Məhkəmə qərarları › İş №2(106)-822/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-822/2025

24.06.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-822/2025 24.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X12 (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X6 ibarət məhkəmə tərkibində, Əliyev Kamran Sabir oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi vəkil Nümayəndə1, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və onların nümayəndəsi vəkil Nümayəndə2 iştirakları, İddiaçı Cavabdeh2, Cavabdeh1 və Şirvan şəhəri 1 saylı notariat ofisinə qarşı bağışlama müqavilələrinin etibarsız hesab olunması və çıxarışların ləğvi tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 24 iyul 2024-cü il tarixli 2(032)-758/2024 saylı qətnaməsindən cavabdehlərin nümayəndəsi vəkil Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şirvan şəhəri Məhəmməd Əsədov küçəsi ev 3 ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən X7 məxsus olmuşdur. X1 şəhəri 1 saylı DNK-nun təsdiq etdiyi 4Ə-1/403 nömrəli bağışlama müqaviləsi və həmin müqavilə əsasında tərtib edilmiş 7E-7/6052-6053 nömrəli bölgü planı sənədinə uyğun olaraq Şirvan şəhəri Məhəmməd Əsədov küçəsi, 3 saylı fərdi yaşayış evinin yerləşdiyi 0.06 ha torpaq sahəsindən 0.03 ha hissəsini oğlu X10 bağışlamışdır. X17 0.03 ha torpaq sahəsinə dair xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmışdır. xx.xx.2019-cu il tarixli etibarnaməyə əsasən İddiaçı mülkiyyətində olan “QAZ 2705” yük markalı ** BX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Atayev Babaş Elman oğluna idarə etmək üçün etibarnamə vermişdir. X2 şəhəri Məhəmməd Əsədov küçəsi 3A ünvanında yerləşən 0.03 ha torpaq sahəsini ünvan 2q olunmuş xx.xx.2019-cu il tarixli 4Ə-693 nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı satmışdır, İddiaçı həmin müqavilə əsasında xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış sənədi ilə hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmışdır, İddiaçı ünvan 3 ünvanda yerləşən 0.03 ha torpaq sahəsini xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış, AA 006021 nömrəli torpaq sahəsinin plan və ölçü sənədi ilə adına rəsmiləşdirmiş və üzərində inşa edilmiş fərdi yaşayış evinə dair X4 təqdim edərək xx.xx.2019-cu il tarixli ********** nömrəli çıxarışa əsasən fərdi yaşayış evini öz adına qeydiyyata aldırmışdır. xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı mülkiyyətində olan “QAZ 2705” yük markalı ** BX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Atayev Babaş Elman oğluna idarə etmək üçün etibarnamə vermişdir. xx.xx.2022-ci il tarixli AR-İİ 816232 nömrəli etibarnaməyə əsasən İddiaçı Cavabdeh2 xx.xx.2025-ci il tarixədək Baş etibarnamə vermişdir. xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, İddiaçı mülkiyyətində olan “QAZ 2705” yük markalı ** BX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onun adından səlahiyyətli nümayəndə olaraq Cavabdeh1 Əlvan qızı tərəfindən Atayev Babaş Elman oğluna idarə etmək üçün etibarnamə vermişdir. Şirvan şəhər polis şöbəsinin 21 fevral 2024-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən 11 fevral 2024-cü il tarixdə Şirvan şəhəri M.Əsədov küçəsi ev 3A İddiaçı DİN-nin 102 xidmətinə müraciət edərək, o, Türkiyədə yaşayan zaman anası Təranənin ona məxsus evin sənədlərinin oğurlamasını bildirmiş, sonradan o, ərizə ilə Şirvan ŞPŞ-yə müraciət edərək anasının evin sənədlərinin qaytarılmasını bildirərək heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 16(032)-36/2024 nömrəli icra vərəqəsinə və Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin 166555/10-20 saylı məktubuna əsasən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 13 saylı Şirvan ərazi idarəsi tərəfindən xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə qadağanın qeydiyyatı aparılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsindən göndərilmiş sənədlərə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətində qeyd edilmişdir ki, İddiaçı Şirvan şəhəri M.Əsədov küçəsi ev 3A (Yeni qaydalarla AZ1800 ünvan 5 fərdi yaşayış evi və 0,021 ha torpaq sahəsi daşınmaz əmlak üzərində hüququ daşınmaz əmlakın dövlət reyestrində 24 nömrəli reyestr kitabının 36 nömrəli vərəqəsində xx.xx.2019-cu ildə qeydiyyata alınmışdır. ünvan 4 ünvanladığı xx.xx.2024-cü il tarixli 503 nömrəli məktuba əlavə edilmiş notariat işindən görünür ki, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən İddiaçı təmsil edən Cavabdeh2 İddiaçı mülkiyyətində olan Şirvan şəhəri M.Əsədov küçəsi ev 3A (Yeni qaydalarla AZ1800 ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 175.6 kv.m. olan fərdi yaşayış evi və 0,3 ha toraq sahəsinin paylı mülkiyyət hüququ üzrə ona məxsus olan hissəsini anası hədiyyə alan Cavabdeh1 bağışlamışdır. Müqaviləni İddiaçı əvəzinə Cavabdeh2 imzalamışdır. 1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsindən göndərilmiş sənədlərə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh1 Şirvan şəhəri M.Əsədov küçəsi ev 3A (Yeni qaydalarla AZ1800 ünvan 5 fərdi yaşayış evi və 0,021 ha torpaq sahəsi daşınmaz əmlak üzərində hüququ daşınmaz əmlakın dövlət reyestrində 24 nömrəli reyestr kitabının 36 nömrəli vərəqəsində xx.xx.2023-cü ildə qeydiyyata alınmışdır. 12 mart 2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən hədiyyə verən Cavabdeh1 Şirvan şəhəri M.Əsədov küçəsi ev 3A (Yeni qaydalarla AZ1800 ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 175.6 kv.m. olan fərdi yaşayış evinin tam mülkiyyət üzrə ona məxsus hissəsinin qızı hədiyyə alan Cavabdeh2 bağışlamışdır. İddiaçı iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh Şirvan şəhəri 1 saylı notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanmasına dair 4Ə-1124 reyestr nömrəli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 6 ünvanı üzrə ümumi sahəsi 0.03 ha olan torpaq sahəsini xx.xx.2009-cu il tarixdə mülkiyyətçi X5 daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında almışdır. Daha sonra ünvan üzrə fərdi yaşayış evini adına rəsmiləşdirməklə **********34-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə sənədləşdirilmişdir. Mülkiyyətində olan fərdi yaşayış evində himayəsində olan xx.xx.2010-cu il təvəllüdlü X18, xx.xx.2012-ci il təvəllüdlü X19 və xx.xx.2020-ci il təvəllüdlü X14 adlı üç övladı ilə yaşayırdı. Fərdi yaşayış evinin təmirsiz olmasını nəzərə alaraq, həyətyanı sahədə 2 otaqlı fərdi yaşayış evi inşa etmişdir. Bacısı Cavabdeh2 2019-cu il tarixdə nikah münasibətlərinə xitam verildikdən sonra himayəsində olan üç uşaqla kirayədə yaşayırdı. Onun mülkiyyətində “QAZ 2705” yük markalı ** BX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Atayev Babaş Elman oğluna idarə etmək üçün xx.xx.2019-cu il tarixdə etibarnamə vermişdir. O, 2021-ci il tarixdə övladları ilə birlikdə Türkiyə Respublikasına gedərkən bacısının maddi və ailə vəziyyətini nəzərə alaraq müvəqqəti olaraq mülkiyyətində olan ünvan 7 ünvanı üzrə həyətyanı sahədə inşa etdiyi evdə yaşamasını təklif etmişdir. Bacısı razılaşmaqla fərdi yaşayış evinə baxması adı ilə evin açarlarını ona verməsini bildirmiş və etiraz etməmişdir. Mülkiyyətində olan nəqliyyat vasitəsi üzrə verdiyi etibarnamənin müddəti bitdiyi üçün onlayn qaydada xx.xx.2022-ci il tarixdə nəqliyyat vasitəsini istifadə edilməsinə dair etibarnamə vermişdir. 2022-ci ilin sonunda Azərbaycana qayıdarkən mülkiyyətində olan nəqliyyat vasitəsinin satmaq qərarına gəlmişdir. Türkiyə Respublikasına qayıtmaq məcburiyyətində qaldığı üçün nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi, həmçinin zərurət olduqda övladları ilə əlaqədar sənədləşmə işlərinin aparılmasına dair bacısı Cavabdeh2 xx.xx.2022-ci il tarixdə etibarnamə vermişdir. Etibarnamə verməkdə məqsəd yalnız nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi olmuşdur. Daha sonra Azərbaycana qayıdarkən xx.xx.2023-cü il tarixdə fərdi yaşayış evində mülkiyyətində olan sənədləri araşdırarkən evin sənədlərini tapmamışdır. Anasından soruşduqda “sənədlərin məndədi, vermirəm” deyərək bildirmişdir. O mülkiyyətində olan fərdi yaşayış evinin sənədlərinin qaytarılması məqsədi ilə xx.xx.2023-cü il tarixdə DİN-nin 102 zəng mərkəzini yığıb polisə müraciət etmişdir. Anası polisə sənədləri qaytaracağını bildirmişdir. O da polisdən şikayətini geri götürmüşdür. Daha sonra ona məlum olmuşdur ki, bacısına verdiyi etibarnamə əsasında mülkiyyətində olan ünvan 7 ünvanı üzrə fərdi yaşayış evini anasına xx.xx.2023-cü il tarixdə etibarnamə əsasında bağışlanması barədə məlumat almışdır. Onun başqa bir əmlakı və yaşayış yeri yoxdur. O əmlakının özgəninkiləşdirilməsi barədə heç bir razılıq verməmişdir. Etibarnamə verməkdə niyyəti nəqliyyat vasitəsinin satılması olmuşdur. Əmlakının özgəninkiləşdirilməsi onun iradə ifadəsinə zidd olaraq həyata keçirilmişdir. İddiaçı nümayəndəsi vəkil Nümayəndə1 iddia tələbinin dəqiqləşdirməsi barədə məhkəməyə ərizə təqdim edərək ünvan 7 ünvanına dair ünvan 8nmasına dair müqavilələrinin etibarsız hesab edilməsi və bağışlanma müqavilələri əsasında əldə edilmiş çıxarışların ləğv edilməsini xahiş etmişdir. Cavabdeh1 birinci instansiya məhkəməsində iddia tələbinə qarşı etirazını bildirərək izahatında göstərmişdir ki, mübahisəli əmlak onun qızı İddiaçı mülkiyyətində olub. Həmin evdə iddiaçının uşaqları yaşayır. Qızı İddiaçı nikahı pozulduqdan sonra başqa bir şəxslə ailə həyatı qurmuşdur. O evi öz adına özəlləşdirməkdə məqsədi evin digər şəxslərin əlinə keçməməsi və gələcəkdə İddiaçı övladlarına qalması olmuşdur. Cavabdeh2 birinci instansiya məhkəməsində iddia tələbinə qarşı etirazını bildirərək izahatında göstərmişdir ki, mübahisəli əmlak həqiqətən də onun bacısı Dilarənin mülkiyyətində olub. O, Dilarənin ona vermiş olduğu etibarnamədən istifadə edərək, evi anasına bağışlamış və sonra da anası evi yenidən ona bağışlamışdır. Evi öz adına özəlləşdirməkdə məqsədi evin digər şəxslərin əlinə keçməməsi və gələcəkdə İddiaçı övladlarına qalması olmuşdur. Şirvan Şəhər Məhkəməsinin 24 iyul 2024-cü il tarixli 2(032)-758/2024 saylı qətnaməsi ilə (hakim Ceyhun Mustafayev) iddianın təmin edilməsi, İddiaçı ilə Cavabdeh1 arasında ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 175.6 kv.m olan fərdi yaşayış evinin bağışlanmasına dair bağlanmış xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən ünvan 7 (Yeni qaydalarla: AZ 1800, ünvan 9 ünvanına dair Cavabdeh1 adına xx.xx.2023-cü il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, Cavabdeh1 ilə Cavabdeh2 arasında ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 175.6 kv.m olan fərdi yaşayış evinin bağışlanmasına dair bağlanmış xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Şirvan şəhəri, Məhəmməd Əsədov küçəsi ev 3A (Yeni qaydalarla: AZ 1800, ünvan 9 ünvanına dair Cavabdeh2 adına xx.xx.2024-cü il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, X2 şəhəri M.Əsədov küçəsi ev 3 A ünvanında yerləşən mülkiyyətində olan ümumi sahəsi 0,03 ha olan torpaq sahəsi tam mülkiyyət üzrə alıcı İddiaçı satmış və sonuncunun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı tərəfindən bacısı Cavabdeh2 verilmiş olan etibarnamə əsasında sonuncu İddiaçı mülkiyyətində olan Şirvan şəhəri M.Əsədov küçəsi ev 3A (Yeni qaydalarla AZ1800 ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 175.6 kv/m olan fərdi yaşayış evi və 0,3 ha toraq sahəsinin paylı mülkiyyət hüququ üzrə ona məxsus olan hissəsini anası - hədiyyə alan Cavabdeh1 bağışlamış və həmin əmlaka sonuncunun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh1 Şirvan şəhəri M.Əsədov küçəsi ev 3A (Yeni qaydalarla AZ1800 ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 175.6 kv/m olan fərdi yaşayış evi və 0,3 ha toraq sahəsinin paylı mülkiyyət hüququ üzrə ona məxsus olan hissəsini yenidən Cavabdeh2 bağışlamış və sonuncunun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Məhkəmə müəyyən etmişdir ki, iddiaçının mülkiyyətində olan əmlak onun iradəsi əleyhinə olaraq onu təmsil edən şəxs Cavabdeh2 tərəfindən ilkin olaraq anası - hazırkı iş üzrə Cavabdeh1 bağışlanmış, sonra isə təkrarən bağlanmış olan bağışlanma müqaviləsi əsasında Cavabdeh1 tərəfindən Cavabdeh2 bağışlanmışdır. Bununla da dolayı olaraq təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqd bağlanmışdır ki, bu da mülki qanunvericiliyin tələblərinə zid olmuşdur. Cavabdeh2 tərəfindən bağlanmış olan xx.xx.2023-cü il tarixli bağışlanma müqaviləsi İddiaçı iradə ifadəsini təmsil etmədiyindən etibarsız hesab edilməli, həmçinin sonradan mübahisəli əmlakın bağışlanma müqaviləsi üzrə yenidən Cavabdeh2 bağışlanması da təmsilçinin özü barəsində əqd bağlanması hesab edilməklə xx.xx.2024-cü il tarixli bağışlanma müqaviləsi də etibarsız hesab edilməlidir. Qətnamədən cavabdehlərin nümayəndəsi vəkil Nümayəndə2 apellyasiya şikayəti verərək göstərmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Belə ki, iddiaçının dediyinə görə, 2022-ci ilin sonunda Türkiyə Respublikasından Azərbaycana qayıdarkən mülkiyyətində olan “QAZ 2705” yük markalı ** BX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini satmaq qərarına gəlmiş, bu məqsədlə Türkiyə Respublikasına gedərkən nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinə, həmçinin zərurət olduqda övladları ilə əlaqədar sənədləşmə işlərinin aparılmasına dair bacısı Cavabdeh2 xx.xx.2022-ci il tarixli Etibarnamə vermişdir. Etibarnamə verməkdə məqsəd yalnız nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi olmuşdur. 2023-cü ildə Türkiyə Respublikasından Azərbaycana təkrar qayıdarkən xx.xx.2023-cü il tarixində fərdi yaşayış evi üzrə mülkiyyət dair sənədləri axtararkən evin sənədlərini tapmamışdır. Anasından soruşduqda “sənədlərin məndədir, vermirəm” deyərək bildirmişdir. O, mülkiyyətində olan fərdi yaşayış evinin sənədlərinin qaytarılması məqsədi ilə xx.xx.2023-cü il tarixdə DİN-nin 102 zəng mərkəzinə müraciət etmişdir. Anası polisə sənədləri qaytaracağını bildirmişdir. O da polisdən şikayətini geri götürmüşdür. Daha sonra ona məlum olmuşdur ki, bacısına verdiyi etibarnamə əsasında mülkiyyətində olan ünvan 7 ünvanı üzrə fərdi yaşayış evini anasına etibarnamə əsasında bağışlanması barədə məlumat almışdır. O, əmlakının özgəninkiləşdirilməsi barədə heç bir razılıq və ya razılaşma verməmişdir. Etibarnamə verməkdə niyyəti nəqliyyat vasitəsinin satılması olmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 oktyabr 2024-cü il tarixli 2(106)-1691/2024 nömrəli qətnaməsi ilə (hakim T.Heydərovun sədrliyi və məruzəsi ilə, hakimlər M.Əsədlidən və A.Novruzovadan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmiş, Şirvan Şəhər Məhkəməsinin 24 iyul 2024-cü il tarixli 2(032)-758/2024 nömrəli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı Cavabdeh2, Cavabdeh1 və Şirvan şəhəri 1 saylı notariat ofisinə qarşı bağışlama müqavilələrinin etibarsız hesab olunması və onların əsasında verilmiş çıxarışların ləğv edilməsi tələbinə dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 oktyabr 2024-cü il tarixli qətnamənin ləğv edilərək iddianın təmin olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2 tərəfindən bağlanmış olan xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsi İddiaçı iradə ifadəsini ifadə etməmiş, sonradan mübahisəli əmlakın bağışlama müqaviləsi üzrə yenidən Cavabdeh2 bağışlanması da təmsilçinin özü barəsində əqd bağlanması hesab edilməli idi. Şikayətdə göstərilmişdir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 5.3, 6.1.3, 324.1, 324.5, 337.1, 359.1, 359.3, 666.1, 668.1-ci, habelə Mülki Prosessual Məcəllənin 14.2, 217.3, 217.4, 218.1-ci maddələri pozulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli 2(102)-563/2025 saylı qərarı ilə kassasiya şikayəti təmin edilərək Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 oktyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi iş üzrə mövqeyini onunla əsaslandırmışdır ki, təkrar apellyasiya baxışı zamanı tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilibedilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə, o cümlədən hazırkı iş üzrə iddia ərizəsində tələbin əsası kimi istinad olunan hallara qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və onların nümayəndəsi vəkil Nümayəndə2 məhkəmədə izahat verərək apellyasiya şikayətini müdafiə etmişlər. Cavabdeh2 izahatında həmçinin göstərdi ki, mübahisəli daşınmaz əmlak bacısı İddiaçı mülkiyyətində olmuşdur. Onun verdiyi etibarnamə əsasında evi anasına bağışlamışdır. Bu zaman onun məqsədi evin başqa şəxslərin əlinə keçməməsi və gələcəkdə bacısı Dilarənin uşaqlarında qalması olmuşdur. Cavabdeh1 da Cavabdeh2 verdiyi həmin izahatı təsdiqlədi. İddiaçı və onun nümayəndəsi vəkil Nümayəndə1 məhkəmədə izahat verərək apellyasiya şikayətini qəbul etmədiyini bildirmişlər. Nümayəndə həmçinin bildirmişdir ki, iddia tələbinin dəqiqləşməsi ona görə baxış iclasına təyin vaxtı verilib ki, sonrakı bağışlama müqaviləsi və çıxarışın mövcudluğu ona məhkəmə gedişində müvafiq sənədlər təqdim edildikdən bəlli olmuşdur. Dərhal əmlak üzərinə həbs qoyulması ilə bağlı ərizə verilərək təmin edilmişdir. Məhkəmə tərkibi apellyasiya şikayətnin dəlillərini iş materialları və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının qərarında əksini tapmış icrası məcburi olan göstərişlərə əsasən araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. MPM-in 420-ci maddəsinin tələbinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, qanunvericiliklə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir. İddianın hüquqi əsası: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 14.2.1-ci maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. MM-in 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. MM-in 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. MM-in 141-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər; Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər; Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. MM-in 148.2-cı maddəsinə görə daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. MM-in 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. MM-in 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. MM-in 324-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. MM-in 337-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə xətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. MM-in 359-cu maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər; Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. MM-in 360-cı maddəsinə görə əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin; Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. MM-in 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. MM-in 560-cı maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır; Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. MM-in 666-cı maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur; Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 dekabr 2012-ci il tarixli qərarında izah olunmuşdur ki, MM-in 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Həmin maddəyə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Məhkəmə tərkibi hazırkı apellyasiya baxışı zamanı tərəflərin izahatlarını dinləyərək, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara yekun hüquqi qiymət verərək diqqətə çatdırmağı zəruri hesab edir ki, İddiaçı bütün əmlakı üzrə təmsilçiliyin təmsil edənə verilməsi özlüyündə etibar edənə məxsus olan bütün əmlaka sərəncam verilməsini özündə ehtiva edir. İddiaçı məhkəmədə verdiyi izahatında göstərmişdir ki, ümumi etibarnamə vermiş olsa da, faktiki olaraq həmin etibarnamənin verilməsində məqsədi mülkiyyətində olan digər əmlakla (nəqliyyat vasitəsi) bağlı hüquqi hərəkətlərin ölkədə olmadığı müddət ərzində daha çevik aparılması ilə bağlı olmuşdur. Nəzərə alınmalıdır ki, nəqliyyat vasitəsinə görə etibarnamələrin müddətli verilməsi və müddətin bitməsindən sonra yeni etibarnamələr əsasında nəqliyyat vasitəsinin üçüncü şəxsin(lərin) istifadəsinə verilməsi işin müəyyən edilmiş hallarıdır. İddiaçı həmçinin bildirmişdir ki, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsi onun iradəsini ifadə etmir, müqavilə onun iradəsindən kənar olaraq rəsmiləşdirilmişdir. Bununla yanaşı, Cavabdeh2 birinci instansiya və apellyasiya instansiyası məhkəmələrində verdiyi izahatlarında göstərmişlər ki, mübahisəli daşınmaz əmlak bacısı İddiaçı mülkiyyətində olmuşdur. Onun verdiyi etibarnamə əsasında evi anasına bağışlamışdır. Bu zaman onun məqsədi evin başqa şəxslərin əlinə keçməməsi və gələcəkdə bacısı Dilarənin uşaqlarında qalması olmuşdur. Cavabdeh1 da həmin izahatı təsdiqləmişdir. İddiaçı həmçinin göstərmişdir ki, o, etibarnamə alan şəxsə mülkiyyətində olan daşınmaz əmlakın özgəninkiləşdirilməsi səlahiyyəti verməmiş və bu fakt cavabdehlər tərəfindən də yuxarıda qeyd edildiyi kimi birinci instansiya məhkəməsində verdikləri izahatlarında etiraf olunmuşdur. Cavabdehlər fərdi yaşayış evinin iddiaçının uşaqlarına qalması və başqa şəxslərin adına keçməməsi məqsədi ilə bu müqavilənin rəsmiləşdirdiklərini göstərmişlər. Beləcə, mübahisəli evə dair etibarnamə verilərkən İddiaçı Cavabdeh2 bu etibarnamə ilə onun maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək və təmsil edənin maraqları daxilində deyil, təmsil olunanın maraqlarından hərəkət etmək səlahiyyəti vermişdir. Məhkəmə tərkibi Cavabdeh2 digər müqavilə üzrə əldə etdiyi daşınmaz əmlaka münasibətdə vicdanlı alıcı olub-olmaması baxımından qiymətləndirmə apararaq hesab edir ki, Cavabdeh1 və Cavabdeh2 mübahisəli daşınmaz əmlak üzrə hüquqları məhz ona adıçəkilən etibarnamə əsasında verilmiş səlahiyyətlərdən sui-istifadə edilməsi nəticəsində əldə edilmişdir. Bunun təsdiqi kimi qeyd edilməlidir ki, İddiaçı ilə anası – Cavabdeh1 arasında baş vermiş münaqişə ilə əlaqədar polis araşdırmasından sonrakı dövrdə həmin əmlak Cavabdeh1 adından yenidən Cavabdeh2 özgəninkiləşdirilmişdir. Qeyd edilməlidir ki, MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Bundan əlavə, MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli “X.Mirzəliyevin şikayəti üzrə” qərarında göstərilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla, dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Bütün bunlarla bərabər, məhkəmə tərkibi diqqətə çatdırmağı zəruri hesab edir ki, mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də Dürüstlük qaydasıdır. Bir hüquqdan Dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Məhkəmə tərkibi əlavə olaraq diqqətə çatdırmağı zəruri hesab edir ki, MPM-in 53-cü maddəsinin tələbinə iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Hazırkı tələb üzrə dəqiqləşdirmə mübahisələndirilən müvafiq sənədlər məhkəməyə təqdim edildikdən və iddiaçıya bəlli olduqdan sonra verilmişdir. İş materiallarından da aşkar görünür ki, həmin sənədlər əvvəllər işdə olmamış və iddiaçının ondan məlumatı olmamışdır. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətinin dəlilləri mülki qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri və işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları nəzərə alınmaqla qətnamənin ləğvi üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə tərkibi göstərilənlərə əsasən və MPM-in 14.2, 76, 77.1, 89.1, 124.1, 217.2, 218.1, 372, 384.0.2, 385.1, 387.1, 392, 393 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 24 iyul 2024-cü il tarixli 2(032)-758/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar