Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-901/2024 21.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsədov (sədrlik edən və məruzəçi), Fikrət Cilingir oğlu Hüseynov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Şirvan Şəhər Məhkəməsinin 05 mart 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı nisyə alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair sadələşdirilmiş işə yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Şirvan Şəhər Məhkəməsinin (hakim S.Məmmədova) 05 mart 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilmiş, Cavabdeh borca görə 560 (beş yüz altmış) manat, vəkil xidmət haqqı qismində 60 (altmış) manat, həmçinin dövlət rüsumu üçün ödənilmiş vəsaitin əvəzi olaraq 30 (otuz) manat 40 qəpik və 3 (üç) manat 80 qəpik məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. İşinhalları İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli ŞRK01014 nömrəli nisyə satış müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh 10 ay müddətinə ümumi dəyəri 640 manat məbləğində “Samsung A23” markalı, **********10351 və **********10354 İMEİ kodlu mobil telefon satılmışdır. Hazırki tələbində İddiaçı Cavabdeh ödənilməmiş borc qismində 560 (beş yüz altmış) manat, vəkil xidmət haqqı olaraq 60 (altmış) manat həmçinin dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat 40 qəpik və 3 (üç) manat 80 qəpik məbləğində pulun iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, alıcı (cavabdeh) Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli ŞRK01014 nömrəli nisyə satış müqaviləsinə əsasən sonuncuya 10 ay müddətinə ümumi dəyəri 640 manat məbləğində “Samsung A23” markalı, **********10351 və **********10354 İMEİ kodlu mobil telefon satmışdır. Müqavilənin şərtinə görə borclu ilkin olaraq 80 manat məbləğində ödəniş etməklə, ödəniş cədvəlinə uyğun olaraq 10 ay müddətində, 56 manatdan olmaqla, cəmi 640 manat məbləğində ödəməyi öhdəsinə götürmüşdür. Borclu Cavabdeh qeyd olunan müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında yerinə yetirməmiş və bununla bağlı onun özünə dəfələrlə şifahi və rəsmi olaraq pretenziya qaydasında müraciət edilməsinə baxmayaraq, o, müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyən borclu Cavabdeh xx.xx.2023-cü il tarixinə 560 manat məbləğində borcu qalmışdır. Birinci instansiya məhkəməsində cavabdehə, iddiaya qarşı etirazının və ya vəsatətinin məhkəməyə təqdim etməsinə dair müvafiq məktub göndərilmiş, cavabdeh tərəfin iddiaya qarşı müvafiq etiraz və ya vəsatəti məhkəməyə daxil olmamışdır. Birinci instansiya məhkəməsi işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq yazılı icraat qaydasında baxmış, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448.1, 601.1, 600.4-cü maddələrinə və MPM-in müvafiq maddələrinə istinad edərək iddianı yuxarıda göstərilən qaydada qismən təmin etmişdir. Apellyasiyaşikayətinindəlilləri İddiaçı tərəf apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, (hüquqi yardım üçün ödənilmiş 100 manat müqavilə, 20 manat marka pulu olaraq, cəmi 120 manat pulun– 60 manatının) təmin olunmayan hissədə ləğv edilərək, həmin hissədə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə görə, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə iddiaçı ona keyfiyyətli hüquqi yardımın göstərilməsi üçün Şirvan Regional Vəkil Bürosunun vəkili– Nümayəndə ilə müqavilə bağlamış, həmin müqavilə əsasında 100 manat hüquqi yardımın üçün, 20 manat marka pulu olaraq ödənş etmişdir. Sonra həmin müqavilə əsasında nümayəndə və vəkil konkret hallar– müqavilə və onun əsasında tərtib edilmiş sənədlər əsasında iddia ərizəsinin tərtib edilməsi, rüsumun hesablanaraq köçürülməsi, bütün sənədlərin xüsusi texniki vasitlərlə, səliqəli formada PDF formatına keçirmiş, vəkil və nümayəndə özünün elektron kabinetindən istifadə edərək, iddiaçı və cavabdehə aid olan təqdim edilmiş məlumatları məhkəməyə elektron qaydada göndərmişdir. Bundan başqa, iddia tələbindən görünür ki, iddiaçının cavabdehdən tələb etdiyi məbləğ 560 manatdır. Hüquqi yardımın keyfiyyətli göstərilməsi məqsədilə müqavilə əsasında 100 manat hüquqi yardımın üçün, 20 manat marka pulu, cəmi 120 manat məhkəmə xərci olmuşdur. Hüquqi yardım üçün köçürülən 120 manat pul əsas məbləğ olan 560 manat puldan çox deyil. Həmçinin, iş üzrə cavabdehdən cəmi 120 manat (hüquqi yardım üçün) xərc məhkəmə xərcləri adı altında cavabdehə göndərilən pretenziyada göstərilmişdir. Belə ki, 560 manat borcun ödənilmədiyi təqdirdə, sizdən əlavə olaraq tələb ediləcəkdir. Cavabdeh bundan xəbərdar olmuşdur. Məhkəmə qətnaməsində göstərilmişdir ki, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsini- yəni məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Şikayətə görə məhkəmə prosessual hüquq normasını düzgün tətbiq etməmişdir. Prosessualməsələlər Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 394-1.3-cü maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə müvafiq bildiriş göndərilmiş, 10 gün müddətində şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu qarşı tərəfə bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı yazılı etiraz və ya vəsatət məhkəməyə daxil olmamışdır. Əsaslandırma Məhkəmə Kollegiyası işin hallarına dair məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli ŞRK01014 nömrəli nisyə satış müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh 10 ay müddətinə ümumi dəyəri 640 manat məbləğində “Samsung A23” markalı, **********10351 və **********10354 İMEİ kodlu mobil telefon satılmışdırİddiaçı nisə alqı-satqı müqaviləsi üzrə borcunu tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İddiaçı qətnaməni məhkəmə xərclərinə aid hissədə mübahisələndirmişdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Kollegiya qeyd edir ki, vəkilin göstərdiyi hüquqi yardıma görə, xərcin miqdarının hansı məbləğdə ödənilməsini konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə məhkəmnin mülahizəsinə buraxmışdır. Birinci instansiya məhkəməsi icraatın növü, tələbin həcmini diqqətə alır və bu hissədə iddianın qismən - 60 manat pulun cavabdehdən tutulmasını ağlabatan hesab etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətini təmin etmək üçün ciddi əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 05 mart 2024-cü il tarixli, 2(032)-375/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-901/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-901/2024
21.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver