Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-744/2024 09.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, İmişli Rayon Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı MMC-nin Cavabdeh qarşı nisyə alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair sadələşdirilmiş işə yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İmişli Rayon Məhkəməsinin (hakim T.Quliyev) 22 yanvar 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 27 dekabr 2020-ci il tarixli nisyə alqı- satqı müqaviləsi üzrə əşyanın qiymətinin 1390 manat ödənilməmiş hissəsi, 15 manat cərimə və dövlət rüsumu olaraq ödənilmiş 35,42 manat pul vəsaiti tutulub İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. İşinhalları İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 27 dekabr 2020-ci il tarixli “Kazimoff” markalı Su təmizləyici sisteminin alqı-satqısına dair “Nisyə alqı-satqı” müqaviləsinə əsasən sonuncuya ümumi dəyəri 1390 manat olan mal 16 ay müddətinə hər ay 100 manat ödəmək şərtilə nisyə satılmışdır. Hazırki tələbində İddiaçı MMC Cavabdeh 27 dekabr 2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 1390 manat əsas borc, 111.20 manat cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 35.42 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC və Cavabdeh arasında 27 dekabr 2020-ci il tarixdə “Kazimoff” markalı Su təmizləyici sisteminin alqı-satqısına dair “Nisyə alqı-satqı”müqaviləsinə əsasən İddiaçı MMC, ümumi dəyəri 1390 manat olan həmin malı cavabdehə nisyə satmağı, cavabdeh isə ona satılmış malı qəbul edib razılaşdırılmış formada– ödəniş cədvəlinə uyğun, “Malın” dəyərini ödəməsini öhdəsinə götürmüşdür. Müqavilə ilə nəzərdə tutulmuş ödəniş müddətlərinin keçməsinə və ödəniş barədə dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, cavabdeh müqavilənin şərtlərini kobud şəkildə pozub, borclarını ödəməkdən yayınmış və üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etməmişdir. Hazırda cavabdehin nisyə alqı-satqı müqaviləsinə əsasən 1390 manat əsas borc və 111.20 manat cərimə borcu vardır. Birinci instansiya məhkəməsində cavabdehə, iddiaya qarşı etirazının və ya vəsatətinin məhkəməyə təqdim etməsinə dair müvafiq məktub göndərilmiş, cavabdeh tərəfin iddiaya qarşı müvafiq etiraz və ya vəsatəti məhkəməyə daxil olmamışdır. Birinci instansiya məhkəməsi işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq yazılı icraat qaydasında baxmış, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 443.1, 445.2.1, 448.1, 462.1, 600.1, 600.4-cü maddələrinə və MPM-in müvafiq maddələrinə istinad edərək iddianı yuxarıda göstərilən qaydada qismən təmin etmişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh tərəf apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə görə, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, məhkəmə nisyə alqı-satqı müqaviləsinin şərtlərinin iddiaçı tərəfindən yerinə yetirilməməsi səbəbindən icra etməməsi barədə vəsatətlərini, o, cümlədən su təmizləyici motorun nasaz işləməsi, buna görə də keyfiyyətli içməli su emal etməməsinin səbəbini mütəxəssis və ya ekspert dəvət etməklə aydınlaşdırmamış, bununla da iddia ərizəsi üzrə hərtərəfli, tam və obyektiv araşdırılmanı tam təmin etməmişdir. Prosessualməsələlər Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 394-1.3-cü maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə müvafiq bildiriş göndərilmiş, 10 gün müddətində şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu qarşı tərəfə bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı yazılı etiraz və ya vəsatət məhkəməyə daxil olmamışdır. Əsaslandırma Məhkəmə Kollegiyası işin hallarına dair məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış 27 dekabr 2020-ci il tarixli razılaşmaya uyğun olaraq, İddiaçı MMC şirkəti tərəfindən Cavabdeh ümumi dəyəri 1390 manat olan “Kazimoff” markalı Su təmizləyici sistemini 16 ay müddətinə hər ay 100 manat ödəmək şərtilə nisyə satılmışdır. İddiaçı nisə alqı-satqı müqaviləsi üzrə borcunu tələb emişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh iddiaçıdan 1390 manata su təmizləyicini əldə etdiyini mübahisələndirməmişdir. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, aldığı su nasosu nasaz işləyir. Bununla belə, cavabdeh malı qəbul etmiş, müqavilənin qüvvədə olduğu müddətdə etirazını bildirməmişdir. Alqı-satqı predmeti olan mal hazırda cavabdehin istifadəsindədir. Kollegiya hesab edir ki, tərəflər arasında su təmizləyicinin nisyə alqı-satqısı ilə bağlı razılaşmanın baş verməsi mübahisəsizdir. İddiaçının müqavilə şərtlərinə uyğun olaraq borcunu tələb etmək haqqı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı cavabdehdən borcunu və ona vurulan ziyanı tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə düzgün olaraq hesab etmişdir ki, cavabdeh alqı-satqı müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmədiyindən və iddiaçının xəbərdarlığına baxmayaraq, mövcud borcu ödəmədiyindən əsas borc və cərimə borcu cavabdehdən haqlı olaraq tələb edilmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki halda mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan azdır, ona görə də qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli, 2(036)-340/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-744/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-744/2024
09.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver