Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-748/2024 06.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Bəhmənov Habil Xanoğlan oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3tariat ofisinə və maraqlı şəxs Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə qarşı «AR-İ 790804 saylı, 12 iyun 2019-cu il tarixli etibarnamənin və 19 sentyabr 2019-cu il tarixli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 2(018)-1162/2021 saylı, 17 noyabr 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə 06 may 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3tariat ofisinə və maraqlı şəxs Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək AR-İ 790804 saylı, 12 iyun 2019-cu il tarixli etibarnamənin və 19 sentyabr 2019-cu il tarixli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh2 adına alınmış çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X1 Astara şəhəri, Həzi Aslanov küçəsində istifadədə olan 1.0704 ha torpaq sahəsində yerləşən 745,3 kv.m ümumi, 480,2 kv.m əsas, 261 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisə (süd zavodu) mülkiyyət hüququ üzrə ona məxsus olmuşdur. X7 2019-cu ildə ağır xəstə olmuşdur. Bundan istifadə edən oğlu Cavabdeh2 arvadı Cavabdeh1 adına etibarnamə alaraq, Himmətəli Hüseynovun mülkiyyətində olan Astara şəhəri, Həzi Aslanov küçəsində olan əmlak kompleksini, Süd zavodunu bağışlama müqaviləsi bağlamaqla öz mülkiyyətinə keçirmişdir. Həmin müqavilə aldatma, mülkiyyətçinin sağlamlıq vəziyyətinin pis olmasından sui istifadə etməklə bağlanmış müqavilədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.1-ci maddəsində qeyd edilir ki, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılı gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Himmətəli Hüseynovun nümayəndəsi Cavabdeh1 pis niyyətlə Cavabdeh2 ilə razılaşmış, onun ağır xəstə olmasından istifadə edərək ona ağır şərtlərlə əqd imzalatmışlar. Bu hal əqdin etibarsız hesab edilməsi üçün əsasdır. Həmin Məcəllənin 339.4-cü maddəsində qeyd edilir ki, xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvad (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldikdə də əqdin mübahisələndirilməsinə əsas verir. X18 nümayəndəsi, həm bağışlama müqaviləsində tərəf olmuş hədiyyə alan Cavabdeh2 xaraktercə əqdi bağlayana təsir göstərə biləcək, onun əmlakının real təhlükədə olmağını ona təlqin edə biləcək şəxslərdir ki, bu da məcburetmə kimi qiymətləndirilməlidir və bu zaman Himmətəli Hüseynovun həyat şəraiti, xəstə olması və artıq hərəkətlərinin nəticəsini başa düşməməsi kimi qiymətləndirilməlidir. Digər tərəfdən mərhum X7 tərəfindən Cavabdeh1 verilmiş olan etibarnamədən cavabdehlər şəxsi mənafeləri üçün və qanunsuz olaraq istifadə etmişlər. Belə ki, həmin etibarnamə ilə Cavabdeh1 mərhum X4 üçüncü şəxslər qarşısında təmsil etməli olduğu halda etməmiş, həmin etibarnamə ilə mərhum X5 məxsus əmlakı öz adlarına, yəni əri Cavabdeh2 adına bağışlama yolu ilə ələ keçirmişdir. X7 həmin bağışlama müqaviləsi bağlanmasından bir ay iyirmi gün sonra, yəni 10 noyabr 2019-cu il tarixdə vəfat etmişdir. İddiaçı atasından miras qalmış əmlakla bağlı vərəsəlik məsələsi həll olunan zaman qeyd olunan etibarnamə və bağışlama müqaviləsi üzə çıxdığı üçün hazırki mülki mübahisə yaranmışdır. Odur ki, yuxarıda qeyd olunanları əsas gətirib, AR-İ 790804 saylı, 12 iyun 2019cu il tarixli etibarnamənin və 19 sentyabr 2019-cu il tarixli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh2 adına alınmış çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X12 məhkəmə iclasının gedişi zamanı iddia tələbinin həcmini azaldaraq AR-İ 790804 saylı, 12 iyun 2019-cu il tarixli etibarnamənin və 19 sentyabr 2019-cu il tarixli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı X8 nümayəndəsi (həyat yoldaşı) X21 iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh1 nümayəndəsi (həyat yoldaşı) və digər cavabdeh olan Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, İddiaçı onun bacısıdır. X1 adına olan Astara şəhəri, Həzi Aslanov küçəsində istifadədə olan 1.0704 ha torpaq sahəsində yerləşən 745,3 kv.m ümumi, 480,2 kv.m əsas, 261 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi daşınmaz əmlakın bağışlanma müqaviləsi ilə öz adına rəsmiləşdirmişdir. Hesab edir ki, daşınmaz əmlakın bağışlanma müqaviləsi qanuni əsaslarla aparılmış və heç bir pozuntuya yol verilməmişdir. Odur ki, İddiaçı Cavabdeh1 və ona qarşı AR-İ 790804 saylı, 12 iyun 2019-cu il tarixli etibarnamənin və 19 sentyabr 2019-cu il tarixli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası əsassızdır. İddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh3tariat ofisinə və maraqlı tərəf Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflərin nümayəndələri heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin nümayəndələinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3tariat ofisinə və maraqlı şəxs Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə qarşı «AR-İ 790804 saylı, 12 iyun 2019-cu il tarixli etibarnamənin və 19 sentyabr 2019-cu il tarixli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası qismən təmin edilməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Astara Rayon Məhkəməsinin 17 noyabr 2021-cu il tarixli, 2(018)-1162/2021 saylı qətnaməsi ilə (sədrlik edən hakim Zamin İbrahimov) iddia qismən təmin edilmiş, X7 ilə Cavabdeh2 arasında bağlanılmış və Cavabdeh3tariat ofisinin xüsusi notariusu tərəfindən rəsmiləşdirilmiş 19 sentyabr 2019-cu il tarixli, 4Ə-631 reyestr nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsi etibarsız hesab olunmuşdur. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişlər. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-525/2022 nömrəli iş üzrə 3 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – N.F.Mirzəyev (sədrlik edən və məruzəçi), S.İ.Mayılov və İ.Q.Əsədov) apellyasiya şikayəti təmin edilməmiş, Astara Rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər E.Vəliyeva, A.Abbasov, E.Şamayev) 2(102)-4066/2022 nömrəli, 10 oktyabr 2022-ci il tarixli qərarı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-525/2022 nömrəli, iş üzrə 03 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, işə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-210/2023 nömrəli iş üzrə 16 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – C.F.İmanov (sədrlik edən və məruzəçi), T.S.Kərimov və P.T.Əhmədov) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş birgə apellyasiya şikayəti təmin edilməmiş, Astara Rayon Məhkəməsinin 2(018)-1162/2021 saylı, 17 noyabr 2021-ci il tarixli qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, iş materiallarını yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər Ə.Xıdırov, M.Əhmədova, A.Hüseynov) 2(102)-12/2024 nömrəli, 24 yanvar 2024-cü il tarixli qərarı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 fevral 2023-cü il tarixli 2(106)-210/2023 nömrəli qətnaməsi ləğv edilmiş, işə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Odur ki, Astara Rayon Məhkəməsinin 2(018)-1162/2021 saylı, 17 noyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən apelyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh2 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin edilməsini, Astara Rayon Məhkəməsinin 2(018)- 1162/2021 saylı, 17 noyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qanunvericiliyin tələbinə uyğun olaraq İddiaçı Cavabdeh1, Cavabdeh3tariat ofisinə və maraqlı şəxs Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş lakin iddiaçı, cavabdeh və üçüncü şəxslər apellyasiya icraatı zamanı iştirak etməmiş, iştirak etməmələrinin səbəblərini qabaqcadan bildirməmişdir. Odur ki, MPMnin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayəti üzrə iddiaçının, cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan işə baxılması məqsədə müvafiq hesab edilmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Astara Rayon Məhkəməsinin 2(018)-1162/2021 saylı, 17 noyabr 2021-ci il tarixli qətnaməsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəllənin; 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Maddə 667.1. Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmasın. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə xətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Maddə 359.3 Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin təmin edilməsi ilə bağlı yekun nəticəyə gələrəkən hesab etmişdir ki, Cavabdeh1 mərhum X2 aldığı etibarnamədən öz iradəsinə və şəxsi maraqlarına uyğun istifadə edərək, həmin əmlakı əvəzsiz olaraq əri, iş üzrə digər Cavabdeh2 bağışlamış, nəticədə hər iki şəxs, yəni cavabdehlər ər və arvad kimi əvəzsiz olaraq, etibarnamə əsasında X3 əmlakına yiyələnmişlər. Bu isə hazırda iddiaçı olan İddiaçı vərəsəliklə və miras əmlakla bağlı hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia həmin hissədə təmin olunmalı, Cavabdeh3tariat ofisinin xüsusi notariusu tərəfindən rəsmiləşdirilmiş 19 sentyabr 2019-cu il tarixli, 4Ə-631 reyestr nömrəli bağışlama müqaviləsi etibarsız hesab olunmalıdır. Məhkəmə iddiaçının digər tələbi, yəni etibarnamənin ləğvi ilə bağlı isə qeyd etmişdir ki, artıq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 365.1.7-ci maddəsinə əsasən etibarnaməni vermiş fiziki şəxs öldüyü üçün etibarnamənin qüvvəsinə xitam verilmişdir. Ona görə də iddia həmin hissədə təmin olunmamalıdır Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişlər. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-525/2022 nömrəli iş üzrə 3 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – N.F.Mirzəyev (sədrlik edən və məruzəçi), S.İ.Mayılov və İ.Q.Əsədov) apellyasiya şikayəti təmin edilməmiş, Astara Rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər E.Vəliyeva, A.Abbasov, E.Şamayev) 2(102)-4066/2022 nömrəli, 10 oktyabr 2022-ci il tarixli qərarı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-525/2022 nömrəli, iş üzrə 03 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, işə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-210/2023 nömrəli iş üzrə 16 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – C.F.İmanov (sədrlik edən və məruzəçi), T.S.Kərimov və P.T.Əhmədov) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş birgə apellyasiya şikayəti təmin edilməmiş, Astara Rayon Məhkəməsinin 2(018)-1162/2021 saylı, 17 noyabr 2021-ci il tarixli qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, iş materiallarını yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər Ə.Xıdırov, M.Əhmədova, A.Hüseynov) 2(102)-12/2024 nömrəli, 24 yanvar 2024-cü il tarixli qərarı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 fevral 2023-cü il tarixli 2(106)-210/2023 nömrəli qətnaməsi ləğv edilmiş, işə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilmişdir. Kassasiya instansiya məhkəməsi yeni məhkəmə baxışına qaytararkən göstərmişdir ki, kollegiya apellyasiya instansiyası məhkəməsinin iddiaçının iş üzrə iddianı qaldırmağa subyektiv hüququnun olduğu barədə qənaəti ilə razılaşsa da, Cavabdeh1 mərhum qaynatası X2 aldığı etibarnamədən öz iradəsinə və şəxsi maraqlarına uyğun istifadə etməsi barədə mövqeyi ilə razılaşmamışdır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, işin faktiki hallarını tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamış, tətbiq etdiyi maddi hüquq normalarını düzgün təfsir etməmiş, prosessual hüquq normaların pozulması ilə müşayiət olunan qətnamə qəbul etməklə həmin qətnamənin apellyasiya qaydasında ləğvi üçün əsaslar yaratmışdır. Odur ki, apellyasiya şikayəti təmin edilməli, Astara Rayon Məhkəməsinin 2(018)-1162/2021 saylı, 17 noyabr 2021ci il tarixli qətnaməsi ləğv edilərək iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İşdə olan X11 surətindən görünür ki, X7 ilə X10 arasında 03 mart 1962-ci il tarixdə Astara rayon Qeydiyyat şöbəsində nikah bağlanmış və 12 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. İşdə olan X9 surətindən və arayışdan görünür ki, X7 ilə X6 birgə nikahlarından 08 iyun 1967-ci ildə Cavabdeh2 və 07 sentyabr 1964-cü ildə İddiaçı adlı övladları olmuşdur. İşdə olan X11 surətindən görünür ki, Cavabdeh2 ilə X14 nikahlarını 02 oktyabr 1992-ci il tarixdə Astara rayon VVAQ Şöbəsində 117 saylı akt qeydi ilə rəsmiləşdirmişlər. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, 06 sentyabr 2019-cu il tarixli çıxarışdan görünür ki, Astara şəhəri, Həzi Aslanov küçəsində istifadədə olan 1.0704 ha torpaq sahəsində yerləşən 745,3 kv.m ümumi, 480,2 kv.m əsas, 261 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi X3 xüsusi mülkiyyətindədir. İşdə olan Cavabdeh3tariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş AR-İ 790804 saylı, 12 iyun 2019-cu il tarixli etibarnamənin surətindən görünür ki, mərhum X7 onu üçüncü şəxslər qarşısında təmsil etmək üçün Cavabdeh1 etiabrnamə – vəkalət vermişdir. Etibarnamə 12 iyun 2029-cu il tarixədək verilmişdir. İşdə olan Cavabdeh3tariat ofisinin xüsusi notariusu tərəfindən rəsmiləşdirilmiş 19 sentyabr 2019-cu il tarixli, 4Ə-631 reyestr nömrəli bağışlama müqaviləsinin surətindən görünür ki, həmin tarixdə X7 ilə Cavabdeh2 arasında daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanılmışdır. Həmin müqavilə bağlanılarkən X4 etibarnamə əsasında Cavabdeh2 arvadı Cavabdeh1 təmsil etmişdir. İşdə olan bağışlama müqaviləsindən görünür ki, X7 xüsusi mülkiyyətlərinə aid Astara şəhəri, Həzi Aslanov küçəsində istifadədə olan 1.0704 ha torpaq sahəsində yerləşən 745,3 kv.m ümumi, 480,2 kv.m əsas, 261 kv.m köməkçi sahədən ibarət əmlak kompleksini etibarnamə əsasında Cavabdeh2 bağışlamışdır. Həmin bağışlama müqaviləsinə əsasən X4 etibarnamə əsasında nümayəndəsi, əmlak bağışlanan şəxsin arvadı, hazırki iş üzrə Cavabdeh1 təmsil etmiş, müqavilə Astara rayon Dövlət notariat kontoru tərəfindən təsdiq edilmişdir. İşdə olan X13 çıxarışdan görünür ki, X7 10 noyabr 2019-cu il tarixdə vəfat etmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İddiaçı iddia tələbinin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225,337, 359 və 666-cı maddələri təşkil etdiyini göstərir. İddiaçı öz tələbində AR-İ 790804 saylı, 12 iyun 2019-cu il tarixli etibarnamənin və 19 sentyabr 2019-cu il tarixli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsini tələb etmişdir. Kollegiya apelyasiya şikayətinin dəlilləri həddində iddiaçının xahişinə münasibətdə aşağıdakıları qeyd edir: Kollegiya ilk əvvəl qeyd edir ki, iddiaçının iddia tələbinə qiymət verməzdən əvvəl onun subyektiv hüquqa malik olub-olmaması araşdırılmalıdır. Belə ki, M.Bağırovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarında qeyd edilmiş hüquqi mövqelərə əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Vərəsəlik hüququ da belə hüquqlardan biridir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iş üzrə iddianı qaldırmağa subyektiv hüququ olmuşdur. Belə ki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarına əsasən qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iş üzrə iddiaçının mirasdan imtina etdiyini təsdiq edən sübutlar olmadığından yuxarıda göstərilən qərarla mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edildiyindən hazırkı iş üzrə iddiaçı tərəfindən miras əmlakın qəbulundan imtina edilmədiyindən onun iddia qaldırmağa subyektiv hüququ olmuşdur. İddiaçı bağışlama müqaviləsinin aldatma, mülkiyyətçinin sağlamlıq vəziyyətinin pis olmasından sui-istifadə etməklə bağlanmasına istinad etməklə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-cu maddəsinə əsasən etibarsız hesab edilməsi barədə iddia qaldırmışdır. Birinci instansiya məhkəməsi isə bu əqdin Azərbaycan Respublikası Mülki Məcəllənin 359.3-cü maddəsinə zidd olduğuna görə təmsilçinin öz xeyrinə bağladığı əqd kimi qiymətləndirərək etibarsız hesab etmiş, həmin əqdin iddiaçının mərhum X3 birinci növbəli vərəsəsi kimi vərəsəlik və miras əmlakla bağlı hüquqlarının pozulmasına gətirib çıxardığı qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş halı ondan ibarətdir ki, Astara şəhəri, Həzi Aslanov küçəsində istifadədə olan 1.0704 ha torpaq sahəsində yerləşən 745,3 kv.m ümumi, 480,2 kv.m əsas, 261 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi X3 xüsusi mülkiyyətində olmuş, Cavabdeh1 mülkiyyətçinin ona verdiyi AR-İ 790804 saylı 12 iyun 2019-cu il tarixli etibarnamə əsasında həmin əmlakı həyat yoldaşı Cavabdeh2 19 sentyabr 2019-cu il tarixli bağışlanma müqaviləsinə əsasən bağışlamışdır. Birinci instansiyası məhkəməsi Cavabdeh1 mərhum X2 aldığı etibarnamədən öz iradəsinə və şəxsi maraqlarına uyğun istifadə edərək, həmin əmlakı əvəzsiz olaraq əri, iş üzrə digər Cavabdeh2 bağışladığına, nəticədə hər iki şəxs, yəni cavabdehlər ər və arvad kimi əvəzsiz olaraq, etibarnamə əsasında X3 əmlakına yiyələndiklərinə, bunun isə hazırda iddiaçı olan İddiaçı vərəsəliklə və miras əmlakla bağlı hüquqlarının pozulmasına gətirib çıxardığını qeyd etsə də bu mövqeyini kifayət qədər əsaslandıra bilməmişdir. Yəni əsaslandırılmamışdır ki, X3 əmlakı onun oğlu Cavabdeh2 bağışlanarkən bu bağışlama nəyə görə əmlakın mülkiyyətçisi olmuş X3 deyil, məhz Cavabdeh1 maraqlarına uyğun olmuşdur. Kollegiya qeyd edir ki, Cavabdeh2 ilə Cavabdeh1 ər-arvad olsa da Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır).Həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.2ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Göstərilən normaların təhlilindən görünür ki, Cavabdeh1 mülkiyyətçinin ona verdiyi etibarnamə əsasında əmlakı mülkiyyətçinin adından öz əri Cavabdeh2 bağışlasa da, bağışlama nəticəsində Cavabdeh1 həmin əmlak üzərində mülkiyyət hüququ yaranmır, yəni həmin əmlak ər-arvadın birgə mülkiyyəti hesab olunmur. Bu isə onu deməyə əsas verir ki, mərhum X7 tərəfindən Cavabdeh1 etibarnamə vermək yolu ilə mübahisəli əmlakı mərhumun oğlu Cavabdeh2 bağışlanarkən Cavabdeh1 şəxsi maraqlarına uyğun hərəkət etməmiş, yalnız təmsil edilənin adından hərəkət etməklə həmin əmlaka heç bir hüququ yaranmadan Cavabdeh2 bağışlamışdır. Belə olan halda kollegiya apelyasiya şikayətinin dəlilləri həddində hazırkı mübahisəyə qiymət verərək belə qənaətə gəlir ki, iddiaçı X8 AR-İ 790804 saylı, 12 iyun 2019-cu il tarixli etibarnamənin və 19 sentyabr 2019-cu il tarixli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi barədə tələbi əsaslı ola bilməz. İddiaçı Cavabdeh1 etibarnamədən öz iradəsinə və şəxsi maraqlarına uyğun istifadə edərək, həmin əmlakı əvəzsiz olaraq əri, iş üzrə digər Cavabdeh2 bağışladığına, nəticədə hər iki şəxs, yəni cavabdehlər ər və arvad kimi əvəzsiz olaraq, etibarnamə əsasında X3 əmlakına yiyələndikləri iddia etsə də, yuxarıda qeyd edilən qanunvericilik normalarının təhlilindən aydın olur ki, mərhum X2 Cavabdeh2 bağışlama müqaviləsi yolu ilə keçən əmlaka Ailə Məcəlləsinin 34.1-ci maddəsinin tələbləri baxımından Cavabdeh1 hüquqları yaranmadığından cavabdehin öz maraqlarına uyğun hərəkət etməsi barədə iddia tələbi əsaslı sayıla bilməz. Baxmayaraq ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunanları nəzərə almamış, gəldiyi nətiçə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Kollegiya iddiaçının iddia tələbinin ikinci xahişi olan bağışlama müqaviləsi əsasında Cavabdeh2 adına alınmış çıxarışın ləğv edilməsi ilə bağlı qeyd edir ki, bu tələb iddiaçının iddia tələbinin birinci xahişi olan bağışlama müqaviləsinin etibarsız hesab olunması xahişindən törəmə tələb olduğundan birinci tələbin təmin edilməsi üçün əsaslar olmadığından ikinci tələbin təmin olunması da aradan qalxmış olur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, iş üzrə Astara Rayon Məhkəməsinin 2(018)-1162/2021 saylı, 17 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3tariat ofisinə və maraqlı şəxs Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə qarşı «AR-İ 790804 saylı, 12 iyun 2019-cu il tarixli etibarnamənin və 19 sentyabr 2019-cu il tarixli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Astara Rayon Məhkəməsinin 2(018)-1162/2021 saylı, 17 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3tariat ofisinə və maraqlı şəxs Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə qarşı «AR-İ 790804 saylı, 12 iyun 2019-cu il tarixli etibarnamənin və 19 sentyabr 2019-cu il tarixli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh2 adına alınmış çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-748/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-748/2024
06.05.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver