Məhkəmə qərarları › İş №2(106)-705/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-705/2023

22.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-705/2023 22.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və Mayılov Samir İlham oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Məmmədov Samir Valeh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ümumi birgə mülkiyyətin bölünməsi və payın ayrılıb verilməsi tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli 2(050)-3141/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Masallı Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli 2(050)-3141/2022 saylı qətnaməsi ilə (hakim Ceyhun Quliyev) iddia qismən təmin edilərək 14 yanvar 2022-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqısı müqaviləsinin dəyərinin yarısı - 6000 manat, vəkilə etdiyi kömək üçün ödənilmiş 100 manat və dövlət rüsumu qismində ödənilmiş 80,8 manat (xidmət haqqı ilə birlikdə) məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh1 Masallı Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli 2(050)- 3141/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(050)-3141/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə birgə nikah dövründə əldə edilmiş “Nissan-Altima” ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilin yarı dəyərinin müəyyən edilərək ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mübahisəli avtomobil birgə nikah dövründə alınmış və ər-arvadın ümumi birgə mülkiyyətidir. Ər-arvad arasındakı münasibətə görə 2021-ci ilin təxminən oktyabr-noyabr ayından ayrı yaşamışlar. 2022-ci ilin fevral ayında evə qayıtmışdır. Evə qayıtdıqdan sonra Azər evi tərk etmişdir. Avtomobilin alqı-satqısından əldən edilmiş 12000 manat məbləğdə pulun yarısı 6000 manat məbləğ ona verilməlidir. Avtomobilin satışından əldə edilmiş pul birgə nikah dövründə alınmış Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 31-ci məhəllə 3 nömrəli binanın 3-cü girişində yerləşən 235 saylı mənzilə görə ödənilməmişdir. Cavabdehdən dəfələrlə evin borcu var ya yox soruşduqda o, bildirmişdir ki, evin heç bir borcu yoxdur. Avtomobil satılarkən evin ödənişinə görə borc olmamışdır. Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 31-ci məhəllə 3 nömrəli binanın 3-cü girişində yerləşən 235 saylı mənzilin borcundan şəxsən 2 dəfə onun tərəfindən ödəniş olmuşdur. Payın pul şəkilində müəyyən edilib ona verilməsini tələb etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh1 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı nikah dövründə əldə edilən avtomobilin satışından ələ edilmiş pulun onun payına düşən hissənin yarısını ondan tələb edə bilərdi ki, həmin pul vəsaiti onda olmuş olsun. Lakin işdən görünür ki, qeyd olunan avtomobilin satışından əldə edilə pul vəsaiti nikah dövründə aldıqları mənzilin dəyərinin ödənilməsinə sərf edilmiş, mənzildə isə hər birinin ½ payı məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi onun avtomobilin alqı-satqısından əldə etdiyi pulu bütünlüklə nikah dövründə əldə etdikləri mənzilin dəyərinə görə ödəməyi təsdiq edən sübut təqdim edə bilməməyi göstərmişdir. Halbuki, hər ikisi mənzilin dəyərinə görə ödəniş edilməsini bildirdikləri şəxs məhkəmə iclasında verdiyi ifadəsində bu xüsasatı təsdiq etmişdir. Birinci instansiya məhkəməsi yalnız nikah dövründə alınmış mənzillə bağlı borcun olmaması barədə MTK-nın verdiyi arayışa istinad edərək evin borcunun 2021-ci ildə bağlanması və avtomobilin pulunun evin dəyərinə sərf edilməməsi qənətinə gəlmişdir. Lakin həm iddiaçının, həm də onun izahatından aydın olmuşdur ki, əslində onlar mənzili MTK-dan deyil, Şahid1 alıblar. Həmin şəxs də izahatında sözügedən mənzilin də yerləşdiyi binanın bloku MTK ilə şərikli fəaliyyətinə görə ona aid olmuş və alqı-satqı faktiki o, həyata keçirib, yalnız sənədləşməni onun razılığı ilə MTK həyata keçirmişdir. Qeyd olunan mənzilin də dəyəri ona ödənilmişdir. İddiaçı ona cəmi 1500 manat pul vermiş, qalan pulu isə o ödəmişdir. Həmin xüsusatları iddiaçının özü də təsdiq etmişdir. Şahid1 həmçinin bildirmişdir ki, mənzilin təmirinin də onun tərəfindən həyata keçirilməsinə razılaşıblar və buna görə də, hazırda da ona borcları vardır. Həmçinin 2022-ci ildə həmin mənzillə bağlı ona 11200 manat məbləğdə pul vəsaiti ödəmiş, təmirə görə isə borcu qalmışdır. Bu xüsusat isə bir daha avtomobilin satışından əldə olunan pulla mənzilin dəyərini ödəməyinin təsdiq olunmasını göstərməsinə baxmayaraq, birinci instansiya məhkəməsi həmin xüsusatları nəzərə almamışdır. Həmçinin məhkəmə birgə nikah dövründə əldə etdikləri mənzilin dəyərinin necə ödənilməsini araşdırmamışdır. Halbuki, onun iddia tələbinə qarşı etirazının əsasını nikah dövründə aldıqları mənzlin dəyərinin məhz avtomobilin pulu ilə ödənilməsi, yəni nikah dövründə alınmış avtomobilin nikah dövründə satılaraq ümumi ehtiyacının ödənilməsi təşkil etmişdir. Bu xüsusat da nəticəyə təsir göstərmişdir. Birinci instansiya məhkəməsi birgə nikah dövründə alınmış mənzilin dəyərinin avtomobil satılanadək ödənilməsi qənaətinə gəlmiş, lakin bu xüsusat iş materiallarında olan heç bir sübutla təsdiqlənməmişdir. Birinci instansiya məhkəməsi nikah dövründə əldə edilmiş avtomobilin satışından əldə edilən pulun iddiaçının payına düşən hissəsinin onda olması qənaətinə gəlmişdir. Halbuki işdə olan sənədlər və şahid ifadələri ilə təsdiq olunur ki, sözügedən avtomobil də nikah dövründə satılmış və bundan sonra nikah dövründə əldə edilmiş mənzilin dəyərindən qalan borcdan ödənilmişdir. Bu isə həmin xüsusat üzrə qətnamədə göstərilən nəticənin işin hallarına uyğun gəlməməsini göstərir. İddiaçı məhkəmədə verdiyi izahatında bildirmişdir ki, mübahisəli avtomobil birgə nikah dövründə alınmış və ər-arvadın ümumi birgə mülkiyyətidir. Ər-arvad arasındakı münasibətə görə 2021-ci ilin təxminən oktyabr-noyabr ayından ayrı yaşamışlar. 2022-ci ilin fevral ayında o, evə qayıtmış və bundan sonra Azər evi tərk etmişdir. Avtomobilin alqısatqısından əldən edilmiş 12000 manat pulun yarısı 6000 manat pul ona verilməlidir. Avtomobilin satışından əldə edilmiş pul birgə nikah dövründə alınmış Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 31-ci məhəllə 3 nömrəli binanın 3-cü girişində yerləşən 235 saylı mənzilə görə ödənilməmişdir. Bunu birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 da sonradan ona bildirmişdir ki, yuxarıda qeyd edilən mənzilin borcu 2021-ci il tarixdə artıq ödənib qurtarmışdı. Özü də cavabdehdən dəfələrlə “evin borcu var ya yox?” deyə soruşduqda Cavabdeh1 evə görə heç bir borcun olmadığını bildirmişdir. Avtomobil satılarkən evin ödənişinə görə borc olmamışdır. Avtomobilin satılması formal olmuş, tərəflər arsında hər hansı pul alış-verişi olmamışdır. Belə ki, Cavabdeh2 Cavabdeh1 xalası oğludur. Sadəcə, həmin alqı-satqı adıçəkilən avtomobilin və ya dəyərinin ər-arvad arasında bölgüdən yayındırmaq məqsədi güdmüşdür. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onlar (yaxud nümayəndələri) məhkəmə iclasında iştirak etməmişlər. Cavabdeh1 23 may 2023-cü il tarixli məhkəmə iclasında apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, birgə nikah dövründə əldə edilən avtomobilin satışından əldə edilmiş pulu Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 31-ci məhəllə 3 nömrəli binanın 3-cü girişində yerləşən 235 saylı mənzilin borcuna ödəmişdir. Avtomobilə görə Cavabdeh2 ilkin olaraq ona 7000-8000 manat ödəmiş, qalan hissəni isə hissə-hissə ödəyəcəkdir. Cavabdeh2 23 may 2023-cü il tarixli məhkəmə iclasında izahatında bildirmişdir ki, Cavabdeh1 mübahisəli avtomobili ona satmış, ilkin ödəniş olaraq Azərə 7000-8000 manat ödəmiş, qalanını isə hissə-hissə ödəyəcəkdir. Xalası oğlu Azərə hal-hazırda da borcu vardır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxlmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin halları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli 2(050)-3141/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan Nikahın bağlanması haqqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə Yusubova Ülkər Yusub qızı arasında 07 fevral 1989-ci il tarixdə Masallı rayon VVAQ şöbəsində nikah bağlanmışdır. Nikahdan sonra ərə (arvada) Əhədzadə soyadı verilmişdir. İşdə olan 14 yanvar 2022-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqısı müqaviləsindən və həmin avtobmobilin istifadəsi ilə bağlı həyata keçirilmiş əməliyyatlardan görünür ki, Cavabdeh1 “Nissan-Altima” ** BK *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 12000 manat məbləğində satmış, növbəti gün - 15 yanvar 2022-ci il tarixdə Cavabdeh2 tərəfindən Cavabdeh1 sözügedən avtomobilin idarə edilməsi üçün etibarnamə verilmişdir. İşdə olan "xxxx" Mənzil Tikinti Kooperativinin inşa etdiyi binada mənzil almaq haqqında 01 dekabr 2021-ci il tarixli müqavilədən görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativi payçı İddiaçı Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 31-ci məhəllə 3 nömrəli binanın 3-cü girişində yerləşən 235 saylı mənzili verməyi, İddiaçı isə mənzilin təyin edilmiş dəyəri olan 39780 manat pulu ödəməyi öhdəsinə götürmüş və mənzilə görə qalıq borc yoxdur. İşdə olan Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(050)-949/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh1 və cavabdeh İddiaçı arasında bağlanmış 07 fevral 1989-cu il tarixli 20 saylı nikah akt qeydi pozulmuşdur. İşdə olan "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş xx.xx.2022-cı il tarixli 17 saylı arayışdan görünür ki, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 31-ci məhəllə 3 nömrəli binanın 3-cü girişində yerləşən 235 saylı mənzilin dəyəri tam olaraq ödənilmişdir və heç bir borc yoxdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Əhəzadə Cavid Azər oğlu ifadəsində göstərmişdir ki, atası Cavabdeh1 ilə aralarında olan söhbət zamanı atası ona bildirmişdir ki, anası Ülkərlə aralarında problem var. Ola bilsin ki, anası məhkəmə vasitəsi ilə maşını onun əlindən alsın. Ona görə də o, maşını Sahilin adına keçirmək istəyir. Atası həmin maşını Sahilin adına keçirmişdir. Atası ilə anası arasında boşanma söhbəti ilkin olaraq formal olmuşdur. Atasının iş yerini Cəlilabad rayonundan Masallı rayonuna dəyişilməsi üçün belə addım atılmışdır. Sonradan atasının başqa qadınla əlaqələri müəyyən edilmiş və valideynləri boşanmışlar. Habelə, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, "xxxx" Mənzil Tikinti Kooperativinə müəyyən tikinti materialları vermiş, MTK-nın ona müəyyən borcu yaranmış, qarşılıqlı razılıq əsasında əvəzləşdirmə qaydasında buna görə ona ev verilmişdir. Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 31-ci məhəllə 3 №-li binanın 3-cü girişində yerləşən 235 saylı mənzil onun tərəfindən razılaşma əsasında 39800 manata satılmışdır. Yəni, sənədləşmə işi "xxxx" Mənzil Tikinti Kooperativi ilə aparılsa da, MTK-ya pul ödənilməmişdir. O, MTK-nın ona olan borcuna görə bildirmişdir ki, İddiaçı ilə belə müqavilə bağlansın, həmin müqaviləyə görə pul ona ödənilmiş və bu şəkildə MTK-nın ona olan borcundan çıxılmışdır. Mənzilə görə ilkin olaraq 2014-cü ildə ilkin olaraq 7000 manat pul ödənilmiş, razılaşılmışdır ki, qalan pul hissəs-hissə ödəniləcəkdir. Həmin mənzilə görə pulun ödənilməsi ilə bağlı MTK-da sənəd yoxdur. Mənzilə görə şəxsən İddiaçı tərəfindən təxminən 1500 manat pul ödənilmişdir. 2022-ci ildə Cavabdeh1 tərəfindən mənzilə görə 11200 manat pul ödənilmişdir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (AM) 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. AM-in 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Məhkəmə kollegiyası qeyd edir ki, işin mübahisəsiz faktiki hallarına əsasən İddiaçı və Cavabdeh1 birgə nikah dövründə mübahisəli “Nissan-Altima” ** BK *** dövlət qeydiyyat nişanlı avtomobili əldə etmişlər. Tərəflər - İddiaçı ilə Cavabdeh1 arasında ailə münasibətləri 2022-ci ilin sonlarında pozulduqdan sonra adıçəkilən avtomobil 14 yanvar 2022-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqısı müqaviləsinə əsasən Cavabdeh2 12000 manata satılmışdır. Cavabdeh1 avtomobilin satışından əldə edilmiş pul vəsaitinin birgə nikah dövründə alınmış Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 31-ci məhəllə 3 nömrəli binanın 3-cü girişində yerləşən 235 saylı mənzilə görə ödəniş etməsini göstərsə də, bunu sübut edə bilməmişdir. Əksinə, iş materiallarına əlavə edilmiş 01 dekabr 2021-ci il tarixli müqaviləyə əsasən "xxxx" Mənzil Tikinti Kooperativi payçı İddiaçı Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 31-ci məhəllə 3 nömrəli binanın 3-cü girişində yerləşən 235 saylı mənzili verməyi, İddiaçı isə mənzilin təyin edilmiş dəyəri olan 39780 manat pulu ödəməyi öhdəsinə götürmüş və mənzilə görə qalıq borc yoxdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 da ifadəsində İddiaçı Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 31-ci məhəllə 3 №-li binanın 3-cü girişində yerləşən 235 saylı mənzilin "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən yaranmış borc müqabilində qarşılıqlı razılıq əsasında əvəzləşdirmə qaydasında verildiyini bildirmişdir. Ancaq müvafiq sənədləşmə işləri "xxxx" Mənzil Tikinti Kooperativi ilə aparılsa da, MTK-ya pul ödənilməmiş, pul ona ödənilmiş və bu şəkildə "xxxx" Mənzil Tikinti Kooperativinin ona olan borcundan çıxılmışdır. Mənzilə görə ilkin ödəniş 2014-cü ildə 7000 manat məbləğində ödənilmişdir. Habelə, işdə olan və qüvvəyə minmiş Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 fevral 2023-cü il tarixli (sədrlik edən hakim Cahid İmanov) qətnaməsi ilə İddiaçı və Cavabdeh1 birgə nikah dövründə əldə etdikləri Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 31-ci məhəllə 3 №-li binanın 3-cü girişində yerləşən 235 saylı mənzilin aralarında bölünərək hər birinin payının ½ hissədə payının müəyyən edilməsi barədə Masallı Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Yuxarıda qeyd edilən normalara görə nəzərə alınmaldır ki, "xxxx" Mənzil Tikinti Kooperativi və İddiaçı arasında olan 01 dekabr 2021-ci il tarixli müqaviləyə əsasən "xxxx" Mənzil Tikinti Kooperativi payçı İddiaçı Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 31-ci məhəllə 3 nömrəli binanın 3-cü girişində yerləşən 235 saylı mənzili verməyi, İddiaçı isə mənzilin təyin edilmiş dəyəri olan 39780 manat pulu ödəməyi öhdəsinə götürmüş və mənzilə görə qalıq borc yoxdur. Cavabdeh1 məhkəmədə qalıq borcun olmaması barədə müqavilədə göstərilən halı mübahisələndirməmişdir. Habelə, Şahid1 da ifadəsində İddiaçı Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 31-ci məhəllə 3 №-li binanın 3-cü girişində yerləşən 235 saylı mənzilin "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən yaranmış borc müqabilində qarşılıqlı razılıq əsasında əvəzləşdirmə qaydasında verildiyini bildirmişdir ki, bu da həmin mənzilə görə artıq müqavilə bağlandığı zaman hər hansı borcun olmadığını təsdiq edir. Bundan əlavə, məhkəməyə Cavabdeh1 tərəfindən həmin mənzilə görə 2022-ci ildə 11200 manat məbləğdə pul ödənilməsinə dair hər hansı mötəbər sübut təqdim edilməmişdir. Qeyd edilməlidir ki, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 31-ci məhəllə 3 №-li binanın 3-cü girişində yerləşən 235 saylı mənzilin tərəflər arasında bölünərək hər birinin ½ hissədə payının müəyyən edilməsi barədə Masallı Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli qətnaməsi qəbul edilərkən, eləcə də, həmin işə apellyasiya instansiyası məhkəməsində baxılarkən hazırkı iş üzrə Cavabdeh1 izahatlarında mənzil əldə edilərkən onun hər hansı borcun qalması, onun dəyərinin sonradan ödənilməsi, yaxud mübahisəli avtomobili satmaqla və digər şəkildə borcun çox hissəsinin onun tərəfindən ödənilməsini göstərməmişdir. Belə ki, qeyd edilən hallar məhkəmə tərəfindən işə baxılan zaman mübahisələndirildikdə payların müəyyən edilməsi zamanı araşdırılaraq nəzərə alına bilərdi. Kollegiya diqqətə çatdırır ki, İddiaçı öz izahatında Cavabdeh1 ilə ailə münasibətlərinin 2021-ci ilin təxminən oktyabr-noyabr ayından pozulmasını göstərmiş, lakin cavabdeh həmin müddətin daha sonrakı tarixlər olduğunu mübahisələndirməmişdir. İşdən isə mübahisəli avtomobilin 14 yanvar 2022-ci il tarixdə Cavabdeh2 satılması müəyyən edilir. Tərəflərin ailə münasibətlərinin həmin dövrdə normal olmaması, eləcə də Cavabdeh2 öz izahatında mübahisəli avtomobilin ona ilkin ödəniş olaraq 7000-8000 manat qarşılığında satılması, hətta hal-hazırda da borcunun olmasını göstərməsi, xüsusilə onların qohumluq münasibətində - xalaoğlu olmaları mübahisəli “Nissan-Altima” ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilin satılmasından əldə edilmiş gəlirin Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 31-ci məhəllə 3 №-li binanın 3-cü girişində yerləşən 235 saylı mənzilin dəyərinin ödənilməsinə yönəldilməsi inandırıcı və ağlabatan deyildir. Həmçinin alqı-satqının növbəti günü - 15 yanvar 2022-ci il tarixdə Cavabdeh2 tərəfindən Cavabdeh1 sözügedən avtomobilin idarə edilməsi üçün etibarnamə verilməsi halı da həmin əqdin Cavabdeh1 tərəfindən sadəcə görünüş niyyəti ilə bağlanılmasını təsdiq edir. Ancaq MM-in 222-ci maddəsinin tələblərinə görə birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər; Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri tamamilə formal və əsassız olmaqla hazırkı qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. MPM-in 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən formal dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, qeyd edilənlərə əsasən mülki iş materiallarını, tərəflərin izahatları və işdə olan mövcud sübutları tam, obyektiv və hərtərəfli şəkildə araşdıraraq məhkəmə kolllegiyası hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Masallı Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli 2(050)-3141/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli 2(050)-3141/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar