Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-785/2024 02.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə (Cavabdeh İB-yə) qarşı «aktın etibarsız hesab edilməsi, həmin akt əsasında hesablanmış borcun silinməsi» tələbinə mülki iş üzrə Açar sözlər: aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış borcun silinməsi, sübuta yetirilmir. X10 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X4 iştirakı ilə, İddiaçı Cavabdehnə (İB-yə) qarşı «aktın etibarsız hesab edilməsi, həmin akt əsasında hesablanmış borcun silinməsi» tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2(050)-3418/2023 saylı qətnaməsindən (hakim Zeynal Zeynalov) Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Lənkəran X12 İdarəsinin əməkdaşlarının tərtib etdikləri 13 fevral 2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 35040 kub.metr qaz sərfiyyatına görə borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, yaşadığı Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən evinə qaz xətti çəkilməklə müvafiq sayğac quraşdırılmışdır. İstifadə etdiyi qaz sərfiyyatının dəyərini hər ay qaz nəzarətçisinin verdiyi bildirişə uyğun olaraq vaxtı-vaxtında ödəmişdir. Bir neçə ildir ki, ailəvi Rusiya Federasiyasına köçüb orada yaşamışlar. Həmin dövr ərzində evdə yaşamadıqlarından qazdan da istifadə etməmişlər. Son vaxtlar məlum olmuşdur ki, qaz sərfiyyatı ilə bağlı ona əsassız borc hesablanmışdır. Lakin bununla bağlı ona heç bir sənəd verilməmişdir. X6 ASAN Xidmət Mərkəzindən müvafiq sənədləri götürərkən məlum olmuşdur ki, sayğacdankənar qaz xəttinin aşkar edilməsi ilə əlaqədar olaraq 13 fevral 2023-cü il tarixdə akt yazılmış və 28 fevral 2023-cü il tarixdə 35040 kub.metr qaz sərfiyyatına görə borc hesablanmışdır. Mübahisəli aktla tələbnamə tərtib edilərkən və bu məsələ müzakirə edilərkən nəinki iştirakı təmin edilməmiş, bununla bağlı izahatı dinlənilməmiş, hətta müvafiq aktla tələbnamənin surəti ona göndərilməmişdir. Yalnız qaz nəzarətçisinin məlumatından sonra Masallı Regional «Asan Xidmət» Mərkəzindən mübahisəli aktla tələbnamənin surətlərini əldə etmişdir. Qanunvericiliyin tələbinə əsasən qaz sayğacı kənar təsirlərdən mühafizə olunmalıdır. Lakin evinə gələn qazla bağlı sayğac həyətdən kənar yerləşməklə müvafiq örtüklə örtülməmişdir. Bu isə sayğac quraşdırılarkən onun kənar təsirlərdən qorunması imkanlarının nəzərə alınmamasını göstərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011 -ci il tarixli 80 nömrəli Qərarına əsasən sayğacın üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün qaz paylayıcı tərəfindən müvafiq örtüklə örtülməli və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Lakin hazırkı iş üzrə cavabdeh təşkilatın əməkdaşları tərəfindən sayğac müvafiq örtüklə örtülməməklə onlar qanunvericiliklə üzərlərinə düşən vəzifəni yerinə yetirməmişlər. Bundan başqa mübahisəli qərarda əvvəlki 1 illik dövr üçün mümkün maksimal qaz sərfi hesablanmışdır. Halbuki hər ay qaz nəzarətçisi sayğacı yoxlayaraq bildiriş vermiş və sayğacda hər hansı bir qüsur aşkar etməmişdir. Bildirişlər verilən tarixlərdə qaz nəzarətçisi sayğaca baxmış və rəqəmləri sayğacdan götürmüşdür. Həmin tarixlərdə sayğacda hər hansı bir qüsur olsaydı təbii ki, bunu qaz nəzarətçisi görər və həmin tarixdə də bunu sənədləşdirərdi. Lakin qaz nəzarətçisinin bildirişlər verilən tarixlərdə bununla bağlı hər hansı aktın olmaması, onun verdiyi bildirişlərdə bu barədə qeydiyyatın olmaması və ondan həmin bildirişlərə uyğun ödənişlərin tələb və qəbul edilməsi bir daha göstərir ki, cavabdeh təşkilatın son 1 illik dövr üçün qaz sərfiyyatını ehtimallara görə real vəziyyətdən bir neçə dəfə çox hesablaması əsassız və ədalətsizlikdir. Bundan başqa mübahisəli aktda adları göstərilən şəxslər cavabdeh təşkilatın əməkdaşlarıdır. Beləliklə, akt tərtib edilərkən hal şahidi kimi yoxlama ilə marağı olmayan, yoxlamanı aparan şəxslərdən heç bir asılılıq və onlarla münasibəti olmayan şəxslərin iştirakı təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərərək iddianın təmin olunması Cavabdeh Lənkəran X9 İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 13 fevral 2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış ziyan kimi 35040 kub.metr qaz sərfiyyatına görə hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2(050)-3418/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh Lənkəran X9 İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 13 fevral 2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış ziyan kimi 35040 kub.metr qaz sərfiyyatına görə hesablanmış borcun silinməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh tərəf apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə iddiaçının abonent kodu verilmiş fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən iddiaçı tərəfindən təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni iddiaçı tərəfindən sayğacdankənar istifadə etməsi faktı aşkar olunmuş, fakt yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-ci il tarixli, ******* saylı akt tərtib edilmişdir. Həmin akta görə itirilmiş qazın bərpası üçün qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydalarına əsasən Lənkəran RQİİ-nin mütəxəssisləri tərəfindən itirilmiş qazın bərpası üzrə iddiaçının abonent bazasında 35040 m3 olmaqla 4204,80 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan qeyri-qanuni istifadə etməklə cavabdehə ziyan vurmuşdur. Lakin 1-ci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktdan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol vermişdir. 1-ci instansiya məhkəməsi “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta istinad etməmiş, hansı ki, abonent kodu verilmiş ünvanda təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyətinin yoxlanılmasına və sayğaca baxış keçirilərkən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi faktı aşkar edilmiş (məhkəməyə video disk təqdim edilmişdir) və bu əsasla da həmin akt tərtib edilmişdir. Həmçinin də dəymiş ziyanın bərpasına dair tələbnaməyə istinad etməmiş, (Qaz təchizatı haqqında qanunun 8.1 maddəsinə uyğun) hansı ki, qərəzli, təqsirli hərəkətlər nəticəsində cavabdehə dəymiş ziyanın həcminin hansı qaydada hesablanmasını əks etdirir. Məhkəməyə təqdim etdiyimiz video disk sübut kimi qəbul edilməmişdir. İş materiallarında olan yuxarıda qeyd etdiyimiz sübutlara nəzər yetirsək, hamısı iddia tələbinin əsassız olmasını göstərir. Beləliklə 1-ci instansiya məhkəməsi iddiaçının cavabdehə maddi ziyan vurmasına dair məhkəməyə təqdim olunmuş sübutlarla öz təsdiqini tapmış faktlara istinadən verilmiş geniş, ətraflı izahatlara göz yummuş, həmin faktlardan məntiqi olaraq doğan nəticəyə səhv hüquqi qiymət vermişdir. Digər tərəfdən 1-ci instansiya məhkəməsi iş materiallarında olan abonentə dair SALDO-da yer almış məlumatları da araşdırmamışdır. Belə ki, əgər SALDO-ya nəzər salsaq görərik ki, əvvəlki illərin müvafiq ayları ilə müqayisədə abonentin təbii qaz sərfiyyatı yoxdur. İddiaçı onunla əsaslandırmışdır ki, evdə yaşayış olmadığından qazdan istifadə etməmişdir. Hakim iddiaçı tərəfindən təqdim olunmuş yaşayış yerindən arayışa əsaslanaraq qətnamə çıxarmışdır. Elektrik enerjidən istifadəyə görə iddiaçıya aid saldoya baxdıqda görərik ki, 2022-23-cü illərdə iddiaçının evində yaşayış olmuşdur. Göründüyü kimi iş materiallarında yer alan, mübahisələndirdikləri qətnamədə də öz əksini tapan və 1ci instansiya məhkəməsinin istinad etdiyi sübutlar iddianın rədd edilməsinə əsasdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı və cavabdehin nümayəndəsi apellyasiya baxışında iştirak etməmişdir. Cavabdeh tərəf məhkəməyə ərizə göndərərək, işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. İddiaçı tərəfə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. İşə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər.Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahələrinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Azərbycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları”-nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında” 12 may 2011-ci il tarixli, 80 nömrəli Qərarına əsasən qaz paylayıcısı alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxs, istehlakçı isə alğı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. Həmçinin, sayğacların kənar müdaxilələrdən qorunmaq üçün qaz paylayıcısı tərəfindən sayğaclar müvafiq örtüklə örtülməli və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. «Qazdan istifadə qaydaları»na 2 nömrəli əlavədə verilmiş qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqaviləninin 2.1.7-ci bəndinə əsasən istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək (göndərmək) paylayıcının vəzifəsidir.Paylayıcı yalnız qaz sayğacının göstəricisinə əsasən istifadə olunan qazın həcminin və dəyərinin tam və dəqiq uçotunu aparmalıdır.Bundan başqa, itirilmiş qazın bərpası ilə bağlı tərtib edilmiş sənəddə 365 gün hesabat dövrü göstərilsə də, nəzərə alınmamışdır ki, qaz sayğacı bilavasitə küçə qaz xəttinin üzərində quraşdırılmış və paylayıcının işçiləri tərəfindən qaz sayğacının göstəricilərinin çıxarılması üçün ayda bir dəfədən az olmayaraq qaz sayğacına baxış keçirilir və bu zaman istehlakçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi, eləcə də həmin müdaxilənin qaz paylayıcının işçiləri tərəfindən aşkar edilməməsi halları istisna edilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” 19 sentyabr 1995-ci il tarixli, 1113 saylı Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən istehlakçının öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə haqlıdır. Həmin Qanunun 14-cü maddəsinin 1 -ci bəndinə əsasən bütün vətəndaşlar ticarət və başqa xidmət növləri sahəsində tələbatlarının ödənilməsində bərabər hüquqa malikdir. Qanunvericilik aktlarında nəzərdə tutulmuş hallardan başqa, istehlakçıların hüquqlarına üstünlük verilməsinə, birbaşa və ya dolayısı ilə hər hansı şəkildə məhdudlaşdırılmasına yol verilmir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Cavabdeh Lənkəran X9 İdarəsinin rəisi Namiq Məmmədov tərəfindən təsdiq edilmiş 28 fevral 2023-cü il tarixli tələbnamədən görünür ki, Masallı rayonu, Ərkivan qəsəbəsində yaşayan istehlakçı İddiaçı məxsus fərdi yaşayış evinin qaz sayğacına müdaxilə və qaz itkisi olduğu üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının xx.xx.2011 -ci il tarixli 11 №-li qərarın 1 saylı əlavəsində müxtəlif diametrli qaz kəmərlərində qaz sərfinin hesablanması cədvəlinə əsasən 15 mm-lik borunun en kəsiyindən minimal təzyiq həddində keçən qazın maksimal saatlıq sərfi 4 kub metr/saat üçün orta günlük iş rejimi 24 saat və hesabat müddəti 365 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Cəmi 35040 m3 itirilmiş qaz hesablanmışdır İş materiallarına əlavə edilmiş Cavabdeh Lənkəran X9 İdarəsinin Masallı XS tərəfindən təsdiq edilmiş 13 fevral 2023-cü il tarixli ******* nömrəli aktda qeyd edilir ki, istehlakçı İddiaçı məxsus fərdi yaşayış evinin qaz sayğacı yoxlanıldı, baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə Qeyd: Həyətyanı sahəyə baxış keçirilən zaman abonentin sayğacdan kənar qeyri- qanuni qaz xətti aşkar olunmuşdur. Sayğac həyətdən kənarda quraşdırılıb. 13 fevral 2023-cü il tarixli ******* nömrəli aktın Qeyd hissəsində yazılmışdır ki, vaxtı ikən Rəhman Məmmədovun köhnə evi sökülüb yerində təzə ev tikilib İddiaçı adına qeyd olunub (həyətdə iki ev var) X1 kənar oğurluq istifadə edir. Mübahisələndirilən aktın məzmunundan görünür ki, İddiaçı sayğacdan kənar qazdan istifadə etməsi müəyyən və sübut olunmamışdır. İşdə olan Masallı RİHB X8 Ərazi Dairəsi üzrə Nümayəndəsinin xx.xx.2023-cü il tarixli 1771 saylı arayışından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi Masallı rayon Ərkivan qəsəbəsində yaşamamışdır. Həmin müddətdə Rusiya Federasiyasında yaşamışdır. İşdə olan Abonentin saldosundan görünür ki, İddiaçı 2022-ci il və 2023-cü illər üzrə ayın əvvəlinə və ayın sonuna borcu olmamıdır.İşin hallarından müəyyən edilir ki, iddiaçı aktın etibarsız hesab edilməsi və abonent hesabına hesablanmış borcun silinməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı əsaslı hesab edərək, təmin etmişdir. Birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, cavabdeh tərəf akt tərtib edərkən qanunvericiliyin tələblərini pozmuş, istehlakçının iştirakını təmin etməmiş, eyni zamanda foto və digər çəkilişlə pozuntunu qeydə almamışdır. Cavabdeh tərəf qətnaməni əsassız hesab edərək, apellyasiya şikayəti vermişdir. Şikayətin əsas dəlili ondan ibarət olmuşdur ki, iddiaçı cavabdeh təşkilata maddi ziyan vuraraq qazdan qeyri-qanuni istifadə etmiş və buna görə də, akt tərtib edilərək, onun abonent hesabına borc hesablanmışdır. Hazırkı iddia tələbi əsassızdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək, hesab edir ki, apellyasiya şikayəti əsaslıdır və buna görə də, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. İşin hallarından müəyyən edilir ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, mübahisəli aktın məzmunundan görünür ki, sayğacdankənar qaz xəttini qaynı Rasim Rəhimov çəkib özünün evində istifadə etmişdir. Aktda isə onun sayğacının nömrəsi və onun adı qeyd edilmişdir. X7ynı olmaqla ayrı evdə yaşayır və sayğacdankənar çəkilmiş xəttən də onun deyil, Rasim Rəhimovun evində istifadə edilmişdir. Belə vəziyyətdə aktın onun barəsində yazılması tamamilə absurddur. Başqasının küçə sayğacına qədər məsafədə qaz xəttindən evinə qaz çəkib istifadə etməsinə görə ona borc hesablanmamlıdır. İddia ərizəsindən də görünür ki, iddiaçı sayğacdankənar qaz xəttinin olduğunu etiraf edir və onun qaynı tərəfindən istifadə edildiyini bildirir. İşin hallarından müəyyən edilir ki, iddiaçının yaşadığı ünvanda iki ev vardır və iki sayğac quraşdırılmışdır. Hər iki sayğac iddiaçının adına qeydiyyata alınmışdır və hər iki sayğaca görə iddiaçı məsuliyyət daşıyır. Belə olan halda da, Məhkəmə Kollegiyası qeyd edir ki, iddia əsaslı hesab edilərək, təmin oluna bilməz. İddiaçı sayğaca müdaxiləyə görə abonent olaraq məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslardır. Kollegiya hesab edir ki, hazırkı mübahisə üzrə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısının daşımalı olması əsası ilə tərtib edilmiş aktı etibarsız hesab edərək, həmin akt əsasında hesablanan itirilmiş təbii qazın dəyərinin abonentin saldosundan silən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri əsaslı olmaqla birinci instansiya məhkəməsi qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə Kollegiyası iddiaçıya izah edir ki, iddiaçı sayğaca müdaxilə etdiyini iddia etdiyi qaynı Rasim Rəhimova qarşı vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən olunur. Hazırkı iş üzrə iddiaçının abonent saldosundan silinməsini tələb etdiyi borcun məbləği 4204,80 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı tələb üzrə iddianın mübahisələndirilən hissədə qiyməti 4201.80 manat təşkil edir ki, prosessual qanunvericiliyə əsasən hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 385.1, 392, 393 və 402.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Masallı Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2(050)-3418/2023 saylı qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdehnə qarşı Cavabdeh Lənkəran X9 İdarəsinin əməkdaşlarının tərtib etdikləri 13 fevral 2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 35040 kubmetr qaz sərfiyyatına görə borcun silinməsi tələbinə iddiası təmin edilməsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-785/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-785/2024
02.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver