Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-890/2023 04.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakimlər: Allahyarov Zaur Mirzağa oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseynov Elvin Nizami oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, cavabdeh, eləcə də digər Cavabdeh2 nümayəndəsi Cavabdeh1 və onun vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı alqı-satqı müqaviləsinin təsdiq edilməsi və ya pul tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2(020)-326/2023 nömrəli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Tərəflər doğulduqları kənddə qonşu olmuşlar. Cavabdeh3 nümayəndəsi Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış və Beyləqan rayon İHB-nın İ Aşıqlı kəndi üzrə icra nümayəndəsinin təsdiq etdiyi xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən, 2,5 ha torpaq sahəsi birdəfəlik İddiaçı 12.500.000 manata satılmışdır. Eyni zamanda xx.xx.2007-ci il tarixli bildirişə əsasən, Cavabdeh2 özünə məxsus torpaq sahəsini 500 manata İddiaçı satmışdır. Hazırda İddiaçı alqısatqının təsdiq olunmasını və ya torpaq sahəsinin indiki qiyməti ilə 15000 manatın alınaraq ona verilməsini tələb edir. Birinci instansiya məhkəməsindəki icraat: İddiaçı Ağayev X7 Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ilə aralarında 01 mart 2006-cı il tarixdə Beyləqan rayon 1-ci Aşıqlı kənd icra nümayəndəsinin təsdiq etməsi ilə bağlanmış torpaq alqı-satqı müqaviləsinin təsdiq edilməsi və ya mübahisəli JN:169 nömrəli kod 60700058 olan torpağa mülkiyyət hüququna X13 ilə mülkiyyətlərinə verilmiş 3,06 ha pay torpaq sahəsini Cavabdeh1, Cavabdeh3 və X2 qaytararkən torpaq üçün verdiyi pulun indiki qiyməti ilə 15000 manatın alınaraq ona verilməsi, eyni zamanda tələb etdiyi pulun tam alınıb verilənədək torpağın onun istifadəsində saxlanılması, torpaqdan çıxma və pulun alınıb verilməsinin eyni vaxtda icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Beyləqan rayonunun 1-ci Aşıqlı kəndində cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 mülkiyyətlərində Beyləqan rayon Aqrar İslahat komissiyasının 04 fevral 1997-ci il tarixli, 42 saylı Qərarı ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon Şöbəsində xx.xx.2000-ci il tarixdə 169 nömrə ilə qeydiyyata alınmış, JN:169 saylı, kod 60700058 olan Torpağa Mülkiyyət Hüququna X13na əsasən 3.06 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsini cavabdehlərdən almışdır. Torpağı alarkən cavabdehlərlə aralarında kənd icra nümayəndəliyində 01 mart 2006-cı ildə alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdehlər torpağı satarkən alqı-satqının notariat kontorunda təsdiq edilməsini təklif etmiş, lakin o, ailə üzvlərinə inandığını bildirərək və alqı-satqı müqaviləsinə ehtiyac olmadığını və sadəcə olaraq müqavilə ilə razılaşma əsasında torpağı ona ömürlük olaraq o vaxtkı pul ilə 12.500.000 manata satmışdır. Cavabdeh2 isə qəbz verərək torpağı ona ömürlük satmışdır. O, həmin vaxtdan torpaq sahələrindən istifadə edərək torpaqları yararlı vəziyyətə gətirmişdir. Cavabdehlər torpağın mülkiyyətə verilməsinə X13nın əslini də ona vermişlər. Evində yanğın olan zaman həmin dövlət aktının və müqavilənin əsilləri yanaraq məhv olmuşdur. Lakin sənədlərin surətləri onda qalmışdır. Hazırda kənddə əhali arasında torpaq 5000 manata alınıb satılır. Cavabdehlər hazırda torpağı geri qaytarmaq istəyirlər. O, cavabdehlərə 2006-cı ildə pul verərək həmin torpaq sahəsini aldığını və münbitləşdirərək yararlı vəziyyətə gətirərək yonca bitkisi əkdiyini bildirmişdir. Torpaq sahəsini o zaman qaytarar ki, onun torpaq üçün verdiyi pulun indiki qiyməti ilə 5000 manat qaytarılıb ona verilsin. Həmçinin cavabdehlərdən torpaq sahəsini yararsız vəziyyətdən yararlı vəziyyətə gətirərək yonca bitkisi əkməklə çəkdiyi xərclərini də tələb edir. Odur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ilə aralarında 01 mart 2006-cı il tarixdə Beyləqan rayonu 1-ci Aşıqlı kənd icra nümayəndəsinin təsdiq etməsi ilə bağlanmış torpaq alqı-satqı müqaviləsinin təsdiq edilməsi və ya mübahisəli JN:169 saylı, kod 60700058 olan Torpağa Mülkiyyət Hüququna X13 ilə mülkiyyətlərinə verilmiş 3.06 ha pay torpaq sahəsini Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qaytararkən torpaq üçün verdiyi pulun indiki qiyməti ilə 15000 manatın alınaraq ona verilməsi, eyni zamanda tələb etdiyi pulun tam alınıb ona verilənədək torpağın onun istifadəsində saxlanılması, torpaqdan çıxma və pulun alınıb verilməsinin eyni vaxtda icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, mülkiyyətində olan torpaq sahəsini 2006-cı ildə iddiaçıya o vaxtkı pulla 12.500.000 manata satmışdır. Hazırkı pulla iddiaçı ona 2500 manat vermişdir. Bacısı Məhbubə isə iddiaçıdan 500 manat almışdır. Onlar iddiaçıya 3000 manat qaytara bilərlər. Qalan pul tələbini əsassız hesab edir. İddiaçı da 2006-cı ildən mübahisəli torpaq sahəsindən istifadə etməklə gəlir əldə etmişdir. Qardaşı Məmməd isə iddiaçıdan pul almamış, və ona torpaq verməmişdir. Onların torpağı satmaq fikirləri olmamışıdr. Torpağı iddiaçıya istifadə üçün vermişlər. Hazırda özlərinin də torpağa ehtiyacları vardır. Torpağı satsaydılar, indiyə kimi sənədləşdirərdilər. Göstərilənlərə əsasən, iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Beyləqan Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2(020)-326/2023 nömrəli qətnaməsi ilə (hakim Ramiz Nurullayev) iddia qismən təmin edilmiş, Cavabdeh1 2500 (iki min beş yüz) manat, Cavabdeh2 500 (beş yüz) manat alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumuna görə Cavabdeh1 21 (iyirmi bir) manat, X1 6 (altı) manat tutularaq İddiaçı verilməsi, dövlət rüsumuna görə ödənilmiş qalan 108 (yüz səkkiz) manatın iddiaçıya aid edilməsi qət edilmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, Cavabdeh3 iddiaçıdan torpaq sahəsinə görə pul almamışdır. Ona görə də ona qarşı iddia rədd edilməli, Cavabdeh1 qarşı 2500 (iki min beş yüz) manat, Cavabdeh2 qarşı 500 (beş yüz) manat məbləğində təmin edilməlidir. Bundan əlavə, tərəflər arasında daşınmaz əmlakın alqı-satqı müqaviləsi qanunla nəzərdə tutulmuş qaydada bağlanmadığından iddia alqı-satqı müqaviləsinin təsdiq edilməsi hissəsində təmin edilə bilməz. Həmçinin, iddiaçı tələb etdiyi pulun alınıb verilənədək torpağın onun istifadəsində saxlanılması, torpaqdan çıxma və pulun alınıb verilməsinin eyni vaxtda icra edilməsini tələb etmişdir. Bununla bağlı məhkəmə qeyd etməyi lazım bilir ki, cavabdeh hazırda iddiaçıya qarşı torpaqdan çıxarma ilə bağlı iddia qaldırmamış və onun torpaqdan çıxarılmasını tələb etməmişdir. Ona görə də məhkəmə iddianın həmin hissəsinin araşdırılıb ona qiymət verilməsini zəruri hesab etmir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 568.1, 646.1, 648.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri: İddiaçı nümayəndəsi və vəkili Vəkil2 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, işin faktiki hallarından, hər iki tərəfin verdiyi ifadələrdən və məhkəmənin gəldiyi nəticədən görmək mümkündür ki, tərəflər alqı-satqı müqaviləsi bağlamışdır. Belə olan təqdirdə mülki dövriyyə iştirakçısı kimi iddiaçının hüququ təmin olunmalı idi. Mülki Məcəllənin 152.1-ci maddəsinin tələbləri pozularaq onun mülkiyyət hüquqları nəzərə alınmamışdır. Mülki Məcəllənin 21.2-ci maddəsinin tələbləri pozularaq torpaq sahəsinin dəyəri bu günki bazar qiymətinə uyğun deyil, 2006-cı il üçün müəyyən edilmiş bazar qiymətinə əsasən müəyyən etmişdir. Mülki Məcəllənin 157.8-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, Cavabdeh1 da məhkəmə iclasında aralarında alqı-satqı müqaviləsinin mövcud olduğunu bildirmişdir. Həmin müqavilə qanunvericilikdə nəzərdə tutulmuş formaya uyğun tərtib edilməsə də o, torpaq sahəsindən illərlə istifadə etmiş və həmin torpaq sahəsinə illərlə sahiblik etmişdir. Məhkəmə isə onun sahiblik hüquqlarını nəzərə almamışdır. Mülki Məcəllənin 1091.1-ci maddəsinin tələbləri pozularaq, məhkəmə qərarı cavabdehin əsassız varlanmasına səbəb olmuşdur. Belə ki, həmin torpaq sahəsi 2006-cı ildən onun istifadəsində və sahibliyində olmuşdur, orada öz zəhməti və vəsaiti hesabına yaxşılaşdırma işləri aparmış, yonca əkmişdir. Qiymətləndirmə şirkətinin rəyinə əsasən, torpaq sahəsinin rəy verilən dövrə orta bazar dəyəri 1 ha üçün 5000 manat olmaqla cəmi 15300 manat təşkil edir, lakin onun heç bir vəsait və əziyyət çəkmədən sadəcə 3000 manat verməklə sahib olmaq istəyən cavabdehlərə verilməsi onların əsassız olaraq varlanmasına səbəb olur. Torpaq Məcəlləsinin 81-ci maddəsinin tələbləri pozularaq nəinki torpaq sahəsində aparılmış yaxşılaşdırmaların əvəzi, hətta torpağın öz dəyərinin belə cavabdehlərdən tutularaq ona ödənilməsi təmin edilməmişdir. Mülki Məcəllənin 157.7-ci maddəsinin tələbləri pozularaq vicdanlı sahib olduğu halda, cavabdehlərdən torpaq sahəsində apardığı yaxşılaşdırmaların dəyərini tələb etmək hüququ olduğu halda, onun hüquqi savadsızlıqdan yalnız torpağın bu günkü bazar qiymətinə uyğun dəyərini – 15000 manat tələb etsə də məhkəmə bu tələbini belə nəzərə almamışdır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri pozularaq, məhkəmə "xxxx" MMC tərəfindən verilmiş 69 nömrəli xx.xx.2022-ci il tarixli rəyə qiymət verilməmişdir. Mülki Prosessual Məcəllənin 217-ci maddəsinin tələbləri pozularaq, məhkəmə tərəfindən qəbul edilən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun gəlməmişdir. Cavabdeh1 ifadəsində onun torpaq sahəsindən gəlir götürdüyünü qeyd etsə də nəzərə almamışdır ki, o, həmin torpaq torpaq sahəsinin dəyərini tam ödəməklə orada yaxşılaşdırma işləri aparmışdır. Belə olan halda həmin torpaq sahəsi cavabdehlərə verildiyi təqdirdə onlar 17 il bundan əvvəlki torpaq sahəsini deyil, münbit və yonca əkilmiş torpaq sahəsini əldə edəcəklər. Məhkəmə tərəfindən bütün bu hallar nəzərə alınmayaraq ona torpaqdan çıxarıldığı halda cəmi 3000 manat verilməsi qərara alınmışdır. Halbuki həmin məbləğə hazırda münbitləşdirilməmiş və qulluq edilməmiş 0,60 ha torpaq sahəsi ala bilər. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh və İİİ şəxslər apellyasiya şikayətinə etiraz təqdim etməmişlər. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək Beyləqan Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2(020)-326/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh və digər Cavabdeh2 nümayəndəsi Cavabdeh1 və onun vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək Beyləqan Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2(020)-326/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh3 və Cavabdeh2, və üçüncü şəxslər X4, X5 və X6 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən yuxarıda göstərilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Maddə 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Maddə 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Maddə 355.1. Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Maddə 355.2. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsitələb olunmur. Maddə 357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdanyalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 17 sentyabr 2021-ci il tarixli Qərarı; Vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun F.Nəcəfovanın şikayətiüzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 3 mart 2023-cü il tarixli Qərarı; Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinədair” 2021-ci il 2 aprel tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hərhansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. İki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaq sahəsi həmin şəxslərin birgə mülkiyyət, birgə istifadə və ya birgə icarə hüququnda məxsus ola bilər. Birgə mülkiyyətdə olan torpaq sahələrinə sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin birgə mülkiyyət hüququ haqqında müddəalarına uyğun olaraq həyata keçirilir. Mülki Məcəllənin birgə mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi ilə bağlı məsələləri tənzimləyən 222-ci maddəsinə görə isə birgə mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir. Beləliklə, birgə mülkiyyətçilərdən birinin ümumi mülkiyyətdə olan əmlaka sərəncamla bağlı əqdi digər birgə mülkiyyətçilərdən hər hansı birinin razılığı olmadan bağlaması qanunvericiliyin məcburi göstərişlərinə zidd olduğu üçün etibarsızlıq halının yaranmasına səbəb olur. Lakin burada nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Mülki Məcəllənin Səlahiyyət verilməyən şəxsin əqd bağlaması adlanan 360.2-ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarındanbariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi nəzərdə tutulduğundan qətnamənin tam yoxlanılmasını təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları səhv tətbiq olunmuşdur. Belə ki, iş materialında olan JN-169, KOD 60700058 nömrəli dövlət aktından görünür ki, X3 və ailə üzvlərinin mülkiyyətinə Beyləqan rayon AİK-nın xx.xx.1997-ci il tarixli 42 nömrəli qərarına əsasən 3,06 ha torpaq sahəsi verilmişdir. İş materialında olan Cavabdeh3 nümayəndəsi Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış və Beyləqan rayon İHB-nın İ Aşıqlı kəndi üzrə icra nümayəndəsinin təsdiq etdiyi xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən, 2,5 ha torpaq sahəsi birdəfəlik İddiaçı 12.500.000 manata satılmışdır. İş materialında olan xx.xx.2007-ci il tarixli bildirişə əsasən, Cavabdeh2 özünə məxsus torpaq sahəsini 500 manata İddiaçı satmışdır. İş materialında olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Şirvan Apellyasiya Məhkəməsinin sorğusuna xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən, inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi 2022-ci ilin dekabr ayında 2006-cı ilin mart ayına nisbətən 319,4 faiz, 2007-ci ilin fevral ayına nisbətən isə 277,7 faiz təşkil etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh1 və Cavabdeh3 xüsusi mülkiyyətlərində 2,5 ha torpaq sahəsi olmuş, Cavabdeh1 torpaq sahəsini əvvəlki pulla 12.500.000 manata, Cavabdeh2 isə mülkiyyətində olan 52 sot torpaq sahəsini 500 manata İddiaçı birdəfəlik satmışdır. Cavabdehlər torpağın sənədləşdirilməsini öz üzərinə götürmüşlər. Həmin müqavilə tərəflərlə birgə Beyləqan rayon İ Aşıqlı kənd ərazi nümayəndəsi tərəfindən imzalanmışdır. Cavabdehlər torpaq sahəsinin iddiaçının adına sənədləşdirəcəklərinə söz versələr də, torpaq sahəsi iddiaçının adına sənədləşdirilməmişdir. Torpaq sahəsinin alqı-satqısı ilə bağlı işdə olan razılaşma tərəflər arasında yaranmış mübahisənin alqı-satqı ilə bağlı olmasına sübütdur. Ona görə də məhkəmə hazırkı mübahisəyə alqı-satqı müqaviləsinin müddəalarının tətbiq edilməsini qanunamüvafiq hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiyası məhkəməsi göstərilən halları prosessual hüquq normalarının tələbinə müvafiq olaraq araşdıraraq müəyyən olunan hallara bu qərarın “Tətbiq olunan hüquq” hissəsində göstərilən maddi hüquq normalarını tətbiq etməklə yekun məhkəmə aktı qəbul etməli olduğu halda, maddi və prosessual hüquq normalarının tələbinə əməl etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 3 mart 2023-cü il tarixli Qərarında qeyd olunduğu kimi, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birininimzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Mülki Məcəllənin 560.1-ci maddəsi digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. İddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi 69 nömrəli xx.xx.2022-ci il tarixli qiymətləndirmə rəyinə əsasən, 2006-cı ildəki 12500000,00 (on iki milyon beş yüz min) manat (AZM) və ya 2500,00 (xx.xx.2006-cı ildə Azərbaycan manatında 5000:1 nisbətində denominasiya aparıldığını nəzərə alaraq) yeni Azərbaycan manatı (AZN) olduğundan və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi 2022-ci ilin dekabr ayında 2006cı ilin mart ayına nisbətən 319,4 faiz, 2007-ci ilin fevral ayına nisbətən isə 277,7 faiz olduğundan; 2500 AZN + (2500 x 319,4) = 10.485 AZN; 500 AZN + (500 x 277,7) = 1888,5 AZN təşkil edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Beyləqan Rayon Məhkəməsinin 14 fevral 2023cü il tarixli, 2(020)-326/2023 nömrəli qətnaməsi qismən ləğv edilməli, iddia qismən təmin edilməli, Cavabdeh1 10485 (on min dörd yüz səksən beş) manat, X1 1888,5 (bir min səkkiz yüz manat, əlli qəpik) manat alınaraq İddiaçı verilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.5-ci maddəsinə əsasən Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş 68,40 (altmış səkkiz manat qırx qəpik) manat dövlət rüsumunun 34,20 (otuz dörd manat iyirmi qəpik) manat hissəsi apellyasiya şikayəti vermiş İddiaçı özünə aid edilməli, qalan 34.20 (otuz dörd manat iyirmi qəpik) manatın 30 (otuz) manatı Cavabdeh1, 4.20 (dörd manat iyirmi qəpik) manat hissəsi isə Cavabdeh2 alınaraq İddiaçı verilməlidir. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Beyləqan Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2(020)-326/2023 nömrəli qətnaməsi qismən ləğv edilməli, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qət etdi: İddiaçı nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2(020)-326/2023 nömrəli qətnaməsi qismən ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 10.485 (on min dörd yüz səksən beş) manat və Cavabdeh2 1888,5 (bir min səkkiz yüz manat, əlli qəpik) manat alınaraq İddiaçı verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş 68,40 (altmış səkkiz manat qırx qəpik) manat dövlət rüsumunun 34,20 (otuz dörd manat iyirmi qəpik) manat hissəsi apellyasiya şikayəti vermiş İddiaçı özünə aid edilsin, qalan 34.20 (otuz dörd manat iyirmi qəpik) manatın 30 (otuz) manatı Cavabdeh1, 4.20 (dörd manat iyirmi qəpik) manat hissəsi isə Cavabdeh2 alınaraq İddiaçı verilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-890/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-890/2023
04.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver