Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-869/2025 28.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), X13 və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı (3-cü şəxs X6) “vəsiyyətnamənin etibarsız hesab edilməsi, mərhum X7 mülkiyyətində olmuş nəqliyyat vasitəsinin vəsiyyətnamə əsasında Cavabdeh2 adına qeydiyyata alınmış şəhadətnaməsinin ləğv edilməsi, bu avtomobilin alqı-satqı müqaviləsi əsasında X2 adına rəsmiləşdirilmiş qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi və nəqliyyat vasitəsinə payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli, 2(073)-192/2025 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İşdə olan mərhum X10 tərəfindən Cavabdeh1ndə Cavabdeh2 vermiş 28 sentyabr 2021-ci il tarixli, 2V-550 reyetr nömrəli vəsiyyətnamədən görünür ki, X10 bütün daşınar və daşınmaz əmlaklarını Cavabdeh2 vəsiyyət etmişdir. İşdə olan AZ-İİ 343900 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 19 aprel 2023-cü il tarixdə ölmüşdür və bu barədə ölüm akt qeydləri kitabında 28 aprel 2023-cü il tarixdə, 641 nömrə ilə qeydiyyat aparılmışdır. İşdə olan Cavabdeh1 tərəfindən qəbul edilmiş “notariat hərəkətini aparmaqdan imtina edilməsi barədə” 24 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, İddiaçı mərhum atası iddiaçı X5 miras qalmış əmlaka vərəsəlik hüquqi haqqında şəhadətnaməsi verilməsi barədə ərizəsindən, notariat hərəkətinin aparılmasından mərhum X1 yaşayış yerinin ünvan 1 ünvanı olması səbəbindən imtina edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasında mövcud olan məlumatların elektron çıxarışından görünür ki, xx.xx.2008-cü il tarixli, AB059317 saylı şəhadətnamə əsasında ünvan 2 ünvanında qeydiyyatda olan X7 mülkiyyətində olan “VAZ 21043” markalı, 90BP317 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixli, BD394351 saylı şəhadətnaməyə əsasən ünvan 3 ünvanında qeydiyyatda olan Cavabdeh2 mülkiyyətinə keçmiş və “VAZ 21043” markalı, 15CA890 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi kimi Dövlət qeydiyyatına alınmışdır. İşdə olan Cavabdeh2 ilə X6 arasında Ağcabədi RQİ və TBŞ-də bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən “VAZ 21043” markalı, 15CA890 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə BD402077 saylı şəhadətnamə ilə Ağdam rayonu Əhmədavar kəndində qeydiyyatda olan X3 mülkiyyətinə keçmiş və “VAZ 21043” markalı, 02CA402 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi kimi Dövlət qeydiyyatına alınmışdır. İşdə olan cinayət işi başlanmasının rədd edilməsi barədə Cəlilabad rayon prokurorluğunun 15 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, iddiaçı X7 mərhum atası Xanoğlan Həsənovun adına olan nəqliyyat vasitəsinin Cavabdeh1ndə tərtib edilmiş saxta vəsiyyətnamə əsasında başqa şəxsin adına sənədləşdirildiyi üçün qanuni tədbir görülməsi barədə ərizəsi Cəlilabad rayon prokurorluğunda araşdırılmış və cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilmişdir. İşdə olan "xxxx" MMC-nin 06 yanvar 2026-cı il tarixli hesabatından görünür ki, toplanmış məlumatlar, aparılmış təhlil və hesablamalar nəticəsində, “VAZ 21043” minik markalı, **-CA-*** (əvvəlki dövlət qeydiyyat nişanı **-BP-***) dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bazar qiyməti tələblə təklifin qarşılıqlı nəticəsində dəyəri 5000 manat müəyyən olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi, mərhum X7 mülkiyyətində olmuş “VAZ 21043” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin vəsiyyətnamə əsasında Cavabdeh2 adına qeydiyyata alınmış **-CA-*** dövlət qeydiyyat nişanlı BD394351 saylı qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, həmin avtomobilin xx.xx.2023-cü il tarixdə Ağcabədi RQİ və TBŞ-də alqı-satqı müqaviləsi əsasında X3 adına rəsmiləşdirilmiş **-CA-*** qeydiyyat nişanlı BD402077 qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi və mərhum X7 mülkiyyətində olmuş miras əmlak olan “VAZ 21043” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-192/2025 saylı qətnaməsi ilə (Hakim: Elxan Əmirəliyev) iddia qismən təmin edilmiş, 28 sentyabr 2021-ci il tarixli, 2V-550 reyestr nömrəli vəsiyyətnamə əsasında “VAZ 21043” markalı, 90BP317 dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh2 mülkiyyətinə verilməsinə dair xx.xx.2023-cü il tarixli, BD394351 saylı şəhadətnamənin ləğv edilməsi, Cavabdeh2 ilə X6 arasında Ağcabədi RQİ və TBŞ-də bağlanmış xx.xx.2023-cü il tarixli alqısatqı müqaviləsi və xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi əsasında “VAZ 21043” markalı, 15CA890 dövlət qeydiyyat nişanlı avtomobilin X3 mülkiyyətinə verilməsinə dair xx.xx.2023-cü il tarixli, BD402077 saylı şəhadətnamənin ləğv edilməsi, İddiaçı mirasdan (“VAZ 21043” markalı, 90BP317 dövlət qeydiyyat nişanlı avtomobildən) məcburi payının ¼ hissədə müəyyən edilməsi, iddianın qalan hissədə əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1, 1230, 1133.1, 1167, 1321.1, 1321.2, 1325, 1193, 1243.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1, 217.1, 218.3, 88, 76.1, 106.1, 119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmış, qeyd etmişdir ki, iş materiallarında olan Cavabdeh1 tərəfindən verilmiş 26 fevral 2024-cü il tarixli, 242 saylı məktubdan görünür ki, mərhum X8 vərəsəlik işi açılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsi olmadan “VAZ 21043” markalı, 90BP317 dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh2 adına rəsmiləşdirilməsi və BD394351 saylı qeydiyyat şəhadətnaməsinin verilməsi qanunsuz olmuşdur. Ona görə də xx.xx.2023-cü il tarixli, BD394351 saylı şəhadətnamə ləğv edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli, BD394351 saylı şəhadətnamə ləğv edildiyindən onun əsasında Cavabdeh2 ilə X6 arasında olan xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi və xx.xx.2023-cü il tarixli, BD402077 saylı şəhadətnaməsi də ləğv edilməlidir. İddiaçı birinci növbə vərəsə olmaqla məcburi pay hüququ vardır və payını tələb edə bilər. Ona görə də məhkəmə hesab edir ki, vəsiyyət olunan “VAZ 21043” markalı, 90BP317 dövlət qeydiyyat nişanlı avtomobilə görə digər vərəsə X11 və vəsiyyət olunan Cavabdeh2 da nəzərə alınmaqla İddiaçı mirasdan məcburi payı ¼ hissədən ibarətdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti vermişdir. Cavabdeh2 apellyasiya şikayətində göstərmişdir ki, iddiaçı tərəfin izahatına əsaslanıb müddəti hesablamaq heç ağlabatan bir məsələ deyildir. Aydındır ki, iddiaçı özünə sərf edən izahat verəcəkdir. İddiaçı məhkəməyə yalan izahat vermişdir. Belə ki, məhkəmənin qətnaməsinin özünün 5-ci səhifəsinin 2-ciabzasında yazılmışdır ki, “İşdə olan cinayət işibaşlanmasının rədd edilməsi barədə Cəlilabad rayon prokurorluğunun 15 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, iddiaçı X7 mərhum atasıXanoğlan Həsənovun adına olan nəqliyyat vasitəsinin Cavabdeh1ndə tərtib edilmiş saxta vəsiyyətnamə əsasında başqa şəxsin adına sənədləşdirildiyi üçün qanuni tədbir görülməsi barədə ərizəsi Cəlilabad rayon prokurorluğunda araşdırılmış və cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilmişdir. Göründüyü kimi məhz bu cümlə təsdiq edir ki, ən azı sentyabr ayının 15-dək (hələ işin prokurorluqda araşdırılması müddətini hesablamır) iddiaçının vəsiyyətnamədən məlumatı olmuşdur. Əgər müddətin axımını həmin tarixdən hesablansa, 2024-cü il 15 mart tarixində 6 ay tamam olurdu ki, iddiaçı həmin tarixədək miras-əmlakı qəbul etməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi bu işə obyektiv şəkildə baxmamış və iddiaçının tərəfində olaraq buraxılmış bu qədər uzun müddəti ümumiyyətlə nəzərə almamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə elektron kabinet vasitəsilə ünvanlamış olduğu ərizədə göstərmişdir ki, cavabdehin mirasın qəbul edilməsi ilə bağlı olan müddət məsələsinə xx.xx.2023-cü il tarixli AR MM-nin 1246 və 1273-1-ci maddələrinin AR Konstitutsiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair "AR Konstitutsiya Məhkəməsi Plenumunun Qərarı ilə aydınlıq gətirilmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti yalnız formal və bəsit cümlələrlə yazılaraq mahiyyət üzrə heç bir əhəmiyyət kəsb etmir. Birinci instansiya məhkəməsinin iclaslarında tərəfindən təqdim olunmuş sübut və vasitələr araşdırılarkən cavabdeh yalnız formal etirazlar göndərməklə kifayətlənmişdir. Bu da onun tərəfindən məhkəmənin süni olaraq vaxtının uzadılmasından başqa bir şey deyildir. Ona görə də, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(073)-192/2025 saylı qətnaməsini dəyişdirilmədən saxlamaqla apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək izahatında bildirdi ki, VAZ 21043” markalı avtomobil onun olmuş, avtomobili 2017-ci il tarixdə atasına bağışlamışdır. Avtomobilin onun üçün mənəvi dəyəri vardır. Digər vərəsələrin paylarını ödəməyə hazırdır, avtomobilin ona qaytarılmasını tələb edir. 350 manat nəqliyyat vasitəsinin qiymətləndirilməsi barədə hesabatın hazırlanması barədə xərcin də cavabdehdən tutularaq ona ödənilməsini xahiş etdi. Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirdi ki, apellyasiya şikayətinə etiraz edir. Əvvəlki məhkəmə iclaslarında da iştirak etməmiş, elektron qaydada məlumat göndərmişdir. Apellyasiya şikayəti əsassızdır. Məcburi payın müəyyənləşdirilməsi ilə, birinci instansiya məhkəməsinin qətnaməsi ilə razıdırlar. Cəlilabad Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını, apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdehlər Cavabdeh2, Cavabdeh1nə, üçüncü şəxs X4 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iclasda iştirak etməmiş, səlahiyyətli nümayəndə ilə təmsil olunmamışlar. Cavabdeh1 ərizə göndərərək məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehlərin və üçüncü şəxsin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(073)-192/2025 saylı qətnaməsinin iddia tələbi təmin edilən hissədə ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdiyindən, Məhkəmə kollegiyası tərəfindən qətnamə apellyasiya icraatı qaydasında, cavabdehə münasibətdə iddianın təmin olunan hissəsində əsaslılığını yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29, İ hissə. Hər kəsin mülkiyyət hüququ vardır. 25. Maddə 29, İİ hissə. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Maddə 29, İİİ hissə. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 1133.1.-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1145.-ci maddəsinə əsasən Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1.-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1230-cu maddəsinə görə, qanun üzrə vərəsələr və digər əlaqədar şəxslər əqdin etibarsızlığına səbəb olan hallar üzrə vəsiyyətnamənin etibarlığı barəsində mübahisə edə bilərlər. 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1194-cü maddəsinə əsasən Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı Miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları, apellyasiya şikayətinin dəlillərini və birinci instansiya məhkəməsinin gəldiyi qənaəti məcmu şəkildə qiymətləndirərək belə hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-192/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv olunaraq iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin olunmalıdır. Kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Vərəsəlik hüququ vasitəsilə mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi halında onların sağlığında qurduqları hüquqi münasibətlərdən irəli gələn hüquq və öhdəliklərinin aradan qalxmaması, vərəsələri tərəfindən həyata keçirilməsi üçün hüquqi şərait yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi təmin edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il 22 aprel tarixli Qərarı). Vərəsəlik hüququ obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsəlik hüququ mülki hüququn ən böyük yarımsahələrindən olmaqla universal hüquq varisliyi, vəsiyyət azadlığı, ailə-təminat, məcburi vərəsələrin hüquq və maraqlarının təmin olunması, vərəsəliyə çağırılan şəxslərin azad seçimi, miras qoyanın və vərəsələrin hüquq və maraqlarının, hüquq qaydalarının və mənəviyyatın mühafizəsi prinsiplərinə əsaslanır. Qeyd edilən prinsiplərin hər biri digər prinsipin təmin edilməsinə yönəlir və qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hədlərdə müəyyən maraqlar nəzərə alınmaqla məhdudlaşdırıla bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 8 yanvar tarixli Qərarı). Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar aşağıdakıları qeyd edir. Cavabdeh apellyasiya şikayətində əsasən iddiaçının mirası qəbul etmə müddətini buraxdığını iddia edərək, bu mövqeyini Cəlilabad rayon prokurorluğunun 15 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda əks olunmuş məlumatlara istinad etməklə əsaslandırmağa çalışmışdır. Cavabdehin mövqeyinə görə, həmin qərar iddiaçının ən geci 15 sentyabr 2023-cü il tarixində vəsiyyətnamədən və nəqliyyat vasitəsinin başqa şəxsin adına rəsmiləşdirilməsindən məlumatlı olduğunu təsdiq edir və buna görə də mirasın qəbul edilməsi üçün nəzərdə tutulmuş altı aylıq müddət həmin tarixdən hesablanmalı idi. Cavabdeh hesab edir ki, bu müddət 15 mart 2024-cü il tarixində başa çatmış, lakin iddiaçı bu müddət ərzində mirası qəbul etməmişdir. Kollegiya bu arqumentlərlə razılaşmır və qeyd edir ki, cavabdehin bu mövqeyi miras hüququnun mahiyyətinə, müddətlərin hesablanması ilə bağlı hüquqi yanaşmaya və iş üzrə faktiki hallara uyğun gəlmir. İş materialları ilə müəyyən olunur ki, mirasqoyan X10 19 aprel 2023-cü il tarixdə ölmüş, İddiaçı mərhum atası X5 miras qalmış əmlaka vərəsəlik hüquqi haqqında şəhadətnaməsi verilməsi barədə 18 iyun 2023-cü il tarixində ərizə ilə Cavabdeh1nə müraciət etmişdir. İş materiallarından göründüyü kimi, hazırkı iş üzrə mərhum X10 tərəfindən Cavabdeh1ndə tərtib edilmiş, 28 sentyabr 2021-ci il tarixli, 2V-550 reyestr nömrəli vəsiyyətnamədən aydın olur ki, mərhum bütün daşınar və daşınmaz əmlakını Cavabdeh2 vəsiyyət etmişdir. Bu baxımdan, miras açıldıqdan sonra vəsiyyətnamə üzrə vərəsə Cavabdeh2 olmuş və miras hüququnu məhz o əldə etmişdir. Mirasın faktiki və hüquqi qəbulunun da məhz bu şəxs tərəfindən həyata keçirildiyi iş materialları ilə təsdiqlənir. Eyni zamanda, iş materiallarının təhlili göstərir ki, iddiaçının hüquqlarının pozulması faktı onun üçün dərhal və birmənalı şəkildə aydın olmamışdır. Miras əmlakı üzərində hüquqi mübahisə yaranmış, nəqliyyat vasitəsi əvvəlcə vəsiyyətnamə əsasında vərəsənin adına rəsmiləşdirilmiş, sonradan isə alqısatqı müqaviləsi ilə üçüncü şəxsə keçirilməklə hüquqi vəziyyət daha da mürəkkəbləşmişdir. Bu hallar iddiaçının hüquqi durumunun qeyri-müəyyən qalmasına səbəb olmuşdur. Belə bir şəraitdə mirası qəbul etmə müddətinin başlanmasının yalnız bir sənədə formal istinadla, işin faktiki və hüquqi xüsusiyyətləri nəzərə alınmadan müəyyən edilməsi hüquqi müəyyənlik və ədalətlilik prinsiplərinə zidd olardı. Miras hüquq münasibətlərinin mürəkkəbliyi və hüquqların pozulmasının iddiaçı üçün real olaraq nə vaxt aydınlaşdığı nəzərə alınmadan müddətin hesablanması tərəflər arasında ədalətli balansın pozulmasına gətirib çıxara bilər. Cavabdehin apellyasiya şikayətində iddiaçının guya məhkəməyə yalan izahat verməsi barədə iddiaları da hüquqi baxımdan əsassızdır. Məhkəmə izahatları sübutetmə vasitələrindən yalnız biridir və məhkəmə tərəfindən digər sübutlarla birlikdə qiymətləndirilir. Birinci instansiya məhkəməsi iddiaçının izahatlarını təkbaşına əsas götürməmiş, onları iş üzrə mövcud sənədlər, müraciətlər, qeydiyyat məlumatları və faktiki hallar ilə birlikdə təhlil etmişdir. Cavabdeh isə iddiaçının izahatlarının yalan olduğunu təsdiq edən heç bir obyektiv sübut təqdim etməmişdir. Cavabdehin apellyasiya şikayətində istinad etdiyi Mülki Prosessual Məcəllənin 153.2.4-cü maddəsinin məzmununa əsasən, hakim yalnız o halda iddia ərizəsini qəbul etməkdən imtina etməlidir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisəyə dair başqa məhkəmənin icraatında iş olsun. Həmin normanın tətbiqi üçün mübahisənin paralel şəkildə fərqli məhkəmələrin icraatında olması zəruridir. Bu baxımdan, cavabdehin iddia etdiyi kimi, hakimin ikinci iddia ərizəsini MPM-nin 153.2.4-cü maddəsinə əsaslanaraq qəbul etməkdən imtina etməli olması barədə mövqeyi hüquqi əsasdan məhrumdur. Sözügedən norma bu situasiyaya aidiyyəti olmayan halı tənzimləyir və onun tətbiqi üçün zəruri olan “başqa məhkəmənin icraatında işin olması” şərti mövcud deyildir. Eyni zamanda qeyd edilməlidir ki, cavabdehin sübut kimi təqdim etdiyi birinci instansiya məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 2(073)-1178/2024 saylı qərardadı ilə iddia ərizəsinin baxılmamış saxlanılması faktı da MPM-nin 153.2.4-cü maddəsinin tətbiq edildiyini deyil, məhkəmənin prosessual vəziyyəti qiymətləndirərək işlərdən birinə baxılmamasına qərar verdiyini göstərir. Həmin qərardadından isə açıq şəkildə görünür ki, həmin iş mahiyyəti üzrə baxılmamış saxlanılmışdır. Bu isə o deməkdir ki, mübahisə üzrə hüquqi mühakimə aparılmamış, tərəflərin hüquq və vəzifələri barədə yekun məhkəmə aktı qəbul edilməmişdir. Başqa sözlə, həmin qərardad mübahisəni həll edən akt deyil və iddianın mahiyyəti üzrə hüquqi nəticə yaratmır. Bu baxımdan, cavabdehin iddia etdiyi kimi, “hakimin icraatında eyni işdən iki dənə olması” faktı hüquqi baxımdan təsdiqini tapmır. Əksinə, iş materialları göstərir ki, məhkəmə prosessual vəziyyəti qiymətləndirərək işlərdən birini baxılmamış saxlamış və bununla da paralel icraatın qarşısını almışdır. Cavabdehin şikayətində yer alan “hakimin niyə ikinci iddianı deyil, birinci iddianı baxılmamış saxlaması”, “iddiaçının nəyi dəyişdirməsi”, “hakimin iş yükünü niyə artırması” kimi suallar isə hüquqi arqument deyil, subyektiv mülahizə və ehtimallardan ibarətdir. Mülki prosesdə məhkəmənin hərəkətlərinin qanuniliyinin qiymətləndirilməsi yalnız prosessual aktlar və onların hüquqi nəticələri əsasında mümkündür. Subyektiv niyyətlər, ehtimallar və ya “oyun” xarakterli ifadələr sübutetmə predmeti təşkil etmir və məhkəmə tərəfindən nəzərə alına bilməz. Eyni zamanda qeyd edilməlidir ki, cavabdeh apellyasiya şikayətində bu iddialarını təsdiq edən hər hansı əlavə sübut təqdim etməmiş, yalnız xx.xx.2024-cü il tarixli qərardada istinad etmişdir. İş materiallarında cavabdehin iddia etdiyi kimi, prosessual hüquqların pozulmasını təsdiqləyən başqa heç bir sübut mövcud deyildir. Bu səbəbdən kollegiya belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayətində bu istiqamətdə irəli sürdüyü arqumentlər hüquqi əsasdan məhrumdur, ehtimallara söykənir və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas yaratmır. Bununla yanaşı, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi bəzi tələblər üzrə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı 28 sentyabr 2021-ci il tarixli, 2V-550 reyetr nömrəli vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbini irəli sürmüş, qətnamə ilə həmin tələb rədd edilmiş, lakin iddiaçı iddianın rədd olunan hissəsini mübahisələndirmir. Kollegiya qeyd edir ki, vəsiyyətnamə etibarsız hesab edilmədiyi halda, Cavabdeh2 adına qeydiyyata alınmış **-CA-*** dövlət qeydiyyat nişanlı BD394351 saylı qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaət düzgün olmamışdır. İddia tələbindən mübahisə olunan vəsiyyətnamə etibarlı əqd olaraq dəyərləndirildiyi halda, həmin vəsiyyətnamə əsasında verilmiş qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi hüquqi baxımdan mümkün deyildir. Bu baxımdan iddianın qeydiyyat şəhadətnamələrinin ləğvinə dair hissəsi təmin edilə bilməz. Eyni zamanda, iddiada Cavabdeh2 ilə X6 arasında Ağcabədi RQİ və TBŞ-də bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsızl hesab olunması tələbi olmadığı halda, onun etibarsız hesab edilməsini qət etməklə birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxmışdır. Bununla məhkəmənin dispozitivlik prinsipi pozulmuşdur. Nəzərə alınmalıdır ki, hakim yalnız işdə iştirak edən şəxslərin təqdim etdiyi tələblər üzrə iddia baxmalı və hüquqi qiymət verməlidir. MPM-in 218.3.-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göründüyü kimi hazırki işdə belə bir müstəsna hal müəyyən edilməmişdir, işə baxan məhkəmə prosessual pozuntuya yol vermişdir. Bundan başqa, Cavabdeh2 ilə X6 arasında Ağcabədi RQİ və TBŞ-də bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi və xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi əsasında “VAZ 21043” markalı, 15CA890 dövlət qeydiyyat nişanlı avtomobilin X3 mülkiyyətinə verilməsinə dair xx.xx.2023-cü il tarixli, BD402077 saylı şəhadətnamə ləğv edilməsi digər konteksdən ona görə mülki prosessual qanunvericiliyin tələblərinə ziddir ki, X6 hazırki işdə prosessual hüquqi statusu cavabdeh deyildir. Lakin gəlinən nəticə birbaşa onun hüquq və mənafeyinə toxunmaqla yanaşı, tələbin ona qarşı yönəldiyini bariz şəkildə göstərir. X12 iddianın bu hissəsi üzrə cavabdeh qismində cəlb edilməmiş, yalnız mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi prosesdə iştirak etmişdir. Bu isə məhkəmə tərəfindən tələbin həmin hissəsinə baxılmasını və hüquqi nəticə çıxarılmasını mümkünsüz edir. Cavabdeh2 ilə X6 arasında Ağcabədi RQİ və TBŞ-də bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsızlığı və bunun əsasında S.Məmmədrəhimovun adına rəsmiləşdirilmiş **-CA-*** qeydiyyat nişanlı BD402077 qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi barədə iddia müqavilə tərəflərinin hüquq və mənafeləri ilə birbaşa bağlıdır və iddia təmin edildiyi halda bütün müqavilə tərəfləri üçün hüquqi nəticələrin yaranmasına səbəb olacaqdır. Bu baxımdan da hazırda baxılan iş üzrə müqavilə tərəfi olan X3 mülki iş üzrə cavabdeh qismində cəlb edilməsi zəruridir. Mövcud prosessual qanunvericilik məhkəməyə şəxsi işə cavabdeh kimi cəlb etmək səlahiyyəti verməmişdir. Şəxsin işə cavabdeh kimi cəlb edilməsi yalnız iddiaçının bu barədə ərizə verməsi ilə mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Kollegiya miras əmlakına payların müəyyən edilməsi ilə bağlı qeyd edir ki, vahid məhkəmə təcrübəsinə uyğun olaraq nəzərə alınmalıdır ki, vərəsəlik mübahisəsi üzrə çıxarılan məhkəmə qərarı bir qayda olaraq, miras əmlaka payların müəyyən olunması və ya mirasın bölüşdürülməsi, yaxud digər ixtilaflar üzrə vərəsələr arasındakı mübahisəni birdəfəlik həll edir və yekun hüquqi nəticə yaradır. Vərəsələrin miras əmlaka paylarını təsbit edən (və ya mirasın bölüşdürülməsi nəticəsində konkret əşyalar üzərində vərəsələrin mülkiyyət hüquqlarını tanıyan) məhkəmə qərarı ilə miras şərikliyinə, dolayısı ilə vərəsəlik hüquq münasibətlərinə son verilir. Miras əmlaka payların bu qaydada müəyyən edilməsi prosessual qənaət prinsipinə uyğundur. Lakin birinci instansiya məhkəməsi qəbul etdiyi qətnamədə İddiaçı mərhum X8 məxsus olmuş “VAZ 21043” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzrə mirasdan məcburi payını birbaşa həmin əmlak üzərində 1/4 hissədə müəyyən etmişdir. Kollegiya hesab edir ki, bu nəticə maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə bağlıdır və işin faktiki halları ilə uzlaşmır. Belə ki, iş materiallarından görünür ki, sözügedən nəqliyyat vasitəsi artıq iddiaçıya və ya cavabdehə məxsus deyil və hazırda alqı-satqı müqaviləsi əsasında X2 mülkiyyətindədir. İş üzrə toplanmış sübutlar həmin şəxsin nəqliyyat vasitəsini qanuni əsaslarla, əvəzli əqdlə əldə etdiyini təsdiq edir. Bu baxımdan, X2 mülkiyyət hüququna xələl gətirilməsi mülki dövriyyənin sabitliyi və hüquqi müəyyənlik prinsiplərinə zidd olardı. Bu səbəbdən, iddiaçının mirasdan məcburi payının birbaşa nəqliyyat vasitəsi üzərində müəyyən edilməsi hüquqi baxımdan mümkün deyildir. Belə hallarda məcburi pay hüququ əmlakın özünə deyil, onun dəyərinə münasibətdə təmin edilməlidir. Kollegiya mülki işin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədilə məhkəmə əmtəəşünaslıq ekspertizasının təyin edilməsini zəruri hesab etmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş 06 yanvar 2026-cı il tarixli qiymətləndirmə hesabatından görünür ki, aparılmış araşdırmalar, bazar göstəriciləri, tələblə təklifin qarşılıqlı təsiri və müqayisəli təhlil nəticəsində “VAZ 21043” markalı, **-CA-*** (əvvəlki dövlət qeydiyyat nişanı **-BP-***) dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bazar dəyəri 5000 manat müəyyən edilmişdir. Kollegiya bu rəyin obyektiv, əsaslandırılmış və iş materialları ilə uzlaşan olduğunu nəzərə alaraq onu mötəbər və ağlabatan hesab edir. İşdə olan sübutlardan, o cümlədən mərhum X10 tərəfindən Cavabdeh1ndə tərtib edilmiş, 28 sentyabr 2021-ci il tarixli, 2V-550 reyestr nömrəli vəsiyyətnamədən aydın olur ki, mirasqoyan X10 bütün daşınar və daşınmaz əmlakını Cavabdeh2 vəsiyyət etmişdir. Beləliklə, vəsiyyətnamə üzrə yeganə vərəsə Cavabdeh2 olmuşdur. Lakin mülki qanunvericiliyin tələblərinə əsasən, vəsiyyət azadlığı mütləq xarakter daşımır. Qanun müəyyən kateqoriyadan olan şəxslərin, o cümlədən mərhumun övladlarının mirasdan məcburi pay hüququnu təmin edir. Məcburi pay hüququnun mahiyyəti ondan ibarətdir ki, belə vərəsələr vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq, qanunla onlara çatan payın ən azı yarısını almaq hüququna malikdirlər. Hazırkı iş üzrə İddiaçı mərhumun övladı olmaqla məcburi pay hüququna malik şəxsdir. Əgər miras qanun üzrə açılmış olsaydı, vərəsəlik hüququ bərabər əsaslarla bir neçə vərəsə arasında bölünəcəkdi. Bu halda iddiaçının qanuni payı 1/2 təşkil edəcəkdi. Məcburi pay isə qanuni payın yarısı olduğundan, iddiaçının mirasdan məcburi payı 1/4 həcmində müəyyən edilməlidir. Bu nisbət birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyən edilsə də, onun həyata keçirilmə forması düzgün seçilməmişdir. Nəzərə alınmalıdır ki, mübahisəli əmlak artıq üçüncü şəxsin mülkiyyətində olduğundan, iddiaçının məcburi payının birbaşa nəqliyyat vasitəsi üzərində müəyyən edilməsi mümkün deyil. Bu səbəbdən, iddiaçının məcburi pay hüququ pul ekvivalenti ilə təmin edilməlidir. Avtomobilin bazar dəyəri 5000 manat müəyyən edildiyindən, iddiaçının 1/4 payına uyğun olaraq 1250 manat məbləğində pul vəsaiti Cavabdeh2 tutulmalı və İddiaçı ödənilməlidir. Belə yanaşma həm məcburi pay institutunun mahiyyətinə, həm də iddia üzrə tərəf olmayan mülkiyyətçinin hüququnun qorunmasına, həm də tərəflər arasında ədalətli balansın təmin edilməsinə xidmət edir və mülki dövriyyənin sabitliyini pozmur. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları, apellyasiya şikayətinin dəlillərini və birinci instansiya məhkəməsinin gəldiyi qənaəti məcmu şəkildə qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Cəlilabad Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli, 2(073)-192/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul olunmalı, İddiaçı mübahisəli nəqliyyat vasitəsinin bazar dəyəri 5000 manat müəyyən edildiyindən, iddiaçının məcburi payına uyğun olaraq 1250 (min iki yüz əlli) manat məbləğində pul vəsaiti Cavabdeh2 tutulmalı və iddiaçıya ödənilməlidir. MPM-in 107-ci maddəsinə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Apellyasiya baxışında iştirak edən İddiaçı nəqliyyat vasitəsinin qiymətləndirilməsi barədə hesabatın hazırlanması ilə bağlı çəkilmiş 350 manat məbləğində xərcin cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən, nəqliyyat vasitəsinin qiymətləndirilməsi barədə hesabatın hazırlanması ilə bağlı çəkilmiş xərclər tərəflər arasında mütənasib qaydada bölüşdürülməlidir. Bu baxımdan, 350 manat məbləğində xərcin 175 manat hissəsi iddiaçının özünə aid edilməli, qalan 175 manat hissəsi isə Cavabdeh2 tutularaq İddiaçı ödənilməlidir. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun V.Quliyevin şikayəti üzrə 2017-ci il 7 sentyabr tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.-ci maddəsinə əsasən Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 402.1.-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, q ə t e t d i: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-192/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul olunsun. İddia qismən təmin olunsun. “VAZ 21043” minik markalı, **-CA-*** (əvvəlki dövlət qeydiyyat nişanı **-BP-***) dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bazar dəyərini təşkil edən 5000 manat iddiaçının məcburi payına (1/4 hissəyə) uyğun olaraq 1250 (min iki yüz əlli) manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd olunsun. Nəqliyyat vasitəsinin qiymətləndirilməsi barədə hesabatın hazırlanması ilə bağlı İddiaçı tərəfindən ödənilmiş 350 (üç yüz əlli) manat məbləğində xərcin 175 (yüz yetmiş beş) manat hissəsi iddiaçının özünə aid edilsin, qalan 175 (yüz yetmiş beş) manat hissəsi isə Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-869/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-869/2025
28.01.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver