Məhkəmə qərarları › İş №2(106)-690/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-690/2023

24.05.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-690/2023 24.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, üçüncü şəxs X1 nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “bağışlama müqaviləsinin və onun əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)-3158/2022 saylı, 28 noyabr 2022-ci il tarixli qətnaməsindən üçüncü şəxs X2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixdə Lənkəran rayon 1 saylı notariat kontorunda 4Ə-1279 reyestr nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın bağışlanması barədə müqavilənin, həmin müqavilə əsasında Cavabdeh adına xx.xx.2018-ci il tarixli, 0,06 ha torpaq sahəsinə verilmiş ******* nömrəli çıxarışın və Cavabdeh adına xx.xx.2021-ci il tarixdə verilən Lənkəran rayonunun Darquba kəndində yerləşən 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 257,2 kv.m olan fərdi yaşayış evinə verilmiş ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 14 sentyabr 2011-ci ildə Lənkəran rayonunun Darquba kənd sakini X22 ilə daşınmaz əmlakın alğı-satqısı barədə müqavilə bağlayaraq Zaur Əliyevin xüsusi mülkiyyətində olan Lənkəran rayonunun Darquba kəndində yerləşən 0,06 ha torpaq sahəsini 2500 manata almış və həmin müqavilə Lənkəran rayon notariat kontorunda 4Ə-01-412 nömrə ilə qeydə alınmaqla təsdiq edilmişdir. Bundan sonra, həmin torpaq sahəsinin mülkiyyətə alınmasına dair RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış almışdır. Həmin torpaq sahəsi üzərində 2013-cü il tarixində iki mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi tikmişdir. Həmin vaxt evin tikintisinə heç bir sənəd (icazə) lazım olmadığı üçün evi tikib qurtarandan sonra evin həmin torpaq sahəsinin üzərində olması üçün yenidən reyestr orqanına gedib evə dair çıxarışı almamışdır. İş üzrə cavabdeh olan qardaşı Cavabdeh ailə qurduqdan sonra bir müddət valideynləri ilə yaşasa da, sonradan ailəsi ilə valideynləri arasında mübahisə yarandığı üçün cavabdeh ailəsi ilə ata evində yaşaya bilmədiyindən iddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsində tikdiyi, lakin sənədləşdirmədiyi evə onu və ailəsini gətirmişdir və onlar 2019-cu ilin axırlarından həmin evdə yaşamağa başlamışlar. Bundan bir il əvvəl təxminən 2018-ci ilin iyul-avqust aylarında qardaşı ilə söhbət edən zaman həmin torpaq sahəsini ona bağışlamaq istədiyini, torpağı bağışlayandan sonra özü üçün həmin həyətdə ev tikib yaşamağına razılıq bildirdiyini qeyd etdikdən sonra qardaşı da həmin torpağı ona hədiyyə etməsinə etiraz etməmişdir. Qardaşı ilə razılaşmışlar ki, özünə yeni ev tikənə kimi həmin həyətdə tikdiyi evdə yaşasın və öz evini tikib köçəndən sonra iddiaçının evini onun özünə qaytarsın. Bu şifahi razılaşmadan sonra qardaşı ilə Lənkəran rayon notariat kontoruna müraciət edərək, mülkiyyətində olan 2011-ci ildə alğı-satqı əsasında aldığı 0,06 ha torpaq sahəsini qardaşı olan cavabdehə bağışlamış və bu barədə notariusda daşınmaz əmlakın bağışlanması barədə müqavilə bağlanmışdır. Həmin müqavilə bağlanandan sonra cavabdeh öz adına xx.xx.2018-ci il tarixdə RX seriyalı ******* nömrəli çıxarış almışdır. Cavabdehin ailəsi iddiaçının tikdiyi evdə cəmi 3 ay yaşadıqdan sonra cavabdehdən ayrılaraq atası evinə getmiş, cavabdeh özü isə həbs olunanadək – 2022-ci ilin iyul ayına kimi həmin evdə tək yaşamışdır. Cavabdeh həbs olunduğundan iddiaçı həmin evdə yaşamaqla gedib-gəlməyə başlamışdır. 2022-ci ilin avqust ayının 20-25-i aralığında Lənkəran rayon İcra və Probasiya şöbəsinin icra məmuru Tural İsmayılov iddiaçını şöbəyə dəvət edərək, Lənkəran Rayon Məhkəməsinin qərardadının olmasını və həmin evə girişin qadağan olunduğunu bildirərək, evdən çıxmasını və növbəti məhkəmə qərarına kimi evə daxil olmamasını bildirmişdir. Bundan sonra həmin evin sənədlərini yoxlayaraq iddiaçının xəbəri olmadan onun tikdiyi evə necə həbs qoyulması ilə maraqlanmış və məlum olmuşdur ki, cavabdeh iddiaçının məlumatı olmadan onun 2013-cü ildə tikdiyi evə 2020-ci ildə tikinti layihəsi alaraq onu öz adına rəsmiləşdirmiş və iddiaçının iradə ifadəsinə zidd olaraq aralarında olan bağışlama müqaviləsindən sui-istifadə etməklə iddiaçının evini əlindən almışdır. Bunu biləndən sonra o, cavabdehlə əlaqə saxlamış və cavabdeh ona bildirmişdir ki, ev tikməyə imkanı olmadığından reyestr orqanından bir nəfərlə danışmış, o şəxs də ona həyət onun mülkiyyətində olduğundan hazır evi sənədləşdirə biləcəyini demiş, cavabdeh də həmin evi öz adına sənədləşdirdiyini etiraf etmişdir. İddiaçıya məlumat verməməsinin səbəbini isə onunla izah etmişdir ki, aralarındakı razılaşmada evin ona verilməsi olmadığı üçün iddiaçıya deyəcəyi təqdirdə onu həmin evdən çıxaracağından qorxmuşdur. Cavabdeh notarial qaydada təsdiq edilmiş 07 sentyabr 2022-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı onun qardaşıdır. Onlar ata evində ünvan 1 ünvanında yaşamışlar. Cavabdeh ailə qurandan sonra ata evində ailəsi ilə birlikdə 8 il yaşamışdır. Sonra ailəsi ilə ata evində mübahisə yarandığından orada ailəsi ilə yaşaya bilmədiyi üçün və başqa yaşayış yeri olmadığından qardaşı İddiaçı onun xüsusi mülkiyyətində olan 2011-ci ildə Lənkəran rayonunun Darquba kənd sakini X11 2500 manata alğı-satqı yolu ilə aldığı Lənkəran rayonunun Darquba kəndində yerləşən 0,06 ha torpaq sahəsində tikdiyi sənədsiz evə gətirib orada ailəsi ilə birlikdə yaşamasına kömək edərək həmin torpaq sahəsinin 0,06 ha hissəsini xx.xx.2018-ci ildə cavabdehə bağışlamış və bu barədə Lənkəran rayon 1 saylı notariat kontorunda daşınmaz əmlakın bağışlanması barədə müqavilə imzalanmışdır. İddiaçı həmin torpaq sahəsini ona bağışlamamışdan əvvəl 2013-cü il tarixlərində orada 257,2 kv.m olan iki mərtəbəli ev tikmiş və həmin evi sənədləşdirməmişdir. Torpaq sahəsini cavabdehə bağışlayanda isə belə razılığa gəlmişlər ki, həmin torpaq sahəsində iddiaçı tərəfindən tikimiş ev yerində qalmaqla cavabdeh özünə əlavə yaşayış evi tiksin və özünə ev tikənə kimi onun tikdiyi evdə yaşasın. Lakin cavabdeh yeni evin tikintisi üçün maddi imkanının olmamasını görüb qardaşından xəbərsiz olaraq onun tikdiyi evin ölçülərinə uyğun olaraq tikintiyə öz adına "xxxx" MMC-dən eskiz layihəsi alaraq onun tikmiş olduğu evi öz adına sənədləşdirmişdir. Bu barədə isə nə həmin vaxt, nə də sonradan iddiaçıya heç bir məlumat vermədən evin və torpaq sahəsinin cavabdehin mülkiyyətində olması barədə DƏDRX-nin Lənkəran Ərazi İdarəsindən çıxarış almışdır. Bundan sonra yenə həmin evin öz adına sənədləşdirilməsi barədə iddiaçıya heç nə deməmişdir. Hazırda onun adına olan iddiaçı tərəfindən tikilmiş Lənkəran rayonunun Darquba kəndində 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı evin və həmin evin yerləşdiyi torpaq sahəsinin cavabdehdən alınıb iddiaçıya qaytarılmasına etirazı yoxdur. Bu barədə iddia qaldıracağı halda indi və gələcəkdə iddianı qəbul edərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi hazırkı mülki işə cəlb edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Lənkəran Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli protokol qaydasında qəbul etdiyi qərardadı ilə X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-3158/2022 saylı, 28 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Toğrul Məmmədov) iddia təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixdə Lənkəran rayonu 1 saylı notariat kontorunda 4Ə-1279 reyestr nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin, həmin müqavilə əsasında Cavabdeh adına xx.xx.2018-ci il tarixli, 0,06 ha torpaq sahəsinə verilmiş ******* nömrəli çıxarışın və Cavabdeh adına xx.xx.2021-ci il tarixdə verilmiş Lənkəran rayonu, Darquba kəndində 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 257,2 kv.m olan fərdi yaşayış evinə verilmiş ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi, İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan üçüncü şəxs X2 apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Lənkəran Rayon Məhkəməsinin 2(049)-3158/2022 saylı, 28 noyabr 2022-ci il tarixli qətnaməsinin tamamilə ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Zülfiyyə Seyfiyeva apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı öz tələbi ilə bağlı istinad etdiyi halları təsdiq edən, yəni bağışlama müqaviləsinin, eləcə də, onun əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsinə əsas verən hallara dair mötəbər sübutları məhkəməyə təqdim etməli idi. Lakin bu halla bağlı məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Birinci instansiya məhkəməsində hakim yalnız evin tikilməsi ilə bağlı halları araşdırmış və buna münasibətdə şahidlər dindirmişdir. Məhkəmə tələb üzrə araşdırma aparmayaraq verilmiş tələbin mahiyyətindən tamamilə kənar məsələ (evin tikilməsi faktı ilə bağlı) üzrə araşdırma aparmışdır. Halbuki, evin tikilməsi faktının təsdiq olunması müvafiq məhkəmə qərarına (qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi) əsasən təsdiq olunmalıdır. X9 rayonunun Darquba kənd sakini, hazırkı iş üzrə Cavabdeh ilə nikahını xx.xx.2011-ci ildə Lənkəran rayon Qeydiyyat şöbəsində 10 nömrə ilə rəsmiləşdirməklə ailə qurub evlənmişdir. Onların həmin nikahdan uşaqları olmamışdır. Cavabdeh 2022-ci ilin iyun ayında polis orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhə edildiyinə görə saxlanılmış və məhkəmənin qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həmin vaxtdan sonra cavabdehlə birgə nikahda olduqları dövrdə Lənkəran rayonunun Darquba kəndində 0,06 ha həyətyanı torpaq sahəsində tikdikləri (tikildiyi illər 2018-2020, bu hal əmlaka dair texniki pasportda öz əksini tapmışdır) 257,2 kv.m sahəsi olan 2 mərtəbəli, 5 otaqlı evdə təkbaşına yaşaması çətin olduğundan məcbur olub yaxınlıqda yerləşən atasının evində yaşamağa başlamışdır. Mübahisə predmeti olan ev tikilib istifadəyə verildikdən sonra həmin evdə o və cavabdehdən başqa heç kim heç vaxt yaşamamışdır. Çünki o, faktiki olaraq onların ata evinə gəlin getmiş və mübahisəli ev hazır olanda sözügedən evə köçmüşdür. Cavabdehin anası və qardaşları isə Lənkəran şəhərində yerləşən evlərində yaşamaqda davam etmişlər və hal-hazırda da orada yaşayırlar. Cavabdehlə birgə nikahda olduqları dövrdə Lənkəran rayonunun Darquba kəndində 0,06 ha həyətyanı torpaq sahəsində 2018-2020-ci illər ərzində tikdirdikləri 257,2 kv.m sahəsi olan 2 mərtəbəli, 5 otaqlı ev Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2021, reyestr nömrəsi: **********93-10301) əsasən tam payla cavabdehin mülkiyyətinə verilmişdir. Həmin əmlakda onun da ikidə bir hissədə payı, eləcə də, şəxsi cehiz əşyaları var. İddiaçı öz tələbinin hüquqi əsası üzrə heç bir maddi hüquq normasına istinad etməmişdir. İddiaçı məhz bağışlama müqaviləsinin etibarsızlığına tətbiq olunmalı olan hüquq normalarına istinad etməyərək şablon fikirlərlə tərtib etdiyi iddia ərizəsi ilə nədənsə 8 ildən sonra, həm də qardaşının həbsə alınmasından sonra meydana çıxan öz düzgün olmayan niyyətini həyata keçirməkdədir. İddiaçının əsas məqsədi həbsdə olan qardaşı cavabdehlə əlbir olub onun adında olan və Zülfiyyə Seyfiyevaya çata biləcək əmlak paylarından onu məhrum etməkdir. İddiaçının tələbi ikinci növbədə ona görə əsassızdır ki, iddiaçı öz tələbində cavabdehin adına olan 2 çıxarışın etibarsızlığını tələb edir. xx.xx.2018ci il tarixli birinci çıxarış xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsində göstərilən 0,06 ha torpaq sahəsinə dair verilmişdir. xx.xx.2021-ci il tarixli 2-ci çıxarış isə evə münasibətdə verilmişdir. Məhz evin dövlət qeydiyyatına alınmasına dair çıxarışın etibarsızlığını tələb etmək üçün iddiaçının subyektiv hüququ yoxdur. Çünki bu evin ona heç bir aidiyyəti yoxdur və ev 2018-2022-ci il illərdə, yəni iddiaçının cavabdehə bağışladığı torpaq sahəsinə dair çıxarışın əldə olunmasından bir neçə il sonra tikilmişdir. Odur ki, iddiaçı özünə aidiyyəti olmayan məsələ ilə bağlı tələb irəli sürmüşdür ki, bu da qanunvericiliyin tələbinə tamamilə ziddir. Üçüncü növbədə tələb ona görə əsassızdır ki, iddiaçı xx.xx.2018-ci il tarixdə öz könüllü fikri və sərbəst iradəsi ilə, heç bir qeyd-şərt müəyyənləşdirmədən özünə məxsus olan 0,06 ha torpaq sahəsini qardaşı cavabdehə bağışlamışdır. Hazırda isə bu müqavilənin etibarsızlığı üçün hansı hüquqi əsasın olduğunu iddiaçı heç özü də bilmir və iddia ərizəsində də göstərməmişdir. Halbuki, bağışlama müqaviləsi mülki qanunvericiliyin tələbi pozulmadan bağlanmış və notariat qaydasında təsdiqlənmişdir. Dördüncü növbədə tələb ona görə əsassızdır ki, iddiaçı etibarsızlığın tələb oluna bilməsi üçün zəruri olan müddəti (kəsici müddəti) ötürmüşdür. Hazırkı işdə mübahisəli bağışlama müqaviləsi iddiaçı ilə cavabdeh arasında bağlanılarkən heç bir qeyd-şərt müəyyən edilməmiş və ya hansısa bir öhdəliklə şərtləndirilməmişdir. Məhkəmənin gəldiyi qənaətə görə guya iddiaçının faktiki olaraq həmin torpaq sahəsini bütövlükdə qardaşı olan cavabdehə bağışlamaq niyyəti olmamış, birtərəfli əqdi pərdələmək məqsədilə müqavilə görünüş üçün bağlanılmışdır. Bu fikir isə tamamilə absurddur. Məhkəmə işə baxarkən çəkişmə prinsipinə əməl etməmiş, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. Məhkəmə onun lazımi və əsaslı vəsatətini təmin etməyərək işin obyektiv həllinə çalışmamışdır. MPM-in 52.5-ci və 220.4-cü maddələrinin tələblərini pozulmuşdur. Belə ki, birinci instansiya məhkəməsi işə baxarkən Zülfiyyə Seyfiyevanın qanunla qorunan hüquqlarına toxunan və eyni zamanda hüquqlarının pozula biləcəyi ilə bağlı nəticələnən iddia tələbində cavabdehin etirafına dair ərizəsini əsas götürmüş və onun bu etirafının Zülfiyyə Seyfiyevanın hüquqlarını və qanunla qorunan mənafeyini pozmaması qənaətinə gəlmişdir. Məhkəmə tərəfindən MPM-in 388-ci maddəsinin tələbi pozulmuşdur. Belə ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi nəticəsinə gəlinərkən bu nəticə üçün mühüm əhəmiyyət kəsb edən hal, yəni mövcud tələbin ən önəmli hissəsi olan bağışlama müqaviləsinin bağlandığı zaman qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun bağlanıb-bağlanmaması və hazırkı qətnamə ilə etibarsız hesab edilən bağışlama müqaviləsinin etibarsızlığına dair qanuni əsasların nədən ibarət olması aydınlaşdırılmamışdır. Məhkəmə MPM-in 389-cu maddəsinin tələbini pozmuşdur. Belə ki, qətnamədə iddiaçı ilə cavabdeh arasında bağlanmış bağışlama müqaviləsinin qanunla müəyyən edilmiş əsaslar üzrə etibarsızlığına dəlalət edə biləcək heç bir sübut iş materiallarında olmadığı halda məhkəmə bu halı sübut edilmiş kimi qiymətləndirmiş və həmin əqdi əhəmiyyətsiz əqd hesab etməklə yanaşı, etibarsızlıqla bağlı zəruri olan müddəti nəzərə almayaraq etibarsız saymışdır. MPM-in 390-cı maddəsinin tələbi məhkəmə tərəfindən pozulmuşdur. Belə ki, iddiaçı tərəfindən sözügedən bağışlama müqaviləsinin öz sərbəst iradə ifadəsini əks etdirməklə imzalaması və həmin bağışlama müqaviləsinin də hədiyyəni qəbul edən şəxsə, yəni cavabdehə münasibətdə hər hansı bir şərtlə şərtləndirilməməsi, eləcə də cavabdehin həmin bağışlama müqaviləsində göstərilən hədiyyəni qəbul edərkən bağışlamanın etibarsızlığına səbəb ola biləcək hansısa öhdəlik götürməsi və sonradan onu yerinə yetirməməsi kimi halların hazırkı işdə olmamasının müəyyən edildiyi halda, məhkəmənin bu halları əksi kimi qiymətləndirməsi işin hallarına qətiyyən uyğun deyil. Apellyasiya məhkəməsinin iclasında iştirak edən üçüncü şəxs X1 nümayəndəsi Vəkil apellyasiya şikayətinin məzmununa uyğun çıxış etdi və əlavə olaraq bildirdi ki, xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur və onun etibarsız hesab edilməsi üçün hər hansı əsas mövcud deyil. Torpaq sahəsi bağışlandıqdan sonra həmin torpaq sahəsində ümumi sahəsi 257,4 kv.m olan ev tikilmişdir. Cavabdehlə hüquqlarını müdafiə etdiyi Zülfiyyə Seyfiyeva xx.xx.2011-ci ildə rəsmi nikaha daxil olduqlarından həmin ev üzərində Zülfiyyə Seyfiyevanın da hüquqları yaranmış və onun ikidə bir hissəsi ona məxsus olmuşdur. Lakin 2022-ci ilin iyun ayında cavabdeh polis tərəfindən tutulmuşdur. Hazırda onlar boşanma ərəfəsindədirlər və Lənkəran Rayon Məhkəməsinin hakimi Murad Aslanovun icraatında onların nikahının pozulması ilə bağlı 2(049)-1105/2023 saylı mülki iş var. Lənkəran Rayon Məhkəməsi həmin iş üzrə əmlak bölgüsü məsələsinə ayrıca icraat çərçivəsində baxılmasını zəruri hesab edərək, həmin hissədə işi ayırmış və bundan sonra dayandırmışdır. Hazırkı iş üzrə iddianın qaldırılmasında məqsəd isə ondan ibarətdir ki, bağışlama müqaviləsinin və çıxarışların etibarsız hesab edilməsi yolu ilə Zülfiyyə Seyfiyeva nikah pozulduqdan sonra cavabdehlə birgə nikah dövründə əldə etdikləri əmlaklar üzərində mülkiyyət hüquqlarını həyata keçirə bilməsin. Cavabdeh də bu məqsədlə formal ərizə tərtib edərək iddia ərizəsində qeyd edilənləri etiraf etmişdir. Hesab edir ki, həmin ərizə üçüncü şəxs Zülfiyyə Seyfiyevanın hüquqlarının pozulmasına istiqamətləndiyindən məhkəmə tərəfindən qəbul edilməməli idi. Lakin məhkəmə bu hala əhəmiyyət verməmişdir. Ona görə də məhkəmə qətnaməsinin qanunsuz olduğunu hesab edir. O, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı məhkəməyə yazılı qaydada ərizə ilə müraciət edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər və üçüncü şəxlər Lənkəran rayon 1 saylı notariat kontoru və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi məhkəmə iclasına gəlməmiş, nümayəndə ilə təmsil olunmamışlar. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Bakı İstintaq Təcridxanasında saxlanıldığından məhkəmə bildirişlərinin ona çatdırılması həmin quruma həvalə olunmuş, lakin cavabdeh apellyasiya şikayətinə qarşı hər hansı münasibət bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda üçüncü şəxs X2 apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını düzgün hesab edir. Məhkəmə kollegiyası üçüncü şəxs Zülfiyyə Seyfiyevanın nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 2(049)-3158/2022 saylı, 28 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. İşdəki MA ******* seriya nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Lənkəran rayonunun Darquba kəndində yerləşən 0,06 ha torpaq sahəsi xx.xx.2011-ci ildə xüsusi mülkiyyət hüququ əsasında X13 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdəki AN-İ ******* seriya nömrəli, xx.xx.2011-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X22 özünə məxsus olan Lənkəran rayonunun Darquba kəndində yerləşən 0,06 ha torpaq sahəsini alıcı İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. İşdəki RX ******* seriya nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Lənkəran rayonunun Darquba kəndində yerləşən 0,06 ha torpaq sahəsi xx.xx.2017-ci ildə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdəki Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin 14 noyabr 2022-ci il tarixli, **********74 nömrəli məktubundan görünür ki, İddiaçı adına tam mülkiyyət hüququ üzrə xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilərkən Lənkəran rayonu, Darquba kəndi ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinə dair dövlət reyestrində qeydiyyat aparılarkən yalnız torpaq sahəsinə dair müvafiq sənədlər təqdim olunduğundan (üzərində yerləşən tikiliyə dair tələb olunan sənədlər təqdim olunmadığından) aidiyyəti üzrə müvafiq çıxarış verilmişdir. İşdəki xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Seyfiyev X15 rayonunun Darquba kəndində yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsini Cavabdeh bağışlamışdır. Müqavilə Lənkəran rayon 1 saylı notariat kontorunun xüsusi notariusu X5 tərəfindən təsdiq edilmişdir. Tərəflərə müqavilədən irəli gələn hüquq və vəzifələri izah olunmuş, nəticələri barədə xəbərdar olunmuş və bunu öz imzaları ilə təsdiq etmişlər. İşdəki RX ******* seriya nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Lənkəran rayonunun Darquba kəndində yerləşən 0,06 ha torpaq sahəsi xx.xx.2018-ci ildə xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdəki "xxxx" MMC tərəfindən tərtib edilmiş eskiz-layihənin surətindən görünür ki, Cavabdeh daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli çıxarışa əsasən Lənkəran rayonu, Darquba kəndində mülkiyyətində olan 600 kv.m torpaq sahəsində tikəcəyi iki mərtəbəli dörd otaqlı fərdi yaşayış evinin eskiz layihəsi Lənkəran şəhərinin baş memarı ilə razılaşdırılmışdır. İşdəki DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixində tərtib edilmiş inventar nömrəsi 373 olan fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, Lənkəran rayonunun Darquba kəndində 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 257,2 kv.m olan fərdi yaşayış evi üzrə hüququn subyekti Cavabdehdur. Ev 2018-ci ildə, həyətyanı tikililərdən hasar 2018-ci ildə, ayaqyolu 2019-cu ildə, talvar 2020-ci ildə tikilmişdir. İşdəki ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Lənkəran rayonunun Darquba kəndində yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 257,2 kv.m olan fərdi yaşayış evi xx.xx.2021-ci il tarixində xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdəki AZ-İ 644213 seriya nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X3 xx.xx.2011-ci ildə nikahlarını bağlamış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2011-ci ildə 10 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Seyfiyev, arvada Seyfiyeva soyadı verilmişdir. İşdəki Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin 26 may 2022-ci il tarixli məktubundan görünür ki, mübahisəli 600 kv.m torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 275,2 kv.m-dən ibarət fərdi yaşayış evi ilə bağlı yaranmış vəziyyətlə əlaqədar aidiyyəti hissədə müvafiq araşdırmalar aparılmış və məlum olmuşdur ki, həmin fərdi yaşayış evinin qeydiyyata alınması Cavabdeh müraciəti əsasında aparılmışdır. Belə ki, müraciət sahibi olaraq həmin şəxsin təqdim etdiyi müvafiq sənədlər icraata qəbul edilmiş və yeganə mülkiyyətçi kimi onun adına sözügedən 600 kv.m həyətyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrindən tam qanunamüvafiq qaydada çıxarış və plan ölçü sənədi verilmişdir. İşdəki Lənkəran ŞİHB-nin Kərgəlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi əvəzi tərəfindən verilmiş 812 nömrəli, 07 sentyabr 2022-ci il tarixli arayışdan görünür ki, Lənkəran rayonu, Səbir (əvvəlki adı Darquba olmuş) kəndində Cavabdeh məxsus 2 mərtəbəli evdə hal-hazırda anası X12 və qardaşı İddiaçı yaşayır. Onlardan başqa heç kim yaşamır. X2 2020-ci ildən atası X4 evində yaşayır. İşdəki Lənkəran ŞİHB-nin Kərgəlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndə əvəzi tərəfindən verilmiş 868 nömrəli, 14 sentyabr 2022-ci il tarixli arayışdan görünür ki, Lənkəran Rayon Məhkəməsinə verilmiş xx.xx.2022-ci il tarixli, 812 nömrəli arayışa əsasən bildirilmişdir ki, icra nümayəndəsi X17 ŞİHB-nin əmrinə əsasən xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi əmək məzuniyyətinə çıxmışdır. xx.xx.2022-ci il tarixində İddiaçı adında bir vətəndaş nümayəndəliyə gələrək ona Səbir (köhnə adı Darquba) kəndində yerləşən qardaşı Ceyhunun evində yaşaması ilə bağlı Lənkəran Rayon Məhkəməsinə arayışın verilməsini bildirdi. O, vətəndaşı əvvəllər görməmiş və onu tanımadığını ona bildirərək gəlib evə baxandan sonra arayış yazıb verəcəyini demişdir. Nümayəndə əvəzi həmin adamla o evə getmişdir. Həmin ev Lənkəran-Lerik şosse yolunun sol tərəfində yerləşir, həmin evin altı cürbəcür meyvələrlə dolu idi və bir arvad orada meyvə satırdı. İddiaçı cibindən açar çıxararaq həmin evin giriş qapısını açdı və o, Şahinlə evə daxil oldu, evə baxış keçirdi. Şahin dedi ki, o, anası ilə bu evə yaşayır. Nümayəndə əvəzi evdən çıxandan sonra meyvə satan qadına yaxınlaşaraq adı və soyadını soruşmuşdur. Qadın ona X14 – Ceyhunun anası olduğunu bildirdi. Qadın ona oğlu Şahinlə bu evdə, oğlu Ceyhunun evində yaşadığını dedi. O, nümayəndəliyə gələrək gördüklərinə və onların dediklərinə inanaraq Lənkəran Rayon Məhkəməsinə təqdim etmək barədə arayış yazıb Şahinə vermişdir. xx.xx.2022-ci il tarixində İddiaçı təkrar nümayəndəliyə gələrək arayış istədi, o vermədi. İşdəki Lənkəran ŞİHB-nin Kərgəlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndə əvəzi tərəfindən verilmiş 869 nömrəli, 14 sentyabr 2022-ci il tarixli arayışdan görünür ki, hazırda Cavabdeh mülkiyyətində olan ev 2018-2020-ci illərdə Lənkəran rayonu, Darquba kəndində tikilmiş, evdə 2020-ci ilin oktyabr ayından X2 və onun həyatı yoldaşı birlikdə yaşamışlar. 2022-ci ilin iyun ayında Cavabdeh polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra X2 atasına məxsus evə köçüb və orada yaşayır. Hal-hazırda orda olan şəxslərin həmin təsərrüfata və evə heç bir aidiyyəti yoxdur. İddiaçı onunla cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin, həmin müqavilə əsasında cavabdehin adına xx.xx.2018-ci il tarixli, 0,06 ha torpaq sahəsinə verilmiş ******* nömrəli çıxarışın və cavabdehin adına xx.xx.2021-ci il tarixdə verilən Lənkəran rayonunun Darquba kəndində yerləşən 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 257,2 kv.m olan fərdi yaşayış evinə verilmiş ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsini tələb etmiş, öz tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ondan xəbərsiz şəkildə torpaq sahəsi onun mülkiyyətində olarkən tikdiyi evi öz adına sənədləşdirmiş, bağışlama müqaviləsində evlə bağlı hər hansı razılaşma olmamışdır. Məhkəmə kollegiyası ilk öncə iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018ci il tarixdə Lənkəran rayon 1 saylı notariat kontorunda 4Ə-1279 reyestr nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın bağışlanması barədə müqavilənin etibarlılığı ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır: Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, faktiki olaraq iddiaçının özünə məxsus torpaq sahəsini bütövlükdə cavabdehə bağışlamaq niyyəti olmamış, birtərəfli əqdi pərdələmək məqsədilə müqavilə görünüş üçün bağlanılmışdır. Məhkəmə müqavilənin yalnız görünüş üçün bağlandığını, ona görə də uydurma hesab olunduğunu qeyd etmiş, Mülki Məcəllənin həm 340.1-ci, həm də 340.2-ci maddəsinə istinad etmişdir. Məhkəmə kollegiyası bildirir ki, Mülki Məcəllənin 340.1-ci və 340.2-ci maddələrinin tələbləri baxımından əqdin uydurma və yalan hesab edilməsinin əsasları fərqli olduğundan eyni əqdin həm uydurma, həm də yalan əqd hesab edilməsi əsassızdır. Belə ki, yalan əqd və uydurma əqd anlayışları fərqli anlayışlar olmaqla, hər hansı əqdin uydurma əqd olması həmin əqdin yalan əqd olmasını və əksinə yalan əqd olması eyni əqdin uydurma əqd olmasını istisna edir. Birinci instansiya məhkəməsi əqdin etibarsız olması qənaətinə gələrkən eyni anda həm yalan əqdlə, həm də uydurma əqdlə bağlı normalara istinad etməklə, iddiaçının torpaq sahəsini bütövlükdə cavabdehə bağışlamaq niyyətində olmadığını, bağışlama müqaviləsinin digər birtərəfli əqdi pərdələmək məqsədilə yalnız görünüş üçün bağlandığını bildirsə də, iddiaçının mövqeyindən göründüyü kimi, iddiaçı öz torpaq sahəsini cavabdehə bağışladığını etiraf etmiş, bunun hər hansı başqa əqdin pərdələnməsi məqsədilə həyata keçirilməsinə dair hər hansı bir mülahizə irəli sürməmişdir. Məhkəmə isə işin qeyd edilən halını yanlış müəyyən etməklə yanaşı, qeyri-müəyyən mövqe sərgiləmiş, bağışlama müqaviləsinin məhz hansı birtərəfli əqdi pərdələdiyini də göstərməmişdir. Bundan başqa, məhkəmə müqavilə tərəflərinin bağışlama müqaviləsi bağlamaqla bilərəkdən məqsədli şəkildə hansısa hüquqa zidd hərəkəti etməyi hədəfləmələrini də müəyyən edə bilməmişdir. Məhkəmə kollegiyası bildirir ki, iddiaçı torpaq sahəsini qardaşına bağışladığını özü də qəbul etdiyindən, bu barədə tərəflər arasında razılaşmanın olması təsdiq olunduğundan, xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinin yalnız görünüş üçün bağlanması və ya hər hansı digər əqdi pərdələməsi halları iş materialları ilə istisna edilir. Sadalananlara əsasən, məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi sözügedən bağışlama müqaviləsinin qeyd edilən əsasla etibarsız hesab edilməsi nəticəsinə gəlməkdə haqlı olmamış, maddi hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş və iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası bağışlama müqaviləsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bildirir ki, həmin hissədə qətnamə ləğv edilməlidir. İddiaçı həm iddia ərizəsində, həm də birinci instansiya məhkəməsində verdiyi izahatında bildirmişdir ki, o, torpaq sahəsini cavabdehə bağışlamışdır, o şərtlə ki, cavabdeh iddiaçının tikdiyi evdə yaşaya-yaşaya həmin həyətdə özünə ev tiksin və özünə ev tikdikdən sonra iddiaçının evini ona qaytarsın. İddiaçı qeyd etmişdir ki, bağışlama müqaviləsində ev ilə bağlı hər hansı müddəa nəzərdə tutulmamışdır. Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. MM-in 668.1.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə, etibarlıdır. Həmin Məcəllənin 670.1-ci maddəsinə əsasən, bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 avqust 2021-ci il tarixli Qərarında qeyd edilir ki, əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, bağışlama müqaviləsinin aşağıdakı xüsusiyyətlərini fərqləndirmək mümkündür: • bağışlama müqaviləsi əvəzsiz müqavilədir, yəni hədiyyə verənin təmənnasız iradə ifadəsinə əsaslanır və onun bəhrələnməsi istisna edilir; • hədiyyə alanın əmlakı artır; • hədiyyə alanın əmlakının artımı hədiyyə verənin əmlakının azalması nəticəsində əmələ gəlir; • hədiyyə verənin hədiyyəni bağışlamaq niyyəti olur; • hədiyyə alanın hədiyyəni qəbul etməyə razılığı olur. Hazırkı işin hallarından görünür ki, iddiaçı öz mülkiyyətində olmuş 0,06 ha torpaq sahəsini təmənnasız şəkildə cavabdehə bağışlamış, cavabdehin əmlakı artmış, cavabdehin əmlakının artımı iddiaçının əmlakının azalması nəticəsində əmələ gəlmiş, iddiaçının həmin torpaq sahəsini bağışlamaq niyyəti olmuş, cavabdeh torpaq sahəsini qəbul etməyə razı olmuşdur. Məhkəmə kollegiyası bildirir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018ci il tarixdə Lənkəran rayon 1 saylı notariat kontorunda 4Ə-1279 reyestr nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın bağışlanması barədə müqavilə Mülki Məcəllədə bağışlama müqaviləsi ilə bağlı müəyyənləşdirilmiş şərtlərə uyğun bağlanılmış, müqavilə Lənkəran rayon 1 saylı notariat kontorunun xüsusi notariusu X5 tərəfindən təsdiq edilmiş, tərəflərə müqavilədən irəli gələn hüquq və vəzifələri izah olunmuş, onun nəticələri barədə tərəflər xəbərdar edilmişdir. Həmin müqavilə bağlanarkən tərəflərin şəxsiyyəti müəyyən edilmiş, onların fəaliyyət qabiliyyəti və özgəninkiləşdirilən torpaq sahəsinin iddiaçıya məxsus olması yoxlanılmışdır. Həmin bağışlama müqaviləsinə əsasən iddiaçı Lənkəran rayonunun Darquba kəndində yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsini cavabdehə bağışlamışdır. İddiaçı iddia ərizəsində bağışlama müqaviləsində ev ilə bağlı hər hansı razılaşma olmadığını qeyd etsə də, məhkəmə kollegiyası bildirir ki, bağışlama müqaviləsi torpaq sahəsi ilə əlaqədar bağlanılmış, bağışlama predmeti olaraq həmin torpaq sahəsi müəyyən edilmişdir. Bağışlama müqaviləsində ev ilə bağlı hər hansı müddəanın nəzərdə tutulmamış olması MM-də nəzərdə tutulmuş tələblərə uyğun şəkildə bağlanmış və təsdiqlənmiş bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası onu da bildirir ki, iddiaçı bağışlama müqaviləsinin cavabdehin iddiaçının tikdiyi evdə yaşaya-yaşaya həmin həyətdə özünə ev tikməsi və özünə ev tikdikdən sonra iddiaçının evini ona qaytarması şərti ilə bağlanmış olduğunu bildirsə də, müqavilədə hər hansı şərt və ya öhdəlik nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası iddia tələbinin iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsinə dair hissəsi ilə bağlı belə nəticəyə gəlir ki, müqavilə Mülki Məcəllədə müəyyən edilmiş şərtlərə uyğun olduğundan, notariat qaydasında təsdiq edildiyindən, əqdin etibarlılığı üçün nəzərdə tutulmuş bütün tələblərə cavab verdiyindən, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Bu zaman həm də o nəzərə alınmalıdır ki, iddiaçı məhz həmin bağışlama müqaviləsinin hansı əsasla etibarsız hesab edilməsinə dair hər hansı dəlil təqdim etməmişdir. Məhkəmə kollegiyası iddia tələbinin sözügedən bağışlama müqaviləsi əsasında cavabdehin adına xx.xx.2018-ci il tarixli, 0,06 ha torpaq sahəsinə verilmiş RX ******* seriya nömrəli çıxarışın etibarsız hesab edilməsi ilə bağlı hissəsinə dair aşağıdakıları qeyd etməyi zəruri sayır: RX ******* seriya nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış Lənkəran rayonunun Darquba kəndində yerləşən 0,06 ha torpaq sahəsinin xx.xx.2018-ci ildə xüsusi mülkiyyət hüququ əsasında cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığını təsdiq etməklə, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixdə Lənkəran rayon 1 saylı notariat kontorunda 4Ə-1279 reyestr nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın bağışlanması barədə müqavilə əsasında verilmişdir. Məhkəmə kollegiyası bildirir ki, RX ******* seriya nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın verilməsi üçün əsas olmuş bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün hər hansı əsas olmadığından və həmin hissədə iddia tələbi rədd edildiyindən, birinci instansiya məhkəməsinin qətnaməsi həmin Çıxarışın etibarsız hesab edilməsi hissəsində də ləğv edilməli, həmin hissədə də iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası iddia tələbinin cavabdehin adına xx.xx.2021-ci il tarixdə verilən Lənkəran rayonunun Darquba kəndində yerləşən 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 257,2 kv.m olan fərdi yaşayış evinə verilmiş ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi ilə bağlı hissəsinə dair aşağıdakıları qeyd etməyi zəruri sayır: İddiaçı həmin hissədə tələbini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçının məlumatı olmadan onun 2013-cü ildə tikdiyi evə 2020-ci ildə tikinti layihəsi alaraq onu öz adına rəsmiləşdirmiş və iddiaçının iradə ifadəsinə zidd olaraq aralarında olan bağışlama müqaviləsindən sui-istifadə etməklə iddiaçının evini əlindən almışdır. Məhkəmə kollegiyası ilk öncə bildirir ki, iddiaçının bildirdiyi bağışlama müqaviləsi üzrə bağışlamanın predmetinə ev daxil olmamış, bağışlama müqaviləsinin etibarsızlığı üçün hər hansı əsas müəyyən olunmamışdır. ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış Lənkəran rayonunun Darquba kəndində yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 257,2 kv.m olan fərdi yaşayış evinin xx.xx.2021-ci il tarixində xüsusi mülkiyyət hüququ əsasında cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığını təsdiq edir. Məhkəmə kollegiyası bildirir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018ci il tarixli bağışlama müqaviləsi və həmin müqavilə əsasında cavabdehin adına verilmiş RX ******* seriya nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış etibarsız hesab edilmədiklərindən, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış da Lənkəran rayonunun Darquba kəndində yerləşən 0,06 ha torpaq sahəsinin xüsusi mülkiyyət hüququ əsasında cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı hissədə onlarla eyni məzmunda olduğundan etibarsız hesab edilə bilməz. ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın Lənkəran rayonunun Darquba kəndində 0,06 ha torpaq sahəsində yerləşən və ümumi sahəsi 257,2 kv.m olan fərdi yaşayış evinin xüsusi mülkiyyət hüququ əsasında cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasının etibarsız olduğunu irəli sürərkən iddiaçı bildirmişdir ki, həmin torpaq sahəsində yerləşən ev 2013-cü ildə onun tərəfindən tikilmiş, o, bağışlama müqaviləsi üzrə yalnız torpaq sahəsini bağışlamış, həmin torpaq sahəsində yerləşən özünün tikdiyi fərdi yaşayış evini cavabdehə bağışlamamış, cavabdeh ondan xəbərsiz şəkildə həmin evi öz adına qeydiyyata aldırmışdır. İddiaçı öz tələbinin əsasını təşkil edən həmin halı sübut etmək üçün bir sıra şahidlərin ifadələrinə istinad etmişdir. Belə ki, birinci instansiya məhkəməsinin 28 noyabr 2022-ci il tarixli məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X12, X18, X7 2012-2017-ci illərdə, X8 2012-2018-ci illərdə iddiaçının özünə məxsus torpaq sahəsində fərdi yaşayış evi tikdiyini bildirmişlər. Lakin iş materiallarında olan DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixində tərtib edilmiş inventar nömrəsi 373 olan fərdi yaşayış evinin texniki pasportundan göründüyü kimi, Lənkəran rayonunun Darquba kəndində 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 257,2 kv.m olan fərdi yaşayış evi üzrə hüququn subyekti Cavabdehdur və ev 2018-ci ildə, həyətyanı tikililərdən hasar 2018ci ildə, ayaqyolu 2019-cu ildə, talvar 2020-ci ildə tikilmişdir. Qeyd edilən texniki pasportla müəyyən edilir ki, hazırda cavabdehin mülkiyyətində olan fərdi yaşayış evi 2018-ci ildə, həyətyanı tikililərdən hasar 2018-ci ildə, ayaqyolu 2019cu ildə, talvar 2020-ci ildə tikilmiş, fərdi yaşayış evinin texniki pasportunda həmin ev üzrə hüququn subyekti kimi cavabdeh göstərilmişdir. Məhz həmin sənəd əsasında mübahisəli ev üzrə cavabdehin xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Həmçinin, "xxxx" MMC tərəfindən mübahisəli ev ilə bağlı eskiz-layihə tərtib edilmiş, həmin layihə tərtib edilərkən daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli çıxarışa istinad edilmişdir. Bu isə onu göstərir ki, mübahisəli evə dair layihə də torpaq sahəsi cavabdehə bağışlanıldıqdan və onun mülkiyyətinə keçdikdən sonra tərtib olunmuşdur. Bundan başqa, Lənkəran ŞİHB-nin Kərgəlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndə əvəzi tərəfindən verilmiş 869 nömrəli, 14 sentyabr 2022-ci il tarixli arayışdan da göründüyü kimi, hazırda Cavabdeh mülkiyyətində olan ev 2018-2020-ci illərdə Lənkəran rayonu, Darquba kəndində tikilmiş, evdə 2020-ci ilin oktyabr ayından X2 və onun həyatı yoldaşı olan cavabdeh birlikdə yaşamışlar. Göründüyü kimi, iddiaçının mübahisəli evin 2013-cü ildə onun tərəfindən inşa edilməsi ilə bağlı bildirdikləri və cavabdehin ondan xəbərsiz evi öz adına rəsmiləşdirməsi iş materialları ilə təkzib edilir. Birinci instansiya məhkəməsində aparılan icraat zamanı cavabdehin iddiaçının bildirdiklərini təsdiq etməsi ilə bağlı isə məhkəmə kollegiyası onu bildirir ki, cavabdehin həmin halları etiraf etməsi işin həqiqi hallarının gizlədilməsi məqsədi daşıdığından qəbul edilməməli və həmin hallar ümumi qaydada sübut olunmalıdır. Belə ki, iş materiallarından göründüyü kimi, cavabdehlə üçüncü şəxs Zülfiyyə Seyfiyeva xx.xx.2011-ci ildə nikahlarını bağlamışlar. Belə olan halda mübahisəli evin üçüncü şəxs Zülfiyyə Seyfiyeva ilə cavabdehin birgə nikahı dövründə inşa edildiyi müəyyən edilir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi isə bildirmişdir ki, hazırda onlar boşanma ərəfəsindədirlər və Lənkəran Rayon Məhkəməsinin hakimi Murad Aslanovun icraatında onların nikahının pozulması ilə bağlı 2(049)-1105/2023 saylı mülki iş var. Lənkəran Rayon Məhkəməsi həmin iş üzrə əmlak bölgüsü məsələsinə ayrıca icraat çərçivəsində baxılmasını zəruri hesab edərək, həmin hissədə işi ayırmış və bundan sonra dayandırmışdır. Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin iddia ərizəsində qeyd edilən faktları etiraf etməsi üçüncü şəxs Zülfiyyə Seyfiyevanın cavabdehlə nikahı pozulduqdan sonra birgə nikah dövründə əldə etmiş olduqları ümumi birgə mülkiyyətdə olan əmlaklar üzərində hüquqlarının pozulmasına və üçüncü şəxsin əmlak hüquqlarından məhrum olmasına yönəldiyindən, üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri əsaslı hesab edilməlidir. Odur ki, cavabdehin etirafı qəbul edilməməli və onun etiraf etdiyi hallar ümumi qaydada sübut edilməlidir. Lakin iddiaçı həmin halları təsdiq edən hər hansı başqa mötəbər sübut təqdim etməmiş, birinci instansiya məhkəməsi tərəfindən dindirilmiş şahidlərin izahatlarında bildirdikləri isə DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixində tərtib edilmiş inventar nömrəsi 373 olan fərdi yaşayış evinin texniki pasportu, "xxxx" MMC tərəfindən mübahisəli ev ilə bağlı tərtib edilmiş eskizlayihə və Lənkəran ŞİHB-nin Kərgəlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndə əvəzi tərəfindən verilmiş 869 nömrəli, 14 sentyabr 2022-ci il tarixli arayışla öz təsdiqini tapmamışdır. Bundan başqa, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, mübahisəli torpaq sahəsini öz adına rəsmiləşdirən vaxt evin tikintisinə heç bir sənəd (icazə) lazım olmadığı üçün evi tikib qurtarandan sonra evin həmin torpaq sahəsinin üzərində olması üçün yenidən reyestr orqanına gedib evə dair çıxarışı almamışdır. Məhkəmə kollegiyası iddia ərizəsinin qeyd edilən dəlilini inandırıcı hesab etmir və bildirir ki, həmin vaxt evin tikilmiş olması iş materialları ilə öz təsdiqini tapmır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin 26 may 2022-ci il tarixli məktubundan da göründüyü kimi, cavabdeh isə iddiaçı tərəfindən ona bağışlanmış 600 kv.m-lik torpaq sahəsində ümumi sahəsi 257,2 kv.m olan 2 mərtəbəli fərdi yaşayış evini tikdikdən, ona dair müvafiq texniki pasport və eskiz-layihəni əldə etdikdən sonra daşınmaz əmlakın dövlət reyestri orqanına müraciət edərək, həmin ev üzərində öz xüsusi mülkiyyət hüququnu qeydə aldırmış, bu hal ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın da etibarsız hesab edilməsi üçün hər hansı əsas müəyyən edilmədiyindən, məhkəmənin qətnaməsi həmin hissədə də ləğv edilməli, həmin hissədə də iddia tələbi rədd edilməlidir. Bundan əlavə, məhkəmə kollegiyası onu da bildirir ki, iddiaçı ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışı mübahisələndirsə də, DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixində tərtib edilmiş inventar nömrəsi 373 olan fərdi yaşayış evinin texniki pasportunu mübahisələndirməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 2(049)-3158/2022 saylı, 28 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası bildirir ki, iddia tələbi rədd edildiyindən, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu da onun özünə aid edilməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 382, 384.0.2, 385.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Üçüncü şəxs X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)-3158/2022 saylı, 28 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “bağışlama müqaviləsinin və onun əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi tələbinə dair” iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, şikayət verilmədikdə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov Hakimlər: İlham Əsədov Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar