Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-698/2025 03.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – X3 (sədrlik edən, məruzəçi), Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Salyan Rayon Məhkəməsinin 25 fevral 2025-ci il tarixli, e-2(057)-1241/2024 saylı qərardadından ididaçı İddiaçı tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı nümayəndəsi Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən miras əmlakı (fərdi yaşayış evi) X4 qəbul etməsi və tam payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ünvan 1 ünvanda yerləşən miras əmlakı qəbul etməsi faktının və ünvan 1 ünvanda yerləşən miras əmlak üzərində (fərdi yaşayış evi) X4 tam payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil elektron kabinet vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1964-cü il təvəllüdlü Rəhimova (Tağıyeva) Fatmaxanım Yusif qızının, xx.xx.1962-ci il təvəllüdlü Rəhimova (Tağıyeva) Süsən Yusif qızının, Cavabdeh2, Cavabdeh3 və X1 iş üzrə cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin e-2(057)-1241/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə vəsatət təmin edilmişdir. Salyan Rayon Məhkəməsinin (bundan sonra - məhkəmə) e-2(057)-1241/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Salyan Regional “ASAN xidmət” mərkəzinin Notariat ofisinə, Rəhimova (Tağıyeva) Fatmaxanım Yusif qızı, Rəhimova (Tağıyeva) Süsən Yusif qızı, Cavabdeh2, Cavabdeh3 və X2 qarşı ünvan 2 ünvanda yerləşən miras əmlakı qəbul etməsi faktının və ünvan 2 ünvanda yerləşən miras əmlak üzərində (fərdi yaşayış evi) X4 tam payının müəyyən olunması barədə iddiası qismən təmin edilərək, Cavabdeh3 Kərim oğlundan miras qalmış ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi miras əmlak kimi X7 tərəfindən qəbul edilmiş hesab edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh2 nümayəndəsi vəkil X6 elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər mülki iş ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı “Elektron kabinet” vasitəsi ilə məhkəmənin e-2(057)- 1241/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən narazı qaldığı üçün apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə müraciət etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, onlar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən miras əmlakı (fərdi yaşayış evi) X4 qəbul etməsi və tam payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddiaya dair mülki işə baxılmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini qət etmişdir. Bildirir ki, qətnamənin surətini rəsmi qaydada almamışdır. Şirvan Apellyasiya Məhkəməsində xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edəndə ona məlum olmuşdur ki, iş üzrə qətnamə çıxarılmışdır. İş materiallarına baxış keçiriləndə müəyyən olunmuşdur ki, qətnamə ona verilməmiş, zərf geri qaytarılmışdır. Həmin qətnamə məhkəmə iclasında ona təqdim edilmişdir. Apelyasiya şikayəti verə bilməyi üçün apelyasiya baxış iclası təxir edilmişdir. Hazırda Salyan Rayon Məhkəməsinin 2(057)-1241/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsində apelyasiya şikayəti vermişdir. Yuxarıda göstərilən halları nəzərə alıb məhkəmədən Salyan Rayon Məhkəməsinin 2(057)-1241/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən apelyasiya şikayəti vermək üçün ötürülmüş prossesual müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-256/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(106)-1985/2024 saylı qərardadı (mümkünlük barədə qərardadı) ləğv edilərək, işin apellyasiya baxışından çıxarılması, sonrakı prosessual hərəkətlərin edilməsi üçün mülki işin Salyan Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı müddətin bərpası barədə ərizəsini müdafiə edərək, ötürülmüş müddətin üzrlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(057)-1241/2024 saylı qərardadı ilə İddiaçı Salyan Rayon Məhkəməsinin e-2(057)-1241/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməmiş, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan İddiaçı şikayət verərək, qərardadın ləğv olunmasını, Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(057)-1241/2024 saylı qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış müddəti üzürlü hesab edərək, müddəti bərpa edib, mülki işi apellyasiya qaydasında baxılmaq üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(057)-1241/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, şikayətin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət təmin edilmədən, Salyan Rayon Məhkəməsinin 25 fevral 2025-ci il tarixli, e-2(057)- 1241/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir etməklə qəbul edildiyindən qəradad qanuni və əsaslıdır. Buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Belə ki, iş materiallarından görünür ki, məhkəmənin xx.xx.2024-cü il tarixli qətnaməsi xx.xx.2024-cü il tarixdə, saat 18:06-da iddiaçının nümayəndəsi (vəkil) Vəkil elektron kabinetinə yerləşdirilmiş, iddiaçı isə qətnamədən şikayətini poçt vasitəsi ilə kağız daşıyıcıda 26 dekabr 2024-cü il tarixdə vermişdir. Bundan başqa, məhkəmənin xx.xx.2024-cü il tarixli qətnaməsi xx.xx.2024-cü il tarixdə iddiaçının iddia ərizəsində qeyd etdiyi ünvana, yəni ünvan 3farişli poçt göndərişi ilə göndərilmiş, xx.xx.2024-cü il tarixdə “köçüb” qeydli poçt xəbərnaməsi ilə qətnamənin surəti məhkəməyə geri qaytarılmışdır. Göründüyü kimi, qətnamədən iddiaçı və ya onun nümayəndəsi vəkil tərəfindən qanunvericiliklə nəzərdə tutulan müddətdə, yəni xx.xx.2024-cü il tarixə kimi apellyasiya şikayəti verə bilərdi. Lakin məhkəmə qətnaməsi qanunvericiliklə müəyyən edilmiş qaydada iddiaçının nümayəndəsinin elektron kabinetinə yerləşdirilsə də iddiaçı həmin qətnamədən MPM-nin tələblərinə əsasən vaxtında şikayət verməmişdir. Həmçinin iddiaçı qətnamədən qanunla apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddəti üzrlü səbəbdən ötürülməsini qeyd etsə də həmin müddətin üzrlü olaraq ötürülməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 265-ci, 157-159-cu, 397.2-ci, 398.0.1-ci, 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin 25 fevral 2025-ci il tarixli, e-2(057)-1241/2024 saylı qərardadı dəyişdirilməsin. İş üzrə sonrakı prosessual hərəkətlər yerinə yetirilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-698/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-698/2025
03.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver