Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-717/2023 03.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh* ASC-yə, Cavabdeh*nə və Cavabdeh3nə qarşı “aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Masallı Rayon Məhkəməsinin *(050)-305/*0*3 saylı, 0* fevral *0*3-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya icraatı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh* ASC tərəfindən tərtib edilmiş 04.**.*0**-ci il tarixli, *8048* saylı aktın etibarsız hesab edilməsi və əsassız olaraq hesablanmış 753,74 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun Masallı rayonunun Boradigah qəsəbəsində yaşayış evi var, həmin ev elektrik enerjisi ilə təmin edilmiş, qaydalara və qanunlara uyğun olaraq sayğacın sərf etdiyi aylıq elektrik enerjisinin pulunu tam ödəmişdir. Bu vaxta kimi heç vaxt sayğaca müdaxilə etməmiş, əlavə xəttdən istifadə etməmişdir. 04.**.*0**-ci il tarixində Cavabdeh* ASC-nin əməkdaşları iddiaçının evində quraşdırılmış sayğaca baxış keçirmiş, baxış zamanı guya sayğacın kabel vasitəsilə dövriyyədən kənarlaşdırıldığı aşkarlanmışdır. Həmin tarixdə, yəni 04.**.*0**-ci ildə mərhum atası X3 barəsində *8048* saylı akt tərtib edilmiş, guya sayğacdan kənar X* edildiyi qeyd edilmişdir. İşıq idarəsinin işçiləri evə gələn elektrik xətlərini yoxlamamış, sayğacdan kənarda hansı formada X* edildiyini qeyd etməmişlər. Əgər sayğacdan kənar X* edilirdisə, bu faktın tam aydın formada fotoşəkillərini çəkməli idilər. Qeyd edilən akt iddiaçının iştirakı olmadan tərtib edilmişdir. Sonradan iddiaçıya qəbz gələndə ona artıq sərfiyyatın hesablandığını görmüş, bu barədə maraqlandıqda ona sayğaca müdaxilə olduğu üçün akt tərtib edildiyi deyilmişdir. Halbuki, iddiaçı heç vaxt sayğaca müdaxilə etməmişdir. Sonra iddiaçı işıq idarəsindən aktı almış, aktda həmkəndlilərinin adlarının hal şahidi kimi qeyd edildiyini görüb onlarla əlaqə saxlamışdır. Onlar heç vaxt iddiaçının sayğacına baxış keçirmədiklərini bildirmişlər. Göründüyü kimi, heç bir əsas olmadan qanunsuz olaraq iddiaçıya əlavə 753,74 manat sərfiyyat hesablanmışdır. Halbuki, iddiaçı o məbləğdə işıq sərf etməmişdir. İddiaçının evində bir ay ərzində heç *00 manat sərfiyyat olmur. Qanunvericilik də işıqdan istifadə qaydalarının pozulması halında * aylıq istifadə göstəricilərinin əsas tutulmasını müəyyən etmişdir. İddiaçının evinin X* yükünü amperemaj cihazı ilə yoxlamadan ona əsassız olaraq sərfiyyat hesablamışlar. Göründüyü kimi, cavabdeh təşkilat heç bir əsas olmadan akt tərtib etmiş və ona uyğun sərfiyyat hesablamışdır. Masallı Rayon Məhkəməsinin *(050)-305/*0*3 saylı, 0* fevral *0*3-cü il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Firdovsi Əliyev) iddia təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Masallı Rayon Məhkəməsinin *(050)-305/*0*3 saylı, 0* fevral *0*3-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməni əsaslandırarkən əsas olaraq cavabdeh tərəfindən təqdim edilmiş videodiski götürmüşdür. Lakin həmin videodiskə məhkəmə prosesi zamanı baxış keçirilərkən abonentin həqiqətən də sayğacdan kənar xətdən istifadə edib-etmədiyi, naqildən elektrik enerjisinin keçibkeçmədiyi müəyyən edilmir. Belə ki, idarənin əməkdaşları evə gələn elektrik xəttini yoxlamamışlar. Sayğacdan kənar hansı formada X* edilməsi qeyd edilməmişdir. Eləcə də akt iddiaçının iştirakı olmadan tərtib edilmişdir. Əgər sayğacdan kənar xətt aşkar edilmişdisə, cavabdeh idarənin əməkdaşları yerindəcə akt tərtib etməli idilər. Çünki belə bir hal əlavə araşdırma tələb etmir, yəni hər hansı ekspertizanın keçirilməsini tələb etmir. Həmçinin, tərtib olunmuş aktda həmkəndlilərinin adları hal şahidi kimi qeyd edildiyindən iddiaçı onlarla əlaqə saxlamış, onlar iddiaçıya ona məxsus elektrik sayğacına baxış keçirilən zaman orada olmadıqlarını və hər hansı akta imza etmədiklərini bildirmişlər. Bu isə onu deməyə əsas verir ki, mübahisəli akt ehtimallara əsasən tərtib edilmişdir və həqiqiliyi şübhə doğurur. Həmçinin, iddiaçının elektrik enerjisindən qeyri-qanuni istifadə edilməsi müddətinin nə qədər olması barədə cavabdeh tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Əksinə, iş materiallarında olan mübahisələndirilən akt yazılmamışdan əvvəl sonuncu dəfə abonentə verilən elektrik enerjisini qeydə alan sayğac oxunmuş və göstəriciləri götürülmüşdür. Həmin vaxt hər hansı bir nöqsan aşkar edilməmişdir. Əgər bunun əksi baş vermiş olsaydı, hazırkı vəziyyətdə olduğu kimi, elə həmin vaxt bununla bağlı akt yazılardı. Belə bir vəziyyətdə iddiaçının elektrik enerjisindən qeyri-qanuni istifadə edilməsi müddəti kimi *7 gün (sayğaca sonuncu baxışdan akt yazılan tarixədək olan dövr) üçün hesabat aparılmalı, qalan müddət üçün hesablanmış borc silinməlidir. Apellyasiya məhkəməsinin iclasında İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək bildirdi ki, o, son 3 ilin ödəniş cədvəlini məhkəməyə təqdim etsə də, məhkəmə buna əhəmiyyət verməmişdir. O qeyd etdi ki, özü Boradigah xəstəxanasında həkim işləyir və sayğaca heç vaxt müdaxilə etməmişdir, hazırkı müdaxilə halı isə cavabdehin əməkdaşlarının oyunudur. Belə ki, o, evdə olarkən axşam saat 8-9 radələrində işıq sönüb yanmış, bununla bağlı, evdən çıxıb baxarkən bir şəxsin sayğaca “peremiçka” atdığını, iddiaçını gördükdə isə cəlb qaçıb oradan uzaqlaşdığını və maşına minərək getdiyini görmüşdür. Həmin şəxsin yanında bir uşaq da olmuşdur. O, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamışlar. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Mülki Prosessual Məcəllənin 37*.*-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 37*.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 37*.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını düzgün hesab edir. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdəki Cavabdeh* ASC-nin Masallı İdarəsinin rəisi tərəfindən təsdiq edilmiş 04.**.*0**ci il tarixli, R*8048* nömrəli aktın surətindən görünür ki, “X* Qaydaları”na uyğun olaraq abonent İddiaçı elektrik sayğacına baxış keçirilən zaman abonent tərəfindən elektrik sayğacının *0 mm* sip kabel vasitəsilə dövriyyədən kənarlaşdırıldığı, 6,8 amper yük axdığı, elektrik sayğacının yükü hiss etmədiyi müəyyən olunmuş və kənar xətt ləğv edilmişdir. İşdəki Cavabdeh* ASC-nin Cənub RETSİ-nin Aktlar üzrə Komissiyası tərəfindən təsdiq edilmiş əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərdən görünür ki, satış sahəsi üzrə tələb 778,74 manat məbləğində hesablanmışdır. Tələbin qəbulu üçün əsas 04 noyabr *0**-ci il tarixli, Rİ*8048* nömrəli akt olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin * fevral *005-ci il tarixli, *8 nömrəli qərarı ilə təsdiq edilmiş “X* Qaydaları”nın (bundan sonra – Qaydalar) 8.*7-ci maddəsinə əsasən, istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.*8-ci və 7.*9-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların *0.*8.9-*-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın *4 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Qaydaların 8.*7-*-ci maddəsinə əsasən, istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.*8-ci və 7.*9cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların *0.*8.9-*-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın *4 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.*8-ci və 7.*9-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın *4 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Qaydaların 8.*7-*-ci maddəsinə əsasən, istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.*7-ci və 8.*7-*-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.*7-ci və 8.*7-*-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. İddiaçı apellyasiya şikayətində onun tərəfindən elektrik enerjisindən qeyri-qanuni istifadə edilməsi müddəti *7 gün üçün olmaqla hesabat aparılmalı olduğunu bildirmişdir. Bu isə onu göstərir ki, iddiaçı elektrik enerjisindən qeyri-qanuni istifadə etdiyini qəbul edir, lakin cərimənin bir hissəsinin əsassız hesablandığını bildirir. Bu hal isə iddiaçının apellyasiya məhkəməsinin iclasında onun elektrik enerjisinə “peremiçka”nın cavabdehin əməkdaşları tərəfindən qoyulması və iddiaçının sayğaca hər hansı müdaxilə etməməsi barədə bildirdiklərinin əsassız olduğunu göstərir. Beləliklə, iddiaçının sayğacdan elektrik enerjisindən kənar – “peremiçka” vasitəsilə istifadə etməsi halı müəyyən edilir. Cavabdeh tərəfindən təqdim edilmiş satış sahəsi üzrə tələblərdən görünür ki, iddiaçıya akt əsasında hesablanmış cərimə 30 gün müddətinə hesablanmışdır. Bu hal isə cərimənin Qaydaların tələblərinə uyğun hesablandığını göstərir. Bundan başqa, iddiaçı aktın onun tərəfindən imzalanmadığını bildirsə də, yol verilmiş pozuntu videoçəkiliş aparılmaqla müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş videogörüntünün olduğu diskə baxış keçirilərkən də müəyyən edilmişdir ki, iddiaçı həqiqətən də “peremiçka” vasitəsilə sayğacdan kənar X* etmişdir. Həmçinin, iddiaçı hal şahidi kimi onun həmkəndlilərinin göstərildiyini, lakin onların həmin akta imza etmədiklərini bildirsə də, aktdan görünür ki, o, hal şahidlərinin iştirakı ilə tərtib edilməmişdir. Baxış keçirilən zaman videoçəkiliş aparıldığından hal şahidlərinin iştirak etməməsi də aktın etibarsızlığına səbəb olmamışdır. Odur ki, hazırda mübahisələndirilən 04 noyabr *0**-ci il tarixli aktın etibarsız hesab edilməsi üçün hər hansı əsas müəyyən edilmir. Məhkəmə kollegiyası bildirir ki, 04 noyabr *0**-ci il tarixli akt etibarlı olduğundan, həmin akt əsasında iddiaçıya hesablanmış cərimə borcunun silinməsinə dair hissədə də birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Mülki Prosessual Məcəllənin 77.*-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin *4.*-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in **7.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. MPM-in 384.0.*-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.*-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Masallı Rayon Məhkəməsinin *(050)-305/*0*3 saylı, 0* fevral *0*3-cü il tarixli qətnaməsi dəyişdirilmədən, iddiaçının apellyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 40*.*-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 38*, 384.0.*, 385.*, 39*, 393 və 40*.*-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin *(050)-305/*0*3 saylı, 0* fevral *0*3-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Samir Mayılov Hakimlər: İlham Əsədov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-717/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-717/2023
03.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver