Məhkəmə qərarları › İş №2(106)-746/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-746/2024

25.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-746/2024 25.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" İstehsalat Birliyinə qarşı akt əsasında hesablanmış borcun silinməsi tələbi və iddiaçı "xxxx" İstehsalat Birliyinin cavabdeh İddiaçı qarşı təbii qazın dəyərinin ödənilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: akt əsasında hesablanması borcun silinməsi, istehlak edilmiş təbii qaza görə debitor borcun ödənilməsi Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri İmanov Cahid Fehruz oğlu sədrliyi ilə, X6 və Mayılov Samir İlham oğlundan ibarət tərkibində, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, birinci iş üzrə İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" İstehsalat Birliyinə (bundan sonra "xxxx" İB) qarşı akt əsasında hesablanmış borcun silinməsi tələbi barədə iddiası (birinci iş), iddiaçı "xxxx" X1 Rasim Calal oğluna qarşı təbii qazın dəyərinin ödənilməsi tələbinə dair (ikinci iş) mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, 2(049)-87/2024 saylı qətnaməsindən (hakim Kamran Süleymanov) birinci iş üzrə iddiaçı (ikinci iş üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdeh "xxxx" İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" X2 X13 İdarəsi tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli və xx.xx.2023-cü il tarixli ******* nömrəli aktların ləğv edilməsi və həmin aktlar əsasında hesablanmış cəmi 9628,88 manat borc məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. "xxxx" İstehsalat Birliyi də iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış cəmi 9966,72 manat məbləğində dəymiş ziyanın, 119,66 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının, cəmi 10.086,78 manat məbləğində pulun məcburi qaydada tutularaq iddiaçı "xxxx" İstehsalat Birliyinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hər iki mülki işin birlikdə baxılması üçün bir icraatda birləşdirilməsi qərara alınmışdır. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, qeydiyyatda olduğu ünvan 1 ünvanında mövcud olan qaz xətləri və qaz qurğularına "Azəriqaz” X2 X13 İdarəsi ötən ilin noyabr və cari ilin may aylarında onun iştirakı olmadan baxış keçirib "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli aktlar tərtib etmişdir. Cavabdehin nümayəndələri tərəfindən xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 3802,44 manat, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında isə 5826,44 manat - cəmi 9628,88 manat maddi ziyan hesablanmışdır. Hesab edir ki, cavabdeh "Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş həmin aktlar əsassızdır və ləğv edilməlidir. Belə ki, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli aktlar, habelə onların tələbnamələri ona yalnız xx.xx.2023-cü il tarixdə özünün müraciətinə əsasən təqdim olunmuş və bununla da cavabdeh "Azəriqaz” İB onu həmin aktlardan vaxtında şikayət vermək imkanından məhrum etmişdir. O, xx.xx.2020-ci il tarixdən etibarən ailəsi ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayon, H.Əliyev küçəsi, 3224-cü məhəllə, ev 113, mənzil 75-də kirayədə yaşayır və bu barədə müvafiq arayışı vardır. Bakı şəhərinə köçdükdən bir müddət sonra Lənkəranda yerləşən evini kirayəyə vermiş və bu müddət ərzində evində müxtəlif şəxslər kirayəçi olaraq yaşamışlar. xx.xx.2020-ci il tarixdən indiyədək Lənkəran şəhərində yerləşən evinə nəzarət etmək üçün mütəmadi olaraq həmin evə gəlmiş, sonradan yenə Bakı şəhərinə qayıtmışdır. Cavabdeh "Azəriqaz” İstehsalat Birliyinin xx.xx.2022- ci il tarixli aktının məzmunundan görünür ki, həmin akt onun və ya hər hansı ailə üzvünün iştirakı olmadan tərtib edilmiş, aktın "İstehlakçının nümayəndəsi aktı imza etməkdən imtina etdi, bir nüsxə ona təqdim edildi” sətri, hətta qaz paylayıcısının nümayəndələri tərəfindən də imzalanmamışdır. Bu hal xx.xx.2022- ci il tarixli aktın, ümumiyyətlə, onlardan xəbərsiz tərtib olunduğunu və nüsxəsinin onlara təqdim edilmədiyini təsdiq edir. xx.xx.2023-cü il tarixli digər aktın "İstehlakçının nümayəndəsi” sətrində onun adı yazılsa da, həmin tarixdə o, Bakı şəhərində olmuşdur. Bu səbəbdən həmin aktın "İstehlakçının nümayəndəsi aktı imza etməkdən imtina etdi, bir nüsxə ona təqdim edildi” sətrində qaz paylayıcısının nümayəndələrinin imzası olsa da, həmin akt ona xx.xx.2023-cü il tarixdə, Lənkəran RQİİ-nə müraciətindən sonra təqdim olunmuşdır. Bundan əlavə, "Dəymiş ziyanın bərpasına dair” xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli tələbnamələrin "Dəymiş ziyanın həcminin hesablanması” bölməsindən görünür ki, qaz qurğularının qaz sərfi hesablanarkən heç bir əsas göstərilmədən hər qaz qurğusunun maksimal saatlıq qaz sərfi, əksər qaz qurğuları üzrə 170-180 gün sərfiyyat müddəti əsas götürülmüşdür. xx.xx.2022-ci il tarixli tələbnamə ötən 6 aylıq dövrə aid olduğuna görə 2022-ci ilin yay və payız aylarını (iyun-avqust və sentyabr-noyabr) əhatə edir. Tələbnamədə sadalanan "dəmir soba”, "divar sobası”, "iran sobası” kimi qaz qurğularının, eləcə də, digər qaz qurğularının yay- payız mövsümündə 24 saat ərzində maksimal sərfiyyatla fasiləsiz işləməsi tamamilə əsassız və məntiqsizdir. xx.xx.2023-cü il tarixli tələbnamədə əks olunan hesablama da tamamilə yanlışdır. Belə ki, qaz qurğularının müntəzəm işləməsi üçün evdə daimi yaşayış olmalıdır. Bununla belə, istənilən dövr ərzində qaz qurğularının maksimal sərfiyyatla 24 saat fasiləsiz işləməsi heç bir halda ağlabatan hesab oluna bilməz. Cavabdeh bu hesablama meyarlarının tətbiqi üçün əsas götürdüyü halları göstərməmiş və əsaslandırmamışdır. Evinin kirayə dövründə qaz itkisi onun nəzarətsizliyindən meydana gəlmişdirsə, həmin itkinin həqiqi həcmi obyektiv qaydada müəyyən edilməlidir. Hesab edir ki, bunun üçün eyni qaz qurğularına sahib olan digər abonentlərin analoji qaz istehlakı həcmi müəyyən olunmaqla yanaşı, sadalanan qaz qurğuları üzrə məişət şəraitində gündəlik qaz istehlakının həcmi barədə müvafiq mütəxəssis məsləhəti alınmalıdır. Eyni zamanda, evinin daxilində yerləşən qaz qurğularının çeşidini, hər birinin gündəlik və mövsümi orta sərfiyyat miqdarını müəyyən etməkdən ötrü onların ixtisaslı bir mütəxəssis tərəfindən müayinə edilməsi və bu qaydada itirilmiş qazın real həcminin təyin edilməsinə zərurət olduğunu hesab edir. Ona görə də "Azəriqaz” X2 X13 İdarəsi tərəfindən tərtib edilmiş "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli və İ9.05.2023-cü il tarixli ******* nömrəli aktların ləğv edilməsi və həmin aktlar əsasında hesablanmış cəmi 9628,88 manat borc məbləğinin silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. "xxxx" İstehsalat Birliyi öz iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı məxsus fərdi yaşayış evi "Azəriqaz” İB tərəfindən təbii qazla təchiz edilir və ona Lənkəran X13 İdarəsi tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Lakin İddiaçı "Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talamışdır. "Azəriqaz” İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xəttlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə sayğacdan kənar qoşulmaqla təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsdiq edən video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı "Azəriqaz” İB-nin işçiləri tərəfindən "Təbi qazdan istifadə qaydaların pozulması haqqında” ayrı-ayrı vaxtlarda aktlar tərtib edilmiş, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 338,04 manat, xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 3802,44 manat və xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 5826,24 manat - cəmi 9966,72 manat maddi ziyan hesablanmışdır. Bu faktlar Lənkəran X13 İdarəsinin Lənkəran Xidmət Sahəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlarla yanaşı, onlara aid tələbnamələrlə, AGİS bazasından çıxarılmış, İddiaçı məxsus **********00000 nömrəli abonent hesabından çıxarış (saldo) ilə, Lənkəran Xidmət Sahəsinin mütəxəssisləri tərəfindən qeydə alınmış video çəkilişlər və çəkilmiş fotoşəkillə, Lənkəran X13 İdarəsinin və Lənkəran Xidmət Sahəsinin mütəxəssisləri Elmir Axundov, Elvin Əzimov, Günəşli Nurəliyev, Elşən Mirzəyev, Zaur Yusubov və Aydın Babayevin izahatları, həmçinin, 30 noyabr 2022-ci il tarixli A165895 nömrəli qəbzlə sübuta yetirilir. İddiaçı tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Ona görə də İddiaçı məxsus evdə təbii qazdan qeyri-qanuni istifadəyə görə itirilmiş qazın dəyəri kimi hesablanmış cəmi 9966,72 manat məbləğində dəymiş maddi ziyanın, 119,66 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının, cəmi 10.086,78 manat məbləğində pulun ondan məcburi qaydada tutularaq "xxxx" İB-nın Lənkəran RQİİnin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı məhkəmə prosesinin gedişində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə istinad etməklə məhkəməyə ərizə təqdim edib "xxxx" İstehsalat Birliyinə qarşı qaldırdığı iddia tələbi üzrə tələbinin həcmini azaldaraq və tələbdə dəqiqləşmə apararaq "xxxx" İB tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli və xx.xx.2023-cü il tarixli ******* nömrəli aktlar əsasında hesablanmış cəmi 9628,88 manat borc məbləğinin silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı öz iddia tələbini müdafiə etmiş, "xxxx" İB-nin ona qarşı qaldırdığı iddia tələbini isə qismən qəbul etdiyini bildirmiş və məhkəmə baxışı iclasında həmin tələblərlə əlaqədar göstərmişdir ki, "xxxx" İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş akt ona gec təqdim edildiyindən məhkəməyə iddia vermək üçün gecikmişdir. "xxxx" İB-nin əməkdaşları onun barəsində birinci dəfə xx.xx.2021-ci il tarixli akt tərtib etsələr də, həmin tarixdə evə baxış keçirilməmiş, "xxxx" İB əməkdaşları səbəbsiz olaraq akt yazmışlar. Onun barəsində digər aktlar isə xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə tərtib olunmuşdur. O, 2022-ci ildən sonra "xxxx" İB-nə 3 dəfə, sonuncu dəfə bu ilin may ayının 9-da ərizə yazmışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə həmin aktlar "xxxx" İB tərəfindən ona təqdim edilmişdir. Həmin vaxtadək Bakı şəhərindən iki dəfə Lənkəran şəhərinə gəlməsinə baxmayaraq qeyd olunan aktlar ona vaxtında təqdim olunmamışdır. "xxxx" İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktda sayğacdan kənar qanunsuz qaz xəttinin su çəninin altında quraşdırıldığı qeyd edilmişdir. Əgər belə bir hal aşkar olunmuşdursa, o, həmin aktda qeyd edilənlərə etiraz etmir. Lakin ehtimal edir ki, həmin qanunsuz qaz xəttini onun evində kirayəçi qalan 2 nəfər fəhlə quraşdırmışdır. Lakin həmin su çənindən yay aylarında isti sudan istifadə etmək məqsədi ilə, ən çoxu həftədə 3 dəfə, hər dəfə 1 saat ərzində və 4-6 kub metr həcmind istifadə olunmuş ola bilər. O özü xx.xx.2020-ci il tarixdən Bakı şəhərində yaşayır, Lənkəran şəhərindəki evini isə kirayəyə vermiş, lakin evində yaşayan şəxslərlə kirayə müqaviləsi bağlamamışdır. Evin kommunal işləri ilə bağlı digər bütün məsələlərlə isə arvadı məşğuldur və həmin işləri o, daha dəqiq bilir. Özü və ailə üzvləri faktiki olaraq həmin evdə yaşamadıqları üçün hazırda onun adına hesablanmış borcun silinməsini tələb edir. Ona görə də "xxxx" İB-nə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. "xxxx" İB- nin ona qarşı olan iddia tələbi üzrə isə bildirir ki, "xxxx" İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xəttlərinə, eləcə də onun fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla təbii qazdan qeyri-qanuni istifadə halları aşkar olunaraq aktlaşdırılmış və bu halı təsdiq edən video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı tərtib edilmiş xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 338,04 manat, xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 3802,44 manat və xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 5826,24 manat - cəmi 9966,72 manat dəymiş ziyan hesablanmışdır. Hesab edir ki, həmin aktlar əsasında hesablanmış maddi ziyan məbləğləri həddən artıq yüksək qeyd edilmişdir. Ona məxsus evdə aktda göstərilən qaz işlədicilərindən hazırda 2 ədəd PQ-4 (2023-cü ilin sentyabr ayınadək 1 ədəd olmuşdur) və 1 ədəd İran sobası vardır. Lakin aktlarda qeyd edilən 1 ədəd PQ-3, 2 ədəd dəmir soba və 1 ədəd QSSQ (qeyri-standart su qızdırıcısı) mövcud deyildir. Aktlarda qeyd edilən 1 ədəd divar sobası isə çoxdandır ki, işləmir. Hazırda onların evində mövcud olan 2 ədəd ani su qızdırıcısından biri də 2023-cü ilin sentyabr ayına qədər mövcud olmamışdır. Eyni zamanda, xx.xx.2021-ci il tarixli aktdan da məlum olur ki, sayğacdan kənar xətt yalnız qeyri-standart su qızdırıcısına bağlanmışdır. Ona görə də digər cihazlar üzrə dəymiş ziyan hesablanmamışdır. Sayğacdan kənar qaz xətti, təxminən, 50 santimetr uzunluğunda torpaq altında olmaqla, qalan məsafədə isə torpaq üzərində aparılmış və qeyri-standart su qızdırıcısına birləşdirilmişdir. Buna baxmayaraq xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli aktlarda və həmin aktlara uyğun tələbnamələrdə hər dəfə 1 ədəd PQ-3, 2 ədəd PQ- 4, 2 ədəd dəmir soba, 1 ədəd divar sobası və 1 ədəd İran sobasından istifadə edildiyi qeyd edilmiş və faktiki olaraq istehlak edilməyən təbii qaza görə əsassız olaraq dəymiş ziyan hesablanmışdır. Qeyri-standart su qızdırıcısından yuyunmaq (çimmək) üçün istifadə edildiyindən həmin avadanlıq həftədə ən çoxu 3 dəfə istifadə oluna bilər. Belə hallar üçün ağlabatan ən yüksək müddət olan 5 saat götürülərsə, sayğacdankənar qaz işlədicisi üzrə həftədə 3 dəfə, ayda 4 həftə olmaqla, ayda cəmi 12 dəfə istifadə olunar. Qanunsuz istifadə halı 180 gün (6 ay) hesablansa belə, hər ayda 12 dəfə istifadə halı olduğundan 180 gün ərzində 78 dəfə, hər dəfə 5 saat hesablandıqda isə qanunsuz istifadə halları cəmi 390 saat təşkil edir. Məişət qaz istifadələri üçün normal halda (işlədicilərin gücünə görə) G-4 qaz sayğacı quraşdırıldığından həmin sayğacın istehlak gücü saatda 4-6 kub metr olur. Konkret halda həmin sayğacın qaz işlədici gücü 6 kub metr hesablansa 390 saat üçüna ona hesablanmış dəymiş ziyan 2340 kub metr əşkil edər. Hər kub metr qazın dəyəri 0,12 manat hesablandıqda dəymiş ziyan məbləği 280,80 manat təşkil edir. Beləliklə, həmin hesablamaya görə xx.xx.2021-ci il tarixli akt üzrə dəymiş ziyan 70,42 manat, xx.xx.2022-ci il tarixli akt üzrə dəymiş ziyan 216 manat, xx.xx.2023-cü il tarixli akt üzrə dəymiş ziyan 280,80 manat olmaqla, cəmi 567,22 manat təşkil edir. Buna baxmayaraq iddiaçı “Azəriqaz" İB tərəfindən əsassız olaraq tərtib olunmuş aktlar üzrə cəmi 9966,72 manat maddi ziyan hesablanmışdır. Halbuki, iş materiallarında olan video görüntüdən və fotoşəkildən də görünür ki, sayğacdan kənar qaz xətti yalnız qeyri-standart su qızdırıcısına qoşulmuşdur. "xxxx" İB tərəfindən evin içərisinə baxış keçirilməmiş və sayğacdan kənar qaz xəttinin əlavə cihazlara qoşulması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. "xxxx" İB-nin əməkdaşları öz mülahizələrinə əsasən tərtib etdikləri aktlarda əlavə və ağlasığmaz sərfiyyatlar yazmışlar. Ona görə də hesab edir ki, "xxxx" İB-nin ona qarşı hazırki iddiası qismən təmin olunmalı, cəmi 567,27 manat maddi ziyan və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu ondan tutularaq "xxxx" İB-nə ödənilməli, həmin iddianın digər hissələri rədd edilməlidir. Qeyd etdikləri nəzərə alınmaqla, iş üzrə qanunamüvafiq qərar edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddiaçının izahatının məzmununa uyğun izahat verməklə iddiaçının "xxxx" İB-yə qarşı olan iddia tələbini müdafiə edərək həmin tələbin təmin olunması, "xxxx" İB-nin İddiaçı qarşı olan iddia tələbini isə qismən qəbul edərək hesablanmış 9966,72 manat məbləğində dəymiş ziyanın deyil, hesablanmalı olan 567,27 manat maddi ziyanın və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun İddiaçı tutularaq "xxxx" İB-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında "xxxx" İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə "xxxx" İBnin İddiaçı qarşı irəli sürdüyü iddia tələbini müdafiə edərək tələbin təmin olunmasını, İddiaçı "xxxx" İB-yə qarşı irəli sürdüyü iddia tələbini isə əsassız hesab edərək rədd edilməsini məhkəmədən xahiş etmişdir. İzahatında göstərmişdir ki, "xxxx" İB-nin əməkdaşları tərəfindən İddiaçı evində quraşdırılan qaz sayğacına baxış keçirilən zaman özünün evdə olmadığı vaxtlarda da onun evində, əməkdaşların dediklərinə görə, 20-dən artıq şəxsin (tələbə olduqları ehtimal edilən) yaşadığını görmüşlər. Lənkəran Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, 2(049)-87/2024 saylı qətnaməsi ilə İddiaçı iddia tələbi qismən təmin edilmiş, cavabdeh "xxxx" İstehsalat Birliyi tərəfindən xx.xx.2021-ci il tarixli akt əsasında hesablanmış 3024 kub metr itirilmiş təbii qaz və onun dəyəri olan 338.4 manat, xx.xx.2022-ci il tarixli akt əsasında hesablanmış 31.687 kub metr itirilmiş təbii qazın 27.367 kub metrdən ibarət hissəsi və onun dəyəri olan 3284.4 manat və xx.xx.2023-cü il tarixli akt əsasında hesablanmış 48.552 kub metr itirilmiş təbii qazın 24.276 kub metrdən ibarət hissəsi və onun dəyəri olan 2913.12 manat - cəmi 6535,20 manat debitor borcun silinməsi, İddiaçı iddia tələbinin digər hissəsinin təmin edilməməsi, "xxxx" İstehsalat Birliyinin iddia tələbinin qismən təmin edilməsi, İddiaçı yaşadığı evdə təbii qazdan istifadəyə görə xx.xx.2022-ci il tarixli akt əsasında hesablanmış 31.687 kub metr itirilmiş təbii qazın 4320 kub metrdən ibarət hissəsi və onun dəyəri olan 518,40 manat və xx.xx.2023-cü il tarixli akt əsasında hesablanmış 48.552 kub metr itirilmiş təbii qazın 24.276 kub metrdən ibarət hissəsi və onun dəyəri olan 2913.12 manat - cəmi 3431,62 manat borc, "xxxx" İstehsalat Birliyi tərəfindən iddia ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 119,66 manat dövlət rüsumu məbləğinin 54,32 manatdan ibarət hissəsi və 0,40 manat bank xidmət haqqı - cəmi 3486,34 manat məbləğin İddiaçı tutularaq cavabdeh "xxxx" X3 Bank ASC Lənkəran filialı Kod:200383 VÖEN **********, MH AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ90AİİB******************** nömrəli hesabına ödənilməsi, "xxxx" İstehsalat Birliyi tərəfindən iddia ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 119,66 manat dövlət rüsumu məbləğinin 65,34 manatdan ibarət hissəsinin cavabdeh "xxxx" İstehsalat Birliyinə aid edilməsi, "xxxx" İstehsalat Birliyinin iddia tələbinin digər hissəsinin təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən birinci iş üzrə İddiaçı apellyasiya şikayəti verərək, Lənkəran Rayon Məhkəməsinin 2(049)-87/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsinin qismən - İddiaçı iddia tələbinin təmin edilməməsi və ondan 3431,62 manat debitor borcun və 54,32 manat dövlət rüsumunun tutularaq cavabdeh "xxxx" İstehsalat Birliyinə ödənilməsi və cavabdehin iddia tələbinin qismən təmin edilməsi hissələrində ləğv edilməsi, İddiaçı iddia tələbinin təmin edilməsi, cavabdeh "xxxx" İB-nin iddia tələbinin rədd edilməsi, İddiaçı yaşadığı evdə təbii qazdan istifadəyə görə cavabdeh "xxxx" İB tərəfindən xx.xx.2022-ci il tarixli akt əsasında hesablanmış 518,40 manat və xx.xx.2023-cü il tarixli akt əsasında hesablanmış 2913,12 manat məbləğində debitor borcların silinməsi, habelə ödənilmiş dövlət rüsumunun cavabdeh "xxxx" İB-yə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prossesual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, xx.xx.2022 tarixli akt üzrə birinci instansiya məhkəməsi cavabdehin xx.xx.2022-ci il tarixli aktı əsasında hesablama apararkən səhvə yol vermişdir. Belə ki, Məhkəmə cavabdehin xx.xx.2022-ci il tarixli aktında sadalanan qaz işlədicilərindən yalnız 1 ədəd QSSQ (qeyri-standart su qızdırıcısının) sayğacdan kənar qaz şəbəkəsinə qoşulduğunu müəyyən etsə də, həmin qurğunun qaz sərfiyyatını hesablayarkən “Qazdan istifadə” Qaydalarının 6.5-1-ci bəndində nəzərdə tutulan meyarları nəzərə almamışdır. Məhkəmə həmin qaz qurğusunun gündəlik sərfiyyat müddətini Qaydaların 6.5-3-cü bəndində nəzərdə tutulduğu kimi 12 saat qəbul etsə də, həmin qurğunun istifadə olunduğu mövsümü (Qaydaların 6.5-1.1-ci bəndi), əvvəlki dövrün orta gündəlik qaz sərfini (Qaydaların 6.5-1.2-ci bəndi) və 1 ədəd QSSQ qurğusunun yay-payız mövsümlərində maksimal saatlıq qaz sərfini (Qaydaların 6.5-1.3-cü bəndi) nəzərə almamışdır. Halbuki cavabdehin xx.xx.2022-ci il tarixli aktı və eyni tarixli tələbnaməsi həmin tarixdən əvvəlki 6 aylıq dövrü əhatə edir, yəni 2022-ci ilin yay və payız aylarına təsadüf edir (iyun-iyul-avqust, sentyabr-oktyabr-noyabr). Evin hamamında yerləşən qeyri-standart su qızdırıcısının (QSSQ) yay və payız aylarında gündəlik 12 saat işləməsi mümkün deyil, çünki heç bir yaşayış evində yay və payız aylarında su qızdırıcıları hər gün 12 saat ərzində maksimal sərfiyyatla istifadə olunmur, buna ehtiyac olmur. Məhz bu səbəbdən tərəflərindən birinci instansiya məhkəməsinə yazılı vəsatət verilərək, eyni qaz qurğularına sahib olan digər abonentlərin analoji qaz istehlakı həcminin müəyyən olunması, həmçinin məişət şəraitində gündəlik qaz istehlakının həcmi barədə müvafiq mütəxəssisdən məsləhət və izahat alınması xahiş olunmuşdur. Lakin məhkəmə iddiaçının vəsatətini və Qaydaların 6.5-1-ci bəndinin tələblərini nəzərə almadan və cavabdeh "xxxx" İB-nin üzərinə sübutetmə vəzifəsini qoymadan hesablama aparmış, işin sübuta yetirməmiş halları əsasında qətnamə çıxarmışdır. xx.xx.2023 tarixli akt üzrə: xx.xx.2023-cü il tarixli aktında sadalanan qaz işlədici qurğular həmin tarixdə keçirilmiş baxış zamanı deyil, ondan əvvəlki tarixdə tərtib edilmiş aktların göstəricilərinə uyğunlaşdıraraq yazılmışdır. Bu fakt birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilərək qətnamədə göstərilmişdir (bax qətnamənin 7-ci səhifəsində 3-cü abzas). Belə ki, məhkəmə baxışı iclasında cavabdehin vəsatəti ilə şahid qismində dindirilmiş X7 ifadə verərək göstərmişdir ki, İddiaçı məxsus evin yerləşdiyi ünvanda küçə ərazisində quraşdırılmış sayğaca 2023-cü ilin may ayında baxış keçirilməsində o özü də iştirak etmiş və həmin vaxt sayğaca bir ədəd kənar xətt qoşulmasını aşkar edib xətti bağlamışlar. Lakin həyətə və evə girə bilməmişlər, çünki həmin vaxt bir qadın onları qarşılamış, sonra da İddiaçı oğlu gəlmiş, narazılıq etdiyi və maneə törətdiyi üçün həyətə girə bilməmişlər. Bu səbəbdən də sayğacdan kənar xəttin neçə yerə paylanmasını müəyyən etmək mümkün olmamışdır. Qaz işlədicilərinin sayını isə həmin ünvanla bağlı əvvəlki tarixlərdə tərtib edilmiş aktların göstəricilərinə uyğunlaşdıraraq yazmışlar. Bu ifadədən ilk növbədə görünür ki, kənar xəttin qaz şəbəkəsinə birləşmə nöqtəsi abonentin həyətində deyil, küçədə aşkarlanmışdır (bax: “Lakin həyətə və evə girə bilməmişlər”). Küçə tərəfdə həmin kənar xətt birbaşa qaz şəbəkəsinə deyil, qaz sayğacına qoşulmuşdur (bax: “...həmin vaxt sayğaca bir ədəd kənar xətt) qoşulmasını aşkar edib xətti bağlamışlar”). Daha sonra cavabdehin işçisi etiraf etmişdir ki, “qaz işlədicilərinin sayını … əvvəlki tarixlərdə tərtib edilmiş aktların göstəricilərinə uyğunlaşdıraraq yazmışlar”. Cavabdehin xx.xx.2023-cü il tarixli aktında sadalanan qaz cihazlarının siyahısı özündə hüquqi faktı deyil, ehtimalı ehtiva edir. Nəzərə almaq lazımdır ki, əvvəlki müayinə vaxtı aparılmış video çəkilişdə sayğacdankənar qaz xəttinin yalnız 1 (bir ədəd qaz işlədicisinə qeyri-standart su qızdırıcısına qoşulduğu görünür. Məhkəmə baxışı iclasında cavabdehin vəsatəti ilə şahid qismində dindirilmiş əməkdaşı X15 ifadə verərək göstərmişdir ki,“sayğacdan kənar qoşulan qanunsuz xətlərə baxış keçirmişlər və həmin vaxt QSSQ-dən (qeyristandart su qızdırıcısı)başqa kənar qaz xəttinin istifadəsi halı aşkar edilməmişdir”. Beləliklə, cavabdehin xx.xx.2023-cü il tarixli aktı əsasında hesablama aparılarkən nə qaz qurğularının çeşidi və sayı, nə növü və maksimal saatlıq qaz sərfi (Qaydaların 6.5-1.3-cü bəndi), nə dəəvvəlki dövrün orta gündəlik qaz sərfi nəzərə alınmamışdır (Qaydaların 6.5- 1.2-ci bəndi). Onu da qeyd edir ki, cavabdehin xx.xx.2023-cü il tarixli aktının “İstehlakçının nümayəndəsi” sətrində onun adı yazılsa da (İddiaçı), yalan məlumatdır, çünki mən həmin tarixdə Bakıda olmuşdur. Belə ki, xx.xx.2020-ci il tarixindən etibarən onun ailəsi ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayon, H.Əliyev küçəsi, 3224-cü məhəllə, ev 113, mənzil 75-də kirayədə yaşayır. (müvafiq arayış işin materiallarına əlavə olunmuşdur). Bu səbəbdən həmin aktın “İstehlakçının nümayəndəsi “Akt”ı imza etməkdən imtina etdi, bir nüsxə ona təqdim edildi” sətrində qaz paylayıcısının nümayəndələrinin imzası olsa da, gerçəkdə həmin akt ona xx.xx.2023-cü il tarixində, Lənkəran RQİİ-nə müraciətindən sonra təqdim olunmuşdır. Məhkəmə, cavabdehin xx.xx.2022-ci il tarixli aktında 6 aylıq əvvəlki dövrün, yəni 2022-ci ilin yay və payız mövsümlərinin əhatə olunduğunu, həmin mövsümlərdə qaz sərfiyyatı normasını nəzərə almadan hesablama aparmışdır. Məhkəmə, cavabdehin xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli aktlarında əvvəlki dövrün orta gündəlik qaz sərfini normasını nəzərə almadan hesablama aparmışdır. Məhkəmə, cavabdehin xx.xx.2023-cü il tarixli aktında sadalanan qaz qurğularının çeşidi, sayı, növü və maksimal saatlıq qaz sərfiyyatının cavabdehin keçirdiyi baxış zamanı deyil, əvvəlki tarixdə tərtib edilmiş aktların göstəricilərinə uyğunlaşdıraraq yazılmış olduğunu nəzərə almamışdır Məhkəmə, cavabdehin xx.xx.2022-ci il tarixli aktında nəzərdə tutulan qaz qurğusunun yay-payız mövsümlərində maksimal sərfiyyatla işləməsi halı, həmçinin xx.xx.2023-cü il tarixli aktında nəzərdə tutulan qaz qurğularının sayı, növü və maksimal saatlıq qaz sərfiyyatı barəsində halları sübut etmək vəzifəsini cavabdehin üzərinə qoymamaqla bu maddənin tələblərini pozmuşdur. Məhkəmə, cavabdehin şahid qismində dindirilmiş işçilərinin ifadələrindəki ziddiyyətləri aydınlaşdırmamışdır. Məhkəmə, qaz qurğularının ayrı-ayrı mövsümlərdə orta və maksimal sərfiyyatını müvafiq qaz borusunun diametri, qazın təzyiqi və borunun ötürücülük imkanı nəzərə alınmaqla müəyyənləşdirməkdən ötrü işə müvafiq ixtisaslı bir mütəxəssis cəlb etməli olduğu halda, bunu etməmişdir Məhkəmə, cavabdehin istinad edərək sübuta yetirə bilmədiyi halları hərtərəfli və obyektiv surətdə aydınlaşdırmadan həmin halları hüquqi fakt kimi qiymətləndirməklə bu maddənin tələblərini pozmuşdur c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinin dəlillərinə qarşı etiraz təqdim edilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən birinci iş üzrə İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, həqiqətən də sayğacdan əvvəl onun evinə gedən qeyriqanuni qaz xətti aşkar edilmişdir. Həmin xətlərin kim tərəfindən çəkilməsini bilmir. Çünki özü ailəsi ilə birlikdə Bakı şəhərində kirayədə yaşayır. Lənkərandakı evində 2 kirayəşin yaşamışdır. Həmin kirayədə qalanlardan Polis şöbəsinə rəsmi şikayət etməmişdir. Hesab edir ki, mövcud qaz sərfiyyatı düzgün hesablanmamışdır. "xxxx" İstehsalat Birliyinin nümayəndəsi apellyasiya baxışında iştirak etməmişdir. "xxxx" İstehsalat Birliyinə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndəsi apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən "xxxx" İstehsalat Birliyinin nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda birinci iş üzrə iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin-birinci iş üzrə iddianın rədd edilməsi, ikinci iş üzrə iddianın təmin edilməsi hissəsində ləğv edilməsini, birinci iddianın tam təmin, ikinci iddianın tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etməklə qətnaməni qismən mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin İddiaçı münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanun və əlaqədar digər qanunvericilik aktları hazırkı mübahisəyə tətbiq edilməlidirlər. Belə ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 1.1.1 -ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra - yoxlama) yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2-ci maddəsində təsbit edilmişdir ki, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5-7.10-cu, 8-ci, 11.1 -ci, 12-ci, 13-cü və 34.1ci maddələri istisna olmaqla) vergi yoxlamalarına şamil edilmir. Bu Qanun cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamalara şamil edilmir. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.1 və 3.2-ci maddələrində isə təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-13.4-cü maddələrinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasi Prezidentinin 13 aprel 2010-cu il tarixli, 246 saylı fərmanının 1.2-ci bəndində sahibkarlıq sahəsində yoxlamaların mütəmadiliyi haqqında məlumatın əldə edilməsini mümkün edən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrinin formasını və aparılması qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi qərara alınmışdır. Həmin Fərmanın 2-ci bəndində isə göstərilmişdir ki, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama bu Fərmanın 1.2-ci bəndində göstərilən reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2011 -ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: -1.1-ci bəndinə görə, bu Əsasnamə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) və "Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. -1.4-cü bəndinin tələbinə görə, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. -1.5-ci bəndinin tələbinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. -1.6-cı maddəsinə görə, bu Əsasnamənin 3.2.3-cü, 3.4.12-ci, 3.4.15-ci, 4.3-2-ci, 4.5- 4- cü, 5.1.9-cu və 5.1.13-cü yarımbəndləri vergi yoxlamalarına şamil edilmir. -5.2-ci bəndinə görə, yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. "Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 may 1999-cu il tarixli, 87 saylı qərarı ilə təsdiq edilmiş "Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları” ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları”nın 5.5-ci maddəsinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsasız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Qeyd olunan Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, İddiaçı apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı araşdırma apararkən aşağıdakı sübutları müəyyən etmişdir. Birinci instansiya məhkəməsində məhkəmə baxışı iclasında İddiaçı vəsatəti ilə şahid qismində dindirilmiş X8 ifadə verərək göstərmişdir ki, İddiaçı onun əridir. Onlar xeyli vaxtdır ki, faktiki olaraq Bakı şəhərində yaşayırlar və Lənkəran şəhərindəki evlərini kirayəyə vermişlər. Lənkəran şəhərində yerləşən, onlara məxsus evdə "xxxx" İB-nin əməkdaşları tərəfindən tərtib edilən aktlarda qeyd edilən qaz işlədicilərindən 1 ədəd PQ-3, 2 ədəd PQ-4 markalı qaz cihazları, 1 ədəd dəmir soba, 1 ədəd divar sobası, 1 ədəd QSSQ (qeyristandart su qızdırıcısı) və 1 ədəd İran sobası çoxdan mövcuddur. Ancaq dəmir soba 1 ədəddir. Hazırda onların evində mövcud olan 2 ədəd ani su qızdırıcısından biri də 2023-cü ilin sentyabr ayına qədər mövcud olmamışdır. Lakin onlar heç vaxt qaz xəttindən sayğacdan kənar istifadə etməmişlər. Evdə kirayədə yaşayan ayrı-ayrı şəxslərin isə qaz xəttindən sayğacdan kənar istifadə edib-etmədikləri barədə məlumatı yoxdur. Məhkəmə baxışı iclasında İddiaçı vəsatəti ilə şahid qismində dindirilmiş X9 ifadə verərək göstərdi ki, o, İddiaçı həm qohumu, həm də yaxın qonşusudur. Belə ki, İddiaçı onun bacısının əridir. Lənkəran şəhərində onların evləri qarşı-qarşıya yerləşir. İddiaçı ailəsi ilə birgə Bakı şəhərində yaşamağa gedərkən onların evinə hərdən bir nəzarət etmişdir. Bir müddət əvvəl o, "xxxx" İB-nin əməkdaşlarını İddiaçı həyətinin qarşısında görüb onlara yaxınlaşmış, həmin əməkdaşlar qaz sayğaclarına baxış keçirəcəklərini demiş, sonra da İddiaçı evinin sayğacına baxış keçirib getmişlər. O, "xxxx" İB-nin əməkdaşlarına qapı açmamış, onları bacısıgilin həyətinə buraxmamışdır. Məhkəmə baxışı iclasında İddiaçı vəsatəti ilə şahid qismində dindirilmiş X5 ifadə verərək göstərdi ki, o, İddiaçı ən yaxın qonşusudur. Hasarın bir tərəfində İddiaçı, digər tərəfində onun evi yerləşir. İddiaçı ailəsi ilə birlikdə Bakı şəhərinə yaşamağa getdiyi vaxtlarda evinə nəzarət etməyi ona tapşırmışdır. İddiaçı və ailəsi evdə olmadığı vaxtlarda onun evində iki fəhlənin qaldığını görmüşdür. Onun Rasimin evinin qaz sayğacına kənar xəttin qoşulmasından məlumatı olmamışdır. O, "xxxx" İB-nin əməkdaşlarının İddiaçı həyətinə hasardan aşıb keçdiklərinin şahidi olmuşdur. Həmin hadisə, təxminən, iki il bundan əvvəl baş vermişdir. Həmin vaxt hansı fəsil olduğunu hazırda dəqiq xatırlamasa da, yay fəsli olmadığını təsdiq edir. Çünki, həmin vaxt havanın soyuq olduğu yadındadır. Məhkəmə baxışı iclasında İddiaçı vəsatəti ilə şahid qismində dindirilmiş X10 ifadə verərək göstərdi ki, o, İddiaçı yaxın qonşusudur və münasibətləri yaxşı olduğu üçün birbirinin evlərinə gediş-gəlişləri vardır. İddiaçı evində kirayədə qalmış şəxslərdən bir neçəsini həmin evə o gətirmişdir. İddiaçı evində kirayədə yaşamış iki fəhlə də onun gətirmiş olduğu şəxslərdəndir. Məhkəmə baxışı iclasında "Azəriqaz” İstehsalat Birliyinin vəsatəti ilə şahid qismində dindirilmiş X15 ifadə verərək göstərdi ki, o, "Azəriqaz” İB-nin Cənub Rİİ-nin əməkdaşıdır və həmin müəssisədə mühəndis vəzifəsində işləyir. 2022-ci ilin noyabr ayında qaz sayğaclarına baxış keçirilən zaman digər əməkdaşlarla birlikdə İddiaçı qeydiyyatda olduğu ünvanda küçə ərazisində quraşdırılmış sayğaca da baxış keçirmişlər. Həmin vaxt İddiaçı evi ilə qarşı-qarşıya yerləşən evlərin birindən bir qadın çıxıb onlara yaxınlaşmış və İddiaçı qohumu olduğunu demişdir. Onlar birlikdə İddiaçı həyətinə girib orada quraşdırılmış qaz sayğacına baxış keçirmişlər. Həmin vaxt həyətdə 20 dən artıq şəxsin (tələbə olduqları ehtimal edilən) olduğunu görmüşdür. Bundan sonra sayğacdan kənar qoşulan qanunsuz xəttlərə baxış keçirmişlər və həmin vaxt QSSQ-dən (qeyri-standart su qızdırıcısı) başqa kənar qaz xəttinin istifadəsi halı aşkar edilməmişdir. Evdə quraşdırılmış qaz işlədicilərinin növü və sayı barədə isə həmin evdə yaşayan qızlardan məlumat almış, onlar evdə qaz sobasından istifadə etdiklərini demişlər. Belə ki, həmin vaxt evdə tələbə qızlar yaşadıqlarına görə onlar evin otaqlarına girməmişlər. İddiaçı Bakı şəhərində yaşadığı vaxtlarda həmin evdə sentyabr ayından başlayaraq 6 tələbə, ondan sonra da 2 fəhlə yaşamışdır. Məhkəmə baxışı iclasında "Azəriqaz” İstehsalat Birliyinin vəsatəti ilə şahid qismində dindirilmiş X7 ifadə verərək göstərdi ki, o, "Azəriqaz” İB-nin əməkdaşıdır və sayğac şöbəsinin rəisi vəzifəsində işləyir. İddiaçı məxsus evin yerləşdiyi ünvanda küçə ərazisində quraşdırılmış sayğaca 2023-cü ilin may ayında baxış keçirilməsində o özü də iştirak etmiş və həmin vaxt sayğaca bir ədəd kənar xətt qoşulmasını aşkar edib xətti bağlamışlar. Lakin həyətə və evə girə bilməmişlər, çünki həmin vaxt bir qadın onları qarşılamış, sonra da İddiaçı oğlu gəlmiş, narazılıq etdiyi və maneə törətdiyi üçün həyətə girə bilməmişlər. Bu səbəbdən də sayğacdan kənar xəttin neçə yerə paylanmasını müəyyən etmək mümkün olmamışdır. Qaz işlədicilərinin sayını isə həmin ünvanla bağlı əvvəlki tarixlərdə tərtib edilmiş aktların göstəricilərinə uyğunlaşdıraraq yazmışlar. Məhkəmə baxışı iclasında "Azəriqaz” İstehsalat Birliyinin vəsatəti ilə şahid qismində dindirilmiş X16 ifadə verərək göstərdi ki, o, "Azəriqaz” İB-nin əməkdaşıdır və satış rəisi vəzifəsində işləyir. 2023-cü ilin may ayında İddiaçı məxsus evin yerləşdiyi ünvanda küçə ərazisində quraşdırılmış sayğaca baxış keçirilməsində o da iştirak etmiş və həmin vaxt bir ədəd qanunsuz qaz xətti aşkarlanmışdır. Lakin münaqişə düşdüyü üçün Rasimin oğlu onları həyətin içərsinə buraxmamış və xəttin neçə yerə paylanmasını müəyyən edə bilməmişlər. Aralarında münaqişə baş verdiyi üçün hətta polis çağırmalı olmuşlar. Məhkəmə baxışı iclasında "Azəriqaz” İstehsalat Birliyinin vəsatəti ilə şahid qismində dindirilmiş X4 ifadə verərək göstərdi ki, o, Azəriqaz” İB-nin Cənub Regional Qİİ-nin satışı və qaza nəzarət şöbəsinin böyük mütəxəssisi vəzifəsində işləyir. Sayğaclara nəzarəti həyata keçirərkən İddiaçı məxsus evin yerləşdiyi ünvanda küçə ərazisində quraşdırılmış sayğacın giriş kranının bağlı olduğunu görmüşlər. Həyətə girib bu barədə soruşanda evdə kirayə qaldıqlarını bildirən qızlar onları qarşılayıb evə aparmışlar və həmin vaxt onlar su qızdırıcısına qanunsuz olaraq yeraltı qaz xətti çəkilməsini aşkar etmişlər. Həmin xətt su qızdırıcısından əvvəl evin qaz xəttinə qoşulu olmuşdur. "Azəriqaz” İB tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş 1 ədəd DVD diskdə olan video görüntülərə məhkəmə iclas zalında olan komputer avadanlığından istifadə edilməklə tərəflərin iştrakı ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həyətdə olan QSSQ-də (qeyri- standart su qızdırıcısı) qaz xəttinə sayğacdan kənar qoşulma ilə təbii qazdan faktiki istifadə edilir. "Azəriqaz” İB-nin məhkəmə iclasında iştirak edən nümayəndəsi həmin görüntülərin xx.xx.2022-ci il tarixdə iddiaçıya məxsus evin həyətində qeydə alındığını bildirmiş, iddiaçı özü də həmin görüntülərin Lənkəran şəhərində ona məxsus olan evə aid olduğunu etiraf etmişdir. Birinci instansiya məhkəməsində məhkəmə araşdırılması zamanı tərəflərin izahatları, şahidlərin ifadələri, həmçinin, iş materiallarına əlavə edilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021 -ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli və xx.xx.2023-cü il tarixli ******* nömrəli aktların, dəymiş ziyanın bərpasına dair xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli tələbnamələrin surətləri, abonentin saldosundan xx.xx.2023-cü il və xx.xx.2023- cü il tarixli çıxarışlar, fotoşəkillər, xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən müəyyən edildi ki, Hüseynov X11 şəhəri Şəhidlər Xiyabanı ev 120 ünvanında qeydiyyatdadır. "Nəsimi 18” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin xx.xx.2023-cü il tarixli arayışında isə İddiaçı ailə üzvləri ilə birlikdə Bakı şəhəri Nəsimi rayonunda yaşadığı qeyd edilmişdir. "Azəriqaz” İB-nin X18 İstismar İdarəsinin Lənkəran sahəsinin əməkdaşları tərəfindən İddiaçı qeydiyyatda olduğu fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına xx.xx.2021 -ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə baxış keçirilərək təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmışdır. Yoxlamanın nəticələrinə dair tərtib edilən aktlarda abonentin təbii qazdan sayğacdan kənar xətt vasitəsilə qeyri-qanuni olaraq istifadə etdiyinin aşkar olunması qeyd edilmişdir. "Azəriqaz” İB-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 3024 kub metr, xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 31.687 kub metr və xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 48552 kub metr müəyyən edilmiş, həmin miqdarlarda təbii qazın dəyəri olaraq "Azəriqaz” İB tərəfindən cəmi 9966.72 manat debitor borc hesablanaraq borcun ödənilməsi İddiaçı tələb edilmişdir. "Azəriqaz” İB məhkəməyə müraciət etmək üçün 119,66 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödəmişdir. Hazırda iddiaçı Hüseynov X11 şəhərində ona məxsus evdə bir müddət kirayəçilərin qaldığını, özünün isə faktiki olaraq Bakı şəhərində yaşadığını, ona məxsus evin təbii qaz xəttinə sayğacdan kənar qoşulma halı aşkar olunsa da, həmin evdə olan qaz cihazlarından faktiki istifadə müddətinin və həcminin aktlarda qeyd edildiyindən xeyli az olduğunu bildirərək iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı öz iddia tələbinin əsası kimi tərəflər arasında bağlanmış təbii qazdan istifadə müqaviləsinə, qaz sayğacının yoxlanılması haqqında, təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlara, dəymiş ziyanın bərpasına dair tələbnaməyə və abonentin saldosuna istinad edir. Cavabdeh "Azəriqaz” İB-nin nümayəndəsi iddiaçıya məxsus evin yerləşdiyi ünvanda olan təbii qazdan sayğacdan kənar istifadə edilməsi halına görə "İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması” Qaydalarına uyğun olaraq hesabat aparıldığını, buna görə yaranmış 9966,72 manat debitor borcun indiyədək də ödənilmədiyini bildirir. "Azəriqaz” İB İddiaçı iddia tələbinə etirazı olaraq, həmçinin, öz iddia tələbinin əsası kimi tərəflər arasında bağlanmış təbii qazdan istifadə müqaviləsinin, qaz sayğacının yoxlanılması haqqında, təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların, dəymiş ziyanın bərpasına dair tələbnamələrin surətlərini, abonentin saldosundan çıxarışları məhkəməyə təqdim etmişdir. Belə ki, iş materiallarından və işin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, Lənkəran X13 İdarəsi tərəfindən iddiaçının qeydiyyatda olduğu evdə təbii qazdan istifadə qaydaları ayrı-ayrı vaxtlarda yoxlanılarkən qaz xəttinə sayğacdan kənar qoşulma faktları aşkar edilmiş və bununla bağlı müvafiq aktlar tərtib edilmişdir. Qeyd olunan aktlarda iddiaçıya məxsus evdə istifadə olunan qaz cihazlarının sayı və növü də göstərilmişdir. İddiaçı özü həmin aktlara imza etməsə də, aktlarda qeyd olunan qaz cihazlarının bəzilərindən ona məxsus evdə, həqiqətən də, istifadə olunduğunu təsdiq etmiş, təbii qaz işlədicisi olan cihazların sayı və çeşidi ilə bağlı daha dəqiq məlumatların isə arvadı tərəfindən verilə biləcəyini qeyd etmişdir. Eyni zamanda, iddiaçı məhkəmə iclasında izahat verərkən ona məxsus evdə kirayəçi olaraq yaşayan şəxslər tərəfindən qaz xəttinə sayğacdan kənar qoşulma hallarının ola biləcəyini də etiraf etmişdir. Həmin fakt "Azəriqaz” İB tərəfindən məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilmiş video görüntülərdə də əks olunmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının yaşadığı evdə aşkar edilmiş, təbii qaz xəttinə sayğacdan kənar qoşulma faktları ilə bağlı qaz təchizatçısına dəymiş maddi ziyanın real məbləği iddiaçıdan tutularaq cavabdehin hesabına ödənilməlidir. Hazırda birinci iş üzrə iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini birinci iddianın rədd edilən hissəsində və ikinci iddianın təmin edilən hissəsində mübahisələndirir. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi işi düzgün araşdırmamış, sərfiyyatı düzgün hesablamamışdır. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi ona münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv oluna bilməz. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı tələb üzrə iddianın mübahisələndirilən hissədə qiyməti 5000 manatdan azdır və bu da prosessual qanunvericiliyə əsasən hazırkı qətnamədən kassasiya şikayəti verilməsini nəzərdə tutur. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Birinci iş üzrə iddiaçı (ikinci iş üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, 2(049)-87/2024 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar