Məhkəmə qərarları › İş №2(106)-815/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-815/2025

14.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-815/2025 14.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət məhkəmə tərkibində, Rüstəmov Cavid Emin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “vərəsəlik hüququ üzrə miras əmlakının dəyərinin müəyyən edilməsi, əmlakın dəyərinin bölünməsi və iddiaçıya cavabdeh tərəfindən ödənilməsi” tələbi barədə ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair mülki iş üzrə Neftçala Rayon Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli 2(053)-15/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri 18 saylı Notariat Kontoru tərəfindən cavabdehə verilən xx.xx.2020-ci il tarixli X3 qalan Bakı şəhəri Xətai rayonu Xocalı prospekti ev 8 ünvanında 64 nömrəli 2 otaqlı ümumi sahəsi 47,6 kv.metr mənzilinin hərraca çıxarılmaqla satılmasını və dəyərinin ½ hissəsinin iddiaçıya verilməsi, 1998-ci il buraxılışlı “Mercedes E-240” minik markalı ** KT *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin bazar qiymətinin müəyyən edilməsi və dəyərinin ½ hissəsinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi, X3 miras qalmış: 1 ədəd üzərində qaşı olan kişi qızıl üzüyü, 2 ədəd üzərində qaşı olan qadın qızıl üzüyü, 1 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl qolbağı, 2 ədəd üzərində altı qaşı olan qadın qızıl sırğası, 7 ədəd qızıl dişi, 6403 ABŞ dolları məbləğində pul, 74 Yuan Çin pulu, 200 rus rublu, 1 ədəd qara rəngli “Samsung” markalı planşeti, 1 ədəd “Samsung” markalı mobil telefonuna dair əmlakının dəyərinin müəyyən edilməsi ilə 1⁄2 hissəsinin cavabdeh tərəfindən İddiaçı ödənilməsi, məhkəmə zamanı cavabdeh tərəfinin daşınar miras əmlakına dair iddiaçıya borclu olması və həmin borcu ödəməyinə imkansız olması yaxud onu ödəməkdən açıq şəkildə imtina edilməsi müəyyən edildikdə, tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsi, məhkəmə xərclərinə aid iddiaçı tərəfindən vəkilin iştirakı üçün 100 manat vəkil orderinə, dövlət rüsumuna 100 manat, cəmi isə 200 manat məbləğində xərclənmiş pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İmanova X6 Tofiq Balaş oğluna qarşı ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi, ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mərhum X5 dəfni, hüzr mərasimi, keçirilən mərasim məclisləri, qəbir kompleksinin hazırlanması, mərhumun evində, avtomaşınında aparılan təmir işləri, mərhumla bağlı görülən digər işlərlə əlaqədar çəkilən xərclərə aid edilməsi, Cavabdeh tərəfindən miras əmlakın pulundan əlavə xərclədiyi 20000 manat pula vərəsə kimi aid edilməsi, mərhum X5 mərasim məclislərinə miras əmlakın pulundan əlavə xərclənmiş 20000 manat pulun yarısı olan 10000 manat məbləğində pul, ödənilmiş 130 manat məbləğində dövlət rüsumu və 200 manat ödənilmiş vəkil pulu cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə tutulması barədə qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. İlkin iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mərhum X5 dəfni, hüzr mərasimi, keçirilən mərasim məclisləri, qəbir kompleksinin hazırlanması, mərhumun evində və avtomaşınında aparılan təmir işləri, mərhumla bağlı görülən digər işlərlə əlaqədar çəkilən 68000 manat xərclərə aid edilməsi və həmin 68000 manat pulun yarısı olan 34000 manat pul ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə tutulması, Cavabdeh tərəfindən miras əmlakın pulundan əlavə xərclədiyi 20000 manat pula vərəsə kimi aid edilməsi, mərhum X5 mərasim məclislərinə miras əmlakın pulundan əlavə xərclənmiş 20000 manat pulun yarısı olan 10000 manat məbləğində pul, ödənilmiş 130 manat məbləğində dövlət rüsumu və 200 manat ödənilmiş vəkil pulu, cəmi 44330 manat pul cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək məhkəmədən Bakı şəhəri 18 saylı Notariat Kontoru tərəfindən cavabdehə verilən xx.xx.2020-ci il tarixli X3 qalan Bakı şəhəri Xətai rayonu Xocalı prospekti ev 8 ünvanında 64 nömrəli 2 otaqlı, ümumi sahəsi 47,6 kv.metr mənzilinin naturada bölünməsi, bu hal mümkün olmasa, hərraca çıxarılmaqla satılması və dəyərinin ½ hissəsinin iddiaçıya verilməsi, 1998-ci il buraxılışı “Mercedes E-240” minik markalı ** KT *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin alqı-satqı qiymətinin müəyyən edilməsi və dəyərinin ½ hissəsinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi, X3 miras qalmış: 1 ədəd üzərində qaşı olan kişi qızıl üzüyü, 2 ədəd üzərində qaşı olan qadın qızıl üzüyü, 1 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl qolbağı, 2 ədəd üzərində altı qaşı olan qadın qızıl sırğası, 7 ədəd qızıl dişi, 6403 ABŞ dolları məbləğində pul, 1 ədəd qara rəngli “Samsung” markalı planşeti, 1 ədəd “Samsung’ markalı mobil telefonuna dair əmlakının dəyərinin müəyyən edilməsi ilə ½ hissəsinin cavabdeh tərəfindən İddiaçı ödənilməsi, məhkəmə zamanı cavabdeh tərəfindən iddiaçıya borclu olması və onun həmin borcu digər qayda ilə ödəməkdən imtina etməsi faktı müəyyən edildikdə, tutmanın borcluya aid miras payından çıxarılıb iddiaçının payına birləşdirilməsi yolu ilə yönəldilməsi, məhkəmə xərclərinə aid iddiaçı tərəfindən vəkilin iştirakı üçün 100 manat vəkil orderinə, dövlət rüsumuna 100 manat, cəmi isə 200 manat məbləğində xərclənmiş pulun, cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2022-ci il tarixli iddia ərizəsinə iddianın dəyişdirilməsinə dair iddia ərizəsinə dəqiqləşdirmə verərək, MPM-in 21, 164.1, 165.1, 215, 216, 220.6, 224-ci maddələrinə əsasən qəti olaraq aşağıda qeyd edilən iddia tələblərini vermişdir: Bakı şəhəri 18 saylı Notariat Kontoru tərəfindən cavabdehǝ verilən 05 noyabr 2020-ci il tarixli, X3 qalan Bakı şəhəri Xətai rayonu Xocalı prospekti ev 8 ünvanında 64 №-li, 2 otaqlı ümumi sahəsi 47,6 m2-li mənzilinin naturada bölünməsini və bu hal mümkün olmasa - hərraca çıxarılmaqla satılmasını və dəyərinin ½ hissəsinin iddiaçıya verilməsini; 1998-ci il buraxılışı “Mercedes E-240” minik markalı ** KT *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin satış qiymətinin ½ hissəsi olan 5500 manat pulun cavabdeh tərəfindən iddiaçıya ödənilməsini; X3, həmçinin İddiaçı ½ hissəsinin mirasdan qalmış: 1 ədəd üzərində qaşı olan kişi qızıl üzüyü, 2 ədəd üzərində qaşı olan qadın qızıl üzüyü, 1 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl qolbağı, 2 ədəd üzərində altı qaşı olan qadın qızıl sırğası, 7 ədəd qızıl dişinə aid - 1100 manat pulun və, 6403 ABŞ dollarına aid - 3201,5 ABŞ dolları məbləğinin İddiaçı ödənilməsini; MM-in 224-cü maddəsinin 1 və 2-ci hissələrinə əsasən- məhkəmə zamanı cavabdeh tərəfindən iddiaçıya borclu olması və onun həmin borcu digər qayda ilə ödəməkdən imtina etməsi faktı müəyyən edildikdə, tutmanın borcluya aid miras payından çıxarılıb iddiaçının payına birləşdirilməsi yolu ilə yönəldilməsini; Məhkəmə xərclərinə aid, iddiaçı tərəfindən vəkilin iştirakı üçün 221 manat vəkil orderinə, dövlət rüsumuna 100 manat, cəmi 321 manat məbləğində xərclənmiş pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 işin 06 noyabr 2024-cü il tarixli məhkəmə hazırlıq iclasında ilkin iddia ərizəsi üzrə iddia tələbinin həcminin dəyişməsi barədə ərizə təqdim edərək iddia tələbi olan X3 qalan Bakı şəhəri Xətai rayonu ünvan 1 saylı 2 otaqlı ümumi sahəsi 47,6 m2 olan mənzilin naturada bölünməsindən imtina etdiyini bildirmişdir. Əlavə olaraq ərizədə qeyd etmişdir ki, 20 avqust 2024-cü ildə tərəflər hissəvi razılaşaraq həmin mənzili alqı-satqı müqaviləsinə əsasən notarial qaydada satmış və satış məbləği olan 110000 manatı aralarında bölmüşlər. Beləliklə, İddiaçı iddia tələblərindən Bakı şəhəri Xətai rayonu Xocalı prospekti ev 8 ünvanında yerləşən 64 saylı mənzilin naturada bölünməsi barədə tələbini çıxarmış və qalan iddia tələblərinin ödənilməsini xahiş etmişdir. Neftçala Rayon Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı 1998-ci il buraxılışlı “Mercedes Benz E 240” minik markalı ** KT *** dövlət qeydiyyat nişanlı avtomobildəki payına uyğun olaraq satış qiymətinin ½ hissəsi olan 5500 manat pul X3, həmçinin İddiaçı ½ hissəsinin mirasdan qalmış 1 ədəd üzərində qaşı olan kişi qızıl üzüyü, 2 ədəd üzərində qaşı olan qadın qızıl üzüyü, 1 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl qolbağı, 2 ədəd üzərində altı qaşı olan qadın qızıl sırğası, 7 ədəd qızıl dişdə olan payına uyğun olaraq 1100 manat pulun və 6403 ABŞ dolları pul vəsaitində olan payına uyğun olaraq ödəniş gününə qüvvədə olan məzənnə ilə 3201,5 (üç min iki yüz bir dollar əlli sent) ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı, həmçinin ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun və vəkilə ödənilmiş xidmət haqqının əvəzinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi müəyyən edilmişdir. Qarşılıqlı iddia qismən təmin edilməklə İddiaçı 600 manat məbləğində pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq Cavabdeh ödənilməsi, Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumunun 100 manatlıq hissəsinin onun özünə aid edilməsi və qarşılıqlı iddianın qalan hissələrdə rədd edilməsi qət edilmişdir. İmanova X7 Rayon Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək İddiaçı iddia tələbinin təmin olunması hissəsində ləğv olunmasını, yeni qətnamə qəbul edilməklə öz iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, Neftçala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin, Mülki-Prosessual Məcəlləsinin tələbləri səhv təfsir edilmiş, qanunsuz, əsassız və ədalətsiz qətnamə qəbul edilmişdir. Belə ki, İddiaçı 1998ci il buraxılışlı “Mercedes Benz E 240” minik markalı ** KT *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh verdiyi etibarnamə əsasında X12 tərəfindən X9 5000 manata satılmasına baxmayaraq, avtomaşının satış pulunun ½ hissəsi 2500 manat hesablanması əvəzinə, Elçin Muxtarov tərəfindən öz hesabına həmin avtomaşının təmirinə və hissələrinin dəyişdirilməsinə 6000 manat xərc çəkilməsinə baxmayaraq, 11000 manata başqa şəxsə satılmasının ½ hissəsi olaraq 5500 manat hesablanmışdır. Eyni zamanda, mərhum X5 dəfn xərclərini, 3, 7, 40, 1 (bir) ilinin tamam olması məclislərini, ölümündən 40 gününə kimi bütün “cümə axşamı” məclislərini, qəbirin yerinin Şüvəlandan xristian qəbirstanlığından Yasamal müsəlman qəbirstanlığına öz doğmalarının qəbirlərinin yanına dəyişdirilməsini, mərhum anasının və qardaşının məzarının yanında dəfn olunmasını, bununla bağlı 10000 manatdan çox xərc çəkməsini, qara mərmərdən 3 nəfərin birlikdə qəbir üstü kompleksinin, qara mərmərdən məzar daşının və qara mərmərdən baş daşının, qara mərmərdən sinə daşının, qəbrlərin yerinin qara mərmərdən döşənilməsini təmin etmişdir və 9388,77 manat (doqquz min üç yüz səksən səkkiz manat yetmiş yeddi qəpik) xərc çəkilmişdir. Məmmədov Səfərin qəbir yerinin dəyişdirilməsi məqsədi ilə dini şəriət qaydalarına, adətənənələrinə uyğun axundun və mollanın iştirakı ilə yenidən dəfn, 3,7,40, bütün cümə axşamları və il məclislərinin verilməsini, ehsan məclislərinin keçirilməsini təmin etmişdir. Məhkəmə hansısa səbəbdən bunları nəzərə almamış və obyektiv qiymətləndirməmişdir. Məhkəmə tərəfindən MPM-in 385-389-cu maddələrinin tələbləri kobud surətdə pozulmuşdur. Belə ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir. Qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onlar (və ya səlahiyyətli nümayəndələri) məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İŞİNHALLARİ: İşdə olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri 18 saylı Notariat Kontoru tərəfindən mərhum X10 məxsus Bakı şəhəri Xətai rayonu ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 47,6 kv.metr, yaşayış sahəsi 28,81 kv.metr, yardımçı sahəsi 18,79 kv.m olan 2 otaqlı mənzilə dair verilmiş xx.xx.2020-ci il tarixli, habelə “Mercedes-Benz E 240” minik markalı ** KT *** dövlət qeydiyyat nişanlı avtomobilə dair verilmiş xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, X10 məxsus olmuş miras əmlakların - Bakı şəhəri Xətai rayonu ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 47,6 kv.metr, yaşayış sahəsi 28,81 kv.metr, yardımçı sahəsi 18,79 kv.metr olan 2 otaqlı mənzilin, 1988-ci il buraxılışlı, “Mercedes Benz E 240” minik markalı ** KT *** dövlət qeydiyyat nişanlı avtomobilin, 1 ədəd üzərində qaşı olan kişi qızıl üzüyünün, 2 ədəd üzərində qaşı olan qadın qızıl üzüyünün, 1 ədəd qızıl boyunbağının, 1 ədəd qızıl qolbağının, 2 ədəd üzərində altı qaşı olan qadın qızıl sırğasının, 7 ədəd qızıl dişin, 1 ədəd qara rəngli “Samsung” markalı planşetin, 1 ədəd “Samsung” markalı mobil telefonun, 6403 ABŞ dolları məbləğində pulun, 74 Yuan Çin pulunun, 200 Rusiya rublunun 1\2 hissəsinə İddiaçı vərəsə olmasının tanınması, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. xx.xx.2021-ci il tarixli 2V-450 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X5 vərəsələri İddiaçı və o, miras əmlakdan ½ hissədə pay almalıdır. Digər vərəsə Cavabdeh ½ hissədə payı açıq qalır. Şəhadətnamədə verilən miras əmlak X10 məxsus olan 1 ədəd üzərində qaşı olan kişi üzüyü, 2 ədəd üzərində qaşı olan qadın qızıl üzüyü, 1 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl qolbağı, 2 ədəd üzərində altı qaşı olan qadın qızıl sırğası, 7 ədəd qızıl diş, 1 ədəd qara rəngli “Samsung” markalı planşet, 1 ədəd “Samsung” markalı mobil telefon, 6403 ABŞ dolları, 74 Yuan Çin pulu, 200 Rusiya rublunun ½ hissəsindən ibarətdir. xx.xx.2021-ci il tarixli 2V-451 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X5 vərəsələri İddiaçı və o miras əmlakdan ½ hissədə pay almalıdır. Digər vərəsə Cavabdeh ½ hissədə payı açıq qalır. Şəhadətnamədə verilən miras əmlak Ağcabədi RQİTBŞ-nin xx.xx.2021-ci il tarixli BD169346 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WBD2100611A749719, mühərrik nömrəsi **********2477 və buraxılış ili 1998-ci il olan “Mercedes Benz E240” minik markalı ** OS *** nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. xx.xx.2021-ci il tarixli 2V-452 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X5 vərəsələri İddiaçı və o miras əmlakdan ½ hissədə pay almalıdır. Digər vərəsə Cavabdeh ½ hissədə payı açıq qalır. Şəhadətnamədə verilən miras əmlak Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə X10 verilmiş **********45- 05101-093038 reystr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri Xətai rayonu ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 47.6 kv.m, yaşayış sahəsi 28.81 kv.m, yardımçı sahəsi 18.79 kv.m, 2 otaqlı olan mənzildəki ½ hissədən ibarətdir. xx.xx.2020-ci il tarixli 2V-161 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X5 vərəsələri Cavabdeh və o miras əmlakdan ½ hissədə pay almalıdır. Şəhadətnamədə verilən miras əmlak DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, AB565103 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WDB2100611A749719, mühərrik nömrəsi **********2477 və buraxılış ili 1998-ci il olan “Mercedes Benz E240” minik markalı ** OS *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Satıcı Cavabdeh ilə alıcı X14 arasında bağlanılmış xx.xx.2020-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, ban nömrəsi WDB2100611A749719, mühərrik nömrəsi **********2477 və buraxılış ili 1998-ci il olan “Mercedes Benz E240” minik markalı ** OS *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi satıcı tərəfindən 11.000 manata alıcıya satılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixə təyin edilmiş məhkəmə iclası zamanı iş üzrə şahid qismində dindirilmiş X14 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, “o mərhum X15 ilə yaxın dost olmuş, onunla eyni sinifdə oxumuş və qonşu olmuşlar. Mərhumun bütün dəfn və mərasim xərclərini Cavabdeh özü qarşılamışdır. Mərhumdan qalan avtomobili 6000 manata o almış, 5000 manat da təmiri üçün xərclənmiş və dövlət nömrə nişanı alaraq 11000 manata üçüncü şəxsə satmışdır. Mərhum dəfn olduğu yerdən çıxarılaraq, Yasamal qəbiristanlığında anasının və qardaşının yanında dəfn edilmiş və onların məzarının hazırlanması üçün Cavabdeh tərəfindən 10000 manat pul verilmişdir. Mərhumdan qalan qızıl-zinyət əşyaları isə 2200 manata satılmışdır. Mərhumdan qalan maşının və qızılların satışından əldə olunan pullar evin təmirinə və yas mərasiminin keçirilməsinə xərclənmişdir. Bütün bu proseslərdə o və X12 birlikdə iştirak etmişlər. O, X19 Tofiq adlı qardaşının olmasını yalnız onun dəfnində öyrənmişdir”. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixə təyin edilmiş məhkəmə iclası zamanı iş üzrə şahid qismində dindirilmiş X12 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, “o, 45 ildir ki, mərhum Səfər Məmmədovu tanıyırdı, onlar eyni məktəbdə oxumuş və qonşu olaraq yaşamışdır. Mütəmadi olaraq mərhumun evinə gedişgəlişi olmuşdur. Mərhum ilk olaraq xristian qəbiristanlığında dəfn olunan zaman o, iştirak etməmiş, qardaşı İddiaçı orda olmuşdur. Mərhumdan qalan qızıl və maşının satışından qalan pullar evin təmir olunmasına və hüzr mərasiminin keçirilməsinə xərclənmişdir. Mərhum dəfn olduğu yerdən çıxarılaraq, Yasamal qəbiristanlığında anasının və qardaşının yanında dəfn edilmiş və onların məzarının hazırlanması üçün Cavabdeh tərəfindən 10000 manat pul verilmişdir. X19 hüzr mərasimi Cavabdeh tərəfindən ödənilmişdir”. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixə təyin edilmiş məhkəmə iclası zamanı iş üzrə şahid qismində dindirilmiş; X2 ifadəsində göstərmişdir ki, “Səfər Məmmədov ilə ailəvi yaxın olmuşdur. Mərhumun vəfat etdiyi günün səhəri o, hüzr mərasimində molla olaraq həm ilkin məclisi aparmışdır. Hüzr mərasimində iştrak etdiyinə görə təxminən 700 manat məbləğində pul ona Cavabdeh tərəfindən ödəniş edilmişdir və mərasimdə də digər xərclərin Cavabdeh tərəfindən ödənildiyini eşitmişdir”. X13 ifadəsində göstərmişdir ki, “mərhum ilkin olaraq rus qəbiristanlığından dəfn edilmiş, sonradan mərhumun nəşi Yasamal qəbiristanlığına köçürülmüşdür. O, dəfndə iştirak etmişdir. Dəfndə və hüzr mərasimlərinin keçirilməsi üçün pul Cavabdeh tərəfindən ödənilmişdir”. 18 avqust 2023-cü il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclası zamanı şahid qismində dindirilmiş; X12 ifadəsində bildirmişdir ki, 45 ildir mərhum Səfər Məmmədovu tanımışdır. Onlar eyni məktəbdə oxumuş və qonşu olaraq yaşamışlar. Mütəmadi olaraq mərhumun evinə gediş-gəlişi olmuşdur. Səfər Məmmədov ilk olaraq xristian qəbiristanlığında dəfn olunan zaman o, iştirak etməmiş, onun qardaşı İddiaçı orada olmuşdur. Mərhumdan qalan qızıl və maşının satışından qalan pullar evin təmir olunmasına və yas mərasiminin keçirilməsinə xərclənmişdir. Mərhum dəfn olunduğu yerdən çıxarılaraq, Yasamal qəbiristanlığında anasının və qardaşının yanında dəfn edilmiş və onların məzarının hazırlanması üçün Cavabdeh tərəfindən 10.000 manat pul verilmişdir. X19 yas mərasiminin xərcləri Cavabdeh tərəfindən ödənilmişdir. X14 ifadəsində bildirmişdir ki, mərhum X15 ilə yaxın dost olmuş, onunla eyni sinifdə oxumuş və qonşu olmuşlar. Mərhumun bütün dəfn və yas mərasim xərclərini Cavabdeh özü qarşılamışdır. Mərhumdan qalan avtomobili o, 6.000 manata almış, 5000 manat da təmiri üçün xərclənmiş, 11.000 manata üçüncü şəxsə satmışdır. Mərhum dəfn olunduğu yerdən çıxarılaraq, Yasamal qəbiristanlığında anasının və qardaşının yanında dəfn edilmiş və onların məzarının hazırlanması üçün Cavabdeh tərəfindən 10.000 manat pul verilmişdir. Mərhumdan qalan qızıl-zinət əşyaları isə 2.200 manata satılmışdır. Mərhumdan qalan maşının və qızılların satışından əldə olunan pullar evin təmirinə və yas mərasiminin keçirilməsinə xərclənmişdir. Bütün bu proseslərdə o və X12 birlikdə iştirak etmişlər. O, X19 Tofiq adlı qardaşının olmasını yalnız dəfndə öyrənmişdir. “Nikah haqqında”şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə X4 arasında nikah 13 iyul 1983-cü ildə 281 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş, nikahdan sonra Ruqiyyə İmanqulu qızı “Təhməzova” soyadını qəbul etmişdir. 22 aprel 2024-cü il tarixli 3-16-16/2-10/7462 saylı Məhkəmə mühəndis-texniki ekspert rəyinin nəticəvi hissəsində qeyd edilmişdir ki, “Bakı şəhəri Xətai rayonu Xocalı prospekti ev 8 ünvanında 64 nömrəli, 2 otaqlı, ümumi sahəsi 47.6 kv.m (Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda isə daşınmaz əmlakın ümumi sahəsi 51.24 kv.m) olan mənzilin faktiki vəziyyətinə görə mənzilin yalnız bir giriş-çıxış yolu olduğuna və tərkiblərində olan kommunal xidmətli sahələrni (mətbəx, dəhliz, və s.) yalnız bir ailənin yaşaması üçün nəzərdə tutulduğuna görə, İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik əsasların tələblərinə uyğun mənzilin tərəflərin payına uyğun olaraq bölünməsi texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir”. 23 sentyabr 2024-cü il tarixli 9/49xx-xx/4796 saylı məhkəmə mühəndis-texniki ekspertizası, tikinti-texniki obyektlərinin tədqiqi və ərzaq və sənaye mallarının əmtəəşünaslıq tədqiqi haqqında ekspert rəyinin nəticəvi hissəsində qeyd edilir ki, “Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Bakı şəhəri Xətai rayonu Xocalı prospektində yerləşən 8 nömrəli evin 64 nömrəli mənzilinin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 115000.0 manat məbləğində müəyyən edilmişdir. İşin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş hallarına əsasən iddiaçı ilə cavabdeh doğma qardaş bacı, X15 isə onların ögey (ana bir, ata ayrı) qardaşları olmuşdur. X5 mülkiyyətində xx.xx.2015-ci il tarixdə dövlət qeydiyyatına alınmış (Qeydiyyat nömrəsi: **********) Bakı şəhəri Xətai rayonu Xocalı prospekti ev 8 ünvanında yerləşən 64 saylı mənzil, “Mercedes Benz E 240” minik markalı ** KT *** dövlət qeydiyyat nişanlı avtomobil və DİN Maliyyə-Plan İdarəsinin depozitində saxlanılan qızıl-zinət əşyaları və pul vəsaiti olmuşdur. X15 xx.xx.2019-cu il tarixdə ölmüş və ondan miras qalmış mənzilə dair xx.xx.2020-ci il tarixdə, “Mercedes Benz E 240” minik markalı ** KT *** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2020-ci il tarixdə yalnız cavabdehə qanun üzrə vərəsəlik şəhadətnamələri verilmişdir. Qanuni qüvvəsini almış həmin məhkəmə qətnaməsi ilə Bakı şəhəri Xətai rayonu ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 47,6 kv.metr, yaşayış sahəsi 28,81 kv.metr, yardımçı sahəsi 18,79 kv.metr olan 2 otaqlı mənzilin, 1988-ci il buraxılışlı, “Mercedes Benz E 240” minik markalı ** KT *** dövlət qeydiyyat nişanlı avtomobilin, 1 ədəd üzərində qaşı olan kişi qızıl üzüyünün, 2 ədəd üzərində qaşı olan qadın qızıl üzüyünün, 1 ədəd qızıl boyunbağının, 1 ədəd qızıl qolbağının, 2 ədəd üzərində altı qaşı olan qadın qızıl sırğasının, 7 ədəd qızıl dişin, 1 ədəd qara rəngli “Samsung” markalı planşetin, 1 ədəd “Samsung” markalı mobil telefonun, 6403 ABŞ dolları məbləğində pulun, 74 Yuan Çin pulunun, 200 Rusiya rublunun 1/2 hissəsinə İddiaçı vərəsə olması tanındıqdan sonra sonuncuya xx.xx.2021-ci il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. MM-in 1133-cü madddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. MM-in 1151.1-ci madddəsinə əsasən mirasa miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. MM-in 159.1.1-ci madddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsələr sayılırlar. MM-in 1159.1.3-cü madddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. MM-in 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Bununla yanaşı məhkəmə kollegiyası diqqətə çatdırır ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarında göstərilmişdir ki, qanunvericinin müəyyən etdiyi (Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş) müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Qeyd edilən qərarda eyni zamanda, göstərilmişdir ki, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə tərkibi belə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlir, işin müəyyən edilmiş faktiki hallarına, habelə qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq düzgün hüquqi qiymət verilmişdir. Beləliklə, hazırkı iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin əsassız və qanunsuz sayılması üçün yetərli əsas deyildir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə tərkibi məhkəmə xərclərinə dair hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilməlidir. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 76, 89, 217, 372, 384, 385, 392-393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Neftçala Rayon Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli 2(053)-15/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar