Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-889/2025 02.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Sultanov Cavid Rizvan oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Laçın Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(047)-50/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 18 dekabr 2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 23000 (iyirmi üç min) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və qeyd edilən ərizə məhkəmə tərəfindən mülki məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, 2021-ci il tarixdən Mercedes-Benz 817 yük markalı avtomobilin mülkiyyətçisidir. Həmin avtomobillə yükdaşıma fəaliyyətini həyata keçirmiş və hər ay müəyyən məbləğdə qazanc əldə etmişdir. Yükdaşıma fəaliyyətini həyata keçirmək üçün sürücü qismində Cavabdeh2 ilə razılığa gəlmiş, ona avtomobili idarə etmək üçün notarial qaydada etibarnamə vermiş, bir müddət sonra etibarnamənin müddəti bitdiyi üçün yeni etibarnamə vermək zərurəti yaranmış və Cavabdeh2 təkidi ilə sürücülük vəsiqəsinin müddəti bitdiyi üçün ona avtomobili bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, sürücülük hüququ olduqda idarə etmək səlahiyyəti olan etibarnamə vermişdir. Daha sonra avtomobili satmaq istəyini Cavabdeh2 bildirdikdə Cavabdeh2 2 ay gözləməyini və avtomobili özünün ala biləcəyini bildirmiş, lakin 4 ay keçməsinə baxmayaraq pulu ödəmədiyinə görə o, Cavabdeh2 verdiyi etibarnaməni ləğv etmiş və avtomobili geri verməsini tələb etmişdir. Bundan sonra Cavabdeh2 onun iş yerinə gələrək avtomobili onun adına keçirməyini istəmişdir. O, Cavabdeh2 ilə 23000 manat pul vəsaiti müqabilində razılaşmış, bunun müqabilində Cavabdeh2 ona 13000 manat kredit götürüb verəcəyini, 4000 manatı evdən götürəcəyini, 4000 manatlıq avtomobili ona verəcəyini və 2000 manat pulu isə yanvar ayının sonunda verəcəyini bildirmişdir. Onlar alğı-satqı prosesini rəsmiləşdirmək üçün DİN BDYPİ-nə getmiş, həmin idarədə avtomobili Nübar adlı şəxsin adına rəsmiləşdirmişdir. Bununla da o, müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etsə də, Cavabdeh2 bu günə qədər nəqliyyat vasitəsinin ödənişini etməmişdir. Ona görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 23000 (iyirmi üç min) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat: Laçın Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(047)-50/2025 saylı qətnaməsi (Hakim: C.İbrahimov) ilə iddia tələbi təmin edilməmiş, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Yasəf oğluna qarşı 23000 (iyirmi üç min) manat “pul” tələbinə dair iddiasının əsassız olduğundan rədd edilməsi və ödənilmiş 159 (bir yüz əlli doqquz) manat dövlət rüsumunun iddiaçının hesabına aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı mülkiyyətində olmuş “X7 817 yük” markalı **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsi ilə 22000 manat müqabilində Cavabdeh1 satılmış və həmin müqavilənin 2-ci bəndində 22000 manat pulun satıcı, yəni İddiaçı tərəfindən alıcıdan, yəni Cavabdeh1 alındığı qeyd edilmiş, lakin iş üzrə keçirilmiş məhkəmə baxışı iclaslarında sübut etmək yükünün iddiaçı tərəfin üzərinə düşməsinə baxmayaraq nə İddiaçı, nə də ki onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 qeyd edilən 22000 manat pul məbləğinin İddiaçı tərəfindən iş üzrə digər Cavabdeh1 alınmamasını təsdiq edə biləcək kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilən sübutlarla sübuta yetirə bilməmişlər. Bundan başqa, iş materiallarına əsasən İddiaçı tərəfindən sadəcə olaraq müvafiq etibarnamələr ilə “X7 817 yük” markalı **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobilin bir neçə dəfə Cavabdeh2 nəqliyyat vasitəsini idarə etmək və sair səlahiyyətlərlə verildiyi, lakin qeyd edilən etibarnamələrdən birinin xx.xx.2023-cü il tarixdə qüvvədən düşdüyü və digərinə isə xx.xx.2023-cü il tarixdə xitam verildiyi müəyyən edilmişdir. Lakin bu faktın özü belə İddiaçı tərəfindən qeyd edilən avtomobilin formal əsaslarla digər Cavabdeh1 satılmasına dəlalət edə bilməz. Qeyd edilənlərə əsasən də bir daha belə müəyyən edilmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona 23000 manat pul borcu olduğunu məhkəmə araşdırmaları zamanı sübuta yetirə bilməmiş, yəni qeyd edilən hallarla bağlı mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Əksinə, İddiaçı mülkiyyətində olmuş “X7 817 yük” markalı **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh1 satılması nəticəsində 22000 manat pulun İddiaçı tərəfindən alınması tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin şərtlərinə əsasən sübuta yetirilmişdir. Bundan əlavə, Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin təhqiqatçısı polis leytenantı Nicat Qasımov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarda izahatları alınmış şəxslərin izahatlarındakı qeyd edilən hallar mülki işə məhkəmə baxışı zamanı öz təsdiqini tapmadığından və ona görə də həmin qərarda göstərilən izahatlarda qeyd edilən halları da məhkəmə mötəbər sübut kimi qəbul edə bilməz. Odur ki, məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 23000 (iyirmi üç min) manat məbləğində pulun tutularaq İddiaçı verilməsi barədə iddia tələbinin rədd edilməsini qanuni və əsaslı hesab etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60, 127-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.4, 154.1, 157.2, 157.4, 385.1, 425.1, 442, 567, 568.1, 1096.1, 1097.1, 1097.3-cü maddələri, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvesiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 2-ci bəndi, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarı, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100-cu maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 14.2, 77.1, 106.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri: Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, polisdə verilən izahatlardan görünür ki, maşın sadəcə olaraq Nübarın adına keçirilib və əslində alğı-satqı münasibətləri Cavabdeh2 ilə Niyaz arasında olub. Bu məsələnin mübahisəsiz halıdır. Aydın məsələdir ki, burada Nübar tərəfindən və ya onun nümayəndəsi tərəfindən Niyaza heç bir pul vəsaiti ödənilməyib. Alğı-satqı münasibətləri Cavabdeh2 ilə Niyaz arasında olduğundan pulu da Cavabdeh2 Niyaza ödəməli idi. Lakin ödəməyib. Ödədiyinə dair heç bir sübut da təqdim etməyib. Beləliklə, məhkəmə işin faktiki hallarına əhəmiyyət verməyərək əsassız qətnamə qəbul etmişdir. Kifayət qədər tutarlı sübutların olmasına baxmayaraq məhkəmə polisdə verilən izahatlara, cinayət işinin başlanmasının rədd edilməsi qərarında qeyd edilənlərə səthi yanaşmış və sadəcə alğı-satqı müqaviləsində "22000 manat pulun satıcı, yəni İddiaçı tərəfindən alıcıdan, yəni Cavabdeh1 alındığı" qeydinə istinad etmişdir. Beləliklə, əslində, iş tam, hərtərəfli və obyektiv araşdırılsa idi, alğı-satqı münasibətlərinin, əslində, Cavabdeh2 və Niyaz arasında olduğu, Cavabdeh2 pul ödəməli olduğu halda ödəmədiyi, avtomobilin sadəcə Nübarın adına keçirildiyi və Nübar tərəfdən heç bir pul vəsaitinin ödənilmədiyi qənaətinə gəlinə bilər. Ona görə də Laçın Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(047)-50/2025 nömrəli qətnaməsinin ləğv edilməsinin və iddia tələbinin təmin edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı və nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını, Laçın Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(047)-50/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etdilər. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını, Laçın Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(047)-50/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh1 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4-cü maddələsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair 18 mart 2022-ci il tarixli Qərarı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri: Apellyasiya şikayətindən görünür ki, apellyator Laçın Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(047)-50/2025 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya qeyd edir ki, tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını apellyasiya şikayətinin dəlillərinə münasibətdə tam həcmdə yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı məhkəmə tərkibi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə tərkibi prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Laçın Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(047)-50/2025 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə tərkibi mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, maddi və prosessual hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Laçın Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(047)-50/2025 saylı qətnaməsi qismən ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli, Cavabdeh2 23000 (iyirmi üç min) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 23000 (iyirmi üç min) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona 23000 manat pul borcu olduğunu məhkəmə araşdırmaları zamanı sübuta yetirə bilməmiş, yəni qeyd edilən hallarla bağlı mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Əksinə, İddiaçı mülkiyyətində olmuş “X7 817 yük” markalı **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh1 satılması nəticəsində 22000 manat pulun İddiaçı tərəfindən alınması tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin şərtlərinə əsasən sübuta yetirilmişdir. Bundan əlavə, Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin təhqiqatçısı polis leytenantı Nicat Qasımov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarda izahatları alınmış şəxslərin izahatlarındakı qeyd edilən hallar mülki işə məhkəmə baxışı zamanı öz təsdiqini tapmadığından və ona görə də həmin qərarda göstərilən izahatlarda qeyd edilən halları da məhkəmə mötəbər sübut kimi qəbul edə bilməz. Odur ki məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 23000 (iyirmi üç min) manat məbləğində pulun tutularaq İddiaçı verilməsi barədə iddia tələbinin rədd edilməsini qanuni və əsaslı hesab etmişdir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə maddi və prosessual hüquq normalarını səhv tətbiq etmişdir. Məhkəmə tərkibi iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən təqdim edilmiş sənədlərdən, yəni çıxarışdan, alğı-satqı müqaviləsindən və ona əlavə edilmiş digər sənədlərdən görünür ki, Cavabdeh1 adına qeydiyyata alınmış “X7 817 yük” markalı **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsi ilə 22000 manat müqabilində Cavabdeh1 satılmış və həmin müqavilənin 2-ci bəndində 22000 manat pulun satıcı, yəni İddiaçı tərəfindən alıcıdan, yəni Cavabdeh1 alındığı qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Binəqədi RPİ tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ərizəsi əsasında Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-də Cavabdeh2 barəsində müvafiq araşdırma aparılmış və Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB təhqiqatçısı polis leytenantı Nicat Qasımov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərara əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və İddiaçı tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olduğunun izah edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş etibarnamələrin surətlərindən və ərizədən görünür ki, “X7 817 yük” markalı **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobil bir neçə dəfə İddiaçı tərəfindən Cavabdeh2 nəqliyyat vasitəsini idarə etmək və sair səlahiyyətlərlə verilmiş, həmçinin İddiaçı tərəfindən Cavabdeh2 xx.xx.2021-ci il tarixdə verilmiş etibarnaməyə xitam verilməsi Bakı şəhəri 23 saylı Notariat ofisindən xahiş edilmiş və qeyd edilən etibarnamələrdən biri xx.xx.2023-cü il tarixdə qüvvədən düşmüş və digərinə isə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr tərəfindən müqavilə üzrə mübahisələrə baxılarkən, ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında, əslində, eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli qərarlar). Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər, əslində, bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Mülki Məcəllənin 340.2-ci maddəsinin mənasına görə tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Yalan əqdin bağlanmasında iştirak edən subyektlərin həqiqi iradə ifadələri bu qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq araşdırılıb hüquqi nəticəyə gəlinməlidir. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. Mülki Məcəllənin 340.2-ci maddəsinə uyğun olaraq yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Kollegiya işin müəyyən olunan faktiki hallarını yuxarıda sadalanan qanunvericilik aktı normaları və Konstitusiya Məhkəməsi Plenumunun Qərarında formalaşan hüquqi mövqe baxımından təhlil edərək belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən satılan avtomobilin Cavabdeh1 adına rəsmiləşdirilməsinə baxmayaraq avtomobilin alıcısı qismində faktiki olaraq Cavabdeh2 çıxış etmişdir. Çünki subyekt baxımından müqavilədə göstərilən alıcı əsl alıcı olmamış, pul ödənişi icra edilməmiş, pul məbləği “kağız üzərində” Cavabdeh1 tərəfindən ödənilmiş olaraq göstərilmişdir. Bu hal həm də tərəflərin özlərinin izahatları, həm də avtomobilin alğı-satqısından sonra Cavabdeh1 tərəfindən Cavabdeh2 həmin avtomobili idarə etmək üçün etibarnamə verilməsi və hazırda da həmin avtomobilin etibarnamə əsasında Cavabdeh2 istifadəsində olması ilə öz təsdiqini tapır. Odur ki İddiaçı ilə Cavabdeh1 Ələdin qızı arasında bağlanan əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. İş üzrə birinci instansiya məhkəməsi işə formal yanaşaraq yalnız müqavilədəki "pul alınıb" qeydinə istinad etmiş, lakin tərəflərin faktiki münasibətləri, iradə ifadələrini və işdə olan sübutları nəzərə almamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, yalan əqdin bağlanmasında iştirak edən subyektlərin, yəni satıcı olaraq İddiaçı və alıcı Cavabdeh2 həqiqi iradə ifadələri əsas götürülməklə mübahisəyə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda faktiki alğı-satqı münasibətləri İddiaçılə Cavabdeh2 arasında baş tutduğundan tərəflərin üzərlərinə düşən öhdəlikləri yerinə yetirib-yetirməməsi aydınlaşdırılmalıdır. İşin hallarından göründüyü kimi, iddiaçı X2 ilə Cavabdeh2 arasında İddiaçı mülkiyyətində olmuş “X7 817 yük” markalı **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobilin alğı-satqısı barədə razılaşma olmuş və iddiaçı qeyd olunan avtomobili 23000 manat müqabilində cavabdehə satmışdır. Hazırda iddiaçı cavabdehin üzərinə götürdüyü öhdəliyi icra etməyərək ona ödənilməli olan 23000 manat pulu qaytamadığını bildirir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, MPM-in 14.2 və 77.1-ci maddələrinin mənasına görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin müzakirə edilən məsələyə tətbiqi nəticəsində müəyyən edilir ki, hazırki iş üzrə avtomobilə görə ödənilməli olan 23000 manat pulun qaytarılmasını sübutetmə yükü Cavabdeh2 üzərinə düşür. Cavabdeh isə bu halları nəinki məhkəmədə sübuta yetirə bilməmiş, əksinə, həm polis şöbəsində aparılan araşdırma zamanı, həm birinci instansiya məhkəməsində, həm də apellyasiya baxışı zamanı bir-birinə zidd olan mövqe sərgiləyərək avtomobilə görə ödənilməli olan 23000 manat pulu iddiaçıya ödəməməsi barədə məhkəmə kollegiyasında qəti inam formalaşdırmışdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri, Binəqədi RPİ-nin 6-cı PB-nin təhqiqatçısı polis leytenantı X1 17 yanvar 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı ərizə ilə müraciət edərək ona məxsus avtomobili 23000 manat müqabilində Cavabdeh2 Yusif oğluna satdığını, lakin sonuncunun avtomobilə görə ödəməli olduğu 23000 manat pulu ödəməyərək onu aldatğını bildirmiş və Cavabdeh2 cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Həmin müraciətlə əlaqədar aparılan araşdırma zamanı avtomobilin pulunu ödəməsini, avtomobilə görə qalan 12000 manat pulu isə izahatı alınan tarixdən təxminən 10 gün əvvəl ödədiyini bildirmişdir. Bundan başqa, birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı Cavabdeh2 tamamilə fərqli mövqe sərgiləyərək “X7 817 yük” markalı **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona məxsus olduğunu, həmin avtomobili Anar adlı şəxsdən aldığını, Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olması səbəbindən avtomobili öz adına rəsmiləşdirə bilmədiyini, avtomobilin formal olaraq İddiaçı adına rəsmiləşdirildiyini, lakin İddiaçı qeyd edilən avtomobili Cavabdeh1 satıb 22000 manat pulu Cavabdeh1 alsa da, həmin məbləği ona təqdim etmədiyini və ona görə də İddiaçı qarşı “pul” tələbinə dair iddia tələbi ilə müvafiq məhkəməyə müraciət etmək niyyətində olduğunu bildirmişdir. Bundan başqa, 04 iyun 2025-ci il tarixli apellyasiya baxışında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 izahatında Cavabdeh2 birinci instansiya məhkəməsində verdiyi izahatının düzgün olmadığını, nümayəndəsi olduğu şəxsin ona bildirməsinə əsasən avtomobilin, həqiqətən də, İddiaçı məxsus olmasını, cavabdehin həmin həmin avtomobili 23000 manat müqabilində İddiaçı alıb tanışı Cavabdeh1 adına qeydiyyata salmasını, avtomobilə görə ödənilməli olan 23000 manat pulun tam şəkildə iddiaçıya verilməsini göstərmişdir. Bundan başqa, 02 iyul 2025-ci il tarixli apellyasiya baxışında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 izahatında yenidən fərqli mövqe sərgiləyərək nümayəndəsi olduğu şəxsin ona bildirməsinə əsasən avtomobilin, həqiqətən də, İddiaçı məxsus olmasını, cavabdehin həmin həmin avtomobili 23000 manat müqabilində İddiaçı deyil, Cavabdeh1 almasını və avtomobilə görə ödənilməli olan 23000 manat pulun tam şəkildə Cavabdeh1 verilməsini göstərmişdir. Odur ki məhkəmə kollegiyası cavabdehin iddia ilə bağlı etmiş olduğu etirazını tələbdən yayınmaq üçün özünü müdafiə halı kimi qiymətləndirir. Cavabdeh2 tərəfindən məhkəməyə avtomobilin pulunun ödənilməsinə dair hər hansı mötəbər sübut təqdim edilməmişdir. Cavabdeh2 tərəfindən öhdəlik icra olunmadığından iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməlidir. Digər Cavabdeh1 münasibətdə isə qeyd edilməlidir ki, müqavilədə alıcı kimi göstərilən Cavabdeh1 ilə iddiaçı arasında real alqı-satqı münasibətləri mövcud olmamış, avtomobil onun adına formal şəkildə, digər Cavabdeh2 istəyi ilə keçirilmişdir. Odur ki, birinci instansiya məhkəməsi iddia tələbini Cavabdeh1 münasibətdə rədd etməkdə mahiyyətcə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Odur ki, məhkəmə tərkibi birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, qanuni və əsaslı qətnamə qəbul edilməmişdir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Laçın Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(047)-50/2025 saylı qətnaməsi qismən ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli, Cavabdeh2 23000 (iyirmi üç min) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq məhkəmə tərkibi Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Laçın Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(047)-50/2025 saylı qətnaməsi qismən, yəni Cavabdeh2 aid hissədə ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. Cavabdeh2 23000 (iyirmi üç min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş 159 manat dövlət rüsumu Cavabdeh2 alınaraq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-889/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-889/2025
02.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver