Məhkəmə qərarları › İş №2(106)-712/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-712/2023

17.04.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-712/2023 17.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahyarov Zaur Mirzağa oğlu (sədrlik edən məruzəçi), X3 və X2 ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 2(064)- 483/2023 saylı, 15 fevral 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 27 iyun 2014-cü il tarixli, 74 nömrəli kredit müqaviləsinin etibarsız hesab edilməsi və borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2(064)-483/2023 nömrəli qərardadı ilə həmin iddia ərizəsinin iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina olunmuş və ərizə əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya qaytarılmışdır. İddiaçı Füzuli Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2(064)-483/2023 nömrəli qərardadından şikayət verərək onun ləğv edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, əvvəllər məhkəməyə hazırki məzmunlu iddia ərizəsi ilə müraciət etməmiş, buna görə də hazırki iddia ərizəsi üzrə yekun məhkəmə aktı qəbul edilməmişdir. Füzuli Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli, 2(064)-483/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsi tərəfindən Füzuli Rayon Məhkəməsinin 10 mart 2023cü il tarixli, 2(064)-483/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə MPM-nin 397.2-ci maddəsinin tələbinə uyğun olaraq yazılı icraat qaydasında baxılması üçün təyin edilmişdir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilmiş şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən isə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını şikayətin dəlilləri üzrə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəldiyindən, şikayət təmin edilməməli, Füzuli Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2(064)-483/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Füzuli Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(064)2197/2022 nömrəli qərardadından görünür ki, İddiaçı cavabdeh "xxxx" MMCyə qarşı tərəflər arasında bağlanmış 27 iyun 2014-cü il tarixli, 74 nömrəli kredit müqaviləsinin etibarsız hesab edilməsi və borcun silinməsi barədə məhkəmədə iddia qaldırmış, məhkəmənin 15 noyabr 2022-ci il tarixli, 2(064)2197/2022 nömrəli qərardadı ilə hazırki iddia ərizəsi ilə eyni məzmun təşkil etmiş həmin iddia ərizəsinin Azərbaycan Respublikası MPM-in 153.2.2-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilmişdir. İddiaçının həmin məhkəmə qərardadının surətini 28 noyabr 2022-ci il tarixdə SS807762105 AZ xəbərnaməyə şəxsən imza etməklə rəsmi qaydada aldığı halda, ondan şikayət verməmişdir. Beləliklə də, Füzuli Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(064)2197/2022 nömrəli qərardadının qanuni qüvvədə olmasına, nəticədə iddiaçının sonuncu məhkəmə aktının ləğv edilməsinə nail olmadan hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq Azərbaycan Respublikası MPM-in 153.5-ci maddəsinə əsasən ərizəçinin həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olmasına əsaslanaraq ərizəni qəbul etməkdən imtina etmişdir. Azərbaycan Respublikası MPM-in 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn, əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Buna görə də hər hansı əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün məhkəmə icraatının ilk vəzifəsi istinad olunan həmin əqdin etibarlı olub-olmamasını müəyyən etməkdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən hüquqi mövqeyinə əsaslanaraq hesab edir ki, Füzuli Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2(064)675/2021 nömrəli qətnaməsi və Şirvan Apelyasiya Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 2(106)15/2022 nömrəli qətnaməsi ilə "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 27 iyun 2014-cü il tarixli, 74 nömrəli kredit müqaviləsinin ləğv edilməsi barədə iddia tələbi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olmasının müəyyən edilməsi Azərbaycan Respublikası MPM-in 153.2.2-ci maddəsinə əsasən məhkəməyə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair, konkret olaraq hazırki iş üzrə göstərilən kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia ərizəsinin verilməsini, əgər verilərsə, həmin ərizənin icraata qəbul edilməsi və ya həmin ərizə üzrə məhkəmə icraatının aparılmasını istisna edir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, iş materiallarına əlavə edilmiş Şirvan Apelyasiya Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 2(106)15/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, Füzuli Rayon Məhkəməsinin 2(064)-416/2019 saylı, 17 dekabr 2019cu il tarixli qətnaməsi ilə (hakim M.Bağırov) iddianın qismən təmin edilməsi, cavabdehlər İddiaçı və X1 müştərək qaydada 10000 manat əsas borc, 3760 manat faiz borcu, 200 manat cərimə borcu və ödənilmiş 20 manat dövlət rüsumunun əvəzi, cəmi 13980 manat miqdarında pulun alınıb iddiaçı "xxxx" MMC-yə ödənilməsi, cavabdehlərdən 10 manat dövlət rüsumunun tutulub dövlət nəfinə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Cavabdeh İddiaçı Füzuli Rayon Məhkəməsinin 2(064)-416/2019 saylı, 17 dekabr 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Bundan başqa Şirvan Apellyasiya Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 2(106)15/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “kredit müqaviləsinin ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Füzuli Rayon Məhkəməsinin 2(064)-675/2021 saylı, 15 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Y.Həşimov) iddia rədd edilmişdir. İddiaçı Füzuli Rayon Məhkəməsinin 2(064)-675/2021 saylı, 15 oktyabr 2021-ci il tarixli qətnaməsindən də apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1154/2022 saylı, 07 iyun 2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh "xxxx" MMCyə qarşı “kredit müqaviləsinin ləğv edilməsi və borcun silinməsi tələbinə dair” mülki işin iddiaçı "xxxx" MMC-nin cavabdehlər İddiaçı qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair 2(106)-15/2022 nömrəli mülki iş ilə birləşdirilmiş və 2(106)15/2022 nömrə ilə işə baxılması davam etdirilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin 25 iyul 2022ci il tarixli, 2(106)15/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı Füzuli Rayon Məhkəməsinin 2(064)-416/2019 saylı, 1`7 dekabr 2019-cu il tarixli qətnaməsindən cavabdeh qismində, Füzuli Rayon Məhkəməsinin 2(064)-675/2021 saylı, 15 oktyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı qismində verdiyi apellyasiya şikayətləri təmin edilməmiş, Füzuli Rayon Məhkəməsinin 2(064)-416/2019 saylı, 17 dekabr 2019-cu il tarixli və 2(064)- 675/2021 saylı, 15 oktyabr 2021-ci il tarixli qətnamələri apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi həmin mülki iş üzrə İddiaçı "xxxx" MMC ilə arasında bağlanmış 27 iyun 2014-cü il tarixli, 74 nömrəli kredit müqaviləsinin ləğv edilməsi barədə iddia qaldırmış, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi əsassız olduğundan təmin edilməmiş, apellyasiya instansiya məhkəməsi tərəfindən isə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı "xxxx" MMC ilə arasında bağlanmış 27 iyun 2014-cü il tarixli, 74 nömrəli kredit müqaviləsinin ləğv edilməsi barədə iddiaçı tərəfindən artıq məhkəmə qaydasında mübahisələndirilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Füzuli Rayon Məhkəməsinin 2(064)483/2023 saylı, 15 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən, İddiaçı şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Göründüyü kimi qanunvericilikdə hazırkı qərardaddan kassasiya şikayəti nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.3, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası; Q Ə R A R A A L D İ: Füzuli Rayon Məhkəməsinin 2(064)483/2023 saylı, 15 fevral 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin 2(064)483/2023 saylı, 15 fevral 2023-cü il tarixli qərardadı İddiaçı tərəfindən verilmiş şikayətə əsasən dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi vaxtdan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar