Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-716/2024 24.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X6 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Cəlalzadə Məleykə Nüsrət qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Hacıqabul Rayon Məhkəməsinin 8 yanvar 2024-cü il tarixli 2(071)-38/2024 saylı qətnaməsindən (hakim Z.Hüseynov) İddiaçı və onun vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Hacıqabul Rayon Məhkəməsinə müraciət edərək, 21 aprel 2021-ci il tarixli icarə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ödənilmiş icarə haqqına nisbətdə fəaliyyətin davam etdirilməsi və ya artıq ödənilmiş 4500 manat pulun, ünvan üzrə notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi idarəsinə texniki pasportun verilməsi üçün ödənilmiş 515 manat xərclərin, 752 manat vergi rüsumlarının və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbini dəqiqləşdirərək 21 aprel 2021-ci il tarixli icarə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ödənilmiş icarə haqqına artıq ödənilmiş 5800 manat pulun, ünvan üzrə notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi idarəsinə texniki pasportun verilməsi üçün ödənilmiş 515 manat xərclərin, 752 manat vergi rüsumlarının və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında 21 aprel 2021-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Hazırda cavabdeh icarə müqaviləsinin ləğv edilməsi və ona məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət etmişdir. Uzun illərdir ki, mübahisəli qeyri-yaşayış sahəsində Samsung şirkətinin məhsullarının satışı ilə məşğul olur. ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə cavabdeh 24 aprel 2018-ci il tarixdə **********91-06301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət əldə etdikdən sonra, fəaliyyət göstərdikləri həmin qeyriyaşayış sahəsi üzrə onunla 21 aprel 2021 ci il tarixdə icarə müqaviləsi bağlamışlarr. İcarə müqaviləsinə əsasən aylıq olaraq 200 manat icarə haqqı ödənilməsi nəzərdə tutulmuşdur. Lakin, həmin vaxtan sonra cavabdeh əsassız və qanunsuz olaraq hər bir neçə aydan bir ona icarə haqqının kifayət etmədiyini bildirirək, icarə haqqının artırılmasını bildirmişdir. Müqavilə bağlandığı tarixdən etibarən müqavilə üzrə icarə haqqı hər ay icarəyə verənə nəğd şəkildə ödənilmişdir. Cavabdehin qeyri-yaşayış sahəsinin yerləşdiyi cərgə üzrə yerləşən obyektlərdən birinin təmir edərək genişlənməsi səbəbindən icarə haqqının icarə müqaviləsinin tələblərinə zidd olaraq qaldırması onların iradə ifadəsinə zidd olaraq həyata keçirilmişdir. İcarə haqqının ***-**** manat olacağı barədə tələblərinə cavab vermədikdə cavabdehin mülkiyyətində olan obyektin satılması bəhanəsi ilə digər icarəçilərə baha qiymətə verməsi təhdidləri nəticəsində onun ünvanına icarə müqaviləsinə xitam verilməsi bildirişi göndərmişdir. Bu səbəbdən məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Bundan əlavə icarəyə götürülmüş qeyri-yaşayış sahəsinin mülkiyyətçisinin dəyişməsi zamanı tərəflər arasında sənədləşmə xərclərinin çəkilməsi və həmin xərclərin icarə haqqından çıxılmasını razılaşsalar da, yeni mülkiyyətçi bu xərclərdən icarə haqqı qarşılığında ödənilməsini həyata keçirməmişdir. Bundan əlavə icarə xərclərindən kənar 752 manat vergi xərcini və obyektin sənədləşməsi zamanı 515 manat xərclərini də o ödəmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçı iddia ərisəzinin yuxarıda şərh olunan məzmununa uyğun izahat verərək, təmin olunmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, cavabdehlə aralarında 21 aprel 2021-ci il tarixdə qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair müqavilə bağlanmış və müqavilə şərtinə əsasən o, cavabdehə hər ay 200 manat icarə haqqı ödəməli idi. Müqavilədə icarə haqqının 200 manat nəzərdə tutulmasına baxmayaraq, sonradan cavabdeh icarə haqqını birtərəfli qaydada bir neçə dəfə artırmışdır. O, ümumilikdə 2023-cü ilin oktyabr ayına qədər, yəni 30 ay müddətində qeyri-yaşayış sahəsində icarəçi kimi fəaliyyət göstərmişdir. Bu müddət ərzində cavabdehə ümumilikdə 11800 manat məbləğində pul ödəmişdir. Halbuki, müqavilə şərtlərinə əsasən cavabdehə 30 ay müddətində cəmi 6000 manat icarə haqqı ödəməli idi. Odur ki, artıq ödənilmiş 5800 manat pul cavabdehdən alınaraq ona verilməlidir. Bundan başqa, icarə müqaviləsi bağlandıqdan sonra icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün 130 manat dövlət rüsumu ödəmişdir. Halbuki, bu rüsumu cavabdeh ödəməli idi. Bundan başqa, icarə müqaviləsi bağlanarkən aralarında olan razılığa əsasən notariat xərci olan 94 manat pulu da o könüllü olaraq ödəmişdir. Həmin məbləği də cavabdehdən tələb edir. Bundan əlavə, icarə müddəti ərzində cavabdehin mülkiyyətində olan qeyriyaşayış sahəsinin texniki pasportunun çıxarılması lazım olmuş və bununla bağlı xərci də cavabdehin ona verdiyi etibarnamə əsasında o ödəmişdir. Belə ki, texniki pasportun alınması üçün cavabdehin əvəzinə DƏDRX-nin hesabına 293 manat rüsum ödəmişdir. Həmin xərcin də cavabdehdən alınaraq ona verilməsini tələb edir. Bundan başqa, müqavilə şərtinə əsasən cavabdeh qeyri-yaşayış sahəsinin icarəyə verilməsi zamanı ödəmə mənbəyində vergi ödəməli idi. Lakin, hesablanmış vergi məbləğini də vergi orqanına o ödəmişdir. Bu səbəbdən cavabdehin əvəzindən vergi orqanına ödədiyi 752 manat pul vəsaitini də tələb edir. Birinci instansiya məhkəməsində iddiaçının vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək bildirmişdir ki, iddiaçı tərəfindən cavabdehə icarə haqqından əlavə ödənişlər edilmişdir. İddiaçı cavabdehin əvəzinə vergi orqanına da ödəmə mənbəyindən vergi ödəmişdir. Bundan başqa, iddiaçı cavabdehin əvəzindən müqavilənin qeydə alınması, texniki pasportun verilməsi və müqavilənin notarial qaydada təsdiq edilməsi üçün rüsumlar ödəmişdir. Halbuki, həmin rüsumlar qanunvericiliyə əsasən cavabdeh tərəfindən ödənilməli idi. Hesab edir ki, iddia tələbi tam əsaslıdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh birinci instansiya məhkəməsində iştirak etməmişdir və məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Hacıqabul Rayon Məhkəməsinin 8 yanvar 2024-cü il tarixli 2(071)-38/2024 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq cavabdeh X1 1175 (min yüz yetmiş beş) manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 15.90 manat (on beş manat doxsan qəpik) pulun alınaraq alınaraq İddiaçı verillməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı və vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişlər. Apellyasiya şikayətini iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda əsaslandırlmış və əlavə olaraq qeyd olunmuşdur ki, Hacıqabul Rayon Məhkəməsi qətnamə qəbul edərkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, sübutlar tam və obyektiv qiymətləndirilməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Məhkəməyə ödəniş qəbzləri təqdim edilməklə xx.xx.2022-xx.xx.2022-ci il tarixlər aralığında 400 manat, xx.xx.2022-xx.xx.2023cü il tarixədək 600 manat və xx.xx.2023-xx.xx.2023-cü il tarixlər aralığında hər ay icarə haqqı olaraq 700 manat məbləğində ödənişlər edilmişdir. İcarə müqaviləsi üzrə müəyyən edilmiş 200 manat məbləğlərin hər ay ödənilən məbləğlərdən çıxıldıqda 4500 manat əlavə ödəniş edilməsi müəyyən edilir. Beləliklə, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı konteksindən işə yanaşdıqda belə nəticəyə gəlmək olur ki, sübutlar tam, hərtərəfli və obyektiv qiymətləndirilməmiş, iş üzrə məhkəmənin gəldiyi nəticə həqiqəti əks etdirmir və məhkəmənin qənaəti qanunsuz və əsassızdır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinin qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Qanunvericililə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış tərəflər hansı bir üzürlü səbəb olmadan məhkəmədə iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etsə də, şikayətin dəlilləri məzmun etibarı ilə iddianın təmin olunmayan hissəsində qətnamənin ləğvinə yönəldilmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən hissədə yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan sənədlərlə aşağıdakılar müəyyən olunur: Şirvan şəhər 1 saylı notariat ofisində Cavabdeh (icarəyə verən) ilə İddiaçı (icarəçi) arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən tam mülkiyyət hüququ üzrə ona məxsus olan 73,8 kv.m olan qeyri-yaşayış binasını 10 il müddətinə icarəçiyə icarəyə verir, icarəçi isə aylıq 200 manat icarə haqqı ödəməyi öhdəsinə götürür. Müqavilənin 10-cu bəndinə əsasən tərəflərin razılığına əsasən icarəyə verən hər ay aylıq icrarə haqqından qanunla müəyyən edilmiş məbləğdə vergi ödəməlidir. xx.xx.2021-ci il tarixli, 5861 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən Şirvan şəhər 1 saylı notariat ofisinin hesabına 94 manat dövlət rüsumu ödənilmişdir. xx.xx.2021-ci il tarixli, ********* nömrəli və xx.xx.2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzlərindən görünür ki, X5 adından Daşımaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinin hesabına müvafiq olaraq 120 manat və 10 manat dövlət rüsumu ödənilmişdir. Texniki pasportun surətindən görünür ki, X3 mülkiyyətində və İddiaçı icarəsində olan Şirvan şəhəri, İstiqlaliyyət prospekti 23B/1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin xx.xx.2022-ci il tarixə olan texniki vəziyyətinə əsasən texniki pasportu tərtib edilmişdir. xx.xx.2023-cü il tarixli, 67487 nömrəli və xx.xx.2023-cü il tarixli, 67488 nömrəli mədaxil qəbzlərindən görünür ki, Daşımaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinin hesabına müvafiq olaraq 105 manat və 188 manat dövlət rüsumu ödənilmişdir. xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli mədaxil qəbzlərindən görünür ki, X3 bank hesabına müvafiq olaraq 400 manat, 600 manat, 600 manat, 600 manat, 700 manat, 700 manat, 700 manat, 700 manat və 700 manat olmaqla, e-manat ödəniş sistemi vasitəsi ilə cəmi 5700 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DVX-nin 5 Saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı vergi bəyanamələrinə əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 1800 manat icarə haqqı ödəmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DVX-nin 5 Saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Vergi orqanında mövcud olan bazada məlumatlarına əsasən X5 ilə bağlanmış icarə müqaviləsi üzrə ÖMV üzrə xx.xx.2021-ci il – xx.xx.2023-cü ilədək olan dövr üzrə 840 manat tərəfindən hesablama aparılmış və 148,38 manat vəsait ödənilmişdir. Vergi Məcəlləsinin 87.1.1-ci maddəsinə uyğun olaraq ÖMV üzrə hesablama və ödənişlər nəticəsində yaranmış fərq digər tədiyyələr üzrə artıq ödənilmiş vəsaitlərlə əvəzləşdirilmişdir. Beləliklə xx.xx.2023-cü il tarixə İddiaçı şəxsi hesab vərəqəsində ÖMV üzrə borcu yoxdur. Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(032)-661/2023 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X5 ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsi ləğv edilmiş, X4 məxsus ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasının boşaldılması və ona təhvil verilməsi qət edilmişdir. Mülki işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş faktiki halları ondan ibarət olmuşdur ki, Şirvan şəhəri, X9 küçəsi, 23B/1 saylı ünvanda yerləşən ümumi sahəsi 73,8 kv.m olan qeyri-yaşayış binasına dair xx.xx.2021-ci il tarixdə icarəyə verən (mülkiyyəçi) X5 ilə icarəçi İddiaçı arasında 10 il müddətinə icarə müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə əsasən icarəçi (iddiaçı) hər ay icarəyə verənə (cavabdeh) 200 manat icarə haqqı ödəməlidir, eyni zamanda icarəyə verən (cavabdeh) hər ay aylıq icarə haqqından qanunla müəyyən edilmiş vergini ödəməlidir. İcarə münasibətləri zamanı tərəflər arasına mübahisə yarandığından, icarəyə verən (cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək icarə müqavilənin ləğv edilməsini və icarəyə verilmiş qeyriyaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsini tələb etmiş və məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən iddia təmin edilmişdir. 2023-cü ilin oktyabr ayından iddiaçı qeyri-yaşayış sahəsini boşaldaraq cavabdehə təhvil vermişdir. Hazırda iddiaçı 30 aylıq icarə müddətində cavabdehə artıq ödənilmiş icarə haqqı məbləğini, eyni zamanda cavabdehin əvəzinə ödədiyi rüsumları və vergi xərclərini ondan tələb edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 60.1-ci maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir; 13.1-ci maddəsinə ısasın Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29.1.-ci maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır; 29.2-ci maddəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən ər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanunqanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəvasitəsilə, aglabatan və qərəzsiz məhkəmə vasitəvasitəsilə, aglabatan müddətdə işin ədalətli və açıq araşdıaraşdırılması hüququna malikdir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli Ali Məhkəmənin Plenum qərarında isə göstərilir ki, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokolun (qeyri-rəsmi 1 saylı Protokol) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin : 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir; 679-cu maddəsinə əsasən kirayəyə verilmiş əşya ilə bağlı yüklülükləri, dövlət vergilərini və yerli vergiləri, ayrı razılaşma olmadıqda, kirayəyə verən ödəməlidir; 783.1-ci maddəsinə əsasən vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Vergi Məcəlləsinin 96.1-ci maddəsinə əsasən ödəmə mənbəyində vergi tutulduğu halda, vergitutma obyekti vergiyə cəlb olunan gəlirdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həminsübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. İşin müəyyən olunan faktiki hallarına əsasən iddiaçı cavabdehə məxsus qeyri-yaşayış sahəsindən cəmi 30 ay icarəçi kimi istifadə etmiş və daha sonra məhkəmənin qərarına əsasən həmin əmlakı boşaldaraq cavabdehə təhvil vermişdir. Tərəflər arasında 21 aprel 2021-ci ildə bağlanmış icarə müqaviləsinin şərtlərinə əsasən qeyri-yaşayış sahəsini icarəyə götürən olaraq iddiaçı icarəyə verən olaraq cavabdehə hər ay 200 manat icarə haqqı ödəməli idi. İddiaçının icarəyə götürdüyü qeyri-yaşayış sahəsindən istifadə etdiyi 30 ay müddət üçün ödəməli olduğu icarə haqqının ümumi məbləği 6000 manat təşkil edir. İddiaçının birinci instansiya məhkəməsinə sübut olaraq təqdim etdiyi 9 ədəd ödəniş qəbzlərinə əsasən edilən ödənişlərin cəmi məbləği 5700 manat təşkil edir. Təqdim olunan sübutlardan iddiaçının 30 ay müddət üçün ödəməli olduğu 6000 manat icarə haqqı əvəzində 5700 manat ödəniş etdiyi görünür. İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə qeyd edilən icarə haqqı üzrə 5700 manatdan daha artıq məbləğdə ödənişlər edilməsinə dair hər hansı bir mötəbər sübutlar verilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanla onu tdeməyə əsas verir ki, tələbin bu hissəsində cavabdehin iddiaçının hesabına əsassız varlanması baş verməmişdir və birinci instansiya məhkəməsi iddianı həmin hissədə rədd etməkdə haqlı olmuşdur. İddia tələbi digər hissələrdə təmin olunduğundan və apellyasiya şikayətinin dəlilləri məzmun etibarı ilə iddianın təmin olunmayan hissəsində qətnamənin ləğvinə yönəlik olduğundan, digər hissələrdə qətnamənin əsaslılığının yoxlanılmasına kollegiya zərurət görməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: İddiaçı və onun vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə apellyasiya şikayəti təmin edilməsin. Hacıqabul Rayon Məhkəməsinin 8 yanvar 2024-cü il tarixli 2(071)-38/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Pərviz Əhmədov
Məhkəmə qərarları › İş №2(106)-716/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-716/2024
24.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver