Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-838/2025 25.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Sultanov Cavid Rizvan oğlundan ibarət məhkəmə tərkibində, X32 oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 Allahverdi oğlu, Cavabdeh3 və Lənkəran Regional «ASAN» Xidmət Mərkəzində Notariat ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, çıxarışların və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-135/2025 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə müraciət edərək Qanun üzrə vərəsəlik hüququ haqqında 21 sentyabr 2012-ci il tarixli şəhadətnamənin, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-i tərəfindən “Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” ******* nömrəli Cavabdeh1 adına verilmiş Çıxarışın və 18 avqust 2023-cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, X5, X6 və X17 miras qalmış əmlakların vərəsələr arasında onların paylarına uyğun olaraq bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışlar ki, X1 X3 ilə 10 sentyabr 1948-cı il tarixdə ailə qurub evlənmişlər. Onların birgə nikahlarından 22 noyabr 1954-cü il tarixdə X11, 04 noyabr 1956-cı il tarixdə X12, 10 sentyabr 1960-cı il tarixdə X13, 10 sentyabr 1962-ci il tarixdə İddiaçı2, xx xxxxxx 1965-ci il tarixdə Cavabdeh2 Allahverdi oğlu və xx xxxxx 1967-ci il tarixdə X7 anadan olmuşlar. X14, X12 və X2 Federasiyasının vətəndaşları olmuş və onlar müvafiq olaraq xx.xx.2009-cu, xx.xx.2010- cu və xx.xx.2021-ci il tarixlərdə Rusiya Federasiyasında vəfat etmişlər. Onlardan heç biri evli və heç birinin övladları olmamışdır. X3 xx.xx.1981- ci il tarixdə vəfat etmişdir. Bundan sonra X1 xx.xx.1983- cü il tarixdə X31 ilə nikaha daxil olub evlənmişdir. Sonuncuların birgə nikahlarından xx.xx.1986cı il tarixdə Cavabdeh1 anadan olmuşdur. X1 xx.xx.1999-cu il tarixdə, atalarının ikinci arvadı X31 isə xx.xx.2011-ci il tarixdə vəfat etmişlər. İddiaçılardan İddiaçı1 xx.xx.2017-ci il tarixdə boşanmışdır. Bundan sonra onların heç bir məlumatları olmadan atadan bir, anadan ögel olan qardaşları Cavabdeh1 miras qalmış evi və torpaq sahəsini vərəsəlik şəhadətnaməsi alaraq öz adına keçirtmişdir. Vərəsəlik işi açıldıqda onların heç biri vərəsəliyə çağrılmamış və bundan məlumatları olmamışdır. Sonradan Cavabdeh1 vərəsəlik şəhadətnaməsi əsasında öz adına Çıxarış əldə etmişdir. Daha sonra isə həmin əmlakı qardaşı qızı Cavabdeh3 bağışlamışdır. Sonradan Cavabdeh3 həmin əmlakı satmaq istədiyini öyrənmiş və yalnız həmin əmlakı satmaq istədikdə onların bütün bu olanlardan məlumatları olmuşdur. Onlar Notariat Orqanına müraciət etsələr də, onları vərəsə kimi tanımayaraq artıq vərəsəlik işi açılaraq vərəsə kimi Cavabdeh1 tanındığı və məhkəməyə müraciət etmək səlahiyyətlərinin olduğu qeyd edilmişdir. Qanunun tələbinə əsasən vəsiyyətnamə mövcud olmadığından hazırkı işlə bağlı qanun üzrə vərəsəliyə dair normalar tətbiq edilməli və birinci növbəli vərasə kimi miras mərhum X1ndan və X3ndan, həmçinin X17 miras qalmış əmlak övladları arasında bərabər bölünməlidir. Yəni vərəsəlik şəhadətnaməsində cavabdehlərin hər birinə bərabər pay olmaqla verilməsi qeyd edilməli olduğundan, vərəsəlik şəhadətnaməsində miras tamamilə Cavabdeh1 verilmiş, o da, həmin əmlakı Cavabdeh3 adına keçirtmiş nəticədə onlar və digər şəxslərin qalan miras əmlaka olan hüquqları pozulmuşdur. Birinci instansiya məhkəməsində icraat Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-135/2025 saylı qətnaməsi ilə (hakim M.Qasımov) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçılar, Cavabdeh1 ilə atadan doğma, anadan ögey bacı və qardaşdırlar. İddiaçıların və Cavabdeh2 doğma anaları Mənsurə 1981, onların, eləcə də Cavabdeh1 ataları Allahverdi isə 1999-cu ildə vəfat etmişdirlər. İddiaçılar atalarından miras qaldığını iddia etdiklərin evin 1960-cı ildə tikildiyini göstərsələr də, bunu təsdiqləyən hər hansı bir sübutlarını məhkəməyə təqdim etməmişdirlər. İş materiallarında olan 21 sentyabr 2012-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin surətinin məzmunundan aydın olunur ki, Cavabdeh1 doğma anası, iddiaçıların isə ögey anaları X4 rayonu, Şilavar kəndində 0,087 ha. torpaq sahəsində yerləşən 2012-ci ildə inşa edilmiş ümumi sahəsi 66.37 kv.m., yaşayış sahəsi 33.2 kv.m., köməkçi sahəsi 33.1 kv.m. olan bir mərtəbəli iki otaqdan ibarət fərdi yaşayış evi üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş olsa da, həmin hüququ təsdiq edən çıxarışı almadan xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. İddiaçılar tərəfindən yuxarıda qeyd olunmuş və DƏDRX-i tərəfindən verilmiş hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış mübahisələndirilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh1 anası Əsli Əskərovanın vəfatından sonra sonuncunun birinci növbəli vərəsələri onun valideynləri, əri və uşağı(uşaqları) hesab olunurlar. Lakin onun vəfatı vaxtı onun vərəsələrindən yalnız doğma oğlu Cavabdeh1 sağ olmuş və hazırda da sağdır. X31 iddiaçıları övladlığa götürməmişdir. İddiaçılarla Cavabdeh1 anası Əsli Əskərova arasında qan qohumluğu olmamışdır. Buna görə də kənd icra nümayəndəliyi haqlı olaraq X20 vərəsələri sırasında yalnız Cavabdeh1 olduğunu göstərmişdir. Sonucu da, anasından qalmış mirası qəbul etmiş, ardınca da, 2012-ci ildə inşa edilmiş evi miras əmlak olaraq xüsusi mülkiyyət hüququ əsasında adına rəsmiləşdirmişdir. Göründüyü kimi, Cavabdeh1 qanuni əsaslarla mirası qəbul etmiş və həmin qanuni əsaslarla da miras əmlakı adına rəsmiləşdirmişdir. İddiaçılar isə Əsli Əskərovanın vərəsələri olmadıqları üçün, icra nümayəndəliyi haqlı olaraq verdiyi arayışda onları Əslinin vərəsələri kimi göstərməmişdir. Göründüyü kimi, iddiaçılar Əsli Əskərovanın vərəsələri qismində çıxış edə bilməzlər. Belə olan halda onların “Qanun üzrə vərəsəlik hüququ haqqında” 21 sentyabr 2012-ci il tarixli şəhadətnamənin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli Cavabdeh1 adına verilmiş Çıxarışın etibarsız hesab edilməsi, 18 avqust 2023-cü il tarixli bağışlama müqavilənin etibarsız hesab edilməsi barədə iddia verməyə sübyektiv hüquqları olmamışdır. Cavabdeh1 qanuni əsaslarla “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə və onun əsasında xx.xx.2012-ci il tarixdə “Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” ******* nömrəli Çıxarış aldığından, onların etibarsız hesab edilməsi üçün hüquqi əsaslar yoxdur. Məhkəmə 18 avqust 2023-cü il tarixli bağışlama müqavilənin etibarsız hesab edilməsi ilə bağlı qeyd etmişdir ki, yuxarıda qeyd edildiyi kimi Cavabdeh1 adına verilmiş “Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” ******* nömrəli Çıxarışın etibarsız hesab edilməsi üçün hüquqi əsasların olmaması aşkar edilmişdir. Cavabdeh1 bağışlama müqaviləsini imzalayan zaman mülkiyyətində olan əmlaka dair sərəncam verməkdə tam sərbəst olmuşdur. Cavabdeh1 öz istəyinə əsasən mülkiyyətində olan əmlakı Cavabdeh3 bağışlamaqda hər hansı bir qanun pozuntusuna yol verməmiş, bu səbəbdən də, iddiaçıların bu tələbləri də əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə qeyd etmişdir ki, iddiaçılar cavabdeh qismində Cavabdeh2 Allahverdi oğlunu da göstərsələr də, sonuncunun konkret olaraq nəyə cavabdeh olduğunu göstərməmişlər. Buna görə də, məhkəmə hesab etmişdir ki, iddiaçılar əsl olmayan cavabdehə qarşı iddia qaldırdıqlarından ona aid hissədə də iddia təmin edilməməlidir. Eyni zamanda birinci instansiya məhkəməsi mülki iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 152.1, 1159.1, 1159.1.1, 1243, 1246-cı maddələri, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasınun Qanunun 22.2-ci maddəsi, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin bəzi müddəalarının həmin Məcəllənin 1165-ci maddəsi ilə əlaqə şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 iyul 2022-ci il tarixli qərarı, M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 218.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun mərhum anası X18 xx.xx.1981ci il tarixdə, mərhum atası X10 isə xx.xx.1999-cu il tarixdə vəfat etmişdir və qanunvericiliyin tələbinə görə məhkəmə hazırki, mülki işə Azərbaycan SSRnin Mülki Məcəlləsinin təsdiq olunması haqqında Azərbaycan Sovet Sosialist Respublikasının 11 sentyabr 1964-cü il tarixli qərarı ilə təsdiq edilmiş 01 mart 1965-ci il tarixdən qüvvəyə minən 2000-ci ilədək qüvvədə olan Mülki Məcəlləsinin maddələrini tətbiq etməli olduğu halda, məhkəmə xx.xx.2000-ci il tarixdən qüvvədə olan Mülki Məcəllənin maddalərini tətbiq etmiş və onları da düzgün tətbiq etməyərək sonda iddia tələbini rədd etmişdir. Hansı ki,işin müəyyən olunmuş hallarından aydın görünür ki, miras əmlak onun mərhum anası X9 və mərhum atası X8 birgə nikah dövründə əldə edilmişdir. Bu halı Cavabdeh1 verdiyi izahatında da qeyd etmişdir. Belə ki, o, izahatında 13 yaşında olduğu zaman atasının vəfat etdiyini, onun vəfatından sonra əvvəl anası ilə birlikdə atasına məxsus evdə yaşamış, həmin evin nə vaxt inşa edildiyini bilmir, daha sonra həmin həyətdə anasına məxsus 0.11 ha torpaq sahəsində palçıqdan başqa bir ev tikdirmiş, həmin 11 sot torpaq sahəsini çəpərə alaraq anasından miras qalmış torpaq sahəsi ilə evi adına rəsmiləşdirmişdir. 11 sot torpaq sahəsindən başqa 09 sot torpaq sahəsindən qanunsuz istifadə etmiş, həmin qanunsuz istifadə etdiyi 09 sot torpaq sahəsində atasına məxsus ev yerləşmiş, həmçinin evdə Rafiqin yaşadığı və bir dəfə ona həmin evin ona məxsus olduğunu bildirdiyi üçün həmin evi və özünün mülkiyyətində olan 01 sot torpaq sahəsini Rafiqin qızı Könülə bağışlamışdır. İş materiallarında olan və reyestrdə 2-V-03- 2136 № ilə qeyd edilmiş, vərəsəlik işin nömrəsi 2038/2012 olan, 21 sentyabr 2012-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin surətindən görünür ki, xx.xx.2011-ci il tarixdə vəfat etmiş X20 vərəsəsi Lənkəran rayonu Şilavar kəndində yaşayan oğlu Cavabdeh1 miras əmlakdan irs almalıdır. Şəhadətnamə verilən əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Lənkəran Əİ-i tərəfindən verilmiş **********05 nömrəli xx.xx.2012-ci il tarixli arayışa əsasən ünvan 1i ünvanındakı mülkiyyətində olan 0,087 ha. Torpaq sahəsində yerləşən 2012-ci ildə inşa edilmiş ümumi sahəsi 66.37 kv.m., yaşayış sahəsi 33.2 kv.m, köməkçi sahəsi 33.1 kv.m. olan bir mərtəbəli iki otaqdan ibarət fərdi yaşayış evindən və “Azərbaycan R espublikası DTX K – nin Verilməsinə dair” Şəhadətnaməyə və Azərbaycan Respublikası Əmlak MəsələləriDövlət K omitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Lənkəran Əİ-i tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş 22-31-234 nömrəli arayışa əsasən ünvan 2i ünvanında yerləşən 0,11 ha. torpaq sahəsinin mərhuma məxsus hissəsindən ibarətdir. Buradan aydın görünür ki, Cavabdeh1 verdiyi izahat iş materiallarında olan və reyestrdə 2-V -03-2136 № ilə qeyd edilmiş, vərəsəlik işin nömrəsi 2038/2012 olan, 21 sentyabr 2012-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədə qeyd olunanlarla üst-üstə düşmür. Lakin məhkəmə bu hala demək olar ki, münasibət bildirməmişdir. Həmçinin məhkəmə iddia tələbini rədd edərkən əsas kimi iddiaçıların qeyd olunan fərdi yaşayış evinin 1960-cı il tarixdə inşa edilməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edəbilməmələrini qeyd etmişdir. Hansı ki, burada miras əmlak təkcə fərdi yaşayış evindən deyil,həm də torpaq sahəsindən gedir. Hansı ki, məhkəmə qətnaməsində bu halı demək olaraq qeyd etməmiş və buna münasibət də bildirməmişdir. İş materiallarında olan və reyestrdə 2-V -03-2136 № ilə qeyd edilmiş, vərəsəlik işin nömrəsi 2038/2012 olan, 21 sentyabr 2012-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədə miras əmlak təkcə fərdi yaşayış evindən ibarət deyil, həmin şəhadətnamədə miras kütləsinə fərdi yaşayış evi ilə yanaşı 0.087 ha və 0.11 ha torpaq sahəsi də daxil edilmişdir. Hansı ki,həmin şəhadətnamədə X17 miras qalmış əmlak kimi qeyd edilmiş 0.11 ha torpaq sahəsi əslində onların valideynlərindən miras qalmış və onlarda valideynlərinin vəfatından sonra notariat kontoruna müraciət etməsələr də, bir vərəsə kimi həmin 0.11 ha torpaq sahəsindən istifadə etdikləri üçün həmin mirası faktiki qəbul etmişdirlər. Həmçinin həmin şəhadətnamədə fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 0.087 ha qeyd edilsə də, həmin şəhadətnamə əsasında Cavabdeh1 adına verilmiş çıxarışda qeyd olunan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 0.11 ha qeyd edilmişdir. İş materiallarında və Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında bu qədər ziddiyyətli məqam olduğu halda, məhkəmə qeyd olunan faktlara və hallara hüquqi qiymət verməmiş Notariat ofisi vərəsəlik işi açarkən miras əmlakın kimlərə məxsus olmasını, həmin miras əmlakın hansı vərəsələr tərəfindən faktiki qəbul etdiyini və qanunvericilikdə nəzərdə tutulmuş digər halları nəzərə almadan vərəsəlik işi açmış və sonda da Cavabdeh1 adına reyestrdə 2-V -03-2136 № ilə qeyd edilmiş, vərəsəlik işin nömrəsi 2038/2012 olan, 21 sentyabr 2012-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verərək onların mərhum valideynlərindən miras qalmış əmlakı cavabdeh SadıxovSakit Allahverdi oğlunun mülkiyyətinə verilməsinə zəmin yaratsa da, məhkəmə tərəfindən bu faktlar və hallar tam olaraq araşdırılmamış və sonda dövlət adından qəbul etdiyi qətnaməsi ilə onları valideynlərindən miras qalmış əmlakdan məhrum etmişdir. Notariat ofisi cavabdeh adıxov Sakit Allahverdi oğlunun adına reyestrdə 2-V -03-2136 № ilə qeyd edilmiş, vərəsəlik işin nömrəsi 2038/2012 olan, 21 sentyabr 2012-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verərək aydınlaşdırmamışdır ki, əgər miras kütləsinə daxil edilmiş fərdi yaşayış evi 2012-ci ildə inşa edilibsə və cavabdehin anası 24.07.11-ci tarixdə vəfat etmişsə, onda cavabdehin anası həmin fərdi yaşayış evini sağ olmaya-olmaya 2012-ci ildə necə inşa edir və həmin fərdi yaşayış evi ondan qalmış mirasın kütləsinə daxil ola bilir. Məhkəmə cavabdehin miras kimi qəbul etdiyi və notariat ofisinin Cavabdeh1 adına “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədə fərdi yaşayış evinin 2012-ci il tarixdə inşa edildiyini qeyd etsə də, lakin bu faktın həqiqət olubolmadığını aydınlaşdırmadan qətnamə qəbul etmişdir. Yuxarıda qeyd olunanlara əsasən Lənkəran Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli 2(049)-135/2025-ci il saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin tam şəkildə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 apellyasiya şikayətinin təmin edilməməsini, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-135/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh2 Allahverdi oğlu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Eyni zamanda cavabdeh Lənkəran Regional «ASAN» Xidmət Mərkəzi məhkəməyə müraciət edərək işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsaəsn qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu; Maddə 57. Mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Lənkəran Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli 2(049)-135/2025-ci il saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin tam şəkildə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olubolmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə Ona görə də məhkəmə tərkibi Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-135/2025 saylı saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-135/2025 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə müraciət edərək Qanun üzrə vərəsəlik hüququ haqqında 21 sentyabr 2012-ci il tarixli şəhadətnamənin, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-i tərəfindən “Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” ******* nömrəli Cavabdeh1 adına verilmiş Çıxarışın və 18 avqust 2023-cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, X5, X6 və X17 miras qalmış əmlakların vərəsələr arasında onların paylarına uyğun olaraq bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh1 anası Əsli Əskərovanın vəfatından sonra sonuncunun birinci növbəli vərəsələri onun valideynləri, əri və uşağı(uşaqları) hesab olunurlar. Lakin onun vəfatı vaxtı onun vərəsələrindən yalnız doğma oğlu Cavabdeh1 sağ olmuş və hazırda da sağdır. X31 iddiaçıları övladlığa götürməmişdir. İddiaçılarla Cavabdeh1 anası Əsli Əskərova arasında qan qohumluğu olmamışdır. Buna görə də kənd icra nümayəndəliyi haqlı olaraq X20 vərəsələri sırasında yalnız Cavabdeh1 olduğunu göstərmişdir. Sonucu da, anasından qalmış mirası qəbul etmiş, ardınca da, 2012-ci ildə inşa edilmiş evi miras əmlak olaraq xüsusi mülkiyyət hüququ əsasında adına rəsmiləşdirmişdir. Göründüyü kimi, Cavabdeh1 qanuni əsaslarla mirası qəbul etmiş və həmin qanuni əsaslarla da miras əmlakı adına rəsmiləşdirmişdir. İddiaçılar isə Əsli Əskərovanın vərəsələri olmadıqları üçün, icra nümayəndəliyi haqlı olaraq verdiyi arayışda onları Əslinin vərəsələri kimi göstərməmişdir. Göründüyü kimi, iddiaçılar Əsli Əskərovanın vərəsələri qismində çıxış edə bilməzlər. Belə olan halda onların “Qanun üzrə vərəsəlik hüququ haqqında” 21 sentyabr 2012-ci il tarixli şəhadətnamənin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli Cavabdeh1 adına verilmiş Çıxarışın etibarsız hesab edilməsi, 18 avqust 2023-cü il tarixli bağışlama müqavilənin etibarsız hesab edilməsi barədə iddia verməyə sübyektiv hüquqları olmamışdır. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərək əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan 21 sentyabr 2012-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədən görünür ki, bu şəhadətnaməyə əsasən miras əmlak iki hissədən ibarətdir: 1) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Lənkəran Əİ tərəfindən verilmiş **********05 nömrəli xx.xx.2012-ci il tarixli arayışa əsasən ünvan 1i ünvanındakı mülkiyyətində olan 0,087 ha. torpaq sahəsində yerləşən 2012-ci ildə inşa edilmiş ümumi sahəsi 66.37 kv.m., yaşayış sahəsi 33.2 kv.m., köməkçi sahəsi 33.1 kv.m. olan bir mərtəbəli iki otaqdan ibarət fərdi yaşayış evi; 2) “Azərbaycan Respublikası DTXK-nin Lənkəran rayon Şöbəsinin xx.xx.2005-ci il tarixli, JN 716 nömrəli “Torpağın Mülkiyyətə Verilməsinə dair” Şəhadətnaməyə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Lənkəran Əİ-i tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş 22-31-234 nömrəli arayışa əsasən ünvan 1i ünvanında yerləşən 0,11 ha. torpaq sahəsinin mərhuma məxsus hissəsi. İddiaçının apellyasiya şikayətinin dəlillərindən biri odur ki, Notariat ofisi Cavabdeh1 adına reyestrdə 2-V -03-2136 № ilə qeyd edilmiş, vərəsəlik işinin nömrəsi 2038/2012 olan, 21 sentyabr 2012-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verərək aydınlaşdırmamışdır ki, əgər miras kütləsinə daxil edilmiş fərdi yaşayış evi 2012-ci ildə inşa edilibsə və cavabdehin anası 24.07.11-ci tarixdə vəfat etmişsə, onda cavabdehin anası həmin fərdi yaşayış evini sağ olmaya-olmaya 2012-ci ildə necə inşa edir və həmin fərdi yaşayış evi ondan qalmış mirasın kütləsinə daxil ola bilir. Məhkəmə cavabdehin miras kimi qəbul etdiyi və notariat ofisinin Cavabdeh1 adına “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədə fərdi yaşayış evinin 2012-ci il tarixdə inşa edildiyini qeyd etsə də, lakin bu faktın həqiqət olub-olmadığını aydınlaşdırmadan qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlili ilə bağlı diqqətə çatdırır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. İş materiallarında olan 24 avqust 2012-ci il tarixli müqavilə və digər əsaslar üzrə vəfat etmiş şəxsə məxsus olmuş, üzərində mülkiyyət və digər əşya hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka dair hüquqların rəsmiləşdirilməsinin mümkünlüyü barədə arayışdan görünür ki, mərhum X22 aid olan ünvan 1i ünvanındakı mülkiyyətində olan 0.087 ha torpaq sahəsində yerləşən 2012-ci ildə inşa edilmiş ümumi sahəsi 66.37 kv.m., yaşayış sahəsi 33.2 kv.m., köməkçi sahəsi 33.1 kv.m. olan bir mərtəbəli iki otaqdan ibarət fərdi yaşayış evi üzərində mülkiyyət və ya digər əşya hüquqlarının dövlət qeydiyyatı qanunvericiliyə müvafiq olaraq daşınmaz əmlakın dövlət qeydiyyata alınmasına əsas verir. Bu arayış əsasında mərhumun vərəsəsi müəyyən edildiyi təqdirdə həmin daşınmaz əmlak üzərində vərəsənin hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alına bilər. Cavabdeh1 doğma anası, iddiaçıların isə ögey anaları X4 rayonu, Şilavar kəndində 0,087 ha. torpaq sahəsində yerləşən 2012-ci ildə inşa edilmiş ümumi sahəsi 66.37 kv.m., yaşayış sahəsi 33.2 kv.m., köməkçi sahəsi 33.1 kv.m. olan bir mərtəbəli iki otaqdan ibarət fərdi yaşayış evi üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş olsa da, həmin hüququ təsdiq edən çıxarışı almadan xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Cavabdeh1 mirası qəbul etdiyi zaman yuxarıda qeyd olunmuş DƏDRX-i tərəfindən verilmiş hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olmuşdur.İddiaçılar tərəfindən yuxarıda qeyd olunmuş və DƏDRXi tərəfindən verilmiş hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış mübahisələndirilməmişdir. X31 vəfat etdiyi zaman (xx.xx.2011-ci il) ünvan 1ində yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin çıxarışı olmamışdır, lakin faktiki inşa edilmiş tikili və sahəyə miras hüququ mövcud olmuşdur. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlilini əsassız hesab edir. “Azərbaycan Respublikası DTXK-nin Lənkəran rayon Şöbəsinin xx.xx.2005-ci il tarixli, JN 716 nömrəli “Torpağın Mülkiyyətə Verilməsinə dair” Şəhadətnaməyə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Lənkəran Əİ tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş 22-31-234 nömrəli arayışa əsasən ünvan 1i ünvanında yerləşən 0,11 ha. torpaq sahəsinin mərhuma məxsus hissəsi ilə bağlı məhkəmə kollegiyası diqqətə çatdırır ki, iş materiallarında olan Lənkəran rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli, 25 saylı qərarına əsasən JN- 716A, KOD 80213018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında 0.11 ha torpaq sahəsi mərhum X31 və Cavabdeh1 ümumi birgə mülkiyyətinə verilmişdir. Cavabdeh1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Lənkəran Əİ tərəfindən dövlət notariat kontoruna vərəsəlik müqaviləsinin rəsmiləşdirilməsi üçün xx.xx.2012-ci il tarixdə 22-31-234 nömrəli arayış verilmişdir. Cavabdeh1 isə mərhum X20 yeganə vərəsəsi olaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Göründüyü kimi, sözügedən torpaq sahəsi mərhum Əsli Əskərova və Cavabdeh1 ümumi birgə mülkiyyətində olduğundan, torpaq sahəsinin iddiaçının valideynlərindən miras qalması barədə mötəbər sübut olmadığından iddiaçıların həmin torpaq sahəsinə hər hansı aidiyyəti olmamışdır. Məlum olduğu kimi, mülki qanunvericilik miras əmlakın başqa şəxslərə keçməsinin iki növünü müəyyən etmişdir. Belə ki, Mülki Məcəllənin 1133-cü maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Əgər nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə yoxdursa və ya vərəsələrdən heç biri mirası qəbul etməmişdirsə, yaxud bütün vərəsələr vərəsəlik hüququndan mərhum edilmişlərsə bu zaman əmlak vərəsələri olmayan əmlak kimi dövlətə keçir. Qanun üzrə vərəsə sayılan şəxslərin dairəsi və onların vərəsəliyə çağırılması növbəliliyi Mülki Məcəllənin 1159-cu maddəsi ilə müəyyən edilmişdir. Həmin maddədə qanun üzrə vərəsəliyin beş növbəsi müəyyən edilir. Qanunverici bu cür növbəliliyi müəyyən edərkən vərəsə olan şəxslərin qohumluq dərəcəsini nəzərə almışdır. Belə ki, qanun üzrə vərəsəlik zamanı vərəsələr qanunvericiliklə müəyyən edilmiş qaydada miras əmlakdan bərabər pay almaq hüququna malikdirlər. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Qanun üzrə vərəsəlik halında vərəsəliyin şərtləri və qaydası miras qoyan tərəfindən dəyişdirilə bilməz. Qanun üzrə vərəsəlik əsasən qan qohumluğu əsasında yarandığından ögey atalar və ögey analar ögey oğul və qızların vərəsəsi ola bilməzlər, həmçinin ögey oğullar və ögey qızlar da ögey ataların və ögey anaların vərəsələri ola bilməzlər, onlar yalnız öz valideyinlərinin vərəsələri ola bilərlər. Ögey oğullar və ögey qızlar miras qoyanın himayəsində olmuşlarsa və özlərini müstəqil saxlaya bilməyən əmək qabiliyyəti olmayan şəxslər kateqoriyasına aiddirlərsə və vəsiyyətnamədə adları çəkilmişdirsə MM-in 1161-cı maddəsinə əsasən mirasdan dolanacaq təminatı (alimentlər) tələb edə bilərlər. Əgər ögey ata və ya ögey ana ögey oğul və ya qızları məhkəmə qaydasında övladlığa götürüblərsə Ailə Məcəlləsinin 134-cü maddəsinə görə övladlığa götürənlər və onların övladları övladlığa götürənlərə və onların qohumlarına münasibətdə, eləcə də övladlığa götürənlər və onların qohumları övladlığa götürülənlərə (onların övladlarına) münasibətdə öz şəxsi qeyri-əmlak və əmlak hüquq və vəzifələrinə görə mənşəcə qohumlara bərabər tutulduqlarına və övladlığa götürülən uşaqlar öz valideyinlərinə (qohumlarına) münasibətdə şəxsi qeyri-əmlak və əmlak hüquq və vəzifələrini itirdiklərinə görə onlar birbirilərinə münasibətdə qanun üzrə birinci növbəli vərəsələr hesab olunurlar. Faktiki vəziyyətə görə, X20 vəfatı zamanı onun qanuni vərəsəsi kimi yalnız doğma oğlu – Cavabdeh1 sağ olmuşdur.İddiaçılar isə a) Əsli Əskərovanın qanuni vərəsəsi deyillər; b)X34 ilə qan qohumluğu və ya övladlığa götürülmə münasibəti sübuta yetirilməmişdir; c) Əsli Əskərovanın onlarla hüquqi qohumluq münasibəti olmadığı üçün vərəsəlik hüququ əldə etmələri mümkün deyildir. Bu baxımdan, iddiaçıların X20 vərəsəsi kimi çıxış etmək hüququ yoxdur, nəticə etibarilə onların vərəsəlik şəhadətnaməsinin və çıxarışın etibarsız hesab olunması barədə iddia qaldırmağa hüquqi maraqları və subyektiv hüquqları yoxdur. Apellyator apellyasiya şikayətində qeyd etmişdir ki, onun mərhum anası X18 xx.xx.1981ci il tarixdə, mərhum atası X10 isə xx.xx.1999-cu il tarixdə vəfat etmişdir və qanunvericiliyin tələbinə görə birinci instansiya məhkəməsi hazırki mülki işə Azərbaycan SSR-nin Mülki Məcəlləsinin təsdiq olunması haqqında Azərbaycan Sovet Sosialist Respublikasının 11 sentyabr 1964-cü il tarixli qərarı ilə təsdiq edilmiş 01 mart 1965-ci il tarixdən qüvvəyə minən 2000-ci ilədək qüvvədə olan Mülki Məcəlləsinin maddələrini tətbiq etməli olduğu halda, məhkəmə xx.xx.2000-ci il tarixdən qüvvədə olan Mülki Məcəllənin maddalərini tətbiq etmiş və onları da düzgün tətbiq etməyərək sonda iddia tələbini rədd etmişdir. Apellyasiya şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə tərkibi qeyd edir ki, bu dəlil hazırkı mübahisənin predmeti baxımından tamamilə əlaqəsizdir, çünki miras əmlakların iddiaçıların valideynlərindən miras qalması barədə hər hansı mötəbər sübut mövcud deyil və hazırkı iş üzrə mübahisə mərhum X20 miras əmlakı ilə bağlıdır. Məhkəmə miras əmlakın X17 qaldığını düzgün müəyyən etmiş və xx.xx.2000-ci il tarixli Mülki Məcəllənin müvafiq maddələrini düzgün nəticəyə gəlmişdir. Apellyatorun valideynlərinin ölüm tarixi və onların əmlakı bu işdə hüquqi əhəmiyyət kəsb etmir, çünki hazırkı iş onların yox, Cavabdeh1 doğma anası X17 qalan mirasın hüquqi vəziyyətinə aiddir. Apellyatorun valideynləri ilə X20 əmlak münasibətləri və ya ortaq mülkiyyəti sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi və Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-135/2025 saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-135/2025 saylı qətnaməsi İddiaçı1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-838/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-838/2025
25.06.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver