Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-900/2024 17.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında pul tələbinə dair mülki iş üzrə Açar sözlər: nisyə alqı-satqı, hüquqi yardımla bağlı xərcin məbləği mübahisələndirilir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2, (sədrlik edən, məruzəçi) K oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında pul tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 05 mart 2024-cü il tarixli, e-2(032)-373/2024 saylı qətnaməsindən (hakim Səidə Məmmədova) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı məhkəmə icraatı qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1999-cu ildə anadan olmuş, Şirvan şəhəri, 20 Yanvar küçəsi, ev 1, mənzil 24-də qeydiyyatda olan və yaşayan Cavabdeh xx.xx.2022-ci il tarixli, ŞRK00853 nömrəli nisyə satış müqaviləsinə əsasən 172 (yüz yetmiş iki) manat məbləğində borcun, xx.xx.2023-cü il tarixli, Rm1001711 nömrəli qəbzlə 120 (yüz iyirmi) manat məbləğində hüquqi xidmətə görə, 30,40 (otuz manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumunun və 2,30 (iki manat, otuz qəpik) poçt xidmət haqqı üçün, cəmi 324,70 (üç yüz iyirmi dörd manat yetmiş qəpik) məbləğində pulun alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixli, ŞRK00853 nömrəli nisyə satış müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh 10 ay müddətinə ümumi dəyəri 530 (beş yüz otuz) manat məbləğində “Redmi Note 11” markalı, **********959666 və **********959674 İMEİ kodlu mobil cihaz satmışdır. Müqavilənin şərtinə görə borclu ilkin olaraq 100 (yüz) manat məbləğində ödəniş etməklə, ödəniş cədvəlinə uyğun olaraq 10 (on) ay müddətində, 43 (qırx üç) manatdan olmaqla, cəmi 530 (beş yüz otuz) manat məbləğində ödəməyi öhdəsinə götürmüşdür. Borclu Cavabdeh qeyd olunan müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtıvaxtında yerinə yetirməmiş və bunla bağlı onun özünə dəfələrlə şifahi və rəsmi olaraq pretenziya qaydasında müraciət edilməsinə baxmayaraq o, müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyən borclu Cavabdeh xx.xx.2023-cü il tarixə tələbkar İddiaçı 172 (yüz yetmiş iki) manat məbləğində borcu qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsi işə sadələşdirilmiş icraat qaydasında baxmışdır. Şirvan Şəhər Məhkəməsinin 05 mart 2024-cü il tarixli, e-2(032)-373/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 172 (bir yüz yetmiş iki) manat borc, 50 (əlli) manat vəkil xidmət haqqı, həmçinin dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat 0.40 (qırx) qəpik və 2 (iki) manat 0.30 (otuz) qəpik məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, (hüquqi yardım üçün ödənilmiş 100 manat müqavilə, 20 manat marka pulu olaraq, cəmi 120 manat pulun- 70 manatının) təmin olunmayan hissədə ləğv edilərək, həmin hissədə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmşdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, işdən və sübutlardan görünür ki, iddiaçı yüksək keyfiyyətli hüquqi yardım almaq hüququndan istifadə edərək- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şirvan Regional Vəkil Bürosunun vəkili ilə müqavilə bağlamış və müqavilə əsasında – Şirvan Regional Vəkil Bürosunun Bank Hesabına 100 manat hüquqi yardım üçün, 20 manat marka pulu olaraq ödəniş etmişdir. (Bunu təsdiq edən müvafiq qəbizin təsdiq edilmiş surətindən görmək olar) Vəkil və nümayəndə - MPM-nin 121.1-ci maddədə “təqdim edilmiş məlumatlar qiymətləndirilməklə”, yəni iddiaçıya vəkil, nümayəndə və vəkil olaraq öz şəxsi kabineti vasitəsi ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri texniki vasitə ilə PDF formatına çevirərək, iddia ərizəsini tərtib etdikdən sonra aidiyyəti üzrə elektron məhkəmə sisteminə əlavə etmişdir. Göründüyü kimi - iddiaçıya yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvi Şirvan Regional Vəkil Bürosunun vəkilinə ödənilmiş pul məsrəfdir. Həmin vəsait ödənilməlidir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 394-1-ci maddəsinin tələblərinə əsasən tərəflərə müvafiq bildiriş göndərilmiş, lakin məhkəməyə işə məhkəmə iclasında baxılmasına dair vəsatət və yaxud da apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Buna əsasən də, Məhkəmə Kollegiyası işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 394-1.3-cü madddəsinin tələbinə əsasən tərəflərin iştirakı olmadan, yazılı icraat qaydasında baxılmasını mümkün hesab edir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən- hüquqi yardım üçün ödənilən pulun təmin edilməməsi hissəsində (cəmi 70 manat) ləğv edilməklə, həmin hissədə də iddianın təmin edilməsini xahiş etmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə qismən yохlanılmasını düzgün hеsab еdir. İşə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0-cı maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; 115.0.2. yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; 115.0.3. tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; 115.0.4. tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; 115.0.5. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.7. cavabdehin axtarılması ilə əlaqədar xərclər; 115.0.8. qətnamənin icrası ilə əlaqədar xərclər; 115.0.9. məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası məruzəni dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin iddiaçıya münasibətdə ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya münasibətdə qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə, dəyişdirilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək, iddiaçı tərəf iddia ərizəsinin tərtib edilməsi ilə bağlı hər hansı hüquqşünasla razılaşaraq iddia ərizəsi tərtib etdirə bilərdi. Eyni zamanda vəkil xərcinə görə 120 manat vəsaitin cavabdehdən tutulması iddiaçının mənafeyinə uyğun olsa da, cavabdehində mənafeyinin nəzərə alınması vacibdir. Buna görə də, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hüquqi yardım üçün ağlabatan məbləğdə xərci cavabdehdən tutması daha məqsədəuyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Hazırkı halda mübahisələndirilən hissədə iddianın qiyməti qanunla müəyyən edilmiş həddən az olduğundan, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. İddiaçının apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 05 mart 2024-cü il tarixli, e-2(032)-373/2024 saylı qətnaməsi cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-900/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-900/2024
17.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver