Məhkəmə qərarları › İş №2(106)-780/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-780/2023

04.07.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-780/2023 04.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Allahyarov Zaur Mirzağa oğlu və İsmayılov Orxan Nadir oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Məmmədov Samir Valeh oğlunun, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı5, Cavbdeh Cavabdeh1 və onun nümayəndəsi Nümayəndə Tofiq qızının iştirakları ilə, İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı5 və İddiaçı6 cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad ərazi idarəsinə qarşı Biləsuvar rayon notariat kontorunun notariusu tərəfindən verilmiş 27 mart 2019-cu il tarixli 2V-149 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin sənəd əsasında əldə edilmiş bütün hüquqi sənədlərin, o cümlədən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsi tərəfindən 03 may 2019-cu il tarixdə Cavabdeh1 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışın və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsi tərəfindən 16 mart 2020-ci il tarixdə Həsənova Günay Dilavər qızının adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi, İmanova Səfurə Camal qızının mirasının iddiaçılar tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən olunması, İmanova Səfurə Camal qızından miras qalmış Biləsuvar şəhəri Ş.Qurbanov küçəsi 3 ünvanında yerləşən və 109.6 kvadrat metr sahəsi olan fərdi yaşayış evində və həmin evin yerləşdiyi 0,132 hektar torpaq sahəsində paylarının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli 2(022)-65/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasındabaxaraq MÜƏYYƏNETDİ: Biləsuvar Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli 2(022)-65/2023 saylı qətnaməsi ilə (hakim Rəfayil Əliyev) İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı5 və İddiaçı6 iddiası təmin edilərək İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı5 və İddiaçı6 tərəfindən İmanova Səfurə Camal qızının mirasının qəbul edilməsi faktının müəyyən edilməsi, Biləsuvar şəhəri Ş.Qurbanov küçəsi 03 ünvanında yerləşən 0.132 hektar torpaq sahəsinin və həmin torpaq sahəsindəki 109,6 kvadrat metr ölçüdə fərdi yaşayış evinin tam mülkiyyət hüququ əsasında Ağayeva Ağabəyim Xanoğlan qızının adına qeydə alınmasına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** nömrəli qeydiyyat və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Ağayeva Ağabəyim Xanoğlan qızının adına verilmiş RX seriyalı ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi, Biləsuvar şəhəri Ş.Qurbanov küçəsi 03 ünvanında yerləşən 0.088 hektar torpaq sahəsinin tam mülkiyyət hüququ əsasında Həsənova Günay Dilavər qızının adına qeydə alınmasına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış 08 fevral 2018-ci il tarixli ********** nömrəli qeydiyyat və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Həsənova Günay Dilavər qızının adına verilmiş RX seriyalı ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi, Ağayeva Ağabəyim Xanoğlan qızının miras əmlakına dair Biləsuvar rayon notariat ofisinin xüsusi notariusu tərəfindən Bəşirov Tofik Ağa oğlunun adına verilmiş 27 mart 2019-cu il tarixli, 2V-149 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Biləsuvar şəhəri Ş.Qurbanov küçəsi 03 ünvanında yerləşən 0.132 hektar torpaq sahəsinin və həmin torpaq sahəsindəki 109,6 kvadrat metr ölçüdə fərdi yaşayış evinin tam mülkiyyət hüququ əsasında Bəşirov Tofik Ağa oğlunun adına qeydə alınmasına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış 03 may 2019-cu il tarixli ********** nömrəli qeydiyyat və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Bəşirov Tofik Ağa oğlunun adına verilmiş çıxarışın etibarsız hesab edilməsi, İddiaçı1 İmanova Səfurə Camal qızından miras qalmış Biləsuvar şəhəri Ş.Qurbanov küçəsi 3 ünvanında yerləşən 109,6 kvadrat metr ölçüdə fərdi yaşayış evində və həmin evin yerləşdiyi, torpağın mülkiyyətə verilməsinə dair JN-1154F seriyalı 80800001 kodlu şəhadətnaməyə əsasən İmanova Səfurə Camal qızının birgə mülkiyyətində olan 0.22 hektar ölçüdə torpaq sahəsindən İmanova Səfurə Camal qızına düşən hissədə məcburi payın 1/6 (altıda bir) hissədə müəyyən edilməsi, İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı5 və İddiaçı6 hər birinin İmanova Səfurə Camal qızından miras qalmış Biləsuvar şəhəri Ş.Qurbanov küçəsi 3 ünvanında yerləşən 109,6 kvadrat metr ölçüdə fərdi yaşayış evində və həmin evin yerləşdiyi, torpağın mülkiyyətə verilməsinə dair JN-1154F seriyalı 80800001 kodlu şəhadətnaməyə əsasən İmanova Səfurə Camal qızının birgə mülkiyyətində olan 0.22 hektar ölçüdə torpaq sahəsindən İmanova Səfurə Camal qızına düşən hissədə məcburi payın 1/30 (otuzda bir) hissədə müəyyən edilməsi, İddiaçı1, Həsənova Günay Dilavər qızına və Ağazadə Camal Yusif oğluna onlar Biləsuvar şəhəri Ş.Qurbanov küçəsi 3 ünvanında yerləşən və torpağın mülkiyyətə verilməsinə dair JN-1154F seriyalı, 80800001 kodlu şəhadətnaməyə əsasən İmanova Səfurə Camal qızının, Ağayev Yusif Xanoğlan oğlunun, İddiaçı1, Həsənova Günay Dilavər qızının və Ağazadə Camal Yusif oğlunun birgə mülkiyyətində olan 0.22 hektar ölçüdə torpaq sahəsində paylarının ayrılması barədə həmin daşınmaz əmlakın yerləşdiyi yer üzrə məhkəmədə ayrıca iddia qaldırmağa haqlı olduqlarının izah edilməsi, işdə iştirak edən şəxslərə Biləsuvar şəhərinə yerləşən 1,8315 hektar torpaq sahəsindən Ağayeva Xanoğlan Yunsur oğluna, İmanova Səfurə Camal qızına və Ağayev Yusif Xanoğlan oğluna düşən hissələrə dair Biləsuvar rayon notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 25 sentyabr və 30 sentyabr 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüqununa dair şəhadətnamələri və həmin şəhadətnamələr əsasında tərtib edilmiş digər hüquq müəyyənedici sənədlərinin ayrıca iddia qaydasında məhkəmədə mübahisələndirə bilmələrinin izah edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun yarısı qismində 50 (əlli) manat məbləğində pul vəsaitinin cavabdeh Bəşirov Tofik Ağa oğlundan və digər yarısı qismində 50 (əlli) manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad ərazi idarəsindən İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı5 və İddiaçı6 xeyrinə tutulması qət edilmişdir. İddiaçı Cavabdeh1 tərəfindən Biləsuvar Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli 2(022)-65/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilərək, Biləsuvar Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli 2(022)-65/2023 saylı qətnaməsinin ləğv edərək, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. İŞİNHALLARİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı5 və İddiaçı6 cavabdehlər Bəşirov Tofik Ağa oğluna və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad ərazi idarəsinə qarşı Biləsuvar rayon notariat kontorunun notariusu tərəfindən verilmiş 27 mart 2019-cu il tarixli 2V-149 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin sənəd əsasında əldə edilmiş bütün hüquqi sənədlərin, o cümlədən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsi tərəfindən 03 may 2019-cu il tarixdə Bəşirov Tofik Ağa oğlunun adına verilmiş ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsi tərəfindən 16 mart 2020-ci il tarixdə Həsənova Günay Dilavər qızının adına verilmiş ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, İmanova Səfurə Camal qızından miras qalmış Biləsuvar şəhəri Ş.Qurbanov küçəsi 3 ünvanında yerləşən və 109.6 kvadrat metr sahəsi olan fərdi yaşayış evində və həmin evin yerləşdiyi 0,132 hektar torpaq sahəsində paylarının müəyyən edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı5 və İddiaçı6 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək və ilkin iddia ərizəsində göstərilmiş tələblərə əlavə olaraq, İmanova Səfurə Camal qızının mirasının iddiaçılar tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsini xahiş etmişlər. Eyni zamanda, mülki işi məhkəmədə baxılmağa hazırlamaq mərhələsində, iş üzrə üçüncü şəxslər Ağayeva Badam Xanoğlan qızı, Ağayeva Tahirə Fərzi qızı və Ağayev Aqşin Camaləddin oğlu Bəşirov Tofik Ağa oğluna, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad ərazi idarəsinə və Biləsuvar rayon notariat kontoruna qarşı iddia ərizəsi ilə Biləsuvar rayon Məhkəməsinə müraciət edərək, müstəqil tələblər irəli sürməklə, Biləsuvar rayon notariat kontorunun notariusu tərəfindən verilmiş 27 mart 2019-cu il tarixli 2V-149 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsi tərəfindən 03 may 2019-cu il tarixdə Bəşirov Tofik Ağa oğlunun adına verilmiş ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, Ağayeva Badam Xanoğlan qızının, Ağayeva Tahirə Fərzi qızının və Ağayev Aqşin Camaləddin oğlunun İmanova Səfurə Camal qızından miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində və həmin evin yerləşdiyi torpaq sahəsində məcburi paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Ağayev Xanoğlan Yunsur oğlunun və İmanova Səfurə Camal qızının birgə nikahından doğulmuşdur. Həmin şəxslərin birgə nikahdan ondan başqa daha 7 övladı olmuşdur. Hazırda özü və bacıları Babayeva Balabəyim və Ağayeva Badam sağ olsalar da, digər bacıları və qardaşları vəfat etmişlər. Biləsuvar şəhəri Ş.Qurbanov küçəsində yerləşən 3 saylı fərdi yaşayış evi onun mərhum atasına məxsus olmuş, atası vəfat etdikdən sonra anası İmanova Səfurə Camal qızının adına keçirilmişdir. Həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi isə 5 nəfərin, o cümlədən onun paylı mülkiyyətində olmuşdur. Anası İmanova Səfurə Camal qızı vəfat etməmişdən əvvəl özünə məxsus Biləsuvar şəhəri Ş.Qurbanov küçəsində yerləşən 3 saylı fərdi yaşayış evini onun bacısı Ağayeva Ağabəyim Xanoğlan qızına vəsiyyət etmişdir. Anası İmanova Səfurə Camal qızı 23 noyabr 2014-cü il tarixdə vəfat etmişdir. Bundan sonra onun bacısı Ağayeva Ağabəyim Xanoğlan qızı miras əmlakın onun mülkiyyətinə verilməsi və payın ayrılması barədə Biləsuvar Rayon Məhkəməsində iddia qaldırmışdır. Həmin mülki işə onun xəbəri və iştirakı olmadan baxılaraq, məhkəmənin 04 mart 2015-ci il tarixli 2(022)-162/2015 qətnaməsi ilə Biləsuvar şəhəri Ş.Qurbanov küçəsində yerləşən 3 saylı fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.22 hektar ölçüdə torpaq sahəsinin 3/5 hissəsi Ağayeva Ağabəyim Xanoğlan qızının mülkiyyətinə verilmiş, həmin torpaq sahəsinin 2/5 hissəsi isə onun mərhum qardaşı Ağayev Yusifin arvadı Həsənova Günay Dilavər qızının adına rəsmiləşdirilmişdir. O, həmin mülki işdən xəbərsiz olduğu və məhkəmə iclaslarında iştirak etmədiyi halda, Biləsuvar Rayon Məhkəməsinin 04 mart 2015-ci il tarixli 2(022)-162/2015 saylı qətnaməsində onun guya şahid qismində dindirildiyi göstərilmişdir. O, hətta şahid qismində dindirilmiş olsaydı belə, miras əmlakdan ona düşən məcburi payından və ya paylı mülkiyyətindən imtina etməsi barədə hər hansı dövlət orqanına və ya məhkəməyə heç bir ərizə verməmişdir. Biləsuvar Rayon Məhkəməsinin 04 mart 2015-ci il tarixli 2(022)-162/2015 qətnaməsi daha sonra icraya yönəldilmiş və notariat kontorunda hər hansı vərəsəlik işi açılmadığı halda, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsi Biləsuvar şəhəri Ş.Qurbanov küçəsində yerləşən 3 saylı fərdi yaşayış evini və həmin evin yerləşdiyi 0.22 hektar ölçüdə torpaq sahəsinin 3/5 hissəsini mülkiyyət hüququ əsasında Ağayeva Ağabəyim Xanoğlan qızının adına qeydə almışdır. A.X.Ağayeva vəfat etdikdən sonra həmin əmlaklar mülkiyyət hüququ əsasında sonuncunun əri Bəşirov Tofik Ağa oğlunun adına rəsmiləşdirilmişdir. O, yuxarıda qeyd edilənlərdən məhz təsadüf nəticəsində xəbər tutmuşdur. Belə ki, o, 2019-cu ilin sentyabr ayında mərhum anası İmanova Səfurə Camal qızından və atası Ağayev Xanoğlan Yunsur oğlundan miras qalmış, Biləsuvar şəhərində yerləşən 1,83 hektar torpaq sahəsindəki paylarına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr aldıqdan sonra Biləsuvar şəhəri Ş.Qurbanov küçəsində yerləşən 3 saylı fərdi yaşayış evinin yerləşdiyi 0.22 hektar ölçüdə torpaq sahəsinin 1/5 hissəsinə də daşınmaz əmlakın dövlət reyestrindən reyestrindən öz adına çıxarış almaq istəyərkən, mərhum bacısı A.X.Ağayevanın əri Cavabdeh1 ona bildirmişdir ki, onun qeyd edilən torpaq sahəsində heç bir payı yoxdur, çünki, məhkəmə qətnaməsi əsasında həmin sahənin 3/5 hissəsi A.X.Ağayevanın, 2/5 hissəsi isə Həsənova Günay Dilavər qızının adına rəsmiləşdirilmişdir. O, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsindən qeyd edilən torpaq sahəsinin hüquqi statusu ilə maraqlandıqda, Biləsuvar Rayon Məhkəməsinin 04 mart 2015-ci il tarixli 2(022)-162/2015 saylı qətnaməsindən xəbər tutmuş və qətnamənin surətini məhkəmədən almışdır. Bundan sonra ona məlum olmuşdur ki, Biləsuvar şəhəri Ş.Qurbanov küçəsində yerləşən 3 saylı fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0.22 hektar ölçüdə torpaq sahəsinin hüquqi statusu məhkəmə qətnaməsi ilə müəyyən edildiyinə görə həmin qətnamə ləğv edilmədən onun həmin əmlaklar üzərində özünün mülkiyyət hüququnu bərpa etmək hüququ yoxdur. Biləsuvar Rayon Məhkəməsinin 04 mart 2015-ci il tarixli 2(022)-162/2015 saylı qətnaməsi ilə onun 0.22 hektar torpaq sahəsindəki birgə mülkiyyət hüququna faktiki xitam verildiyinə və o, anasından miras qalmış fərdi yaşayış evindən məcburi pay almaq hüququndan mərhum edildiyinə görə o, həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Biləsuvar Rayon Məhkəməsinin 03 mart 2020-ci il tarixli 2(022)-165/2015 saylı qərardadı ilə onun tərəfindən apellyasiya şikayətinin verilməsi müddəti buraxılmamış hesab olunmuş, Biləsuvar Rayon Məhkəməsinin 04 mart 2015-ci il tarixli 2(022)-162/2015 saylı qətnaməsindən onun verdiyi apellyasiya şikayəti baxılması üçün, mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Biləsuvar Rayon Məhkəməsinin 03 mart 2020-ci il tarixli 2(022)-162/2015 saylı qərardadından Ağayeva Ağabəyim Xanoğlan qızının hüquqi varisi Bəşirov Tofik Ağa oğlunun verdiyi şikayət təmin edilmədikdən sonra onun apellyasiya şikayəti baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsi isə onun apellyasiya şikayətini təmin etmiş və həmin məhkəmənin 21 avqust 2020-ci il tarixli 2(106)-2043/2020 saylı qərardadı ilə Biləsuvar Rayon Məhkəməsinin 04 mart 2015-ci il tarixli 2(022)-162/2015 saylı qətnaməsi ləğv edilmiş, Ağayeva Ağabəyim Xanoğlan qızının mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakda həmin şəxsin və Həsənova Günel Dilavər qızının paylarının ayrılmaqla mülkiyyət hüquqlarının tanınması barədə ərizəsi baxılmamış saxlanmışdır. Biləsuvar Rayon Məhkəməsinin 04 mart 2015-ci il tarixli 2(022)-162/2015 saylı qətnaməsi ləğv edilsə də, həmin qətnamə əsasında verilmiş digər hüquq müəyyənedici sənədlər hal-hazıradək ləğv edilməmişdir. Buna görə də, o, anasından miras qalmış əmlakdan məcburi payını ala və birgə mülkiyyətində olan 0.22 hektar torpaq sahəsindəki payını ayıra bilmir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsinin vəzifəli şəxsləri ona izah etmişlər ki, Biləsuvar Rayon Məhkəməsinin 04 mart 2015-ci il tarixli 2(022)-162/2015 saylı qətnaməsi ləğv edilsə də, həmin qətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində A.X.Ağayevanın və G.D.Həsənovanın adına aparılmış qeydiyyatlar məhkəmə qətnaməsi əsasında etibarsız hesab edilmədiyi təqdirdə, Biləsuvar şəhəri Ş.Qurbanov küçəsi 3 ünvanında yerləşən və onun birgə mülkiyyət hüququnun olduğu 0.22 hektar torpaq sahəsindən onun payı ayrıla bilməz. Çünki, A.X.Ağayeva vəfat etdikdən sonra Biləsuvar rayon notariat kontoru Cavabdeh1 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermiş və həmin şəhadətnamə əsasında Biləsuvar şəhəri Ş.Qurbanov küçəsində yerləşən 3 saylı fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,132 hektar ölçüdə torpaq sahəsi artıq Cavabdeh1 adına qeydə alınmışdır. Notarius isə mübahəli daşınmaz əmlak barəsində daşınmaz əmlakın dövlət reyestrində A.X.Ağayevanın adına aparılmış qeydiyyat ləğv edilmədiyi halda, Cavabdeh1 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni ləğv edə bilməyəcəyini bildirmişdir. Bu məsələ bir çox şəxslərin maraqlarına və mənafelərinə toxunduğuna görə o, Biləsuvar Rayon Məhkəməsində iddia qaldırmaq yolu ilə, bundan başqa, Biləsuvar Rayon Məhkəməsinin artıq ləğv edilmiş 04 mart 2015-ci il tarixli 2(022)-162/2015 saylı qətnaməsi əsasında əldə edilmiş bütün hüquq müəyyənedici sənədlərin ləğv edilməsini və mərhum anası S.C.İmanovadan miras qalmış fərdi yaşayış evində və həmin evin yerləşdiyi torpaq sahəsində payların yenidən müəyyənləşdirilməsini tələb etmək qərarına gəlmişdir. Mülki işə məhkəmədə baxıldığı dövrdə Cavabdeh1 və həmin şəxsin nümayəndəsi Nümayəndə guya onun anası S.C.İmanovadan miras qalmış əmlakın güya yalnız həmin şəxslər tərəfindən faktiki qəbul edildiyini və buna görə də, guya digər vərəsələrin həmin əmlaka hüquqlarını itirdiklərini iddia etmişlər. Halbuki, onun mərhum anası S.C.İmanovadan yalnız Biləsuvar şəhəri Ş.Qurbanov küçəsində yerləşən 3 saylı fərdi yaşayış evi deyil, Biləsuvar şəhərində yerləşən 1,83 hektar ölçüdə pay torpaq sahəsi də miras qalmışdır ki, həmin torpaq sahəsini anasının vəfatından sonra o və mərhum qardaşı Ağayev Habil Xanoğlan oğlunun arvadı İddiaçı2 və uşaqları istifadə edərək, orada əkin əkmişlər. Səhhəti həmin torpaq sahəsini əkməyə imkan vermədikdən sonra - 2020-ci ildə o, həmin torpaq sahəsindəki payını notariat qaydasında İddiaçı2 bağışlamışdır. Çünki, İddiaçı2 həmin torpaq sahəsini əkərək, əldə etdiyi gəlirdən onun müalicəsinə də maddi yardım göstərir. Həmçinin o, uşaq vaxtından hal-hazıradək Biləsuvar şəhəri Ş.Qurbanov küçəsində yerləşən 3 saylı fərdi yaşayış evində qeydiyyatdadır. Lakin Cavabdeh1 onun həmin evdə yaşamasına imkan vermədiyinə görə o, həmin evdə yaşaya bilməyərək, hazırda müvəqqəti olaraq digər qohumlarının evində yaşayır. Notariat kontoru da onun Biləsuvar şəhəri Ş.Qurbanov küçəsində yerləşən 3 saylı fərdi yaşayış evində qeydiyyatda olmasını əsas tutaraq, məhrum anası S.C.İmanovadan miras qalmış 1.83 hektar ölçüdə pay torpağına dair onun adına 2019-cu ildə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Məhrum anası S.C.İmanova Biləsuvar şəhəri Ş.Qurbanov küçəsində yerləşən 3 saylı fərdi yaşayış evini mərhum bacısı A.X.Ağayevaya vəsiyyət etsə də, onun həmin əmlakda məcburi payı vardır. Bundan başqa, Biləsuvar şəhəri Ş.Qurbanov küçəsində yerləşən 3 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında S.C.İmanovanın adına qeydə alınsa da, həmin evin yerləşdiyi 0.22 hektar torpaq sahəsi 5 nəfərin, o cümlədən onun paylı mülkiyyətindədir. Lakin Cavabdeh1 artıq ləğv olunmuş məhkəmə qətnaməsini əsas tutaraq, onun nəinki Biləsuvar şəhəri Ş.Qurbanov küçəsində yerləşən 3 saylı fərdi yaşayış evindən istifadə etməsinə imkan vermir, hətta həmin evin yerləşdiyi 0.22 hektar torpaq sahəsindən onun payına düşən 1/5 hissəsini də ələ keçirmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh1 Biləsuvar Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli 2(022)- 65/2023 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işin halları dəqiq araşdırılmadan, maddi və prosessual hüquq normaları pozulmaqla və düzgün tətbiq edilməməklə, iş üzrə mühüm əhəmiyyətli hallar aydınlaşdırılmamaqla, məhkəmə aidiyyəti qaydaları pozulmaqla, mübahisənin predmeti olan həyətyanı torpaq sahəsinin və oradakı evin hansı əsaslarla bu illər ərzində onu faktiki mülkiyyətində olması müəyyən edilmədən və onun etirazına heç bir qiymət verilmədən qətnamə qəbul olunmuşdur. Belə ki, məhkəmə MPM-in 236-1.1 və 236-1.2-ci maddələrinə istinad edib “icrada dönüş” prinsipinə əsaslanaraq, yəni Şirvan Apellyasiya Məhkəməsinin 21 avqust 2020-ci il tarixli qətnaməsi ilə baxılmamış iddia tələbindən kənara çıxmaqla, apellyasiya instansiyasının səlahiyyətindən istifadə edərək prosessual qanunvericiliyi pozaraq iddiaçıların əsassız olan mirasın qəbulu faktını müəyyən etmişdir. Halbuki, iddia tələbindən görünür ki, iddiaçılar heç də “icraya dönüş tələbi” irəli sürməmiş və mirasın qəbulu faktı ilə bağlı tələb irəli sürməmişlər. Qətnamədən görünür ki, iddia tələbi ilə məhkəmənin tələbləri müxtəlif olmuşdur. Halbuki, məhkəmə tələb üzrə qətnamə çıxarmalıdır. Məhkəmə qətnamədə Mülki Məcəllənin vərəsəlik bölməsindən bəhs etməklə onlar tərəfindən digər vərəsələrin vərəsəlik hüquqlarının pozulmasını göstərərək, notariat orqanına gedib vərəsəlik şəhadətnaməsi alınmamasından söz açsa da, iddiaçı tərəfin vərəsəlik şəhadətnaməsi olmadan məhkəmə tərəfindən vərəsələrin dairəsi müəyyən edilməklə ədalətsiz qətnamə qəbul edilmişdir. Məhkəmə “icraya dönüşü” müəyyən edərkən hansı əsasla, 10 ilə yaxın bir müddət ərzində mirası faktiki qəbul edib idarə etmələrinə baxmayaraq, iddiaçıların mirası qəbul etməsi faktını qanunsuzcasına müəyyən edir. Halbuki, iddiaçıların izahatlarından da görmək olar ki, onlar özləri də etiraf edirlər ki, mirası faktiki olaraq onlar qəbul ediblər. Onda belə çıxır ki, mirası bütün tərəflər qəbul etmişdir. Əgər mirası bütün tərəflər qəbul etmişlərsə, onda heç aralarında mübahisə belə olmazdı. Məhkəmədə bir daha sübuta yetdi ki, mirası mərhum arvadı qəbul etdikdən sonra bütün varislər bunu bilmiş və razılaşmış və digər vərəsələr olan İddiaçı1 və digərləri 1,88 hektar çöl torpaq sahəsinin onlara verilməsini təklif etmişlər. Tərəflər bununla razılaşmış və İddiaçı1 və digərləri notariat kontorunda vərəsəlik şəhadətnaməsi almaqla torpağı adlarına keçirmişlər. Əgər belə razılıq olmasaydı, mərhum arvadı da həmin torpaqdan payını tələb edərdi. Məhkəməyə lazım gəlir ki, dediyi həqiqət olmasını araşdırmaq üçün Biləsuvar Rayon Məhkəməsinin iddialarının baxılması tarixinə, yəni 04 mart 2015-ci il tarixinə, həmin işə baxılarkən İddiaçı1 ifadəsinə və 1,88 hektar çöl torpaq sahəsinin İddiaçı1 və digərləri tərəfindən vərəsəlik alıma tarixinə, yəni 2019-cu il olması faktına nəzər yetirsin. Məhkəmə göstərdiyi xüsusatı araşdırmadı. Hazırkı iddia məhkəmə aidiyyəti üzrə baxılmalı olduğu halda məhkəmə aidiyyəti pozulmuşdur. Lakin məhkəmə bu xüsusatı da araşdırmadan idiaçıların əsassız iddiasını təmin etmişdir. İddiaçılar özləri də etiraf etdilər ki, faktiki olaraq miras onlar tərəfindən qəbul edilmiş və onların da bu vaxta kimi bundan narazılıqları olmamışdır, lakin məhkəmə hesab etmişdir ki, onlar deyil, iddiaçılar mirası qəbul etmişlər, lakin məhkəmə hər iki tərəfin təsdiq etdiyi faktı qəbul etməmişdir. 2015-ci ildən miras əmlakı iddiaçıların razılığı ilə faktiki olaraq sahiblik etməklə idarə edirlər. Bu müddət ərzində həmin həyətdə yardımçı tikililər və digər qurğular yaratmışlar, lakin məhkəmə tərəfindən bunlar araşdırılmamış və ümumiyyətlə məhkəmə gedişatında onların harada yaşamaqları belə dəqiqləşdirilməmişdir. Göstərilən norma onların lehinə olsa da, məhkəmə həmin normadan qarşı tərəfin iddiası üçün istifadə etmişdir. Məhkəmə tərəfindən təqdim etdiyi və işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli qiymət verməmişdir. Onun təqdim etdiyi sübutlar, mirası 2015-ci ildən faktiki qəbul etməklə sahiblik etməyi, hazırkı iddiaçıların bununla razılaşaraq 1.88 hektar miras əmlakdan imtina etməyi və iddiaçıların həmin əmlaka vərəsəlik şəhadətnaməsi almaları, İddiaçı1 2015-ci ildə Biləsuvar Rayon Məhkəməsində iddia tələbiləri ilə əlaqədar dindirilməsi kimi sübutlara məhkəmə tərəfindən heç bir qiymət verilmədən, sadəcə iddia təmin edilmişdir. məhkəmə iddia tələbindəın kənara çıxaraq vərəsələrin dairəsini müəyyən etmiş, əgər bunlar vərəsələrin tam dairəsidirsə, iddiadan kənara çıxaraq iddiaçıların guya mirası faktiki qəbul etməsi faktını müəyyən etmiş və iddiiada olmadığı təqdirdə icraya dönüş etmişdir. Qanunvericiliyin normasına görə İcra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda, bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır ki, Şirvan Apellyasiya Məhkəməsi bunu etməmişdir. Məhkəmə mirası faktiki olaraq 10 ilə yaxın bir müddətdə qəbul etmələrini araşdırmamış, İddiaçı1 miras əmlakla bağlı 05 may 2016-ci ildə məhkəmə qətnaməsindəki ifadəsinə qiymət verməmiş, Şirvan Apellyasiya Məhkəməsinin iddia tələbləri ilə bağlı baxılmamış saxlanma haqqında qərarını onların əleyhinə istifadə etmiş, qətnamədə nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırılmamışdır. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirmişdir ki, vərəsələrə avtomaşın, motosiklet, ev, mal-heyvan qalmış, bir sözlə, onlara çatan pay verilmişdir. Hazırkı mübahisəli torpaq sahəsinə və evə uzun illər öncədən faktiki sabiblik edir ki, hazırda iddiaçıların ora vərəsəliyinin müəyyən edilməsi ədalətsiz və qanunsuzdur. Buna görə də, şikayəti təmin edilməli və qətnamə ləğv edilməlidir. Cavbdeh Cavabdeh1 nümayəndəsi Nümayəndə Tofiq qızı məhkəmədə atası Cavabdeh1 apellyasiya şikayətini müdafiə etdiyini bildirərək, onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı5 Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. İşdə iştirak edən digər şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onlar (yaxud səlahiyyətli nümayəndələri) məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxlmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin halları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmadan, mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli 2(022)-65/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan Salyan rayon qeydiyyat şöbəsinin 24 sentyabr 2019- cu il tarixli arayışından görünür ki, Ağayev Xanoğlan Yunsur oğlu və Əmrahova Səfurə Camal qızı 24 avqust 1956-cı il tarixdə nikah bağlamışlar. İşdə olan Biləsuvar rayon qeydiyyat şöbəsinin 23 aprel 1975-ci il tarixli 408729 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx xxxxx 1975ci il tarixdə doğulmuşdur. Onun doğum haqqında şəhadətnaməsində atası qismində Ağayev Xanoğlan Yunsur oğlu və anası qismində İmanova Səfurə Camal qızı qeyd edilmişdir. İşdə olan Biləsuvar rayon qeydiyyat şöbəsinin 301286 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Ağayev Xanoğlan Yunsur oğlu 09 noyabr 1998-ci il tarixdə ölmüşdür. İşdə olan Biləsuvar rayon qeydiyyat şöbəsinin 717956 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, İmanova Səfurə Camal qızı 23 noyabr 2014-cü il tarixdə ölmüşdür. İşdə olan Biləsuvar rayon qeydiyyat şöbəsinin 157697 nömrəli arayışdan görünür ki, İddiaçı3 24 sentyabr 1998-ci il tarixdə doğulmuşdur. Onun doğum haqqında şəhadətnaməsində atası qismində Ağayev Habil Xanoğlan oğlu, anası qismində isə İddiaçı2 göstərilmişdir. İşdə olan Biləsuvar rayon qeydiyyat şöbəsinin 347307 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı4 04 mart 2003-cü il tarixdə doğulmuşdur. Onun doğum haqqında şəhadətnaməsində atası qismində Ağayev Habil Xanoğlan oğlu, anası qismində isə İddiaçı2 qeyd edilmişdir. İşdə olan Biləsuvar rayon qeydiyyat şöbəsinin ******* nömrəli arayışından görünür ki, Ağayev Habil Xanoğlan oğlu 12 aprel 1972-ci il tarixdə anadan olmuşdur. Onun doğum haqqında şəhadətnaməsində atası qismində Ağayev Xanoğlan Yunsur oğlu və anası qismində İmanova Səfurə Camal qızı qeyd edilmişdir. İşdə olan Biləsuvar rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 265062 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ağayev Habil Xanoğlan oğlu və İddiaçı2 31 iyul 2006-cı il tarixdə nikah bağlamışlar. İşdə olan Biləsuvar rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 157695 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ağayeva Lamiyə Habil qızı 22 aprel 1996-cı il tarixdə doğulmuşdur. Onun doğum haqqında şəhadətnaməsində atası qismində ğayev Habil Xanoğlan oğlu, anası qismində isə İddiaçı2 qeyd edilmişdir. İşdə olan Biləsuvar rayon qeydiyyat şöbəsinin 211832 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, Ağayev Yusif Xanoğlan oğlu 19 aprel 2005-ci il tarixdə ölmüşdür. İşdə olan Biləsuvar rayon qeydiyyat şöbəsinin 608269 nömrəli şəhadətnamənin surətindən aydın olur ki, Ağayev Əliağa Xanoğlan oğlu 03 noyabr 2005-ci il tarixdə ölmüşdür. İşdə olan Biləsuvar rayon qeydiyyat şöbəsinin 504286 nömrəli şəhadətnamənin surətindən aydın olur ki, Ağayev Habil Xanoğlan oğlu 15 may 2012-ci il tarixdə ölmüşdür. İşdə olan Biləsuvar rayon qeydiyyat şöbəsinin 211833 nömrəli şəhadətnamənin surətindən aydın olur ki, Ağayev Cəmalədin Xanoğlan oğlu 24 iyun 2013-cü il tarixdə ölmüşdür. İşdə olan Torpağa mülkiyyət hüququna dair JN-695 seriyalı 08800001 nömrəli Dövlət aktının surətindən görünür ki, Biləsuvar Rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli 34 saylı qərarı ilə Ağayev Xanoğlan Yunsur oğlunun və onun ailə üzvləri - İmanova Səfurə Camal qızı, Ağayev Yusif Xanoğlan oğlu, İddiaçı1, Ağayev Habil Xanoğlan oğlu, Ağazadə Şəbnəm Habil qızı, Ağazadə Lamiyə Habil qızının mülkiyyətinə Biləsuvar şəhərində 1.8315 hektar torpaq sahəsi verilmişdir. İşdə olan Torpağın mülkiyyətə verilməsinə dair JN-1154F seriyalı 80800001 kodlu şəhadətnamənin surətindən görünür ki, Biləsuvar Rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli 34 saylı qərarına əsasən İmanova Səfurə Camal qızının və onun ailə üzvlərinin - Ağayev Yusif Xanoğlan oğlunun, İddiaçı1, Ağazadə Camal Yusif oğlunun və Həsənova Günel Dilavər qızının mülkiyyətinə Biləsuvar şəhərində 0.22 hektar ölçüdə həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Səfurə İmanova tərəfindən 05 fevral 2013-cü il tarixdə tərtib edilmiş vəsiyyətnamənin surətindən görünür ki, o, bütün əmlakını qızı Ağayeva Ağabəyim Xanoğlan qızına vəsiyyət etmişdir. İşdə olan Biləsuvar Rayon Məhkəməsinin A.X.Ağayevanın mirasın qəbul edilməsi faktını müəyyən edilməklə mülkiyyətinə verilməsi və həyətyanı torpaq sahəsindən payın ayrılması barədə ərizəsinə dair mülki iş üzrə 04 mart 2015-ci il tarixli 2(022)-162/2015 saylı qətnaməsinin surətindən görünür ki, A.X.Ağayevanın ərizəsi təmin edilərək, ünvan 2 ünvanda yerləşən həyətyanı torpaq sahəsinin beşdə üç hissəsi, yəni 0,132 hektar torpaq sahəsi və oradakı evə münasibətdə Ağabəyim Xanoğlan qızının mirasın qəbul edilməsi faktı müəyyən edilməklə, mülkiyyət hüququ tanınmış, həmin həyətyanı torpaq sahəsinin 2/5 hissəsi - 0,088 hektarı Həsənova Günay Dilavər qızının uşağı Camalla birlikdə payı hesab edilmiş, tərəflərin JN-1154F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən həmin torpaq sahəsinə ümumi mülkiyyət hüququna xitam verilmişdir. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin 21 avqust 2020-ci il tarixli 2(106)- 2043/2020 saylı qərardadından görünür ki, Biləsuvar Rayon Məhkəməsinin 04 mart 2015ci il tarixli 2(022)-162/2015 saylı qətnaməsi ləğv edilmiş, A.X.Ağayevanın hüquqi faktın müəyyən edilməsinə dair ərizəsi baxılmamış saxlanmışdır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsi tərəfindən 27 iyul 2016-cı il tarixdə Ağayeva Ağabəyim Xanoğlan qızı adına verilmiş ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Biləsuvar şəhəri Ş.Qurbanov küçəsi 3 ünvanında yerləşən 0.132 hektar ölçüdə torpaq sahəsi və həmin sahədə yerləşən 109.6 kvadratmetr sahəsi olan fərdi yaşayış evi mülkiyyət hüququ əsasında Ağayeva Ağabəyim Xanoğlan qızının adına qeydə alınmışdır. İşdə olan Biləsuvar rayon qeydiyyat şöbəsinin 29 avqust 2018-ci il tarixli 955120 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Ağayeva Ağabəyim Xanoğlan qızı 17 avqust 2018-ci il tarixdə vəfat etmişdir. İşdə olan Biləsuvar rayonu notariat kontoru tərəfindən təsdiq olunmuş 400244 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ağayeva Ağabəyim Xanoğlan qızı və Cavabdeh1 arasında 01 dekabr 1977-ci il tarixdə nikah bağlanmışdır. İşdə olan 27 mart 2019-cu il tarixli 2V-149 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 Ağayeva Ağabəyim Xanoğlan qızının yeganə vərəsəsi kimi göstərilərək, həmin şəxsin miras əmlakı olan Biləsuvar şəhəri Ş.Qurbanov küçəsi 3 ünvanında yerləşən 0.132 hektar torpaq sahəsindən və həmin sahədə yerləşən 109.6 kv.m sahəsi olan fərdi yaşayış evindən 1\1 hissədə pay almışdır. İşdə olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 03 may 2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Biləsuvar şəhəri Ş.Qurbanov küçəsi 3 ünvanında yerləşən 0.132 hektar torpaq sahəsi və həmin sahədə yerləşən 109.6 kv.m sahəsi olan fərdi yaşayış evi tam mülkiyyəthüququ əsasında Bəşirov Tofik Ağa oğlunun adına qeydə alınmışdır. İşdə olan Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Biləsuvar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 23 sentyabr 2019-cu il tarixli 2559 nömrəli arayışından görünür ki, İddiaçı1 ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Biləsuvar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 23 sentyabr 2019-cu il tarixli arayışından görünür ki, Ağayev Habil Xanoğlan oğlunun ölümündən sonra onun mirasını vərəsələri qismində arvadı İddiaçı2 həmçinin övladları İddiaçı3, İddiaçı3, L.H.Ələkbərova və İddiaçı5 qəbul etmişlər. İşdə olan Biləsuvar rayon notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 25 sentyabr 2019-cu il tarixli 2V-331 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, İmanova Səfurə Camal qızının oğlu Ağayev Habil Xanoğlan oğlunun ölümündən sonra onun vərəsələrinə - arvadı İddiaçı2, həmçinin övladları İddiaçı3, İddiaçı3, L.H.Ələkbərovaya və İddiaçı5 İmanova Səfurə Camal qzının miras əmlakı qismində Biləsuvar şəhərində yerləşən 1,8315 hektar torpaq sahəsinin ona düşən hissəsindən 1/5 hissədə pay verilmişdir. İşdə olan Biləsuvar rayon notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 25 sentyabr 2019-cu il tarixli 2V-331 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Ağayev Xanoğlan Yunsur oğlunun oğlu Ağayev Habil Xanoğlan oğlunun ölümündən sonra onun vərəsələrinə - arvadı İddiaçı2, həmçinin övladları İddiaçı3, İddiaçı3, L.H.Ələkbərovaya, İddiaçı5 Ağayev Habil Xanoğlan oğlunun miras əmlakı qismində Biləsuvar şəhərində yerləşən 1,8315 hektar torpaq sahəsinin ona düşən hissəsindən 1/5 hissədə pay verilmişdir. İşdə olan Biləsuvar RİHB-nin Biləsuvar şəhər İƏDN-nin 24 sentyabr 2019-cu il tarixli arayışlarından görünür ki, İmanova Səfurə Camal qızının, Ağayev Xanoğlan Yunsur oğlunun və Ağayev Yusif Xanoğlan oğlunun ölümündən sonra həmin şəxslərin miras əmlaklarını vərəsəsi qismində faktiki olaraq İddiaçı1 qəbul etmişdir. İşdə olan Biləsuvar rayon notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 30 sentyabr 2019-cu il tarixli 2V-336 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, S.C.İmanovanın vərəsəsi İddiaçı1 həmin şəxsin miras əmlakı olan Biləsuvar şəhərində yerləşən 1,8315 hektar torpaq sahəsinin ona düşən hissəsindən 1/1 hissədə pay almışdır. İşdə olan Biləsuvar rayon notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 30 sentyabr 2019-cu il tarixli 2V-337 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Ağayev Xanoğlan Yunsur oğlunun vərəsəsi İddiaçı1 həmin şəxsin miras əmlakı olan Biləsuvar şəhərində yerləşən 1,8315 hektar torpaq sahəsinin ona düşən hissəsindən 1/1 hissədə pay almışdır. İşdə olan Biləsuvar rayon notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 30 sentyabr 2019-cu il tarixli 2V-335 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Ağayev Yusif Xanoğlan oğlunun vərəsəsi İddiaçı1 həmin şəxsin miras əmlakı olan Biləsuvar şəhərində yerləşən 1,8315 hektar torpaq sahəsinin ona düşən hissəsindən 1/1 hissədə pay almışdır. İşdə olan Biləsuvar rayon notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 11 iyun 2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı1, İddiaçı5, L.H.Ələkbərova və F.H.Ağayev **********30 reyestr nömrəli ********** qeydiyyat nömrəli 1.8315 hektar ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki paylarını İddiaçı2 bağışlamışlar. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 03 iyul 2020-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********30 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Biləsuvar şəhəri 1.8315 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında İddiaçı2 adına qeydə alınmışdır. İşdə olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 08 fevral 2018-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Biləsuvar şəhəri Ş.Qurbanov küçəsində 0,088 hektar torpaq sahəsi tam mülkiyyət hüququ əsasında Həsənova Günay Dilavər qızının adına qeydə alınmışdır. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad ərazi idarəsinin iddia ərizəsinə qarşı birinci instansiya məhkəməsində təqdim etdiyi 17 oktyabr 2022-ci il tarixli etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Biləsuvar Rayon Məhkəməsinin 04 mart 2015-ci il tarixli 2(022)-162/2015 saylı qətnaməsi, Biləsuvar rayon İcra Şöbəsinin təsdiq etdiyi torpaq sahəsinin bölgü planı və torpağın mülkiyyətə verilməsinə dair JN-1154F nömrəli şəhadətnamə əsasında Ağayeva Ağabəyim Xanoğlan qızının adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsi tərəfindən ünvan 2 ünvanda 0.132 hektar torpaq sahəsinə və fərdi yaşayış evinə 27 iyul 2016-cı il tarixli **********02-10301 reyestr nömrəli çıxarış və texniki pasport verilmişdir. Sonra həmin daşınmaz əmlak Biləsuvar rayon notariat kontorunun 27 mart 2019-cu il tarixli 2V-149 nömrəli Qanun üzrə vərəsəlik hüququ əsasında şəhadətnamə ilə Cavabdeh1 adına keçirilərək, 3 may 2019-cu il tarixdə **********02-10301 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Biləsuvar rayon notariat ofisinin 28 fevral 2020-ci il tarixli 128 nömrəli alqı-satqı müqaviləsi və bölgü planı əsasında Həsənova Günay Dilavər qızının adına ünvan 4 ünvanda yerləşən 0,048 hektar torpaq sahəsinə 16 mart 2020-ci il tarixdə **********22 reyestr nömrəli çıxarış və torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Beləliklə, birinci instansiya məhkəməsində işdə olan və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki; İmanova Səfurə Camal qızı Ağayev Xanoğlan Yunsur oğlu ilə birgə nikahda olmuş və həmin nikahdan 8 uşaq doğulmuşdur: İddiaçı1, Ağayev Habil Xanoğlan oğlu, Ağayeva Ağabəyim Xanoğlan qızı, Ağayev Yusif Xanoğlan oğlu, Ağayev Əliağa Xanoğlan oğlu, Ağayeva Badam Xanoğlan qızı, Babayeva (Ağayeva) Balabəyim Xanoğlan qızı və Ağayev Camaləddin Xanoğlan oğlu. Ağayev Xanoğlan Yunsur oğlu 09 noyabr 1998-cü ildə, İmanova Səfurə Camal qızı isə 23 noyabr 2014-cü il tarixdə vəfat etmişlər. İmanova Səfurə Camal qızı vəfat etdiyi anda həmin şəxsin tam mülkiyyətində Biləsuvar şəhəri Ş.Qurbanov küçəsi 3 ünvanında yerləşən fərdi yaşayış evi olmuşdur. Biləsuvar şəhəri Ş.Qurbanov küçəsində yerləşən 3 saylı fərdi yaşayış evinin üzərində yerləşdiyi 0.22 hektar torpaq sahəsi isə torpağın mülkiyyətə verilməsinə dair JN-1154F seriyalı 80800001 kodlu şəhadətnaməyə və Biləsuvar Rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli 34 saylı qərarına əsasən 5 nəfərin – İmanova Səfurə Camal qızının, Ağayev Yusif Xanoğlan oğlunun, İddiaçı1, Həsənova Günay Dilavər qızının və Ağazadə Camal Yusif oğlunun birgə mülkiyyətində olmuşdur. Bundan başqa, İmanova Səfurə Camal qızının birgə mülkiyyətində mülkiyyət hüququna dair JN-695 seriyalı 08800001 nömrəli Dövlət aktına əsasən Biləsuvar şəhərində yerləşən 1.8315 hektar torpaq sahəsi də olmuşdur ki, həmin torpaq sahəsi Biləsuvar Rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli 34 saylı qərarına əsasən Ağayev Xanoğlan Yunsur oğlunun və onun ailə üzvləri - İmanova Səfurə Camal qızının, Ağayev Yusif Xanoğlan oğlunun, İddiaçı1, Ağayev Habil Xanoğlan oğlunun, Ağazadə Şəbnəm Habil qızının və Ağazadə Lamiyə Habil qızının birgə mülkiyyətinə verilmişdir. İmanova Səfurə Camal qızı 05 fevral 2013-cü il tarixli vəsiyyətnamə əsasında bütün əmlakını qızı Ağayeva Ağabəyim Xanoğlan qızına vəsiyyət etmişdir. Ağayeva Ağabəyim Xanoğlan qızı 2015-ci ildə Biləsuvar Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, mirasın qəbul edilməsi faktını müəyyən edilməklə mülkiyyətinə verilməsini və həyətyanı torpaq sahəsindən payın ayrılmasını xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 04 mart 2015-ci il tarixli 2(022)-162/2015 saylı qətnaməsi ilə Ağayeva Ağabəyim Xanoğlan qızının ərizəsi təmin edilmiş, ünvan 2 ünvanda yerləşən həyətyanı torpaq sahəsinin 3/5 hissəsi - 0,132 hektar torpaq sahəsi və oradakı evə münasibətdə Ağabəyim Xanoğlan qızının mirasın qəbul edilməsi faktı müəyyən edilməklə, mülkiyyət hüququ tanınmış, həmin həyətyanı torpaq sahəsinin 2/5 hissəsi - 0,088 hektarı Həsənova Günay Dilavər qızının uşağı Camalla birlikdə payı hesab edilmiş, tərəflərin JN- 1154F saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən həmin torpaq sahəsinə ümumi mülkiyyət hüququna xitam verilməsi qət edilmişdir. Biləsuvar Rayon Məhkəməsinin 04 mart 2015-ci il tarixli 2(022)-162/2015 saylı qətnaməsi və torpağın mülkiyyətə verilməsinə dair JN-1154F nömrəli şəhadətnamə əsasında Ağayeva Ağabəyim Xanoğlan qızının adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsi tərəfindən ünvan 2 ünvanda 0.132 hektar torpaq sahəsinə və fərdi yaşayış evinə 27 iyul 2016-cı il tarixli **********02-10301 reyestr nömrəli çıxarış və texniki pasport, 08 fevral 2018-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əasəsən Biləsuvar şəhəri Ş.Qurbanov küçəsi 3 ünvanında 0,088 hektar torpaq sahəsi tam mülkiyyət hüququ əsasında Həsənova Günay Dilavər qızının adına qeydə alınmışdır. Ağayeva Ağabəyim Xanoğlan qızı 17 avqust 2018-ci il tarixdə vəfat etmiş və Biləsuvar rayonu notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 27 mart 2019-cu il tarixli 2V-149 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh1 Ağayeva Ağabəyim Xanoğlan qızının vərəsəsi kimi, həmin şəxsin miras əmlakı olan Biləsuvar şəhəri Ş.Qurbanov küçəsi 3 ünvanında yerləşən 0.132 hektar torpaq sahəsi və həmin sahədə yerləşən 109.6 kvadratmetr sahəsi olan fərdi yaşayış evindən 1\1 hissədə pay almışdır. İddiaçı1 Biləsuvar Rayon Məhkəməsinin 04 mart 2015ci il tarixli 2(022)-162/2015 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş və Şirvan Apellyasiya Məhkəməsinin 21 avqust 2020-ci il tarixli 2(106)-2043/2020 saylı qərardadı ilə Biləsuvar Rayon Məhkəməsinin 04 mart 2015-ci il tarixli 2(022)-162/15 saylı qətnaməsi ləğv edilmiş, A.X.Ağayevanın hüquqi faktın müəyyən edilməsinə dair ərizəsi baxılmamış saxlanmışdır. Habelə, İmanova Səfurə Camal qızından miras qalmış, həmin şəxsin birgə mülkiyyətində olmuş Biləsuvar şəhərində yerləşən 1,8315 hektar torpaq sahəsi, S.C.İmanovanın ölümündən sonra həmin şəxsin vərəsəsi olan İddiaçı1 və S.C.İmanovadan əvvəl ölmüş oğlu Ağayev Habil Xanoğlan oğlunun arvadı İddiaçı2 və övladları İddiaçı3, İddiaçı3, L.H.Ələkbərova və İddiaçı5 tərəfindən faktiki qəbul edilərək, idarə edilməklə yanaşı, iddiaçılar həmin miras əmlaka dair Biləsuvar rayonu notariat ofisinin xüsusi notariusundan müvafiq olaraq 30 sentyabr və 25 sentyabr 2019-cu il tarixlərdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr almışlar. Həmçinin iddiaçılar hal-hazıradək Biləsuvar şəhəri Ş.Qurbanov küçəsi 3 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olmaqla yanaşı, İddiaçı2 iddiası əsasında Biləsuvar Rayon Məhkəməsinin 05 may 2016-cı il tarixli 2(022)-711/2016 saylı qətnaməsinə əsasən həmin şəxsin, övladları İddiaçı3 və İddiaçı4 ilə birlikdə Biləsuvar şəhəri Ş.Qurbanov küçəsi 3 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Qeyd edilməlidir ki, İmanova Səfurə Camal qızı 05 fevral 2013-cü il tarixli vəsiyyətnamə əsasında bütün əmlakını qızı Ağayeva Ağabəyim Xanoğlan qızına vəsiyyət etsə də, A.X.Ağayeva miras əmlaka vəsiyyət üzrə vərəsəlik haqqında şəhadətnamə almaq üçün Biləsuvar rayon notarait ofisinə müraciət etməyərək, birbaşa olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsindən Biləsuvar rayon Məhkəməsinin artıq ləğv edilmiş 04 mart 2015-ci il tarixli 2(022)-162/2015 saylı qətnaməsi əsasında ünvan 6 ünvanda 0.132 hektar torpaq sahəsinə və fərdi yaşayış evinə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən 27 iyul 2016-cı il tarixli **********02-10301 reyestr nömrəli çıxarış və texniki pasport əldə etmişdir. Bununla da, Ağayeva Ağabəyim Xanoğlan qızı mirasın qəbulu üçün qanunvericiliklə müəyyən edilmiş qaydaları pozaraq, notariat kontorundan vərəsəlik hüququ haqqında şəhadətnamə almamaqla yanaşı, digər vərəsələrin vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görmədən, Biləsuvar şəhəri Ş.Qurbanov küçəsində yerləşən 3 saylı fərdi yaşayış evində qeydiyyatda olan, S.C.İmanovanın digər miras əmlakı Biləsuvar şəhərində yerləşən 1,8315 hektar torpaq sahəsindəki hissəsini faktiki qəbul edərək idarə etmiş digər vərəsələrini - iddiaçıları vərəsəlikdən kənara saxlamışdır. İş üzrə mövcud sübutlar əsasında işin faktiki hallarına əsasən məhkəmə hesab etmişdir ki, Biləsuvar Rayon Məhkəməsinin 04 mart 2015-ci il tarixli 2(022)-162/2015 saylı qətnaməsi ləğv edildiyinə görə həmin qətnamə əsasında Biləsuvar şəhəri Ş.Qurbanov küçəsi 3 ünvanında yerləşən və S.C.İmanovadan miras qalmış fərdi yaşayış evinə və torpaq sahəsinə dair verilmiş bütün hüquq müəyyənedici sənədlər, o cümlədən Biləsuvar şəhəri Ş.Qurbanov küçəsi 3 ünvanında yerləşən 0.132 hektar torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin mülkiyyət hüququ əsasında Ağayeva Ağabəyim Xanoğlan qızının adına və həmin ünvanda yerləşən 0.088 hektar torpaq sahəsinin Həsənova Günay Dilavər qızının adına qeydə alınmasına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat, habelə Ağayeva Ağabəyim Xanoğlan qızının miras əmlakına dair Biləsuvar Rayonu Notariat Kontoru tərəfindən Bəşirov Tofik Ağa oğlunun adına verilmiş 27 mart 2019-cu il tarixli 2V-149 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında Biləsuvar şəhəri Ş.Qurbanov küçəsi 3 ünvanında yerləşən 0.132 hektar torpaq sahəsi və həmin sahədə yerləşən 109.6 kvadratmetr sahəsi olan fərdi yaşayış evinin tam mülkiyyət hüququ əsasında Bəşirov Tofik Ağa oğlunun adına qeydə alınmasına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat etibarsız hesab edilməli, iddiaçılar tərəfindən S.C.İmanovanın mirasının faktiki qəbul edilməsi faktı müəyyən edilməklə, iddiaçıarın S.C.İmanovadan miras qalmış Biləsuvar şəhəri Ş.Qurbanov küçəsində yerləşən 3 saylı fərdi yaşayış evində və həmin evin yerləşdiyi torpaq sahəsinin S.C.İmanovaya düşən hissəsində payları müəyyən edilməlidir. Belə ki, MPM-in 236-1.1 və 236-1.2-ci maddələrinə görə İcra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır. Məhkəmə öz təşəbbüsü ilə icrada dönüş haqqında məsələyə baxmalı və iş üzrə icraatın yekunlaşdığı yeni qətnamədə, yaxud qərardadda onu həll etməlidir. İşdən də görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin 21 avqust 2020-ci il tarixli 2(106)-2043/2020 saylı qərardadı ilə Biləsuvar Rayon Məhkəməsinin 04 mart 2015-ci il tarixli 2(022)-162/15 saylı qətnaməsi ləğv edilərək, A.X.Ağayevanın hüquqi faktın müəyyən edilməsinə dair ərizəsi baxılmamış saxlanılsa da, həmin qətnamə əsasında görülmüş icra tədbirləri üzrə hal-hazıradək dönüş aparımamışdır. Nəzərə alınmalıdırı ki, Biləsuvar Rayon Məhkəməsinin 04 mart 2015-ci il tarixli 2(022)-162/15 saylı qətnaməsinin icrasından sonra xeyli sayda şəxslərin hüquqlarına və maraqlarına toxunan hüquq müəyyənedici sənədlər verildiyinə görə həmin qətnamə üzrə icrada dönüş tədbirlərinin hazırkı mülki iş çərçivəsində görülməsi prosessual qənaət prinsipinə uyğundur. Habelə, İmanova Səfurə Camal qızından miras qalmış əmlaklara həmin şəxsin tam mülkiyyətində olmuş Biləsuvar şəhəri Ş.Qurbanov küçəsi 3 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi, torpağın mülkiyyətə verilməsinə dair JN-1154F seriyalı 80800001 kodlu şəhadətnaməyə əsasən İmanova Səfurə Camal qızının, Ağayev Yusif Xanoğlan oğlunun, İddiaçı1, Həsənova Günay Dilavər qızının və Ağazadə Camal Yusif oğlunun birgə mülkiyyətində olan 0.22 hektar ölçüdə torpaq sahəsindən S.C.İmanovaya düşən hissə ilə yanaşı, torpağa mülkiyyət hüququna dair JN-695 seriyalı 08800001 nömrəli dövlət aktına əsasən Biləsuvar şəhərində yerləşən 1.8315 hektar torpaq sahəsindən S.C.İmanovaya düşən hissə daxil olsa da, sonuncu qeyd edilən daşınmaz əmlak hazırki mülki iş üzrə iddianın predmetini təşkil etmir və həmin əmlaka dair Biləsuvar rayon notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr işdə iştirak edən şəxslər tərəfindən mübahisləndirilmir. Bu halda, hazırkı mülki iş çərçivəsində Biləsuvar şəhərində yerləşən 1.8315 hektar torpaq sahəsindən S.C.İmanovaya düşən hissədə payların müəyyənləşdirilməsinə əsaslar yoxdur və hazırda yalnız Biləsuvar şəhəri Ş.Qurbanov küçəsi 3 ünvanında yerləşən fərdi yaşayış evində və həmin evin yerləşdiyi, torpağın mülkiyyətə verilməsinə dair JN-1154F seriyalı 80800001 kodlu şəhadətnaməyə əsasən İmanova Səfurə Camal qızının birgə mülkiyyətində olan 0.22 hektar ölçüdə torpaq sahəsindən S.C.İmanovaya düşən hissədə iddiaçıların məcburi payları müəyyənləşdirilməlidir. Bundan əlavə, məhkəmə hesab etmişdir ki, İmanova Səfurə Camal qızının mirasını onun üç vərəsəsi – Ağayeva Ağabəyim Xanoğlan qızı, İddiaçı1, habelə S.C.İmanova öldüyü zaman sağ olmayan vərəsəsi Ağayev Habil Xanoğlan oğlunun vərəsələri - arvadı və 4 övladı qəbul etmişlər. Ağayeva Ağabəyim Xanoğlan qızı vəsiyyət üzrə vərəsə olduğuna görə MM-in 1196-cı maddəsinə uyğun olaraq miras əmlakda məcburi paylar müəyyənləşdirilərkən A.X.Ağayeva nəzərə alınmadan digər vərəsələrin məcburi payları müəyyən edilməlidir. Belə olan halda, mirası faktiki qəbul etmiş cəmi 3 vərəsə var və vəsiyyətnamə olmasaydı, İddiaçı1 S.C.İmanovanın mirasından 1/3 hissə, S.C.İmanovanın sağ olmayan vərəsəsi Ağayev Habil Xanoğlan oğlunun bütün vərəsələri isə birlikdə 1/3 hissədə pay alacaqlarına görə İddiaçı1 Biləsuvar şəhəri Ş.Qurbanov küçəsi 3 ünvanında yerləşən fərdi yaşayış evində və həmin evin yerləşdiyi, torpağın mülkiyyətə verilməsinə dair JN-1154F seriyalı 80800001 kodlu şəhadətnaməyə əsasən İmanova Səfurə Camal qızının birgə mülkiyyətində olan 0.22 hektar ölçüdə torpaq sahəsindən S.C.İmanovaya düşən hissədə payı 1/6 hissədə, İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı5 və İddiaçı6 hər birinin payı isə 1/30 hissədə müəyyən edilməlidir. Həmçinin İddiaçı1, Həsənova Günay Dilavər qızına və Ağazadə Camal Yusif oğluna izah edilməlidir ki, Biləsuvar şəhəri Ş.Qurbanov küçəsi 3 ünvanında yerləşən 0.22 hektar ölçüdə torpaq sahəsinə dair verilmiş bütün hüquqmüəyyənedici sənədlər, o cümlədən Biləsuvar şəhəri Ş.Qurbanov küçəsi 03 ünvanında yerlışən 0.132 hektar torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin mülkiyyət hüququ əsasında Ağayeva Ağabəyim Xanoğlan qızının adına və həmin ünvanda yerləşən 0.088 hektar torpaq sahəsinin Həsənova Günay Dilavər qızının adına qeydə alınmasına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat, habelə Bəşirov Tofik Ağa oğlunun adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında Biləsuvar şəhəri Ş.Qurbanov küçəsi 3 ünvanında yerləşən 0.132 hektar torpaq sahəsininin tam mülkiyyət hüququ əsasında Bəşirov Tofik Ağa oğlunun adına qeydə alınmasına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat etibarsız hesab edildiyinə, habelə Biləsuvar Rayon Məhkəməsinin 04 mart 2015-ci il tarixli 2(022)-162/2015 saylı qətnaməsi ləğv edildiyinə görə, onlar Biləsuvar şəhəri Ş.Qurbanov küçəsi 3 ünvanında yerləşən və İmanova Səfurə Camal qızının, Ağayev Yusif Xanoğlan oğlunun, İddiaçı1, Həsənova Günay Dilavər qızının və Ağazadə Camal Yusif oğlunun birgə mülkiyyətində olan 0.22 hektar ölçüdə torpaq sahəsindən paylarının ayrılması barədə məhkəmədə ayrıca iddia qaldırmağa haqlıdırlar. Eyni zamanda işdə iştirak edən şəxslərə izah olunmalıdır ki, onlar Biləsuvar şəhərinə yerləşən 1,8315 hektar torpaq sahəsindən Ağayeva Xanoğlan Yunsur oğluna, İmanova Səfurə Camal qızına və Ağayev Yusif Xanoğlan oğluna düşən hissələrə dair verilmiş qanun üzrə vərəsəlik hüqununa dair şəhadətnamələri və həmin şəhadətnamələr əsasında tərtib edilmiş digər hüquqmüəyyənedici sənədləri ayrıca iddia qaydasında məhkəmədə mübahisələndirə bilərlər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. MM-in 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. MM-in 1147.1-ci maddəsinə görə miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. MM-in 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən ölənin arvadı və uşaqları qanun üzrə vərəsəlik zamanı birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar. MM-in 1159.1.3-cü maddəsinə görə sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. MM-in 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. MM-in 1193-cü maddəsinə görə vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Habelə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli qərarına əsasən mülkiyyət hüququ kimi, vəsiyyət etmə və varis olma hüququnun da sosial ədalət baxımından hədləri (sərhədləri) vardır. Vəsiyyət edənin iradəsini (və ya vəsiyyət azadlığını) məhdudlaşdıran Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Deməli, vəsiyyət edən vəsiyyətnamə əsasında bu şəxsləri mirasdan məcburi pay almaq hüququndan məhrum edə bilməz. Mülki Məcəllənin 1193-cü maddəsində məcburi pay hüququ olan şəxslərin dairəsini bu cür müəyyən etməklə, yəni qanun üzrə vərəsələrdən məhz birinci növbə vərəsələri göstərməklə, qanunverici ailə münasibətlərinin qorunub saxlanması və himayə edilməsi məqsədini güdür. Mirasda məcburi pay – sosial-iqtisadi və əxlaqi yükü (əhəmiyyəti) olan vərəsəlik hüququnun ənənəvi hissəsidir. Məcburi pay hüququ ölən şəxsin yaxınlarının müəyyən kateqoriyasına (yəni məcburi vərəsələrinə) münasibətdə sosial təminat rolunu oynayır. Göründüyü kimi, Mülki Məcəllə ilə şəxsin mülkiyyətinin bir hissəsi üzərində vəsiyyətnamə əsasında sərəncam vermək hüququ, həm də ailə üzvlərinin mirasdan məcburi pay almaq hüququ təmin edilmişdir. Beləliklə, qanunverici vərəsəlik hüququnda sosial ədalət prinsipindən çıxış edərək, dövlətlə fərd arasında münasibətləri, gender əlaqələrini, gənclə ahıl insan, sabit ailə və digər münasibətləri tarazlayaraq hüquq münasibətləri iştirakçısı olan müəyyən kateqoriyalı imtiyazlı şəxslərə (uşaqlar, qadınlar, fiziki qüsurlu insanlar) digərləri ilə nisbətdə bərabər hüquqi imkanlar yaradır. Bundan başqa, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 yanvar 2021-ci il tarixli qərarına müəyyən etdiyi hüquqi mövqeyə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1 və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir. MM-in 1194-cü maddəsinə görə məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. MM-in 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. MM-in 1243-cü maddəsinin tələblərinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. MM-in 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. MM-in 1289-cu maddəsinə əsasən hər bir miras şəriki digər miras şəriklərinin müvafiq payları almasını təmin etməyə borcludur. MM-in 1300-cü maddəsinə görə əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar. MM-in 1301.1-ci maddəsinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın” 95-ci bəndinə əsasən mirasın açıldığı yerin notariusu vərəsələrin ərizəsinə əsasən vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Təlimatın 96-cı bəndinin 4-cü hissəsinə görə vərəsəlik hüququ haqqında şəhadətnamə həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi tam şəkildə mübahisələndirilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə bütövlükdə yoxlanılmasını düzgün hesab edir. Məhkəmə kollegiyası məhkəməyə təqdim edilmiş və tərəflərin iştirakları ilə tədqiq edilmiş bütün mötəbər sübutlar üzrə tam və hərtərəfli araşdırma aparaq hesab edir ki, cavabdehin apellyasiya şikayətinin heç bir mötəbər sübuta əsaslanmayan və hal-hazırda qüvvədə qanunvericiliyin imperativ normalarına söykənməyən formal xarakter daşıyan dəlilləri hazırkı mübahisələndirilən qətnamənin ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsas deyildir. Belə ki, apellyasiya şikayətində işin məhkəmə aidiyyəti qaydaları pozulmaqla icraata qəbul edilərək baxılması barədə göstərilən dəlili üzrə kollegiya diqqətə çatdırır ki, Cavabdeh1 öz apellyasiya şikayətinə məhkəmə aidiyyəti qaydalarının pozulmasını əsaslandırmamış, eyni zamanda məhkəmə kollegiyası tərəfindən MPM-in qüvvədə olan normalarında nəzərdə tutulmuş məhkəmə aidiyyəti qaydalarının pozulmasını aşkara çıxarmamışdır. Bundan başqa, Cavabdeh1 apellyasiya şikayətində mübahisə predmeti olan həyətyanı torpaq sahəsinin və oradakı evin 10 ilə yaxın müddət ərzində miras əmlak olaraq faktiki qəbul edib idarə etməsinə rəğmən iddiaçıların mirası qəbul etməsi faktının qəbul edilməsinin qanunsuz olması barədə dəlili üzrə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarına əsasən Konstitusiya Məhkəməsi Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı müraciətdə qaldırılan məsələyə münasibətdə qeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Beləliklə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun adıçəkilən qərarında müəyyən edilmiş hüquqi mövqe baxımından da cavabdehin göstərilən dəlili tamamilə əsassızdır. Məhkəmə kollegiyası nəzərə alır ki, MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. MPM-in 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübutla təsdiqini tapmayan formal dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, cavabdehin apellyasiya şikayətinin təmin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, qeyd edilənlərə əsasən Cavabdeh1 apellyasiya şikayəti təmin edilməməli, Biləsuvar Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli 2(022)-65/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli 2(022)-65/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar