Məhkəmə qərarları › İş №2(106)-741/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-741/2024

06.05.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-741/2024 06.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə; Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “müvafiq kompensasiya verilməsi yolu ilə yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılması tələbinə dair” mülki iş üzrə Astara Rayon Məhkəməsinin 2(018)- 131/2024 saylı, 25 yanvar 2024-cü il tarixli qətnaməsindən İddiaçı vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 06 may 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “müvafiq kompensasiya verilməsi yolu ilə yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılması tələbinə dair” iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin və yetkinlik yaşına çatmayan X4 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən yerləşən, ümumi sahəsi 110,1 kvadrat metr olan fərdi yaşayış evindən 3000 (üç min) manat kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etməklə məhkəmə iclasında göstərdi ki, o, Cavabdeh1 ilə 2002-ci ildə faktiki nikah münasibətinə girməklə evlənmişlər və nikahlarını 09 fevral 2006-cı il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından 21 may 2003-cü il təvəllüdlü Cavabdeh2 19 sentyabr 2005-ci il təvəllüdlü Cavabdeh3 və 10 aprel 2007-ci il təvəllüdlü X8 adlı 3 uşaqları olmuşdur. Astara Rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli qətnaməsinə əsasən aralarında olan nikah pozulmuş və onların birgə nikahdan olan uşaqları 21 may 2003-cü il təvəllüdlü Cavabdeh2 19 sentyabr 2005-ci il təvəllüdlü Cavabdeh3 və 10 aprel 2007-ci il təvəllüdlü X8 anaları Cavabdeh1 yanında saxlanılmışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən yerləşən, ümumi sahəsi 110,1 kvadrat metr olan fərdi yaşayış evində pasport qeydiyyatında olmaqla onun mülkiyyət hüquqlarını pozur. Odur ki, o, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil da məhkəmə iclasında əsasən eyni məzmunlu izahat verməklə onun göstərdiyi xususatları bir daha da təsdiq etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirdi ki, o, iddia tələbini qəbul etmir. O, 2002-ci ildə İddiaçıfaktiki nikah münasibətinə girməklə evlənmişlər və nikahlarını 09 fevral 2006- cı il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından 21 may 2003-cü il təvəllüdlü Cavabdeh2 19 sentyabr 2005-ci il təvəllüdlü Cavabdeh3 və 10 aprel 2007-ci il təvəllüdlü X8 adlı 3 uşaqları olmuşdur. Astara Rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli qətnaməsinə əsasən aralarında olan nikah pozulmuş və onların birgə nikahdan olan uşaqları 21 may 2003-cü il təvəllüdlü Cavabdeh2 19 sentyabr 2005-ci il təvəllüdlü Cavabdeh3 və 10 aprel 2007-ci il təvəllüdlü X8 onun yanında saxlanılmışdır. Onun başqa yerdə yaşamağa imkanı yoxdur. Odur ki, o, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etdi. Mülki iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi haqqında məhkəməyə məlumat verməmişlər. Ona görə də Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxmağı mümkün hesab edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Astara Rayon Məhkəməsinin 2(018)-131/2024 saylı, 25 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (Hakim: Mübariz Məmmədov), İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “müvafiq kompensasiya verilməsi yolu ilə yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılması tələbinə dair” iddiası əsassız olduğundan rədd olunmuşdur. Birinci instansiya məhkəməsi bu qənaətə gəlməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146, 152.1, 228.2-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı İddiaçı vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Məhkəmə, iddiaçı tərəfindən təklif olunan kompensasiyanın məbləğini, yəni 3000 ( üç min ) manatı az hesab etmiş və cavabdehin «əvvəlki mənzilə xas olmuş şəraitə oxşar mənzildə müəyyən müddət ərzində yaşaya bilmədiyi nəticəyə gəlmişdir. Lakin məhkəmə iddiaçını niyə və hansı əsaslarla məhz 3 000 manat təlif etdiyini araşdırmamışdır. Bununla bağlı məhkəmə iclasında hakim tərəfindən heç bir sual verilməmiş və hər hansı fikrin söylənilməsi təklif olunmamışdır . Yəni təklif olunan məbləğ ( onun hansı əsaslarla müəyyən olunması) məhkəmədə araşdırma predmeti olmamışdır. Belə olan halda təklif olunan məbləğin az olması haqda məhkəmənin gəldiyi nəticə tamamilə əsassızdır. Nəzərə alınmalıdır ki, hal-hazırda Astara şəhərində kirayə təklif olunan mənzillərin qiyməti ayda 50 -70 manat arasındadır. Bu vəziyyətdə kompensasiyanın 3000 manat məbləğində təklifi , tamamilə əsaslı və kifayətdir. Apellyasiya icraatı zamanı vermiş olduğu apellyasiya şikayətinə əlavədə qeyd olunur ki, tərəfimdən Cavabdeh1, Cavabdeh2, oğluna və Cavabdeh3 qarşı “kompensasiya verilmə yolu ilə yaşayış sahəsində istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət olunmuşdur. İddia ərizəsində mən mülkiyyətimdə olan Astara ş. Nizami küç, 75 ünvanında olan evimə həmin şəxslərə 3 000 (üç min) manat kompensasiya ödəməklə onların istifadə hüquqlarına xitam verilməsini xahiş etmişəm. Mənim bu təklifim Astara Rayon Məhkəməsinin qətnaməsində öz əksini tapmış olsa da, lakin mənim tələbim təmin olunmamışdır. Mənim bu iddiam Cavabdeh1 və uşaqlarına qarşı o səbəbdən irəli sürülmüşdür ki, Astara rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə mənim Cavabdeh1 ilə nikahım pozulmuş və yetkinlik yaşına çatmayan uşaqlarımızın anaları ilə qalması qət edilmişdir. Bu səbəbdən iddia ərizəsini verəndə uşaqlarımızın anaları ilə qalmalarını əsas gətirərək, onlarında istifadə hüquqlarına xitam verilməsini xahiş etmişəm. Əslində isə mənim tələbim yalnız keçmiş arvadım Cavabdeh1 qarşıdır və onun istifadə hüququna xitam verilməsini xahiş edirəm. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı vəkili və nümayəndəsi Vəkil, Astara Rayon Məhkəməsinin 2(018)-131/2024 saylı, 25 yanvar 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdehlər tərəfindən iddiaçının apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı vəkili və nümayəndəsi Vəkil apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsi, Astara Rayon Məhkəməsinin 2(018)-131/2024 saylı, 25 yanvar 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş və bu barədə heç bir məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə Apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya Apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin Apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq Apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində Apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, Apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası İddiaçı vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlilləri həddində, Astara Rayon Məhkəməsinin 2(018)-131/2024 saylı, 25 yanvar 2024-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində deyililir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin İ hissəsində nəzərdə tutulur ki, hər kəsin mülkiyyət hüququ var. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin İİ nəzərdə tutulur ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 27.2-ci maddəsinə əsasən On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmə kollegiyası qeyd edilə maddi hüquq normasını müqayisəli təhlil edərək qeyd edir ki, iddiaçının bir övladı azyaşlı olmaqla onların yaşayış yeri valideynlərinin yaşayış yeri onların yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində göstərilir ki, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 8 oktyabr 2013-cü il tarixli qərarında isə göstərmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi 27 may 2003-cü ildə “Qarrax Çexiyaya qarşı” iş üzrə qəbul etdiyi qərarında nümayiş etdirdiyi mövqeyə görə, “real mövcud olan əmlakı əldə etməyi gələcəkdə qanuni gözləmək hüququ” mülkiyyət hüququ kimi qiymətləndirilir. X16 Hüquqları Məhkəməsinin qərarlarında qeyd edilir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, o Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi baxımından mülkiyyət kimi qəbul edilir (Burdov Rusiya Federasiyasına qarşı və “ Yunanstan neftayırma zavodu” Strən və X2rşı işlər). Bunda əlavə “Akimova Azərbaycana qarşı” iş üzrə də Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, Məhkəmə xatırladır ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, o, təkcə fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və bu maddənin məqsədləri üçün “mülkiyyət” kimi qəbul edilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin olunmaması barədə hüquqi mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı cavabdeh keçmiş arvadı Cavabdeh1 mübahisəli evdəki istifadə hüququna xitam verilməsi üçün təklif edilən 3000 (üç min) manat məbləğində kompensasiya ağlabatan olmamaqla, onun mənafeyinə uyğun deyil, verilən məbləğ əvvəlki mənzilə xas olmuş şəraitə oxşar mənzildə müəyyən müddətdə yaşaması imkanı üçün kifayət etmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmiş, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Odur ki, Astara Rayon Məhkəməsinin 2(018)131/2024 saylı, 25 yanvar 2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyası hazırki mübahisənin spesifikasını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi həqiqi hallar və tətbiq etdiyi maddi hüquq normalarına apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla işə aşağıdakı hallar üzrə hüquqi qiymət verilməlidir: İ İddiaçı ailə münasibətlərinə əsaslanaraq Cavabdeh1 mülkiyyətində olan ünvan 1 evdə istifadə hüququna 3000 manat məbləğində pul kompensassiyası verilməklə xitam verilməsi tələbində haqlıdırmı? İddiaçı Cavabdeh1 ilə ailə münasibətlərinə istinad edərək, qeyd edir ki, o, Cavabdeh1 ilə 2002-ci ildə faktiki nikah münasibətinə girməklə evlənmiş və nikahlarını 09 fevral 2006-cı ildə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından 21 may 2003-cü il təvəllüdlü X9, 19 sentyabr 2005-ci il təvəllüdlü Cavabdeh3 və 10 aprel 2007-ci il təvəllüdlü X8 anadan olmuşdur. Astara Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli qətnaməsinə əsasən aralarında olan nikah pozulmuş və onların birgə nikahlarından olan uşaqları 19 sentyabr 2005-ci il təvəllüdlü Cavabdeh3 və 10 aprel 2007-ci il təvəllüdlü X8 anaları Cavabdeh1 yanında saxlanılması qət edilmişdir. İddiaçı daha sonra iddia edir ki, cavabdehlər Məmmdəova Könül səxavət qızı, Cavabdeh2 və Cavabdeh3 onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 110,1 kv.m olan fərdi yaşayış evində pasport qeydiyyatında olmaqla onun mülkiyyət hüquqlarını pozur. Odur ki, o, iddianın təmin edilməsini 3000 manat məbləğində kompensasiya verilməklə cavabdehlərin mübahisəli evdə istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya icraatı zamanı vermiş olduğu apellyasiya şikayətinə əlavədə qeyd olunur ki, tərəfimdən Cavabdeh1, Cavabdeh2, oğluna və Cavabdeh3 qarşı “kompensasiya verilmə yolu ilə yaşayış sahəsində istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət olunmuşdur. İddia ərizəsində mən mülkiyyətimdə olan Astara ş. Nizami küç, 75 ünvanında olan evimə həmin şəxslərə 3 000 (üç min) manat kompensasiya ödəməklə onların istifadə hüquqlarına xitam verilməsini xahiş etmişəm. Mənim bu təklifim Astara Rayon Məhkəməsinin qətnaməsində öz əksini tapmış olsa da, lakin mənim tələbim təmin olunmamışdır. Mənim bu iddiam Cavabdeh1 və uşaqlarına qarşı o səbəbdən irəli sürülmüşdür ki, Astara rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə mənim Cavabdeh1 ilə nikahım pozulmuş və yetkinlik yaşına çatmayan uşaqlarımızın anaları ilə qalması qət edilmişdir. Bu səbəbdən iddia ərizəsini verəndə uşaqlarımızın anaları ilə qalmalarını əsas gətirərək, onlarında istifadə hüquqlarına xitam verilməsini xahiş etmişəm. Əslində isə mənim tələbim yalnız keçmiş arvadım Cavabdeh1 qarşıdır və onun istifadə hüququna xitam verilməsini xahiş edirəm. Cavabdeh1 apellyasiya məhkəməsinə ünvanladığı apellyasiya şikayətinə etirazından müəyyən edilir ki, o, iddia tələbi və verilmiş apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, o, iddia tələbini qəbul etmir. O, 2002-ci ildə İddiaçı faktiki nikah münasibətinə girməklə evlənmişlər və nikahlarını 09 fevral 2006-cı il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından 21 may 2003-cü il təvəllüdlü Cavabdeh2 19 sentyabr 2005-ci il təvəllüdlü Cavabdeh3 və 10 aprel 2007-ci il təvəllüdlü X8 adlı 3 uşaqları olmuşdur. Astara Rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli qətnaməsinə əsasən aralarında olan nikah pozulmuş və onların birgə nikahdan olan uşaqları 21 may 2003-cü il təvəllüdlü Cavabdeh2 19 sentyabr 2005-ci il təvəllüdlü Cavabdeh3 və 10 aprel 2007-ci il təvəllüdlü X8 onun yanında saxlanılmışdır. Onun başqa yerdə yaşamağa imkanı yoxdur. Odur ki, o, apellyasiya şikayətinin təmin edilməsi, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas görmür. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan Daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə dair arayışdan görünür ki, obyektin hüquqməyyənedici sənədlərə əsasən xx.xx.2023-cü il tarixinə bazar dəyəri 39000 (otuz doqquz min) manat təşkil edir. İş materiallarında olan **********81-10301 nömrəli fərdi yaşayış evinin Texniki Pasportundan görünür ki, Astara şəhəri, Nizami küçəsində yerləşən 75 nömrəli ev İddiaçı adına qeydiyyatdadır. İş materiallarından müəyyən edilir ki, 0,06 ha torpaq sahəsi Astara rayon aqrar İslahat komissiyasının 02 iyul 1999-cu il tarixli 18 saylı qərarı ilə X5, X10 və İddiaçı adına qeydiyyata alınaraq JN-1220A KOD 80101004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. İş materiallarında olan Çıxarışdan görünür ki, 0,06 torpaq sahəsi və Astara şəhəri, Nizami küçəsində yerləşən 110,1 m2 75 nömrəli fərdi yaşayış evi xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə X1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Çıxarışdan görünür ki, Astara şəhəri, Nizami küçəsində yerləşən 75 nömrəli ev xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Qanun üzrə vərəsəlik haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2013-cü il tarixdə vəfat etmiş X6 vərəsəsi İddiaçı miras əmlakdan tam pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK yanında DƏDRX-nin Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş **********81-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsindən mərhuma çatası torpaq payından ibarətdir. İş materiallarında olan Qanun üzrə vərəsəlik haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X1 vərəsəsi İddiaçı miras əmlakdan tam pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK yanında DƏDRX-nin Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə X3 verilmiş **********81-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 110,1 kv/m, yaşayış sahəsi 43,5 kv/m, yardımçı sahəsi 66,6, iki otaqlı olan fərdi yaşayış evindən ibarətdir. ƏMDK yanında DƏDRX-nin Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş **********81-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsindən mərhuma çatası torpaq payından ibarətdir. İş materiallarında olan Çıxarışdan görünür ki, Astara şəhəri, Nizami küçəsində yerləşən 0,06 torpaq sahəsi və onun üzərində inşa edilmiş 110,1 m2 sahəsi olan 75 nömrəli fərdi yaşayış evi xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan X14 tərəfindən verilmiş Arayışdan görünür ki, Cavabdeh3 X13 əyani şöbəsində Məktəbəqədər ixtisası üzrə təhsil ixtisası üzrə təhsil alır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən qeyd edir ki, mülki qanunvericilik yalnız istifadə hüququ olan şəxsin istifadə hüququna xitam verilməsinin iki üsulunu müəyyən etmiş, bunlardan birinci istifadə hüququnu həyata keçirən şəxsin kompensassiya verməklə istifadə hüququnun itirilməsi, ikinci isə şəxsin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu həyata keçirə bilmədiyi halda kompensasiya vermədən hüququnun itirilməsi hallarını müəyyən etmişdir. Bu hüququn əmələ gəlməsi üçün isə iki təməl şərt mövcud olmalıdır. - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. (Azərbaycan respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli qərarı) Hazırkı iddiaçının iddia tələbi Cavabdeh1 kompesassiya verilməklə istifadı hüquqnun itirilməsi ilə bağlı olmuş, birinci instansiya məhkəməsi iddia tələbini təklif olunan kompensasiya məbləğinin az olması qənaətinə gəlməklə iddiaya qiymət vermişdir. Lakin məhkəmə iddia tələbi yönələn şəxsin istifadə hüququnun olub-olmamasını aydınlaşdırmamışıdr. Nəzərə alınmalıdır ki, əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Belə olan halda məhkəmə iddia olunan cavabdehin mübahisəli mənzilə istifadə hüququnun olubolmasını müəyyən etmədən iddia tələbinə qiymət verilməsi qanunvericilik baxımından yol verilən hesab oluna bilməz. Məhkəmənin bununla bağlı mövqeyinə aşağıda qeyd edilənlərə əsasən izah veriləcəkdir. İİ Cavabdeh1 mübahisəli ünvan 1 ünvanda yerləşən evdə qeydiyyatda olması İddiaçı mülkiyyət hüquqlarına toxunurmu? Məhkəmə kollegiyası qeyd edir ki, mənzilə və ya fərdi yaşayış evindən çıxarılma və köçürülmə barədə mübahisələrə hüquqi qiymət verilərkən başlıca olaraq aşağıdakı əsas iki meyar tədqiq edilməlidir.  mübahisə obyektinin (yaşayış sahəsinin) hüquqi statusu;  iddiaçının və cavabdehin mübahisə obyekti ilə bağlı yaranan hüquq münasibətlərinin əsasları; Məhkəmə kollegiyası bu mübahisənin spesifikasını nəzərə alaraq tələbi mülkiyyət baxımından da araşdırmağı zəruri hesab edir. Ona görə ki, tərəflərin nikah münasibətləri olduğu halda, mübahisəli ev iddiaçının atası X1 gözlənilən mülkiyyəti olmuş, daha sonra isə həmin ev xx.xx.2021-ci il tarixdə mülkiyyət kimi onun adına qeydə alınmış və vərəsəlik qaydasında hazırkı İddiaçı adına mülkiyyət kimi qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfində verilmiş çıxarış və ona əlavə edilmiş texniki pasportdan müəyyən edilir ki, mübahisəli ünvan 1 ev mərhum X5 tərəfindən 1975-ci ildə tikilmiş bir mərtəbəli iki otaq, bir zal, hamam və mətbəxdən ibarətdir. Həmin evin yerləşdiyi 0,06 ha torpaq sahəsi Astara rayon aqrar İslahat komissiyasının 02 iyul 1999-cu il tarixli 18 saylı qərarı ilə X5, X10 və İddiaçı adına qeydiyyata alınaraq JN-1220A KOD 80101004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Daha sonra isə X5, X6 ölümündən sonra, iddiaçının ərizəsi əsasında mübahisəli ev olan ünvan 1 ev mərhum X1 adına dövlət qeydiyyatına alınmış, daha sonra isə vərəsəlik qaydasında hazırkı İddiaçı adına dövlət reyestrində qeydə alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının kompensasiya verilməklə istifadə hüququnun itirilməsi tələb etdiyi Cavabdeh1 mübahisəli evə köçərkən ev iddiaçının mərhum atası Sədaqət Şükürovun xüsusi mülkiyyətində olan torpaq sahəsində tikilmiş ev olmuş və həmin ev 1975-ci ildə tikilərək təsərrüfat başına kitabda qeydə alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2-ci hissəsində qeyd edilir ki, Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.3. kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) hüquqların qeydə alınması üçün əsasdır. Göründüyü kimi, Cavabdeh1 mərhum Sədaqət Şükürova məxsus evə köçərkən mərhum Sədaqət Şükürovun yaşayış evinə tam mülkiyyət hüququ yaranmasa da, qeyd edilən ev onun xüsusi mülkiyyətində olan torpaq sahəsində inşa edilməklə təsərrüfatbaşına kitabda qeydiyyata alınmışdır. Dövlət isə onun yaşayış sahəsi üzərində ilkin mülkiyyət hüquqlarının yaranmasını qanuni hesab etmiş, həmin qeydiyyatı (təsərrüfatbaşına kitabdakı qeydiyyatı) tam mülkiyyət hüququnun qeydə alınması üçün ilkin hüquqmüəyyənedici sənəd kimi tanımışdır. Məhkəmə kollegiyası iş materiallarını və tərəflərin izahatlarını tədqiq edərək daha sonra müəyyən edir ki, İddiaçı xx.xx.2006-cı ildə Cavabdeh1 ilə nikahlarını rəsmiləşdirmişlər. Cavabdehlə ailə qurduqdan sonra mübahisəli mənzil olan X5, X10 və İddiaçı məxsus Astara şəhəri Nizami küçəsi (mübahisəli ev hüquq münasibəti yarandığı vaxt xüsusi mülkiyyət hüququ ilə dövlət qeydiyyatından keçməmişdir) 75 saylı evə gəlin köçmüş və cehiz əşyalarını da özü ilə həmin evə aparmışdır. İddiaçı ilə cavabdeh həmin evdə yaşayıb təsərrüfatı birgə idarə etmişlər. Sonradan İddiaçı ilə nikahları pozularaq ayrıldıqdan sonra Cavabdeh1 evdən köçərək Bakı şəhərinə getmiş, hazırda Bakı şəhərində evləri təmizləməklə xadiməlik edir və Bakı şəhəri N.Nərimanov ev 100 mənzil 42-də kirayəşin yaşayır. İddiaçı hazırda mübahisəli (mübahisəli ev xx.xx.2023-cü il tarixdə İddiaçı adına ********** nömrə ilə dövlət qeydiyyatına alınmışdır.) evdə Cavabdeh1 istifadə hüququnun 3000 manat məbləğində kompensasiya verməklə itirilməsini tələb edir və tələbini onunla əsaslandırır ki, onun qeydiyyatda qalması onun mülkiyyət hüquqlarını pozur. Cavabdehin iddia tələbinə etirazından müəyyən olunur ki, onun iddiaçı ilə aralarında nikahlarının 2020-ci ildə pozulmasına, həmin tarixdən də, evdən köçməsinə baxmayaraq, başqa yaşayış yeri olmadığından istifadə hüququnun itirilməsi və qeydiyyatdan çıxarılmasına razı deyil. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh1 mübahisəli mənzilə köçərkən, mənzil mülkiyyətdə olmasa da, sonradan mübahisəli ev iddiaçının atası mərhum X1, daha sonra isə vərəsəlik qaydasında hazırkı İddiaçı adına xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alındığından, yaşayış sahəsinin mülkiyyət forması dəyişmiş və həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələr də dəyişmişdir. Bu isə onu göstərir ki, hazırkı məqamda mübahisəyə Mənzil Məcəlləsinin 30cu maddəsi tətbiq etməklə iddiaçının tələblərinə həmin norma çərçivəsində hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu X. Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 11 iyul 2014-cü il qərarında bildirmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlər qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər digər ailə üzvülərinin yaşayış hüquqnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun həll edilməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilən işin faktiki hallarını nəzərə alaraq belə qənaətə gələrək ki, tərəflər arasında hüquq münasibətləri 2006-cı ildə yarandığından, hüquq münasibəti yaranan (burada mübahisəli mənzilə gəlin köçməsi nəzərdə tutulur) zaman keçmiş (gözlənilən mülkiyyətçi) mülkiyyətçi mərhum Sədaqət Şükürov arasında mənzildə istifadə ilə bağlı razılaşma olmamışdır. İddiaçı mübahisəli evin mülkiyyətçisinə çevrildikdən sonra cavabdeh ilə mənzildən istifadəyə dair hər hansı bir razılaşmada olması müəyyən edilməmişdir. Göründüyü kimi cavabdeh ilə keçmiş gözlənilən mülkiyyətçi Sədaqət Şükürova arasında ailə-hüquq münasibətləri 2013-cü ilə kimi davam etmiş, 2013-cü ildə S.Şükürova vəfat etdikdən sonra isə hazırki iddiaçı və mülkiyyətçi İddiaçı arasında mübahisəli mənzilə ailəhüquq münasibətlərindən irəli gələn hüquq və vəzifələr, birgə yaşama, birgə təsərrüfat aparma və birgə mənzildən istifadə etmək hüququ 2020-ci ilin fevral ayında qədər davam etmiş, 2020ci ilin fevral ayından Astara Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə İddiaçı ilə Sədaqət Şükürova arasında olan nikah pozulmuşdur. Burdan belə qənaətə gəlinir ki, iddiaçı ilə cavabdeh arasında olan mənzilə dair hüquq münasibəti 2009-cu ilin oktyabr ayının 1-dən sonrakı dövrü əhatə etdiyindən həmin münasibətlərə yəni istifadə hüququnun əmələ gəlməsi və xitamına xx.xx.2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin və Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə kollegiyası tərəflərin izahatını, işin faktiki hallarını yuxarıda göstərilən maddiprosessual hüquq normalarını və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin və Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarına uyğun müqayisəli təhlilini apararaq, müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında arasında ailə hüquq münasibətinə əsaslanan mənzildən istifadə hüququ 2013-cü ildən gözlənilən mülkiyyətçi Sədaqət Şükürova arasında ailə-hüquq münasibətləri 2013-cü ilə kimi davam etmiş, 2013-cü ildə S.Şükürova vəfat etdikdən sonra isə hazırki iddiaçı və mülkiyyətçi İddiaçı arasında mübahisəli mənzilə ailə-hüquq münasibətlərindən irəli gələn hüquq və vəzifələr, birgə yaşama, birgə təsərrüfat aparma və birgə mənzildən istifadə etmək hüququ 2020-ci ilin fevral ayında qədər davam etmiş, 2020-ci ilin fevral ayından Astara Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə İddiaçı ilə Sədaqət Şükürova arasında olan nikah pozulmaqla ailə hüquq münasibətlərinə xitam verilmişdir. İddiaçı Cavabdeh1 ilə 2020-ci ilə ailə hüquq münasibətlərinə xitam verilməsindən sonra onun mülkiyyətində olan evdən köçərək başqa yaşayış yerinə köçməsinə baxmayaraq, mənzildə qeydiyyatda qalmasını onun mülkiyyət hüququnun həyata keçirilməsinə maneə kimi qiymətləndirərək, onun mübahisəli mənzildə istifadə hüququnun 3000 manat məbləğində kompensasiya verməklə itirilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi isə İddiaçı cavabdeh keçmiş arvadı Cavabdeh1 mübahisəli evdəki istifadə hüququna xitam verilməsi üçün təklif edilən 3000 (üç min) manat məbləğində kompensasiya ağlabatan olmamaqla, onun mənafeyinə uyğun deyil, verilən məbləğ əvvəlki mənzilə xas olmuş şəraitə oxşar mənzildə müəyyən müddətdə yaşaması imkanı üçün kifayət etməməsi əsası ilə iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır, əvvəla qeyd olunmalıdır ki, iddiaçı mülkiyyətçi İddiaçıla Cavabdeh1 arasında mənzildə istifadə hüququ ilə bağlı hər hansı razılaşma olmamışdır. Əgər belə razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. İstifadə hüququ olmadığı halda isə həmin hüquq kompensassiya edilə bilməz. Düzdür iddia oluna bilər ki, iddiaçı əgər özü bu təklifdə bulunursa onda nə üçün məhkəmə iddianın təmin edilməsinə əsas görmür. Əgər iddiaçı mülkiyyətçi olaraq Cavabdeh1 Mənzildə istifadə hüququnun itirilməsi müqabilində könüllü olaraq 3000 manat məbləğində pul vermək istəyirsə, onda o, bunu məhkəmədən kənar qaydada da həll edə bilər. Məhkəmədə baxılan mübahisə yalnız qanunvericiliyin tələblərinə uyğun həll edilməlidir. Çünki qanunvericilik məhkəmə icraatının vəzifəsi kimi hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasını, həmçinin bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malik olması kimi müəyyən etmişdir. Kollegiya Cavabdeh1 Mənzil Məcəlləsinin 30.4-cü maddəsi (Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. MM maddə 30.4) baxımından istifadə hüququnun müvəqqəti (müəyyən müddətə) saxlanılması üçün də əsas görmür. Belə ki, Cavabdeh1 nikahın pozulmasından və ailə münasibətlərinə xitam verilməsindən sonra 3 ildən artıq müddətdə Bakı şəhərində yaşayır və həmin şəhərdə də, fərdi əməklə məşğul olur. Bu isə ona dəlalət edir ki, cavabdehə yuxarıda qeyd olunan maddi hüquq normasında qeyd olunduğu kimi keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilməsi müddəti keçdiyində yenidən həmin müddətin müzakirə edilməsi zərurəti də, aradan qalxmışdır. İİİ İddiaçı digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və X4 mübahisəli ünvan 1 ünvanda yerləşən evdə qeydiyyatda olması İddiaçı mülkiyyət hüquqlarına toxunurmu? İddiaçının cavabdehlə birgə yaşadıqları dövrdə üç uşaqlarının xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.2005-ci il təvəllüdlü Cavabdeh3, xx.xx.2007-ci il təvəllüdlü X4 mübahisəli mənzildə istifadə hüququnun itirilməsi ilə bağlı qeyd olunmalıdır ki, həmin uşaqlardan biri Şükürova Ellada azyaşlı olduğundan onun yaşayış yeri valideynlərinin yaşayış yeri hesab olunur, mövcud qanunvericilikdə bu əsasla iddiaçının istifadə hüququnun tanınması yaxud itirilməsi üçün heç bir maddi hüquqi əsas yoxdur. Bununla belə qeyd olunmalıdır ki, qanunverici həm birgə nikahdan doğulmuş uşaqlara, həm də nikahdan kənar doğulmuş uşaqlar üçün eyni hüquqları tanınmışdır. Buna əsas səbəb uşaqların hüquqlarının təminatı və sosial müdafiəsi ilə bağlıdır. İşin araşdırılan hallarından görünür ki, tərəflərin birgə nikahdan doğulmuş üç uşağı iddiaçının yanında qalmışdır. İddiaçının uşaqların olmasına istinad edərək istifadə hüququ tələb etməsi qanunvericiliklə yolverilməzdir. Çünki uşaqların yaşayış yeri valideynin yaşayış yeri üzrə müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 27.2-ci maddəsinə əsasən On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmə kollegiyası qeyd edilə maddi hüquq normasını müqayisəli təhlil edərək qeyd edir ki, iddiaçının bir övladı azyaşlı olmaqla onların yaşayış yeri valideynlərinin yaşayış yeri onların yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində göstərilir ki, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. O, ki, qaldı digər cavabdehlər yəni Cavabdeh2 və Cavabdeh3la bağlı istifadə hüququnun itirilməsi ilə bağlı iddia tələbinə qiymət verilə bilər. Birinci instansiya məhkəməsi iddiaçının iddia tələbində dörd cavabdehin olmasına baxmayaraq yalnız İddiaçı cavabdeh keçmiş arvadı Cavabdeh1 mübahisəli evdəki istifadə hüququna xitam verilməsi üçün təklif edilən 3000 (üç min) manat məbləğində kompensasiya ağlabatan olmamaqla, onun mənafeyinə uyğun deyil, verilən məbləğ əvvəlki mənzilə xas olmuş şəraitə oxşar mənzildə müəyyən müddətdə yaşaması imkanı üçün kifayət etməməsi qənaətinə gəlmiş, iddiaçı da birinci instansiya məhkəməsinin qətnaməsinin məhz həmin şəxsə münasibətdə verilən kompensassiya məbləğinin yetərli olmasını mübahisələndirmiş, apellyasiya şikayətində də, tərəfindən Cavabdeh1, Cavabdeh2, oğluna və Cavabdeh3 qarşı “kompensasiya verilmə yolu ilə yaşayış sahəsində istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edildiyini, iddia ərizəsində onun mülkiyyətində olan Astara ş. Nizami küç, 75 ünvanında olan evinə həmin şəxslərə 3 000 (üç min) manat kompensasiya ödəməklə onların istifadə hüquqlarına xitam verilməsini xahiş etdiyini, onun bu təklifinin Astara Rayon Məhkəməsinin qətnaməsində öz əksini tapmış olsa da, lakin tələbin təmin olunmadığını, onun bu iddiasının Cavabdeh1 və uşaqlarına qarşı o səbəbdən irəli sürülmüşdür ki, Astara rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə onun Cavabdeh1 ilə nikahı pozulmuş və yetkinlik yaşına çatmayan uşaqlarının anaları ilə qalması qət edilmiş, bu səbəbdən iddia ərizəsini verəndə uşaqların anaları ilə qalmalarını əsas gətirərək, onlarında istifadə hüquqlarına xitam verilməsini xahiş etmiş, əslində isə onun tələbi yalnız keçmiş arvadı Cavabdeh1 qarşıdır və onun istifadə hüququna xitam verilməsini xahiş edir. Kollegiya bu səbəbdən də, xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.2005-ci il təvəllüdlü Cavabdeh3, xx.xx.2007-ci il təvəllüdlü X4 mübahisəli mənzildə istifadə hüququnun itiririlməsi ilə bağlı araşdırma aparılmasına zərurət görmür. İddiaçının cavabdehə qarşı iddia tələbinin ikinci xahişi onun evdən çıxarılması təşkil edir. Kollegiya bununla bağlı qeyd edir ki, iddia da qeyd olunan cavabdehlərin heç biri o, cümlədən kompensassiya verilməsi ilə istifadə hüququnun itirilməsi tələb olunan Cavabdeh1 mübahisəli ünvan 1 ünvandan 2020-ci ilə köçüb (işin mübahisəsiz halı) getmiş qeyd olunan ünvanda yaşamır, cavabdehlərin mübahisəli mənzildə yaşamadığı halda isə həmin şəxslərin evdən çıxarılmasının tələb olunması hüquqi baxımından yol verilən hesab oluna bilməz. Beləliklə məhkəmə kollegiyası iş materialları, tərəflərin həm birinci instansiya məhkəməsi həm də apellyasiya icraatı zamanı verdikləri izahatları ilə birlikdə maddi və prosessual hüquq normalarına uyğun müqayisəli təhlil edərək yekun olaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, iş üçün əhəmiyyəti olan bütün faktiki hallar sübut olunmamış və qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Odur ki, İddiaçı vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli Astara Rayon Məhkəməsinin 2(018)-131/2024 saylı, 25 yanvar 2024-cü il tarixli qətnaməsi ləğv edilməli iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh1 qarşı 3000 manat məbləğində kompensasiya verilməsi yolu ilə yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılması tələbinə dair” iddiası təmin edilməməlidir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Astara Rayon Məhkəməsinin 2(018)-131/2024 saylı, 25 yanvar 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh1 qarşı “3000 manat məbləğində kompensasiya verilməsi yolu ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması tələbinə dair” iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar