Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-893/2025 22.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsədov (sədrlik edən və məruzəçi), X2 və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi və pul tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 02 aprel 2025-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)-2048/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi və pul tələbinə dair iddiası təmin edilmişdir. Qətnamədən qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti verilməmiş, qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə qətnamədən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən (etibarnamə üzrə nümayəndəsi Nümayəndə vasitəsilə) apellyasiya şikayəti və apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə vermişdir. Cavabdeh apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsində qeyd etmişdir ki, o, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)-2048/2024 nömrəli qətnaməsindən apellyasiya şikayətini elektron kabinet vasitəsilə deyil, kağız daşıyıcıda vermişdir. Lakin ona izah edilmişdir ki, apellyasiya şikayətini yalnız elektron kabinet vasitəsilə verə bilər. Bundan sonra, öz adına elektron imza əldə etməyə təşəbbüs göstərsə də, müəyyən səbəblərdən mümkün olmamışdır. Daha sonra oğlunun adına etibarnamə vermiş və onun adına asan imza əldə edəndən sonra qətnamədən elektron qaydada apellyasiya şikayəti vermişdir. Cavabdeh müddətin buraxılmasının səbəblərini üzürlü hesab etməklə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-2048/2024 nömrəli qərardadı ilə Cavabdeh vəsatəti təmin edilməmiş, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi və pul tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)-2048/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermək üçün cavabdeh tərəfindən buraxılmış prosessual müddətin bərpa edilməsindən imtina edilmişdir. Qərardaddan narazı qalan Cavabdeh xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə etməklə (etibarnamə üzrə nümayəndəsi Nümayəndə vasitəsilə) şikayət verərək Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsi, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Cavabdeh şikayətində göstərmişdir ki, qərardad qanunsuz və əsassız olduğundan ləğv ediməli, Lənkəran rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməli və həmin qətnamədən verilmiş apellyasiya şikayəti baxılması üçün aidiyyəti üzrə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməlidir. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, qətnamədən apellyasiya şikayətini kağız daşıyıcıda qanunvericiliyin tələbini bilmədiyi üçün birbaşa Şirvan Apellyasiya Məhkəməsinə göndərmiş, həmin şikayət ona geri qaytarılandan sonra ona MPM-in 10-1.3-cü maddəsinin də tələbi izah edilməklə qətnamədən apellyasiya şikayətini vermək üçün elektron imzadan istifadə edilməklə verilməli olduğu da izah edilmişdir. Bundan sonra o, elektron imza olan ASAN imza nömrəsi almaq üçün mobil operatorlara müraciət etsə də ona əvvəl vəsiqəsi ilə bağlı problem olduğu bildirilmiş, həmin məsələni araşdırdıqdan sonra məlum olmuşdur ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən ona mobil nömrənin satılması, adına sənədləşdirilməsinə qadağa qoyulmuşdur. Bundan sonra məcbur qalıb oğlu Nümayəndə etibarnamə vermiş və yalnız onun adına asan imza götürdükdən sonra onun vasitəsilə eməhkəmə portalına daxil olaraq apellyasiya şikayətini göndərmişdir. Lakin məhkəmə bütün bunları nəzərə almamışdır. Lənkəran Rayon Məhkəməsinin 18 aprel 2025-ci il tarixli qərardadı ilə cavabdehin şikayəti təmin edilməmiş, işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında qərardaddan verilmiş şikayət üzrə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə müvafiq bildiriş göndərilmiş, şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu qarşı tərəfə bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı yazılı etiraz və ya vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə Kollegiyası, məruzəni dinləyib, şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 360-cı maddəsinə əsasən apellyasiya şikayəti qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. MPM-in 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materiallarından görünür ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)-2048/2024 nömrəli qətnaməsi işdə iştirak edən şəxslərə poçt vasitəsilə rəsmi qaydada göndərilmiş, cavabdeh xx.xx.2025-ci il tarixdə həmin qətnaməni faktiki olaraq almışdır. Qətnamə icraya yönəldilmiş, Lənkəran Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanmışdır. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi cavabdehə xx.xx.2025-ci il tarixdə rəsmi qaydada verilmiş və onun xx.xx.2025-ci il tarixədək həmin qətnamədən apellyasiya şikayəti vermək imkanı olmuşdur. Cavabdeh isə qeyd olunan məhkəmə qətnaməsindən qətnaməni rəsmi qaydada aldığı vaxtdan 2 ay 7 gün müddət keçəndən sonra- xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Bununla da qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Həmçinin, cavabdeh xx.xx.2025-ci il tarixli ərizə (iddia ərizəsi adlı müraciət) ilə Şirvan Apellyasiya Məhkəməsinə müraciət etmiş, həmin müraciət qanunamüvafiq qaydada baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Qeyd olunan iddia ərizəsi adlı müraciət xx.xx.2025-ci il tarixdə Lənkəran Rayon Məhkəməsinə daxil olmuş və cavabdehə xx.xx.2025-ci il tarixdə cavab məktubu göndərilmişdir. Cavabdeh qətnamədən vaxtında apellyasiya şikayəti verə bilməməsinin səbəbləri ilə bağlı məhkəməyə mötəbər sübut təqdim etmədiyindən, onun hazırki ərizəsində qeyd etdiyi dəlillər isə buraxılmış prosessual müddətin bərpasına əsas vermədiyindən birinci instansiya məhkəməsi hesab etmişdir ki, qeyd olunan qətnamədən apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin cavabdeh tərəfindən buraxılması üçün üzürlü səbəb yoxdur. Kollegiya müddətin ötürülməsinin üzrlü sayılması və müddətin bərpa edilməsi üçün konkret əsas tapmır və belə hesab edir ki, buraxılmış prosessual müddətin bərpasından imtina edilməsi və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması barədə birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 397, 398.0.1-c1 maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: Cavabdeh şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 02 aprel 2025-ci il tarixli, 2(049)-2048/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-893/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-893/2025
22.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver