Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-888/2025 04.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, İddiaçı, Cavabdeh2, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı pul tələbinə dair Cəlilabad Rayon Məhkəməsinin 2(073)-141/2025 saylı, 14 fevral 2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4650 manat pulun və 67 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı göstərmişdir ki, o, Cəlilabad rayonu, Maşlıq kəndində qeydiyyatda olmaqla, Bakı şəhərində yaşayır. Maşlıq kəndində 60 sot torpaq sahəsini icarəyə götürüb kartof əkib-becərib hazır məhsulu satmaqla ailəsini dolandırır. Həmkəndlisi, eyni zamanda qonşusu olan Cəlilabad rayon Kazımabad kənd sakini Cavabdeh1 ilə əvvəllər də ticarət əlaqələri olmuşdur və o, cavabdehə məhsulu nisyə olaraq vermiş, o da qarşılığında müəyyən müddətdən sonra pulunu ödəmişdir. 16 aprel 2023-cü il tarixdən etibarən Fikrət və onun oğlu Cavabdeh2 10000-15000 manat dəyərində kartof məhsulunu hissəvi şəkildə satmış və satılan məhsulun pulunu hissə-hissə ödəyirdilər. Həmin kartofun 8 ton pulunu yəni 4650 manat Fikrət və Cavabdeh2la bu günədək ödəmirlər. Cavabdehlər bu günə kimi onu aldadaraq get-gələ salıb 4650 manatı verəcəyinə söz versə belə, bu günədək qaytarmır. Ona məlum olub ki, cavabdehlər ondan başqa digər şəxslərə də borcu var, hal-hazırda həmin işlər də məhkəmənin icraatındadır. O, yenə pulunu tələb etdikdə müxtəlif bəhanələr gətirdiyi üçün məcbur qalıb xx.xx.2023-cü il tarixdə AR DİN-nin elektron poçt ünvanına müraciət etmişdir. Cəlilabad RPŞ-də araşdırma aparılmış cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona borclu olduğlarını etiraf edib tezliklə ödəyəcəyini söz versə də heç bir nəticə olmamışdır. Cəlilabad RPŞ-nin TB-nin təhqiqatçısı İlkin İsmayılovun xx.xx.2024-cü il tarixli HK-1-34 saylı məktubu ilə mübahisə mülki xarakterli olduğu üçün həmin məsələ ilə bağlı məhkəməyə müraciət etməyim tövsiyyə olunmuşdur. Cavabdehlərdən borcunu ödəməsini tələb etməsinə baxmayaraq onlar bundan imtina etmişdir. Buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-141/2025 saylı, 14 fevral 2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4000 (dörd min) manat borc və 60 (altmış) manat dövlət rüsumu alınaraq İddiaçı verilməsi, iddia qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermiş, Cəlilabad rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(073)-141/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı məhkəmədə Cavabdeh1 ona 4650 manat borcunun olmasını təstiq edən sübutlar təqdim edə bilməmişdir. Cəlilabad rayon Məhkəməsi isə işdə olan sübutlara qeyri-obyektiv yanaşaraq iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarmışdır. Cavabdeh1 ilə İddiaçı arasında əvvəllər kartof alverinin olub-olmaması faktı Cəlilabad rayon məhkəməsi tərəfindən araşdırılmamışdır. Hansı ki, onların əvvəllər aralarında alver münasibəti olmamışdır. Cavabdeh1 tərəfindən təqdim edilmiş video görüntünun əvvəlki münasibətlərə aid olduğunu iddia etmiş və məhkəmədə onun həmin tarixə aid olmasının cavabdeh tərəfindən sübut edilməməsini əsas götürərək həmin halı sübut kimi qiymətləndirməmişdir. Hansı ki, cavabdehin əvvəllər iddiaçı ilə heç bir alver münasibəti olmamışdır və video görüntü ilə verilən pul həmin pulun ödənilməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsində göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, Cavabdeh1 Cəlilabad rayon poıis şöbəsinə vermiş olduğu iltizamdan da görünür ki, onun iddiaçıya 2000 manat borcu olmuş, həmin borcdan da 1800 manatını video görüntü ilə iddiaçının anasına təqdim etmişdir. İşin apellyasiya baxışında iştirak edən Cavabdeh2, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə, eləcə də İddiaçı mülki işin aidiyyatı üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi etiraz etmədiklərini bildirdilər. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətində Cəlilabad Rayon Məhkəməsinin 2(073)- 141/2025 saylı, 14 fevral 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və iş materiallarında olan sənədləri nəzərə alaraq hesab edir ki, hazırkı iddia ərizəsi birinci instansiya məhkəməsi tərəfindən icraata qəbul edilərkən məhkəmə aidiyyəti qaydaları pozulmuşdur. İşdə olan “Elektron məhkəmə” informasiya sisteminə İddiaçı barəsində məlumatlardan görünür ki, o, ********** qeydiyyat sayı ilə (VÖEN) Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən xx.xx.2024-cü il tarixdə vergi ödəyicisi kimi uçota alınmışdır. İşdəki “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Cavabdeh1 barəsində məlumatlardan görünür ki, o, ********** qeydiyyat sayı ilə (VÖEN) Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən vergi ödəyicisi kimi uçota alınmışdır. MPM-in 24.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. MPM-in 24.2.-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. MPM-in 24.3.-cü maddəsinə əsasən Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. MPM-in 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il tarixli 18 sentyabr 10 saylı Qərarında müəyyən edilmişdir ki:
12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.
13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.
14. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır.
20. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər.
28. Məhkəmələrə izah edilsin ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir”. İş materiallarında olan Cəlilabad Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması rədd edilməsi barədə” qərarından görünür ki, İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair şikayəti əsasında araşdırma aparılmış və araşdırmanın nəticəsi olaraq mübahisənin mülki xarakterli olması göstərilərək məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah olunmuşdur. Həmin qərardan görünür ki, İddiaçı müraciəti əsasında cinayət işi başlanılmış, o, istehsal etdiyi 4650 manat dəyərində, 8 ton kartof məhsulunu Cavabdeh1 nisyə satması və pulunu ala bilmədiyindən şikayət etmişdir. Cavabdeh1 verdiyi izahatında göstərmişdir ki, Cəlilabad rayonu Maşlıq kəndində yaşayır, özü kənddə kartof əkinçiliyi və alqı-satqısı ilə məşğul olur, bu sahədə həmkəndlisi, hal-hazırda Bakı şəhərində yaşayan, Maşlıq kənd sakini İddiaçı tanımışlar, aralarında əvəllər kartof alqı-satqısı olmuş, onun pullarını qaytarmışdır. Sonuncu dəfə, 2023-cü ilin may-iyun aylarında İddiaçı 4000 manat dəyərində 100 ədəd meşok həcmində kartof məhsulunu almış, onun xahişi ilə həmin kartof məhsulunu Lənkəran şəhər sakinləri Pərvin, Ürfət, Tərlan və Rəşad adlı şəxslərə nisyə vermişdir. Sonra həmin şəxslərdən hissəvi şəkildə aldığı pullardan 1800 manat bir dəfəyə və 1000 manat da bir dəfəyə Orxanın özünə vermiş, hal-hazırda İddiaçı onun 1200 manat kartof borcu qalmışdır ki, həmin pulu və digər şəxslərə borcu olduğu pulları Lənkəran şəhər sakinləri Pərvin, Ürfət, Tərlan və Rəşad adlı şəxslər ona çatdırmadıqları üçün o da həmin borc sahiblərinə pulu qaytara bilməmiş, ona borclu qalmış şəxslər barədə Cəliabad rayonunda mülki iddia qaldırmışdır ki, hal-hazırda mülki iddia məhkəmə baxışına verilmişdir. Oğlu Cavabdeh2 göstərdiyi ərəfədə İddiaçı 100 ədəd kulyok vermişdir, kartof məhsulu həmin kulyoka qablaşdırılıb satışa çıxarılmış, yəni oğlu Adil bu işlərdə ona fəhlə kimi köməklik etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini, tərəflərin subyektiv tərkibi, mübahisənin predmetini, eləcə də hüquq münasibətlərinin xarekterini nəzərə almaqla hesab edir ki, mülki iş mahiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin, Plenum Qərarının 10 və 11-ci bəndlərinin (bax §§7-8) əlaqəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisənin kommersiya məhkəməsinin aiddiyyətində olub-olmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı müəyyən olunmalıdır. Mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinə gəldikdə isə Plenum Qərarının 12-ci bəndində (bax §8) formalaşdırılmış hüquqi mövqelərdən də aydın olur ki, işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəlməli olması nəzərə alınmalıdır. Bununla yanaşı, mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Baxılan iş üzrə həm iddiaçı, həm də cavabdeh vergi ödəyicisi olmaqla fərdi sahibkar statusuna malik şəxslərdir. Tərəflər izahatından görünür ki, onlar arasında münasibətlər iddiaçı tərəfin vergi ödəyicisi qeydə alınmadığı vaxtdan başlasa da, məhkəmədə iddia qaldırılan zaman artıq onlar müvafiq vergi orqanında uçota alınmışdır. Eyni zamanda, kollegiya onu da qeyd edir ki, işə baxılarkən tələflərin qarşılıqlı tələblərinin olması mümkündür və bu hal işin MPM-in 30-ci maddəsinin tələbi baxımından kommersiya məhkəməsində baxılmasını zəruri edir. Beləliklə, tərəflər arasında olan mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri baxımından məhkəmə tərkibi belə nəticəyə gəlir ki, hazırkı mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğu görünür. Lakin birinci instansiya məhkəməsi işin faktiki və hüquqi hallarını, mübahisənin əsasını, predmetini, aidiyyət məsələsini aydınlaşdırmadan və məhkəmə aidiyyəti qaydalarının pozulması ilə iddia tələbinə baxaraq, iddianın təmin edilməsi barədə qətnamə qəbul etmiş, bununla da MPM-in məhkəmə aidiyyəti ilə bağlı müddəalarında nəzərdə tutulmuş tələbləri pozmuşdur. MPM-in 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. MPM-in 32.3-cü maddəsinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. MPM-in 32.4-cü maddəsinə əsasən, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. MPM-in 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. MPM-in 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, məhkəmə aidiyyəti məsələsi həll edilərkən həm mübahisənin tərəfləri, həm də mübahisənin predmeti və münasibətlərin xarakteri dəqiq müəyyənləşdirilməlidir. Mübahisənin predmeti aydınlaşdırılarkən, yalnız hüquq münasibətlərinin mahiyyətinə və tərəflərin subyektiv tərkibinə deyil, həmçinin mübahisənin yarandığı səbəblərə də nəzər yetirilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddianın mahiyyətini və mübahisənin xarakterini digər hallarla birlikdə nəzərə alaraq hesab edir ki, iş baxılması üçün kommersiya məhkəməsinə göndərilməlidir. MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 387.2.9-cu maddəsinə əsasən, şikayətin dəlillərindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa, ləğv edilməlidir. Məhkəmə kollegiyası bildirir ki, cavabdehlərin rəsmi qeydiyyat ünvanı Cəlilabad şəhəri olduğundan, hazırkı iş aidiyyəti üzrə onun rəsmi qeydə alındığı yer üzrə kommersiya məhkəməsinə göndərilməlidir. “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə” Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli Qərarına əsasən, Astara rayonu ərazi vahidi kimi Şirvan Kommersiya Məhkəməsinin yurisdiksiyasına aiddir. Odur ki, işə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsində baxılmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə məhkəmə aidiyyəti qaydaları pozulmaqla baxıldığı üçün cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-141/2025 saylı, 14 fevral 2025-ci il tarixli qətnaməsi ləğv edilməli və iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. MPM-in 384.0.4-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. MPM-in 402.2.5-ci maddəsinə görə, apellyasiya məhkəmələrinin mülki kollegiyalarının bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 263, 264, 384.0.4, 385.1.1, 387.2.9, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-141/2025 saylı, 14 fevral 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.