Məhkəmə qərarları › İş №2(106)-81/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-81/2025

25.06.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(106)-81/2025 25.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Hacıyev Pərviz Vaqif oğlu və X2 ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, İddiaçı iddiaçı1, Cavabdehlər cavabdeh3, cavabdeh1, Cavabdeh cavabdeh1 vəkili vəkil2 iştirakları ilə, Birgə iddiaçılar iddiaçı1 və X5 cavabdehlər cavabdeh3, X6 və cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb olunmuş Masallı rayon Qəriblər bələdiyyəsinə qarşı «özbaşına tikilinin sökülməsi» tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli *(***)- **/**** saylı qətnaməsindən cavabdehlər cavabdeh3, X6 və cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Birgə iddiaçılar iddiaçı1 və X5 cavabdehlər cavabdeh3, X6 və cavabdeh2, üçüncü şəxs Masallı rayon Qəriblər bələdiyyəsinə qarşı «özbaşına tikilinin sökülməsi» tələbinə dair iddia ərizəsi ilə Masallı Rayon Məhkəməsinə müraciət edərək, Masallı rayonu Qəriblər kəndində yerləşən və 1940-cı illərdən kənd stadionu qismində kənd sakinlərinin istifadəsinə verilən 0.60 ha torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş tikililərin sökülməsi və cavabdehlərin torpaq sahəsindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Tələb onunla əsaslandırmışdır ki, Masallı rayonu Qəriblər kəndində sakinlərin ümumi istifadəsində olan 0.60 ha torpaq sahəsi 1940-cı illərdən kənd stadionu qismində əhalinin istifadəsinə verilmişdir. Stadion tipli hazırlanan bu idman meydançasından bütün kənd sakinləri, xüsusən uşaqlar, yeniyetmələr və gənclər istifadə edirlər. Hətta 2007-ci ildə stadion bələdiyyənin və icra nümayəndəliyinin, eləcə də Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rəy, akt və qərarlarına əsasən rəsmiləşdirilmişdir. Bir sıra qurumların birgə imzası ilə 2007-ci ildə təsdiq olunan qərara əsasən 0.60 ha torpaq sahəsi rəsmi olaraq kəndin stadionu üçün ayrılmışdır. Eyni zamanda Masallı rayon Qəriblər bələdiyyəsinin “X30 Çıxarış”dan görünür ki, 0.60 torpaq sahəsi stadion üçün ayrılmışdır. Bununla yanaşı orada kəndin iki inzibati binası olan icra nümayəndəliyi və Bələdiyyə binasının tikintisi üçün də stadiona bitişik olan 0.04 ha torpaq sahəsində yer ayrılmışdır. Bütün bunlara baxmayaraq bələdiyyənin sədri stadiona aid və inzibati binanın tikintisi üçün ayrılan torpaq sahəsini külli miqdarda qazanc əldə etmək məqsədi ilə ayrı-ayrı şəxslərə satmışdır. Bununla da kəndin ictimai maraqlarına zidd olaraq ümumi istifadədə olan torpaq sahəsi istifadədən çıxmaq təhlükəsi ilə üzləşmişdir. Həmin torpağın 2007-ci ildə bələdiyyə qərarı ilə ümumi istifadəyə ayrılmasına baxmayaraq, bələdiyyə bu sahəni əsassız satmışdır. Bu səbəbdən Masallı rayon Qəriblər bələdiyyəsinin cavabdeh3, X6, cavabdeh2 və X9 ilə bağlamış olduğu alqı-satqı müqavilələrinin ləğv olunması, eləcə də iş üzrə üçüncü şəxslərlə bağlanmış eyni tipli alqı-satqı müqavilələrin ləğv edilməsi, həmin müqavilələr əsasında verilmiş çıxarışların etibarsız sayılması barədə məhkəməyə müraciət edilmişdir. Beləliklə hazırda cavabdehlər qeyd edilən torpaq sahəsində qanunsuz olaraq tikinti işləri aparmışlar. Tikintinin aparılmasının qanunsuz olduğu barədə cavabdehlərə dəfələrlə məlumat verilsə də heç bir nəticəsi olmamışdır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Birinci instansiya məhkəməsində icraat Masallı Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə iddia təmin edilmiş, Masallı rayonu Qəriblər kəndində yerləşən, futbol stadionu kimi sakinlərin ümumi istifadəsinə verilmiş 0.60 ha torpaq sahəsinin hüdudları daxilində cavabdeh cavabdeh3 tərəfindən inşa edilmiş tikilialtı sahəsi 123 kv.metr olan fərdi yaşayış evi, tikilialtı sahəsi 62.8 kv.metr olan saray (köməkçi tikili), tikilialtı sahəsi 7.7 kv.metr olan sanitar qovşaq və dəmir profildən çəkilmiş çəpərin, cavabdeh X6 tərəfindən inşa edilmiş tikilialtı sahəsi 138.7 kv.metr olan yarımçıq tikili və dəmir profildən çəkilmiş çəpərin, cavabdeh cavabdeh2 tərəfindən inşa edilmiş tikilialtı sahəsi 124.6 kv.metr olan fərdi yaşayış evi və dəmir profildən çəkilmiş çəpərin sökülməsi, cavabdehlərin həmin torpaq sahəsindən çıxarılması qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İş materiallarında olan : DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən ************ reyestr nömrəli, yaşayış məntəqələri təyinatlı 0.53 ha torpaq sahəsi Masallı rayonu Qəriblər bələdiyyəsinin tam mülkiyyətindədir; Torpaq sahəsinin faktiki vəziyyətini əks etdirən ## #### 2017-ci il tarixli müayinə (baxış) aktının surətinə əsasən 0.53 ha bələdiyyə torpağının məqsədli təyinatı və hüquqi rejimi yaşayış məntəqələri torpaq sahəsidir. Akt aidiyyəti orqanların nümayəndələri tərəfindən imzalanmışdır; Əmlak Məsələləri Dövlət Komitəsi ** saylı ərazi idarəsinin və Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi şöbəsinin ## ###### 2017-ci il tarixli *** saylı rəyinə əsasən Qəriblər bələdiyyəsinin mülkiyyətində olan 0.53 ha torpaq sahəsi yaşayış məntəqəsinin torpaqları kateqoriyalı, fərdi mənzil tikinti təyinatlıdır, əkinə yararlıdır, alqı-satqı predmetidir; Daşınmaz Əmlakın AN-IN ******* saylı alqı-satqı müqaviləsinə əsasən ## #### 2018-ci il tarixli, ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestirindən çıxarışla Masallı rayonu Qəriblər bələdiyyəsinin mülkiyyətində olan 0.53 ha torpaq sahəsindən 0.06 ha torpaq sahəsi alqı-satqı qaydasında X6 xüsusi mülkiyyətinə verilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya və nömrəsi RX ******* olan çıxarışla həmin torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ Dövlət qeydiyyatına alınmışdır; Daşınmaz Əmlakın AN-IN ******* saylı alqı-satqı müqaviləsinin surətinə əsasən ## #### 2018-ci il tarixli, ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestirindən çıxarışla Masallı rayonu Qəriblər bələdiyyəsinin mülkiyyətində olan 0.53 ha torpaq sahəsindən 0.12 ha torpaq sahəsi alqı-satqı qaydasında cavabdeh3 satılaraq xüsusi mülkiyyətinə verilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya və nömrəsi RX, 1272745 olan çıxarışla həmin torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ Dövlət qeydiyyatına alınmışdır; Daşınmaz Əmlakın AN-IN ******* saylı alqı-satqı müqaviləsinin surətinə əsasən ## #### 2018-ci il tarixli, ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestirindən çıxarışla Masallı rayonu Qəriblər bələdiyyəsinin mülkiyyətində olan 0.53 ha torpaq sahəsindən 0.06 ha torpaq sahəsi alqı-satqı qaydasında cavabdeh2 satılaraq xüsusi mülkiyyətinə verilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya və nömrəsi RX ******* olan çıxarışla həmin torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ Dövlət qeydiyyatına alınmışdır; Daşınmaz Əmlakın AN-IN ******* saylı alqı-satqı müqaviləsinin surətinə əsasən ## #### 2018-ci il tarixli, ************ reyestr, ********** qeydiyyat nömrəli dövlət reyestirindən çıxarışla Masallı rayonu Qəriblər bələdiyyəsinin mülkiyyətində olan 0.53 ha torpaq sahəsindən 0.08 ha torpaq sahəsi alqı-satqı qaydasında X10 xüsusi mülkiyyətinə verilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya və nömrəsi RX ******* olan çıxarışla həmin torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ Dövlət qeydiyyatına alınmışdır; Masallı Rayon Məhkəməsinin ## ### 2019-cu il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə, iddiaçılar X8 və X5 cavabdehlər Masallı rayon Qəriblər bələdiyyəsinə, X3 Xidmət Mərkəzinə və DƏDRX-nin * saylı Ərazi İdarəsinə, üçüncü şəxslər cavabdeh3, X6, cavabdeh2 və X9 qarşı AN-IN 0647064 və AN-IN ******* saylı, ## ##### 2018-ci il tarixli alqı-satqı müqavilələrinin, eləcə də iş üzrə üçüncü şəxslərlə bağlanan eyni tipli alqı-satqı müqavilələrinin etibarsız hesab olunması, həmin müqavilələrdən irəli gələn çıxarışların etibarsız sayılması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ### 2021-ci il tarixli, *(***)- ***/*** saylı qətnaməsi ilə, iddiaçılar iddiaçı1 və X5 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Masallı Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ### 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iddia təmin edilməklə iş üzrə yeni qətnamə çıxarılmış, Masallı rayonu Qəriblər Bələdiyyəsi ilə X10 arasında ## ##### 2018-ci il tərixdə bağlanmış 0.8 ha torpaq sahəsinın özgəninkiləşdirilməsinə dair AN-İ N******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinın etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrı Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ## ##### 2018-ci il tarixdə verilmiş RX seriyalı, 1272737 qeydiyyat, ************ reyestr nömrəli çıxarışın ləğv edilməsi, mübahisəli torpaq sahəsi üçün ödənilmiş 1600 manat pulun Masallı rayonu Qəriblər Bələdiyyəsindən tutularq X11ə ödənilməsi, Masallı rayonu Qəriblər Bələdiyyəsi ilə cavabdeh1 arasında ## ##### 2018-ci il tarixdə bağlanmış 0.6 ha torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair AN-İ N****** saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələlərı Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ## ##### 2018-ci il tarixdə verilmiş RX seriyalı, 1272739 qeydiyyat, ************ reyestr nömrəli çıxarışın ləğv edilməsi, mübahisəli torpaq səhəsi üçün ödənilmiş 1200 manat pulun Masallı rayonu Qəriblər Bələdiyyəsindən tutularaq cavabdeh1 ödənilməsi, Masallı rayonu Qəriblər Bələdiyyəsi ilə cavabdeh3 arasında ## ##### 2018-ci il tarixdə bağlanmış 0.12 ha torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair AN-İ N******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ## ##### 2018-cı il tarixdə verilmiş RX seriyalı, 1272745 qeydiyyat 805013051946 reyestr nömrəlı çıxarışın ləğv edilməsi, mübahisəli torpaq sahəsi üçün ödənilmiş 2400 manat pulun Masallı rayonu Qəriblər Bələdiyyəsindən tutularaq cavabdeh3 ödənilməsi, Masallı rayonu Qəriblər Bələdiyyəsi ilə X7 arasında ## ##### 2018-ci il tarixdə bağlanmış 0.06 ha torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair AN-İ N******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ## ##### 2018-ci il tarixdə verilmiş RX seriyalı, 1272738 qeydiyyat, ************ reyestr nömrəli çıxarışın ləğv edilməsi, mübahisəli torpaq sahəsi üçün ödənilmış 1200 manat pulun Masallı rayonu Qəriblər Bələdiyyəsindən tutularaq cavabdeh2 ödənilməsi və ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının ## ###### 2021-ci il tarixli, *(***)-****/**** saylı qərarı ilə, üçüncü şəxslər cavabdeh3, cavabdeh1 və X7 tərəfindən birgə, cavabdeh3 tərəfindən ayrıca verilmiş kasassiya şikayətləri təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ## ### 2021-ci il tarixli, 2(106) ***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi gəldiyi hüquqi nəticəni belə əsaslandırmışdır ki, cavabdehlər cavabdeh3, X6 və cavabdeh2 ilə Masallı rayon Qəriblər bələdiyyəsi arasında torpaq sahəsinin müvafiq alqı-satqısına dair müqavilələr bağlanmış, cavabdehlər həmin müqavilələr əsasında onlara satılmış torpaq sahələrinə dair mülkiyyət hüquqlarını təsdiq edən çıxarışlar əldə etmişlər. Lakin daha sonra yekun məhkəmə qərarı ilə həmin müqavilələr etibarsız hesab edilmiş və müqavilələr əsasında cavabdehlərə verilmiş çıxarışlar ləğv edilmişdir. Hazırda isə iddiaçılar iddiaçı1 və X5 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər tərəfindən mübahisəli torpaq sahəsində inşa edilmiş tikililərin sökülməsi və cavabdehlərin həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, iddiaçılar ictimai maraqlardan çıxış edərək, kəndin futbol stadionunda qanunsuz tikililərin sökülməsini mübahisələndirməkdə müvafiq subyektiv hüquqlara malikdirlər. Belə ki, mübahisəli torpaq sahəsi Masallı rayon Qəriblər Bələdiyyəsinin mülkiyyətində olsa da, ümumi istifadədə olan stadiondur. İş üzrə təyin olunmuş ekspertizanın rəylərində cavabdehlər tərəfindən inşa edilmiş tikililərin Masallı rayonu Qəriblər kəndində yerləşən mübahisəli futbol stadionunun hüdudları daxilində, cavabdehlərin mülkiyyət hüququnu təsdiq edən hüquqmüəyyənedici sənədlərdə nəzərdə tutulmuş sahələrdə inşa edilmiş olması öz təsdiqini tapmışdır. Lakin qeyd olunan hüquqmüəyyənedici sənədlərin ləğv edilmiş olması nəzərə alınarsa, futbol stadionu qismində kənd sakinlərinin ümumi istifadəsinə verilmiş torpaq sahəsinin hazırda cavabdehlərin qanunsuz sahibliyində olması, həmçinin həmin şəxslər tərəfindən inşa edilmiş tikililərin orada mövcudluğu qanunsuzdur. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu maddələri, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5, 47, 111-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddələrinə istinad etmişdir. Apellyasiya Məhkəməsindəki birinci icraat Qətnamədən cavabdehlər cavabdeh3, X6 və cavabdeh2 birgə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın rədd olunması barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişlər. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X4 və İmanov Cahid Fehruz oğlu) *(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Masallı Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli 2(050) **/**** saylı qətnaməsi ləğv olunmuş və iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsindən iddiaçı iddiaçı1 (vəkil vəkil3) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, işə yenidən apellyasiya qaydasında baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ali Məhkəmənin ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** saylı, ## ######## 2023-cü il tarixli qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Qətnamədən cavabdehlər cavabdeh3, X6 və cavabdeh2 birgə apellyasiya şikayəti verərək ləğv edilməsi, iddianın rədd olunması barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd olunan torpaq sahəsinin həmin əraziyə aid olmaması və saxta olması şübhə doğurduğundan, bələdiyyə komissiyası tərəfindən araşdırma aparılmışdır. Araşdırma zamanı həmin ərazinin yaşayış fondu torpaqlarına aid olduğu müəyyən edilmişdir. Həmin dövrlərə aid qərar və digər sənədlər barədə bələdiyyə arxivində məlumat olmadığı üçün, bələdiyyə tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinə, Masallı rayon arxivinə yazılı sorğular verilmiş və həmin təşkilatlar bu sənədlər barədə məlumat olmadığını yazılı şəkildə təsdiq etmişlər. Ona görə də "Bələdiyyələrin Statusu haqqında" qanunun 48-ci maddəsinin 4-cü bəndinə əsasən bələdiyənin ## ### 2007-ci il tarixli ** saylı qərarı, hüquqi əsası olmadığı üçün, bələdiyyənin ## #### 2018ci il tarixli, ** saylı qərarı ilə ləğv edilmişdir. Bələdiyyə tərəfindən "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" əsasnamənin III fəsil bənd 17 və IV fəsil 18, 19, 20, 23 bəndlərinə əsasən müvafiq icra hakimiyyəti orqanlarına müraciət edilmişdir. Müvafiq icra hakimiyyəti orqanlarından daxil olmuş yerquruluşu sənədlər əsasında yaşayış məntəqəsinin baş planına, rayon memarlıq xidmətinin rəyinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin * saylı Cəlilabad ərazi dairəsi tərəfindən bələdiyyə mülkiyyətinə yaşayış məntəqələrinin torpaqlarına aid olan torpaq sahəsinə dair ********** saylı çıxarış verilmişdir. Müvafiq icra hakimiyyəti orqanlarının verdiyi rəylərdən görünür ki, həmin torpaq sahəsi ümumi istifadədə deyil. Diqqətə çatdırır ki, qeyd olunmuş məsələ ilə bağlı iddiaçılar tərəfindən Şirvan Inzibati-iqtisadi Məhkəməsində iddia qaldırılmış və məhkəmə *-*(***)-****/**** saylı, ## ####### 2018-ci il tarixində iddianı mümkün saymamışdır. İş materiallarında olan Masallı rayonu Qəriblər bələdiyyəsinin ## #### 2018-ci il tarixli, ** saylı iclasının qərarından çıxarışdan görünür ki, bələdiyyənin ## ### 2007-ci il tarixli, ** saylı qərarıyla torpaq sahəsinin ayrılması barədə qərar ləğv edilmişdir. Birincisi məhkəmə mübahisə üzrə nəticəyə gələrkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ## #### 2022-ci il tarixli, **/**** saylı ekspert rəyinə istinad etməklə mübahisəli torpaq sahəsinin yaşayış məntəqələri torpaq sahəsi deyil, ümumi istifadədə olan torpaq sahəsi hesab edərkən, torpaq sahəsinə dair 2019-cu il tarixindən hazırlığı başlanılmış, hal-hazırda isə hazırlanmış Elektron xəritə Sistemini və həmin xəritə əsasında təkrar məhkəmə ekspertizasının təyin edilməsi zəruriliyini nəzərə almamaqda haqlı olmamışdır. Hesab edirlər ki, məhkəmə araşdırma apararkən yeni hazırlanmış-Elektron xəritə sistemi əsasında təkrar məhkəmə ekspertizasını təyin etməklə mübahisəli torpaq sahəsinin ümumi istifadədə olan torpaq sahəsi deyil, yaşayış məntəqələri torpaq sahəsinə aid olduğunu dəqiqləşdirə bilərdi. İkincisi hesab edirlər ki, məhkəmə iddia tələbini təmin edərkən həmdə “mübahisə predmeti olan torpaq sahəsinin kəndin yaşayış məntəqələri torpaq sahəsinə aid deyil, ümumi istifadədə olan torpaq sahəsinə aiddir” əsasına istinad etmiş, lakin qeyd olunmuş əsasla əlaqəli iddia tələbinə obyektiv qiymət verməmişdir. Belə ki, məhkəmə iddia tələbi üzrə mübahisə predmeti olan torpaq sahəsinin ümumi istifadədə olması ilə bağlı iddiaçıların həqiqətdən uzaq əsaslarına istinad edərkən adı çəkilən torpaq sahəsinin ümumi istifadədə olmaması, kəndin yaşayış məntəqələri torpaq sahəsinə aid olmaqla alqı-satqının predmeti olması, bu səbəbdən də həmin sahədə mənzil tikintisinin qanuni olmasını təsdiq edən sübutları nəzərə almamışdır. Eyni zamanda, məhkəmə mübahisə predmeti olan torpaq sahəsinin mülkiyyətçisi olmuş Masallı rayonun Qəriblər bələdiyyəsinin iddianın təmin olunmaması barədə mövqeyini də nəzərə almamaqda haqlı olmamışdır. Bununla bağlı sübutları təqdim edirlər: Torpaq sahəsinin faktik vəziyyətinə dair ## #### 2017-ci il tarixli müayinə (baxış) aktının surətindən görünür ki, mübahisəli 0.53 hektar bələdiyyə torpağının məqsədli təyinatı və hüquqi rejimi yaşayış məntəqələri torpaq sahəsidir. Memarlıq və Tikinti şöbəsinin ## #### 2018-ci il tarixli rəyində həmin torpaq sahəsi yaşayış kateqoriyalı torpaq sahəsi hesab edilir və həmin sahənin müsabiqə və hərraca çıxarılması yolu ilə mülkiyyətə verilməsinə razılıq verilib. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hazırlanmış Daşınmaz Əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktı, torpaq sahəsinin kadastr göstəriciləri, eyni zamanda ## ###### 2017 tarixli, *** saylı rəyə əsasən torpaq sahəsi yaşayış məntəqələri torpaqları kateqoriyasına aid hesab edilmişdir. Masallı rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarliq və Tikinti Şöbəsinin ## #### 2007-ci il tarixli rəyindən görünür ki, Qəriblər kəndində futbolun inkişaf etdirilməsi məqsədi ilə futbol idman meydançasının tikinti altına istifadəyə veriləcək torpaq sahəsi kəndin şimalında yerləşir. Qəriblər bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsidir və ərazi yaşayış məntəqələri təyinatlıdır, Masallı rayonu Qəriblər bələdiyyəsinin tam mülkiyyətindədir. ## #### 2018-ci il qeydiyyat tarixli çıxarışla torpaq sahəsi Qəriblər bələdiyyəsinin mülkiyyətidir, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aiddir. Bələdiyyə torpaqlarının yerquruluşu planından çıxarışda mübahisəli torpaq sahəsinin bələdiyyənin ümumi istifadədə olmaması müəyyən olunur. Məhkəmənin ## ####### 2020-ci il tarixli sorğusuna İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin * saylı Cəlilabad Ərazi İdarəsi və “xxxx” MMC-nin Cəlilabad Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş cavabda torpaq sahəsinin hansı təyinatlı olması barədə ## ####### 2020-ci il tarixli arayışda (cavabda) Qəriblər bələdiyyəsinin mülkiyyətində olan həmin 0.53 hektar sahənin Qəriblər kəndinin kompleks yerquruluşu layihəsinə əsasən yaşayış məntəqələrinin torpaqlarına aid olması qeyd olunub. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRXnin * saylı Cəlilabad Ərazi İdarəsinin Apellyasiya Məhkəməsinə göndərdiyi ## ###### 2020-ci il tarixli sorğuya cavab məktubunda bələdiyyənin mülkiyyətində olan 0.53 ha torpaq sahəsinin Qəriblər bələdiyyəsinin perspektiv inkişaf Fond torpaq sahəsinə aid olması və yaşayış məntəqələrinin torpaq sahəsi, təyinatı isə həyətyanı olması qeyd olunmuşdur. Əmlak Məsələləri Dövlət Komitəsinin ** saylı Ərazi Şöbəsinin ## ###### 2017-ci il tarixli rəyinə görə həmin torpaq sahəsi Qəriblər bələdiyyəsinin mülkiyyətidir, yaşayış məntəqəsinin torpaqları kateqoriyalı, fərdi mənzil tikinti təyinatlıdır, alqı-satqı təyinatlıdır, mülkiyyətə, icarəyə verilə bilər. Mübahisə predmeti torpaq sahəsi onların mülkiyyətində olmuşdur. Masallı rayon Torpaq və Xəritəçəkmə şöbəsinin ## #### 2007-ci il tarixli, *** saylı rəyindən görünür ki, Qəriblar kəndində futbolun inkişaf etdirilməsi məqsədi ilə futbol idman meydançasinin tikinti altına istifadəyə veriləcək torpaq sahəsi kəndinin şimalında yerləşir. Qəriblər bələdiyyəsinin mülkiyyatinə aid torpaq sahəsidir. Ayrılacaq torpağın ümumi sahəsi 0.60 hektar olmaqla şimalda yaşayış binalarının ərazisi ilə, cənubdan Masallı-Yardımlı şosse yolunun mühafizə zonası ilə, şərqdən kəndarası yol və bələdiyyə mülkiyyəti torpağı ilə, qərbdən Qəriblər bələdiyyəsi və kənd nümayəndəliyi üçün birgə tikiləcək inzibati-ərazi idarə binasının ərazisi ilə həmsərhəddir. Beləliklə, hazırkı mübahisə predmeti olmuş torpaq sahəsi qanunla xüsusi mülkiyyətə verilməsi qadağan olunmayan torpaq sahələrinin kateqoriyasına aid olduğu təsdiqlənir. Bu səbəbdən də məhkəmə mülkiyyət hüququna dair normaların pozuntusuna yol vermişdir. Üçüncüsü onlar adıçəkilən torpaq sahəsinə dair qanuni əsaslarla mülkiyyət hüququ əldə edərək orada müvafiq sənədləşmə işləri aparmaqla mənzillər tikmişlər. Mübahisəli torpaq sahəsinə dair ilkin sənədləşmə işləri aparılmış, həmin sahənin hər birinə dair çıxarış verilmiş, orada artıq bir neçə ev tikilmişdir. Bu səbəbdən kiçik bir kəndin futbol meydançasına görə tikintisi başa çatmış bir neçə evin sonda sökülməsi ədalətsizdir. Qeyd olunmuş əsaslara uyğun olaraq hesab edirlər ki, iddia tələbinin təmin edilməsi torpağı vicdanlı əldə edən şəxs olaraq mülkiyyət hüquqlarıının təsbit olunmasına və qorunmasına dair hüquq normalarının pozulmasına səbəb olmuşdur. Hesab edirlər ki, məhkəmənin iş üzrə qəbul elmiş qətnaməsində obyektiv həqiqəti ifadə edən faktlar nəzərə alınmamış, iş tam, hərtərəfli və obyektiv araşdırılmamış və nəticədə qanunvericiliyin tələbləri kobud surətdə pozularaq ədalətsiz və əsassız qətnamə qəbul edilmişdir. Birinci İnstansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun deyil, qətnamə maddi və prossesual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmış və bununla da Azərbaycan Respublikası MPM-nin 77.1, 88, 217-218, 220-ci maddələrinin pozuntusuna yol verilmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh3 apellyasiya şikayətinin dəlilləri məzmununda izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh1 apellyasiya şikayətinin dəlilləri məzmununda izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh1 apellyasiya şikayətinin dəlilləri məzmununda izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddiaçı1 apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər iddiaçı iddiaçı2, cavabdeh cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Masallı rayon Qəriblər Bələdiyyəsinə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmirlər. Cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq Şirvan Apellyasiya Məhkəməsində başqa məhkəmə iclasında çıxış etdiyindən həmin məhkəmə iclası bitdikdən sonra məhkəmə iclasında iştirak edə biləcəyini qeyd etmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 25-ci maddəsinin İ bəndinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir; 26-cı maddəsinin İ bəndinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır; 26-cı maddəsinin II bəndinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir; 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyatorlar Masallı Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli *(***)-**/**** saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olubolmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Cavabdehlər birinci instansiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən məhkəmə tərkibi Masallı Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli *(***)-**/**** saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almayaraq mübahisəni yuxarıda qeyd edildiyi kimi həll etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçılar iddiaçı1 və X5 cavabdehlər cavabdeh3, X6 və cavabdeh2 qarşı Masallı rayonu Qəriblər kəndində yerləşən, əvvəllər kənd stadionu kimi istifadə edildiyini bildirdikləri 0,60 ha torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş tikililərin sökülməsi və cavabdehlərin həmin torpaq sahəsindən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmiş, tələb onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsi uzun illər kənd stadionu kimi əhalinin ümumi istifadəsində olmuş, sonradan isə bələdiyyə tərəfindən qanunsuz olaraq ayrı-ayrı şəxslərə satılmışdır. Bu əsasla əvvəllər qəbul edilmiş qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə cavabdehlərlə bağlanmış torpaq alqı-satqısı müqavilələri etibarsız hesab edilmiş, həmin müqavilələr əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar ləğv olunmuşdur. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizalarının rəylərinə əsasən cavabdehlər tərəfindən inşa edilmiş yaşayış evləri, köməkçi tikililər və hasarlar mübahisəli torpaq sahəsinin hüdudları daxilində yerləşir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən belə nəticəyə gəlmişdir ki, cavabdehlərə məxsus torpaq sahələri üzrə hüquqmüəyyənedici sənədlərin qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə etibarsız hesab edilməsi və həmin torpaq sahələrinin kənd sakinlərinin ümumi istifadəsində olan stadion ərazisinə aid olması cavabdehlər tərəfindən inşa edilmiş tikililərin qanunsuzluğunu şərtləndirir. Məhkəmə bu əsasla ictimai maraqların bərpası məqsədilə mübahisəli tikililərin sökülməsini və cavabdehlərin torpaq sahəsindən çıxarılmasını zəruri hesab etmişdir. Yüksək instansiya məhkəməsi isə yuxarıda qeyd edilən qərarında göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəyə müdaxilənin zəruriliyi, xüsusilə də tikililərin sökülməsinin ictimai maraqların qorunması baxımından zəruri olub-olmaması, mübahisəli torpaq sahəsinin faktiki istifadəsi, həmin ərazinin təyinatı üzrə istifadəsinin mövcud vəziyyətdə mümkün olub-olmaması və mülkiyyət hüququna müdaxilənin mütənasibliyi məsələlərini araşdırmamış, bununla da işin hallarını tam və hərtərəfli müəyyən etməmişdir. Bu səbəbdən iş yeni apellyasiya baxışına qaytarılmışdır. Ali Məhkəmənin göstərişlərini nəzərə alaraq bu istiqamətdə araşdırma aparan məhkəmə tərkibi qeyd edir ki, iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə cavabdehlərə mübahisəli torpaq sahələri üzrə verilmiş hüquqmüəyyənedici sənədlər və həmin sənədlərin əsasını təşkil edən alqı-satqı müqavilələri etibarsız hesab edilmişdir. Hazırkı iş üzrə araşdırmanın predmeti cavabdehlərin torpaq sahəsinə hüququnun olub-olmaması deyil, hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsindən sonra həmin torpaq sahəsində yerləşən tikililərin sökülməsinin konkret şəraitdə zəruri və mütənasib müdaxilə təşkil edibetməməsinin müəyyən edilməsidir. Bununla əlaqədar məhkəmə tərkibi ilk növbədə müəyyən etməlidir ki, cavabdehlərin mübahisəli torpaq sahəsində inşa etdikləri tikililərin sökülməsi barədə tələb ümumiyyətlə əmlakdan dinc istifadə hüququna müdaxilə təşkil edirmi? Məlum olduğu kimi, mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Haqlar istənilən şəkildə deyil, yalnız onların tanınma məqsədlərinə uyğun gəldiyi hədlər daxilində istifadə oluna bilər. Məhkəmələr hüquqi mübahisələrə baxarkən hüquqdan sui-istifadə hallarını tərəflərin irəli sürüb-sürməməyindən asılı olmayaraq nəzərə almalıdırlar. Əks halda, yəni hüquqdan suiistifadə halını nəzərə almadan çıxarılan məhkəmə qərarları başda konstitusiya olmaqla bütün qanunvericiliyə zidd olaraq ədalətsiz nəticələrin əmələ gəlmə səbəbi olar. Belə bir nəticə “ədalət mühakiməsi” anlayışının özünə kökündən ziddir. Hazırkı işin hallarından görünür ki, cavabdehlər mübahisəli torpaq sahələrini həmin dövrdə qüvvədə olan hüquqmüəyyənedici sənədlər əsasında əldə etmiş, mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, bundan sonra həmin torpaq sahələrində özlərinin və ailə üzvlərinin daimi yaşayışı üçün yaşayış evləri və digər yardımçı tikililər inşa etmişlər. Cavabdehlərin torpaq sahələrini əldə etdikləri və tikinti apardıqları dövrdə onların sərəncamında dövlət orqanları tərəfindən verilmiş hüquqmüəyyənedici sənədlər mövcud olmuş, həmin sənədlərin qanuni qüvvədə olmasına və etibarlılığına şübhə etmələrini tələb edən hər hansı hal müəyyən edilməmişdir. Belə olan halda, cavabdehlər həmin sənədlərə əsaslanaraq torpaq sahələrindən maneəsiz istifadə edəcəklərinə və inşa etdikləri yaşayış evlərini saxlayacaqlarına dair əsaslı gözləntiyə malik olmuşlar. Lakin sonradan hüquqmüəyyənedici sənədlərin məhkəmə qaydasında etibarsız hesab edilməsi cavabdehlərin artıq formalaşmış əmlak marağını və həmin tikililər üzərində yaranmış legitim gözləntisini aradan qaldırmamışdır. Bununla belə cavabdehlərin torpaq sahələri üzərində mülkiyyət hüquqlarına xitam verilmiş, həmin torpaq sahələrində yerləşən yaşayış evləri və digər tikililər torpaq sahəsinə hüquqi əsasın aradan qalxması səbəbindən özbaşına tikili statusu almışdır. Nəzərə alınmalıdır ki, cavabdehlərin əvvəldən məqsədi özbaşına tikinti aparmaq olmamışdır. Əksinə, onlar mübahisəli torpaq sahələrini dövlət qeydiyyatına alınmış hüquqmüəyyənedici sənədlər əsasında əldə etmiş, həmin sənədlərə etibar edərək özlərinin və ailə üzvlərinin daimi yaşayışı üçün yaşayış evləri inşa etmişlər. Tikililərin sonradan özbaşına tikili statusu alması isə cavabdehlərin ilkin iradəsindən və ya qanunsuz davranışından deyil, torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlərin sonradan məhkəmə qaydasında etibarsız hesab edilməsi nəticəsində baş vermişdir. Apellyasiya baxışı zamanı cavabdehlər tərəfindən mübahisəli tikililərin söküləcəyi təqdirdə onlara ödənilməli kompensasiya ilə bağlı inzibati məhkəmədə qaldırılmış iddiaların mövcudluğu əsas gətirilərək iş üzrə icraatın dayandırılması barədə vəsatət verilmişdir. Məhkəmənin ## #### 2024-cü il tarixli qərardadı ilə Şirvan İnzibati Məhkəməsinin icraatında olan həmin işlər üzrə yekun məhkəmə aktı qəbul edilənədək hazırkı iş üzrə icraat dayandırılmışdır. Sonradan Şirvan İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktları (## #### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı; ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı; ## ###### 2025-ci il tarixli; *-*(***)-****/**** saylı qərardadlar) ilə həmin iddialar mümkün sayılmamış, qərardadlardan verilmiş şikayətlər təmin edilməmişdir. Məhkəmələr belə nəticəyə gəlmişlər ki, cavabdehlərə məxsus yaşayış evləri faktiki olaraq sökülmədiyindən və onlara real zərər vurulmadığından kompensasiya tələbi irəli sürmək hüququ hələ yaranmamışdır. Məhkəmə tərkibi qeyd edir ki, hazırda cavabdehlər mübahisəli yaşayış evlərində yaşamaqda davam edir, həmin evlərdən özlərinin və ailə üzvlərinin daimi yaşayış yeri kimi istifadə edir, faktiki sahiblik və istifadə hüquqlarını həyata keçirirlər. Belə olan halda, onlar yalnız əmlakdan istifadə hüququndan deyil, eyni zamanda yaşayış yeri ilə bağlı formalaşmış faktiki vəziyyətdən də istifadə edirlər. Hazırkı mərhələdə cavabdehlərin kompensasiya almaq hüququ reallaşmış hüquq deyil, yalnız gələcəkdə tikililərin faktiki sökülməsi halında yarana biləcək hüquqdur. Beləliklə, tikililərin sökülməsi barədə qərarın icrası nəticəsində cavabdehlər ilk növbədə daimi yaşayış yerlərini itirəcək, ailələri ilə birlikdə həmin evləri tərk etməyə məcbur qalacaqlar. Bununla yanaşı, onların yaşayış şəraitinin necə təmin ediləcəyi, kompensasiyanın hansı müddətdə, hansı məbləğdə və ümumiyyətlə ödənilib-ödənilməyəcəyi əvvəlcədən müəyyən olunmamışdır. Başqa sözlə, cavabdehlər əvvəlcə yaşayış evlərindən məhrum olacaq, yalnız bundan sonra kompensasiya tələbi irəli sürmək imkanına malik olacaqlar. Məhkəmə tərkibi hesab edir ki, belə ardıcıllıq cavabdehlərin hüquqlarının effektiv müdafiəsini təmin etməyəcək. Çünki kompensasiya məsələsi əvvəlcədən həll edilmədən yaşayış evlərinin sökülməsi cavabdehləri qeyri-müəyyən hüquqi vəziyyətə salır, onların yaşayış yeri ilə bağlı hüquqlarının təmin edilməsini qeyri-müəyyən gələcək hadisədən asılı vəziyyətə gətirir və nəticə etibarilə onların üzərinə həddindən artıq fərdi yük qoyur. İddiaçılar isə ictimai maraq mövqeyindən çıxış edərək ictimai maraqların qorunması, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması və təyinatı üzrə istifadəsinin bərpa edilməsinin təmin olunması məqsədilə mübahisəli tikililərin sökülməsini zəruri hesab edirlər. Məhkəmə tərkibi nəzərə alır ki, hazırkı mübahisənin yaranmasına səbəb cavabdehlərin özbaşına və ya qanunsuz davranışı deyil, məhz yerli özünüidarəetmə orqanı olan Qəriblər bələdiyyəsi tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq mübahisəli torpaq sahələrinin özgəninkiləşdirilməsi olmuşdur. Odur ki, hazırkı vəziyyətdə qanunsuz hərəkətlərin mənfi nəticələrinin bütövlükdə cavabdehlərin üzərinə qoyulması hüquqların ədalətli tarazlığı prinsipinə uyğun hesab edilə bilməz. Bununla yanaşı, iş materiallarından görünür ki, Qəriblər bələdiyyəsinin 2007-ci il tarixli, ** nömrəli qərarı ilə 0,60 ha torpaq sahəsi kənd stadionu üçün ayrılmış, lakin sonradan bələdiyyənin ## #### 2018-ci il tarixli, ** nömrəli qərarı ilə idman meydançasının yerinin dəyişdirilməsi və Qəriblər kəndinin cənub hissəsində müasir standartlara cavab verən yeni idman meydançasının inşa edilməsi qərara alınmışdır. Beləliklə, iddiaçıların istinad etdikləri ictimai marağın təmin olunması üçün alternativ həll yolu artıq yerli özünüidarəetmə orqanı tərəfindən müəyyən edilmişdir. Bu isə onu göstərir ki, kənd sakinlərinin idman və istirahət hüquqlarının təmin edilməsi mütləq qaydada məhz cavabdehlərin yaşayış evlərinin sökülməsindən asılı deyildir. Belə olan halda, cavabdehlərin daimi yaşayış evlərinin sökülməsi ictimai marağın (təxirəsalınmaz ictimai tələbatın) təmin edilməsi üçün yeganə və təxirəsalınmaz vasitə kimi qiymətləndirilə bilməz. Əks nəticə, qanunsuzluğun yaranmasında təqsiri olmayan cavabdehlərin üzərinə bələdiyyənin qanunsuz hərəkətlərindən irəli gələn qeyri-mütənasib yükün qoyulmasına səbəb olardı. Bu səbəbdən də eyni qanuni məqsədə cavabdehlərin fundamental hüquqlarına daha az müdaxilə edən vasitələrlə nail olunması mümkün olduğu halda, onların yaşayış evlərinin sökülməsi ən ağır müdaxilə forması kimi zərurilik və mütənasiblik meyarlarına cavab vermir. İddiaçılar həmçinin bildirirlər ki, cavabdehlər mübahisəli tikililəri inşa etdikləri zaman tərəflər arasında artıq mübahisə mövcud olmuş, bu səbəbdən də tikintini öz riskləri ilə davam etdirmişlər. Lakin tikinti işlərinin aparıldığı dövrdə cavabdehlər mübahisəli torpaq sahələri üzərində dövlət qeydiyyatına alınmış hüquqmüəyyənedici sənədlərə malik olmuş, həmin sənədlərin etibarlı və hüquqi qüvvədə olduğuna inanmaq üçün obyektiv əsaslara sahib olmuşlar. Tərəflər arasında mübahisənin yaranması özlüyündə cavabdehləri qüvvədə olan rəsmi sənədlərin hüquqi nəticələrinə etibar etmək hüququndan məhrum etmirdi. Dövlət tərəfindən verilmiş və qanunla müəyyən edilmiş qaydada qüvvədə olan hüquqmüəyyənedici sənədlərə əsaslanan şəxslərdən həmin sənədlərin gələcəkdə məhkəmə qaydasında etibarsız hesab ediləcəyini qabaqcadan görmələri və buna uyğun davranmaları tələb oluna bilməz. Buna görə də cavabdehlərin tikinti işlərini davam etdirmələri onların vicdansız davranışı kimi deyil, dövlət orqanları tərəfindən verilmiş rəsmi sənədlərə və onların hüquqi qüvvəsinə əsaslı etibarın nəticəsi kimi qəbul edilməlidir. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən ədalətli araşdırma aparılmamış, iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verməmişdir. Buna görə də hazırkı iş üzrə iddia tələbinin təmin edilməsi mülki hüquqda qəbul olunmuş dürüstlük, ədalət və mütənasiblik prinsiplərinə uyğun gəlməz, qanunsuz hərəkətlərin nəticələrinin bütövlükdə vicdanla hərəkət etmiş cavabdehlərin üzərinə qoyulmasına gətirib çıxarar ki, bu da hüququn məqsədinə və ədalət mühakiməsinin mahiyyətinə uyğun hesab edilə bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Masallı Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli *(***)-**/**** saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməlidir. Məhkəmə tərkibi qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi rədd edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat ekspertiza xərci birgə iddiaçılar iddiaçı1 və X5 müştərək qaydada tutularaq dövlət büdcəsinə Az.MEM, VÖEN **********, X21, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ01360100000000003944, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: Cavabdehlər cavabdeh3, X6 və cavabdeh2 apellyasiya şikayəti təmin edilsin. Masallı Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli *(***)-**/**** saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat ekspertiza xərci birgə iddiaçılar iddiaçı1 və X5 müştərək qaydada tutularaq dövlət büdcəsinə Az.MEM, VÖEN **********, X21, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ01360100000000003944, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına keçirilsin. Tərəflərin çəkdiyi məhkəmə xərcləri özlərinə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar