğı-satqı olmadan sadəcə kömək məqsədilə vermişdir. Hədəfi isə İddiaçı torpaq sahəsində əkin işləriylə məşğul olaraq maddi qazanc əldə etməsi olub, bir şərtlə ki, sonrakı illərdə öz övladlarına həmin pay torpağını geri qaytarsın. Lakin, bir neçə il sonra torpaq sahəsini özünə qaytarması üçün ona mürəciət edərkən, pay torpağında həyata keçirdiyi əkin işlərini səbəb göstərərək torpaq sahəsini təhvil verməkdən imtina etmişdir. O, saxta imza atılmış qanunsuz sənəd vasitəsilə tanışlıq səbəbini əsas göstərmiş və tərəflər arasında müqaviləsiz razılıq olduğunu iddia etmişdir. İddiaçı iki dəfə şəxsi ünvanlarına gəlmiş və ailə üzvlərilə münaqişə yaradaraq xoşagəlməz rəftar etmişdir. Ailə üzvlərinə verilmiş məxsusi torpaq sahəsini qanuni üsullarla özünə geri qaytarılmasını və beləliklə övladlarının torpaq sahəsindən heç bir narahatçılıq olmadan təsərrüfat işləri məqsədilə istifadə edə bilmələrini xahiş edir. Cavabdeh2 iddiaya qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı onun və ailə üzvlərinin adına rəsmi qeydiyyatda olan əkin sahəsini 2003-cü ildə qarşılıqlı razılıq əsasında, heç bir sənədlərlə alğı-satqı və icarə müqaviləsi olmadan şəxsi istifadəsi üçün 03 illik almışdır. O, həmin müddətdə İddiaçı heç bir məbləğdə pul vəsaiti almamışdır. Daha sonralar İddiaçı ona məxsus xüsusi torpaq sahəsi dəfələrlə müraciət edərək ona satmasını xahiş etmişdir. Lakin, ona torpaq sahəsi satmağa və ya icarə verməyə razı olmamışdır. 2021-ci ildə torpaq sahəsini özü əkib-becərmək qərarına gəldiyi üçün, İddiaçıla əlaqə saxlayıb əkin sahəsindən uzaqlaşmasını tələb etmişdir. Buna baxmayaraq İddiaçı saxta etibarnamə sənədi vasitəsi ilə onu hədələmişdir. Lakin nə o, nədə ailə üzvləri həmin şəxsə sözügedən torpaq sahəsini satıb yaxud da icarəyə qətiyyən verməmişdir. İddiaçı məhkəməyə sübut olaraq təqdim etdiyi qanunsuz icarə müqaviləsi sənədini dəqiqliklə araşdıraraq bir daha nəzərdən keçirilməsini xahiş edir. Bildirir ki, həmin torpaq sahəsi ona və ailə üzvlərinə verilmiş əkin sahəsidir və o, həmin torpaq sahəsində əkinçiliklə məşğul olmaq istəyir. İddiaçı bu iddialarının qanuni olaraq araşdırılmasını və tezliklə onun bu narahatçılığına son verilməsini xahiş edir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaya qarşı yazılı etiraz təqdim edərək, rədd olunmasını xahiş etmişlər. Etirazda göstərilmişdir ki, İddiaçı ona, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı alğı-satqı müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia qaldırmışdır. Daha sonra iddiaçı iddia tələbinin həcmini artıraraq cavabdehlərin mübahisəli 1.38 ha torpaq sahəsinə dair hər cür müdaxilələrinə son qoyulmaqla, çıxarılmaları tələbini irəli sürmüşdür. Onlar iddianı qəbul etmirlər. Belə ki, İddiaçı ailə üzvlərinin adına rəsmi qeydiyyatda olan əkin sahəsini 2003-cü ildə alğı-satqı və icarə müqaviləsi olmadan, sadəcə kömək məqsədilə vermişlər. Həmin müddətdə İddiaçı heç bir pul vəsaiti almamışlar. Daha sonra İddiaçı onlara məxsus torpaq sahəsini ona satmalarını xahiş etmişdir. Lakin onlar torpağı nə satmaq, nədəki, icarə vermək fikrində olmamışlar. 2021-ci ildə torpaq sahələrində əkin işləriylə məşğul olmaq qərarına gəldikləri üçün, İddiaçıla əlaqə saxlayaraq torpaq sahələrindən çıxmasını tələb etmişlər. Lakin cavabında İddiaçı saxta etibarnamə ilə onları hədələmişdir. Onlar ümumiyyətlə həmin torpağı nə satmışlar, nədə icarəyə vermişlər. Həmin torpağın mülkiyyətçisi onlardır və onlara məxsusdur. Onlar həmin torpaq sahəsində əkinçiliklə məşğul olmaq istəyirlər. Lakin İddiaçı buna imkan vermir. Uşaqlarını ölümlə hədələyir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı tələbini müdafiə edib izahatında bildirmişdir ki, 2001-2003-cü illərdə yazılı razılaşma olmasa da torpaq sahəsini Cavabdeh2 icarəyə götürmüşdür. Cavabdeh2 ona demişdir ki, torpağını satır. Bu torpaq onun evinə uzaqdır. Evinin yaxınlığında kirvəsinin oğlundan torpaq alacaqdır. O, “Şirvan” məzənnəsi ilə 130000 (bir milyon üç yüz min) manata torpaq sahəsini almışdır. Vaqif də, özü istədiyi yerdən torpaq almışdır. Əkilən torpaq sahəsinə görə dövlət tərəfindən ödənilən maddi yardımı almaq üçün torpaq sahəsinin sənədləşdirilməsinə ehtiyac yaranmışdır. Ona görə də Cavabdeh2la birlikdə notariat kontoruna getmişlər, Vaqif ona etibarnamə verməklə yanaşı, torpaq sahəsinin ona satılması ilə bağlı ərizə yazılmışdır. Həmin vaxt orda Cavabdeh3 da olmuşdur. Hətta Mehman evə gedib anasının da, şəxsiyyət vəsiqəsini gətirmişdir. Ərizə yazılarkən uşaqlar yetkinlik yaşına çatmadıqları üçün uşaqların adından qanuni nümayəndə kimi ərizəni Vaqif imzalamışdır. Sahədə 2022-ci ildə yonca əkmişdir. 2023-cü il aprel ayında onun qardaşı rəhmətə getmişdir. Sona və Mehmanın ərizəyə imza edib-etməməsi fikrində qalmamışdır. Bir il əvvəl notarius Xanoğlan müəllimə Sonanın ona maneəçilik etdiyini demişdir. O da, Sona xanıma sənədlərin düzgün olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsində iddiaçının vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edib izahatında bildirmişdir ki, tərəflər arasında alqı-satqı olubdur. Belə ki, Dövlət Aktının əsli cavabdehlər tərəfindən iddiaçıya verilibdir. Vətəndaş torpaq sahəsinə dair sənədi itmiş kimi bildirib, yeni çıxarış almışdır. Tərəflər arasında razılaşma olmuşdur. 2001-ci ildən torpaq sahəsinə görə vergiləri İddiaçı ödəyir. 2007-ci ildə etibarnamə verilən zaman 1.38 ha torpaq sahəsi qeyd olunmamışdır. 20 il müddətində heç kim torpağı tələb etməmişdir. Tərəflər notariusda sənədlərə imza etmişlər. İki əkin mövsümündə iddiaçı ziyana düşmüşdür. Birinci instansiya məhkəməsində Cavabdeh1 bildirmişdir ki, torpağa dair Dövlət Aktı onun adınadır. Torpaq sahəsini heç kimə satmamış, heç kimə bağışlamamışdır. Ərizədə olan imza onun tərəfindən icra edilməmişdir. Bir neçə il bundan qabaq torpaq sahəsi ilə maraqlanmışdır və ona məlum olmuşdur ki, torpaq sahəsini İddiaçı istifadə edir. Torpaq sahəsini kömək məqsədi ilə vermişlər. Uşaqları məktəbli olduqları və maddi imkanları yaxşı olduğu üçün torpaqdan istifadə etməmişlər. Hazırda uşaqları böyümüşdür, özləri mal-heyvan saxlayırlar, uşaqları böyüdüyü üçün ehtiyacları da artmışdır. Ona görə də 2021-ci ildə uşaqlarına demişdir ki, torpağı İlqardan alıb özünüz əkin. İlqar onlarla razılaşmamış, sonradan özü İlqarla danışmış və ona demişdir ki, 20 il istifadə etmisən, bir il də möhlət vermişdir. Onlara hədə qorxu gəlmişdir. İlqar 2015-2016-cı illərdə ürəyindən açıq əməliyyat olunmuşdur. Onlar torpaq sahəsini şumlamamışlar. Torpağı Zirəddinə bir illik əkməsi üçün icarəyə vermişdir. İddiaçının nümayəndəsi çıxışlarında gümanlarla danışır. Torpaq sahəsi onun adınadır. Birinci instansiya məhkəməsində Cavabdeh3 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, atasının adından verilmiş etibarnamə saxtadır. Onlar torpaq sahəsini heç kimə satmamışlar. Atasının mağazası var. Torpaq sahəsini 2021-ci ilin oktyabr ayından özləri istifadə etməyə başlayıblar. Birinci instansiya məhkəməsində Cavabdeh4 bildirmişdir ki, İlqara ziyan vurmamışdır. İddianı qəbul etmir. İddianın rədd olunmasını xahiş edir. Həmin yer onlara dövlət tərəfindən verilmiş torpaqdır. Təxminən 20 il olar ki, İlqar həmin torpaq sahəsini zəbt edərək əkin əkir. İndiyə kimi onlara bir kilo taxıl belə verməmişdir. İlqardan torpağı tələb edən zaman onları məhkəməyə verəcəyini bildirmişdir. Torpaq sahəsi İlqara istifadə üçün verilmişdir. Torpaq sahəsi İlqara icarəyə verildiyi vaxt uşaq olmuşdur. Onun heç bir razılığı olmamışdır. Salyan Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli 2(057)-1848/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci, Mülki Məcəllənin 152.1, 152.2, 152.5, 153.3, 324.1, 324.4, 389.1, 646 və 647-ci maddələrinə istinadla gəldiyi nəticəni belə əsaslandırmışdır ki, hazırki halda sübutetmə yükü iddiaçının üzərinə düşməklə, iddia tələbinin əsası kimi iddiaçı yalnız işə əlavə edilmiş əlyazmaya istinad etmişdir ki, həmin ərizələr hazırki iddianın təmin edilməsi üçün mötəbər sübut kimi qəbul edilə və iddianın təmini üçün əsas ola bilməz. İddiaçı ilə Salyan rayonu, Arbatan kəndində yerləşən 1.38 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçisi olan iş üzrə cavabdeh Kərimova (İbrahimova) Sona Ağababa qızı arasında torpaq sahəsinin alqı-satqısı ilə bağlı hər hansı bir razılaşma olmamışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı və onun vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə1 apellyasya şikayəti verərək ləğv olunması, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı torpaq sahəsini pul verib almışdır. 20 il üstündən keçib, sonra deyirlər ki, torpağı kömək üçün vermişlər. Məhkəmə isə hesab edirki ərizə boş şeydi, imzalar isə saxtadır. Münasibətlər isə 2007-ci ildə yaranmışdır. Halbuki cavabdehlər müxtəlif fikirli etirazlarında dolayısıyla 2003-cü ildə aralarında hüquq münasibətləri yarandığını etiraf etmişlər. “Nəcəfovanın şikayəti üzrə Azərbaycan RespublikasıAli Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 mart 2023- cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar). Qətnamədə bununla bağlı fikirlər səslənsədə, məhkəmə hüquqi qymət verərkən müqavilənin 2003-cü ildə bağlanılmaması qənaətinə gəlmişdirki, bu halda cavabdehlərin özlərinin niyyətlərini gizlətsədə, torpağın 2003-cü ildə verilməsini nəzərə almamışdır. Cavabdehlər özləri bildirir ki, torpaq sahəsi 2003-cü ildən iddiaçının istifadəsindədir. Dövlət Aktının əsli məhkəməyə təqdim edilib. Yaxşı satmayıblarsa, Aktın əsli onda olmalı deyil. Ərizənin əsli təqdim edilir və məhkəmə bu ərizədə hüquq münasibəti görmür. Yaxşı niyə mülkiyyətçilər 20 il susur və bir başqa ərizədə qeyd edirlər ki, qarşılığında pul almayıblar. Hər hansı borcları yoxdur ki, 20 il torpağı əvəzsiz versinlər. İddiaçı həmin torpaqdan öz mülkiyyəti kimi istifadə etmişdir, əkmişdir, becərmişdir, vergini vermişdir, qazanc əldə etmişdir. İndi isə əkdiyi yoncanı qanunsuz özləri şumlayaraq maddi və mənəvi ziyana salırlar və məhkəmə bunu əsaslı hesab edir. Bir cümlə ilə münasibət bildirir ki, heç bir maddi və mənəvi zayan yoxdur. Cavabdehlərin verdiyi etirazlara istinad etsək, müqavilə münasibətlərinin 2003-cü ildə yarandığı aşakar görünür. Bunun tərəflərindən sübut edilməsinə ehtiyac yoxdur, çünki 2003-cü ili cavabdehlər təsdiq edir, bu mübahisələndirilməyən haldır. Məhkəmə hələ bu etirazlardakı etirafdan istifadə etməli idi. Digər tərəfdən hər tərəfin öz tələb və etirazlarını sübut etməsinə gəlincə, tərəflərindən bütün sübutlar məhkəməyə təqdim edilmiş, cavabdehlər 2003-cü ildən hüquq münasibətlərinin yaranmasını dolayısıyla təsdiq etmişlər və sonda isə bu halların olmasına baxmayaraq məhkəmə yenə cavabdehlərin etirazını əsas kimi götürərərk hüquq münasibətinin 2003-cü ildə yaranmasının sübut edilməməsi və maddi ziyanın sübuta yetirilmədiyi qənaətinə gəlmişdir. Cavabdehlər bütün etirazlarında 2003-cü ili xüsusilə qeyd etmişlər və həmçinin də ərizəyə qol çəkmədiklərini, saxta olduğunu bildirmişlər. Övladlar isə uşaq olduqlarını bildirmişlər. Demək hüquq münasibətləri yəni alqı satqı 2003cü ildə yaranıb ki, övladlar azyaşlı olublar və onların əvəzində valideynlər imza edib. Buradan da alqı-satqının 2003-cü ildə olduğu açıq aşkar görünür. Göründüyü kimi torpaq pul müqabilində satılıb və həmin vaxtdan öz mülkiyyəti kimi istifadə etmişdir, 20 il müddətində bir dəfə olsun torpaq tələb edilməyib. Həmin torpaq sahəsini adına keçirmək istədikdən sonra narazılıq yaranmış və mübahisə Salyan rayon Polis Şöbəsinə qədər gedib çıxmışdır. Real olaraq ona maddi və mənəvi ziyan dəyməsi barədə sübutlar təqdim etsədə, məhkəmə əsaslı hesab etməmişdir. Cavabdehlərin məqsədi yaşadıqları evə çox uzaq olduğu üçün, satıb yaxın yerdə torpaq almaq olmuşdur. Tərəflərindən bu barədə sübut - Cavabdeh2 adına torpaq olması barədə məhkəməyə təqdim edilmişdir. Məhkəməyə Kərimova (İbrahimova) Sona Ağababa qızı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X15 tərəfindən təqdim edilmiş etiraz ərizələrindən də göründüyü kimi, torpaq İddiaçı 2003-cü ildə verilmişdir. Cavabdehlər bilərəkdən satdıqlarını gizlətməklə, torpağı guya ki, dolanmaq üçün verdiklərini bildirirlər. Gah deyirlər kömək məqsədilə veriblər. Amma niyə 20 il susublar, buna cavab tapmırlar. Cavab tapa da bilməzlər, çünki niiyətləri alqı-satqı olmuşdur. İndiki vəziyyətdə İddiaçı torpaq sahəsini öz adına keçirmədiyini görüb, fürsətdən istifadə edib satmadıqlarını bildirməklə, torpaq sahəsini məcburi şəkildə geri alaraq özləri becərməyə başlamışlar. Qətnamədə qeyd olunur ki, hazrıki iş üzrə İddiaçı torpaq sahəsinin mülkiyyətçisi olasa da, 5 dekabr 2007-ci il tarixdə Cavabdeh2 tərəfindən verilmiş ƏN-İ № 021304 saylı etibarnaməyə əsasən Salyan rayonu, Arbatan kəndində yerləşən 1.38 hektar torpaq sahəsini oktyabr 2021-ci il tarixədək əkib becərmişdir. Halbuki bütün cavabdehlər istər məhkəmədə, istərsədə təqdim etdikləri etirazlarda göstərirlər ki, torpaq 2003-cü ilə verilib. Məhkəmə qeyd edir ki, hazırki halda sübutetmə yükü iddiaçının üzərinə düşməklə, iddia tələbinin əsası kimi iddiaçı yalnız işə əlavə edilmiş əlyazmaya istinad etmişdir ki, həmin ərizələr hazırki iddianın təmin edilməsi üçün mötəbər sübut kimi qəbul edilə və iddianın təmini üçün əsas ola bilməz. Bu ərizələr sadə yazılı formada yazılan ərizələr olmaqla, onları imza etməyə heç kim məcbur etməyib. Könüllü şəkildə imzalayaraq torpaq sahəsini satıblar. Məhkəmə ilk növbədə qeyd edir ki, İddiaçı ilə Salyan rayonu, Arbatan kəndində yerləşən 1.38 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçisi olan iş üzrə cavabdeh Kərimova (İbrahimova) Sona Ağababa qızı arasında torpaq sahəsinin alğı-satqısı ilə bağlı hər hansı bir razılaşma olmamışdır. Bunu hansı əsasla və sübutla müəyyən etdiyini məhkəmə əsaslandırmamışdır. Bundan başqa, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş ünvan 1 ünvanlanmış 2 ədəd bir vərəqdən ibarət əlyazma ərizələrdə tərəflər arasında alğı-satqı münasibətlərinin yaranması müəyyən edilmir. Başa düşmək olmur ki, onda niyə ərizəni imzalayıblar. Niyə pul məbləği yazılıb, niyə torpağın ölçüsü yazılıb. Alqı-satqı deyil, bəs nə münasibətdir, bunu məhkəmə əsaslandırmayıb. Məhkəmə araşdırması zamanı həmin ərizələrdə olan imzaların Cavabdeh2 aid olduğu müəyyən edilmişdir. İmza nümunələri götürülmədiyi və ekspert rəy vermədiyi, bu barədə vəsatət olmadığı halda, bu qənaətə necə gəlinmişdir, məhkəmə bunu araşdırmamışdır. Qətnamədə göstərilir ki, Cavabdeh1 bildirmişdir ki, torpağa dair dövlət aktı onun adınadır. Torpaq sahəsini heç kimə satmamış, heç kimə bağışlamamışdır. Ərizədə olan imza onun tərəfindən icra edilməmişdir. Bir neçə il bundan qabaq torpaq sahəsi ilə maraqlanmışdır və ona məlum olmuşdur ki, torpaq sahəsini İddiaçı istifadə edir. Torpaq sahəsini kömək məqsədi ilə vermişlər. Uşaqları məktəbli olduqları və maddi imkanları yaxşı olduğu üçün torpaqdan istifadə etməmişlər. Uşaqları böyümüşdür, özləri mal-heyvan saxlayırlar, uşaqları böyüdüyü üçün ehtiyacları da artmışdır. Ona görə də 2021-ci ildə uşaqlarına demişdir ki, torpağı İlqardan alıb özünüz əkin. İlqar onlarla razılaşmamış, sonradan özü İlqarla danışmış və ona demişdir ki, 20 il istifadə etmisən, bir il də möhlət vermişdir. Onlara hədə qorxu gəlmişdir. İlqar 2015-2016-cı illərdə ürəyindən açıq əməliyyat olunmuşdur. Onlar torpaq sahəsini şumlamamışlar. Torpağı Zirəddinə bir illik əkməsi üçün icarəyə vermişdir. İddiaçının nümayəndəsi çıxışlarında gümanlarla danışır. Torpaq sahəsi onun adınadır. İşin halı ona uyğun gəlmirki, Cavabdeh1 bildirir ki, bir neçə il bundan əvvəl maraqlananda bilib ki, İddiaçı torpağı əkir. Məhkəməyə təqdim edilmiş digər etiraz ərizələrindən də görünür ki, köməklik məqsədilə torpağı İlqara 2003-cü ildə verib, şərt olub ki, sonra geri qaytarsın. Amma tərəflərindən verilmiş ərizədən də görünürki cavabdehlər pul müqabilində torpaq sahəsini satıblar. Pul həmin dövrdə olan məzənnə ilə göstərilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddianı qəbul etməyərək bildirmişdir ki, atasının adından verilmiş etibarnamə saxtadır. Atası, nədəki, onlar torpaq sahəsini heç kimə satmamışlar. Yaxşı bəs etibarnamə saxtadırsa, bunu niyə Cavabdeh2 özü məhkəməyə müarciət edib demir və ya notariusa gedib etibarnaməni ləğv etdirmir. Göründüyü kimi Cavabdeh2 heç bir məhkəmə prosesində iştirak etməmiş və şəxsən öz adından rəsmi qaydada və ya ən azından notarial qaydada təsdiq edilmiş ərizəsini məhkəməyə təqdim etməmişdir. Çünki Cavabdeh2 cavabdehlərə kənar şəxslərə torpağı İddiaçı satmışdır deyib və necə gedib deyə bilər ki, satmamışdır. Cavabdeh4 ifadəsinə fikir versinlər: Təxminən 20 il olar ki, İlqar həmin torpaq sahəsini zəbt edərək əkin əkir. İndiyə kimi onlara bir kilo taxıl belə verməmişdir. İlqardan torpağı tələb edən zaman onları məhkəməyə verəcəyini bildirmişdir. Torpaq sahəsi İlqara istifadə üçün verilmişdir. Torpaq sahəsi İlqara icarəyə verildiyi vaxt uşaq olmuşdur. Onun heç bir razılığı olmamışdır. Bir birinin ardınca ziddiyyətli fikirlər. Birinci fikir İddiaçı torpağı zəbt etmişdir və ikinci fikir istifadəyə verilmişdir. Yaxşı bunları yalan danışmağa nə məcbur edir. Birincisi məhkəmə iştirak edən 3 cavabdeh hərəsi bir fikir bildirirlər. Gah zəbt edilib, gah istifadəyə verilib, gah da kimə verildiyini bilmədiklərini, gahda ki, ehtiyacları olmadıqlarını bildirirlər. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə İddiaçı apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq izahatında göstərdi ki, iş materiallarında olan əlyazma ərizələr cavabdehlərdən Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə notariat kontorunda tərəfindən yazılmış, birinci ərizə cavabdehlərdən Cavabdeh2 tərəfindən imzalanmış, ikinci ərizə isə cavabdehlərdən Vaqif və Mehman Kərmov notariat kontorunda ərizələri imzlamışlar, digər cavabdehlərin imzalaması üçün isə cavabdehlərdən Cavabdeh3 yaşadıqları evə gedərək, digər cavabdehlərə həmin ərizəni imzalatmışdır. Torpaq sahəsini 2003-cü ildə ******* (bir milyon üç yüz min) manata almışdır. Belə ki, Vaqif həmin torpağa su çıxmadığına görə satıb, başqa su çıxan yerdən, X2 torpaq almışdır. Həmin torpağı alanda bir hektarı 100 şirvana satılırdı. Məhkəmədə iddiaçının vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin əsaslı olduğunu bildirib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verdi. Əlavə olaraq bildirdi ki, ölkədə 2005-ci il tarixli Fərmanla denominasiya baş vermişdir. Cavabdeh Vaqif yazdığı qəbzdə ******* manat pul aldığını qeyd edib. Qəbzdə verilən pulun denominasiyaya uğramamış dəyərində ifadə olunması da, münasibətlərin 2005-ci ilədək formalaşdığının əyani sübutudur. Məhkəmədə Cavabdeh1 apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İzahatında göstərdi ki, İlqar 2001-ci ildən onlara icarə haqqı olaraq heç nə verməyib. Mal-qara saxlayırlar və hazırda torpağı icarəyə verdikləri şəxs onlara bir il üçün 100 pres ot verib. 2001-2022-ci illər aralığında da, mal-qara saxlamışlar, lakin İlqardan torpaqdan istifadə etməsinə görə heç-bir ot almamışlar. Həmin illərdə heyvanlarının saxlanması üçün həmkəndliləri otu onlara bağışlayırdılar. Məhkəmədə cavabdehlər Cavabdeh4 və Cavabdeh3 apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin olunmamasını xahiş etdilər. Əlavə olaraq bildirdilər ki, iş materiallarında olan ərizələr tərəfərindən imzalanmamışdır, ümumiyyətlə həmin ərizələrdən məlumatsızdırlar. Məhkəmədə Cavabdeh2 Əbülfəz oğlunun vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış digər cavabdehlər məhkəmədə iştirak etməmişdir və kollegiya Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddiasının tam təmin olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirir. Qeyd olunan halı nəzərə alan məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olmaqla mübahisələndirilən qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından tərəflərin apellyasiya şikayətlərində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə olunmuş sənədlərdən aşağıdakılar müəyyən olunur : Torpağa Mülkiyyət hüququna dair JN-0077, Kod 80903018 saylı Dövlət Aktından görünür ki, X13, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X15, Cavabdeh2 Əbülfəz oğluna Salyan rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 30 iyul tarixli 09 saylı qərarı ilə 1.38 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə torpaq sahəsi verilmişdir(1-ci cild 68- 71-ci vərəqlər); 5 dekabr 2007-ci il tarixli, ƏN-İ № 021304 saylı etibarnamədən görünür ki, Salyan rayonu, Arbatan kəndində yaşayan Cavabdeh2, Salyan rayonu, Arbatan kəndində yaşayan İddiaçı DT VƏ XK-nin xx.xx.1999-cu il JN 0077 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən ona məxsus olan və Salyan rayonu, Arbatan kəndində yerləşən 1.38 ha torpaq sahəsi üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka(girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi etibar etmişdir. Həmiin etibarnamə ilə səlahiyyətlər başqa şəxsə verilə bilər. Etibarnamə 20 il müddətinə verilmişdir və 5 dekabr 2027-ci ilədək qüvvədədir(1-ci cild 52-ci vərəq); Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 4 iyul 2019-cu il tarixdə verilmiş **********29 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Salyan rayonu, Arbatan kəndində yerləşən 1.08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə hüquq sahibi Cavabdeh2dur, plan-ölçü sənədinin tərtib edilməsinə əsas Torpağa mülkiyyət hüququna dair 30 iyul 1998 tarixli JN-98 saylı Dövlət Aktı və Salyan rayon 1-ci Dövlət Notariat Kontorunda 20 may 2008-ci ildə bağlanmış 4-Ə-92 saylı Torpaq sahəsinin alqı-satqı müqaviləsidir (2-ci cild 21-ci vərəq); Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 18 iyul 2019-cu il tarixdə verilmiş **********05 reyestr, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Salyan rayonu, Arbatan kəndində yerləşən 1.38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1, Cavabdeh2, X15, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 ümumi birgə mülkiyyətindədir(1ci cild 72-ci vərəq); Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 18 iyul 2019-cu il tarixdə verilmiş **********05 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Salyan rayonu, Arbatan kəndində yerləşən 1.38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə hüquq sahibi Cavabdeh1dır, plan-ölçü sənədinin tərtib edilməsinə əsas Torpağa mülkiyyət hüququna dair JN-0077, Kod 80903018 saylı Dövlət Aktıdır(1-ci cild 53-54-cü vərəqlər); X24 İnkişaf Mərkəzinin direktoru tərəfindən Salyan Vəkil Bürosunun vəkili Nümayəndə1 ünvanlanmış 24 may 2023-cü il tarixli, 22 saylı məktubdan görünür ki, Salyan rayonu, Arbatan kənd sakini Kərimova (İbrahimova) Sona Ağababa qızı 1.38 ha əkin sahəsindən əlavə ailə üzvü olan Cavabdeh2 Əbülfəz oğlunun EKTİS-də bəyan etdiyi 1.08 ha əkin sahəsi var və həmin sahəyə 237.60 manat subsidiya hesablanmışdır(1-ci cild 55-ci vərəq); X24 İnkişaf Mərkəzinin direktoru T.Atamalıyev tərəfindən Salyan Vəkil Bürosunun vəkili Nümayəndə1 ünvanlanmış 24 may 2023-cü il tarixli, 32 saylı məktubdan görünür ki, Salyan rayonu, Arbatan kənd sakini Kərimova (İbrahimova) Sona Ağababa qızı EKTİS-də ona məxsus olan 1.38 ha əkin sahəsinə payızlıq yonca bitkisi bəyan etmiş və 69 manat subsidiya hesablanmışdır(1-ci cild 56-cı vərəq); X24 İnkişaf Mərkəzinin direktoru T.Atamalıyev tərəfindən Salyan Vəkil Bürosunun vəkili Nümayəndə1 ünvanlanmış 19 may 2023-cü il tarixli, 31 saylı məktubdan görünür ki, ünvan 6 sakini İddiaçı məxsus 1.38 ha torpaq sahəsində mütəxəssis rəyinin hesablanması məqsədi ilə Salyan DAİM-nin və Salyan RTM-nin mütəxəssisi tərəfindən aidiyyatı üzrə yerində araşdırılmış və maddi ziyan hesablanaraq mütəxəssisləri tərəfindən rəy verilmişdir(1-ci cild 57-ci vərəq); Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin X22 Mərkəzinin şöbə müdiri Şükür İsmayılov tərəfindən Salyan Rayon Vəkil Bürosunun vəkili Nümayəndə1 ünvanlanmış 17 may 2023-cü il tarixli, 44 saylı məktubdan görünür ki, 1.38 ha sahənin yonca əkilməsinə çəkilən xərci və müqavilə müddətində həmin sahədən götürülə biləcək məhsulun cəmi dəyəri 1207 manat təşkil edir. Göstərilən 1.38 ha sahə Kür çayının sahilində yerləşir, məhsuldarlığı yüksəkdir. Buna əsasən həmin sahədən əldə oluna biləcək məhsulu və bazar qiymətinə uyğun dəyəri 3100 manatdır. Deməli, Arbatan kənd sakini İddiaçı 2023-cü ilin yonca məhsulu üçün 3100 manat, müqavilə müddəti başa çatana qədər (2027-ci ilə qədər) 3100x4=12400 manat, yonca əkini zamanı 1207 manat, ümumilikdə 13607 (on üç min altı yüz yeddi) manat dəyərində maddi ziyan dəymişdir(1-ci cild 58-ci vərəq); Salyan rayon İcra Hakimiyyəti başçısının Arbatan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 1 may 2023-cü il tarixli, 302 saylı arayışından görünür ki, İddiaçı etibarnamə əsasında istifadəsində olan Salyan rayonu, Arbatan kəndində JN-0077, KOD- 80903018 saylı Dövvlət Aktına əsasən 1.38 ha torpaq sahəsi X13 tərəfindən bir illik X5 1000 manat məbləğində icarəyə verilmişdir(1-ci cild 65-ci vərəq); Salyan rayon Arbatan Bələdiyyəsinin sədri tərəfindən Salyan Rayon Vəkil Bürosuna ünvanlanmış 1 may 2023-cü il tarixli, 60 saylı məktubdan görünür ki, ünvan 6 sakini İddiaçı 2007-ci ildən 2022-ci ilə kimi JN-0077 (kod ********) saylı torpağın torpaq vergisini ödəmişdir(1-ci cild 66-cı vərəq); Salyan rayon Arbatan Bələdiyyəsinin sədri tərəfindən Salyan Rayon Vəkil Bürosuna ünvanlanmış 14 iyul 2023-cü il tarixli, 103 saylı məktubdan görünür ki, ünvan 6 sakini İddiaçı 2005-ci ildən 2022-ci ilə kimi JN-0077 (kod ********) saylı torpağın torpaq vergisini ödəmişdir. Həmin torpaq sahəsi 2003-cü ildən İddiaçı ailə üzvləri ilə birgə istifadəsində olmuşdur və həmin torpaq sahəsinin vergisini qardaşı Qədirov Muxtar ödəmişdir(1-ci cild 67-ci vərəq); Salyan rayonu, Arbatan kənd sakinləri X13, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X15 və Cavabdeh2 Əbülfəz oğlu tərəfindən ünvan 7 ünvanlanmış ərizələrdən görünür ki, ailələrinə məxsus olan, Arbatan kəndində yerləşən 1.38 ha (Dövlət aktı JN-0077, Kod ********) torpaq sahəsini Salyan rayonu, Arbatan kəndində yaşayan İddiaçı 130000 (bir milyon otuz min) manata satmışlar və həmin pulu bütünlüklə şəxsən almışdır. Həmin torpaq sahəsinə heç bir iddiaları yoxdur və gələcəkdə də olmayacaqdır. Bunu ailə üzvləridə imzaları ilə təsdiq edirlər (1-ci cild 50-51-ci vərəqlər); Mülki işin apellyasiya baxışı zamanı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinə verilən sorğuya 6 may 2024-cü il tarixində verilən cavab məktubunda bildirilir ki, vətəndaş Cavabdeh1 idarəyə müraciəti zamanı JN-077 nömrəli Dövlət Aktı vətəndaş tərəfindən təqdim edilməmişdir, Dövlət Reyestrinin arxiv və elektron baza məlumatları əsasında aşkar edilərək icra edilmişdir. Məktuba əlavə edilmiş Cavabdeh1 “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı haqqında” 28 iyun 2019-cu il tarixli ərizəsindən görünür ki, sonuncu əmlakın hüquqi sənədinin itməsi barədə yerli polis şöbəsinin arayışını təqdim etmişdir. Məktuba əlavə edilmiş Salyan rayon Polis Şöbəsinin 24 iyun 2019-cu il tarixli arayışından görünür ki, Salyan rayon Arbatan kənd sakini Cavabdeh1 10 iyun 2019-cu ildə müraciət edərək özünə məxsus JN-0077 saylı ******* kodlu torpağın mülkiyyət hüququna dair Dövlət Aktını naməlum şəraitdə itirilməsini bildirmişdir. Daxil olmuş müraciət əsasında keçirilmiş bir sıra axtarış xarakterli tədbirlər nəticəsində həmin sənədin tapılaraq sahibinə qaytarılması mümkün olmamışdır. Bu barədə Salyan rayon Polis Şöbəsində 10 iyun 2019-cu il tarixdə 182-15133B-3119 saylı qeydiyyat aparılmışdır. Məktuba əlavə edilmiş dövri nəşr qəzetində verilən elana əsasən Salyan rayon Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli 09 saylı qərarı ilə Salyan rayonu Arbatan kənd sakini X6 adına verilmiş Torpağa mülkiyyət hüququna dair JN-0077, Kod 80903018 Dövlət Aktı itdiyi üçün etibarsız sayılır (2-ci cild 62-71-ci vərəqlər; Mülki işin apellyasiya baxışı zamanı Salyan rayon Arbatan Bələdiyyəsinə verilən sorğuya 2 may 2024-cü il tarixində verilən cavab məktubunda bildirilir ki, Salyan rayon Aqrar İslahat Komissiyasının 30 iyul 1998-ci il tarixli 09 saylı qərar ilə Salyan rayon Arbatan kənd sakini Kərimov (İbrahimova) Sona Ağababa qızının (ailə üzvləri ilə birlikdə) mülkiyyətinə Torpağa mülkiyyət hüququna dair JN-0077 Kod 80903018 Dövlət Aktına əsasən 1.38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Kərimova (İbharimova) Sona Ağababa qızının mülkiyyətinə verilən torpaq sahəsi (JN-0077 Kod 80903018 Dövlət Aktına əsasən 1.38 ha) 2003-cü ildən İddiaçı ailə üzvlərinin (birlikdə) istifadəsində olmuşdur. İddiaçı həmin torpaq sahəsini 20 iilik müddətinə idarəetmə hüqüquna sahib olması barədə Arbatan kənd sakini Cavabdeh2 notarial qaydada verdiyi etibarnaməni (etibarnamə ƏN-1 N 021304) bələdiyyəyə təqdim etmişdir. Həmin etibarnaməyə əsasən JN-0077 (Kod 80903018 Dövlət AkT) 1.38 ha torpaq sahəsi İddiaçı hesabında torpaq istifadəçisi kimi qeydiyyata almmışdir. 2017-ci ildən fəaliyyət göstərən BAMS (bələdiyyələrin X1) İddiaçı istifadəsində və mülkiyyətində olan torpaqlar barədə çıxarışı da əlavə olunur. İddiaçı mülkiyyətində və istifadəsində olan torpaqların vergisini (o. cümlədən JN-0077 akt 1.38 ha daxil olmaqla) ümumi hektara uyğun olaraq ümumi ödəniş qaydasında (qəbzlə) ödəmişdir. 2001-2005-ci illər üzrə qeyd olunan ərazidə torpağın bir hektarının köhnə- denominasiyaya uğramamış manat məzənnəsi ilə bazar dəyəri ******* (bir milyon) təşkil etmişdir. Digər məsələ ilə əlaqədar olaraq bildiririk ki, X3 mülkiyyətində olan 1.08 ha (Torpaq Mülkiyyətinə dair JN-98 Dövlət aktına əsasən ayrılmı 1.08 ha) torpaq sahəsinin Cavabdeh2 satılması barədə bələdiyyəyə sənəd təqdim edilməmişdir. Cavabdeh2 və ailə üzvləri tərəfindən heç bir vergi ödənişi olmamışdır. Məktuba əlavə edilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzrə vergi və ödəniş növləri barədə sənəddən görünür ki, İddiaçı JN 161, 0087, 0083, 162,0077, 0089, 0068 saylı Dövlət Aktlarına əsasən ümumilikdə 8.4700 ha torpaq sahəsinə görə vergi ödəyicisi kimi qeydiyyatdadır (2-ci cild 77-78-ci vərəqlər); Mülki işin apellyasiya baxışı zamanı Salyan rayon İcra Hakimiyyəti başçısının Arbatan kənd inzabati ərazi dairəsi üzrə nümayəndəliyinə verilən sorğuya 3 may 2024-cü il tarixində verilən cavab məktubunda bildirilir ki, Salyan rayon Aqrar İslahat Komissiyasının 30 iyul 1998-ci il tarixli 09 saylı qərar ilə Salyan rayon Arbatan kənd sakini Cavabdeh1 (ailə üzvləri ilə birlikdə) mülkiyyətinə Torpağa mülkiyyət hüququna dair JN-0077 Kod 80903018 Dövlət Aktına əsasən 138 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Cavabdeh1 mülkiyyətinə verilən torpaq sahəsi (JN-0077 Kod 80903018 Dövlət Aktına əsasən 1.38 ha) 2003-cü ildən İddiaçı və ailə üzvlərinin (birlikdə) istifadəsində olmuşdur. Arbatan kənd sakini Cavabdeh2 Əbüifət oğlunun notarial qaydada verdiyi (etibarnamə ƏN- 1 N 021304) etibarnaməyə əsasən JN-0077 (Kod 80903018 Dövlət Akt) 1.38 ha torpaq sahəsi İddiaçı istifadəsində olmuşdur. 2001-2005-ci illər üzrə qeyd olunan ərazidə torpağın bir hektarının köhnə-denominasiyaya uğramamış manat məzənnəsi ilə bazar dəyəri ******* manat (bir milyon) təşkil etmişdir. Digər məsələ ilə əlaqədar olaraq bildiririk ki, X3 mülkiyyətində olan 108 ha (Torpaq Mülkiyyətinə dair JN-98 Dövlət aktına əsasən ayrılmış 1.08 ha torpaq sahəsinin Cavabdeh2 satılması barədə nümayəndəliyə heç bir sənəd təqdim edilməmişdir (2-ci cild 74-cü vərəq); Mülki işin apellyasiya baxışı zamanı Kənd Təsərrüfatı Nazirliyinin X24 İnkişaf Mərkəzinə verilən sorğuya 29 aprel 2024-cü il tarixində verilən cavab məktubunda bildirilir ki, Torpağa mülkiyyət hüququna dair JN-0077, Kod 80903018 Dövlət Aktına əsasən ayrılmış 1.38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində Salyan rayon DAİM-in yarandığı 2016-cı ildən başlayaraq 2023-cü ilədək əkin bəyanları Cavabdeh1 tərəfindən edilmişdir və hesablanan subsidiyalar ona ödənilmişdir (2-ci cild 92-ci vərəq). Mülki işin apellyasiya baxışı zamanı təyin olunmuş məhkəmə xətşünaslıq ekspertizasının 31 iyul 2024-cü il tarixli 3-16-16/2-4/800 saylı rəyinə əsasən ekspertiza qarşısında qoyulmuş suallar aşağıdakı formada cavablandırılmışlar (2-ci cild 155-160-cı vərəqlər):
1. Ekspertizaya təqdim edilmiş 2(106)-684/2024 nömrəli mülki işin 1-ci cildinin 51- ci vərəqəsində olan ərizədə “Ибраhимова Сона Агабаба гызы” yazıları önündəki imza, “Кəримов Mehmaн Вагиф оглу” yazıları önündəki imza, “Кəримов Тогрул Вагиф оглу” yazıları önündəki imza, “Кəримов Чавид Вагиф оглу” yazıları önündəki imza, “Кəримов Əбулфəз Вагиф оглу” yazıları önündəki imza, “Кəримов Вагиф Əбулфəз оглу” yazıları önündəki imza - EYNİ ŞƏXS - Cavabdeh2 tərəfindən icra olunmuşdur; 2.1.Ekspertizaya təqdim edilmiş 2(106)-684/2024 nömrəli mülki işin 1-ci cildinin 50-ci vərəqədə olan ərizədə “Ибраhимова Сона Агабаба гызы” yazıları önündəki imza - Cavabdeh1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur; 2.2.Ekspertizaya təqdim edilmiş 2(106)-684/2024 nömrəli mülki işin 1-ci cildinin 50-ci vərəqədə olan ərizədə “Кэримов MehMaH Вагиф оглу” yazıları önündəki imza - Cavabdeh3 tərəfindən yox, başqa şəxs tərəfindənicra olunmuşdur; 2.3.Ekspertizaya təqdim edilmiş, 2(106)-684/2024 nömrəli mülki işin 1-ci cildinin 50-ci vərəqədə olan ərizədə “Кəримов Тогрул Вагиф оглу” yazıları önündəki imza - Cavabdeh4 tərəfindən yox, başqa şəxs tərəfindənicra olunmuşdur; Ekspertizaya təqdim edilmiş, 2(106)-684/2024 nömrəli mülki işin 1-ci cildinin 50-ci vərəqədə olan ərizədə “Кəримов Əбулфəз Вагиф оглу” yazıları önündəki imza - X15 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur; Aparılmış ekspertiza tədqiqatının dəyəri 126 manat təşkil etmişdir.
Mülki işə tətbiq edilən hüquq: Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevin şikayəti üzrə 2020-ci il 14 iyul tarixli Qərarı). Məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli, F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarları). Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququ Konstitusiyanın 13 və 29-cu maddələrində təsbit edilmişdir. Mülkiyyət hüququ yalnız qanunvericilikdə nəzərdə tutulan hüquqi faktın və ya belə faktların məcmusunun mövcudluğu halında yaranır. Belə faktlardan biri kimi ikitərəfli əqd olan müqavilələr, o cümlədən alqı-satqı müqaviləsi çıxış edir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 5.3 - Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 6.2 - Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; Maddə 14.1. - Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir; Maddə 14.2.1. - Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; Maddə 16.1. - Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; Maddə 213.1. - İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; Maddə 213.6. - Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər; Maddə 222.2. - Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir; Maddə 324.1. - Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; Maddə 324.2. - Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; Maddə 324.5. - İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir; Maddə 335.1 və 335.2 - Əqdin notarial formasına riayət edilməməsi onun etibarsızlığına səbəb olur.Bu cxür əqd əhəmiyyətsiz sayılır. Əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir (maddə 24 iyun 2005-ci il 949-İİ QD nömrəli Qanunla çıxarılanadək olan redaksiya); Maddə 404.1. - Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; Maddə 404.2. - Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır; Maddə 425.1 - Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Maddə 560.1. - Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; Maddə 560.2. - Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır; Maddə 560.3.4. - Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi, hüquqdan sui-istifadə əsaslarından biridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu İ.K.Rəcəbovanın şikayəti üzrə 22 mart 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, MM-in 335.2-ci maddəsinin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün 1) əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsinin əks tərəfin təqsiri ucbatından baş verməsi; 2) məhz əks tərəfin əqdin notariat qaydasında təsdiqlənməsindən yayınması; 3) əqdin özünün qanuna zidd olmaması və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olması tələb edilir. İşin müəyyən olunavn hallarına əsasən mübahisəli torpaq sahəsi 2001-ci ildən 2023cü ilin əvvəllərinədək İddiaçı faktiki sahiblik və istifadəsində olmuşdur. Daha doğrusu 2001-ci ildən 2003-cü ilədək icarə hüququ əsasında, sonrakı tarixlərdə isə sadə yazılı formada bağlanan və iddiaçının alqı-satqı rəsmiləşdirilməsini düşündüyü əqd əsasında mülkiyyətçi hüquqları üzrə. Belə ki, mülki işin 1-ci cildinin 51- ci vərəqəsində olan Salyan rayonu, Arbatan kənd sakinləri X13, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X15 və Cavabdeh2 Əbülfəz oğlu tərəfindən ünvan 7 ünvanlanmış ərizədən görünür ki, sonuncular ailələrinə məxsus olan, Arbatan kəndində yerləşən 1.38 ha (Dövlət aktı JN-0077, Kod ********) torpaq sahəsini Salyan rayonu, Arbatan kəndində yaşayan İddiaçı 130000 (bir milyon otuz min) manata satdıqlarını və həmin pulu bütünlüklə şəxsən aldıqlarını, həmin torpaq sahəsinə heç bir iddialarının olmadığını və gələcəkdə də olmayacağını bildirmişlər. Keçirilmiş ekspertizanın rəyinə əsasən ərizədə “Ибраhимова Сона Агабаба гызы” yazıları önündəki imza, “Кəримов Mehmaн Вагиф оглу” yazıları önündəki imza, “Кəримов Тогрул Вагиф оглу” yazıları önündəki imza, “Кəримов Чавид Вагиф оглу” yazıları önündəki imza, “Кəримов Əбулфəз Вагиф оглу” yazıları önündəki imza, “Кəримов Вагиф Əбулфəз оглу” yazıları önündəki imza - EYNİ ŞƏXS - Cavabdeh2 tərəfindən icra olunmuşdur. Tərəflər arasında torpaq sahəsinə dair alqı-satqı münasibətlərinin nə zaman formalaşmasının müəyyən olunması, mübahisəyə üzrə maddi hüquq normalarının tətbiqi baxımından olduqca vacib əhəmiyyət kəsb edir. İddiaçı mübahisəli torpaq sahəsini 2003-cü ildə köhnə denominasiyaya uğramamış manat məzənnəsi ilə ******* manata aldığını, Dövlət aktının əslinin, cavabdehlərdən Vaqiflə Sonanın nikah şəhadətnaməsinin, uşaqların doğum şəhadətnamələrinin surətlərinin Vaqif tərəfindən ona verildiyini, aldığı pulun müqabilində Vaqifin evinə yaxın ərazidən başqa torpaq sahəsi aldığını, həmin zaman həmin ərazidə torpaq sahəsinin bir hektarının qiymətinin ******* manat olduğunu bildirir. İddiaçının qeyd edilən arqumentləri Arbatan kənd bələdiyyəsi və icra nümayəndəliyi tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunan arayışlar, apellyasiya baxışı zamanı məhkəmənin sorğusuna verdikləri cavab məktubları, Dövlət Aktının əslinin və cavabdehlərə aid nikah şəhadətnaməsinin, doğum şəhadətnamələrinin surətlərinin iddiaçı tərəfindən məhkəməyə təqdim olunması, ailə başçısı olaraq Cavabdeh2 sonradan 2007-ci ildə iddiaçının adına torpaq sahəsinə dair özündə bütün səlahiyyətləri ehtiva edən etibarnamənin verilməsi, 2019-cu ildə Cavabdeh1 tərəfindən mübahisəli torpaq sahəsi üzərində hüquqlarının Dövlət reyestrində qeydə alınması üçün müraciət edən zaman hüquqmüəyyənedici sənədin itirilməsini bildirməsi ilə tam təsdiqini tapır. Cavabdehlərin özləri də iddiaya qarşı verdikləri yazılı etirazlarında mübahisəli torpaq sahəsini 2003-cü ildən iddiaçının əvəzsiz istifadəsinə verdiklərini bildirirlər. Bunula belə, cavabdehlər məhkəmə baxışlarında mal-qara saxladıqları, hazırki halda torpağı iddiaçıdan aldıqdan sonra başqa şəxsə 100 ot presinə icarəyə verdikləri halda, keçən 20 il müddətində torpaq üçün ot və ya hər hansı bir başqa formada icarə haqqını istəməmələrinin səbəbini izah edə bilmirlər. Xüsusən cavabdehlərdən Cavabdeh1 apellyasiya baxışı zamanı 2001-2022-ci illər aralığında da, mal-qara saxladıqlırını, lakin İlqardan torpaqdan istifadə etməsinə görə heç-bir ot almadıqlarını, həmin illərdə heyvanlarının saxlanması üçün həmkəndliləri tərəfindən otun onlara bağışlanıldığını bildirməsi, təəccüb doğurmaya bilməz. Keçən 20 il müddətində bir ailənin saxladığı malqaranın yemlənməsi üçün həmkəndliləri tərəfindən otun bağışlanması inandırıcı olmamaqla, ağlabatan da deyildir. Cavabdehlərdən ailə başçısı olaraq Cavabdeh2 həm birinci instansiya məhkəməsində keçirilən məhkəmə baxışlarında, həmdə apellyasiya baxışlarında hər hansı bir üzürlü səbəb olmadan iştirakdan yayınmasını, kollegiya onun iddiaçı ilə üz-üzə gəlməkdən çəkinməsi kimi qiymətləndirir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz 337.1, 337.4 və 337.5, 3402-ci maddələrinə əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 mart 2023-cü il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə: Birgə mülkiyyətçilərdən birinin ümumi mülkiyyətdə olan əmlaka sərəncamla bağlı əqdi digər birgə mülkiyyətçilərdən hər hansı birinin razılığı olmadan bağlaması qanunvericiliyin məcburi göstərişlərinə zidd olduğu üçün etibarsızlıq halının yaranmasına səbəb olur. Lakin burada nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur; Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir; Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan suiistifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar; Müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar). Xüsusən mülkiyyət hüququ ilə bağlı mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayətinə dair 2021-ci il 12 aprel tarixli Qərarı). Kollegiya tərəflər arasında mübahisəli torpaq sahəsinin alqı-satqı edilməsinə yönəlik iradənin formalaşması və ifadə edilməsinə əsas olmuş şərait və motiv kimi məhz torpaq sahəsinin satıcıların evinə uzaq məsafədə yerləşməsi, cavabdehlərin torpağı sataraq evlərinə yaxın ərazidən torpaq almaq istəmələri, bu baxımdan torpağı istifadə edən iddiaçıya sataraq, istədikləri yerdən torpaq almaları, torpaq alqı-satqısını sonradan üzərində bütün səlahiyyətləri ehtiva edən etibarnamənin verilməsi ilə rəsmiləşdirilməsini düşünmələri çıxış edir. Tərəflərin müqaviləyə qədərki danışıqları, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri də, məhz münasibətlərin torpaq sahəsinin alqı-satqısından irəli gələn olmasını təsdiq edir. Cavabdehlərin hər birinin əqddən xəbərdar olmaları və keçən 20 il müddətində iddiaçının torpaqdan sərbəst istifadəsinə maneə yaratmamaqdan ibarət hərəkət və rəftarları tərəflərindən əqdin bəyənildiyini göstərən bariz məlumatlardır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X12 qarşı JN 0077 KOD 80903018 saylı Dövlət Aktına əsasən 1.38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqı əqdinin etibarlı hesab edilməsi tələbi, hüquq münasibətləri yaranan zaman qüvvədə olan maddi hüquq normaları baxımından qanuni və əsaslı olmuşdur. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Torpaq Məcəlləsinin 84-cü maddəsinə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Kolegiya hesab edir ki, iddiaçının mübahisəli torpaq sahəsinə dair cavabdehlərlə bağladığı alqı-satqı əqdi etibarlı əqd olduğundan, iddiaçı qanuni sahiblik və istifadəsində olan torpaq sahəsini özgəsinin, o cümlədən cavabdehlərin qanunsuz sahibliyindən geri tələb etməkdə haqlıdır. İddiaçı tərəfindən iddia tələbinin maddi və mənəvi zərərlə bağlı hissələrinə dair mötəbər sübutlar verilmədiyindən, tələb həmin hissələrdə əsaslı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə əsasən isə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı və onun vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti aparılmış araşdırmalar zamanı qismən öz təsdiqini tapdığından qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması əsasları ilə ləğv olunaraq, iddianın qismən təmin olunmasına yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia verilərkən ödənilmiş 149 manat, apellyasiya şikayəti verilərkən ödənilmiş 75 manat, ümumilikdə isə 224 manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, həmçinin mülki işin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən126 manat ekspertiza xərci cavabdehlərdən müştərək qaydada alınaraq dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 385.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: İddiaçı və onun vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə1 apellyasiya şikayəti qismən təmin edilsin. Salyan Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli 2(057)-1848/2023 saylı qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN 0077 KOD 80903018 saylı Dövlət aktlna əsasən Salyan rayonu Arbatan kəndi ərazisində yerləşən 1.38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi barəsində, İddiaçı ilə cavabdehlər Kərimova (İbrahimova) Sona Ağababa qızı, Cavabdeh2 Əbülfəz oğlu, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X15 arasında 2003-cü ildə bağlanmış alqı-satqı əqdi etibarlı hesab edilsin. Cavabdehlər Kərimova (İbrahimova) Sona Ağababa qızı, Cavabdeh2 Əbülfəz oğlu, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X4 mülkiyyət hüququna dair JN 0077 KOD 80903018 saylı Dövlət aktlna əsasən Salyan rayonu Arbatan kəndi ərazisində yerləşən 1.38 ha kənd təsərrüfatı torpaq sahəsindən çıxarılsınlar, torpaq sahəsinə onlar tərəfindən hər cür müdaxilə hərəkətlərinə son qoyulsun. İddia qalan hissələrdə təmin edilməsin. İdda ərizəsinin verilməsinə görə ödənilmiş 149 manat, apellyasiya şikayəti verilərkən ödənilmiş 75 manat, ümumilikdə isə 224 manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdehlər Kərimova (İbrahimova) Sona Ağababa qızı, Cavabdeh2 Əbülfəz oğlu, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X10 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Mülki işin apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə xətşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 129 manat ekspertiza xərci cavabdehlər Kərimova (İbrahimova) Sona Ağababa qızı, Cavabdeh2 Əbülfəz oğlu, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X10 müştərək qaydada tutularaq dövlət büdcəsinə Az.MEM, VÖEN **********, X7, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinet üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Pərviz Əhmədov