Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-763/2023 23.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Ağcabədi Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə (“Azəriqaz” İB-yə) qarşı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın ləğv edilməsi və qanunsuz hesablanmış borcun silinməsi tələbinə dair mülki açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 14 yanvar 2022-ci il tarixli, ******* saylı aktın ləğv edilməsi və həmin akta əsasən onun abonent hesabına əlavə edilmiş 1862,16 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini əsaslandırarkən göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Ağcabədi şəhərində yaşayır. İstifadə etdiyi qaz sayğacı mərhum həyat yoldaşı X3 adınadır və həyat yoldaşı 22 yanvar 2016-cı ildə vəfat etmişdir. “Azəriqaz” X1 X6 İdarəsinin əməkdaşları ərindən qalmış evdə olan qaz sayğacı ilə bağlı 14 yanvar 2022-ci il tarixli akt əsasında mərhum ərinin adına 1892,16 manat məbləğində cərimə yazmışlar. Cərimənin yazılmasına səbəb olaraq qaz sayğacının giriş hissəsində çöp aşkar olunması göstərilmişdir. Lakin nə o, nə də ailə üzvləri tərəfindən sayğaca heç bir müdaxilə edilməmişdir. Qaz sayğacı evin hasarından kənarda hasara bitişik şəkildə quraşdırılmışdır. Nə onun, nə də ailə üzvlərinin sayğaca müdaxilə etməsi qeyri-mümkündür. Sadəcə qaz işçiləri hansısa nasazlığa görə akt tərtib etmişlər və düzgün araşdırma aparmadan baş vermiş nasazlığa görə məsuliyyəti əsassız olaraq mərhum əri X3 adına yazmışdır. Ev ona mərhum ərindən qalmışdır və evdə heç kəs yaşamır. Uşaqlarının hər biri özlərinə məxsus evdə yaşayır. Əri vəfat etdikdən sonra tək qala bilmədiyi üçün oğlunun evində yaşayır. Yaşayış olmadığı üçün evdə hazırda qazdan istifadə edilmir. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi iştirak etmədiyindən, cavabdeh tərəfin mövqeyi bəlli olmamışdır. Ağcabədi Rayon Məhkəməsinin (hakim R.Nuriyev) 10 fevral 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin "təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 14 yanvar 2022-ci il tarixli, ******* saylı aktının ləğv edilməsi, həmin akta əsasən mərhum X3 hesabına (abonent kodu: **********00700) əlavə edilmiş 1892 (bir min səkkiz yüz doxsan iki) manat, 16 (on alt) qəpik borcun silinməsi qət edilmişdir. Qətnamədən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayəti vermişdir. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Şikayətə görə, iddiaçı və yaxud da digər şəxs məqsədli şəkildə qaz sayğacına müdaxilə etmişdir. Yəni sayğacın hesablayıcı mexanizminin giriş hissəsində olan hərəkət mexanizminin pərlərinin arasına çöp yerləşdirərək sayğacın hesablama mexanizminin hərəkətini dayandırır, keçən qazın sərfi sayğac tərəfindən qeydə alınmır. Sayğaca müdaxilə olunmasını abonentin saldosuna nəzərə yetirdikdə müəyyən etmək olur. İddiaçı və cavabdehin təmsilçisi apellyasiya baxışında iştirak etməmişdir. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Kollegiya işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin hallarından görünür ki, iddiaçının yaşadığı evə gedən təbii qaz borusu üzərində quraşdırılmış qaz sayğacı “Azəriqaz” İB-nin nümayəndələri tərəfindən xx.xx.2022-ci il tarixli aktla çıxarılmışdır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 14 yanvar 2022-ci il tarixli akt tərtib edilmişdir. Həmin akta görə, abonentin qeyri-qanuni olaraq sayğacın giriş hissəsinə çöp salaraq istifadə etdiyi aşkar edilmişdir, sayğac keçən qaz sərfini qeyd etmir, itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmalı, dəyəri abonent tərəfindən ödənilməlidir. Akt üzrə xx.xx.2022-ci il tarixli qərarla 90 gün müddət üzrə İddiaçı 1892,16 hesablanmışdır. İddia tələbi ilə bağlı Kollegiya aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, cavabdeh Şirkətə ziyanın vurulmasını, vurulmuş ziyanın miqdarını, ziyanın abonent (iddiaçı) tərəfindən vurulduğunu, onun qanunazidd hərəkətlərinin olmasını və bu hərəkətlərlə ziyan arasında səbəbli əlaqənin olmasını sübuta yetirmək cavabdeh şirkətin üzərindədir. «Qaz təchizatı» haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “Azəriqaz” İstehsalat Birliyinin “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 14 yanvar 2022-ci il tarixli, ******* saylı aktı özü-özlüyündə etibarsız olduğundan abonent- mərhum X4 həmin akt əsasında yenidən hesablaşma aparıla bilməzdi. Ona görə də, cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin 14 yanvar 2022-ci il tarixli, ******* saylı aktı ləğv edilməli və həmin akta əsasən mərhum X3 hesabına (abonent kodu: **********00700) əlavə edilmiş borc silinməlidir. Kollegiya qeyd edir ki, təqdim edilmiş sübutlar, sayğacın abonentin iştirakı və məlumatı olmadan ekspertizaya göndərildiyini və aktın onun iştirakı və məlumatı olmadan tərtib olunduğunu təsdiq edir. Kollegiya hesab edir ki, abonent tərəfindən sayğaca müdaxilə edilməsi sübuta yetirilmədiyindən istehlakçı məsuliyyət daşımamalıdır. Bundan başqa, müəyyən edilir ki, 90 günlük müddət üzrə borc hesablanmışdır. Bu hissədə də hesablanmış borc qanuni hesab edilə bilməz. Belə ki, “Qazdan istifadə Qaydaları”nın 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Qaydalarda başqa hesablama üsulu yoxdur. Hazırkı halda sayğacın nasazlığı barədə aktın və borcun hesablanması üzrə qərarın qanuniliyini sübuta yetirmək cavabdehin üzərindədir. Cavabdeh bu halları sübuta yetirə bilməmişdir. Kollegiya hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Cavabdeh tərəf öz etirazını əsaslandıra bilməmişdir. Kollegiya iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə iddianı təmin edərkən mahiyyətcə doğru qənaətə gəlmişdir. Beləliklə, Kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız sayır və hesab edir ki, şikayətdə göstərilənlər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda mübahisələndirilən hissədə iddianın qiyməti (azaldılması tələb edilən məbləğ) Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli, 2(017)-285/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya qaydasında şikayət verilə bilməz. Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-763/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-763/2023
23.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver