Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-721/2025 30.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)-2975/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları İş materiallarında olan xx.xx.2021-ci il tarixli borc müqaviləsindən görünür ki, 3200 manat dəyərində olan qızıl zinət əşyalarını Cavabdeh Qazax şəhər, H.Əliyev prospektində yerləşən Mərkəzi Kolxoz bazarının ətrafında qiymətli metalların və qiymətli daşların dövriyyəsi mağazasının müdiri İddiaçı 5 aya yəni xx.xx.2021-ci il tarixədək X1 şahidliyi və imzası ilə borcu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-4/475 saylı rəyindən görünür ki, mülki işin 7-ci vərəqəsində olan xx.xx.2021-ci il tarixli borc müqaviləsinin üz tərəfində “1) S.A.A.Cavabdeh” və “ 1.Cavabdeh” qrafalarındakı imzalar-Cavabdeh tərəfindən icra olnmuşdur. Həmin müqavilənin arxa tərəfində “1.CavabdehN” qrafasındakı imzanın Cavabdeh tərəfindən icra olunub-olunmaması tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1 ədəd 583 əyyarlı ümumi çəkiləri 19.2 qram olan kişi saatını qiyməti 1600(bir min altı yüz) manata; 585 əyyarlı ümumi çəkisi 18.6 qram olan boyunbağı (5.6 qram)- qolbağı (2.1 qram)-sırqa (5.3 qram)- üzük (2.5 qram)- klon (1.5 qram)- sancaq 1 qram) və göz muncuğu (0.6 qram) dəsti, qiyməti 1600 (bir min altı yüz) manata əgər yuxarıda qeyd olunan qızıl-zinət əşyaları olmadıqda, həmin qızıl-zinət əşyalarının ümumi dəyəri olan 3200 (üç min iki yüz) manat məbləğində pulun, həmin məbləğin 200 (iki yüz) manatını ödədiyinə görə yaranmış 3000 (üç min) manat məbləğində pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdir ki, iddiaçı Qazax şəhəri H.Əliyev prospektində yerləşən “Mərkəzi Kolxoz” bazarının ətrafında, özünə məxsus mağazasında “Qiymətli metalların və qiymətli daşların alğı-satqısı, dövriyyəsi ilə məşğul olur. Onun adına Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında dövlət əyyar palatasının (035694) nömrəli lisenziyası var. Onun Azərbaycan Respublikası Vergilər Nazirliyi vergi ödəyicisi kimi uçota alınmağı haqqında (VÖEN **********) şəhadətnaməsi var. O, Cavabdeh iki ildən artıqdır ki, tanıyır . O, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Qazax rayonunda yerləşən ƏSD-nin N saylı hərbi hissəsində "Baş çavuş" vəzifəsində işləyirdi. Cavabdeh əvvəllərdə ondan bir neçə dəfə nisyə olaraq qızıl-zinət əşyalar alıb və borcunu vaxtı-vaxtında ödəmişdir. Ona görədə Cavabdeh onun yanında öz etibarını qazanmışdır. Cavabdeh xx.xx.2021-ci il tarixində onun mağazasına gəlmiş və ondan 5 ay müddətinə nisyə olaraq qızıl-zinət əşyaları almaq istədiyini bildirmişdir. Onun Cavabdeh etibarı olduğuna görə ona nisyə olaraq qızıl-zinət əşyalar satmağa razılaşdır. İddiaçı cavabdehə 1) 583 əyyarlı ümumi çəkiləri 19.2 qram olan kişi saatı, qiyməti 1600(bir min altı yüz) manata ; 2) 585 əyyarlı ümumi çəkisi 18.6 qram olan boyunbağı (5.6 qram)- qolbağı (2.1 qram)sırqa (5.3 qram)- üzük (2.5 qram)- klon(1.5 qram)- sancaq (l qram) və göz muncuğu (0.6 qram) dəstini 1600 (bir min altı yüz) manata satmışdır. Beləliklə o, ümumu dəyəri 3200 (üç min iki yüz) manatlıq qızıl-zinət əşyalarını Cavabdeh 5 (beş) ay müddətinə nisyə olaraq satmışdır. Həmin vaxt onlar öz aralarında borc müqaviləsi yazmışlar və müqavilənin doğruluğunu iddiaçı, Cavabdeh və onlara şahidlik edən X3 öz imzaları ilə təsdiqləmişlər. Həmin tarixdən iki ilə yaxın vaxt keçməsinə baxmayaraq Cavabdeh ona olan 3200 (üç min iki yüz) manat məbləğində pul borcundan ümumilikdə 200 (iki yüz) manat məbləğində pul vermişdir. O, dəfələrlə ondan xahiş etmiş ki, ona olan pul borcunu versin. Amma Cavabdeh onu aldadaraq ona olan pul borcunu verməkdən yayınır. Buna görə də o, məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəməyə teleqram göndərərək iddianı müdafiə edərək iddianın təmin edilməsini, sübut kimi təqdim etdiyi müqavilənin əsas götürülməsini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, o, İddiaçı tanımır və onun heç vaxt görməmişdir. O, Nümayəndə tanıyır və ondan da 1500 manat borca pul almışdır. Həmin pulun da 800 manatını ödəmiş 700 manat borcu qalmışdır. O, heç vaxt Sədrəddindən və ya Pərvanə adlı şəxsdən qızıl almamış və qızılla bağlı hər hansı sənədə imza etməmişdir. Nümayəndə sələmə pul verən şəxsdir və onun kimi bir neçə gizir və zabit yoldaşına da sələmə pul vermişdir. Ümumiyyətlə 26 fevral günü Xocalı faciəsi günü olduğu üçün və həmin gün hərbi hissədə tədbir olduğu üçün onun hərbi hissəni tərk etməsi mümkün deyil. Göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, hazırda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Lənkəran rayonunda yerləşən hərbi hissəsində xidmət edir. Əvvəllər isə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Qazax rayonunda yerləşən hərbi hissəsində xidmət etmişdir. Qazax rayonunda xidmətdə olarkən Sədrəddin adlı şəxsdən faizə pul almış, həmin pula görə də sənədlərə imza etmişdir. Sonradan pulu qaytara bilmədiyinə görə Qazax Rayon Məhkəməsinə işi olmuşdur. Lənkəran Rayon Məhkəməsinin Məhkəməsinin (hakim Murad Aslanov) 06 noyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1, 385.1, 324, 427.1, 600.1-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.4-cü maddələrinə istinad etmiş və qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixli müqavilə bağlanarkən İddiaçı qızıl zinət əşyaları satmaq səlahiyyəti olmamışdır. Yuxarıda da şərh edildiyi kimi İddiaçı qeyd olunan sahədə fəaliyyət göstərməsi üçün xx.xx.2014-cü il tarixdən 5 il müddətinə razılıq verilmişdir, yəni iddiaçının qiymətli metalların və qiymətli daşların dövriyyəsini həyata keçirmə kimi faəliyyəti xx.xx.2019-cu il tarixdə başa çatmışdır. Bunlarla yanaşı, məhkəmə xüsusilə vurğulamağı vacib hesab edir ki, məhkəməyə təqdim edilmiş yeganə sübut- xx.xx.2021-ci il tarixli müqavilənin özünə nəzər yetirdikdə, adi gözlə görülməsi mümkün olan çatışmazlıqlar aşkar görünür. Belə ki, müqavilə iki səhifə olmaqla bir vərəqdən ibarətdir. Həmin səhifələrdə isə qələmlər müxtəlif rənglərdə olmaqla ayrı-ayrı vaxtlarda yazılması istisna deyildir. Habelə, müqavilənin hüquqi qüvvəsinin təsdiqi üçün ikinci səhifədə möhür vurulmuşdur, lakin elə ikinci səhifədə olan imzanın hazırda cavabdeh olan Cavabdeh məxsus olması özlüyündə ekspert rəyi ilə təkzib edilmişdir. Yuxarıda şərh olunan xx.xx.2024-cü il tarixli eksper rəyində də göstərilmişdir ki, müqavilənin arxa tərəfində imzanın Cavabdeh tərəfindən icra olunub-olunmaması müəyyən etmək mümkün olmamışdır. Bütün göstərilən hallar iş üzrə yeganə sübut kimi təqdim edilmiş xx.xx.2021-ci il tarixli müqavilənin mötəbər sübut kimi qəbul edilməməsinə məhkəməyə əsas verir. Məhkəmə hesab edir ki, mötəbər hesab edilməyən sübut iş üzrə mümkün və yetərli sübut kimi qəbul edilə bilməz. Həmin müqavilənin iş üzrə sübut kimi qəbul edilməsi əsassız olmaqla, həm də qanunvericiliyin tələbinə tamamilə ziddir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayəti vermişdir. İddiaçı tərəf apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmiş, apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə onun, iddia ərizəsinə əlavə etmiş olduğu borc müqaviləsini tam və ətraflı araşdırmamışdır. Məhkəmə borc müqaviləsini tam və ətraflı araşdırmış olsaydı, cavabdehin borc müqaviləsinin 1-ci vərəqinin 1-ci sətirində öz xətti ilə soyadını, adını, atasının adını yazmış və imza etməsini, bundan sonra ünvanını, doğum tarixini, müqavilənin bağlanma tarixini, qızılların ayrıayrılıqda qiymətlərini, həmin qızılların ümümi qiymətini rəqəmlə, sonra isə sözlə, (üç min iki yüz) manata qızıl-zinət əşyası almış, qalan 3200(üç min iki yüz) manatı 5 (beş) aya ödəməklə hər ay cədvəl üzrə ödəməyi öhdəsinə götürür (qızıl-zinət əşyalarını satıcıdan təhvil almasını etiraf edır) yazmasını və bu müqavilənin 1- ci vərəqinin axırında 1. Cavabdeh yazaraq müqavilənin doğruluğunu öz imzası ilə təsdiq etməsini müəyyən edərdi. Cavabdeh məhkəməyə heç bir əsaslı sübut təqdim etməmişdir. Buna baxmayaraq, məhkəmə cavabdehin ziddiyətli ifadələrinə əsaslanaraq, yəni əvvəlcə borc müqaviləsində onun adlarının qarşısında olan imzaların onun tərəfindən icra olunmamasını deməsini və sonradan iddiaçıdan qızıl-zinət əşyaları almamışam deməsini araşdırmadan, onun yalan ifadələrini əsas tutaraq iddiani rədd etmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və oyektiv tədqiqinə lazımı şərait yaradır. Bunun üçündə məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Birinci instansiya məhkəməsi isə qeyd olunan mülki prosessual qanunvericiliyin tələblərini pozmaqla, işin hərtərəfli araşdırılmasında maraqlı olmamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, Lənkəran Rayon Məhkəməsinin 2(049)-2975/2024 saylı, 06 noyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya baxışında iştirak edən Cavabdeh iddiaçı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini, Lənkəran Rayon Məhkəməsinin 2(049)-2975/2024 saylı, 06 noyabr 2024-cü il tarixli qətnaməsinin dəyişdırilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən iddiaçı tərəf apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilməsini, iddianın təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; 125-ci maddəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 129-ci maddəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 5.3.-ci maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 425.1.-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 404.1.-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin Plenumu 17 sentyabr 2021ci il tarixli Qərarı Dürüstlük əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva etməklə mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 6-cı maddəsində sadalanan prinsiplər sırasında vicdanlılıq prinsipi birbaşa nəzərdə tutulmasa da, bu prinsip həmin Məcəllənin 5.3, 18.1 və 425-ci maddələrinin göstərişlərindən irəli gəlir. Daha sonra Konstitusiya Məhkəməsi qeyd edir ki, qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıbsığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. T.Qasımovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 2020-ci il 01 dekabr tarixli Qərarı Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Konstitusiya Məhkəməsinin Plenumu Qərarı Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır... Əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını və sübutları araşdırıb, həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia təmin edilməlidir. Kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Müqavilə münasibətlərindən irəli gələn mübahisələrin həlli zamanı məhkəmə tərəfindən hüquqi qiymətləndirmənin ən mühüm meyarlarından biri müqavilənin hüquqi baxımdan etibarlı olub-olmamasıdır. Bu qiymətləndirmə yalnız müqavilənin zahiri forması ilə məhdudlaşdırıla bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən, müqavilənin məzmunu onun təkcə mətni ilə deyil, eyni zamanda tərəflərin niyyəti, müqavilənin məqsədi və bağlanma zamanı mövcud olan hallarla birlikdə şərh edilməlidir. Bu prinsipə görə, məhkəmə yalnız müqavilədəki söz və ifadələrin hərfi mənası ilə deyil, tərəflərin müqavilə bağlanan zaman iradələrinin, danışıqlarının, qarşılıqlı münasibətlərinin və davranışlarının da dərin təhlili ilə real hüquqi iradəni müəyyənləşdirməlidir. “İn claris non fit interpretatio” (açıq olan izaha ehtiyac duymaz) prinsipi bəzi hallarda tətbiq edilsə də, bu yalnız tərəflərin niyyətinin tam və birmənalı olduğu hallara şamil olunur. Əks halda, müqavilənin həqiqi məzmunu və iradəsi məhkəmə tərəfindən “in dubio contra stipulatorem” (şübhə yaranarsa, müqaviləni tərtib edən tərəfin əleyhinə izah olunur) prinsipinə uyğun qiymətləndirilməlidir. Məhkəmə, müqavilənin şərhində mübahisəyə səbəb olmuş müddəanın sadəcə forma baxımından deyil, onun funksional və məqsəd yönümlü kontekstindən çıxış etməlidir. Bu yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun da tələblərinə cavab verir. Müqavilənin təfsiri zamanı yalnız formal ifadələrin nəzərə alınması və tərəflərin əsl iradəsinin araşdırılmaması, məhkəmə araşdırmasının ədalətliliyini və obyektivliyini şübhə altına alır. Bundan əlavə, Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə əsasən də (bax: Sovtransavto Holding v. Ukraine, 2002), mülki hüquqi münasibətlərdə dövlət orqanlarının, xüsusən məhkəmələrin müqavilə tərəflərinin real maraq və iradələrini nəzərə almaması ədalətli məhkəmə araşdırması hüququnun pozulması hesab olunur. Bu, insan hüquqları və azadlıqlarının müdafiəsinin səmərəli təmin olunması baxımından fundamental əhəmiyyət kəsb edir. Nəticə etibarilə, məhkəmə müqavilənin hüquqi qiymətləndirilməsini apararkən: 1.Müqavilənin hərfi mətnindən çıxış etməməklə yanaşı, 2.Tərəflərin müqavilədən əvvəlki danışıqlarını, münasibətlərini və icra davranışlarını araşdırmalı, 3.Müqavilənin bağlanma şəraiti və məqsədini nəzərə almalı, 4.Və ən əsası, tərəflərin həqiqi və ortaq iradəsini müəyyən etməlidir. Qərb ölkələrinin mülki hüququnda “good faith” kimi tanınan vicdanlılıq prinsipi Azərbaycan Respublikasının Mülki Məcəlləsində də mülki hüquq münasibətləri subyektlərinin üzərinə qoyulan bir vəzifə kimi təsbit olunmuşdur (maddə 5.3). Bununla da, mülki hüquq münasibətlərində tərəflərin bir-birlərinin maraqlarını nəzərə alaraq aralarında güvəni və etimadı yaradan əxlaqi və mənəvi kateqoriya olan vicdanlılıq anlayışı qanunverici tərəfindən həm də hüquq norması kimi müəyyən edilmişdir. Bununla belə, bu norma özündə davranış qaydasını konkret olaraq müəyyən etməyən və tətbiqində, xüsusilə obyektiv vicdanlılığa münasibətdə, kifayət qədər geniş bir normadır (“open norm”). Odur ki, sözügedən normanın konkretləşdirilməsi, tərəflərin hərəkət (hərəkətsizliyinə) ağlabatanlıq və ədalətlilik meyarları üzrə qiymət verilərək, hər işin hallarından asılı olaraq məhkəmə tərəfindən tətbiqi zamanı baş verir. Digər mühüm prinsip isə “ex facto oritur ius” – yəni, hüquq faktlardan yaranır. Bu qayda göstərir ki, hüquq münasibətlərini müəyyən edərkən yalnız formal sənədlər deyil, faktiki hallar da nəzərə alınmalıdır. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar aşağıdakıları qeyd edir. Tərəflər arasında bağlanılmış 26 fevral 2021-ci il tarixli borc müqaviləsinin məzmunundan görünür ki, tərəflər arasında, qızıl-zinət əşyalarının nisyə alqı-satqısı münasibətləri mövcud olmuş, məhz iddiaçı hazırki iddianın əsası kimi tərəflər arasında olan nisyə-alqı münasibətlərinin mövcudluğuna, cavabdeh tərəfin həmin müqavilədən irəli gələn öhdəliklərinin icrasından yayınmasına istinad etmişdir. Birinci instanasiya məhkəməsi qətnaməsində “Belə ki, ilk olaraq qeyd edilməlidir ki, iddiaçı iddiasında da bildirdiyi kimi cavabdehdən tələb etmə hüququnun əsası kimi tərəflər arasındakı alğısatqı müqaviləsini göstərmişdir. İddia ərizəsində iddia tələbində də qızıl zinət əşyalarının nisyə alğı satqısını həyata keçirdiyini göstərmişdir. Lakin məhkəməyə sübut kimi təqdim edilmiş müqavilə isə borc müqaviləsi adlanır. (İddia ərizəsində də hüquqi əsas kimi MM-nin 740.2-ci maddəsinə istinad edilmişdir.) Bu mənada iddiaçının tələbinin əsası kimi nisyə alğı-satqı yoxsa borc münasibətlərinin olması müəyyən deyil.” Qeyd etsə də, nəzərə almamışdır ki, iddiaçı həm iddia ərizəsində, həm də izahatlarında tərəflər arasında qızıl-zinət əşyalarının nisyə alqı-satqısı formasında münasibətlərin olduğunu aydın şəkildə bildirmişdir. Bu isə tələb irəli sürülən hüquqi münasibətin borc müqaviləsi çərçivəsində deyil, əslində alqı-satqı müqaviləsinə xas xüsusiyyətlər daşıdığını göstərir. Məhkəmənin bu mövqeyi kollegiya tərəfindən əsaslı sayılmır. Belə ki, hüququn tətbiqində əsas prinsiplərdən biri olan “iura novit curia” (məhkəmə hüququ bilir) prinsipinə əsasən, iddiaçının hüquqi arqumentləri və ya maddi hüququn konkret normalarını göstərməsi məhkəmə üçün məcburi xarakter daşımır. Məhkəmə hüquqi normanı özü müəyyən etməli və faktiki hallara uyğun olaraq tətbiq etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin və bir çox müasir milli hüquq sistemlərinin praktikasında da bu prinsip geniş tətbiq olunur: tərəf yalnız faktiki halları sübut etməlidir, hüquqi qiymətləndirməni isə məhkəmə həyata keçirir. Digər mühüm hüquqi məsələ isə məhkəmənin müqaviləyə formal yanaşması ilə bağlıdır. Mülki hüquqda qəbul olunmuş fundamental yanaşmalardan biri də müqavilənin hüquqi təbiətinin onun adına görə deyil, məzmununa görə müəyyən olunmasıdır. AR Mülki Məcəlləsinin 404.1-ci maddəsinə və müqavilələrin təfsirinə dair müvafiq doktrinal yanaşmalara görə, müqavilənin hüquqi xarakteri, tərəflərin əsl niyyəti və müqavilə üzrə götürülən öhdəliklərin məzmunu əsasında müəyyən edilir. Beləliklə, baxmayaraq ki, tərəflər arasında bağlanmış 26 fevral 2021-ci il tarixli müqavilənin adı “borc müqaviləsi” kimi göstərilmişdir, faktiki olaraq iddiaçının izahatları, müqavilənin predmetinə və icrasına dair məlumatlar, eləcə də işin faktiki halları müqavilənin nisyə alqı-satqı münasibətlərindən irəli gəldiyini göstərir. Burada iddiaçının qarşı tərəfə qızıl-zinət əşyaları təqdim etməsi və qarşılığında onların pul və ya dəyərinin sonradan qaytarılması öhdəliyinin olması, əşyaların nisyə alqı-satqısı münasibətlərinin əsas əlamətidir. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş yeganə sənəd olan xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən iddiaçının tələblərinin hüquqi əsaslandırılmasını yetərli hesab etməmiş, qeyd etmişdir ki, müqavilənin vizual olaraq müəyyən çatışmazlıqları mövcuddur. Belə ki, müqavilə yalnız bir vərəqdə iki səhifədən ibarətdir, müxtəlif rəngli qələmlərlə yazıldığı və imzaların eyni vaxtda atılmaması ehtimalı istisna edilmədiyi üçün məhkəmə bu sənədə hüquqi qüvvə verməmişdir. Həmçinin, cavabdehin ikinci səhifədə olan imzasının ekspert rəyinə əsasən ona aid olub-olmaması müəyyən edilmədiyindən, məhkəmə bu müqavilənin ümumilikdə şübhə doğurduğu qənaətinə gəlmişdir. Lakin kollegiya bu mövqeyi ilə razı deyil və aşağıdakı səbəblərə əsaslanaraq birinci instansiya məhkəməsinin qənaətini hüquqi baxımdan əsassız hesab edir: İş materiallarında olan və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16- 16/2-4/475 saylı ekspert rəyi açıq şəkildə göstərir ki, xx.xx.2021-ci il tarixli borc müqaviləsinin ön vərəqindəki “S.A.A. Cavabdeh” və “Cavabdeh” qrafalarındakı imzalar Cavabdeh tərəfindən icra olunmuşdur. Müqavilənin arxa tərəfində yerləşən “Cavabdeh” imzası üzrə isə texniki səbəblərə görə dəqiq nəticəyə gəlinmək mümkün olmamışdır. Bu o demək deyil ki, həmin imzanın cavabdehə aid olmadığı müəyyən olunmuşdur-sadəcə olaraq bu imzanın müəyyən edilməsi mümkün olmamışdır, yəni neqativ nəticə verilməmişdir. Məhkəmə araşdırması zamanı obyektiv həqiqətə nail olmaq üçün yalnız bir sübuta yox, bütün sübutlar məcmu halında təhlil edərək qiymət verilməlidir. Həmçinin sübutlara qiymət verərkən yalnız formal baxımdan deyil, tərəflərin həqiqi iradə ifadəsi, konklyudent hərəkətləri və hüquqi niyyəti də nəzərə alınmalıdır. Belə ki, sübutların yalnız formal nöqteyinəzərdən qiymətləndirilməsi məhkəmənin obyektiv həqiqətə çatmasına mane ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 88-ci maddəsinə əsasən, məhkəmə işdə olan sübutları bütün halları nəzərə almaqla, hərtərəfli, tam və obyektiv araşdırmalı və qiymətləndirməlidir. Bu isə bir daha təsbit edir ki, sübutların yalnız forması deyil, məzmunu və konteksti də nəzərə alınmalıdır. Hüquq doktrinasında isə sübutlar daxili (məzmun) və xarici (formal) aspektlərdən qiymətləndirilir. Kollegiya tərəfindən sübutların qiymətləndirmə meyarları işin halları ilə uzlaşdırılıqdıqda müəyyən olunur ki; 1.Xəttşünaslıq ekspertizasının rəyi – formal sübutdur, çünki o, yalnız müəyyən sənədin imzanın aidiyyətini müəyyən edir, lakin müqavilə münasibətinin həqiqi iradəyə əsaslanıb-əsaslanmadığını təsbit etmir. 2.Tərəflərin davranışı və konklyudent hərəkətləri – məzmun sübutudur, çünki onlar tərəflərin faktiki iradəsini və müqavilə münasibətini təsdiqləyən obyektiv dəlillərdir. Kollegiya hesab edir ki, məhkəmə aşağıdakı halları hərtərəfli araşdıraraq, düzgün hüquqi qiymətləndirmə aparmalı idi: - Müqavilənin ön vərəqindəki imzaların Cavabdeh şəxsə aid olması ekspert rəyi ilə sübut edilmişdir. - Arxa vərəqdəki imzanın müəyyən edilməməsi onun cavabdehə aid olmadığını sübut etmir. - Qələmlərin rənglərinin fərqli olması müqavilə münasibətlərinin mövcud olmaması baxımından hüquqi əsas deyil. - Məhkəmə sübutları tədqiq edərkən yalnız formaya deyil, məzmun və həqiqi hüquqi münasibətə əsaslanmalı idi. Məhkəmə yalnız müqavilə adına, formasına və qələmlərin rəng fərqlərinə əsaslanaraq onun hüquqi qüvvəsini şübhə altına ala bilməz. Belə yanaşma sübutların qiymətləndirilməsi prinsiplərinə zidd olmaqla yanaşı, həqiqi hüquqi münasibətlərin müəyyən olunmasına da mane olur. Bundan əlavə, məhkəmənin qeyd etdiyi kimi, müqavilənin bağlandığı tarixdə İddiaçı qiymətli metallar və daşlarla ticarət fəaliyyəti üzrə xüsusi razılığı artıq qüvvədən düşmüşdü. Lakin bu fakt mülki hüquq münasibətinin hüquqi qüvvəsinə təsir göstərmir. AR Mülki Məcəlləsinin müddəalarına əsasən, hüquqi şəxslər və fiziki şəxslər arasında müqavilə münasibətləri müəyyən hallarda müvafiq icazə və ya lisenziya tələb etsə də, belə razılığın olmaması müqavilə münasibətlərinin mövcud olmaması qənəatinə gəlmək üçün əsas deyil, əgər müqavilə üzrə öhdəliklər faktiki olaraq icra olunubsa və tərəflər öz iradələrini sərbəst ifadə ediblərsə. Bundan əlavə, “substantia praevaleat formae” – “məzmun formadan üstündür” prinsipi əsasında, tərəflər arasında olan müqavilə münasibətlərinin hüquqi nəticələri müqavilənin başlığından deyil, onun məzmunundan və icra tərzindən çıxarılmalıdır. Müqavilənin “borc müqaviləsi” adlandırılması hüquqi cəhətdən bu sənədin yalnız borc öhdəliyindən ibarət olduğunu göstərmir. Məhz işin faktiki halları və tərəflərin izahatı göstərir ki, bu müqavilə əslində qızıl-zinət əşyalarının nisyə alqı-satqısına yönəlmiş mülki-hüquqi razılaşmadır. Beləliklə, iddiaçının tələbi əsassız hesab edilə bilməz. Tərəflər arasında faktiki müqavilə münasibətləri mövcuddur və bu münasibətlərin formalaşmasında hüquqi əsasların, xüsusilə də nisyə alqı-satqı müqaviləsinin şərtlərinə uyğun münasibətlərin mövcudluğu müəyyən olunur. Əks təqdirdə, yalnız vizual ehtimallara əsaslanaraq müqavilə münasibətlərinin mövcud olmadığını söyləmək, sübutların sərbəst və obyektiv qiymətləndirilməsi prinsipinə ziddir. Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında da formalaşdırdığı hüquqi mövqeyə əsasən, müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar). Əgər yalnız 26 fevral 2021-ci il tarixli müqavilənin forması – məsələn, müqavilənin başlığının “borc müqaviləsi” olması, imzalarda müəyyən uyğunsuzluqlar və rəng fərqləri kimi formalist və texniki əsaslara görə tərəflər arasında nisyə alqı-satqı münasibətlərinin mövcud olmadığı nəticəsinə gəlinərsə, bu yanaşma aşağıdakı ciddi hüquqi pozuntulara gətirib çıxarar:
1. Tərəflərin həqiqi iradəsinin nəzərə alınmaması. Müqavilə hüququnun təməl prinsiplərindən biri — tərəflərin iradə azadlığı və bu iradənin hüquqi qüvvəyə malik olmasıdır. Həmin sənədin — xx.xx.2021 tarixli müqavilənin başlığının “borc müqaviləsi” adlandırılması, onun əslində nisyə alqı-satqı münasibətindən doğan hüquqi məzmununu inkar etmir. İş materialları, xüsusilə iddiaçının izahatları, cavabdehin konklyudent hərəkətləri və müqavilədən sonra qızıl-zinət əşyalarının faktiki olaraq alınıb istifadə olunması, ödəmənin sonradan həyata keçirilməli olduğunun razılaşdırılması kimi hallar göstərir ki, tərəflər arasında əqdi münasibət mövcud olmuşdur. Cavabdehin müqaviləni faktiki olaraq istifadə etməsi, malı qəbul etməsi, əvəzində öhdəlik götürməsi – bu, onun razılıq verdiyini və iradəsini bildirdiyini təsdiqləyir. Belə konklyudent (sözlə deyil, davranışla ifadə olunan) iradə isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 112-ci maddəsinə əsasən hüquqi əhəmiyyətə malikdir.
2. Sübutetmə yükünün birtərəfli və qeyri-bərabər paylanması. Əgər yalnız ekspert rəyində göstərilən qeyri-müəyyənliklər və sənəddəki texniki qeyriuyğunluqlar əsas götürülərək, cavabdehin bu müqaviləyə razılıq vermədiyi və ya hüquqi münasibətin yaranmadığı nəticəsinə gəlinirsə, bu, iddiaçının sübutetmə imkanlarını qeyrimütənasib dərəcədə məhdudlaşdırır.
3. Prosessual ədalət və obyektiv araşdırma prinsipinin pozulması Əgər formal və ehtimal xarakterli texniki məsələlər – məsələn, sənəddəki rəng fərqi, imzanın arxa vərəqdə aidiyyətinin müəyyən edilməməsi kimi – əsas sübutların qiymətləndirilməsində həlledici meyar kimi çıxış edirsə, bu halda məhkəmə “obyektiv və hərtərəfli araşdırma aparmaq” vəzifəsini yerinə yetirməmiş sayılır. Mülki Prosessual qanunvericiliyin tələblərinə əsasən, məhkəmə iş üzrə bütün sübutları obyektiv və ətraflı araşdırmalı, tərəflərin real iradəsini və münasibətlərin mahiyyətini ortaya çıxarmalıdır. Təkcə forma və texniki uyğunsuzluqlar əsasında maddi hüquqi münasibətin mövcudluğunu inkar etmək, tərəflərin hüquqlarının ciddi pozulmasına səbəb ola bilər. Məhkəmə, mübahisəyə baxarkən hüquqi münasibətin forması ilə kifayətlənməməli, onun həqiqi məzmununu, tərəflərin davranışını, qarşılıqlı öhdəliklərini və niyyətlərini araşdırmalı və buna hüquqi qiymət verməlidir. Əks təqdirdə:
1. Tərəflərin müqavilə bağladıqları zaman, iradəsi ifadəsi nəzərə alınmır;
2. Sübutetmə yükü birtərəfli şəkildə tətbiq olunur;
3. Prosessual ədalət prinsipi pozulur;
4. Ədalətli məhkəmə araşdırması hüququna zidd qərar çıxarılır Nəzərə almaq lazımdır ki, normativ aktların hüquqi interpretasiyası zamanı əsas məqsəd yalnız formal prosedurların icrasını yoxlamaq deyil, həm də normanın hüquq siyasəti baxımından hansı məqsədə xidmət etdiyini müəyyənləşdirməkdir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alıb yekun olaraq belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası hazırkı iş üzrə məhkəmə xərclərinə dair aşağıdakıları qeyd etməyi zəruri sayır: MPM 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası bildirir ki, iddia tələbi təmin edildiyindən, ekspert rəyinin verilməsinə görə xərc cavabdehə aid edilməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İddiaçı tərəfindən qətnamənin mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az təşkil etdiyindən qəbul olunmuş qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qətetdi:
İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, 2(049)-2975/2024 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh 1 ədəd 583 əyyarlı ümumi çəkiləri 19.2 qram olan kişi saatı-qiyməti 1600(bir min altı yüz) manat, 585 əyyarlı ümumi çəkisi 18.6 qram olan boyunbağı (5.6 qram)- qolbağı (2.1 qram)-sırğa (5.3 qram)- üzük (2.5 qram)- klon (1.5 qram)- sancaq 1 qram) və göz muncuğu (0.6 qram) dəsti, qiyməti 1600 (bir min altı yüz) manat , qeyd olunan qızıl-zinət əşyaları olmadıqda, həmin qızıl-zinət əşyalarının ümumi dəyəri olan 3200 (üç min iki yüz) manat məbləğində pul, həmin məbləğin 200 (iki yüz) manatını ödədiyinə görə yaranmış 3000 (üç min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. 24 may 2024-cü il tarixli, 4/475 saylı ekspert rəyinin verilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq, X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesaba köçürülsün. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.