Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-905/2025 11.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət məhkəmə tərkibində, X4 oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(050)-268/2025 saylı qiyabi qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6500 (altı min beş yüz) manat pul vəsaitinin və 85,40 (səksən beş manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun, cəmi 6585,40 (altı min beş yüz səksən beş manat qırx qəpik) məbləğində pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin e-2(027)-2372/2024 nömrəli, 21 oktyabr 2024-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "sığorta ödənişinin ödənilməsi" tələbinə dair e-2(027)-2372/2024 saylı mülki işə aidiyyəti üzrə baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-də “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış “VAZ 2107” markalı, **-BG- *** nömrə nişanlı avtomobil 02 dekabr 2012-ci il tarixdə MasallıXırmandalı şosse yolu ilə Masallı istiqamətində Cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş, nəticədə X1 az ağır xəsarət almasına və X2 ölümünə səbəb olmuşdur. X1 az ağır xəsarət almasına görə tərəflərindən 1500 (bir min beş yüz) manat məbləğində, X2 ölümünə görə isə 5000 (beş min) manat məbləğində sığorta ödənişi edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Masallı Rayon Məhkəməsi tərəfindən 21 avqust 2013-cü il tarixli, 1(050)-74/2013 nömrəli hökm çıxarılmışdır və hökmə əsasən cavabdeh yolnəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək, cinayət məsuliyyətinə cəlb edilmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinə iştirakları olmadan baxılıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Masallı Rayon Məhkəməsinin 01 aprel 2025-ci il tarixli qərardadına əsasən işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Birinci instansiya məhkəməsində icraat: Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(050)-268/2025 saylı qiyabi qətnaməsi (Hakim: Elşən Hüseynov) ilə iddianın təmin edilməsi, Cavabdeh 6500 (altı min) manat məbləğində sığorta ödənişi və ödənilmiş 85,40 (səksən beş manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Masallı Rayon Məhkəməsinin 01 aprel 2025-ci il tarixli, e-2 (050)-268/2025 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. O, Masallı Rayon Məhkəməsinin sözügedən qətnaməsini əsassız, qanuna zidd və qeyri-obyektiv hesab edir. Çıxarılmış qətnamə onun hüquqlarını kobud şəkildə pozmaqdadır. O, 2012-ci ildə yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə ilə bağlı barəsində cinayət işi açılmış və ona qarşı ittihamedici hökm çıxarılmışdır. İş üzrə zərərçəkən şəxslərə onun xəbəri və məlumatı olmadan sığorta ödənişləri edilmişdir. İddiaçı tərəf olan "xxxx" ASC hadisənin üzərindən 13 il keçdikdən sonra ona qarşı məhkəmədə iddia qaldırmışdır. Masallı Rayon Məhkəməsinin yeni hakimi olan Elşən Hüseynov heç bir araşdırma aparmadan iddia tələbini təmin etmişdir. İş üzrə o niyə cavabdehdir, onu da bilmir. Cinayət törətmiş, törətdiyi cinayətə görə cəza almış və həmçinin mülki iddiaya əsasən zərərçəkənlərə pul da ödəmişdir. Bütün bu dedikləri cinayət işi materiallarına əlavə olunmuşdur. Məhkəmə işə baxarkən qətnaməsində ancaq maddələri sadalamaqla yetinmiş və iddiaçı tərəfindən məhkəməyə təqdim edilən saxta ödəniş qəbzlərinə istinad edilmişdir. Məhkəmə ən azından cinayət işini arxivdən götürməli və hazırki işlə qarşılıqlı yoxlamalı idi. Onun günahı sadəcə yol-nəqliyyat hadisəsində olmuş, günahına da görə ən ağır cəzanı almışdır. İddiaçı tərəf qanunsuz olaraq zərərçəkənlərə yüz min sığorta ödənişi etsəydi, onda həmin məbləği məhkəmə ona kəsməli idi. Özü hazırda onkoloji xəstəlikdən əziyyət çəkir, müalicə pullarına qohumları köməlik edir. Məhkəmənin bu qanunsuz qətnaməsi onun bütün maddi və mənəvi həyatını alt-üst etmişdir. Göstərdiyi maddi hüquq normalarının heç birini pozmamışdır. Maddələri qətnamədə sadalamaq qəhrəmanlıq deyil, əsas odur ki, qətnaməni əsaslandıra biləsən. Onun şəxsən məhkəmə iclaslarından məlumatı olmamış, ən azından məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə verərdi. Çünki hazırki iş üzrə iddia müddəti ötmüşdür. Məhkəmə isə bütün bunları nəzərə alaraq ona məhkəmə bildirişlərini təqdim etməmişdir. Hesab edir ki, göstərdiyi maddi hüquq normaları pozularaq qəbul edilmiş qətnamə ləğv edilməyə məhkumdur - işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlər məcmusunu, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəfləri hər birinin həm xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tədqiqinin tamlığı mübahisənin düzgün həlli üçün əhəmiyyət edən və mübahisənin mahiyyətinə aid olan bütün materialların və faktların tədqiqi ilə təmin olunur. Bunun üçün hakim maddi hüquq normalarına uyğun olaraq tədqiqat predmetini (sübutetmə predmetini) müəyyən etməli və sübutların adiliyini və mümkünlüyü qaydalarını rəhbər tutaraq işə bütün zəruri sübutları cəlb etməlidir. Əks təqdirdə, tədqiqatın tamlığını təmin etmək qeyri-mümkündür. Əgər hakim mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmazsa və ya sübutlarla təsdiq olunmayan hər hansı halları tanıyarsa, iş üzrə halların tədqiqinin tamlığı tələbi pozulmuş olacaqdır. İş üzrə halların aydınlaşdırılmasının tamlığı tələbi həm də məhkəmənin təkcə tərəflərin göstərdiyi halları deyil, həm də iş üçün əhəmiyyət kəsb edən digər hallarını araşdırılmasında əhatə edir. Eyni zamanda, hakim tərəflərin iş üçün əhəmiyyət kəsb edən hər hansı hal barəsində təqdim etdiyi məlumatları yoxlamaqdan və ya araşdırmaqdan imtina edə bilməz. İş üzrə halların aydınlaşdırılmasının obyektivliyi məhkəmənin öz qərarında gəldiyi nəticələrin məhkəmə tərəfindən müəyyən edilən faktların uyğunluğunda ifadə olunur. Məhkəmə qərarın obyektivliyinə yalnız işə baxılma prossesində hər bir halın, sübutun həm ayrılıqda, həm də ümumi halında tədqiqi nəticəsində nail olmaq mümkündür. İşin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərin hər birinin həm xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İş üzrə halların aydınlaşdırılmasının tamlığı tələbi məhkəmənin təkcə tərəflərin göstərdiyi halları deyil, həm də iş üçün əhəmiyyət kəsb edən digər halları araşdırmasını da əhatə edir. Eyni zamanda, hakim tərəflərin iş üçün əhəmiyyət kəsb edən hər hansı hal barəsində təqdim etdiyi məlumatları yoxlamaqdan və ya araşdırmaqdan imtina edə bilməz. Məhkəmə ona rəsmi bildiriş göndərməmişdir. Ümumiyyətlə, məhkəmənin icraatında onun barəsində mülki işin olduğundan məlumatı olmamışdır. Sadəcə o, qətnamənin surətini almışdır. Rəsmi qaydada ona bildiriş göndərilsəydi, o keçirilmiş məhkəmə iclaslarında iştirak edəcəkdi. Lakin məhkəmə prosessual qanunvericiliyin maddələrini pozaraq ona məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verməmişdir. Məhkəmə işi hərtərəfli və obyektiv araşdırmamışdır. Obyektiv araşdırılma olsaydı, iddia tələbi rədd olunmalı idi. Lakin məhkəmə həqiqəti ortaya çıxarmamış, işə tələm-tələsik baxaraq ədalətsiz bir qətnamə qəbul etmişdir. Heç bir əsas olmadan məhkəmə qiyabi qətnamə qəbul etmişdir. Məhkəmə bildirişlərini ona göndərməmiş, biləbilə onun iştirakını məhkəmədə təmin etmədən qanunsuz bir qətnamə çıxarmışdır. Hesab edir ki, çıxarılmış qətnamə prosessual pozuntularla qəbul edildiyindən ləğv edilməlidir. Məhkəmə qətnaməsində onun tərəfindən 6500 manat pulun ödənilməsini qət etsədə, səbəbini əsaslandıra bilməmişdir. Məhkəmə iş üzrə araşdırma aparmadığından işin faktiki hallarına düzgün qiymət verə bilməmiş, həmçinin iş üçün əhəmiyyətli olan halların sübut edilməsinə şərait yaradılmamışdır. Məhkəmə iddia tələbini təmin etsə də, ziyanın nə üçün ondan tutulduğu barədə bir cümlə olsun belə qətnaməsində qeyd etməmişdir. O günahkardırsa, cəzasını almışdır. Bir cinayətə görə insanı bir dəfə məhkum edə bilərlər. Üzərindən 15 ilə yaxın müddət keçdikdən sonra ona qarşı iddia qaldırılır və məhkəmədə tələbi rədd etməli olduğu halda əsas gətirmədən təmin edir. Onun heç bir günahı olmadığı halda, qanunsuz bir qətnamənin qurbanı olmuşdur. Məhkəmə qətnaməsində 5000 manat və 1500 manat pulların tutulmasını qət etmişdir. Lakin pulların haradan yarandığını, pulların nə üçün onun tərəfindən ödənilməli olduğunu əsaslandıra bilməmişdir. Sadəcə olaraq qətnamədə bildirilir ki, zərərçəkənlərə pullar köçdüyündən, həmin pullar da cavabdehdən tutulmalıdır. Yaxşı, onun tərəfindən ödənilmiş pullar hara gedəcək? Məhkəmə araşdırma aparsaydı, onun ödədiyi pulları sığorta puluna çıxmalı idi. Yazılmış qətnamə əvvəldən sona kimi formal yazılmış, işin faktiki hallarına düzgün qiymət verilməmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(050)-268/2025 saylı qiyabi qətnaməsinin ləğv edilməsini, apellyasiya şikayətinin təmin olunaraq iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə Cavabdeh Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(050)-268/2025 saylı qiyabi qətnaməsindən verdiyi apellyasiya şikayətinə etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı "sığorta ödənişinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6500 (altı min beş yüz) manat pul vəsaitinin və 85,40 (səksən beş manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun, cəmi 6585,40 (altı min beş yüz səksən beş manat qırx qəpik) məbləğində pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(050)-268/2025 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh törətdiyi əmələ görə cəzasını almış və mülki iddiaya görə zərərçəkənlərə pul ödəmişdir. Həmçinin iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Hesab edirlər ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Masallı Rayon Məhkəməsinin 21 avqust 2013-cü il tarixli, 1 (050)-74/2013 saylı hökmünün surətindən müəyyən olunur ki, Cavabdeh AR CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə mülki iddia verilməmişdir və cavabdehin dəymiş zərərin tərəfindən ödənilməsinə dair iddiaları tamamilə əsassızdır. Bununla yanaşı, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi və ona cəza verilməsi mülki hüquqi məsuliyyətə görə vurulmuş zərərin ödənilməsi barədə iddia qaldırılmasını istisna etmir və bununla bağlı uzun illər ərzində formalaşmış məhkəmə təcrübəsi də mövcuddur. İddia müddətinin ötürülməsi barədə cavabdehin dəlillərini də tamamilə əsassız sayırlar. Belə ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Hazırkı halda isə iddia müddətinin tətbiqi barədə birinci instansiya məhkəməsinə ərizə verilməmiş, yalnız apellyasiya şikayətinin dəlillərində qeyd edilən məsələ ilə bağlı mülahizə irəli sürülmüşdür. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayətinin təmin edilməməsini, Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(050)-268/2025 saylı qiyabi qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bu barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişlər. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq: "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun: 25.1-ci maddəsinə əsasən bu sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2 və 387.2.2-ci maddələrinə əsasən, işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri: Apellyasiya şikayətindən görünür ki, cavabdeh Qasımov X3 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(050)-268/2025 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olubolmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Məhkəmə tərkibi Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(050)-268/2025 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni prosessual hüquq normalarının pozulması ilə qəbul etdiyindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(050)-268/2025 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkəmə prosessual qanunvericiliyin normalarını pozaraq ona məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verməmişdir. Məhkəmə bildirişlərini ona göndərməmiş, bilə-bilə onun iştirakını məhkəmədə təmin etmədən qanunsuz qətnamə çıxarmışdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlili ilə razılaşır və aşağıdakıları qeyd edir: Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 135.4-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 135.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. 240.1-ci maddəsinə əsasən işə qiyabi icraatda baxılmasına aşağıdakı hallarda yol verilmir: 240.1.1. gəlməmiş tərəf bu Məcəllə ilə müəyyən olunmuş qaydada xəbərdar edilməmişsə; 240.1.2. tərəf üzrlü səbəbdən məhkəməyə gəlmədikdə və ya məhkəməyə gəlməməyin səbəblərinin təbii fəlakətlə və ya digər qarşısıalınmaz hadisə ilə əlaqədar olması məhkəmədə aşkar məlum olduqda. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda, o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Həmçinin “audiatur et altera pars” (digər tərəfi də dinlə) prinsipinə zidd olaraq, ev sahibinin fikri öyrənilmədən, onun iştirakının təmin edilmədiyi halda, onun əmlakına müdaxilə edən məhkəmə qərarının çıxarılması ədalətli məhkəmə araşdırması hüququnu pozur. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb müəyyən etdi ki, birinci instansiya məhkəməsi həm Mülki Prosessual Məcəllənin tələblərini pozaraq Cavabdeh xx.xx.2025-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar etməmiş, belə olan halda işə baxılmasını təxirə salmaq əvəzinə, həmçinin işə qiyabi icraat qaydasında baxılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar olmadığı halda işə baxaraq iddianın təmin edilməsi haqqında qiyabi qətnamə qəbul etmiş, nəticə etibarilə MPM-in 387.2 və 387.2.2-ci maddələrinə əsasən həmin qətnamənin apellyasiya qaydasında ləğvi üçün əsas yaratmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2 və 387.2.2-ci maddələrinə əsasən, işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Odur ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(050)-268/2025 saylı qiyabi qətnaməsi prosessual hüquq normalarının pozulması ilə qəbul ediliyindən ləğv edilməlidir. Cavabdeh apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, törətdiyi cinayət əməli ilə əlaqədar ağır cəzaya məhkum edilmiş, həmçinin zərərçəkmiş şəxslərə pul da ödəmişdir. Belə olan halda ondan subroqasiya qaydasında pul tələb edilə bilməz. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlili ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6500 (altı min beş yüz) manat pul vəsaitinin və 85,40 (səksən beş manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun, cəmi 6585,40 (altı min beş yüz səksən beş manat qırx qəpik) məbləğində pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, "xxxx" ASC-də “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış “VAZ 2107” markalı, **-BG-*** nömrə nişanlı avtomobil 02 dekabr 2012-ci il tarixdə MasallıXırmandalı şosse yolu ilə Masallı istiqamətində Cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş, nəticədə X1 az ağır xəsarət almasına və X2 ölümünə səbəb olmuşdur. X1 az ağır xəsarət almasına görə tərəflərindən 1500 (bir min beş yüz) manat məbləğində, X2 ölümünə görə isə 5000 (beş min) manat məbləğində sığorta ödənişi edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Masallı Rayon Məhkəməsi tərəfindən 21 avqust 2013-cü il tarixli, 1(050)-74/2013 nömrəli hökm çıxarılmışdır və hökmə əsasən cavabdeh yolnəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək, cinayət məsuliyyətinə cəlb edilmişdir. Həmçinin Masallı Rayon Məhkəməsi tərəfindən 21 avqust 2013-cü il tarixli, 1(050)- 74/2013 nömrəli hökmündən görünür ki, Cavabdeh “VAZ 2107” markalı, **-BG-*** nömrə nişanlı avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. Göründüyü kimi, Cavabdeh “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış “VAZ 2107” markalı, **-BG-*** nömrə nişanlı avtomobili 02 dekabr 2012-ci il tarixdə sürücülük hüququ olmadan idarə etməklə cinayət törətmiş, iddiaçı tərəfindən zərərçəkmiş şəxslərə cəmi 6500 manat pul ödənilmişdir. İddiaçı da həmin məbləği cavabdehdən subroqasiya qaydasında tələb edir. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, baş vermiş yol nəqliyyat hadisəsinə görə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ödədiyi 6500 manat sığorta ödənişini Cavabdeh tələb etməkdə haqlıdır. Cavabdeh apellyasiya şikayətində göstərir ki, məhkəmə iclaslarından məlumatı olmadığı üçün məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə verməmişdir. Çünki hazırki iş üzrə iddia müddəti ötmüşdür. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlili ilə əlaqədar aşağıdakıları qeyd edir: Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarından görünür ki, Cavabdeh həm iddia ərizəsinin surətini, həm də xx.xx.2025-ci il tarixli məhkəmə iclasının yeri və vaxtı barədə bildirişi məhkəmə bildirişinin kötüyünə imza etməklə qəbul etmişdir. Başqa sözlə, cavabdeh həm iddia tələbindən məlumatlı olmuş, həm də iddia müddətinin tətbiqi barədə ərizə vermək üçün vaxtı və imkanı olmuş, lakin cavabdeh bu hüququndan istifadə etməmiş, yalnız apellyasiya şikayətində bu barədə göstərmişdir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlilini əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(050)-268/2025 saylı qiyabi qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq məhkəmə tərkibi Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(050)-268/2025 saylı qiyabi qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh 6500 (altı min) manat məbləğində sığorta ödənişi və ödənilmiş 85,40 (səksən beş manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-905/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-905/2025
11.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver