Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-77/2023 07.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apelyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu, Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Həsənov Ramin Rizvan oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin Ağcabədi X9 Mərkəzi ( hazırda 9 saylı X9 Mərkəzi) Mərkəzinin ( hazırda 9 saylı X9 Mərkəzi) nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin Ağcabədi Regional X8 Cavabdeh qarşı tikililərin sökülməsi və ərazinin əvvəlki vəziyyətə gətirilməsi tələbinə dair iş üzrə Beyləqan rayon məhkəməsinin 27 iyul 2*21-ci il tarixli 2(*2*)-45/2*21 saylı qətnaməsindən iddiaçı Ağcabədi X9 Mərkəzi ( hazırda 9 saylı X9 Mərkəzi) tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə *7 avqust 2*23-cü il tarixdə Şirvan Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Ağcəbədi X9 Mərkəzi ( hazırda 9 saylı X9 Mərkəzi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən qanunsuz tikilmiş tikililərin öz vəsaiti hesabına sökülüb ərazinin əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ağcəbədi Regional X8 vəkalətli nümayəndəsi X11 tələblərini əsaslandıraraq göstərdi ki, Beyləqan şəhər sakini Əmrahov X7 meşəbəyiliyinin 5 saylı «olayının 16-ci kvartalında 1 ədəd qamışdan 6x12 metr ölçüdə tövlə, 1 ədəd 4x4 metr ölçüdə qamışdan yaşayış evi inşa etmiş və 2** ədəd ot bağlaması tayası yığmışdır. Bundan başqa Cavabdeh məxsus 22 baş iki yaşdan yuxan, 4 baş iki yaşa qədər iribuynuzlu heyvanların, 1* baş keçinin və 8 baş qoyunun 5 hektar açıq sahədə otladıqları və nəticədə Dövlət Meşə fonduna 1*6 ( yüz altı) manat 31 qəpik maddi ziyan vurulduğu müəyən edilərək, 31.*1.2*19-cu il tarixdə bu barədə mərkəzin əməkdaşları tərəfindən 5*4** saylı akt və 31.*1.2*19-cu il tarixdə MN-*3*1628 saylı protokol tərtib edilmişdir. Cavabdeh Dövlət Meşə fonduna vurduğu 1*6 (yüz altı) manat 31 qəpik maddi ziyanı könüllü olaraq ödəsə də, tikdirdiyi tikintiləri sökməkdən imtina etmişdir. Ona görə də, Cavabdeh tərəfindən qanunsuz tikilmiş tikililərin öz vəsaiti hesabına sökülüb ərazinin əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Beyləqan rayon məhkəməsinin 27 iyul 2*21-ci il tarixli 2(*2*)-45/2*21 saylı qətnaməsi ilə (sədrlik edən hakim Ramiz Nurullayev) iddianın qismən təmin edilməsi, Cavabdeh tərəfindən X15 X3 meşəbəyliyinin ərazisində ot bağlaması yığılmış taya öz vəsaiti hesabına sökülüb həmin ərazidən kənarlaşdırlmaqla ərazi əvvəlki vəziyyətinə qaytarılması, iş üzrə ekspertiza tədqiqinin dəyərini təşkil edən 5* (əlli) manat məbləğində pulun 2* manatı Ağcəbədi X9 Mərkəzindən, 3* (otuz) manatı Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulması, mütəxəssis rəyinin dəyirini təşkil edən 95 (doğsan beş) manat məbləğində pulun 4* (qırx) manatı Ağcəbədi X9 Mərkəzi və 55 (əlli beş) manatı Cavabdeh alınaraq KADASTR və YERQUR LAYİHƏ TADQİQAT Mərkəzi MM-nin (VÖEN 99****3611, SWİFT AİİBAZ2X, müxbir hesabı AZ37NABZ*135*1**********1944, Benefisiar hesabı AZ23AİİB38*3**1944377*17781*7) hesabına ödənilməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84 Mülki Məcəllənin 21.1, 157.4, 1*96.2, 1*97.1-cu maddələrinə istinad etmişdir. Qətnamədən narazı qalan iddiaçı Ağcabədi X9 Mərkəzi apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *4 noyabr 2*21-ci il tarixli, 2(1*6)3157/2*21 saylı qətnaməsi ilə, (sədrlik edən X6, hakimlər Mayılov Samir İlham oğlu və X2 ibarət tərkibdə) iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin Ağcabədi X9 Mərkəzi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməsi, Beyləqan rayon məhkəməsinin 27 iyul 2*21-ci il tarixli 2(*2*)- 45/2*21 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı Ağcabədi X9 Mərkəzi ( hazırda 9 saylı X9 Mərkəzi) kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 16.*5.2*22-ci il tarixli, 2(1*2)2117/2*22 saylı qərarı ilə, kassasiya şikayətinin təmin edilməsi, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *4 noyabr 2*21-ci il tarixli, 2(1*6)3157/2*21 saylı qətnaməsinin ləğv edilməsi və mülki iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı Ağcabədi X9 Mərkəzi ( hazırda 9 saylı X9 Mərkəzi) apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Belə ki, birinci instasiya məhkəməsi işin müəyyən edilmiş faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Mübahisə olunan ərazidə sökülməsi tələb olunan tikililərin mövcud olmasına baxmayaraq ekspert rəyində həmin tikililərin mübahisə olunan ərazidə olmadığı göstərilmişdir. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Odur ki, Beyləqan rayon məhkəməsinin 27 iyul 2*21-ci il tarixli 2(*2*)-45/2*21 saylı qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apellyasiya şikayətinə etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı nümayəndəsi X11 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Beyləqan rayon məhkəməsinin 27 iyul 2*21-ci il tarixli 2(*2*)-45/2*21 saylı qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Lakin məhkəmə kollegiyasına teleqram ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddiaçı tərəfdən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 2* may 2*11-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası iddiaçı Ağcabədi Regional X8 ( hazırda 9 saylı X9 Mərkəzi) apellyasiya şikayətinin dəlilləri həddində, Beyləqan rayon məhkəməsinin 27 iyul 2*21-ci il tarixli 2(*2*)-45/2*21 saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyasının; 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi..əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 238.3-cü maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. 18*.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 3-cü bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Torpaq Məcəlləsinin 9-cu maddəsinin 1 və 2-ci bəndlərinə görə Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları və ehtiyat fondu torpaqları kateqoriyalara bölünür. Torpaq Məcəlləsinin 31-ci maddəsinin 1 və 2-ci bəndlərinə görə meşə bitkiləri ilə örtülü olan, habelə bu bitkilərlə örtülü olmayan, lakin meşə təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulan meşə və qeyri-meşə torpaqları meşə fondunun torpaqları hesab edilir. Meşə fondu torpaqları əsasən meşə təsərrüfatının aparılması və genişlənməsi (meşələrin bərpası, meşələr salınması və i.a.) məqsədləri üçün istifadə edilir. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. (Torpaq məcəlləsi maddə 111). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3* iyul 2**8-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ”L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının *5 iyun 2**7- ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2**8-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin qismən təmin edilməsini iddia tələbinin qismən əsaslı olması ilə əlaqələndirmişdir. Qətnamədən narazı qalan iddiaçı Ağcabədi X9 Mərkəzi apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *4 noyabr 2*21-ci il tarixli, 2(1*6)3157/2*21 saylı qətnaməsi ilə, (sədrlik edən X6, hakimlər Mayılov Samir İlham oğlu və X2 ibarət tərkibdə) iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin Ağcabədi X9 Mərkəzi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməsi, Beyləqan rayon məhkəməsinin 27 iyul 2*21-ci il tarixli 2(*2*)-45/2*21 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı Ağcabədi X9 Mərkəzi kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 16.*5.2*22-ci il tarixli, 2(1*2)2117/2*22 saylı qərarı ilə, kassasiya şikayətinin təmin edilməsi, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *4 noyabr 2*21-ci il tarixli, 2(1*6)3157/2*21 saylı qətnaməsinin ləğv edilməsi və mülki iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kassasiya instansiya məhkəməsi yeni məhkəmə baxışına qaytararkən göstərmişdir ki, Apellyasiya instansiyası məhkəməsi iddia tələbi üzrə yekun nəticəyə gələrkən iş üzrə təqdim edilmiş sübutlara tam və hərtərəfli baxmamışdır. Belə ki, iddiaçının apellyasiya şikayətinə əlavə etdiyi fotoşəkildən görünür ki, həm ot tayası, həm də qamışdan tikilmiş tikililər eyni ərazidədir, həmin fotoşəkillə bağlı apellyasiya instansiyası məhkəməsində tədqiqat aparılmamış, fotoşəkilə hüquqi qiymət verilməmişdir. Məhkəmələrin istinad etdikləri Məhkəmə Ekspertizası Mərkəzinin 1* iyun 2*21-ci il tarixli, 1*/1278 saylı ekspert rəyindən görünür ki, həmin rəy "xxxx" MMC-nin əməkdaşları tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən verilmişdir. Mütəxəssis rəyində mübahisəli əraziyə iddiaçının nümayəndəsi və cavabdehdin iştirakı ilə naturada baxış keçirilməsi göstərilsə də, onların iştirakı ilə tərtib edilmiş akt təqdim olunmamış, nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsində ekspert rəyi tədqiq olunan zaman bu məsələyə, habelə apellyasiya instansiyası məhkəməsində iddiaçı tərəfindən təqdim olunmuş fotoşəkillə rəy arasındakı ziddiyyətə münasibət bildirilməmişdir. Həmçinin qeyd olunmuşdur ki, cavabdeh tərəfindən istifadə edilən 1 ədəd 6x12 metr ölçülərdə qamışdan olan tövlə X15 X3 meşəbəyliyinin ərazisində deyil, Beton kanalının mühafizə zonasında yerləşir. Lakin tövlənin həmin kanalın mühafizə zonasında olmasını təsdiq edən sübutlar iş materialında mövcud deyildir. Mülki Prosessual Məcəllənin 42*-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası aparılmış məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tərəflərin qarşılıqlı münasibətinə uyğun araşdırmamış, nəticədə maddi və prosessual hüquq normalarını pozmaqla iş üzrə yanlış nəticəyə gələrək qanunsuz qətnamə qəbul etmiş və qətnamənin apellyasiya qaydasında ləğvi üçün kifayət qədər əsas yaratmışdır. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etdi: İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 1* iyun 2*21-ci il tarixli, 1*/1278 saylı ekspert rəyindən və mütəxəssis rəyindən görünür ki, iş materiallarına əlavə edilmiş hüquq müəyyənedici sənədlər əsasında natura üzrə aparılan ekspertiza tədqiqatı zamanı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamenti Ağcabədi X9nın Beyləqan meşəbəyliyinin 5 saylı dolayanın 16-cı kvartahnın 38 saylı çevrəsində mübahisə olduğu üçün həmin ərazinin sərhədləri naturada müəyyən edilərək ölçülmüşdür. Cavabdeh tərəfindən istifadə edilən 1 ədəd 6x12 metr öicüdə qamışdan olan tövlə X15 X3 meşəbəyliyinin ərazisində deyil, Beton kanalın mühafizə zolağında yerləşir. Ot bağlamalarının yerləşdiyi torpaq sahəsi isə X15 X3 meşəbəyliyinin 5 saylı dolayanın 16-cı kvartahnın 38 saylı çevrəsinin ərazisində yerləşir. Qərardadda qeyd olunan 1ədəd 4x4 metr ölçüdə qamışdan olan yaşayış evi ekspertiza keçirilən zamanı naturada mövcud olmadığı üçün X15 X3 meşəbəyliyinin ərazisinə düşübdüşməməsini müəyyən etmək mümkün olmadı. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyun 2*23-cü il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin inkişafı Departamenti X15 X1 5 saylı dolayının 16-cı kvartalının 38 nömrəli çevrəsinin qeyd olunan ərazidə yerləşən hissəsinin naturada yerləşdiyi yeri və sərhədləri müəyyən edilmişdir. Ölçmə işləri aparılan zamanı mübahisəli ərazidə Cavabdeh məxsus 1 ədəd 6 m x 16 m ölçüdə yararlı halda qamışdan olan tövlə, və 1 ədəd yeni tikilmiş 5 m x 12 m ölçüdə istifadə üçün tam yararlı halda olmayan qamışdan olan tövlə, eyni zamanda 5 m x 1* m ölçüdə ot bağlamasının (tayasının) yerləşdiyi ərazi müəyyən edilmişdir. Qərardadda qeyd olunan 4 m x 4 m ölçüdə qamışdan olan yaşayış evi isə naturada müəyyən edilmədi. Araşdırma zamanı müəyyən olundu ki, Cavabdeh məxsus 1 ǝdəd 6 m x 16 m ölçüdə yararlı halda qamışdan olan tövlə Yeni Xan qızı kanalının mühafizə zolağında, 1 ədəd yeni tikilmiş 5 m x 12 m ölçüdə istifadə üçün tam yararlı halda olmayan qamışdan olan tövlə ve 5 m x 1* m ölçüdə ot bağlamasının (tayanın) yerləşdiyi ərazi X17 X1 ərazisində yerləşir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddia tələbinin qanuni və əsaslı olduqda iddia tələbi yol verilən hesab edilməklə cavabdeh tərəfindən müəyyən hərəkətləri etməkdən çəkinməsini və ya müəyyən hərəkətlərin edilməsi qadağan edilə bilər. İddia tələbinin əsaslı olması onun sübutlar ilə təsdiq edilməsi anlaşıldığı halda, iddia tələbinin qanuni əsası dedikdə isə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Tələbin qanuni əsası yoxlamanın başlanğıc nöqtəsidir. Tələbin qanuni əsası hüququ tətbiq edən şəxsə yalnız bir tərəfin qarşı tərəfi nəyi isə etməyə məcbur edə bilməsi barədə suala cavab vermir, o, daha bir suala- qarşı tərəfdən nəyisə etmək və ya etməmək öhdəliyinin hansı ilkin şərtlər əsasında yaranması sualına cavab verir. Tələbin sonrakı yoxlanması üçün həmişə qanunun müddəaları (tələbin qanuni əsası) əsasında onların hansı ilkin şərtləri (dispozisiya şərtləri) müəyyən etməsi və həmin şərtlərin hazırki tələb üzrə mövcud olub-olmamadığı araşdırılmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 3-cü bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Torpaq Məcəlləsinin 9-cu maddəsinin 1 və 2-ci bəndlərinə görə Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları və ehtiyat fondu torpaqları kateqoriyalara bölünür. Torpaq Məcəlləsinin 31-ci maddəsinin 1 və 2-ci bəndlərinə görə meşə bitkiləri ilə örtülü olan, habelə bu bitkilərlə örtülü olmayan, lakin meşə təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulan meşə və qeyri-meşə torpaqları meşə fondunun torpaqları hesab edilir. Meşə fondu torpaqları əsasən meşə təsərrüfatının aparılması və genişlənməsi (meşələrin bərpası, meşələr salınması və i.a.) məqsədləri üçün istifadə edilir. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. (Torpaq məcəlləsi maddə 111) Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (Mülki Məcəllənin 18*.1 və 18*.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Məcəllənin; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən dövlət mülkiyyətində olan və meşə fonduna aid olan torpaq sahəsində qanunsuz tikililərdən istifadə etməklə mübahisə predmeti təşkil edən ərazidə Beyləqan şəhər sakini Əmrahov X7 meşəbəyiliyinin 5 saylı «olayının 16-ci kvartalında 1 ədəd qamışdan 6x12 metr ölçüdə tövlə, 1 ədəd 4x4 metr ölçüdə qamışdan yaşayış evi inşa etmiş və 2** ədəd ot bağlaması tayası yığmışdır. Bundan başqa Cavabdeh məxsus 22 baş iki yaşdan yuxan, 4 baş iki yaşa qədər iribuynuzlu heyvanların, 1* baş keçinin və 8 baş qoyunun 5 hektar açıq sahədə otladıqları və nəticədə Dövlət Meşə fonduna 1*6 ( yüz altı) manat 31 qəpik maddi ziyan vurulduğu müəyən edilərək, 31.*1.2*19-cu il tarixdə bu barədə mərkəzin əməkdaşları tərəfindən 5*4** saylı akt və 31.*1.2*19-cu il tarixdə MN-*3*1628 saylı protokol tərtib edilmişdir. Cavabdeh Dövlət Meşə fonduna vurduğu 1*6 (yüz altı) manat 31 qəpik maddi ziyanı könüllü olaraq ödəsə də, tikdirdiyi tikintiləri sökməkdən imtina etmişdir. Onun qanunsuz tikililərinin orada mövcud olması dövlət meşə fonduna meşə təsərrüfatının aparılmasına müdaxilə kimi dəyərləndirərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq müxtəlif kateqoriyalara bölünmüşdür ki, hər bir torpaq sahəsi təyinatana uyğun istifadə edilməli olması nəzərdə tutulmuşdur. Torpaq sahəsindən təyinatına uyğun istifadə edilməməsi qanunla qadağan edilməklə orada hər hansı bir lazımi icazə alınmadan tikilinin aparılması yolverilməz hesab edilir. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş əmlak qanunsuz tikili hesab edilir. Əmlaklar təyinatına görə daşınar və daşınmaz əmlak kateqoriyalarına bölünür ki, daşınmaz əmlak dedikdə isə torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz (hədsiz) zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əşyalar, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, meşələr və çoxillik əkmələr, əmlak kompleksi anlaşılır. Daşınar əmlak dedikdə isə təyinatına zərər vurulmadan dəyişdirilməsi mümkün olan bütün əşyalar, qurğular anlaşılır. İş materiallarından mübahisə predmeti təşkil edilə ərazidə daşınmaz əmlak olan tikili deyil, daşınması mümkün olan qurğular quraşdırılmışdır. Qurğu isə daşınmaz əmlak olmaqla müəyyən funksional təyinata malik olan və bina sayılmayan yerdəyişməsi mümkün olan sair tikinti obyekti hesab edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli ərazidə Cavabdeh məxsus 1 ədəd 6 m x 16 m ölçüdə yararlı halda qamışdan olan tövlə, və 1 ədəd yeni tikilmiş 5 m x 12 m ölçüdə istifadə üçün tam yararlı halda olmayan qamışdan olan tövlə, eyni zamanda 5 m x 1* m ölçüdə ot bağlamasının (tayasının) yerləşdiyi ərazi müəyyən edilmişdir. Qərardadda qeyd olunan 4 m x 4 m ölçüdə qamışdan olan yaşayış evi isə naturada müəyyən edilmədi. Araşdırma zamanı müəyyən olundu ki, Cavabdeh məxsus 1 ǝdəd 6 m x 16 m ölçüdə yararlı halda qamışdan olan tövlə Yeni Xan qızı kanalının mühafizə zolağında, 1 ədəd yeni tikilmiş 5 m x 12 m ölçüdə istifadə üçün tam yararlı halda olmayan qamışdan olan tövlə ve 5 m x 1* m ölçüdə ot bağlamasının (tayanın) yerləşdiyi ərazi X17 Təsərrüfatı( hazırda 9 saylı X9 Mərkəzi) Beyləqan Meşəbəyliyinin ərazisində yerləşir. Göründüyü kimi iddiaçının iddia tələbi qismən yəni Cavabdeh məxsus 1 ədəd yeni tikilmiş 5 m x 12 m ölçüdə istifadə üçün tam yararlı halda olmayan qamışdan olan tövlə ve 5 m x 1* m ölçüdə ot (tayanın) bağlaması X17 X1 ərazisində yerləşdiyindən həmin hissədə iddia əsaslı hesab edilməli və təmin edilməli, iddia qalan hissədə yəni Cavabdeh məxsus 1 ǝdəd 6 m x 16 m ölçüdə yararlı halda qamışdan olan tövlə qanunsuz tikili hesab edilərək sökülməsi və ərazinin əvvəlki vəziyyətə gətirilməsi hissəsində iddia əsassız hesab edilərək təmin edilməməlidir. Çünki iddia olunan Cavabdeh məxsus 1 ǝdəd 6 m x 16 m ölçüdə yararlı halda qamışdan olan tövlənin yerləşdiyi ərazi X17 X1 ərazisində deyil, Yeni Xan qızı kanalının mühafizə zolağında yerləşir. Belə olan halda iddiaçının cavabdehə qarşı bu hissədə iddia qaldırmağa subyektiv hüququ olmamışdır. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 384.*.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 1*7 və 119.1-ci maddələri). Beləliklə məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, iddiaçı Ağcabədi X9 Mərkəzi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Beyləqan rayon məhkəməsinin 27 iyul 2*21-ci il tarixli 2(*2*)-45/2*21 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı Ağcabədi Regional X8 Cavabdeh qarşı tikililərin sökülməsi tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh məxsus 1 ədəd yeni tikilmiş 5 m x 12 m ölçüdə istifadə üçün tam yararlı halda olmayan qamışdan olan tövlə ve 5 m x 1* m ölçüdə ot (tayanın) bağlaması öz vəsaiti hesabına sökülərək ərazi əvvəlki vəziyyətinə qaytarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.*.2, 392, 393 və 4*5-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı Ağcabədi X9 Mərkəzi ( hazırda 9 saylı X9 Mərkəzi) tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Beyləqan rayon məhkəməsinin 27 iyul 2*21-ci il tarixli 2(*2*)-45/2*21 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Ağcabədi Regional X8 ( hazırda 9 saylı X9 Mərkəzi) Cavabdeh qarşı tikililərin sökülməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh məxsus 1 ədəd yeni tikilmiş 5 m x 12 m ölçüdə istifadə üçün tam yararlı halda olmayan qamışdan olan tövlə və 5 m x 1* m ölçüdə ot (tayanın) bağlaması öz vəsaiti hesabına sökülərək ərazi əvvəlki vəziyyətinə qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 1** (bir yüz manat) manat Cavabdeh alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN 17**326621, AZ34 CTRE ************* 2*885*1 X4, Kod 21***5 VÖEN 14*1555*71 Müxbir hesab Az41 NABZ *136*1**********3944 SFİFT BİK CTREAZ 22 nömrəli hesaba ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-77/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-77/2023
07.08.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver