Məhkəmə qərarları › İş №2(106)-700/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-700/2024

24.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-700/2024 24.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İlk iş üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Lənkəran rayon 1 saylı notariat ofisinə qarşı “müqavilənin və müqavilə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair; birləşdirilmiş ilk iş üzrə iddiaçı Cavabdeh1 Cavabdeh2, Lənkəran rayon 1 saylı Notariat Ofisi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “müqavilənin və müqavilə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair; birlişədirilmiş ikinci iş üzrə iddiaçı Cavabdeh2 Cavabdeh4 qarşı "əmlakın naturada bölünərək verilməsi və əşyalardan istifadəyə maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın etibarsızlığı; əmlakın naturada bölünməsi, maneələrin aradan qaldırılması X25 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İlk iş üzrə İddiaçı nümayəndə və vəkilləri Vəkil3 və Vəkil4 iştirakları ilə, İlk iş üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Lənkəran rayon 1 saylı notariat ofisinə qarşı “müqavilənin və müqavilə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair” birləşdirilmiş ilk iş üzrə iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2, Lənkəran rayon 1 saylı Notariat Ofisi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “müqavilənin və müqavilə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair” birlişədirilmiş ikinci iş üzrə iddiaçı Cavabdeh2 Cavabdeh4 qarşı "əmlakın naturada bölünərək verilməsi və əşyalardan istifadəyə maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli, 2(049)-486/2023 saylı qətnaməsindən (hakim Murad Aslanov) birləşdirilmiş ikinci iş üzrə Cavabdeh4, birləşdirilmiş ilk iş üzrə iddiaçı Cavabdeh1, ilk iş üzrə İddiaçı nümayəndəsi və vəkilləri Vəkil3 və Vəkil4 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Lənkəran rayon 1 saylı notariat ofisinə qarşı “müqavilənin və müqavilə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış və Lənkəran rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X17 tərəfindən təsdiq edilmiş Lənkəran rayonu, Küvənil kəndi ərazisində sahəsi 1855 kv.m olan torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 2255 kv.m olan 2 mərtəbəli ticarət mərkəzi və iaşə şəbəkəsinin satılması barədə bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və həmin alqı-satqı müqaviləsi əsasında Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakir Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adma verilmiş ******* nömrəli xx.xx.2013-cü il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı həyat yoldaşı Cavabdeh1 Ələt- Astara-İran İslam Respublikası avtomobil yolunun 206-cı km-nin sol tərəfində yolun oxundan 20 m məsafədə Lənkəran rayonu, Küvənil kəndi ərazisində sahəsi 1855 kv.m olan şəxsi mülkiyytində torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsini o, birgə nikah dövründə əldə etmişdir. Bundan sonra o, Lənkəran rayon İcra hakimiyyəti Başçısının 17 oktyabr 2008ci il tarixli 420 saylı sərəncamı ilə birgə nikah dövründə əldə etdiyi həmin torpaq sahəsində ümumi sahəsi 2255 kv.m olan 2 mərtəbəli ticarət mərkəzi və iaşə şəbəkəsi tikmək üçün icazə almışdır. Daha sonra onun tərəfindən həmin ticarət obyektinin tikintisinə başlanılmış və həmin ticarət obyektinin tikintisi başa çatdırılmışdır. Həmin ticarət obyektinin tikintisi başa çatdıqdan sonra həmin obyektin istismarına icazə verilmiş və həmin ticarət obyekti həyat yoldaşım Cavabdeh1 adına dövlət qeydiyyatına alınmış və bu barədə onun adma Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən çıxarış verilmişdir. Həmin ticarət obyekti tam hazır olandan sonra oranı oğlu Cavabdeh4 köməkliyi ilə işlətməyə başlamışlar. Lakin bu yaxınlarda bilmişdir ki, həyat yoldaşı Cavabdeh1 həmin ticarət obyektinin qalan 1/2 hissəsini Cavabdeh2 adına keçirtmiş və bu barədə onların arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Guya o, da bu alqı-satqı müqaviləsinin bağlanmasına razılıq vermişdir. Halbuki, o, belə razılıq verməmiş, o, ancaq həmin ticarət obyektinin oğluna bağışlanmasına razılıq vermişdir. O, bu barədə bildikdən sonra notariusa müraciət etmiş və həmin müqaviləni əldə etmiş və ona baxdıqda görmüşdür ki, həmin müqavilədə ticarət obyektinbin bir hissəsinin qiyməti 50000 manat qeyd edilmişdir. Hansı ki, həmin ticarət obyektinin tikintisin (bir milyon) manatdan artıq xərc çəkilmişdir. O vaxt və hazırda da həmin ticarət obyekt qiyməti ******* (bir milyon) manatdan çox edir. Lakin onun bunlardan xəbəri olmadan yaxınlarda Cavabdeh2 oğlu Cavabdeh4 qarşı həmin obyektinin naturada bölünməsi tələbi ilə məhkəməyə müraciət edəndən sonra və məhkəmədən evə bildiriş gələndən- sonra bu barədə bilmişdir. Yəni 2022-ci ilin oktyabr ayında Lənkəran məhkəməsindən Cavabdeh4 Bəhram oğlunun məhkəmə iclasında iştirakı barədə bildiriş sonra və həmin bildirişdə Cavabdeh2 həmin əmlakın bölünməsi qeydini biləndən sonra o qəti şəkildə etirazını əri X13 bildirmişdir. Ərizə ilə Lənkəran rayon 1 saylı notariat konturuna müraciət edərək onun razılıq ərizəsini, müqaviləsini və həmin müqavilənin ləğv edilməsini tələb etmişdir. Lənkəran rayon 1 saylı kontoru ona 28 noyabr 2022-ci il tarixli məktubla cavab verərək həmin müqavilənin məhkəmə orqanında ləğvinin mümükünlüyü bildirmişdir. O, razılıq ərizəsində əri X13 Lənkəran rayonu Gərmətük qəsəbəsi ərazisində olan əmlakının satılmasına razılıq vermiş, ailənin Lənkəran rayonu Gərmətük qəsəbəsi ərazisində əmlakların olduğunu bilmiş, ona razılıq ərizəsində Lənkəran rayonu Küvənil kəndi ərazisində olan əmlakın satılmasına heç bir razılıq verməmişdir. ünvan 1 ünvanlardır. Ona görə hesab edir ki, həmin alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Eyni zamanda notariusda onun guya həmin ticarət obyektinin satılmasına razılıq verməyi barədə ərizəsinin mövcud olmasını bildirmişlər. Lakin həmin ticarət obyektinin satılmasına razılıq verməmiş və həmin ərizədə də qeyd edilmişdir ki, o, ərinə məxsus Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən əmlakın satılmasına razılıq vermişdir. Hazırki, ticarət obyekti Lənkəran rayonu, Küvənil qəsəbəsində yerləşir və çıxarışda və alqı-satqı müqaviləsində belə qeyd edilmişdir. Hazırda əri Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin və həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına verilmiş çıxarışın etibarsız hesab edilməsini istəyir. Ona görə həmin alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilmə məhkəməyə müraciət etmişdir. İddiaçı Cavabdeh1 Cavabdeh2, Lənkəran rayon 1 saylı Notariat Ofisi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “müqavilənin və müqavilə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə X5 arasında bağlanmış və Lənkəran rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X18 tərəfindən təsdiq edilmiş Daşınmaz əmlakı alqı-satqı müqaviləsinin və həmin alqı-satqı müqaviləsi əsasında Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən Cavabdeh2n adına verilmiş ******* nömrəli xx.xx.2013-cü il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 Ələt-Astara- İran İslam Respublikası avtomobil yolunun 206-cı km-nin sol tərəfində yolun oxundan 20 m məsafə Lənkəran rayonu, Küvənil kəndi ərazisində sahəsi 1855 kv.m olan şəxsi mülkiyytində torpaq sahəsi olmuşdur. Lənkəran rayon İcra hakimiyyəti Başçısıı 17 oktyabr 2008-ci il tarixli 420 saylı sərəncamı ilə şəxsi mülkiyyətində olan həmin torpaq sahəsində ümumi sahəsi 2255 kv.m olan 2 mərtəbəli ticarət mərkəzi və inşa şəbəkəsi tikmək üçün icazə verilmişdir. Bundan sonra tərəfindən həmin ticarət obyektinin tikintisinə başlanılmış və həmin ticarət obyektinin tikintisi başa çatdırılmışdır. Həmin ticarət obyektinin tikintisi başa çatdıqdan sonra obyektin istismarına icazə verilmiş və həmin ticarət obyekti onun adına dövlət qeydiyyatına alınmış və bu barədə adına Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən adıma çıxarış verilmişdir. Həmin ticarət obyekti tam hazır olandan sonra oranı oğlu Cavabdeh4 köməkliyi ilə işlətməyə başlamışdır. Sonradan 2013-cü ilin əvvəllərində oğlu Cavabdeh4 iş üzrə cavabdeh X3 həyat yoldaşını özünə şərik etmişdir. Baxmayaraq ki, X3 həyat yoldaşı şərik olmaq üçün 1 manat olsun belə ortaya pul qoymamışdır. Oğlu Cavabdeh4 cavabdehin həyat yoldaşı ilə dost olduğu üçün bu addımı atmışdır. Bundan sonra o, həmin ticarət obyektinin 1/2 hissəsini oğlu Cavabdeh4 bağışlamış və bu barədə bağışlama müqaviləsi bağlanmışdır. Həmin mübahisəli ticarət obyekti qalan 1/2 hissəsini isə iddiaçı X3 adına keçirtmiş və bu barədə alqı-satqı müqaviləsi bağlanmışdır. Baxmayaraq ki, həmin mübahisəli ticarət obyektinin qalan 1/2 hissəsinin iddiaçı X1 barədə alqı-satqı müqaviləsi bağlansa da, buna görə X5 və onun həyat yoldaşı tərəfindən 1 manat olsun pul ödənilməmişdir, çünki oğlu Cavabdeh4 cavabdehin həyat yoldaşı ilə yaxın dost olduğu üçün həmin ticarət obyektini birlikdə işlətmək üçün həmin addımı atmışdır ki, heç kimin ürəyində şübhə qalmasın. X2 həmin mübahisəli ticarət obyektinin naturada bölünməsini tələb edir. Baxmayaraq ki, yuxarıda qeyd etdiyi kimi cavabdeh həmin obyektin 1/2 hissəsi üçün ona 1 manat da olsun pul verməmişdir. Razılığa əsasən onlar həmin ticarət obyektini bir yerdə işlətməliydi. Ona görə o, da X2 ilə bağlanmış alqı- satqı müqaviləsinin etibarsız hesab edilməsini istəyir. Bununla əlaqədar onunla söhbət aparsa da, nəticəsi olmamışdır. Ona görə də həmin alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi üçün məhkəməyə müraciət etmişdir. İddiaçı Cavabdeh2 mülkiyyət hüququna dair ******* saylı xx.xx.2013-cü il qeydiyyat tarixli X21 rayonu, Küvənil kəndində inşa olunmuş 2 mərtəbəli, ümümi sahəsi 2152.1 kv. metr olan qeyri-yaşayış sahəsinin zirzəmisinin, birinci və ikinci mərtəbəsinin damının, 0.06238 ha. həyətyanı torpaq sahəsinin və obyektdə olan 36 ədəd "Samsung markalı kondinsionerin ona çatan pay hissəsi olaraq 1/2 hissədə naturada ayrılmaraq ona verilməsi və 1 ədəd Ukranya istehsalı olan işıq transfarmatoru ,1 ədəd artizian quyusu, 1 ədəd 15 tonluq nikel su çəni, 1 ədəd işıq təmizləyici (stablizator), 1 ədəd is sistemini tənzimləyən Fondetal -italya istehsalı olan ,qazla işləyən Aparat ( Katel, elektirik və qaz sayğacları, yanğın təhlükəzliyi üçün 100 tonluq yeraltı su ambarı, 1 ədəd mühafizə otağının istifadə qaydaları müəyyən ediməklə ümumi istifadədə oluması ,həmin əşyalardan istifadə etməyimə cavabdeh tərəfindən maneçilik törədilməsinə qad qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh2 Cavabdeh4 birlikdə 2009-2011-ci il tarixində Lənkəran rayonun Küvənil kəndində 2 mərtəbəli, ümümi sahəsi 2152.1 kv. metr olan qeyri-yaşayış binası tikərək ******* saylı , xx.xx.2013-cü il qeydiyyat tarixli Çıxarışla hər biri həmin əmlakın hissəsi üzrə pay mülkiyyət hüququ əldə etmişdir. Əmlak üzərində paylı mülkiyyət hüququna dair Çıxarışa və Texniki Pasporta əsasən qeyriyaşayış binası olan tikilini ümumi torpaq sahəsi 0.1855 kv. metr, tikili altında olan torpaq sahəsi isə 011878 kv metrdir. Qeyri-yaşayış sahəsi tikintisi başa çatdıqdan sonra təxminən 5 il ticarət obyekti kimi fəaliyyət göstərmişdir. Lakin sonradan Cavabdeh4 təqsiri ucbatından obyektdən istifadə etmək mümkün olmamışdır. Hal-hazırda qeyri-yaşayış sahəsinin ona çatan pay hissəsini icarəyə vermək istəsə də, mümkün deyildir. Çünki həmin əmlakdan ona çatan pay hissəsi naturada ayrılmamışdır. Qanunvericiliyə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçilər arasındakı razılaşmaya əsasən, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada onla arasında naturada bölünə bilər. Lakin hazırda həmin razılıq yoxdur və nəticəsədə onun mülkiyyət hüququ pozulur. Daha sonra iddiaçı Cavabdeh2 iddia tələbini dəqiqləşdirərək ərizə məhkəməyə müraciət edib göstərmişdir ki, Cavabdeh2 paylı mülkiyyət hüququna dair ******* saylı, xx.xx.2013-cü il qeydiyyat tarixli X21 rayonun Küvənil kəndində inşa olunmuş 02 (iki) mərtəbəli, ümumi sahəsi 2152.1 kv. metr olan qeyri- yaşayış sahəsinin zirzəmisinin, birinci və ikinci mərtəbəsinin, damının, 0.1855 ha. torpaq sahəsinin 1/2 hissədə Məhkəmə tikintitexniki Ekspertizası rəyində müəyyən edildiyi kimi bolünməsi, məhkəmə tikinti-texniki ekspertiza rəyinə görə 1037,5 kvm torpaq sahəsi qalan 2- ci hissə Cavabdeh4 13.200 (on üç min iki yüz) manat kompensasiya verilməklə iddiaçı Cavabdeh2 qızma verilməsi; Cavabdeh2 paylı mülkiyyət hüququna dair ******* saylı. xx.xx.2013-cü il qeydiyyat tarixli X21 rayonun Küvənil kəndində inşa olunmuş 02 (iki) mərtəbəli, ümumi sahəsi 2152.1 kv. metr olan qeyri-yaşayış sahəsinin içərisində olan 36 (otuz altı) ədəd "Samsung" markalı kondisionerin, həmçinin 10 (on) ədəd "Sony” markalı televizorun iddiaçı Cavabdeh2 çatan pay hissəsi olaraq 1/2 hissədə naturada ayrılmaqla ona yerilməsi; 01 (bir) ədəd Ukranya istehsalı olan işıq transfarmatorıı, 01 (bir) ədəd artizian su quyusu, 1 ədəd 15 tonluq nikel su çəni, 1 ədəd işıq təmizləyici (stablizator), 01 (bir) ədəd istilik sistemini tənzimləyən İtalya istehsalı olan Fondetal, qazla işləyən Aparat (Katelni), elektirik və qaz sayğacları, yanğın təhlükəzliyi üçün 100 (yuz) tonluq yeraltı su anbarı, 01 (bir) ədəd mühafizə otağının istifadə qaydaları müəyyən edilməklə ümumi istifadədə oluması və həmin əşyalardan və sahələrdən iddiaçının istifadə etməsinə cavabdeh və digər üçüncü şəxslər tərəfindən maneçilik törədilməsinə qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 169-cu maddəsinin tələbinə əsasən yuxarıda qeyd olun hər üç iddia üzrə işlərin bir icraatda birləşdirilməsini məqsədəmüvafiq hesab etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı nümayəndəsi və vəkili Vəkil4 iddia ərizəsinin mahiyyətinə uyğun izahat verərək, İddiaçı iddiasının təmin edilməsini, Cavabdeh2 iddiasının rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil3 iddia ərizəsinin mahiyyətinə uyğun izahat verərək, İddiaçı iddiasının təmin edilməsini, Cavabdeh2 iddiasının rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil5 iddia ərizəsinin mahiyyətinə uyğun izahat verərək, Cavabdeh4 iddiasının təmin edilməsini, Cavabdeh2 iddiasının rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin mahiyyətinə uyğun izahat verərək iddianın Cavabdeh2 iddiasının təmin edilməsini, İddiaçı, Cavabdeh1 iddiasının rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Lənkəran Rayon Notaritat Ofisinin notariusu X7 izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinə əsasən, iddia tələbləri üzrə ümumi iddia müddəti 10 il, müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti 6 il müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin tarixini nəzərə alsaq, iddia tələbi müddətinin ötməsi ilə əlaqədar rədd edilməlidir. Bundan əlavə iddia ərizəsində göstərilir ki, iddiaçının əri Cavabdeh1 tərəfindən həmin müqavilə bağlanarkən, onun həyat yoldaşı İddiaçı tərəfindən həmin əmlakın hissəsinin satılmasına razılıq verilməmişdir. Bu razılığın olmaması Lənkəran rayon 1 saylı notariat ofisində İddiaçı tərəfindən verilmiş həmin əmlakın 1/2 hissəsindəki satılması barədə ərizədəki texniki səhvlə əlaqələndirilir. Belə ki, həmin ərizədə sözü gedən qeyri-yaşayış binasının ünvanı, guya Küvənil kəndi deyil, Gərmətük qəsəbəsi göstərildiyindən, bu razılıq sözü gedən müqavilədə nəzərdə tutulan alqı-satqı predmeti olan əmlaka aid deyildir. Qeyd etmişdir ki, bu göstərilənlərlə qəti razı deyil və bununla bağlı aşağıdakıları bildirməyi zəruri hesab etmişdir. Alqı-satqı müqviləsi xx.xx.2013cü il tarixdə bağlanmış və notariat ofisində təsdiq edlmişdir. Həmin müqavilədə Lənkəran rayonu, Küvənil kəndində yerləşən, 0,1834 ha torpaq sahəsində olan ümumi sahəsi 2152,1 kv.m olan yaşayış sahəsinin havat yoldaşı İddiaçı tərəfindən verilmiş qeyri-yaşayış binasının satılmasına razılıq ərizəsinin mətnində də ərinə məxsus olan qeyri-yaşayış binasının 1/2 hissəsinin satılması açıq şəkildə ifadə olunmuşdur. İddiaçı qeyri-yaşayış binasının 1/2 hissəsinin satılmasına razılıq faktı, müqavilədəki qeyri-yaşayış binasının 1/2 hissəsinin satılması faktını tamamlayır. Bu razılıq həmin müqavilənin bağlanmasından 2 gün qabaq təsdiq edildiyindən, həmin razılığın digər hər hansı bir əmlakın satışına razlıq kimi tövsif oluna bilməz. Bundan əlavə, mülkiyyətçiyə məxsus hər hansı bir əmlakın 1/2 hissəsinin satılması mövcud deyildir. Əlavə məlumat üçün bildirir ki, 11 yanvar 2013-cü il tarixdə Lənkəran rayon 1 saylı notariat ofisində 2 müqavilə rəsmiləşdirilmişdir. 2-ci müqavilə də elə həmin gün mübahisələndirilən əmlakın digər 1/2 hissəsi mülkiyyətçinin oğlu Cavabdeh4 adına bağışlanması barədə olmuşdur. Həmin razılıq ərizəsi də eyni gündə, yəni, xx.xx.2013-cü il tarixdə İddiaçı tərəfindən verilmiş, həmin əmlakın 1/2 hissəsinin oğlu Cavabdeh4 bağışlanması barədə olmuşdur. Hər iki ərizənin eyni gündə verilməsi, hər iki müqavilənin eyni gündə bağlanması, ərizənin mətnində 1/2 hissənin satılması və 1/2 hissənin bağışlanması barədə düzünə göstərişlərin olması, razııq ərizələrinin mübahisə predmeti olan əmlakla bağlı olmasını sübut edir. Ərizənin mətnində Gərmətük qəsəbəsi sözü texniki səhvdir və həmin Gərmətük qəsəbəsində mülkiyyətçiyə məxsus hər hansı bir əmlak olmamışdır. Bu barədə DƏDRX-nin və «Elektron notariat informasiya sistemində» məlumat aşkar edilməmişdir. Buna aydınlıq gətirmək üçün, xidməti qaydada DƏDRX-nin Lənkəran rayon 10 saylı ərazi idarəsinə sorğu xx.xx.2023-cü il tarixdə 517 saylı məktubla verilmiş və 30 mart 2023-cü il tarixdə 3-21 -3-43/2-807/2023 saylı cavab məktubunda, vətəndaş Cavabdeh1 adında Lənkəran rayonu, Gərmətük qəsəbəsi ərazisində hər hansı bir daşınmaz əmlakın olmadığı bildirilmişdir. Gərmətük qəsəbəsi ilə Küvənil kəndi coğrafi cəhətdən bir-birinə bitişik ərazidir, onları bir-birindən yalnız nəqliyyat vasitələri üçün yol ayırır. 2013-cü ildə, yəni 10 il əvvəl hazırkı mübahisə predmeti olan əmlakın yerləşdiyi yer Gərmətük qəsəbəsi ərazisi kimi tanınırdı. İşgüzar münasibətlərdə həmişə həmin ərazi Gərmətük qəsəbəsi kimi adlandırılmışdır. Çünki, 10 il əvvəl həmin yol boyu ərazilərdə inkişaf nöqteyi nəzərindən Küvənil kəndi hissəsində digər tikililər olmamışdır. Bütün tikililər yolun Gərmətk qəsəbəsi ərazisində olmuşdur. Ərizə verən vətəndaş özü də həmin ərazinin daxili inamına uyğun olaraq Gərmətük qəsəbəsinin ərazisi olduğunu bilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə və notariat haqqında Qanunvericiliyə uyğun olaraq, müqavilə bağlanan zaman, habelə, birtərəfli əqdlər rəsmiləşdirilərkən tərəflərin həqiqi niyyəti müəyyən olunur. İddiaçı həqiqi niyyəti ərinə məxsus olan mübahisə predmeti olan əmlakın satlımasına razılıqla bağlı olmuşdur. Bu dəqiq müəyyən edilmişdir. İddia ərizəsində iddiaçı müqavilənin ucuz qiymətə rəsmiləşdirildiyini və reallığa uyğun olmadığını bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mühüm prinsiplərindən biri müqavilənin azadlığı prinsipidir. Tərəflər qanunvericiliyə zidd olmayan istənilən müqaviləni bağlaya bilərlər. İki tərəfli müqavilələrdə, tərəflər müqavilənin əsas şərtləri barədə birgə razılığa gəlirlər. Bu tərəflərin subyektiv hüququdur. Müqavilədə göstərilən 50.000 manat məbləğ mübahisə predmeti olan əmlakın 1/2 hissəsinə aiddir və 10 il bundan əvvəlki dövrləri müqayisə etsək, kifayət qədər olan böyük bir məbləğdir. Nə Mülki Məcəllədə, nə də notariat haqqında Qanunda tərəflər arasında müqavilə bağlanması zamanı, notarius tərəfindən qiymətlə bağlı hər hansı bir zəruri tədbirlərin görülməsi, qiymətləndirilmə aparılması, arayışların alınması və s. nəzərdə tutlmamışdır. Bu ağlabatan mühakimə, bazar qiyməti və tərəflərin iradəsi əsasında müəyyənləşdirilir. İddiaçı ilə cavabdeh arasındakı münasibətləri, o cümlədən, onların ər-arvad olması onu deməyə əsas verir ki, iddiaçının bu müqavilənin bağlanmasından xəbərinin olmaması fikri, tamamilə əsassızdır. Alqı-satqı müqaviləsinin bağlanması zamanı tərəflərin və həmin əmlakın satılmasına İddiaçınnın razılıq ərizəsindəki həqiqi niyyətləri düzgün müəyyən edilmiş və bu əqdlərin bağlanması zamanı Qanunvericiliyin tələbləri gözlənilmişdir. Lənkəran Rayon Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli, 2(049)-486/2023 saylı qətnaməsi ilə ilk iş üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Lənkəran rayon 1 saylı notariat ofisinə qarşı “müqavilənin və müqavilə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiasının rədd edilməsi; birləşdirilmiş ilk iş üzrə iddiaçı Cavabdeh1 Cavabdeh2, Lənkəran rayon 1 saylı Notariat Ofisi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “müqavilənin və müqavilə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiasının rədd edilməsi; birləşdirilmiş ikinci iş üzrə iddiaçı Cavabdeh2 Cavabdeh4 qarşı "əmlakın naturada bölünərək verilməsi və əşyalardan istifadəyə maneələrin aradan qaldırılması” tələbinə dair iddiasının təmin edilməsi, Cavabdeh2 paylı mülkiyyət hüququna dair ******* saylı, xx.xx.2013-cü il qeydiyyat tarixli X21 rayonun Küvənil kəndində inşa olunmuş 02 (iki) mərtəbəli, ümumi sahəsi 2152.1 kv. metr olan qeyri-yaşayış sahəsinin zirzəmisi, birinci və ikinci mərtəbəsi, damı, 0.1855 ha. torpaq sahəsinin 1/2 hissədə məhkəmə tikinti-texniki Ekspertizası rəyində müəyyən edildiyi kimi bölünməsi, məhkəmə tikinti-texniki ekspertiza rəyinə görə 1037,5 kvm torpaq sahəsinin qalan 2-ci hissəsinin Cavabdeh4 13.200 (on üç min iki yüz) manat kompensasiya verilməklə iddiaçı Cavabdeh2 verilməsi, Cavabdeh2 paylı mülkiyyət hüququna dair ******* saylı, xx.xx.2013-cü il qeydiyyat tarixli X21 rayonun Küvənil kəndində inşa olunmuş 02 (iki) mərtəbəli, ümumi sahəsi 2152.1 kv. metr olan qeyri-yaşayış sahəsinin içərisində olan 36 (otuz altı) ədəd "Samsung" markalı kondisioner, həmçinin 10 (on) ədəd "Sony” markalı televizorun iddiaçı Cavabdeh2 çatan pay hissəsi olaraq 1/2 hissədə naturada ayrılaraq ona verilməsi, 01 (bir) ədəd Ukranya istehsalı olan işıq transfarmatoru, 01 (bir) ədəd artizian su quyusu, 1 ədəd 15 tonluq nikel su çəni, 1 ədəd işıq təmizləyici (stabilizator), 01 (bir) ədəd istilik sistemini tənzimləyən İtalya istehsalı olan Fondetal, qazla işləyən Aparat (Katelni), elektrik və qaz sayğacları, yanğın təhlükəzliyi üçün 100 (yüz) tonluq yeraltı su anbarı, 01 (bir) ədəd mühafizə otağının istifadə qaydaları müəyyən edilməklə ümumi istifadədə olusun və həmin əşyalardan və sahələrdən iddiaçının istifadə etməsinə cavabdeh və digər üçüncü şəxslər tərəfindən maneçilik törədilməsinə qadağa qoyulması, iş üzrə İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun özünə aid edilməsi, iş üzrə Cavabdeh1 tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun özünə aid edilməsi, iş üzrə Cavabdeh2 oğlu tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh4 tutularaq iddiaçı Cavabdeh2 oğluna ödənilməsi, iş üzrə məhkəmə ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat məbləğində pulun Cavabdeh4 tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Birləşdirilmiş ikinci iş üzrə Cavabdeh4 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və Cavabdeh2 ilə xx.xx.2013-cü il tarixli əqdin etibarsız olması nəzərə alınaraq, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, o, iddiaçı Cavabdeh2 əri X10 ilə Rusiyada biznes ortağı olmuşdur. Həmin biznesin yaradıcısı o, olsa da, yenidən biznes qurarkən yaradılmış şirkət Seyranın adı üzərində olmuşdur. Bununla belə şirkətə məxsus və Rusiya Federasiyasında yerləşən bir sıra əmlaklar onun və qohumlarının adına olduğu üçün Seyran Abdullayev həmin əmlaklar və onların biznes ortaqlığını qarantiyə almaq üçün ondan Azərbaycanda ona məxsus daşınmaz əmlakı onun arvadının adına keçirilməsini istəmişdir. Yaranmış biznes münasibətinin qorumaq və mehribanlığa nail olmaq məqsədilə atası Cavabdeh1 ona məxsus əmlakın ½ hissəsini Seyran Abdullayevin yoldaşı Cavabdeh2 adına keçirməsini xahiş etmişdir. Bundan sonra atası ilə Cavabdeh2 arasında alqı-satqı müqaviləsi bağlanılmışdır. Lakin həmin müqavilə formal bağlanılmış, görünüş üçün olmuşdur. Anası İddiaçı belə bir müqavilənin bağlanılmasından xəbəri olmamışdır. O, Küvənli kəndində yerləşən 2152.1 kv.m. sahəsi olan qeyri-yaşayış obyektinin ½ hissəsini ona bağışlanmasına razılıq vermiş, yerdə qalan ½ hissəni isə bacılarının adına keçirməyi planlaşdırmışdır. Məhkəmə prosesi gedişində bu barədə nümayəndəsi tərəfindən məhkəməyə məlumat verilsə də, məhkəmə işinə qərəzli yanaşmış, bu halı araşdırmamışdır. Ələlxüsus qeyd edir ki, tərəfindən bir sıra sübutlar məhkəməyə təqdim edilsə də, qətnamə ilə tanış olarkən hakimin həmin sübutları göstərmədiyinə və onlara qiymət vermədiyinə şahid olmuşdur. Zərrə qədər şübhə etmir ki, hakim məsələyə birtərəfli yanaşmış, işi araşdırmaqda maraqlı olmamış, qanunun tələbini pozmuşdur. Lənkəran Rayon Məhkəməsi onun işinə obyektiv baxmamış, hüquqlarını pozmuşdur. Təqdim etdiyi sübutlara istinad etməmişdir. Qeyd edir ki, atası Cavabdeh1la Cavabdeh2 arasında bağlanılmış müqavilə formaldır, nə Cavabdeh2, nə də onun yoldaşı Seyran Abdullayev heç bir zaman Küvənli kəndində yerləşən obyektə mülkiyyətçi qismində yanaşmamış, oranın idarəçiliyi ilə maraqlanmamış, idarəçilikdə iştirak etməmiş, bu sahədə hər hansı göstəriş verməmişlər. Bu halı eyni zamanda Cavabdeh2 onun adına verdiyi baş etibarnamə də təsdiq edir. Həmin etibarnamədə idarəçiliklə və ümumən obyektlə bağlı bütün hüquqlar onda olmuşdur. Əgər adam həmin yeri doğurdan almış olsaydı, nəyə görə çıxarışın alınmasına kimi bütün hüquqları ona ötürürdü? Müqavilə görünüş üçün bağlanılmışdır, əsl həqiqətdə onlar arasında müqavilə münasibətləri mövcud olmamışdır. Əhəmiyyətsiz əqddir. Konstitusiya Məhkəməsi N.Hacıyevin işi üzrə xx.xx.2020ci tarixli qərarında göstərir ki, məhkəmə ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılmalı, icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməlidir. Lakin hazırkı işdə məhkəmə bu tələbi pozaraq, qanunsuz qətnamə qəbuletmişdir. Buna görə qətnamə ləğv edilməlidir. Abdullyeva Yeganə iddiasında göstərir ki, obyekti onunla birgə vəsait hesabına inşa etmişdir. Bu tamamilə yalandır. Həmin obyekt atası Cavabdeh1 tərəfindən inşa edilmişdir, o, isə bəzi hissələrində yardımçı olmuşdur. Bundan başqa obyektə quraşdırılmış kondisionerlər, ˝lakinU˝ markalı yer tipli qazan, ˝malfocE˝ markalı odluq, ˝oliW˝ markalı nasos, genişlənmə çəni (100lt), TM-250/10-0,4 KV markalı transformator (zavod nömrəsi 315/9) onun şəxsi vəsaiti hesabına alınaraq, həmin obyektə quraşdırılmışdır. Bu əşyaların xərcini o, çəkmişdir, həmin əşyalar şəxsən ona məxsusdur. Bunu təsdiq edən sübutların bir qismini birinci instansiya məhkəməsində versə də, məhkəmə həmin sübutu əsassız olaraq, nəzərə almamışdır. Bir qismini isə hazırda təqdim edir, belə ki, həmin əşyalar illər öncə alınmışdır, onların sənədlərini tapmaq ilk öncə mümkünsüz olsa da, sonradan davamlı axtarışlar nəticəsində həmin əşyaları aldığı şirkətlərin əlaqə vasitələrini taparaq, onlara müraciət etmiş və bir qisim sənədlər məhkəmə bitdikdən sonra əldə edilmişdir. Lakin prosessual məcəllənin tələbinə əsasən həmin sübutları apelyasiya instansiyasında da vermək hüququndan istifadə edərək, təqdim edir və məhkəmən xahiş edir ki, sübutları qəbul edərək, onlara qiymət versin. Birləşdirilmiş ilk iş üzrə iddiaçı Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, ilkin iddia üzrə iddiaçı Cavabdeh2 iddia tələbinin rədd edilməsini, iddiaçı Şərifov Bəhrəm Əkbər oğlunun Cavabdeh2, Lənkəran rayon 1 saylı Notariat Ofisi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi Şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı“müqavilənin və müqavilə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti oğlu Cavabdeh4 apellyasiya şikayətinə uyğun əsaslandırılmışdır. İlk iş üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil4 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, İddiaçı iddia tələbinin təmin edilməsi və Cavabdeh2 iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, işdən görünür ki, məhkəmə işin hər bir halını aydınlaşdırmamış (müqavilənin bağlanmasınadək tərəflərin münasibətləri, müqavilənin etibarlılıq əlamətləri, müqavilənin əhəmiyyətsizliyi ilə bağlı hallar, Y.Abdullayevinin iddia ərizəsində sözügedən qeyri-yaşayış binasını Cavabdeh4la birgə tikməsini iddia etməsi halı, Notariat ofisinin yazılı etirazında qeyri-yaşayış binasında mövcud daşınar əmlakların kimə məxsus olması, bir sıra əmlaklar üzərində ümumi istifadənin müəyyən edilməsinin hüquqi əsaslarının olub-olmaması, bunun mümkünlüyü və s. hallar), iş materiallarında olan bir sıra sübutlara hüquqi qiymət verməmiş (İddiaçı təqdim etdiyi qeyri-yaşayış və torpaq sahəsinin dəyərinə dair kalmƏ˝ Ekspertiza Mərkəzi˝nin xx.xx.2023-cü il tarixli, ƏEM/D 17-1062/23 saylı mütəxəssis rəyi, Cavabdeh4 tərəfindən təqdim edilmiş xx.xx.2010-cu il tarixli ˝amiskA˝ MMC-nin arayışı, Cavabdeh1 təqdim etdiyi Lənkəran rayonu Gərmətük qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsinə dair (univermaq) Cavabdeh1 barəsində Lənkəran rayon Kooperativ Cəmiyyətinin İdarə Heyətinin xx.xx.2002-ci il tarixli iclas protokolu, onun yekunu olaraq, qəbul edilmiş Qərar, İddiaçı xx.xx.2013 tarixli notarial ərizələri, Cavabdeh2 alqı-satqı müqaviləsinin bağlananan tarixə - xx.xx.2013-cü il qeyri-yaşayış sahəsinə dair Cavabdeh4 verdiyi baş etibarnamə və d. mötəbər sübutlar), bununla da iş üzrə obyektiv, tam və hərtərəfli araşdırma aparmamış, Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, çəkişmə prinsipi təsbit olunmasına baxmayaraq, bu riayət etmədən yekun qərar qəbul etmişdir. Halbuki, xüsusən mülkiyyət hüququ ilə bağlı mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayətinədair 2021-ci il 12 aprel tarixli Qərarı). Sadalanan pozuntular məhkəmə qətnaməsinin qanunsuz və əsassız olmasına birbaşa dəlalət edir. Hazırkı işin hallarından görünür ki, məhkəmə İddiaçı müqavilə bağlanan zamanı danışıqlarda iştirak etməməsini, sonuncunun həqiqi iradə ifadəsinin Lənkəran rayonu, Küvənli kəndi ərazisində yerləşən qeyri-yaşayış sahəsinin satılması ilə bağlı olmadığını, əksinə xx.xx.2013-cü il tarixdə İddiaçı notarial ərizə verərkən Lənkəran rayonu, Gərmərük qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsi ilə bağlı olduğunu, bununla da birgə mülkiyyət hesab edilən daşınmaz əmlakın satılmasına razılıq vermədiyini, hüququnun pozulmasını bildiyi anın 2022-ci ilin oktyabr ayında olmasını nəzərə almamış, bununla da müqavilənin etibarlılıq anlayışına düzgün hüquqi qiymət verməmiş, formal mülahizələrdən irəli gələn mövqe sərgiləmiş, maddi hüquq normasını düzgün şərh etməmiş, qərəz nümayiş etdirmiş, KM-nin bu yöndə qəbul etmiş olduğu qərarlarından formalaşdırdığı hüquqi mövqeyi nəzərə almamışdır. İddiaçı Lənkəran rayon, Gərmətük qəsəbəsində yerləşən qeyri-yaşayış binasının satılmasına razılığına dair iradə ifadəsini özündə əks etdirən xx.xx.2013-cü il tarixli, reyestr nömrəsi 7E-01-209 saylı ərizədə texniki xətaya yol verilməsinə dair cavabdeh 1 saylı Lənkəran rayon notariat ofisinin mövqeyinə münasibətdə göstərilməlidir ki, İddiaçı eyni gündə və zamanda, ardıcıl olaraq, iki notarial ərizə vermişdir. Bunlardan birincisi məhz Gərmətük qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsi ilə bağlı olmuş, ikincisi isə Küvənil kəndində yerləşən əmlakın bağışlanılmasına aid olmuşdur. Belə olan halda əgər həqiqətən texniki xəta baş vermiş olsaydı, hər iki ərizədə kütəmrəG˝ qəsəbəsi˝ qeydi qalmış olardı. Lakin göründüyü kimi İddiaçı iradə ifadəsini dəqiq göstərmişdir. İddiaçı həqiqi iradə ifadəsinin məzmununa dəlalət edən digər məsələ notarial ərizələrin özgəninkiləşdirilməsi formasındadır. Belə ki, 7E-01-209 saylı ərizədə özgəninkiləşdirmənin alqı-satqı, 7E-01-210 saylı Ərizədə isə bağışlama yolu ilə aparılması ifadə edilmişdir. Əgər İddiaçı eyni əmlaka dair sərəncam vermək istəsəydi, bunu bir ərizdə də ifadə etmək mümkündü, əlavə olaraq, fərqli özgəninkiləşdirmə formasını – bağışlamanı nəzərdə tutan ərizənin yazılmasına ehtiyac qalmazdı. Digər məsələ inzibati ərazilərin statuslarının da fərqli olmasındadır. Belə ki, inzibati ərazi statusu baxımından Gərmətük ,˝əbəsəq˝ Küvənil isə ˝dnək˝ statusludur. Texniki xəta zamanı həm inzibati ərazilərin fərqli ifadəsi, həm inzibati statusların fərqli (yəni düzgün olaraq, hərəsini özünə aid) formada ifadəsi, həm də özgəninkiləşdirmə formalarının aydın şəkildə (alqı-satqı və bağışlama) ifadəsi mümkünsüzdür. Texniki xəta özlüyündə bir hərf və rəqəmin, bir sözün səhvliyini əks etdirir, bu qədər fikir fərqliyi isə texniki xəta hesab edilə bilməz, əksinə bu hal İddiaçı iradə ifadəsinin həqiqiliyinin göstəricisidir. Beləliklə məhkəmə əqdin etibarsız olmasına düzgün hüquqi qiymət vermədən, hüquqları pozulmuş İddiaçı məhkəmədən ədalətli məhkəmə araşdırması, işin tam, obyektiv və hərtərəfli araşdırması gözləntilərinin əksinə olaraq, bunu etmədən, birtərəfli qaydada qətnamə qəbul etməsi, qanunvericiliyin tələblərinin pozulmasına gətirib çıxarmışdır. İlk iş üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətində Lənkəran Rayon Məhkəməsinin İş № 2(049)-486/2023 saylı, xx.xx.2023-cü il-cü il tarixli qətnaməsinin ləğv edilməsini, ilkin iddia üzrə iddiaçı Cavabdeh2 iddia tələbinin rədd edilməsini, iddiaçı Şərifova Şərayət Paşa qızının cavabdehlər Şərifov Bəhrəm Əkbər oğlu, Cavabdeh2 və Lənkəran rayon 1 saylı notariat ofisinə qarşı“müqavilənin və müqavilə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, İddiaçı həyat yoldaşı Bəhram Şərifovla ümumi mülkiyyətində olan Lənkəran rayonu, Küvənil kəndi ərazisində sahəsi 1855 kv.m olan torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 2255 kv.molan 2 mərtəbəli ticarət mərkəzi və iaşə şəbəkəsinin satılması ilə bağlı heç bir razılığı olmamış və iş materiallrında olan xx.xx.2013-cü il tarixli İddiaçı tərəfindən imzalanmış və notarius tərəfindən təsdiq edilmiş “ərim X13 məxsus olan Lənkəran rayonu Gərmətük qəsəbəsində yerləşən qeyri-yaşayış binasının 1\2 hissəsinin satılmasına razıyam” məzmunlu ərizə Lənkəran rayonu, Küvənil kəndi ərazisində sahəsi 1855 kv.m olan torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 2255 kv.m olan 2 mərtəbəli ticarət mərkəzi və iaşə şəbəkəsinin ½ payının Cavabdeh2 satılması barədə iradəsini ehtiva etmir. Yuxarıda qeyd etdiyi ərizənin məzmunundan da görünür ki, İddiaçı yalnız Lənkəran rayonu Gərmətük qəsəbəsində yerləşən qeyri-yaşayış binasının 1/2 hissəsinin satılması barədə notarial ərizə vermiş və həmin əmlakın mövcudluğu barədə də iş materiallarına sənədlər əlavə edilmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixdə Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Aşağı Nüvədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi arayışdan görünür ki, Şərifova X14 rayonun Küvənilkəndində yaşayır və qediyyatdadır. Lənkəran rayonu Küvənil kəndi Aşağı Nüvədi qəsəbə icra nümayədəliyinin tərkibindədir və həmin kəndin Lənkəran rayonu Gərmətük kəndinə heç bir aidyyəti yoxdur. Bundanbaşqa İş materiallarında olan xx.xx.2002-ci il tarixli Lənkəran rayon kooperativ cəmiyyəti idarə heyətinin iclass protokolundan görünür ki, Lənkəran rayon Gərmətük qəsəbəsində yerləşən univermaq işçisi Cavabdeh1na satılması barədə qərar verilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istərdi ki, İddiaçı xx.xx.2013-cü il tarixdə Lənkəran rayonu Gərmətük qəsəbəsində yerləşən qeyri-yaşayış binasının 1/2 hissəsinin satılmasına razılıq ərizəsiz verərkən birmənalı şəkildə xx.xx.2002-ci il tarixli Lənkəran rayon kooperativ cəmiyyəti idarə heyətinin qərarı ilə Cavabdeh1 satılmış Lənkəran rayon Gərmətük qəsəbəsində yerləşən univermağın ½ hissəsinin satılması barədə iradə ifadəsini bildirsədə məhkəmə həmin faktları nəzərə almamışdır. Məhkəmə qətnamədə qeyd etmişdir ki, “Məhkəmə bu qənaətə gələrkən DƏDRX-nin Lənkəranrayon 10 saylı ərazi idarəsininin 30 mart 2023-cü il tarixdə 3-21-3- 43/2-807/2023 saylı məktubunda qeyd edilmiş vətəndaş Cavabdeh1 adında Lənkəran rayonu, Gərmətük qəsəbəsi ərazisində hər hansı bir daşınmaz əmlakın olmamasına dair rəyini də əsas götürmüşdür.” Məhkəmənin nəzərinə çatdırmaq istərdi ki, Azərbaycan Respublikası 139- 1.1.5-ci maddəsinin tələblərinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyriyaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri və 139-1.1.8-ci maddəsinin “Daşınmaz əmlakın dövlətreyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldəedilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. xx.xx.2002-ci il tarixli Lənkəran rayon kooperativ cəmiyyəti idarə heyətinin qərarı ilə Cavabdeh1 satılmış Lənkəran rayon Gərmətük qəsəbəsində yerləşən univermağın sənədləri MM-nin 139-1.8-ci maddəsinə əsasən dövlət qeydiyyatı üçün əsas hesab edildiyindən daşınmaz əmlakın dövlət reyetserində onun qeydiyyata alınıb-alınmamasının Cavabdeh1 Lənkəran rayonu, Gərmətük qəsəbəsi ərazisində hər hansı bir daşınmaz əmlakın olmaması barədə məhkəmənin səhv qənətə gəlməsi üçün əsas ola bilməzdi. İddiaçı həyat yoldaşı Bəhram Şərifovla ümumi mülkiyyətində olan Lənkəran rayonu, Küvənil kəndi ərazisində sahəsi 1855 kv.molan torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 2255 kv.molan 2 mərtəbəli ticarət mərkəzi və iaşə şəbəkəsinin satılması ilə bağlı heç bir razılığı olmamış və iş materiallarında olan xx.xx.2013-cü il tarixli İddiaçı tərəfindən imzalanmış və notarius tərəfindən təsdiq edilmiş “əri X13 məxsus olan Lənkəran rayonu Gərmətük qəsəbəsində yerləşən qeyri-yaşayış binasının 1/2 hissəsinin satılmasına razıyam” məzmunlu ərizə Lənkəran rayonu, Küvənil kəndi ərazisində sahəsi 1855 kv.m olan torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 2255 kv.molan 2 mərtəbəli ticarət mərkəzi və iaşə şəbəkəsinin ½ payının Cavabdeh2 satılması barədə iradəsini ehtiva etməmiş, yəni müqavilənin bağlanmasının əqdin subyekt tərkibinə dair şərtlər və əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər pozulmuşdur. İddiaçı notarial olaraq təsdiq etdiyi ərizədə Lənkəran rayon Gərmətük qəsəbəsində olan əmlakın satılmasına razılıq vermiş lakin məhkəmə həmin ərizəni Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı səhv təfsir etmişdir. Konstitusiya Məhkəməsinin də qeyd olunmuş hüquqi mövqeyindən göründüyü kimi, formal tələblərə uyğun bağlanması faktı öz-özlüyündə mülki hüquq subyektlərinin iradə sərbəstliyinin ifadəsi kimi qiymətləndirilə bilmədiyi, kimi mübahisə predmeti olan müqavilədə İddiaçı iradə ifadəsi kimi qiymətlənirilə bilməzdi. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən ilk iş üzrə İddiaçı nümayəndə və vəkilləri Vəkil3 və Vəkil4 vermiş olduqları apellyasiya şikayətlərinin dəlillərinə uyğun izahat verərək, vermiş olduqları apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etmişlər. Nümayəndə və Vəkil4 kollegiyanın iclasında əlavə olaraq göstərmişdir ki, mübahisəli ticarət obyektini Şərayətlə Bəhrəm tikdirmiş və həmin əmlak onların birgə mülkiyyətləri hesab edilib. Həmin obyektin idarəetməsi həmişə Qəşəm tərəfindən həyata keçirilib və oradan gələn gəlirlərin hamısı Qəşəmə çatıb. Alqı-satqı baş tutduqdan sonra da həm idarəetmə həm də gələn gəlirlər yalnız Qəşəmə çatmışdır. Yeganin əri Seyranla Qəşəm yaxın döst olublar. Onların RF-da şərikli biznesi olubdur. Qəşəmlə Seyran öz aralarında olan biznes işlərini sığortalamaq üçün mübahisəli ticarət obyektini ½ hissəsini xx.xx.2013-cü il tarixdə Seyranın arvadı Yeganənin adına formal olaraq alqı-satqı etdirmişlər. Eyni gündə həmin əmlakın ½ hissəsi Qəşəmə bağışlanmış, ½ hissəsi isə Yeganəyə satılmışdır. Lakin bu alqı-satqı müqaviləsinin reallaşmasından Şərayətin xəbəri olmamışdır. Yəni Şərayət həmin ticarət mərkəzinin deyil, onlara məxsus olan Gərmətük qəsəbəsində olan Univermaq mağazasının satılmasına razılıq vermişdir. Ümumiyyətlə Şərayətin niyyəti obyektin ½ hissəsini Qəşəmə, digər ½ hissəsini isə qızlarına bağışlamaq olmuşdur. Gərmətük qəsəbəsində Bəhrəmə aid hər hansı qeyri-yaşayış sahəsinin olması barədə onlarda hər hansı sübutları yoxdur. Qəşəmlə Seyranın münasibətləri 2022-ci ildə pozulmuş və bundan sonra da onun arvadı onlara qarşı hazırkı iddianı qaldırmışdır. Mübahisəli Küvənil kəndində olan obyektin satılması ilə bağlı heç bir yerdə elan verilməmiş, Yeganə ilə alqı-satqı formal olaraq bağlanmışdır. Nümayəndə və Vəkil3 əlavə olaraq göstərmişdir ki, Notarius bəhsi keçən alqı-satqı müqaviləsini həyata keçirə bilməzdi. Çünki Şərayətin niyyəti Gərmətük qəsəbəsindəki obyektin satılmasına yönəlmişdir. Şərayət tərəfindən əmlakın satılmasına dair verilmiş ərizə Küvənil kəndindəki obyektin satılmasını ehtiva etmir. Gərmətük qəsəbəsində Bəhrəm və ya Şərayətə məxsus olan obyektin mövcudluğu barədə onda hər hansı məlumat mövcud deyildir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən ilk iş üzrə İddiaçı göstərmişdir ki, orta-ixtisas təhsilli olmaqla ibtidai sinif müəlliməsidir. hazırda 71 yaşı var. Qeyd edilən mübahisəli alqı-satqı müqaviləsi bağlanan zaman onun 60 yaşı olmuşdur. Bildirmişdir ki, mübahisəli obyekti əri Bəhrəmlə o tikdirmişdir. O obyekti gələcəkdə oğlu Qəşəmə və qızlarına bağışlamaq istəmişdir. Qeyd etmişdir ki, Qəşəmlə Seyran yaxın dost olmuşlar. Onların RF-da şərikli biznesləri vardır. Yeganə də Seyranın arvadıdır. Mübahisəli obyektin ½ hissəsini Qəşəmə bağışlamış və bundan xəbəri olmuşdur. Lakin obyektin digər ½ hissəsinin Yeganəyə satılmasından xəbəri olmamışdır. Evə məhkəmədən bildiriş gəldikdən sonra Bəhrəmin obyektin ½ hissəsinin Yeganəyə satılmasından xəbəri olmuşdur. O, ərizə vermək üçün notariusa getməmişdir. Notarius özü evə gəlmişdir. Ərizələr də hazır olaraq yazılıb gətirilmişdir. Evdə ərizələri oxuyub imzalamışdır. Lakin nəyə imza etməsini bilməmişdir. Evdə ərizələri imzalayan zaman Bəhrəmlə Qəşəm onun yanında olmamışdır. Həmin vaxt ərizələrə qol çəkməyinə heç kəs onu məcbur etməmişdir. Göstərmişdir ki, hal-hazırda Küvənil kəndində və Gərmətük qəsəbəsində başqa qeyri-yaşayış (obyektlər) sahələri yoxdur. Bildirmişdir ki, Gərmətük qəsəbəsində bir unvermaq (mağaza) binaları olub ki, onu da hazırkı mübahisəli obyekti satmamışdan əvvəl satmışlar. Hazırkı mübahisəli obyekti satan zaman Gərmətük qəsəbəsində heç bir mağazaları olmamışdır. Seyranla Qəşəmin münasibətləri həmişə yaxşı olmuşdur. İndi münasibətləri yoxdur. Onların münasibətləri yaxşı olsa idi burada-məhkəmədə olmazdı. Niyə pozulmasından da məlumatı yoxdur. Əvvəlki iclasda iştirak Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh4, birləşdirilmiş ilk iş üzrə iddiaçı Cavabdeh1, ilk iş üzrə İddiaçı nümayəndəsi və vəkilləri Vəkil3 və Vəkil4 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə etiraz etmiş, onların iddialarının və şikayətlərinin əsassız hesab edərək onların təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Digər tərəflər sonuncu apellyasiya baxışı iclasında iştirak etməmiş, Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iştirak etməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ə) Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda verilən apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edildiyindən, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin hər bir apellyasiya şikayəti verən tərəflərin şikayətinə əsasən, tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 6.1.7-ci maddəsinin tələbinə görə mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. MM-nin 152-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın .Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 157.4-cü maddəsində göstərilir ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 213.1. maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2. maddəsinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3. maddəsinə görə əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 213.5. maddəsinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümum əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Avropa İnsan Hüquqları Məhkəməsi Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004cü il tarixli və Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı,nda göstərmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1 -ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1 -ci maddəsinə xas olan "ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında "ədalətli balans” gözlənilməlidir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Məcəllənin 337-ci maddəsində göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edililir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Eləcədə MM-də müqavilənin etibarsızlığı üçün konkret hallar kimi Hakimiyyətdən suiistifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı, Qeyri-ciddi əqdin etibarsızlığı, Fəaliyyət qabiliyyəti olmayan fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin etibarsızlığı və digər hallar göstərilmişdir ki, hazırda irəli sürülün iki iddia tələbi üzrə də yəni, nə iddiaçı kimi Cavabdeh1, nə də İddiaçı iddialarında etibarızlığın əsası kimi qanunda göstərilmiş heç bir hal qoyulmamışdır. Hər iki iddia üzrə iddia tələbindən aydın olan hal mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin 1/2 hissədə Cavabdeh2 məxsus olması və sonuncu tərəfindən işlədilməsi və aralarında yaranmış narazılığın ifadəsi kimi Cavabdeh2 tərəfindən məhkəməyə müraciət edildikdən sonra hər iki şəxs (ər və arvad) tərəfindən əks addım kimi müqavilənin etibarsızlığı ilə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O, da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli “X.Mirzəliyevin şikayəti üzrə” qərarında göstərilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla, dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Bundan əlavə, nəzərə alınmalıdır ki, MM-in 404.1 və 404.2-ci maddəsinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası məruzəni dinləyib, iş materiallarını apellyasiya şikayətlərinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri təmin olunmamalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Bununla belə tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından tərəflərin apellyasiya şikayətlərində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş ci il tarixli ********** nömrəli daşınmaz əmlakın çıxarışından görünür ki, Lənkəran rayonu Küvənil kəndində yerləşən ticarət mərkəzi Cavabdeh4 və Cavabdeh2 mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş cü il tarixli AN-l ******* saylı alqı satqı-müqaviləsindən görünür ki, iddiaçı Cavabdeh1 Cavabdeh2 xx.xx.2013-cü il tarixdə 22-34-026 nömrəli arayışa əsasən özünə məxsus olan Lənkəran rayonu Küvənil kəndində 0,1834 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2152,1 kv,1 olan qeyri- yaşayış binasının 1/2 hissəsinin alıcının mülkiyyətinə vermişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş cü il tarixdə Cavabdeh2 50.000 manat pulu Cavabdeh1 verilməsi üçün Bank Respublika ASCnin Lənkəran filialına **********17665002 nomrəli depazit hesabına qəbul olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş cü il tarixdə İddiaçı Cavabdeh1 məxsus olan Lənəra rayon Gərmətük qəsəbəsində yerləşən qeyri yaşayış binasının 1/2 hissəsinin satılmasını razılıq vermişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 28.11.2022- ci il tarixdə Lənkəran rayon 1 saylı Notariat ofisinin məktubundan görünür ki, İddiaçı cavab olaraq Cavabdeh1 Lənkəran rayonu Küvənil kəndində yerləşən yaşayış binası xx.xx.2013-cü il tarixli 7E-01209 nömrəli razılıq ərizəsinə əsasənm xx.xx.2013-cü il tarixdə alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış Nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 ilə X8 arasında nikah xx.xx.1974-cü il tarixdə Lənkəran rayonu Aşağı Nüvədi kənd sovetində 27 sayla rəsmiləşdirilmişdir. Nikahdan sonra ərə Şərifov, arvada Şərifova soyadı verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiqolunmuş xx.xx.202 İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiqolunmuş xx.xx.201 İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiqolunmuş 26..10.20 İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 495055 nömrəli şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh4 doğulmuş anası İddiaçı, atası Cavabdeh1dur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Lənkəran rayonu Küvənil kəndində yerləşən ticarət mərkəz xx.xx.2013-cü il tarixli ********** nömrəli 1/2 hissəsi Cavabdeh4 ********** nömrəli 1/2 hissəs Cavabdeh2 İmamaəli qızının mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiqolunmuş xx.xx.200 İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 29.07.2013- ci il tarixli ********** nömrəli daşınmaz əmlakın reyestr çıxarışından görünür ki, Lənkəran rayonu Küvənil kəndində yerləşən xüsusi mülkiyyət X9 mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 10.07.2013- ci il tarixli ********** nömrəli daşınmaz əmlakın reyest çıxarışından görünür ki, Lənkəran rayonu Küvənil kəndində yerləşən xüsusi mülkiyyət Cavabdeh1 mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 10.07.2013- ci il tarixli ********** nömrəli daşınmaz əmlakın reyest çıxarışından görünür ki, Lənkəran rayonu Küvənil kəndində yerləşən xüsusi mülkiyyət Cavabdeh1 mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 10.07.2013- ci il tarixli ********** nömrəli daşınmaz əmlakın reyest çıxarışından görünür ki, Lənkəran rayonu Küvənil kəndində yerləşən xüsusi mülkiyyət Cavabdeh1 mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 28.09.2013- ci il tarixli ********** nömrəli daşınmaz əmlakın reyest çıxarışından görünür ki, Lənkəran rayonu Küvənil kəndində yerləşən xüsusi mülkiyyət Cavabdeh1 mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 18.06.2013- ci il tarixli ********** nömrəli daşınmaz əmlakın reyest çıxarışından görünür ki, Lənkəran rayonu Küvənil kəndində yerləşən xüsusi mülkiyyət Cavabdeh1 mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 03.06.2013- ci il tarixli ********** nömrəli daşınmaz əmlakın reyest çıxarışından görünür ki, Lənkəran rayonu Küvənil kəndində yerləşən xüsusi mülkiyyət Cavabdeh1 mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 18.06.2013- ci il tarixli ********** nömrəli daşınmaz əmlakın reyest çıxarışından görünür ki, Lənkəran rayonu Küvənil kəndində yerləşən xüsusi mülkiyyət Cavabdeh1 mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 23.07.2013- cü il tarixli ********** nömrəli daşınmaz əmlakın reyest çıxarışından görünür ki, Lənkəran rayonu Küvənil kəndində yerləşən xüsusi mülkiyyət Cavabdeh1 mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 17.03.2011 -ci il tarixli ********** nömrəli daşınmaz əmlakın reyest çıxarışından görünür ki, Lənkəran rayonu Küvənil kəndində yerləşən xüsusi mülkiyyət Cavabdeh1 mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2013- cü il tarixli ********** nömrəli daşınmaz əmlakın reyest çıxarışından görünür ki, Lənkəran rayonu Küvənil kəndində yerləşən xüsusi mülkiyyət olan torpaq və fəridi yaşayış evi Cavabdeh1 X11 mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2013- cü il tarixli ********** nömrəli daşınmaz əmlakın reyest çıxarışından görünür ki, Lənkəran rayonu Küvənil kəndində yerləşən xüsusi mülkiyyət Cavabdeh1 mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2011 -ci il tarixli ********** nömrəli daşınmaz əmlakın reyest çıxarışından görünür ki, Lənkəran rayonu Aşağı Nüvədi qəsəbəsində yerləşən xüsusi mülkiyyət Cavabdeh1 mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2012-ci il tarixli ********** nömrəli daşınmaz əmlakın reyest çıxarışından görünür ki, Lənkəran rayonu Aşağı Nüvədi qəsəbəsində yerləşən xüsusi mülkiyyət Cavabdeh1 mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2012- ci il tarixli ********** nömrəli daşınmaz əmlakın reyest çıxarışından görünür ki, Lənkəran rayonu Aşağı Nüvədi qəsəbəsində yerləşən xüsusi mülkiyyət Cavabdeh1 mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2013-cü il tarixli ********** nömrəli daşınmaz əmlakın reyest çıxarışından görünür ki, Lənkəran rayonu Aşağı Nüvədi qəsəbəsində yerləşən xüsusi mülkiyyət Cavabdeh1 mülkiyyətindədir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Məhkəmə Eksperitza Mərkəzinin 02 oktyabr 2023-cü il tarixli, 10/5182 nömrəli rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli, **********26-06301 reyestr nömrəli Texniki Pasportun məlumatlarına və baxış zamanı əldə olunmuş məlumatlara əsasən, Lənkəran Küvənil kəndində inşa olunmuş 2 mərtəbəli, ümumi sahəsi 2152,1 kv.m olan qeyri-yaşayış binasının daxilində və xaricində yerləşən pilləkənlərin, qapıların pəncərələrin, sanitar qovşağlarının və.s bir-birinə simmetrik şəkildə inşa edilməsini, nəzərə alaraq həmin qeyri yaşayış binasının zirzəmisi mərtəbəsi, birinci və ikinci mərtəbələrinin təsərrüfat təyinatı pozulmadan naturada təcrid şəkildə 1/2 hissəyə ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Qeyd olunur ki, ******* saylı, xx.xx.2013-cü il tarixli X21 Küvənil kəndində inşa olunmuş 2 mərtəbəli, ümumi sahəsi 2152.1 kv.m olan qeyri- yaşayış binasının yerləşdiyi 0,1855 ha torpaq sahəsinin iki tərəfdən yol ilə qonşuluq təşkil etməsini, konfiqurasiyasını və digər texniki göstəricilərini nəzərə alaraq həmin torpaq sahəsinin iki hissəyə bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilir. Lakin torpaq sahəsinin üzrərində yerləşən qeyri-yaşayış sahəsinin planlı yerləşməsini nəzərə alaraq, həmin qeyriyaşayış sahəsi paylara uyğun olaraq bərabər şəkildə iki hissəyə bölündükdə, qeyriyaşayış binasının yerləşdiyi torpaq sahəsi (bölünmüş vəziyyətdə) 1-ci hissədə 817,5 kv.m, 2-ci hissədə 1037,5 kv.m təşkil edir. 0120275 saylı, xx.xx.2013-cü il tarixli X21 Küvənil kəndində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 2152,1 kv.m olan qeyri-yaşayış binasının zirzəmisi mərtəbəsi, birinci və ikinci mərtəbələrinin təsərrüfat təyinatı pozulmadan naturada təcrid şəkildə 1/2 hissəyə ayrılması üçün zirzəmisi mərtəbəsi, birinci və ikinci mərtəbələrinin hər birində müvafiq olaraq sağ və sol tərəflərdən 19,8 metr məsafədən sonra ortadan sərhəd divarı inşa edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətlərinə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır. Kollegiya apellyasiya şikayətlərinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması ilə bağlı mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. Belə ki, müəyyən edilir ki, Bəhrəmlə Şərayətin birgə nikahları dövründə Lənkəran Küvənil kəndində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 2152,1 kv.m olan qeyri-yaşayış binası olmuşdur. Həmin obyektin ½ hissəsi xx.xx.2013-cü il tarixdə onların övladı Qəşəmə bağışlanmış, digər ½ hissəsi isə eyni tarixli alqı-satqı müqaviləsi ilə Cavabdeh2 satılmışdır. Hazırda Cavabdeh2 Qəşəmin həmin obyektən onun istifadəsinə manelər yaratdığından həmin obyektin naturada bölünməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Həmin qətnamədən Qəşəm, Bəhrəm və Şərayət apellyasiya şikayəti vermişlər. X23 valideyinləridirlər. Həm Bəhrəm həm də Şərayət Yeganəyə qarşı ayrı-ayrılıqda iddia tələbi ilə çıxış etmişlər. Apellyasiya şikayətlərinin əsas dəlili ondan ibarətdir ki, Şərayət qeyd edilən alqı-satqı müqaviləsinin bağlanmasından xəbərsiz olmuş və o Yeganəyə Küvənil kəndindəki obyektin deyil, Gərmətük qəsəbəsindəki obyektin satılmasına razılıq vermişdir. Qeyd edilir ki, Cavabdeh1 tərəfindən həmin müqavilə bağlanarkən, onun həyat yoldaşı İddiaçı tərəfindən həmin əmlakın hissəsinin satılmasına razılıq verilməmişdir. Bu razılığın olmaması Lənkəran rayon 1 saylı notariat ofisində İddiaçı tərəfindən verilmiş həmin əmlakın ½ hissəsinin satılması barədə ərizədəki texniki səhvlə əlaqələndirilir. Belə ki, həmin ərizədə sözü gedən qeyri-yaşayış binasının ünvanı, guya Küvənil kəndi deyil, Gərmətük qəsəbəsi göstərildiyindən, bu razılıq sözü gedən müqavilədə nəzərdə tutulan alqı-satqı predmeti olan əmlaka aid deyildir. Kollegiya bununla bağlı bildirir ki, Alqı-satqı müqviləsi xx.xx.2013-cü il tarixdə bağlanmış və notariat ofisində təsdiq edlmişdir. Həmin müqavilədə Lənkəran rayonu, Küvənil kəndində yerləşən, 0,1834 ha torpaq sahəsində olan ümumi sahəsi 2152,1 kv.m olan yaşayış sahəsinin həyat yoldaşı İddiaçı tərəfindən verilmiş qeyri-yaşayış binasının satılmasına razılıq ərizəsinin mətnində də ərinə məxsus olan qeyri-yaşayış binasının ½ hissəsinin satılması açıq şəkildə ifadə olunmuşdur. İddiaçı qeyri-yaşayış binasının ½ hissəsinin satılmasına razılıq faktı, müqavilədəki qeyri-yaşayış binasının 1/2 hissəsinin satılması faktını tamamlayır. Bundan başqa Şərayət tərəfindən verilən bu razılıq həmin müqavilənin bağlanmasından 2 gün qabaq təsdiq edildiyindən, həmin razılığın digər hər hansı bir əmlakın satışına razlıq kimi qiymətləndirilə bilinməz. Bundan əlavə, 11 yanvar 2013-cü il tarixdə Bəhrəmə məxsus hər hansı bir əmlakın ½ hissəsinin satılmasına dair notariusda hər hansı notariat hərəkətləri aparılmamışdır. Belə ki, 11 yanvar 2013-cü il tarixdə Lənkəran rayon 1 saylı notariat ofisində 2 müqavilə rəsmiləşdirilmişdir. Biri Yeganə ilə bağlanan alqı-satqı müqaviləsidir. İkinci müqavilə də elə həmin gün mübahisələndirilən əmlakın digər ½ hissəsi mülkiyyətçinin oğlu Cavabdeh4 adına bağışlanması barədə olmuşdur. Həmin razılıq ərizəsi də eyni gündə, yəni, xx.xx.2013-cü il tarixdə İddiaçı tərəfindən verilmiş, həmin əmlakın ½ hissəsinin oğlu Cavabdeh4 bağışlanması barədə olmuşdur. Hər iki ərizənin eyni gündə verilməsi, hər iki müqavilənin eyni gündə bağlanması, ərizənin mətnində ½ hissənin satılması və ½ hissənin bağışlanması barədə düzünə göstərişlərin olması, razııq ərizələrinin mübahisə predmeti olan əmlakla bağlı olmasını sübut edir. Şərayət tərəfindən verilən ərizənin mətnində Gərmətük qəsəbəsi sözü texniki səhvdir və həmin Gərmətük qəsəbəsində mülkiyyətçiyə məxsus hər hansı bir əmlak olmamışdır. Bu barədə DƏDRX-nin və «Elektron notariat informasiya sistemində» məlumat aşkar edilməmişdir. Bununla bağlı notarius tərəfindən DƏDRX-nin Lənkəran rayon 10 saylı ərazi idarəsinə sorğu verilmiş və 30 mart 2023-cü il tarixdə 3-21-3-43/2-807/2023 saylı cavab məktubunda, vətəndaş Cavabdeh1 adında Lənkəran rayonu, Gərmətük qəsəbəsi ərazisində hər hansı bir daşınmaz əmlakın olmadığı bildirilmişdir. Həmçinin Şərayət kollegiyanın iclası zamanı özü də bir daha bildirmişdir ki, halhazırda Küvənil kəndində və Gərmətük qəsəbəsində başqa qeyri-yaşayış (obyektlər) sahələri yoxdur. Bildirmişdir ki, Gərmətük qəsəbəsində bir unvermaq (mağaza) binaları olub ki, onu da hazırkı mübahisəli obyekti satmamışdan əvvəl satmışlar. Hazırkı mübahisəli obyekti satan zaman Gərmətük qəsəbəsində heç bir mağazaları olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə və notariat haqqında Qanunvericiliyə uyğun olaraq, müqavilə bağlanan zaman, habelə, birtərəfli əqdlər rəsmiləşdirilərkən tərəflərin həqiqi niyyəti müəyyən olunur. İddiaçı həqiqi niyyəti ərinə məxsus olan mübahisə predmeti olan əmlakın satlımasına razılıqla bağlı olmuşdur. Bu dəqiq müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O, da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli “X.Mirzəliyevin şikayəti üzrə” qərarında göstərilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla, dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Bundan əlavə, nəzərə alınmalıdır ki, MM-in 404.1 və 404.2-ci maddəsinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Bəhrəm şikayətində müqavilənin ucuz qiymətə rəsmiləşdirildiyini və reallığa uyğun olmadığını bildirir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin mühüm prinsiplərindən biri müqavilənin azadlığı prinsipidir.Tərəflər qanunvericiliyə zidd olmayan istənilən müqaviləni bağlaya bilərlər. İki tərəfli müqavilələrdə, tərəflər müqavilənin əsas şərtləri barədə birgə razılığa gəlirlər. Bu tərəflərin subyektiv hüququdur. Müqavilədə göstərilən 50.000 manat məbləğ mübahisə predmeti olan əmlakın ½ hissəsinə aiddir və 11 il bundan əvvəlki dövrləri müqayisə etsək, kifayət qədər olan böyük bir məbləğdir. Nə Mülki Məcəllədə, nə də notariat haqqında Qanunda tərəflər arasında müqavilə bağlanması zamanı, notarius tərəfindən qiymətlə bağlı hər hansı bir zəruri tədbirlərin görülməsi, qiymətləndirilmə aparılması, arayışların alınması və s. nəzərdə tutlmamışdır. Müqavilə azadlığı ağlabatan mühakimə, bazar qiyməti və tərəflərin iradəsi əsasında müəyyənləşdirilir. İddiaçı ilə cavabdeh arasındakı münasibətləri, o cümlədən, onların ərarvad olması onu deməyə əsas verir ki, iddiaçının bu müqavilənin bağlanmasından xəbərinin olmaması fikri, tamamilə əsassızdır. Alqı-satqı müqaviləsinin bağlanması zamanı tərəflərin və həmin əmlakın satılmasına İddiaçınnın razılıq ərizəsindəki həqiqi niyyətləri düzgün müəyyən edilmiş və bu əqdlərin bağlanması zamanı Qanunvericiliyin tələbləri gözlənilmişdir. Kollegiyanın iclası zamanı Şərayət bildirmişdir ki, mübahisəli obyektin ½ hissəsini Qəşəmə bağışlamış və bundan xəbəri olmuşdur. Lakin obyektin digər ½ hissəsinin Yeganəyə satılmasından xəbəri olmamışdır. Evə məhkəmədən bildiriş gəldikdən sonra Bəhrəmin obyektin ½ hissəsinin Yeganəyə satılmasından xəbəri olmuşdur. O, ərizə vermək üçün notariusa getməmişdir. Notarius özü evə gəlmişdir. Ərizələr də hazır olaraq yazılıb gətirilmişdir. Evdə ərizələri oxuyub imzalamışdır. Lakin nəyə imza etməsini bilməmişdir. Evdə ərizələri imzalayan zaman Bəhrəmlə Qəşəm onun yanında olmamışdır. Həmin vaxt ərizələrə qol çəkməyinə heç kəs onu məcbur etməmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə diqqətə çatdırmağı zəruri hesab edir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 mart 2023-cü il tarixli Plenum qərarına görə səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənlərə əsasən hesab etmişdir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kollegiya hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri işin müəyyən olunan halları və sadalanan qanunvericilik aktı normaları baxımından əsassızdır, faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh edilənlərə əsasən birləşdirilmiş ikinci iş üzrə Cavabdeh4 apellyasiya şikayəti təmin edilməməli, birləşdirilmiş ilk iş üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti təmin edilməməli, ilk iş üzrə İddiaçı nümayəndə və vəkilləri Vəkil3 və Vəkil4 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Lənkəran Rayon Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli, 2(049)-486/2023 saylı qətnaməsi apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Birləşdirilmiş ikinci iş üzrə Cavabdeh4 apellyasiya şikayəti təmin edilməsin. Birləşdirilmiş ilk iş üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. İlk iş üzrə İddiaçı nümayəndə və vəkilləri Vəkil3 və Vəkil4 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli, 2(049)-486/2023 saylı qətnaməsi apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar