Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-877/2025 22.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, X3 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 05 mart 2025-ci il tarixli, 2(036)-437/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4245.26 manat əsas borcun və 62.45 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırılmışdır ki, iddiaçı «X1» MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 101 saylı xam pambığın alqı-satqı müqaviləsinə əsasən Kürdəmir rayonu, Köhünlü kəndi ərazisində 15 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 5429.56 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 216,00 manat məbləğində şum, 510,00 manat məbləğində mala, 180,00 manat məbləğində çiyid səpini, 480,00 manat məbləğində kultivasiya, 513,00 manat məbləğində amonium nitrat, 120,00 manat məbləğində amofos, 1664,00 manat məbləğində toxumluq çiyid, 1746,56 manat məbləğində pambığın becərilməsinə görə ödənilən avans vəsait, ümumilikdə, 5429,56 manat məbləğində dəyərində işlər görülmüş, xidmətlər görülmüş, avans verilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da 1822,00 kq, 1184,30 manat məbləğində xam-pambıq təhvil vermiş, çəkilmiş xərclərdən 4245,26 manat məbləğində borcu qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq cavabdeh iddiaçıya olan borcunu ödəməkdən üzrsüz səbəblərdən yayınmışdır. Cavabdehin borclu qalması iş və xidmətlərin görülməsi barədə akt, qaimə və ödəmə tapşırıqları, üzləşmə aktı və digər sənədlərlə təsdiq edilir. Birinci instansiya məhkəməsində icraat İmişli Rayon Məhkəməsinin (hakim O.Mahmud) 05 mart 2025-ci il tarixli, 2(036)- 437/2025 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh xx.xx.2018-ci il tarixli 101 saylı xam pambığın alqı-satqı müqaviləsi üzrə 4245.26 (dörd min iki yüz qırx beş manat iyirmi altı qəpik) manat əsas borc və ödənilmiş dövlət rüsumuna görə 62.45 (altmış iki manat qırx beş qəpik) manat olmaqla, cəmi 4307.71 (dörd min üç yüz yeddi manat yetmiş bir qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı «X1» MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 101 saylı xam pambığın alqısatqı müqaviləsinə əsasən Kürdəmir rayonu, Köhünlü kəndi ərazisində 15 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 5429.56 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xampambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 216,00 manat məbləğində şum, 510,00 manat məbləğində mala, 180,00 manat məbləğində çiyid səpini, 480,00 manat məbləğində kultivasiya, 513,00 manat məbləğində amonium nitrat, 120,00 manat məbləğində amofos, 1664,00 manat məbləğində toxumluq çiyid, 1746,56 manat məbləğində pambığın becərilməsinə görə ödənilən avans vəsait, ümumilikdə, 5429,56 manat məbləğində dəyərində işlər görülmüş, xidmətlər görülmüş, avans verilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da 1822,00 kq, 1184,30 manat məbləğində xampambıq təhvil vermiş, çəkilmiş xərclərdən 4245,26 manat məbləğində borcu qalmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə qeyd etmişdir ki, Cavabdeh xx.xx.2018-ci il tarixli 101 saylı xam-pambığın alqı-satqı müqaviləsi üzrə üzərinə götürülmüş öhdəliyi icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən "xxxx" MMC qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Belə olan halda İddiaçı ASC-nin məhkəmə qaydasında Cavabdeh 4245.26 (dörd min iki yüz qırx beş manat iyirmi altı qəpik) manat əsas borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İddiaçı MMC-nin xeyrinə xx.xx.2018-ci il tarixli 101 saylı xam-pambığın alqısatqı müqaviləsi üzrə 4245.26 (dörd min iki yüz qırx beş manat iyirmi altı qəpik) manat əsas borc və ödənilmiş dövlət rüsumuna görə 62.45 (altmış iki manat qırx beş qəpik) manat məbləğində pul vəsaiti tutulmalıdır. Eyni zamanda birinci instansiya məhkəməsi mülki iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1, 567, 578.1, 443.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarı, ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları; Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun sifarişi əsasında 216 manat məbləğində şum, 510 manat məbləğinda mala, 180 manat dəyərində çiyid səpini, 480 manat məbləğində kultivasiya, 513 manat məbləğində amonium nitrat, 120 manat məbləğində amofos, 1664 manat məbləğində toxumluq çiyid, 1746,56 manat məbləğində pambığın becərilməsinə görə əmək haqqı formasında ödənilmiş avans vəsait, cəmi 5429,56 manat məbləğində işlər görülmüş, xidmətlər göstərilmiş və avans verilmişdir. Müqavilə şərtlərindən və görülən işlərdən aydın olur ki, becərilmə ilə əlaqədar bütün xidmətlər iddiaçı tərəfindən icra olunmuş, onun tərəfindən isə yalnız əl əməyi ilə nəzərdə tutulan işlər vaxtında həyata keçirilmiş və buna görə də ona əmək haqqı formasında 1746,56 manat məbləğində pambığın becərilməsinə görə avans vəsait ödənilmişdir. Pambığın becərilməsi dövründə hava şəraitində, əkin sahəsinin suvarılmasında problemlər yarandığından və ziyanvericilərə qarşı mübarizə aparılmadığından (bu barədə iddiaçıya vaxtında məlumat verilmişdir), son nəticədə, yəni mövsüm başa çatdıqda tərəfindən 1184,30 manat dəyərində 1822 kq xam pambıq iddiaçıya təhvil verilmiş və çəkilən xərclərdən 4245,26 manat məbləğində borcu qalmışdır. Şərhdən aydın olur ki, müqavilə üzrə öhdəliyin tam həcmdə icra olunmamasının subyektiv səbəbləri olduğu kimi, obyektiv səbəbləri də olmuşdur. Borcun ləğv edilməsi sahəsində növbəti ildə müqaviləyə girərək, əldə ediləcək gəlir hesabına icrası ilə əlaqədar iddiaçı ilə danışıqların nəticəsi olmamışdır. xx.xx.2018-ci il tarixli, 101 saylı xam pambığın alqı-satqısı müqaviləsinin icra müddəti 1 (bir) il müddətinə bağlanmış və xx.xx.2019-cu il tarixdə başa çatmışdır. Həmin vaxtdan 6 il keçdikdən sonra iddiaçı müqavilə tələbi üzrə ərizə ilə Məhkəməyə müraciət etmiş və borc üzrə yaranmış 4245,26 manat məbləği ondan tələb etmişdir. Məhkəmə qətnaməni qəbul edərkən, Azərbaycan Respublikası Mülki Məcəllənin 373.2-ci maddəsinin tələblərindən irəli gələn halları nəzərə almamışdır. İmişli rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2(036)-437/2025 saylı qətnaməsinin ləğv olunmasını və iddianın tam həcmdə rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini və İmişli Rayon Məhkəməsinin 05 mart 2025-ci il tarixli, 2(036)-437/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 588.1-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Həmin Məcəllənin 588.2-ci maddəsinə əsasən satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. Həmin Məcəllənin 599.3-cü maddəsinə görə qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 1131-ci maddəsinə əsasən malın satıcısı və ya istehsalçısı, işin və ya xidmətin icraçısı zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya istehlakçının maldan, işin, xidmətin nəticələrindən istifadə və onları saxlama qaydalarını pozması nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar həmin Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya məhkəmə tərkibilarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya məhkəmə tərkibilarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator İmişli Rayon Məhkəməsinin 05 mart 2025ci il tarixli, 2(036)-437/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddianın tam həcmdə rədd edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı məhkəmə tərkibi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə tərkibi prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi apellyator İmişli Rayon Məhkəməsinin 05 mart 2025-ci il tarixli, 2(036)-437/2025 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə İmişli Rayon Məhkəməsinin 05 mart 2025-ci il tarixli, 2(036)-437/2025 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4245.26 manat əsas borcun və 62.45 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2018-ci il tarixli 101 saylı xam-pambığın alqı-satqı müqaviləsi üzrə üzərinə götürülmüş öhdəliyi icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən "xxxx" MMC qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Belə olan halda İddiaçı ASC-nin məhkəmə qaydasında Cavabdeh 4245.26 (dörd min iki yüz qırx beş manat iyirmi altı qəpik) manat əsas borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Birinci instansiya məhkəməsi mülki iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1, 567, 578.1, 443.1-ci maddələri ilə əsaslandırmışdır. Həmin normalarda göstərilir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar Mülki Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Satıcı alğı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, İddiaçı ASC X1 MMC-nin hüquqi varisidir. Məhkəmə tərkibi aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. İşdə olan 10 yanvar 2018-ci il tarixli 101 saylı alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı «X1» MMC ilə Cavabdeh arasında xam pambığın alqı-satqısına dair müqavilə bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh 15 hektar torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə “X1” MMC-yə təhvil verməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi cavabdeh yuxarıda qeyd edilən müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Eyni zamanda cavabdeh həmin müqavilə imzalanarkən həmin müqavilədə hər hansı bir qeyd-şərt göstərməmiş və müqavilənin şərtləri ilə razılaşmışdır. Həmçinin iddiaçı təşkilat pambığın becərilməsi dövründə hava şəraitindən, əkin sahəsinin suvarılmasında problemlər yarandığdan və ziyanvericilərə qarşı mübarizə aparılmasından ötrü tədbirlər görmək barədə hər hansı məsuliyyət daşımamış, müqavilə üzrə bu barədə hər hansı öhdəlik üzərinə götürməmişdir. Mülki Məcəllənin 588.2-ci maddəsinə əsasən satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. İşdə olan 10 yanvar 2018-ci il tarixli 101 saylı müqavilədən görünür ki, iddiaçı təşkilat üzərinə düşən öhdəliyi yerinə yetirərək cavabdehə (cavabdehin sifarişi əsasında 216,00 manat məbləğində şum, 510,00 manat məbləğində mala, 180,00 manat məbləğində çiyid səpini, 480,00 manat məbləğində kultivasiya, 513,00 manat məbləğində amonium nitrat, 120,00 manat məbləğində amofos, 1664,00 manat məbləğində toxumluq çiyid, 1746,56 manat məbləğində pambığın becərilməsinə görə ödənilən avans vəsait ) verilmişdir. Yəni iddiaçı təşkilat üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. İş materiallarında olan üzləşmə aktından (səhifə 12) görünür ki, cavabdeh iddia ərizəsində göstərilən məbləğdə borcu olduduğunu etiraf etməklə üzləşmə aktını imzalamışdır. Mülki Məcəllənin 1131-ci maddəsinə əsasən malın satıcısı və ya istehsalçısı, işin və ya xidmətin icraçısı zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya istehlakçının maldan, işin, xidmətin nəticələrindən istifadə və onları saxlama qaydalarını pozması nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Belə ki, Cavabdeh əkdiyi pambığın hava şəraitində, əkin sahəsinin suvarılmasında problemlər yarandığından və ziyanvericilərə qarşı mübarizə aparılmadığından öhdəliyini yerinə yetirməməsini əsas göstərərək iddianın rədd edilməsini xahiş etsə də, tərəflər arasında bağlanmış 10 yanvar 2018-ci il tarixli 101 saylı müqavilənin 2.4-cü hissəsinin (ə) bəndinə əsasən Cavabdeh pambıq əkilən sahədə pambığın itkilərdən qorunması üçün tədbirlər görməyi müqavilə məsuliyyəti üzrə öhdəlik götürmüşdür. Eyni zamanda cavabdeh fors-major hallarının baş verməsi barədə məhkəməyə hər hansı bir sübut növü təqdim etməmişdir. Şikayətin digər dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəllənin 373.2-ci maddəsinin tələblərindən irəli gələn halları nəzərə almamışdır. Məhkəmə tərkibi apellyasiya şikayətinin bu dəlili ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: Məlum olduğu kimi, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır Məhkəmə tərkibi qeyd edir ki, iddia müddəti (onun tətbiqi) cavabdehə aid hüquq olmaqla, ona yönəlmiş iddiadan müdafiə olunmaq imkanı təmin edir. Bu səbəbdən iddia müddəti məhz cavabdehin verdiyi ərizə əsasında tətbiq olunur. Bununla da cavabdehə imkan yaradılır ki, mövcud öhdəliyə görə məhkəmə qərarı ilə təqib olunmaqdan (əmlakı ilə məsuliyyət daşımaqdan) azad olsun. Başqa sözlə, iddia müddətinin keçməsi tələb hüququnun özünü deyil, onun məhkəmə qaydasında realizəsi imkanını aradan qaldırır. Bu baxımdan iddia müddəti qanunla cavabdehə verilən özünümüdafiə vasitəsidir. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar həmin Məcəllə ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Məhkəmə tərkibi qeyd etməyi vacib hesab edir ki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə qabaqcadan bilməsinə imkan verməlidir. Bu prinsip azadlıq və toxunulmazlıq hüququnun məhdudlaşdırılması şərtlərinin milli qanunvericilikdə aydın və dəqiq təsbitini, hüquq tətbiq etmə praktikasının qanunun eyni cür və dürüst təfsirinə əsaslanmasını, müxtəlif məhkəmə qərarlarında hüququn tətbiqi məsələlərində ardıcıllığın gözlənilməsini, yəni qanunun tətbiqi təcrübəsinin şəxslər üçün gözlənilən olmasını nəzərdə tutur. Göründüyü kimi, məhkəmələr hüquqi müəyyənlik prinsipinin yüksək səviyyədə gözlənilməsi və eyni zamanda məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi baxımından hüququn tətbiqində tərəflərin mövqeyindən və hüquqi əsaslandırmasından asılı deyildir. İddiа müddətlərinin və onlаrın müəyyənləşdirilməsinin qаydаlаrını nəzərdə tutаn qаnunun tələbləri əsаsən imperаtiv xаrаkter dаşıyır. Eyni zаmаndа qаnun, məhkəmə tərəfindən iddiа müddətinin yаlnız mübаhisə tərəfinin məhkəmə qərаrı çıxаrılаnаdək verdiyi ərizə əsаsındа tətbiq edilməsi bаrədə son dərəcə vаcib qаydаnı nəzərdə tutur. Qаnunvericiliyin tələblərinə əsаsən hesаb edir ki, tərəflər öz hüquqlаrının müdаfiəsi üsullаrını müstəqil şəkildə özləri seçə bilərlər, məhkəmə isə mülki məhkəmə icrааtının prinsiplərini, mаddi və prosessuаl hüquq normаlаrını rəhbər tutаrаq yаlnız ədаlət mühаkiməsi funksiyаsını həyаtа keçirir. Apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə tərkibi qeyd edir ki, mövcud alqı-satqı müqaviləsi xx.xx.2018-ci il tarixdə bağlanılmış və alqı-satqı müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi xx.xx.2019-cu il tarixə kimi müəyyənləşdirilmiş, müqavilə bir il müddətinə qüvvədə olmuşdur. İddia ərizəsindən görünür ki, iddia ərizəsi xx.xx.2024-cü il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur.Göründüyü kimi iddiaçı iddia ərizəsini 3 il müddətində deyil, hüquqlarının pozulduğu vaxtdan 5 il sonra məhkəməyə təqdim etməklə, iddia müddətini 5 il müddətində ötürmüşdür. Lakin Cavabdeh birinci instansiya məhkəməsinə iddia müddətinin tətbiqi barədə yazılı ərizə verməmişdir. Buna görə də iddianın rədd edilməsi üçün hüquqi əsas yoxdur. Belə ki, iş materiallarında olan (səhifə 37) məhkəmə bildirişindən görünür ki, Cavabdeh yaşadığı ünvana-İmişli rayonu, Muradxanlı kəndinə məhkəmə bildirişi göndərilmişdir. İş materiallarında olan (səhifə 39) poçt xəbərnaməsindən də aydın olur ki, Cavabdeh şəxsən qəbul etmişdir. İş materiallarında olan (səhifə 50) məhkəmə bildirişdən aydın olur ki, Cavabdeh yaşadığı ünvana-İmişli rayonu, Muradxanlı kəndinə məhkəmə bildirişi göndərilmişdir. İş materiallarında olan (səhifə 63) poçt xəbərnaməsindən də aydın olur ki, Cavabdeh İmişli Rayon Məhkəməsi tərəfindən göndərilmiş məktubu təhvil almışdır. Cavabdeh apellyasiya şikayətindən də göründüyü kimi, tərəfin yaşadığı ünvan İmişli rayonu, Muradxanlı kəndi kimi qeyd edilmişdir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Cavabdeh yaşadığı ünvana göndərilmiş məhkəmə bildirişini almaması ağlabatan deyil. Belə ki, məhkəmə bildirişi cavabdehin məhz rəsmi yaşadığı ünvana, özünün də qeyd etdiyi ünvana göndərilmişdir. Qanunvericiliyə görə məhkəmə bildirişlərinin və digər sənədlərin şəxsin qeydiyyatda olduğu rəsmi ünvana göndərilməsi onların çatdırılmış hesab edilməsi üçün kifayət sayılır. Həmçinin iş materiallarında sözügedən məhkəmə bildirişinin Cavabdeh tərəfindən təhvil alınmamasına dair hər hansı bir sənədə-zərfə rast gəlinmir. Məhkəmə tərkibi qeyd edir ki, iddia müddətinin tətbiqi barədə ərizə cavabdeh tərəfindən işin mahiyyəti üzrə baxılana qədər təqdim edilməlidir. Cavabdeh birinci instansiyasında iştirak etməmişdir. Lakin iş materiallarından göründüyü kimi onun məhkəmə iclaslarından xəbəri olmuşdur. Bu isə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizə vermək imkanına sahib olduğunu, lakin bu hüququndan istifadə etmədiyini göstərir. Apellyasiya icraatı zamanı iddia müddətinin tətbiqi barədə ərizə yalnız o halda qəbul edilə bilərdi ki, cavabdeh birinci instansiya məhkəməsində bu ərizəni təqdim etmək hüququndan məhrum olsun. Buna görə də cavabdeh apellyasiya icraatında iddia müddətinin tətbiqi barədə ərizə verə bilməz. Bu ərizəni yalnız işə mahiyyəti üzrə baxılana qədər, yəni birinci instansiya məhkəməsində təqdim edə bilərdi. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizəni birinci instansiya məhkəməsində vaxtında istifadə etmədiyi üçün apelllyasiya icraatı zamanı bu arqumentə istinad edə bilməz. Apellyasiya icraatı zamanı bu əsasla iddianın təmin edilməməsini tələb etmək qanunvericiliyə ziddir və əsassızdır. Belə ki, apellyasiya məhkəməsi yeni sübut və ya ərizələrin qəbulu ilə bağlı məhdud yurisdiksiyaya malikdir. Apellyasiya məhkəməsi yalnız birinci instansiya məhkəməsində verilmiş sübut və ərizələr əsasında qərar verir. Yəni yeni müdafiə arqumenti kimi iddia müddəti məsələsi qaldırıla bilməz. Məhkəmə tərkibi birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, mübahisələndirilən hissə üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və İmişli Rayon Məhkəməsinin 05 mart 2025-ci il tarixli, 2(036)-437/2025 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 05 mart 2025-ci il tarixli, 2(036)-437/2025 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-877/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-877/2025
22.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver