Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-706/2025 10.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı «X1 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, müqavilə üzrə öhdəliklərin yerinə yetiriməməsi) Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, X2 oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı «X1 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Ağcəbədi Rayon Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli, 2(017)-114/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı «X1 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı 38132 manat əsas borc, 7626 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 228 manat, cəmi 45986 manat pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə «X1 Kompleksi» MMC-nin Ağcabədi filialı arasında bağlanmış 01 yanvar 2023-cü il tarixli, 103 saylı xam pambığın alqı-satqısına dair müqaviləyə əsasən cavabdeh 30 hektar torpaq sahəsində öz işçi qüvvəsi hesabına pambıq əkməyi və hər hektardan 30 sentinerdən az olmamaqla pambıq istehsal etməklə iddiaçıya satmağı üzərinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh avans olaraq iddiaçıdan 49472,29 manat vəsait götürmüşdür. Müqaviləyə əsasən cavabdeh götürdüyü avansın dəyərini xam pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdeh müqavilə üzrə 11339,72 manat dəyərində xam pambığı iddiaçı «X1 Kompleksi» MMC-yə təhvil vermiş və bu da müqavilədə nəzərdə tutulan miqdardan az olmuşdur. Bununla da cavabdeh müqavilə şərtlərini pozaraq üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmiş və nəticədə onun «X1 Kompleksi» MMC-yə 38132 manat borcu qalmışdır. İddiaçı tərəfindən cavabdehə dəfələrlə borcun qaytarılması üçün xəbərdarlıqlar və pretenziyalar verilsə də, cavabdeh iddiaçının pretenziyasına cavab verməmişdir. Müqavilənin 5.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam pambığı təhvil vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam pambığın 1-ci növ qiyməti ilə (1-ci növ xam pambığın 1 tonunun qiyməti 650 manatdır) 20% həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 7626 manat təşkil edir. Ona görə də Cavabdeh 38132 manat əsas borc, 7626 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 228 manat, cəmi 45986 pulun alınaraq «X1 Kompleksi» MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Ağcəbədi Rayon Məhkəməsinin (hakim R.Nuriyev) 24 yanvar 2025-ci il tarixli, 2(017)- 114/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 38132 manat borc, 30 manat cərimə pulu və 228 manat dövlət rüsumu, cəmi 38390 (otuz səkkiz min üç yüz doxsan) manatın alınaraq iddiaçı «X1 Kompleksi» MMC-nin xeyrinə ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh ilə iddiaçı «X1 Kompleksi» MMC arasında 01 yanvar 2023-cü il tarixli, 103 saylı xam pambığın alqısatqısına dair müqavilə bağlanmış və həmin müqaviləyə əsasən cavabdeh 30 hektar sahədə pambığı əkib becərməyi və hər hektardan 30 sentnerdən az olmamaqla məhsul əldə etməklə xam pambıq məhsulunu iddiaçıya satmağı öhdəsinə götürsə də üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və nəticədə onun iddiaçıya 38132 manat borcu yaranmış və həmin borca 7626 cərimə hesablanmışdır. Buradan da göründüyü kimi iddiaçı «X1 Kompleksi» MMC Cavabdeh 38132 manat əsas borcu və 7626 manat cərimə borcunu tələb etməkdə haqlıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Cavabdeh ilə iddiaçı «X1 Kompleksi» MMC arasında 01 yanvar 2023-cü il tarixli, 103 saylı xam pambığın alqı-satqısına dair müqavilə bağlanmış və həmin müqaviləyə əsasən cavabdeh 30 hektar sahədə pambığı əkib becərməyi və hər hektardan 30 sentnerdən az olmamaqla məhsul əldə etməklə xam pambıq məhsulunu iddiaçıya satmağı öhdəsinə götürsə də üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və nəticədə onun iddiaçıya 38132 manat borcu yaranmış və həmin borca 7626 cərimə hesablanmışdır. Buradan da göründüyü kimi iddiaçı «X1 Kompleksi» MMC Cavabdeh 38132 manat əsas borcu və 7626 manat cərimə borcunu tələb etməkdə haqlıdır. Məhkəmə cavabdehdən tələb olunan cərimə pulunun tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab etmişdir ki, cərimə pulunun miqdarı 30 manatadək azaldılmalıdır. İşdə olan 08 oktyabr 2024-cü il tarixli qəbzdən görünür ki, «X1 Kompleksi» MMC tərəfindən 228 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab etmişdir ki, iş üzrə 228 manat dövlət rüsumu iddiaçı «X1 Kompleksi» MMC tərəfindən ödənildiyindən həmin məbləğ də cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir Eyni zamanda birinci instansiya məhkəməsi mülki iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 448.1, 467, 567-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları; Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən onun iştirakını təmin etməmiş, iddia tələbinə qarşı fikrini öyrənməmiş, onun öz sübut və fikirlərini məhkəməyə təqdim etməyinə imkan və şərait yaratmamış, iddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli, 103 saylı pambığın alqı-satqı müqaviləsinə və maliyyə arayışına istinad etdiyi halda iddiaçı ilə arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 103 saylı 2023-cü il mövsümü üzrə xam pambığın alqı-satqısına dair müqavilə üzrə iddiaçının öz öhtəliklərinin nədən ibarət olmasını və həmin müqavilə üzrə öhtəliklərini yerinə yetiribyetirimədiyini, iddiçının tələb etdiyi pulun reallığa və həqiqətə uyğun olub-olmamasının araşdırmamış nəticədə ədalətli araşdırma aparılması hüququnu pozmuşdur. İddiaçı“X1 Kompleksi” MMC dəfələrlə müraciət etməyinə baxmayaraq pambıq becərmə zamanı onu becərmə texnikası ilə təmin etməmiş,bu səbəbdən pambığın alaqdan təmizlənməsi, cız, yumşaltma işlərinin həyata keçirilməsi mümkün olmamış, nəticədə müqavilədə qeyd edilmiş 32.00 sentner xam pambığın Alıcıya təhvil verilməsi mümkün olmamışdır. Lakin məhkəmə iş üzrə məlum əsassız qətnamə çıxararkən iddiaçının şum, mala,disk,arx, kultivasiya, dərmanlama və s işlərin görülməsi ilə bağlı üzərinə götürdüyü öhtəliyi yerinə yetirmədiyini müəyyən etməmiş, həmin öhtəlikləri hansı səbəbdən yerinə yetirmədiyini və bunun hansı mənfi fəsadlara yol açdığını da müəyyən etməmişdir. Müqavilə üzrə nəzərə çarpan hal odurki, iddiaçı da onun xeyrinə vəzifə daşımış, lakin hesab etmişdir ki, o, həmin vəzifəni icra etmədən ondan öz vəsifəsinin icrasının tələb edə bilər. Yəni əkilən pambığın məhsuldarlığının təmin edilməsi üçün öz vəzifəsinin yerinə yetirmədiyi halda bütün məsuliyyəti onun üzərinə atmaqla karlı çıxmaq məqsədi güdmüşdür. Halbuki ilk növbədə məzh iddiaçının öz öhtəliyini yerinə yetirməməsi yaxşı məhsul əldə etməyini əngəlləmişdir. Hazırkı vəziyyətdə yəni iddiaçı “X1 Kompleksi” MMCnin vaxtında pambıq əkilmiş sahəni texnikalarla təmin etməməsi onun öz öhtəliyini yerinə yetirməməsi kimi qəbul edilməlidir. Yəni vaxtında yumşaltma və s kimi işləri icra edən traktorun verilməməsi onun 32.00 sentner pambığın ona təhvil verməyinin (icranın) gecikməsinə səbəb olmuşdur. Halbuki o texnikaya ehtiyac olan vaxtdan başlayaraq dəfələlərlə işin icrasına nəzarət edən aqronomlarlarla danışmış,onlar isə texnikanın olmadığını demişlər. Hətta o, məcbur olub Azərpambığın qaynar xəttinə zəng edərək texnika tələb etmiş, bunun sayəsində yalnız bir günlük ona texnika verilmiş, həmin texnikalar da Beyləqan fililından verilmiş, bir günə yalnız 10 hektar kultivasiya işi aparılmış, qalan hissə qalmışdır. Torpağın kultivasiyası əslində il ərzində 8-10 dəfə həyata keçirilməli olduğu halda cəmi iki dəfə həmin işlər həyata keçirilmişdir. Bütün bu işlərin görülməsinə nəzarət etməli olduğu halda isə iddiaçı heç bir hərəkət etməmiş, öz səhlənkarlığının təqsirini onun üzərinə atmışdır. Məhkəmə isə ümumiyyətlə “X1 Kompleksi” MMC ilə arasında bağlanmış müqavilənin şərtlərinin pozulmasında iddiaçının rolunun nədən ibarət olmasını, onun icranın gecikdirməsi halının olub-olmamasını araşdırmamış və hüquqi qiymət verməmişdir. Qeyd edilən müqavilə üzrə pozuntuya cavabdeh o olmadığına dair onun kiayət qədər sübutu vardır. Ona təqdim edilmiş elektron arayışdan da görünür ki, 2023-cü il mövsümü üzrə ona çiyid, gübrə və s verilsə də texnikalar vaxtında və lazımınca verilməmiş, 4 ay (may-avqust) ayları ərzində texnikalarla yalnız iki dəfə kultivasiya işləri həyata keçirilmişdir ki, bu da məhsulun məhv olmasına gətirib çıxarmışdır. İddiaçı MMCnin elektron sistemi yoxlanılmalı və onun öz öhtəliyini lazımınca icra etmədiyi müəyyən edilməlidir. Ona görə də Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(017)- 114/2025 saylı qətnaməsi ləğv edilməli və iddiaçı “X1 Kompleksi” MMC-nin ona qarşı “pul tələbi”ni əsassız və qanunsuz hesab edərək rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, apellyasiya şikayətini müdafiə edir. Cavabdehin atasıdır. İddiaçı tərəfindən cavabdehə mal-material və 12000 manat məbləğində pul vəsaiti verilmiş, lakin texnika verilməmişdir. Dəfələrə onlara telefon vasitəsi ilə müraciət etsələr də, nəticəsi olmamışdır. Bu səbəbdən də, nəzərdə tutulan pambığın təhvil verilməsi mümkün olmamışdır. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. İddiaçı isə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəklərini bildirmiş və məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 588.1-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Həmin Məcəllənin 588.2-ci maddəsinə əsasən satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə görə qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya məhkəmə tərkibilarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya məhkəmə tərkibilarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Ağcəbədi Rayon Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli, 2(017)-114/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı məhkəmə tərkibi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə tərkibi prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Ağcəbədi Rayon Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli, 2(017)-114/2025 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağcəbədi Rayon Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli, 2(017)-114/2025 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı «X1 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı 38132 manat əsas borc, 7626 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 228 manat, cəmi 45986 manat pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh ilə iddiaçı «X1 Kompleksi» MMC arasında 01 yanvar 2023-cü il tarixli, 103 saylı xam pambığın alqı-satqısına dair müqavilə bağlanmış və həmin müqaviləyə əsasən cavabdeh 30 hektar sahədə pambığı əkib becərməyi və hər hektardan 30 sentnerdən az olmamaqla məhsul əldə etməklə xam pambıq məhsulunu iddiaçıya satmağı öhdəsinə götürsə də üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və nəticədə onun iddiaçıya 38132 manat borcu yaranmış və həmin borca 7626 cərimə hesablanmışdır. Şikayətin ilk dəlili ondan ibarətdir ki, məhkəmə işə baxarkən onun iştirakını təmin etməmiş, iddia tələbinə qarşı fikrini öyrənməmiş, onun öz sübut və fikirlərini məhkəməyə təqdim etməyinə imkan və şərait yaratmamışdır. Şikayətin dəlillərini əsassız sayan Məhkəmə tərkibi birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, mübahisələndirilən hissə üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. İş materiallarında olan (səh. 54) SMS bildirişin mətnindən aydın olur ki, Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmişdir. Buna baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəblərini bildirməmişdir. Bu da onu deməyə əsas verir ki, cavabdehin apellyasiya şikayətinin bu dəlili əsassızdır. Şikayətin digər dəlili ondan ibarətdir ki, iddiaçı “X1 Kompleksi” MMC-ə dəfələrlə müraciət etməyinə baxmayaraq pambıq becərmə zamanı onu becərmə texnikası ilə təmin etməmiş, bu səbəbdən pambığın alaqdan təmizlənməsi, cız, yumşaltma işlərinin həyata keçirilməsi mümkün olmamış, nəticədə müqavilədə qeyd edilmiş 32.00 sentner xam pambığın Alıcıya təhvil verilməsi mümkün olmamışdır. Lakin məhkəmə iddiaçının şum, mala, disk, arx, kultivasiya, dərmanlama və s işlərin görülməsi ilə bağlı üzərinə götürdüyü öhtəliyi yerinə yetirmədiyini müəyyən etməmiş, həmin öhtəlikləri hansı səbəbdən yerinə yetirmədiyini və bunun hansı mənfi fəsadlara yol açdığını da müəyyən etməmişdir. Şikayətin bu dəlilləri ilə razılaşmayan, birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə tərkibi hesab edir ki, şikayətin bu dəlili birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə görə qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh ilə iddiaçı «X1 Kompleksi» MMC arasında 01 yanvar 2023-cü il tarixli, 103 saylı xam pambığın alqı-satqısına dair müqavilə bağlanmış və həmin müqaviləyə əsasən cavabdeh 30 hektar sahədə pambığı əkib becərməyi və hər hektardan 30 sentnerdən az olmamaqla məhsul əldə etməklə xam pambıq məhsulunu iddiaçıya satmağı öhdəsinə götürsə də üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və nəticədə onun iddiaçıya 38132 manat borcu yaranmış və həmin borca 7626 cərimə hesablanmışdır. İş materiallarında olan (səhifə 16) üzləşmə aktından görünür ki, iddiaçı təşkilat üzərinə düşən öhdəliyi yerinə yetirərək cavabdehi şum, mala, kultivasiya, dərmanlama materialları ilə təmin etmişdir. Yəni iddiaçı təşkilat üzərinə düşən öhdəliyi yerinə yetirmiş, cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Bundan başqa cavabdeh iddiaçı“X1 Kompleksi” MMC-ə işin bu halı ilə bağlı dəfələrlə müraciət etdiyini bildirsə də, məhkəməyə bununla bağlı hər hansı bir sübut növü təqdim etməmişdir. Məhkəmə tərkibi qeyd edir ki, sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Hazırkı halda isə cavabdeh tərəf qeyd edilən müqavilənin şərtlərinin iddiaçı tərəfindən pozulduğunu bildirsə də, buna dair hər hansı bir sübut növü təqdim etməmişdir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutlara sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Məhkəmə tərkibinin qənaətinə görə iddianın təmin edilməməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Ağcəbədi Rayon Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli, 2(017)-114/2025 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağcəbədi Rayon Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli, 2(017)-114/2025 saylı qətnaməsi Cavabdeh oğlunun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-706/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-706/2025
10.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver