Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-719/2025 19.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “qaz mühafizə zonasının əvvəlki vəziyyətə gətirilməsi” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli, 2(049)-1141/2025 nömrəli qərardadından iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qaz mühafizə zonasının əvvəlki vəziyyətə gətirilməsi” tələbinə dair iddia ərizəsi ilə elektron qaydada Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. Lənkəran Rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli, 2(049)-1141/2025 saylı (X7) qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. İddiaçı nümayəndəsi Nəzərov X3 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)- 1141/2025 nömrəli qərardadından şikayət verərək qərardadın qanunsuz və əsassız hesab etdiyini qeyd edərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata götürülməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 2(049)-1141/2025 saylı (X7) qərardadı ilə şikayət təmin olunmayaraq, şikayətin 7 gün müddətində işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin qərardadının tədqiqindən müəyyən edilir ki, iddia ərizəsinin geri qaytarılmasını, İddiaçı qismində çıxış etməyə prosessual fəaliyyət qabiliyyətinin olmaması ilə əlaqələndirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 397.1-ci maddəsinə əsasən bu məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etdi. MPM-nin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalanmağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1 və 3-cü hissələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1, 50.1 və 50.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 22 fevral 2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə uyğun olaraq, öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Göründüyü kimi, işdə iştirak mülki prosessual fəaliyyət qabiliyyətinin olması ilə şərtləndirilməklə fiziki şəxslərdə yetkinlik yaşına çatma halında yaranmış hesab olunur. Hüquqi şəxslərə gəldikdə isə onların mülki prosessual hüquq və fəaliyyət qabiliyyəti eyni anda, hüquqi şəxsin dövlət qeydiyyatına alındığı andan yaranır. Yəni, hüquqi şəxsin mülki prosessual hüquq qabiliyyəti onun maddi hüququn subyekti olduğu andan əmələ gəlir. Hüquqi şəxsin struktur vahidlərinə münasibətdə isə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 53.1 və 53.2-ci maddələrinə görə, hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafelərini təmsil və müdafiə edən ayrıca bölməsi nümayəndəlik sayılır. Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi isə filial sayılır. Mülki Məcəllənin 53.3 və 54.2-ci maddələrinə əsasən, hüquqi şəxsin nümayəndəlikləri, filiallar, eləcə də idarələri hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Beləliklə, hüquqi şəxsin filial və nümayəndəlikləri hüquqi şəxsin təsdiq etdiyi əsasnamədə əks olunmuş hüquqları əldə edir və vəzifələr daşıyır, idarələri də Mülki Məcəllənin 54.3 və 54.4cü maddələrinə uyğun olaraq, ona təhkim edilmiş əmlak barəsində qanunla müəyyənləşdirilmiş hədlərdə, öz fəaliyyətinin məqsədlərinə, hüquqi şəxsin tapşırıqlarına və əmlakın təyinatına uyğun sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirir. İdarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür. Qeyd edilməlidir ki, hüquqi şəxsin filial və ya nümayəndəliyinin, eləcə də hər hansı struktur vahidinin əmək münasibətlərində tərəf (işəgötürən) olaraq çıxış edə bilmə imkanı onun mülki prosessual fəaliyyət qabiliyyətli olmasını ifadə etmir. Mülki prosessual hüquq və fəaliyyət qabiliyyəti yalnız mülki prosessual qanunvericilikdə müəyyən edilmiş subyektlərə münasibətdə tanınır. Yuxarıda da qeyd olunduğu kimi, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq mülki prosesin tərəfi olmaq mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmaqla şərtlənir. Müstəqil şəkildə hüquqlar əldə edə və maddi hüququn subyektinə çevrilə bilməyən, yəni mülki hüquq qabiliyyətinə malik olmayan hüquqi şəxsin struktur bölməsinin müvafiq olaraq müstəqil şəkildə mülki prosessual fəaliyyət qabiliyyəti əldə edə bilməsi və mülki prosesin tərəfi olması da istisna edilir. 2006-cı ildə təbii qazın qəbulu, nəqli və təhvili üzrə texnoloji proseslərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin Qaz Əməliyyatları Departamentinin bazasında Qaz Əməliyyatları İdarəsi yaradılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 iyul 2009-cu il tarixli “ARDNŞ-nin strukturunun təkmilləşdirilməsi” haqqında müvafiq Fərmanına uyğun olaraq, Qaz Əməliyyatları İdarəsinin adı dəyişdirilərək Qaz İxrac İdarəsi (Qİİ) adlandırılıb. 2013-cü ildə Qİİ-nin strukturu təkmilləşdirilib, “Azəriqaz” İstehsalat Birliyinin (İB) 7 magistral qaz kəməri sahəsi və Qaz kəmərlərinin korroziyadan mühafizəsi, elektrik təchizatı və radio-rabitə sahələri İdarənin tərkibinə verilib. Qİİ təbii qaz həcmlərinin səmərəli idarə olunması, eləcə də qazın qəbulu və nəqli sistemləri vasitəsilə respublikanın enerji dəhlizinə ötürülməsi işi üzrə normativ qaydalara uyğun texniki, texnoloji və metroloji əməliyyatların aparılması, həmçinin “Azneft” İB-yə məxsus qaz həcmlərinin müvafiq müqavilə çərçivəsində Gürcüstana ixrac və nəqlinin həyata keçirilməsi ilə məşğul olur. Azərbaycanın daxili bazarında təbii qazın satışının "xxxx" ASC-yə həvalə edilməsi ilə bağlı qərarın icrasını təmin etmək məqsədilə imzalanmış Xidmət müqaviləsinə əsasən, Qİİ təhvil-təslimin təşkili xidməti, qaz müqavilələri və əməliyyat protokolları üzrə qazın qəbulu, ölkədaxili qaz istehsalçıları və istehlakçıları (paylayıcıları) – "xxxx" ASC, “Azəriqaz” İB və Naxçıvan MR Qaz İstismar Xidməti müəssisələrinə nəqli, təhvil-təsliminin idarə olunması və bunlara aid olan texniki-texnoloji, metroloji və müqavilə şərtləri çərçivəsində nəzərdə tutulan digər əməliyyətları həyata keçirir. Qeyd edək ki, SOCAR və Türkmənistanın “Türkmənqaz” şirkəti arasında təbii qazın alqı-satqısı müqaviləsi ilə bağlı bütün hüquq və öhdəliklərin icra edilməsi Qİİ-nə tapşırılıb. Eyni zamanda, SOCAR ,“SOCAR Trading SA”, “SOCAR Enerji” və BOTAŞ şirkətinin Avropa və Türkiyə bazarına çatdırılması məqsədilə bağladıqları qazın təhvili müqavilələri üzrə SOCAR-a aid bütün hüquq və öhdəliklərin icra edilməsi də Qİİ-nə həvalə edilib. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli, 844 nömrəli Fərmanında qeyd olunmuşdur:
3. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə tapşırılsın ki, bir ay müddətində qanunvericiliklə nəzərdə tutulmuş qaydada Şirkətin tərkibinə daxil olan: Dənizdə Neft və X6 Birliyini və Quruda Neft və X6 Birliyini birləşdirsin və onların bazasında "Azneft" İstehsalat Birliyini yaratsın; X4 İdarəsini və "Azərnefttəchizat" Birliyini birləşdirsin və onların bazasında "Marketinq və iqtisadi əməliyyatlar" İdarəsini yaratsın; X5 İstehsalat Birliyinin bazasında "Neft kəmərləri" idarəsini yaratsın; "Şelflayihətikinti" İstehsalat Birliyinin bazasında "Bakı dərin özüllər zavodu"nu yaratsın; "Azərneftyağ" İstehsalat Birliyinin bazasında "Azərneftyağ" neft emalı zavodunu yaratsın; "Azərneftyanacaq" İstehsalat Birliyinin bazasında "Azərneftyanacaq" neft emalı zavodunu yaratsın. Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli, 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin NİZAMNAMƏSİNDƏ qeyd edilmişdir: 1.4. Şirkət hüquqi şəxsdir, müstəqil balansa (Şirkətin balansı), banklarda, o cümlədən xarici banklarda, hesablaşma və digər hesablara malikdir. Şirkət illik maliyyə hesabatları ilə yanaşı, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edir. 1.7. Şirkət öhdəliklərinə görə əmlakı ilə cavabdehdir. Şirkət dövlətin öhdəliklərinə görə cavabdeh deyildir, dövlət də qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, Şirkətin öhdəliklərinə görə cavabdeh deyildir. 1.8. Şirkətin tam rəsmi adı - Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, qısaldılmış rəsmi adı - SOCAR. 2.2. Bu Nizamnamənin 2.1-ci bəndində göstərilən məqsədlərə nail olmaq üçün Şirkət aşağıdakı vəzifələrin yerinə yetirilməsini təmin edir: Şirkətin strukturuna daxil olan qurumların balansında olan əmlaka münasibətdə sərəncam vermək hüququnun həyata keçirilməsi, o cümlədən həmin əmlakın balansdan balansa, icarəyə və istifadəyə verilməsi, Şirkətin iştirak etdiyi birgə layihələrə pay şəklində qoyulması, silinməsi (ləğv edilməsi), qiymətləndirilməsi, habelə təyinatının dəyişdirilməsi; Şirkətin və onun strukturuna daxil olan qurumların istifadəsi üçün ayrılmış torpaqların təyinatı üzrə istifadə edilməsi, bu torpaqlardan istifadə hüquqlarının strukturuna daxil olan qurumlara ötürülməsi və həmin torpaqların mülkiyyətçiyə geri qaytarılmasına müvafiq qaydada razılıq verilməsi; 4.11. Şirkətin strukturuna daxil olan qurumların müvafiq olaraq blanklarında, möhür və ştamplarında, digər fərqləndirici nişanlarında həmin müəssisələrin adı ilə yanaşı. Şirkətin adı göstərilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli 844 nömrəli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Strukturuna daxildir:
9. Filiallar, nümayəndəliklər və hüquqi şəxs statusuna malik olmayan təşkilatlar (İdarələr).
11. Şirkətin strukturuna daxil olan müəssisələr. 11.2. “Azəriqaz” İstehsalat Birliyi; 11.16. “Qaz ixrac” İdarəsi; Yuxarıda qeyd olunanlardan görünür ki, hazırki iddia üzrə İddiaçı qismində məhkəməyə müraciət etsə də, iddiaçı qismində Qaz İxrac İdarəsi yox, onu yaratmış hüquqi şəxs çıxış edə bilər. Bununla yanaşı, o da qeyd edilməlidir ki, yuxarıda şərh olunan Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 53 və 54-cü maddələrinin hüquqi mahiyyətinə, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə müvafiq olaraq, hüquqi şəxsin struktur bölməsi mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmadığına görə, müvafiq məhkəmə mübahisələrində yalnız hüquqi şəxsin adından sonuncunun təsdiq etdiyi əsasnamə və ya verdiyi etibarnamə əsasında çıxış edə bilər. Bununla da, müəyyən edilir ki, iddiaçı qismində İddiaçı çıxış də bilməz, yalnız həmin hüquqi şəxsi təmsil edə bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “X1rşı” iş üzrə 1985-ci il 28 may, “Bellet Fransaya qarşı” iş üzrə 1995-ci il 4 dekabr tarixli qərarlarda göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilmiş “məhkəmə hüququ” məhkəmənin əlçatan olmasını, o cümlədən məhkəmədə mülki işlər üzrə iddia qaldırmaq imkanını ehtiva edir. Bununla belə, bu hüquq mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər. Məhkəmə kollegiyası şikayətin dəlilləri üzrə yekun dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qənaətinə gələrkən prosessual normaları düzgün tətbiq və təfsir etdiyindən, şikayət təmin edilməməli, gəlinən nəticə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 365, 397,398, 400 və 402.2-402.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli, 2(049)-1141/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayət verilə bilməz.