Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-83/2024 26.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Aytən Nazim qızı Novruzova və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Zaur Nəsir oğlu Dəmirovun katibliyi, İddiaçı MMC-nin nümayəndələri X3 və X4, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğuna qarşı lizinq müqaviləsinin ləğv edilməsi, borcun ödənilməsi, lizinq obyektinin geri alınması və istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə Biləsuvar Rayon Мəhkəməsinin 02 mart 2023-cü il tarixli qətnaməsindən cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş, iddiaçı Elçiyeva Durdananın cavabdeh İddiaçı MMC-yə qarşı daxili lizinq müqaviləsinin və alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Rayon Мəhkəməsinin 11 mart 2024-cü il tarixli qətnaməsindən iddiaçı D.Elçiyeva tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxaraq müəyyənetdi: İddiaçı MMC ilə Elçiyeva Durdana arasında bağlanmış və Bakı şəhəri, 9 saylı Notariat ofisində təsdiq edilmiş 08 noyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524 məhəllədə yerləşən 1 saylı evin 13 saylı (Yeni qaydalarla Az1118, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, 239, M3, m.6) mənzili İddiaçı MMC tərəfindən lizinqə verilmək məqsədilə satın alınmışdır. İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış və Bakı şəhəri, 9 saylı Notariat ofisində təsdiq edilmiş 08 noyabr 2019-cu il tarixli “Daxili lizinq müqaviləsi”nə əsasən, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524 məhəllədə yerləşən 1 saylı evin 13 (Yeni qaydalarla Az 1118, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, 239, M3, m.6) saylı mənzili lizinq məbləği 130 000 (yüz otuz min) manat, lizinq müddəti 12 ay və lizinq mükafatı illik 27 faiz olmaq şərtilə Cavabdeh1 lizinqə verilmişdir. İddiaçı MMC ilə ilə X5 arasında bağlanmış 08 noyabr 2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən, X5 lizinq alan Cavabdeh1 öhdəliklərinin icrasına zamin durmuşdur. Birinci mülki iş İddiaçı MMC iddia ilə məhkəməyə müraciət edərək, MMC ilə Cavabdeh1 arasında bağlanmış 08 noyabr 2019-cu il tarixli D050 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, mənzildən istifadə etdiyi müddət ərzində hesablanmış 63696 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq MMC-yə ödənilməsi, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524 məhəllədə yerləşən 1 saylı evin 13 (Yeni qaydalarla Az 1118, ünvan 1 saylı mənzilə olan istifadə hüquqlarının itirilməsi və mənzilin boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsini xahiş etmişdir. Sonra iddiaçı tələbini dəqiqləşdirmiş, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 08 noyabr 2019-cu il tarixli D050 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, mənzildən istifadə etdiyi müddət ərzində hesablanmış 63696 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun əvəzinin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq MMC-yə ödənilməsi, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524 məhəllədə yerləşən 1 saylı evin 13 (Yeni qaydalarla Az 1118, ünvan 1 saylı mənzilə olan istifadə hüquqlarının itirilməsi və mənzilin boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: Cavabdeh1 İddiaçı MMC-yə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524 məhəllədə yerləşən 1 saylı evin 13 (Yeni qaydalarla Az 1118, Bakı şəhəri, Niami rayonu, Məmmədəli Şərifli küçəsi 239, M3,m.6) saylı mənzilini lizinqə götürməklə əldə etmək istədiyini bildirmiş, bununla bağlı, mənzilin alınması və sonradan lizinqə verilməsi məqsədi ilə əmlakın əvvəlki mülkiyyətçisi ilə 08 noyabr 2019-ciu il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Mənzil alındıqdan sonra İddiaçı MMC ilə Cavabdeh1 arasında 08 noyabr 2019-cu il tarixdə D050 saylı daxili lizinq müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı MMC-nin mülkiyyətində olan və lizinq obyekti olan mənzil, lizinq məbləği 130.000 (yüz otuz min) manat, lizinq müddəti 12 ay və lizinq mükafatı illik 27 faiz olmaq şərti ilə lizinqə verilmişdir. Zamin qismində Cavabdeh2 çıxış etmişdir. Lizinq üzrə ödənişlər müqavilə ilə müəyyən olunmuş qrafik üzrə həyata keçirilməli olduğu halda, Cavabdeh1 müqavilə üzrə öhdəliklərini mütəmadi olaraq pozmuş, lizinq ödənişlərini vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək Cavabdeh1 İddiaçı MMC-yə qarşı daxili lizinq və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsinə dair Bakı şəhəri, Xətai rayon məhkəməsində iddia tələbi üzrə mülki işin məhkəminin icraatında olduğunu, daxili lizinq və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi üçün kifayət qədər əsasların olduğunu əsas gətirməklə iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh2 iştirak etmədiyindən iddiaya dair mövqeyi bəlli olmamışdır. Biləsuvar Rayon Мəhkəməsinin (hakim N.Mirzəyev) 02 mart 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 08 noyabr 2019-cu il tarixli D050 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 63696 (altmış üç min altı yüz doxsan altı) manat məbləğində pul və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524 məhəllədə yerləşən 1 saylı evin 13 (Yeni qaydalarla Az 1118, Bakı şəhəri, Niami rayonu, Məmmədəli Şərifli küçəsi 239, M3, m.6) saylı mənzilinə Cavabdeh1 istifadə hüquqlarının itirilməsi və mənzil boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi qət edilmişdir. Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda apellyasiya şikayəti vermişlər. İkinci mülki iş İddiaçılar Elchieva Durdana və Cavabdeh1 cavabdeh İddiaçı MMC-yə qarşı Elchieva Durdana ilə İddiaçı MMC arasında bağlanmış 08 noyabr 2019-cu il tarixli, AN-İ N ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və İddiaçı MMC ilə Cavabdeh1 arasında 08 noyabr 2019-cu il tarixli, D050 N-li daxili lizinq müqaviləsinin etibarsız sayılmasına dair iddia ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Bundan başqa, müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2 cavabdeh İddiaçı MMC-yə qarşı 08 noyabr 2019-cu il tarixli zaminlik müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Sonra iddiaçılar Elchieva Durdana və Cavabdeh1 və müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2 nümayəndəsi iddia tələblərini dəqiqləşdirmiş, məhkəmədən 08 noyabr 2019cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, 08 noyabr 2019-cu il tarixli lizinq müqaviləsinin və 08 noyabr 2019-cu il tarixli zaminlik müqaviləsinin etibarsız sayılmasına, həmçinin Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524 məhəllə, ev 1, mənzil 13 (Yeni qaydalarla: AZ1118, ünvan 1 ünvanında yerləşən mənzilin cavabdeh İddiaçı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mülkiyyət hüququna dair qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli qərardadı ilə hər iki iddia üzrə icraat dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1567/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2152/2023 saylı iş üzrə 15 sentyabr 2023-cü il tarixli qərardadı Cavabdeh1, Cavabdeh2 və İddiaçı MMC-nin nümayəndələri tərəfindən verilmiş şikayətlərə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Durdana Elchievanın nümayəndəsinin (vəkilinin) şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2152/2023 saylı iş üzrə 15 sentyabr 2023-cü il tarixli qərardadı Durdana Elchievaya aid hissədə ləğv edilmiş və mülki iş onun “daxili lizinq müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə (digər tələbi ilə birlikdə) mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsi Durdana Elchievanın iddiası üzrə işə baxmışdır. İddiaçı Elchieva Durdana tələbini aşağıdakı kimi əsaslandırmışdır: alqı-satqı zamanı onun evinə baxış keçirilərkən gələnlərin məqsədini bilməmiş, sadəcə məlumat vermişlər ki, “lizinq şirkətindən gəliblər və evə baxış keçiriləcəklər”. O da düşünmüşdür ki, mənzilə baxış girov qoyulmaq üçündür. İddiaçı qeyd etmişdir ki, Faktor Lizinqin nümayəndələri ilə heç bir ünsiyyətdə olmamış, həyat yoldaşı da evdə olmuşdur, Rafael müəllim həmin vaxt onların mənzilində olmamışdır. Ona mənzilin Rafaelə təhvil verilməli olması ilə bağlı heç bir izah verilməmişdir. Hazırda o, öz evində yaşayır və hələ də bilmir ki, onun evi satılmışdır. Notarius tərəfindən də ona heç bir izah verilməmişdir. Onun ad, soyadının və imzasının qarşısında yazılmış “Oxudum, razıyam” ifadələrini yazmış ola da bilər, olmaya da, bu barədə dəqiq heç nə deyə bilməz. Həmçinin, iddiaçı öz izahatında bildirmişdir ki, hazırki mənzillə bağlı sənədləşmə işlərini, eləcə də mənzilə çıxarışın əldə edilməsini iddiaçı özü təkbaşına həyata keçirmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsində iddiaçı Elchieva Durdananın nümayəndəsi (vəkili) Vəkil öz izahatında qeyd etmişdir ki, “alqı-satqı müqaviləsinin 12-ci bəndinə əsasən daşınmaz əmlakın alıcıya təhvil verilməsi ilə akt tərtib edilməsinin mümkünlüyü tərəflərə izah olundu” qeyd edilmişdir. Lakin iddiaçı Elchieva Durdanaya heç bir izah verilməmişdir. Lizinq təşkilatı hər bir halda satıcıya hüquq və vəzifələrini izah etməli idi. Alqı-satqı müqaviləsinin 14cü bəndinə əsasən, əmlakın təsadüfən zədələnməsi və ya məhv olması riski satıcının üzərinə düşür, lakin bu real alqı-satqı müqaviləsi olsa idi, cavabdeh tərəfindən alınmış daşınmaz əmlak bu 5 il ərzində heç olmazsa, bir dəfə yoxlanılardı. “Lizinqdə faiz qeyd edilmir, sadəcə mükafat qeyd edilir, cavabdeh İddiaçı MMC kreditmi verir?” Əgər bu real alqı-satqıdırsa, açarın bir nüsxəsi cavabdeh İddiaçı MMC-də saxlanılmalı idi. İddiaçının nümayəndəsi (vəkili) qeyd etmişdir ki, tərəflər arasında heç bir alqı-satqı münasibətləri olmamış, iddiaçının özünə məxsus evi satmaq niyyəti olmamışdır. Mənzilin hələ də iddiaçının istifadəsində olması və ondan təhvil alınmaması bunu sübut edir. Bu əqd yalan əqddir. Əslində Cavabdeh1 ilə cavabdeh İddiaçı MMC arasında kredit münasibətləri olmuşdur. Mənzil təhvil alınmamışdır, hələ də iddiaçının istifadəsindədir. Alqı-satqı müqaviləsi sadəcə Cavabdeh1lə İddiaçı MMC arasında bağlanmış kredit müqaviləsini pərdələmək niyyəti ilə bağlanmışdır. Yalan əqdin mövcudluğu ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət edən zaman məlumat almışlar, cavabdehin qeyd etdiyi iddia müddəti mülkiyyət hüququ ilə bağlı məsələlərə tətbiq edilməməlidir. Alqı-satqı zamanı iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. Evi satanların özünün zamin qismində çıxış etməsi də əqdin yalan olduğunu bir daha sübut edir. Birinci instansiya məhkəməsində xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən cavabdeh İddiaçı MMC-nin direktoru X7 öz izahatında qeyd etmişdir ki, ilkin ödəniş olaraq lizinq alan tərəfindən 55 min manat ödənilmişdir. Evləri lizinq təşkilatı tapmır, sadəcə alqı-satqı üçün çatışmayan məbləğin təmin olunması lizinq təşkilatının işidir. İlham adlı şəxsi isə ümumiyyətlə tanımır, İddiaçı MMC-də İlham adlı işçi olmamışdır. Pul İddiaçı MMC-nin hesabından 9 saylı Notariat ofisinin hesabına göndərilir, daha sonra alqı-satqı rəsmiləşdirilir. İki çıxarış əldə olunur, ilk çıxarışda mülkiyyətçi İddiaçı MMC qeyd edilir. İkinci çıxarış isə borc öhdəliyi bitdikdən sonra gələcəkdə Daşınmaz Əmlakın Dövlət Reyestri və X12 şəxsi tərəfindən arayış əsasında veriləcəkdi. Alqı-satqı zamanı Durdana da, onun yoldaşı Oqtay və Rafael da orada olmuşdur və onlara prosedurlar barədə özü məlumat vermişdir. Orada heç bir girov məsələsindən söhbət gedə bilməz, yalnız alqı-satqı müqaviləsi bağlanması üçün orada olmuşlar. Kargüzarlıq işi bundan ibarətdir ki, ilk növbədə bütün sənədlər yoxlanılır, evin yüklülüyünün olub-olmaması araşdırılır, pulun notariusun hesabına köçürülməsi yoxlanılır, qeydiyyatda olan şəxslərin razılıqlarının olub-olmaması müəyyən edilir, həyat yoldaşının razılığı müəyyən edilir, daha sonra müqavilə çap edilir. Bütün bu sənədlər təsdiq edilməsi üçün göndərilir. Durdanə xanım satıcıdır. Lizinq şirkətinin satıcı ilə əlaqəsi olmur. Təhvil aktının tərtib edilib-edilməməsini bilmir. Durdana xanıma məxsus evə baxış və qiymətləndirilmə həyata keçirilmişdir. Təhvil-təslim aktı üzrə ev lizinq alana verilməlidir, çünki istifadə hüquqları ondadır. Müqavilə tərtib olunduqdan sonra imza etdirən zaman hətta müraciət forması da “Satıcı” olaraq adlandırılır. Həmçinin, orada imza etməzdən əvvəl “Oxudum, razıyam” ifadəsi satıcıya öz xəttiylə yazdırılır. Müqavilədə mənzili təhvil verilmə müddəti 1 ay qeyd edilmişdir. Durdanə xanıma qarşı heç bir zor tətbiq edilməyib, bütün lazımi sənədlər toplanılıb, bütün prosedurlarda tək deyil, həyat yoldaşıyla iştirak etmişdir. Həmçinin ona Notariat Ofisində hər zaman “satıcı” deyə müraciət edilib. Dəqiq yadında deyil, amma Rafael müəllim tərəfindən 55 min manat bütün sənədlər toplanmamışdan qabaq və ya notariusa gələn gün ödənilmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən cavabdeh İddiaçı MMC-nin nümayəndəsi izahatında bildirmişdir ki, mənzilin təhvil-təslimi üçün tərəflər arasında heç bir problem olmamışdır. Müqavilədə “lizinq mükafatı” qeyd edilmişdir. 18 mart 2022-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum Qərarına əsasən, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli, 2(011)-76/2024 saylı qətnaməsi ilə Elchieva Durdananın iddiası təmin edilməmişdir. . Həmin qətnamədən iddiaçı Elçiyeva Durdanə apellyasiya şikayəti vermişdir. İşlərin birləşdirilməsi İşə apellyasiya qaydasında baxan Bakı Apellyasiya Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2(103)-3620/2024 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-3620/2024 saylı və Şirvan Apellyasiya Məhkəməsinin icraatına olan 2(106)-83/2024 saylı mülki işlər bir icraatda birləşdirilmiş, Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-3620/2024 saylı mülk işin icraatına xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-3620/2024 saylı və Şirvan Apellyasiya Məhkəməsinin icraatına olan 2(106)-83/2024 saylı mülki işlər bir icraatda birləşdirildiyindən iki işə- Biləsuvar Rayon Мəhkəməsinin 02 mart 2023-cü il tarixli qətnaməsindən cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri əsasında, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğuna qarşı lizinq müqaviləsinin ləğv edilməsi, borcun ödənilməsi, lizinq obyektinin geri alınması və istifadə hüququna xitam verilməsi tələbinə dair və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli, 2(011)-76/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında Elçiyeva Durdananın cavabdeh İddiaçı MMC-yə qarşı daxili lizinq müqaviləsinin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbinə dair mülki işlərə 2(106)-83/2024 nömrə altında bir icraatda baxılmışdır. Apellyasiyaşikayətlərinindəlilləri Apellyasiya şikayətində cavabdeh İbrahimov X6 Rayon Мəhkəməsinin 02 mart 2023cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Şikayətdə cavabdeh göstərmişdir ki, iddia üzrə məhkəmədən kənar nizamasalma qaydasına əməl edilməyib, tərəflər arasında lizinq, alqı-satqı və sair münasibətlər yaratmaq niyyəti olmayıb, həmçinin məhkəmə aidiyyəti qaydaları pozulubdur. Belə ki, tərəflər arasında bağlanmış daxili lizinq müqaviləsi, alqı-satqı müqaviləsi, zaminlik müqaviləsi etibarsız, əhəmiyyətsiz əqdlərdir, tərəflər arasında lizinq münasibəti yaratmaq, mənzil alıb Cavabdeh1 vermək və sair niyyətlər olmayıb. Müqavilələrin etibarsız sayılması ilə bağlı onun tərəfindən Xətai rayon məhkəməsinə müraciət olunub. Şikayətə görə, müqavilələr formal olaraq bağlanmışdır. Əgər alqı-satqı müqaviləsi alqısatqı niyyəti ilə bağlanmışdırsa nə üçün mənzil Cavabdeh1 təhvil verilmirdi. Bu necə lizinq predmetidir ki, lizinq alana verilmir. Bundan başqa, pul öhdəliyi cavabdeh tərəfindən pozulmamışdır. Belə ki, Cavabdeh1la formal olaraq daxili lizinq müqaviləsi xx.xx.2019-cu il tarixdə bağlanılmış və o, hər ay ödənişləri icra etmişdir. 4 ay ödənişləri icra etdikdən sonra 2020-ci ilin mart ayına onun 120.143 manat borcu qalmışdır. 2020-ci ilin mart ayından COVİD19 pandemiyası yayılandan sonra 2020-ci ilin aprel ayından cavabdeh pul vəsaitinin ödənişini icra edə bilmədi. Bütün dünyada, eyni zamanda koronavirus (COVİD-19) pandemiyasının yayılması ilə bağlı xx.xx.2020-ci il tarixdən tətbiq edilən xüsusi sərt karantin rejimi zamanı bir çox iş yerləri bağlanmış, vətəndaşların hərəkətləri məhdudlaşdırılmış, evdən çıxışa məhdudiyyət qoyulmuş, nəticədə insanlar fərdi əməklə məşğul olmaq, qazanc əldə etmək imkanlarından məhrum olmuşdur. COVİD-19 pandemiyası ilə bağlı tətbiq edilən xüsusi karantin rejimində Cavabdeh1 da işindən və aylıq qazanclarından məhrum olmuşdur. Xüsusi karantin rejimi ilə bağlı insanların hərəkətinin məhdudlaşdırılması, iş yerlərinin bağlanılması, yalnız, ərzaq, aptek ehtiyaclarının ödənilməsi üçün 2 saatlıq icazə sistemi ilə qazanc əldə etməyin, ayda 5.308 manat ödənişləri etməyin mümkün olmaması aydındır. Vətəndaşın, sahibkarın hərəkət azadlığı məhdudlaşdırılıbsa öhdəliyin icrasından söhbət gedə bilməz. Pandemiya nəticəsində iş yerindən və qazancından məhrum olan cavabdeh dəfələrlə iddiaçıya müraciət edərək müqaviləni yenidən bağlamağı və qaldıqları məbləğdən, qaldıqları müddətə yeni müqavilə bağlamağı xahiş etmişdir, lakin onun təklifləri qəbul edilməmişdir. Cavabdeh öhdəliyi qərəzli pozmamışdır. Münasibətlər iddiaçının cavabdehin təkliflərini qəbul etmədiyi üçün, onun təqsirindən pozulmuşdur. Şikayətə görə məhkəmə aidiyyəti də pozulub. Hazırki işin kommersiya xarakterli olması da diqqət çəkir. İddiaçı daxili lizinq müqaviləsində qeyd edir ki, mənzil Cavabdeh1 sahibkarlıq məqsədilə alınıb verilir, Cavabdeh1 sahibkar kimi təqdim edilir, onun VÖEN-i qeyd olunur. Təsadüfü deyil ki, iddiaçı Şirvan Kommersiya Məhkəməsinə da iddia ərizəsi verir. Ona görə də hesab edir ki, daxili lizinq müqaviləsi bağlanarkən İddiaçı MMC hüquqi şəxs, Cavabdeh1 isə fərdi sahibkar kimi çıxış edib. Bu baxımdan iddia kommersiya məhkəməsinə aiddir. Cavabdeh2 apellyasiya şikayətində Biləsuvar Rayon Мəhkəməsinin 02 mart 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh şikayətində göstərmişdir ki, məhkəmə Cavabdeh1 və Cavabdeh2 borc vəsaitini ona görə tutur ki, guya Cavabdeh1 mənzildən istifadə edir, Cavabdeh1 mənzili təhvil alması və ya ondan istifadə etməsi sübut edilməyib, ancaq məhkəmə yanlış olaraq bu halı müəyyən etmiş hesab edir. Eləcə də istifadəsində olmayan mənzili Cavabdeh1 boşaltması absurd məsələdir. Orada faktiki yaşayan şəxsin Cavabdeh1 olması sübut edilməyib. Mənzildə O.Yoçiyev və D.Elçıeva yaşayırlar. O.Yolçıyev mənzilin sahiblərindəndir, onunla isə lizinq müqaviləsi və alqı-satqı müqaviləsi bağlanmayıb, ona görə də mənzildə yaşamalıdır. Məhkəmə tərəfindən lizinq əmlakının Cavabdeh1 istifadəsinə verilməsi ilə bağlı halı araşdırılmayıb. Bu halın aydınlaşdırılması iş üçün mühüm əhəmiyyət kəsb edir. Mənzil Cavabdeh2 və D.Elçhıevanın istifadəsindədir. Bu halın müəyyən edilməsi iddianın rədd edilməsinin əsasıdır. Şikayətə görə, məhkəmə iş üzrə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, tərəflər lizinq münasibətləri yaratmaq niyyətində olmayıblar, ona görə də iddiaçı lizinq obyekti kimi göstərilmiş əmlakı cavabdehin istifadəsinə verməyə lüzum görməyib. Əgər iddiaçı və məhkəmə müqaviləni lizinq müqaviləsi kimi qəbul edirsə onda öhdəliyi icra etməyən tərəf kimi məhkəmə iddiaçını görməlidir. Çünki iddiaçı mənzili hələ də Cavabdeh1 verməməklə öhdələyini icra etmir. Bu baxımdan məhkəmə cavabdehi öhdəliyi icra etməyən tərəf kimi qəbul etməklə səhvə yol verir. Məhkəmə Cavabdeh2 iştrakını təmin etməyib, ona görə də onun izahatı alınmayıb, O.Yoçiyevin izahatının alınması işin həqiqi hallarının, mənzilin kimin istifadəsində olması, müqavilələrin nə məqsədlə bağlanması hallarının sübut edilməsi ilə nəticələnəcək. Eləcə də məhkəmə Elçhıeva Durdananın şahid qismində izahatının alınmasından imtina edib. Onun izahatını alınması da mənzilin Cavabdeh1 verilmədiyini, müavilə bağlandığı vaxtdan kimin istifadəsində olmasını, müqavilələrin hansı məqsədlə bağlanmasını sübut edəcək. Odur ki, apellyasiya instansiyasında Cavabdeh2 və D.Elçhıevanın dinlənilməsinin təmin edilməsinə şərait yaradılmalıdır. Onların izahatı alqı-satqı, lizinq və zaminlik müqavilələrinin formal bağlandığını sübut edəcəkdir. Apellyasiya şikayətinə görə məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinin tələblərinə əməl etməmişdir. Belə ki, iddiaçı cavabdehə müqavilənin ləğvi barədə təklif göndərməmişdir. Bundan başqa, şikayətdə göstərilir ki, məhkəmə 63696 manat borcun necə yaranmasını, mənzilin faktiki kimdə olmasını araşdırmamışdır. Belə ki, mənzil faktiki olaraq, alıcılara təhvil verilməmişdir. İkinci iş üzrə iddiaçı Elçiyeva Durdanə apellyasiya şikayətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli, 2(011)-76/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətə görə, məhkəmənin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Belə ki, məhkəmə nəzərə almamışdır ki, tərəflərin alqı-satqı müqaviləsini, həmin müqavilədə göstərilən niyyətlə bağlamadıqları məhkəmə zamanı tam sübuta yetirilmişdir. Müəyyən edilmişdir ki, müqavilələr alqı-satqı və lizinq münasibətləri yaratmaq niyyətilə bağlanmayıb. Alqı-satqı predmeti indiyədək lizinq alana verilməyib, satıcıdan təhvil alınmayıb, tərəflər arasında təhvil-təslim aktları yoxdur, tərəflərin uydurma və yalan əqd bağladıqları faktdır. Məhkəmə iclası zamanı tam sübuta yetib. Müqavilələrin əhəmiyyətsiz əqdlər olmasına baxmayaraq, məhkəmə MM-in 337.1 və 340-cı maddələrinin tələblərini pozmuş, onları düzgün tətbiq etməmişdir. İzahatlar Prosessualməsələlər Apellyasiya baxışında Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və izahatında bildirmişdir ki, o, ilkin ödəniş olaraq, 55000 manat Lizinqin nümayəndəsi İlham adlı şəxsə ödəmişdir. Lizinq onlara 113000 manat pul verdi, o 4 ay 5300 manat ödəmiş, sonradan pandemiya olduğundan ödəyə bilməmişlər. Hazırda 140000 manat ödəməyə razıdılar, lakin iddiaçı onların təklif etdiyi məbləğlə razılaşmır. İddiaçının indiki halda tələb etdiyi məbləğlə razılaşmır. Cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və izahatında bildirmişdir ki, o, evi satmamışdır, onların məqsədi pul götürmək idi. Notariusda müqavilə imzalanan zaman da lizinq şirkətinin nümayəndəsi Ruslan ona dedi ki, narahat olma heç-bir problem olmayacaq. Bununla yanaşı, iddiaçının indiki halda tələb etdiyi məbləğlə razılaşmır. İddiaçı MMC-nin nümayəndəsi X3 apellyasiya şikayətlərinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətlərinin təmin olunmamasını, birinci instansiya məhkəmələrinin qətnamələrinin qüvvədə saxlanılmasını xahiş etmiş, izahatında bildirmişdir ki, ümumilikdə Lizinq müqaviləsi ilə 55000+130000 manat cəmi 185000 (yüz səksən beş min) pul cavabdeh Durdanə Elçiyevaya 08 noyabr 2019-cu il tarixdə ev alması məqsədi ilə ayrılmışdır. Lizinq alan müqaviləyə uyğun olaraq, 4 ay, ayda 5300 manat olmaqla 21200 (iyirmi bir min iki yüz) manat ödəniş etmişdir. Qalan aylarda ödəniş olmamışdır. Sözü gedən evin təhvil edilməsinə gəlincə 4 ay ödəniş olduğu üçün evin təhvil-təsliminə lüzum görülməmişdir. İddiaçı MMC-nin nümayəndəsi X8 apellyasiya şikayətlərinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətlərinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnamələrinin qüvvədə saxlanılmasını xahiş etmiş, izahatında bildirmişdir ki, o da həmkarının izahatını dəstəkləyir, lizinq alan qrafikə uyğun olaraq 4 ay müddətində 21200 (iyirmi bir min iki yüz) manat ödəniş etmiş, qalan aylarda ödəniş olmamışdır. Lizinq obyekti olan evdə başqa şəxsin yaşaması ilə əlaqədar bildirmişdir ki, yaşayış evi lizinq alanın razılığı ilə başqa şəxsə istifadəyə verilə bilər. İkinci iş üzrə iddiaçı Elçiyeva Durdanə apellyasiya baxışında iştirak etməmişdir. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya işə, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə Kollegiyası işin hallarına dair məruzəni və izahatları dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməlidir. İşin faktiki hallarından görünür ki, İddiaçı MMC ilə Elçiyeva Durdana arasında 08 noyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanmış, müqavilə ilə sonuncunun mülkiyyətində olmuş, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524 məhəllədə yerləşən 1 saylı evin 13 (Yeni qaydalarla Az1118, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, 239, M3, m.6) saylı mənzili İddiaçı MMC-nin mülkiyyətinə keçmişdir. İddiaçı MMC-nin mülkiyyətində olan, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524 məhəllədə yerləşən 1 saylı evin 13 (Yeni qaydalarla Az 1118, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, 239, M3, m.6) saylı mənzili 08 noyabr 2019-cu il tarixli “Daxili lizinq müqaviləsi”nə əsasən, lizinq məbləği 130 000 (yüz otuz min) manat, lizinq müddəti 12 ay və lizinq mükafatı illik 27 faiz olmaq şərtilə Cavabdeh1 lizinqə verilmişdir. 08 noyabr 2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən, X5 lizinq alan Cavabdeh1 öhdəliklərinin icrasına zamin durmuşdur. Birinci iş üzrə iddiaçı lizinq şirkəti lizinq və zaminlik müqavilələrinə və aşağıdakı normalara əsaslanaraq lizinq obyekti olan mənzilin qaytarılmasını, lizinq və zaminlik müqavilələrinə uyğun olaraq mənzildən istifadə haqqını tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Mülki Məcəllənin 748-1-ci maddəsinə əsasən: 748-1.1. Lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. 748-1.2. Lizinq alan əmlakı qəbul edərkən hər hansı bir satışmazlıq aşkar edərsə, qəbul protokolunda bu barədə qeyd etməli və çatışmazlıqları aradan qaldırmaq məqsədilə bu əmlakı satan hüquqi və ya fiziki şəxslər qarşısında tələb irəli sürmək üçün lizinq verənə məlumat verməlidir. 748-1.3. Lizinq alan bilavasitə lizinq obyektinin satıcısı qarşısında bu obyektin keyfiyyət və komplektliyi, göndərilmə müddətləri barədə və satıcı ilə lizinq verənin arasında alğı-satqı müqaviləsi ilə nəzərdə tutulan digər tələbləri irəli sürə bilər. 748-1.4. Lizinq verən müvəqqəti sahibliyə və istifadəyə verilən lizinq obyektinin lizinq müqaviləsi bağlanarkən şərtləşdirilmiş və ya lizinq alana əvvəlcədən məlum olan, yaxud lizinq alanın lizinq obyektini nəzərdə keçirərkən və ya lizinq müqaviləsinin bağlanması zamanı onun sazlığını yoxlayarkən aşkar oluna bilən çatışmazlıqlar üçün məsuliyyət daşımır. 748-1.5. Lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. 748-1.8. Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vatından əvvəl ləğv etməu hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Birinci iş üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, lizinq müddəti 12 ay və lizinq mükafatı illik 27 faiz olmaq şərti ilə bağlanmışdır. Lizinq üzrə ödənişlər müqavilə ilə müəyyən olunmuş qrafik üzrə həyata keçirilməli olduğu halda, cavabdehlər öhdəliklərini mütəmadi olaraq pozmuş, lizinq ödənişlərini vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Cavabdehlər apellyasiya şikayətlərində lizinq müqaviləsinin etibarsızlığını qeyd etməklə həmin müqavilənin yalan əqd olduğunu, tərəflər arasında əslində borc müqaviləsi bağlandığını iddia etmişlər. Belə ki, tərəflər arasında bağlanmış daxili lizinq müqaviləsi də, alqı-satqı müqaviləsi də, zaminlik müqaviləsi də etibarsız, əhəmiyyətsiz əqdlərdir, tərəflər arasında əslində borc münasibətləri olmuşdur. Müqavilənin etibarlılığı ilə bağlı Kollegiya aşağıdakıları bildirir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004cü il 12 aprel tarixli Qərar). Kollegiya qeyd edir ki, tərəflər arasında müqavilə etibarlı olduğu halda iddiaçı lizinq şirkətinin tələbi təmin edilməlidir. Cavabdehlər tələbində və etirazında lizinq müqaviləsi ilə pərdələnmiş borc müqaviləsinin olduğunu, onların arasında borc münasibətlərinin yarandığını iddia etmişlər. Kollegiya mübahisəli lizinq müqaviləsinin yalan əqd olduğu və tərəflər arasında əslində borc münasibətlərinin mövcudluğu barədə cavabdehlərin mövqeyini əsassız sayır. Əvvəla, qeyd edilməlidir ki, kredit müqaviləsindən fərqli olaraq lizinq müqaviləsinin obyekti pul vəsaiti deyil, müəyyən əmlak olduğundan lizinq müqaviləsi üzrə tərəflər arasında pul-kredit münasibətlərinin olması mümkün deyil. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin tələblərinə və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.17 və 114-cü maddələrində əsas vəsaitlərə verilmiş anlayışa uyğun olaraq yaşayış sahəsinin, o cümlədən mənzilin əsas vəsait olmaqla lizinq müqaviləsinin obyekti olması və lizinq obyektinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan hüquqi və ya fiziki şəxsə verilməsi istisna edilmir. Konstitusiya Məhkəməsinin şərhində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1 və 747-2-ci maddələrinin tələblərinə, habelə bu Qərarın təsviriəsaslandırıcı hissəsinin hüquqi mövqelərinə əsasən kredit müqaviləsindən fərqli olaraq lizinq müqaviləsinin obyekti pul vəsaiti deyil, müəyyən əmlak olduğundan lizinq müqaviləsinin kredit müqaviləsi ilə pərdələnməsi qeyri-mümkündür. Bundan başqa, Kollegiya onu da qeyd edir ki, mübahisələndirilən lizinq müqaviləsi lizinq obyekti olan mənzilin alqı-satqısı nəticəsində lizinq verənin mülkiyyətinə keçməsindən sonra bağlanmışdır. Bununla yanaşı, Kollegiya lizinq müqaviləsinə qədər bağlanmış alqı-satqı müqaviləsinin etibarlılıq məsələsinə də qiymət verməyi zəruri hesab edir. İkinci iş üzrə D.Elçiyeva həm lizinq müqaviləsinin, həm də mənzilin alqı-satqı müqaviləsinin etibarsız sayılmasını belə əsaslandırmışdır ki, mənzilini satmaq niyyətində olmamışdır, alqı-satqı zamanı onun evinə baxış keçirilərkən “onların məqsədini bilməmiş”, ona sadəcə məlumat vermişlər ki, “lizinq şirkətindən gəliblər və evə baxış keçiriləcəklər”. O da düşünmüşdür ki, mənzilə baxış girov qoyulmaq üçündür. Aşağıdakılara əsasən, Kollegiya mənzilin alqı-satqısına dair müqavilənin etibarsız sayılması üçün əsas tapmır. İddiaçı MMC ilə Elçiyeva Durdana arasında bağlanmış və Bakı şəhəri, 9 saylı Notariat ofisində təsdiq edilmiş 08 noyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləni satıcı qismində mülkiyyətçi D.Elçiyeva, alıcı qismində MMC-nin təmsilçisi imzalamışlar. Müqavilənin sonunda satıcı D.Elçiyeva müqaviləni imzalamqadan əlavə, “oxudum razıyam” sözlərini qeyd etmiş, həmin qeydinin qarşısında da imza etmişdir. Alqı-satqı müqaviləsi üzrə notariat işindən görünür ki, D.Elçiyeva elektron informasiya sistemindən çıxarış əldə etmək üçün və s. ilə bağlı ərizələrlə notariat ofisinə müraciət etmiş, ərizəsinə müvafiq rüsumların ödənilməsini təsdiq edən qəbzləri əlavə etmişdir. Bundan başqa, notariusda mülkiyyətçi D.Elçiyevanın əri O.Yolçuyev mənzilin satılmasına razılıq verməsinə dair ərizə yazmışdır. Notariat işindən bəlli olur ki, alqı-satqı zamanı Bakı şəhəri, 9 saylı Notariat ofisi "xxxx" ASC-nin 6 saylı şöbəsinə mənzili alqı-satqı müqaviləsi üzrə 185.000 manat pulun müqavilə təsdiq edildikdən sonra məktub əsasında 2596,50 manat vergi məbləğinin X1, qalan 182.403,50 manatın Gürcüstan vətəndaşı, Bakı şəhəri, Şərifli küçəsi, ev 1, mənzil 13-də qeydiyyatda olan Elçiyeva Durdanaya verilməsi üçün Bankda açılan depozit hesabına qəbul olunması barədə ərizə ilə müraciət etmişdir. Bu zaman mülkiyyətçi D.Elçiyeva və alıcı MMC ödənilən məbləğin Bankın depozit hesabına qəbul olunmasını xahiş etmişlər. Həmçinin satıcı D.Yelçiyeva “oxudum razıyam” qeyd etməklə ərizəni imzalamışdır. 182.403,50 mant pul vəsaitinin ödənilməsi barədə Bankın göstərişi və pulun D.Elçiyeva tərəfindən qəbul olunduğunu bildirən qəbzlər də notariat işinə əlavə edilmişdir. Sözügedən pul vəsaitinin D.Elçiyevaya ödənilməsi və bunun imza ilə təsdiq edilməsi mübahisə edilməmişdir. Əqdlərin etibarlılıq şərtlərinə münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi öz qərarlarınada hüquqi mövqeyini belə ifadə etmişdir ki, əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). Kollegiya qeyd edir ki, mübahisələndirilən alqı-satqı müqaviləsi üzrə müqavilənin subyekt tərkibi, əqdin məzmunu, əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə və əqdin formasına dair şərtlər, o cümlədən mənzilə görə pul vəsaitinin müəyyən edilmiş qaydada ödənilməsi, nəticədə daşınmaz əmlakın müvafiq qaydada qeydə alınması kimi cəhətlər nöqsanlı olmamışdır. Mülki Məcəllənin 340.2-ci maddəsinə uyğun olaraq, yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. İddiaçı D.Yolçuyeva alqı-satqı müqaviləsinin yalan əqd olduğunu iddia edərkən əslində nəzərdə tutulmuş hansı əqdin qaydalarının tətbiq edildiyini göstərməmişdir. İkinci iş üzrə iddiaçı tələbində göstərmişdir ki, sözügedən alqı-satqı müqaviləsi imzalanrkən mənzilin girov qoyulduğunu zənn etmişdir. Kollegiya bu mövqeyi də əsaslı saymır. Belə ki, mənzil girov qoyularkən (ipoteka ilə yüklü edilərkən) mənzilin mülkiyyətçisi dəyişmir və mənzilin mülkiyyətçisinə pul ödənilmir. Hazırda mübahisəlndirilən alqı-satqı üzrə isə satıcıya pul ödənilməsi müəyyən edilir. İkinci iş üzrə iddiaçı apellyasiya şikayətində göstərmişdir ki, alqı-satqı müqaviləsi alqısatqı niyyətilə bağlanmamışdır; ümumiyyətlə müqavilələr alqı-satqı və lizinq münasibətləri yaratmaq niyyətilə bağlanmayıb, Mülki Məcəllənin 337.1 və 340-cı maddələrinin tələbləri pozulmuşdur. Kollegiya qeyd edir ki, ümumiyyətlə, D.Yelçiyeva və alıcı İddiaçı MMC arasında bağlanmış alqı-satqı müqaviləsinin tərəflərinin müqavilə bağlanılarkən, həmin müqavilənin tərəfi olmayan Cavabdeh1 kredit müqaviləsini pərdələmək niyyətlərinin olduğu, eləcə də mənzilin alqı-satqı yolu ilə lizinq şirkəti olan və fəaliyyəti borc vermək deyil, lizinqə vermək olan MMC-nin mülkiyyətinə keçməsinin kiməsə borc verilməsi məqsədini güdməsi müəyyən edilmir. İlk növbədə hər hansı bir əqdin yalan olmasını sübut etmək vəzifəsi buna istinad edən tərəfin üzərinə düşür. Bu cür tələblə (etirazla) məhkəməyə müraciət edən əqdin yalan olması halını təsdiq edən sübutları da təqdim etməlidir. Məhkəmə yalnız tərəfin sözlərinə əsaslanaraq müqaviləni yalan əqd hesab edə bilməz. Bunun üçün həmin hala istinad edən tərəf öz tələbini və ya etirazını əsaslandıran sübutları da təqdim etməlidir. Yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Bu zaman tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Ümumiyyətlə, hər hansı əqdə yalan əqd kimi yanaşa bilmək üçün onun başqa əqdi pərdələmək məqsədilə bağlanıldığı müəyyən edilməlidir. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2ci maddəsinin tətbiqi üçün kifayət deyil. Birinci iş üzrə cavabdehlərin və ikinci iş üzrə iddiaçının mövqeyinə münasibət bildirmək üçün Kollegiya yalan əqdlərlə bağlı Konstitusiya Məhkəməsinin bəzi qərarlarında ifadə olunmuş hüquqi mövqeyini də xatırlatmağı zəruri hesab edir. Kredit müqaviləsindən fərqli olaraq lizinq müqaviləsinin obyekti pul vəsaiti deyil, müəyyən əmlak olduğundan lizinq müqaviləsinin kredit müqaviləsi ilə pərdələnməsinin qeyrimümkünlüyü “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2020-ci il tarixli Qərarında vurğulandığı yuxarıda qeyd edilmişdir. Bundan başqa, “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Tərəflərin görünüş üçün bağladıqları müqavilədə göstərilən hüquqi nəticəni əmələ gətirmək niyyətləri olmur və bu cür pərdələmə müqavilə tərəflərinin hər ikisinin qəsdi ilə əhatə olunaraq üçüncü şəxsləri aldatmaq məqsədi daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunda qeyd edilmişdir ki, xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Göstərilən səbəblərdən alqı-satqı və lizinq müqavilələrinin, eləcə də Cavabdeh2 ilə bağlanmış 08 noyabr 2019-cu il tarixli zaminlik müqaviləsinin etibarsız sayılması üçün əsas yoxdur. Cavabdeh tərəf lizinq müqaviləsinin etibarsız sayılmasını iddia etməklə apellyasiya şikayətlərini və etirazlarını həm də onunla əsaslandırmışlar ki, lizinq obyekti olan mənzil lizinq alana təhvil verilməmişdir. Lizinq verənin nümayəndəsi izahatında bildirmişdir ki, lizinq öbyektindən lizinq alanın özünün istifadə etməsi və ya başqasına istifadəyə verməsi onun hüququdur. Lizinq obyektinin boşaldılıb ona təhvil verilməsi ilə bağlı lizinq alan müraciət etməmişdir. Kollegiya qeyd edir ki, qanunun tələbinə görə, lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. Lizinq alan əmlakı qəbul edərkən hər hansı bir satışmazlıq aşkar edərsə, qəbul protokolunda bu barədə qeyd etməli və çatışmazlıqları aradan qaldırmaq məqsədilə bu əmlakı satan hüquqi və ya fiziki şəxslər qarşısında tələb irəli sürmək üçün lizinq verənə məlumat verməlidir. Müəyyən edilir ki, lizinq müqaviləsi bağlandıqdan sonra lizinq alan lizinq verənə qarşı hər-hansı pretenziya irəli sürməmiş, lizinq verəndən öhdəliklərinin yerinə yetirilməsini tələb etmək hüququ olduğu halda bunu etməmişdir. Üstəlik lizinq alan borc qrafikinə uyğun olaraq 4 ay dalbadal ödənişlər etmişdir. (Cavabdehin konklyudent hərəkətləri). Bir müddət ödənişlər olduğundan lizinq verən keçmiş mülkiyyətçinin çıxarılmasını tələb etməmişdir. İşin hallarından, əvvəllər tərəflər arasında olan məhkəmə mübahisələrindən, eləcə də lizinq alanın izahatlarından görünür ki, lizinq alan Cavabdeh1 ödənişin vaxtında həyata keçirilməməsini əqdin etibarsızlığının tanınması ilə deyil, pandemiya şəraitində iqtisadi böhranla əlaqələndirmişdir. Belə ki, lizinq alan Cavabdeh1, lizinq verən İddiaçı MMC-yə xx.xx.2021-ci ildə ərizə ilə təklif göndərərk yeni şərtlərlə daxili lizinq müqaviləsinin bağlanmasını təklif etmişdir (2-ci iş üzrə, 1-ci cild, səh.115). Kollegiya qeyd edir ki, lizinq alanın lizinq borcunu qrafikə uyğun olaraq 4 ay müddətində ödəməsi, onun yeni şərtlərlə daxili lizinq müqaviləsi bağlamaq təklifi kimi konkludent hərəkətləri və rəftarı da onun lizinq müqaviləsini qəbul etdiyinə dəlalət edən hallardır. Beləliklə, xx.xx.2019-cu il tarixdə İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış lizinq müqaviləsinin, eləcə də MMC ilə Cavabdeh2 arasında bağlanmış zaminlik və İddiaçı MMC ilə Elçiyeva Durdana arasında bağlanmış mənzilin alqı-satqı müqavilələrinin etibarsız sayılması üçün əsas yoxdur. Ona görə də bu hissədə iddia təmin edilməməlidir. Cavabdeh tərəf apellyasiya şikayətində məhkəmə aidiyyəti qaydalarının pozulduğunu da iddia etmişdir. Kollegiya hesab edir ki, məhkəmə aidiyyəti qaydalarının pozulması halı müəyyən edilməmişdir. Birinci iş üzrə İddiaçı MMC tələbində lizinq müqaviləsinin ləğvini tələb etmişdir. Lizinq müqaviləsi 1 il müddətinə bağlanmış və müqavilənin müddəti xx.xx.2020-ci ildə başa çatmışdır. Mahiyyət etibarı ilə lizinq müqaviləsinə müddətin başa çatması ilə xitam verilmişdir. Kollegiya hesab edir ki, müddəti başa çatmış müqavilənin ləğv edilməsinə ehtiyac yoxdur. Bu baxımdan həmin hissədə iddia əsassızdır. Ona görə də maddi və prosessual hüquq normaları pozulduğundan həmin hissədə qətnamə ləğv edilməli və iddia həmin hissədə rədd edilməlidir. İddiaçı MMC tələbində həm də lizinq obyekti olan mənzildən istifadəyə görə 63696 manat məbləğində borcun tutulmasını və mənzilin təhvil verilməsini tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Qanunun tələbinə görə, həmin Məcəllənin 458.1-ci maddəsinin qaydaları bu Məcəlləyə və ya müqaviləyə görə borclunun öz təqsirindən asılı olmayaraq öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşıdığı hallarda da müvafiq surətdə tətbiq edilir. Müəyyən edilir ki, lizinq alan müqavilə üzrə öhdəliyin bir hissəsini icra etmiş, 4 ay müddətinə, cəmi 21232 manat ödəniş etmişdir. İddiaçı mənzildən bundan sonrakı müddət üzrə istifadəyə görə pul tələb etmişdir. Kollegiya hesab edir ki, lizinq müqaviləsinə əsasən mənzildən istifadəyə 63696 manat pul tələbi hissədə iddia təmin edilməməlidir. Belə ki, lizinq alan hansı müddətdə mənzildən istfadə edilməsi müəyyən edilmir. İizahatlardan görünür ki, müqavilə üzrə müəyyən müddət ərzində ödənişlər həyata keçirsə də sonrakı müddətdə lizinq alan mənzilə köçməmişdir. Hazırda da lizinq müddəti başa çatmışdır. Əvvəl ödənilən məbləğlə bağlı isə mübahisə olmamışdır. Bundan başqa, lizinq obyekti olmuş mənzildə izahatlara görə cavabdehlərdən Cavabdeh2 və onun arvadı Elçiyeva Durdana yaşayır. Mənzilin boşaldılmasına dair iddia cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yönəlmişdir. Bu iş üzrə Elçiyeva Durdana cavabdeh deyil. Ona görə mənzilin boşladılması birinci iş üzrə cavabdehlərə münasibətdə təmin edilməlidir. Keçmiş mülkiyyətçi Elçiyeva Dürdanə mənzili təhvil vermədiyindən hazırki mülkiyyətçi İddiaçı MMC-nin Elçiyeva Dürdanənin mənzildən çıxarılması və mənzilin təhvil verilməsi barədə iddia irəli sürmək hüququ vardır. Bu baxımdan birinci iş üzrə cavabdehlərə münasibətdə mənzilin təhvil verilməsi tələbi də təmin edilməməlidir. Göstərilənlər onu deməyə əsas verir ki, birinci iş üzrə İddiaçı MMC-nin iddiası üzrə iddianı tam təmin edən məhkəmə işin hallarını düzgün müəyyən etməmiş və maddi və prosessual hüquq normalarını pozmuşdur ki, bunlar da məhkəmə qətnaməsinin ləğvi üçün əsasdır. Kollegiya hesab edir ki, Biləsuvar Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia yuxarıda göstərilən hədd qismən təmin edilməlidir. Beləliklə, Məhkəmə Kollegiyası belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğunun apellyasiya şikayətləri qismən təmin edilməli, iş üzrə Biləsuvar Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli, İddiaçı MMC-nin iddiası qismən təmin edilməli, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524 məhəllədə yerləşən 1 saylı evin 13 (Yeni qaydalarla Az 1118, Bakı şəhəri, Niami rayonu, Məmmədəli Şərifli küçəsi 239, M3, m.6) saylı mənzili üzrə cavabdehlərə aid istifadə hüquqlarının itirilməsi və mənzilin boşaldılması hissədə iddia təmin edilməli, qalan hissədə iddia təmin edilməməli, Elçiyeva Durdananın apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 11 mart 2024cü il tarixli, 2(011)-76/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Birinci iş üzrə apellyasiya şikayətləri qismən təmin edildiyindən və iddia qismən təmin edildiyindən, ikinci iş üzrə apellyasiya şikayəti təmin edilmədiyindən iddia ərizələrinin və apellyasiya şikayətlərinin verilməsi ilə bağlı dövlət rüsumları müvafiq olaraq tərəflərin özlərinə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətləri qismən təmin edilsin Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(022)-165/2023 saylı qətnaməsi ləğv edilsin. İddiaçı MMC-nin iddiası qismən təmin edilsin. Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524 məhəllədə yerləşən 1 saylı evin 13 (Yeni qaydalarla Az 1118, Bakı şəhəri, Niami rayonu, Məmmədəli Şərifli küçəsi 239, M3, m.6) saylı mənzilinə cavabdehlərə aid istifadə hüquqları itirilməsi və mənzilin boşaldılması hissədə iddia təmin edilsin. Qalan hissədə iddia təmin edilməsin. Elçiyeva Durdananın apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli, 2(011)-76/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-83/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-83/2024
26.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver